Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   37   38   39   40   41   42   43   44   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
147 
 
yerinə  uzanaraq  vaxtı  ötürməyə  çalışdı.  Elə  başını 
yastığa yenicə qoymuşdu ki, gözləri yuxuya getdi.  
 
 
 
*** 
 
 
– Alo, Yasəmən? 
 
– Hə.  
 
– Xəstəxanadan zəng elədilər? 
 
–  Niyə?  Nəsə  olub?  –  Yasəmən  həyəcanla 
soruşdu. 
 
– Yox, ay qız. O dəqiqə hay-şüvən eləyirsən. 
Sabiri bugün komissiyadan keçiriblər.  
 
– Həəə... nə deyiblər? 
 
–  Narahat  olma.  Hər  şey  yaxşıdır.  Problem 
olmayıb.  Müsbət  rəy  alıb.  Bugün  axırıncı  günüdür. 
Sabahdan evdə olacaq. 
 
– İnşaAllah, ay qardaş. – Sevinərək dedi.  
 
–  İstəsən  elə  səni  də  apararam.  Bir  yerdə 
götürüb gələrik.  
 
– Hə, hə. Mütləq.  
 
– Yaxşı. Hələlik. Telefonu söndürməliyəm.  
 
– Hələlik.  
 
 
*** 
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
148 
 
 
Yusif  otağa  daxil  olaraq  Sabirin  yatdığını 
gördü.  Ona  yaxınlaşıb  yavaşca  toxunaraq  Sabiri 
oyatmağa çalışdı.  
 
– Sabir? 
 
Bir neçə dəfə cəhd etdikdən sonra Sabir axır ki, 
oyana bildi. 
 
–  Hə.  –  Gözlərini  açaraq  Yusifə  baxdı.  – 
Gəlmisən?  
 
– Hə. Elə indi gəldim.  
 
– Lap yaxşı. – Dikələrək gözlərini ovuşdurdu.
 
 
–  Çox  saxlamadılar.  Bir  neçə  sual  verdilər. 
Sonra da dedilər ki, gedə bilərsən.  
–  Məndən  heç 
nə soruşmadılar.  
 
– Doğurdan, sən niyə elə tez çıxdın? – Maraqla 
soruşdu.  
 
–  Nə  bilim.  Bəyənmədilər  məni.  –  Gülərək 
dedi.  
 
– Ola bilər. – Yusif də güldü.  
 
Elə  bu  an  qapı  açıldı.  Qapını  açan  onları 
komissiyaya  aparan  həkim  idi.  Əlindəki  kağızları 
havada yellədərək gülümsədi.  
 
– Hazırlaşın. Sabah evə gedirsiniz.  
 
– Sabah? – Sabir dili topuq vura-vura soruşdu.  
 
– Getmək istəmirsən? – Gülərək Sabirə baxdı.  
 
–  Yox.  İstəyirəm.  Ancaq  bizə  heç  nə 
deməmişdilər. Ona görə... 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
149 
 
 
– Qərar indi verildi. Hazırlaşın. Bugün burada 
son gününüzdür. Sabah saat ona kimi buradan çıxmış 
olacaqsınız.  
 
– Çox sağ olun. – Yusif dedi.  
 
Həkim  isə  Yusifin  təşəkkürünə  bir  söz 
demədən,  sadəcə  gülümsəyərək  kifayətləndi.  Sonra 
da otaqdan çıxaraq qapını bağladı.  
 
– Eşitdin? Sabah evə gedirik.  
 
– Hə. Eşitdim.  
 
–  Sevinmirsən?  –  Sabir  Yusifin  üzündəki 
çaşqınlığı görərək soruşdu.  
 
– Sevinirəm. Çox.  
 
–  Narahat  olma.  Hər  şey  yaxşı  olacaq.  İnan 
mənə. – Əlini Yusifin dizinə qoydu.
 
 
– İnanıram. – Təbəssümlə dedi. 
 
–  Burada  vaxtımızın  qurtarmasına  az  qalıb.  – 
Gözləri ilə otağı süzərək dedi. –  Saatlar...  
 
– Hə. 
 
–  Bura  üçün  darıxacaqsan?  –  Üzünü  Yusifə 
tutaraq soruşdu.  
 
–  Bilmirəm.  Bəlkə  hə,  bəlkə  də  yox.  Ancaq 
burada çox şey öyrəndim.  
 
– Mən də. Həm də yeni insanlar tanıdım.  
 
– Elədir.  
 
– Gəl, çıxaq dəhlizə. Son dəfə gəzişək. – Sabir 
yataqdan enərək tərliklərini geyindi.  
 
– Yaxşı. – Yusif də ayağa qalxdı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
150 
 
 
Otaqdan  çıxaraq  dəhlizə  çıxdılar.  Ətrafa  göz 
gəzdirərək  dəhlizdə  gəzir,  xəstələrlə  salamlaşır,  hal-
əhval tuturdular. Son saatlarını onların arasında, onlar 
kimi  keçirtmək  istəyirdilər.  Sabah  isə  onlardan 
ayrılacaq, onlardan başqa biri olacaqdılar. Bəlkə də... 
 
 
*** 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin