Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   37   38   39   40   41   42   43   44   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
153 
 
 
Həkim  dəhlizin  digər  tərəfinə  dorğu  getməyə 
başladı.  Sabir  də  onun  arxasıyca  gedirdi.  Bir  qədər 
getdikdən  sonra  Fəridin  qaldığı  otağın  qarşısında 
dayanaraq üzünü Sabirə çevirdi. 
 
– Mən də girəcəm. Nə deyəcəksənsə, çox qısa 
olsun.  
 
– Oldu. Çox sağ olun.  
 
Həkim qapını açaraq Sabiri içəri saldı. Sonra da 
içəridən  qapını  bağlayaraq  kiminsə  girməsinə  mane 
oldu.  
 
Otaqda Fəriddən başqa heç kim yox idi. Fərid 
isə  yatağın  üstündə  dizlərini  tutaraq  oturmuşdu. 
Qapının  açıldığını  eşidib  üzünü  qapıya  çevirərək 
gələnin  kim  olduğuna  baxdı.  Sabirin  içəri  girdiyini 
görən kimi gözlərini bərəldərək ona zillədi. 
 
– Salam, Fərid. – Sabir ehtiyatla ona yaxınlaşıb 
yatağın  yanında  qoyulmuş  stula  əyləşdi.  –  Mənim 
adım  Sabirdir.  Bir  neçə  dəfə  səninlə  danışmışıq. 
Yadındadır?  
 
Fərid  heç  bir  söz  demədən  ona  baxır,  eləcə 
susurdu.  Həkim  isə  kənarda  dayanaraq  olanları 
izləyirdi.  
 
–  Mənim  də  bir  oğlum  var.  Səndən  çox 
balacadır.  –  Gülümsədi.  –Bir  də  məktəbli  qızım. 
Çoxdandır, heç birini görmürəm. – Onunla əvvəl də 
danışmışdı,  ancaq  indi  daha  ətraflı  özünü  ona 
tanıtmaq istəyirdi. – Bugün buradan gedirəm. Onları 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
154 
 
da  görəcəm.  Səndən  də  danışacam.  Nə  bilmək  olar, 
bəlkə nə vaxtsa, sən də onlarla tanış olarsan. İnanıram 
ki, görsən çox sevərsən. Elə onlarda.  
 
Sabir uşaqlarından danışır, Fərid də ona qarşı 
yaranmış nifrəti yox etməyə çalışırdı. Fərid isə bir söz 
demədən susurdu. 
 
–  Mən  indi  gedirəm.  Ancaq  yenə  gələcəm. 
Səninlə daha yaxından tanış olmaq üçün. İstəyərsən?  
 
Sualı cavabsız qalmışdı. Sabir ayağa qalxaraq 
başı ilə sağollaşdı. Sonra qorxsa da arxasını ona tərəf 
çevirərək qapıya dorğu addımlamağa başladı.  
 
– Bağışla! 
 
Sabir  duraraq  arxaya  çevrildi.  Səs  Fəriddən 
gəlmişdi. Ondan bunu eşitmək Sabir üçün çox dəyərli 
idi.  
 
– Sən bağışla... Hər şey üçün. – Sabirin gözləri 
dolmuşdu.   
 
–  Yolun  açıq  olsun...  Get.  –  Fərid 
gülümsəyərək dedi. 
 
– Çox sağ ol.  
 
Sabirin  ürəyi  yerindən  çıxacaq  kimi  idi. 
Sevincindən  nə  edəcəyini  bilmirdi.  Geriyə  dönərək 
həkimə  baxdı.  Getmək  vaxtının  gəlib  çatdığını  ona 
bildirərək  ikisi  də  otaqdan  çıxdılar.  Həkimə 
təşəkkürünü  bildirdikdən  sonra  yeməkxanaya  tərəf 
boylandı.  Yeməkxanada  heç  kim  qalmamışdı. 
Dəhlizə  boylanaraq  xəstələrin  arasında  Yusifi 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
155 
 
tapmağa çalışdı. Ancaq Yusif gözə dəymirdi. Qaldığı 
otağa  yaxınlaşıb  qapını  açmaq  istəyəndə  Yusif  özü 
qapıdan çıxaraq qarşısında dayandı.  
 
– Bayaqdan səni axtarıram.  
 
– Niyə? Nəsə olub?  
 
– Getmək vaxtıdır. Tibb bacısı dedi.  
 
– İndi? – Həyəcanla soruşdu. 
 
– Hə. Elə indi. 
 
– Yaxşı.  
 
– Al çantanı. – Əlində tutduğu çantanı Sabirə 
uzatdı.  
 
Sabir çantanı alaraq geriyə döndü. Son dəfə bu 
dəhlizdə addımlayırdı. Bəlkə də son dəfə bu xəstələri 
görürdü.  Ona  görə  hamısını  bir-bir  süzür,  onlarla 
sağollaşırdı.  
 
–  Məzahir  dayının  yanına  gedək.  –  Sabir 
Yusifin qolundan tutdu. 
 
– Gedək. 
 
İkisi  də  yaşlı  kişinin  yanına  gedərək  onunla 
sağollaşmaq istədilər. 
 
– Məzahir dayı, biz gedirik.  
 
–  Gedin.  –  Yaşlı  kişi  Sabirə  baxaraq  əli  ilə 
getmələrini istədi. – Gedin və azad olun.  
 
– Olacağıq, Məzahir dayı. – Yusif əlini havaya 
qaldırdı.  
 
Yaşlı  kişiylə  də  sağollaşdıqdan  sonra  çıxış 
qapısına  doğru  addımlamağa  başladılar.  Elə  qapıya 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
156 
 
yaxınlaşmışdılar  ki,  arxadan  kimsə  uca  səslə 
qışqırmağa başladı.  
 
–  Bizə  dəli  deyirlər.  Bizmi  dəliyik,  yoxsa  bu 
xülyadan  ayılmayan  insan  övladı  mı?  –  Əli  ilə 
pencərəni  göstərdi.  –    Bizim  ruhumuzmu  xəstədir 
yoxsa  xəstəlik  ruhumuzdamı  var?  –  Əllərini  yana 
açaraq  coşquyla  dəhlizdəkilərdən  soruşdu.  –  Ancaq 
bir şey açıq-aydındır. Biz nə dəliyik, nə də ruhi xəstə. 
Bəs  biz  kimik?  Bizə  nə  ad  vermək  olar?  Bunu  sizə 
mən  deyəcəm.  Biz  Ruhilərik.  İnanın  mənə!  Biz 
seçilmiş insanlarıq! Bəşəriyyət bizi anlayacaq gücdə 
deyil. Bizlər burada həbs olunmağa layiq deyilik. Biz 
çox ali varlıqlarıq. Ona görə də, sizə deyirəm, – əlini 
dəhlizdəkilərə uzatdı. – Açın qapıları, ruhunuzu azad 
edin! 
 
Dəhlizdəkilər  heç  nə  anlamasa  da  onu 
alqışlamağa başladılar.  
 
– Gedək, Sabir.  
 
– Gedək. – Qapını açaraq dəhlizdən çıxdılar. 
 
Tibb  bacısı  ilə  bir  yerdə  birinci  mərtəbəyə 
endilər.  Sənədlərin  yoxlanışından  sonra  sıra  evə 
getmək  qalmışdı.  Binadan  çıxdıqlarında  başlarını 
qaldırıb xəstəxanaya son dəfə göz gəzdirərək burada 
keçirdikləri  günləri  xatırladılar.  Sabir  də,  Yusif  də 
həyəcanlı  görünürdülər.  Burada  tanımışdılar  bir-
birlərini. İki yad insan burada dostlaşmışdı. Bəlkə bu 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
157 
 
dostluğun ömrü daha da uzun olacaqdı. Hər şey qabaq 
idi, onlar üçün. 
 
Xəstəxananın çıxış qapısında isə onları ailələri 
gözləyirdi. Sabir uzaqdan Yasəməni görmüşdü, Yusif 
isə  qızı  ilə  oğlunu.  Ayaqları  istər-istəməz  daha 
sürətlənmiş, onlara qovuşmaq üçün tələsirdi. Keçmişi 
unutmaq,  yeni  bir  gələcək  üçün  sürətlərini  artıraraq 
qaçmağa  başladılar.  Onlar  həyatlarının  gözəl  anları 
üçün qaçırdılar. 
 
 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin