Amid Səlimoğlu “Ruhilər”


Şirin günlər, şirin çağlar bir-bir gəlib düşər yada



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
Bəyaz Dəhliz

Şirin günlər, şirin çağlar bir-bir gəlib düşər yada... 
 
 
Bu  arada  Yasəmən  isə  heç  nədən  xəbərsiz  öz 
evinin yolunda idi. Bu ötən günlərdə Sabirlə yalnız bir 
dəfə  danışmışdı.  Onda  da  doyunca  ürəyini  boşalda 
bilməmişdi.  İndi  isə  düşüncələrə  dalaraq  evə  doğru 
gedirdi.  
 
–  Salam,  Yasəmən.  Yasəmən?  –  Arxadan  səs 
eşidildi. 
 
Yasəmən yerində duraraq arxaya çevrildi. Onu 
səsləyən qonşusu Pakizə xala idi.  
 
– Salam, Pakizə xala. Bağışla. Fikirli idim.  
 
–  Hə,  nə  olacaq.  İnsansan  da...  –  Süni 
təbəssümlə ona baxdı. – İşdən gəlirsən?  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
120 
 
 
–  Yox.  İşləmirəm.  Mağazadan  gəlirəm.  Evə 
bir-iki şey lazım idi. – Əlindəki torbanı göstərdi.  
 
– Həə... day neynirsən ki, işləyib. Sabir işləyir 
də... – Yasəməni süzərək dedi.  
 
–  Bugün  işləmirəm,  Pakizə  xala.  İş  yoxdur. 
Yoxsa, çağırsalar gedirəm. 
 
– Həə... lap yaxşı. Bu arada, Sabir necədir? Onu 
heç  görmürəm.  Rayona  göndərdilər  yoxsa  hələ 
buradadır?  Neçə  dəfə  istəmişəm,  soruşum.  Ancaq 
vaxtım da olmur deyə siz tərəfə gələ bilmirəm. 
 
–  Yaxşıdır.  Rayona  göndəriblər.  Orada 
işləyəcək bir müddət.  
 
–  Həəə...  Yaxşı  edib.  Burada  aldığından  çox 
alacaq.  –  Qaşlarını  qaldıraraq  gözlərini  Yasəmənə 
zillədi.  
 
–  Elə  də  çox  pul  vermirlər,  Pakizə  xala. 
Özümüzü dolandırmağa güclə bəs edir.  
 
–  Yaxşı  olar,  bala.  –  Yenidən  süni  şəkildə 
gülümsədi.  
 
– Sağ olun. – Yasəmən yenidən yoluna davam 
etməyə başladı. 
 
Yaşlı  qadının  sözləri  xətrinə  dəysə  də,  buna 
fikir vermək istəmirdi. Özünü ələ alaraq evə çatmaq 
üçün addımlarını sürətləndirdi.  
 
Həyət qapısını açıb içəri girdi. Həyətdə heç kim 
yox  idi.  Pilləkənləri  çıxıb  ev  qapısını  açdı.  İçəri 
girərək mətbəxə keçdi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
121 
 
 
– Gəldin? – Xədicə onu görüb dedi.  
 
– Hə. Nə lazım idi, almışam.  
 
–  Mən  də  günortaya  hazırlıq  görürəm.  – 
Kartofları  göstərib  dedi.  –  Zakir  də  gələcək.  Bayaq 
zəng eləmişdi.  
 
– Lap yaxşı. Əynimi dəyişib gəlirəm.  
 
Mətbəxdən  çıxıb  öz  otağına  girdi.  Paltarlarını 
dəyişdikdən sonra yenidən mətbəxə gəldi.  
 
– Uşaqlar hardadır?  
 
– O biri otaqda. Oyun oynayırlar. 
 
–  Sənə  kömək  lazımdır?  –  Söhbəti  dəyişərək 
soruşdu.  
 
– Kartofu mən soyacam. Narahat olma. Sən çay 
dəmlə, zəhmət olmasa. Çaydan boşalıb. 
 
–  Yaxşı.  –  Yasəmən  qaz  sobasının  üstünə 
qoyulmuş çaydanı götürdü.  
 
– Sabah işə gedəcəksən?  
 
– Bilmirəm. Hələ bir xəbər yoxdur. Çağırsalar 
gedəcəm.  
 
–  Sabir  gəlib  işə  düzəlsəydi,  sən  də  rahat 
olardın. Oturardın evində, uşaqlara baxardın.  
 
–  Niyə  ki?  Uşaqlar  böyüyən  kimi  mən  də 
işləyəcəm. Təkcə Sabir işləməli deyil. – Bıçağı alaraq 
soğanların qabığını soymağa başladı.  
 
– Vallah, təki Zakirin işləri yaxşı olsun, ancaq 
mənim heç işləmək fikrim  yoxdur. – Xədicə sözünü 
bitirib gülməyə başladı. – Mənim yerim evdir.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
122 
 
 
–  Hamı  sənin  kimi  deyil  ki.  –  Yasəmən  də 
gülürdü.  –  Mən  həmişə  işləmək  istəmişəm.  Lap 
uşaqlıqdan. 
 
–  Heç  uşaqlıqda  da  işləməkdən  xoşum 
gəlmirdi.  Həmişə  arzulayırdım  ki,  evimin  xanımı 
olacam.  
 
– Ancaq mən yox. Həkim olmaq istəyirdim. – 
Yasəmən keçmiş günləri xatırlayaraq gülümsədi. 
 
– Bəs niyə olmadın? – Xədicə maraqla soruşdu. 
 
–  Necə  olum.  Bizim  kənddə  məktəb 
doqquzuncu sinifə qədər idi. Qalan iki ili o biri kəndə 
getməli  idik.  Bizim  kənddə  də  heç  kim  qızını  ora 
göndərmirdi.  Qız  uşağıdır,  uzaqda  nə  işi  var 
deyirdilər. 
Mənim 
atam  oxumağımızı,  təhsil 
almağımızı çox istəyirdi. Ancaq söz çıxar, camaat pis 
baxar deyə, o da göndərmirdi. Biz də nə oxuya, nə də 
hansısa peşə sahibi ola bildik.  
 
– Zakir deyirdi ki, Sabirin də uşaqlığı heç yaxşı 
olmayıb.  
 
– Onun heç seçimi də yox idi. Atası ilə anasını 
uşaq  vaxtı  itirmişdi.  Hardasa,  on  üç-on  dörd  yaşı 
olardı ya yox. Böyük qardaşının arvadı baxıb ona. Elə 
onun-bunun  qapısında  da  işləyib  bir  tikə  çörəyini 
qazanıb.  Ona  görə  də,  indi    istəyirəm  ki,  uşaqlar 
oxusun. Əsas da Aytac. Onun oxuması, təhsil alması 
daha vacibdir.  
 
– Elədir.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
123 
 
 
– Hə... – Soğanları götürüb Xədicəyə baxdı. – 
Bunları yumaq lazımdır.  
 
–  Bura  bax.  Bəs  siz  necə  tanış  olmusunuz? 
Zakirdən  neçə  dəfə  soruşmuşam,  ancaq  düz-əməlli 
cavab  ala  bilməmişəm.  Səni  də  görəndə  yadıma 
düşmür ki, soruşum. – Gülərək dedi. 
 
–  Məktəb  vaxtlarından  tanıyırıq  bir-birimizi. 
İlk dəfə dördüncü sinifdə oxuyanda görmüşdüm onu.  
 
– Sabir neçədə oxuyurdu ki? 
 
– Sabir məndən üç il böyükdür. Onda yeddinci 
sinifdə  oxuyurdu.  Hər  gün  dərsdən  çıxıb  arxamca 
gələr, öz aləmində evimizə qədər ötürərdi məni.  
 
– Sən neynirdin bəs? – Xədicə özünü saxlaya 
bilməyib gülməyə başladı.  
 
– Ay qız, nə edəcəm. – Yasəmən də güldü. – 
Uşaq  idim  onda.  Başımı  aşağı  salıb  evə  tələsərdim. 
Kənd yeri idi. Qız uşağı nədir, ətrafa baxmaq nədir, 
elə şey olardımı. Adamı öldürərdilər.  
 
– Bəs səndən xoşlandığını  nə vaxt dedi? 
 
–  Neçə  il  sonra.  Hələ  bir  dəfə  sinif  yoldaşı 
deyib ki, o uşaqdır, neynirsən onu. O da deyibmiş ki, 
nə olsun uşaqdır. Axır-əvvəl böyüyəcək də.  
 
–  Guya  bunlar  yekə  kişi  olub.  –  Xədicə 
şaqqanaq çəkərək gülməyə başladı.  
 
– Həə... – Yasəmən də ona qoşularaq gülür, bir 
yandan da soğanları yuyurdu. – Ay qız, uşaq ağlıdı. 
Elə bilirdilər ki, böyük kişidilər.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
124 
 
 
–  Demə, demə... Yaxşı, hər şeyi başa düşdüm. 
Bəs nə vaxt sənə yaxınlaşdı? 
 
– Mən doqquzuncu sinifdə oxuyanda. 
 
– Ona kimi heç bir söz də deməyib? – Xədicə 
gözlərini bərəldərək Yasəmənə baxdı. 
 
–  Yox.  Səbrlə  böyüməyimi  gözləyib.  – 
Gülümsədi.  
 
– Nə demişdi? 
 
– Heç nə. “Salam”. Təkcə bunu. 
 
–  Neçə  il  gözlə-gözlə,  səbr  et.  Sonra  da  gəl 
bunu de.  
 
– Kənd yeridir, söz çıxar deyə, ehtiyat etmişdi.  
 
–  Səni  görəndə  özünü  itirdiyindən  olar.  – 
Xədicə göz vuraraq dedi. 
 
– Yox, ay qız. – Yasəmən nazla gülümsədi. – 
Məktəbi  bitirdikdən  sonra  da  elçilərini  göndərdi. 
Zakir də Sabiri tanıyırdı. Xətrini çox istəyirdi. Atamı 
razı saldı. Atam da onun sözünə qulaq asdı.  
 
– Bəs sən? 
 
– Nə mən?  
 
– Sən Sabirlə evlənmək istəyirdin?  
 
– Hə. – Utanaraq cavab verdi. – Sabir təmiz, saf 
biri idi. Səbəbini bilmirdim, uşaq idim, bir ad da verə 
bilmirdim,  ancaq  hər  onu  gördüyümdə  içimdə  bir 
rahatlıq,  sakitlik  yaranırdı.  Atama,  qardaşıma  necə 
etibar edirdimsə, ona da o cür etibar edirdim. Ondan 
əvvəl neçə dəfə elçiləri geri qaytarmışdım. Bilirdim 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
125 
 
ki,  nə  vaxtsa,  o  da  öz  elçilərini  göndərəcək.  Səbrlə 
gözləyirdim.  
 
–  Göndərməsəydi,  yəqin  ki,  sən  elçi 
gedəcəkdin. – Gülərək dedi.  
 
– Nə bilim. – Yasəmən də gülməyə başladı. – 
Yaxşı. Günorta gəldi, çatdı. Hələ yemək hazır deyil. 
Zakir də gələcək. – Tavanın içinə yağ tökdü.  
 
İkisi  də  günorta  üçün  hazırlıq  görməyə 
başladılar. Həyat davam edirdi. 
 
 
 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin