Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə34/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   30   31   32   33   34   35   36   37   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
111 
 
Onda  çölə,  əvvəllər  yaşadığı  həyata  qayıtmaq  hissi 
baş qaldırmışdı. Bunu Sabirə borclu idi. Ona görə də, 
Sabirlə  çox  danışmaq,  yenidən  əvvəlki  kimi  olmaq 
istəyirdi. Amma di gəl ki, o yatırdı. 
 
Yusif  Sabirə  baxaraq  fikrə  daldığı  zaman  yan 
otaqdan  səs  gəlməyə  başladı.  Kimsə  ucadan 
oxuyurdu: 
 
"Vətən bağı" al-əlvandır, 
Yox içində xarı bülbül. 
 
 
Səsə  Sabir  də  oyanmışdı.  Gözlərini  açaraq 
yerində  dikəldi.  Ətrafına  baxdı.  Səs  qaldığı  otaqdan 
gəlmirdi.  Sabirin  oyandığını  görən  Yusif  sevinərək 
yataqdan enib onun yanına getdi.  
 
– Oyandın?  
 
–  Hə.  –  Yusifin  üzündəki  sevinc  Sabiri 
çaşdırmışdı. – Oxuyan kimdir? 
 
– Vüqardır. O biri otaqda qalır. Köhnə əsgərdir. 
–  Yusifin  üzündəki  gülüş  bir  anda  yox  oldu.  – 
Müharibədə olub.  
 
– Başa düşdüm. – Sabir başını yellədərək dedi.  
 
Digər otaqdan isə səs hələ də gəlməkdə idi: 
 
 
On bir ay cəfa çəkərsən, 
Bir ayı da zarı, bülbül! 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
112 
 
 
 
– Çox gözəl oxuyur.  
 
– Elədir.  – Sabir Yusifin sözünü təsdiqlədi.  
 
Bundan  sonra  ikisi  də  susaraq  səsi  dinlədilər. 
Otaqda hər kəs səssiz idi. Yan otaqdansa, yanıqlı səs 
hər tərəfə yayılır, digər otaqları da öz ağuşuna alırdı.  
 
Sabir səs kəsilənə qədər divara söykənib durdu. 
Gözlərini  yumaraq  səsi  dinlədi.  Vüqar  oxuyub 
bitirdikdən sonra isə gözlərini açaraq Yusifə baxdı. 
 
– Birinci dəfədir ki, bu səsi eşidirəm. 
 
– Tez-tez oxumaz. Nə vaxt istəsə, onda.  
 
– Başa düşdüm. – Köks ötürdü. Sonra yenidən 
davam etdi. – Niyə yatmırsan? 
 
– Nə bilim. Dedim biraz söhbət edərik. – Fağır 
baxışlarını Sabirə zilləyərək dedi. 
 
– Nə söhbət? Nə danışacağıq?  
 
– Bilmirəm. – Əllərini yana açdı.  
 
– Məncə yataq. Gecdir.  
 
Sabir  yerinə  uzanmağa  hazırlaşırdı  ki,  Yusif 
anidən əllərini başına qoyaraq ağzını açdı. Qışqırmır, 
əlləri  ilə  başını  sıxmağa  davam  edirdi.  Sabir  bunu 
görən  kimi  dərhal  ayağa  qalxıb  Yusifin  əllərindən 
tutub sakitləşdirməyə çalışdı.  
 
– Yusif! Yusif! Özünə gəl.  
 
Bir neçə  dəfə bunu  təkrarlasa da bir  çarəsinin 
olmadığını  görüb  qapıya  tərəf  getdi.  Həkimləri 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
113 
 
çağırmaq  istəyirdi.  Elə  qapını  açırdı  ki,  arxadan 
Yusifin səsini eşitdi. 
 
– Getmə!  
 
Sabir geriyə dönərək onun yanına gəldi. 
 
– Yaxşısan? 
 
– Yaxşıyam. Yaxşıyam. – Yusif əllərini aşağı 
salaraq  dedi.  –  Bu  səfər  çox  qısa  oldu.  Heç 
qışqırmadım. – Təəccüblə əllərinə baxdı.  
 
–  Necə  yəni?  Mən  elə  bilirdim,  sən  heç  nə 
xatırlamırsan. – Sabir yatağın üstünə oturdu.  
 
– Hər şeyi xatırlayıram. Sadəcə... nə bilim. Elə 
olmasını istəyirəm. – Gözlərini qaçıraraq dedi. 
 
– Niyə?  
 
– İstəmirəm, normal olan vaxtı kimsə bu halımı 
xatırlatsın. Ona görə. 
 
– Ancaq bugün elə də güclü olmadı. Özünə tez 
gəldin.  
 
–  Hə.  Elədir.  –  Üzündə  yenidən  təbəssüm 
yarandı. 
 
– Deməli düzəlirsən. Bu çox yaxşı şeydir.  
 
– Yəqin ki. Həkimlə danışmaq lazımdır.  
 
– Yusif... – Sabir birazda ona yaxın oturdu. – 
Sən  buradan  çıxmaq  istəyirsən?  –  Gözlərinin  içinə 
baxaraq soruşdu. 
 
– Əvvəllər yox. Ancaq indi istəyirəm.  
 
–  Lap  yaxşı.  –  Sabir  gülümsəyərək  dedi.  – 
Onda  tam  sağalmalısan.  İnanıram  ki,  bunu 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
114 
 
bacaracaqsan.  Amma  əsas  sən  inanmalısan.  Başa 
düşürsən məni? 
 
– Başa düşürəm. – Əllərini havaya qaldıraraq 
sevincini  bildirmək  istədi.  Sonra  yenidən  yanına 
salaraq əlavə etdi. – Yavaş-yavaş düzələcəm.  
 
– Düzələcəksən. – Əlini Yusifin dizinə qoydu.  
 
– Çox sağ ol.  
 
– Mən niyə? – Sabir Yusifi anlamamışdı. 
 
– Sən kömək etdin. Burada dostum yox idi. Sən 
gələndən sonra düzəlməyə başladım. Çöldəki adamlar 
kimi olmağa başladım. Sən dostum oldun mənim. – 
Yusifin gözləri yaşarmışdı. 
 
– Əsas sən sağ ol. Sən olmasaydın, mənim də 
halım  heç  yaxşı  olmayacaqdı.  Burada  tək  dostum 
sənsən.  
 
– Bilirəm. – Yusif gülməyə başladı.  
 
– Hə. – Sabir də gülərək qarşılıq verdi.  
 
– İndi isə yat, dincəl. Bugünlük  bəsdir. Sabah 
yenə danışarıq. – Ayağa qalxdı. 
 
– Yaxşı. Gecən xeyirə. 
 
– Xeyir olsun.  
 
Yusif  ondan  uzaqlaşaraq  yatağına  tərəf  getdi. 
Sabirsə,  bir  qədər  onu  izlədikdən  sonra  yatağa 
uzanaraq  gözlərini  yumdu.  Sabah  üçün  dəqiqələri 
saymağın vaxtı gəlib çatmışdı. 
 
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
115 
 
*** 
 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin