Amid Səlimoğlu Bəyaz Dəhliz
102
– Əlbəttə. – Sabirin bu sualdan xoşu
gəlməmişdi.
– Bəs sən?
– Mən də. Bunu niyə soruşursan ki?
– Sən burdasan, o isə çöldə. Burda
ola-ola səni
sevirsə, deməli güclü qadındır.
– Elədir.
– Onda onu sevməkdən qorxma. Çünki vaxt
gələcək, o, sənin tək ordun olacaq. Bunu mən
demirəm ha... irlandlar deyir. – Gülməyə başladı.
– Lap yaxşı. – Sabir heç nə başa düşməsə də,
Yusifin xətrinə dəyməmək üçün gülərək ona baxdı.
– Mən gedim. – Stuldan duraraq dedi. – Sən də
ailəni fikirləş.
Yusif Sabirin yatağından ayrılaraq öz yatağına
doğru getdi. Sabir onun arxasıyca baxaraq qalmışdı.
Yusifin danışdıqlarından heç nə başa düşməmişdi. Bir
qədər onu izlədikdən sonra yenidən başını yastığa
qoyaraq gözlərini yumdu. Yatmaq, zamanı irəli
aparmaq istəyirdi. Ancaq nə oldusa, gözlərini açaraq
yerində dikəldi. Yataqdan enərək tərliklərini geyinib
Yusifin yatağına doğru getdi.
– Otura bilərəm?
– Hə. Otur. – Yusif sevinərək əli ilə yer
göstərdi.
– Həmişə sən mənimlə danışırsan, suallar
verirsən.
Amid Səlimoğlu Bəyaz Dəhliz
104
Yusifdən uzaqlaşmağa başlamışdı ki, arxadan Yusifin
səsini eşitdi.
– Hara gedirsən?
– Nə bilim. – Sabir geriyə dönərək ona baxdı. –
Dəhlizə çıxacam.
– Mən də gəlim?
– Gəl. – Sabir gülümsəyərək dedi.
Yusif dərhal ayağa qalxıb onun yanına gəldi.
“Gedək”, – deyə qapını göstərdi. İkisi də qapıdan
dəhlizə çıxdılar.
O gün Sabir özünü daha yaxşı hiss edirdi.
Yasəmənin səsi belə ona güc vermişdi. Səbrsizliklə
xəstəxanadan çıxacağı, ailəsinə qovuşacağı günü
gözləyirdi. O günə kimi isə dözməli olacaqdı. Buna
məcbur idi.
***
Dostları ilə paylaş: