Amid Səlimoğlu Bəyaz Dəhliz
98
göstərməyə çalışdı. Bir neçə saniyə sonra həkim də
onu gördü.
– Nədir? Nə olub?
– Heç. Heç nə. – Sabir sakitcə dedi. – Telefon...
– deyə əlini telefonun qoyulduğu tərəfə uzatdı.
– Telefonla danışmaq istəyirsən?
– Hə. – Sabir təbəssümlə həkimə baxdı.
– Keç, otur. – Həkim nəzakətlə dedi.
Bu sözü eşidən kimi Sabir içəri girərək
telefonun
qoyulduğu
tərəfə
addımladı. Stula
əyləşərək həkimə baxdı.
– Nömrəni bilirsən?
– Bilirəm.
– Kimə zəng edəcəksən?
– Evə... evimə.
– Başa düşdüm. Yığ onda. – Ayağa qalxdı. –
Mən çöldə olacam. Qurtaranda xəbər edərsən.
– Baş üstə.
Həkim çölə çıxaraq qapını bağladı. Sabir
otaqda heç kimin olmadığını görüb telefonun
dəstəyini qaldıraraq Yasəmənin nömrəsini yığdı. Hər
zəng çaldığında ürəyi döyünür, telefonu açmayacaq
deyə qorxurdu. Bir neçə dəfə bu təkrarlandıqdan
sonra Yasəmən axır ki, telefonu açmışdı.
– Alo.
– Yasəmən? Mənəm Sabir.