Amid Səlimoğlu Bəyaz Dəhliz
82
anidən iki əlini də uzadaraq yaxasından tutub
sirkələməyə başladı.
– Sən mənim atamsan! Sən mənim atamsan!
Sabir diksinərək gözlərini açdı.
– Burax məni! – Qorxaraq adamın əllərindən
qurtulmağa çalışdı.
– Sən mənim atamsan! Sən mənim atamsan! –
Adam bu səfər Sabiri boğmağa çalışırdı.
– Burax! – Sabir qışqırır, yerində çırpınaraq
kömək istəyirdi.
Səsə otaqdakı digər xəstələr də oyanmışdılar.
Hamı qorxudan qulaqlarını tutmuşdu. Təkcə Yusif
cəld qaçaraq Sabiri adamın əlindən almağa çalışdı.
Ancaq adam Sabiri necə tutmuşdusa, Yusif heç nə edə
bilmirdi.
Əlindən bir şey gəlməyəcəyini görən Yusif
çölə çıxaraq qışqırmağa başladı:
– Kömək edin! Kömək edin!
Onun qışqırıq səsinə gecə növbəsində olan
işçilər qaçaraq gəldilər. Otağa girib işığı yandırdıqdan
sonra adamın üstünə şığıyaraq onu kənara çəkməyə
çalışdılar. Sabir işıqlar yandıqdan sonra gözlərini
açaraq onu tutan adama ehtiyatla baxdı. Bu, səhər
onun qarşısını kəsən adam idi.
– Burax məni! Burax deyirəm!
Amid Səlimoğlu Bəyaz Dəhliz
83
– Sən mənim atamsan! Sən mənim atamsan! –
Cavan oğlan dayanmadan qışqırır, Sabiri daha
möhkəm tutaraq boğmağa çalışırdı.
– Burax! Yalvarıram! – Sabirin taqəti
qalmamışdı. Getdikcə zəifləyir, əl-ayağı boşalırdı.
– Ataaaa!.. Ataaaa!.. Niyə ataaa!..
İşçilər güclə də olsa, cavan oğlanın əllərini
boşaldaraq Sabiri xilas edə bildilər. Sabir dərindən
nəsəf alaraq divara söykənib ona baxdı.
– Tutmayın! – Oğlan işçilərin əlindən yaxa
qurtarmağa çalışır, qorxuducu səslə qışqırır, Sabirin
üzərinə qaçmaq istəyirdi. – Anam hardadı, ataaa?!..
Ona neylədin?!.. Buraxın məni! Axı sən mənim
atamsan! Sən mənim atamsan!
Oğlanın qışqırıq səsləri bütün mərtəbəyə
yayılmışdı. İşçilər sonunda əlacsız qalaraq
sakitləşdirici iynə vuraraq oğlanı keyitdilər. Sonra isə
otaqdan çıxararaq öz otağına apardılar. Sabir
isə əlini
boğazında gəzdirərək oğlanın nə demək istədiyini
anlamağa çalışırdı. Ancaq halsızlıqdan çox da
bir şey
düşünə bilmirdi.
Oğlanı apardıqdan sonra Yusif ehtiyatla Sabirə
yaxınlaşmağa çalışdı.
– Yaxşısan? – Əlini Sabirə tərəf uzatdı.
– Toxunma mənə! Toxunma! – Sabir dizlərini
yığaraq divara söykəndi.