Amid Səlimoğlu Bəyaz Dəhliz
69
– Yaxşı. – Yenə qısaca cavab verdi.
Sabir başını aşağı salaraq yeməyin gəlməsini
gözləyirdi. Arabir başını qaldırır, xəstələrlə göz-gözə
gəldikdən sonra gözlərini onlardan qaçıraraq yenidən
başını aşağı salırdı. Bir neçə dəfə bu təkrarlandıqdan
sonra axır ki, mətbəxdən xəstəxana işçiləri çıxaraq
yeməkləri gətirdilər. Qazandakı yeməkləri boşqablara
tökdükdən sonra kənarda dayanaraq xəstələrin
yeməklərini yemələrini gözlədilər. Sabir boşqabına
tökülən yeməyə baxaraq üzünü turşutdu. Xəstələr
üçün hazırlanmış yemək onun heç xoşuna
gəlməmişdi. Başını qaldıraraq xəstələrə baxdı.
Onların iştahla yeməkləri yeməsi onu daha iştahdan
kəsirdi. Xəstələr gah qaşıqla, gah da əlləri ilə
boşqabdakı şorbanı yeməyə çalışır, çörəkləri əlləri ilə
parçalayaraq ətrafa dağıdırdılar. Sabirin ürəyi bulansa
da, özünü güclə saxlayır, qusmamaq üçün başını aşağı
salaraq onları görməməzlikdən gəlirdi.
– Yemirsən? – Sabirin sağ tərəfində oturan
xəstə ağzını Sabirin qulağına yaxınlaşdıraraq bərkdən
dedi.
Sabir qəfil səsdən hürkərək özünü yana çəkdi.
– Yox. Yemirəm.
Xəstə boşqabı götürüb qabağına qoyaraq
marçıltı ilə yeməyə başladı. Sabirsə, heç nə demədən
başını aşağı salıb yeməyin bitməsini gözləyirdi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
70
Bir neçə dəqiqə sonra nahar bitmişdi. Hamı
ayağa qalxaraq öz otaqlarına getməyə hazırlaşırdı.
Sabir də hamı kimi ayağa qalxdı.
– Niyə yemədin? – Yusif onun qolundan
tutaraq soruşdu.
– İştahım yoxdur.
– Yemək yeməsən, zəifləyəcəksən. Mütləq bir
şeylər ye.
– Yeyərəm.
– Yaxşı. – Yusif gülümsəyərək dedi. – Gəl,
gedək. Səni buralarla tanış edim.
Sabir
yenidən
dinməz-söyləməz
onun
arxasıyca düşdü. Yeməkxanadan çıxıb geniş dəhlizlə
irəliləyərək çıxış qapısına yaxınlaşdılar. Qapının sol
tərəfindəki qapını açaraq içəri girdilər.
– Bura hamamdır. Burada təmizlənirik. Çim-
çim. – Yusif gülərək əllərini başına aparıb yuyurmuş
kimi göstərdi.
– Başa düşdüm. – Sabir də gülümsədi.
– Hə. Onda gəl gedək. – Yenidən dəhlizə çıxdı.
– Yan qapını göstərib dedi. – Bura da ayaqyoludur.
– Lazım deyil. Başa düşdüm. – Sabir Yusifin
əllərini şalvarına apardığını görüb dedi.
– Hə. Onda gəl gedək. – Yusif təkrar eyni
sözləri dedi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
71
Yusif Sabiri qaldıqları otağa apardı. İçəri
girdiklərində bütün yataqların üstündə xəstələr var
idi.
– Bura sənin yatağındır. – Yusif Sabirin yerini
göstərdi.
– Bilirəm.
– Hə. – Otağın sol tərəfinə gedərək küncdəki
yatağı göstərdi. – Burda mən yatıram. – Sonra isə o
biri yataqları göstərdi. – Burda da bunlar.
– Amma indi oturmuşuq. – Divarın sağ
küncündə, yatağın üstündə oturmuş xəstə gülərək
dedi.
– Yaxşı edirsiniz. – Sabir də gülərək qarşılıq
verdi.
– Bir, iki, üç, dörd nəfər idik. Sən də gəldin,
olduq beş nəfər. – Yusif sevinclə əlini havaya
qaldırdı.
– Başa düşdüm. – Sabir yatağın üstündə oturdu.
– İndi həkimlər gələcək. İynə vuracaqlar.
Ancaq qorxma. Həmişə vururlar. Yusif ona
yaxınlaşaraq yatağın yanında qoyulmuş stula oturdu.
– Oldu. – Ona baxaraq dedi. – Sən çoxdan
burdasan?
– Yeddi aydır. – Əlini yenidən qaldırdı.
– Hmm.
– Ancaq o birilər kimi deyiləm. Məndə arada
olur.
|