Amid Səlimoğlu Bəyaz Dəhliz
66
– Sən neynirsən? Get burdan! – Həkim onun
mənimlə danışdığımı görüb araya girdi. Xəstəni
məndən uzaqlaşdıraraq üzümə baxdı. – Gəl mənlə!
Həkim geniş dəhlizlə Sabiri qalacağı otağa
doğru aparırdı. Sabir isə ətrafı izləyir, necə bir yerə
düşdüyünü anlamağa çalışırdı. Geniş dəhlizin hər
tərəfi pencərələrlə əhatələnmişdi. Ancaq çöldən
dəmir barmaqlıqlar görsənirdi. Hər tərəfi pencərə
olduğu üçün də dəhliz yaxşı işıq alırdı. Dəhlizin hər
tərəfində gül dibçəklərinə rast gəlmək olurdu.
Divarlara isə cürbəcür rəsmlər çəkilmişdi. Bunlardan
daha çox Sabiri dəhlizin sol küncündə qoyulan piano
maraqlandırmışdı. “Belə bir yerdə pianonun nə işi var
idi axı?”, – deyə düşünsə də buna o qədər də fikir
verməmişdi.
– Bu otaqda qalacaqsan. – Həkim otağın
qapısını açdı.
Sabir otağa boylanaraq başqa kiminsə olub-
olmadığını yoxladı. Otaqda beş yataq olsa da, heç kim
yox idi. İçəri girərək həkimin nə deyəcəyini
gözləməyə başladı.
– Bura sənin yerindir. – Sağ küncdə qoyulmuş
yatağı göstərdi. – İndi yatıb istirahət edə bilərsən.
Birazdan gəlib iynə vuracaqlar.
Heç nə demədən yatağın üstünə oturdu.
Həkimin getməsini gözlədikdən sonra başını qaldırıb
otağı diqqətlə süzdü. Otağa kamera yerləşdirmişdilər.
Amid Səlimoğlu Bəyaz Dəhliz
67
Bu Sabiri bir qədər rahatlaşdırmışdı. Əlində tutduğu
kiçik çantanı siyirməyə yerləşdirdi. İçəri girərkən
əşyalarının
bir
çoxunu
götürməyə
icazə
verməmişdilər. Yasəmənin yemək üçün qoyduqlarını
belə götürə bilməmişdi. Xəstəxana özü yemək verirdi.
Ona görə də bəzi əşyalardan başqa qalan hər şeyi
Zakirlə evə göndərməyə məcbur olmuşdu. Sabir
burada edəcək bir şeyi olmadığından yerinə uzanaraq
azca olsa da, dincəlməyə çalışdı. Neçə gün burada
olacaqdı və nələr olacağını heç fikirləşmək istəmirdi.
***
– Dur. Dur.
Sabir gözlərini açaraq qarşısındakı adamı
görüb qorxudan divara söykəndi.
– Sən kimsən?
Ətrafına baxaraq harada olduğunu anlamağa
çalışsa da, bir neçə saniyənin içində hər şeyi anladı.
Gözləri yuxuya getmişdi.
– Adım Yusifdir. Burda qalıram. Sən təzə
gəlmisən, deyəsən. Qorxma. – Gülümsəyərək əlini
Sabirə tərəf uzatdı.
– Hə. Bugün gəlmişəm. – Yusifin əlini sıxaraq
dedi.
– Xoş gəlmisən.
Amid Səlimoğlu Bəyaz Dəhliz
68
Yusifin sözü Sabirə qəribə gəlmişdi. Tərs-tərs
ona baxdı. Ancaq bir söz demədi.
– Dur, gedək.
– Hara?
– Yemək vaxtıdır. Mənə dedilər, səni çağırım.
– Yaxşı. – Sabir yataqdan enərək ona verilmiş
tərlikləri geyinib Yusiflə bir yerdə otaqdan çıxdı. –
Yeməkxana hardadır?
– Mənimlə gəl. Görəcəksən.
Dəhlizdə heç kim yox idi. Yusifin baxışları
Sabiri qorxutsa da, dinməz-söyləməz onun arxasıyca
gedirdi. Ətrafda kiminsə görünməməsi onu da
həyəcanlandırırdı.
– Gəl. – Yusif əli ilə dəhlizin sonundakı otağı
göstərdi. – Hamı oradadır.
İkisi də otağın qapısına yaxınlaşıb içəri girdilər.
Hər şey Yusifin dediyi kimi idi. Xəstələr burada
yemək yeyirdilər
– Otur. – Əli ilə stulu göstərdi.
– Yaxşı. – Sabir stulu arxaya çəkərək oturdu.
Bütün xəstələrin hamısı Sabiri maraqla izləyir,
yeni gələni süzürdülər. Sabir də onlara qəribə
baxışlarla baxırdı. Hər xəstə bir cür xasiyyətdə idi.
Onları başa düşmək isə elə də asan görünmürdü.
– Bunların hamısı xəstədir. – Yusif ona baxaraq
dedi. – Elə bizim kimi. Onlardan qorxma. Birazdan
yemək gələcək. Doyunca yeyərsən.
|