Hər şeydən öncə
Ertəsi gün göy üzü işıqlanmamış Sabir
oyanmış, xəstəxanaya getmək üçün hazırlanmağa
başlamışdı. Zakir də erkəndən durmuşdu. Sabiri
xəstəxanaya
o aparacaqdı. Yasəmən Sabirin
əşyalarını çoxdan hazır etmiş, qapının önünə
qoymuşdu. Sabir yemək yedikdən sonra Aytacla
Rüfətin otağına keçib ikisini də öpərək otaqlarından
ayrılmışdı. Yasəmən özünü güclə saxlasa da, dözə
bilməyib Sabir evdən çıxdığı zaman hönkürtü ilə
ağlamağa başlamışdı. İstəmədən olsa da, sevdiyi
adamı istəmədiyi həyata göndərirdi. Bu onun üçün də
çox ağır idi. Sabir də bunu hiss edirdi. Ancaq
Amid Səlimoğlu Bəyaz Dəhliz
61
fikrindən dönməyin mənasız olduğunu bilirdi. Bu
səbəbdən əlacsız şəkildə yollanırdı xəstəxanaya.
Özündən nigaran deyildi. Tək narahatlığı ailəsindən
idi. Elə onlara görə də gedirdi. Onlar üçün... Erkəndən
də çıxmışdılar evdən. Kimisə görmədən, kiməsə
görsənmədən. Yol boyunca Sabir bir söz belə
danışmamışdı. Zakir də onu başa düşdüyündən, o da
susmuşdu. Xəstəxananın önünə çatana kimi bir-
birlərini dindirməmişdilər.
Xəstəxananın
önünə çatdıqda ikisi də
avtomobildən enərək giriş qapısına yaxınlaşdılar.
Bütün sənədlərin düzgünlüyünü yoxladıqdan sonra
tibb bacısı Zakirə baxaraq dedi:
– Hər şey qaydasındadır. Siz artıq gedə
bilərsiniz. Xəstəni özümüz aparacağıq.
– Oldu, xanım.
Zakir Sabirə baxaraq səssizcə sağollaşdı. Sabir
də bir söz demədi. Eləcə əlini qaldırıb durdu. Zakir
avtomobilinə doğru getdiyi zaman tibb bacısı artıq
Sabiri içəri salmışdı. Hər şey elə sakit, elə səssiz baş
verirdi ki, Sabir həqiqətən xəstə olduğunu zənn
etməyə başlamışdı. Dinməz, söyləməz tibb bacısının
yanı ilə gedir, arabir başını qaldırıb ətrafına baxırdı.
Ətrafda isə onun kimi dərdinə əlac axtaranlar var idi.
Bunu onlar da hiss edirdi ya yox, Sabirin heç bir
təsəvvürü olmasa da, bir əlac üçün burada idi. Qaməti
də dəyişmişdi. Xəstəxananın abu-havası belini elə ilk
Amid Səlimoğlu Bəyaz Dəhliz
62
saniyədən bükmüşdü. Tibb bacısı qoluna girmiş, onu
qalacağı binaya doğru aparırdı. Binanın önünə
çatanda başını qaldırıb binanı süzdü. Pencərələri
dəmir barmaqlıqlarla əhatələnmiş bu bina Sabirə çox
yad idi. Dərindən nəfəs alaraq pilləkənlərlə yuxarı
doğru addımlamağa başladı. Sonuncu pilləkənə
çatdığında anidən duraraq geriyə döndü. Qaçmaq,
buradan canını qurtarmaq istədi. Ancaq dərhal da
fikrindən döndü. Bunu edə bilməyəcəkdi. Məcbur idi.
Yasəmən üçün, Aytac üçün, Rüfət üçün. Hər şey
üçün. Ona görə də tibb bacısının qolunu dartaraq
binanın içinə salmasına icazə verdi.
– Sabahınız xeyir, həkim. Yeni xəstədir. İndi
gətiriblər.
– Sabahın xeyir. – Həkim tibb bacısına
baxmadan Sabiri süzməyə başladı. – Gündə birini
gətirib atırlar bura. Yaman sakit görünür. – Üzünü
turşudaraq dedi.
– Nə istəyirsiniz? Başınıza oyun açmaz.
– Elədir. – Sakitcə dedi. – Sən get. Qalanı
bizlikdir.
– Oldu. – Tibb bacısı Sabiri orada buraxıb çölə
çıxdı.
– Sən də mənimlə gəl, – deyə Sabirə baxdı.
Həkim öndə Sabir isə onun arxasıyca dəhlizlə
irəliləyirdilər. Biraz getmiş həkim soldakı qapılardan
birini açıb əli ilə Sabirə içəri keçməsini istədi.
|