Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   16   17   18   19   20   21   22   23   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
63 
 
 
– Ay Əsəd, təzə gəlib. Paltarlarını dəyişsin. – 
Əli ilə içəridəki adama Sabiri göstərdi. – Mən də indi 
gələcəm. 
 
– Keç bura. – Əsəd yer göstərdi. 
 
Sabir heç nə demədən sakitcə içəri keçdi.  
 
– Soyun!  
 
Sabir bir paltarlara, bir də adama baxdı. Heç nə 
başa  düşməmişdi.  İşçilərin  belə  qaşqabaqlı,  əsəbi 
olmasını heç gözləmirdi. 
 
– Ə, nə gözləyirsən? Soyun da! – Əsəd əsəblə 
dedi. – Tez ol!  
 
– Yaxşı. – Sabir soyunmağa başladı. 
 
–  Hələ  saçını  da  kəsməliyəm.  Tələs!  Vaxtım 
yoxdur.  
 
Bir  neçə  dəqiqə  sonra  Sabir  soyunmuş,  hazır 
vəziyyətdə Əsədin nə edəcəyini gözləyirdi.  
 
– Soyundum.  
 
–  Görürəm!  –  Əsəd  əlindəki  telefonu  cibinə 
qoydu. – Otur. Saçını kəsim.  
 
– Yaxşı.  
 
Sabir Əsədin göstərdiyi stula əyləşdi. Əsəd isə 
saç  kəsən  aparatı  işə  salaraq  onun  saçını  dibindən 
kəsməyə  başladı.  Arasıra  aparatın  dişləri  Sabiri 
incitsə də səs etmir, dözərək Əsədin işini bitirməsini 
gözləyirdi. Heç beş dəqiqə çəkmədi ki, Əsəd Sabirin 
saçını kəsib qurtardı. Sonra isə vanna otağına aparıb 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
64 
 
çimizdirdi.  Sabir  yuyunduqdan  sonra  ona  verilən 
paltarları geyinib Əsədin nə deyəcəyini gözlədi. 
 
– Bu qədər. Otur burda. İndi həkim gəlib səni 
götürəcək. – Pencərənin kənarına gedərək çölə baxdı.  
 
Əsəd  onunla  əlavə  heç  nə  danışmırdı.  Sabir 
arabir söhbət açmaq istəsə də, artıq söz deyər, xəstə 
olmadığını  bildirər  deyə  susmağı  üstün  tutmuşdu. 
Eləcə yerində oturaraq həkimi gözləyəcəkdi. Dinməz, 
söyləməz,  yazıq,  fağırca  oturmuşdu.  Əlindən  başqa 
heç nə gəlmirdi. 
 
 
 
 
*** 
 
 
Yarım saat sonra həkim otağın qapısını açaraq 
içəri girdi. 
 
– Qurtardın? 
 
– Hə. Götür, apar.  
 
– Qalx. – Sabirə baxaraq dedi. – Düş qabağıma. 
 
Sabir  həkimin  sözündən  sonra  dinməz-
söyləməz  ayağa  qalxıb  otaqdan  çıxdı.  Həkim  hara 
gedirdisə,  o  da  onun  arxasıyca  gedirdi.  Pilləkənlərə 
yaxınlaşıb  ikinci  mərtəbəyə  çıxdılar.  İkinci 
mərtəbənin  girişində  qapılar  qoyulmuşdu.  İçəri 
görmək mümkün deyildi. Həkim qapını açıb Sabirlə 
bir  yerdə  içəri  girdi.  İkinci  mərtəbə  geniş  dəhlizə 
açılırdı.  Dəhlizin  hər  tərəfində  otaqlar  vardı.  Sabir 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
65 
 
başını  qaldıraraq  ətrafı  ani  göz  qırpımında  süzməyə 
başladı.  Dəhlizdə  xəstələr  gəzişir,  bir-birləri  ilə 
danışırdılar. Hər şey Sabir üçün adi görünürdü. Ancaq 
anidən  həkimin  qışqırıq  səsi  Sabiri  diksindirərək 
xülyadan oyatdı. 
 
–  Ay  bala,  neynirsən  orda?! –  Həkim  Sabirin 
yanından uzaqlaşaraq küncdə dayanan xəstəyə doğru 
yaxınlaşdı.  
 
Xəstə şalvarını aşağı çəkmiş, tualetini edirdi. 
 
– Bura işəmək yeridir? Cəhənnəm ol burdan! – 
Xəstənin qolundan tutaraq dartmağa çalışdı. 
 
– Yox! Yox! Yox! Bura yaxşıdır, bura yaxşıdır! 
–  Xəstə  əllərini  havaya  qaldıraraq  ondan  qaçmaq 
istədi. 
 
– Füzuli?! – Yan otağa boylanaraq qışqırdı. – 
Bura gəlin! 
 
Onun  səsindən  sonra  iki  nəfər  içəridən  çıxıb 
xəstənin  qollarından  tutaraq  otağa  apardı.  Sabirsə, 
sakitcə olanları izləyirdi. Mərtəbənin giriş qapısından 
girdiyi zaman təsəvvüründə yaratdığı hər şey bir anda 
yox olmuşdu. Sakitcə qapının önündə dayanıb onlara 
baxırdı. Elə bu an birinin sözləri ilə diksindi. 
 
– Salam. Atamı görmüsünüz? – Başqa bir xəstə 
gözlərini  bərəldərək  ona  baxırdı.  Üz-gözündən  gənc 
olduğu hiss olunurdu. 
 
– Xeyr, görməmişəm. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin