Amid Səlimoğlu Bəyaz Dəhliz
72
– Nə?
– Olanda görərsən. – Gülərək Sabirə baxdı.
Sabir bu sözlərdən hürksə də, ona bildirmək
istəmədi. Gözlərini yerə dikərək onun baxışlarından
yayınmağa çalışdı.
– Bunlar isə məndən sonra gəliblər. Aydın,
Rüfət, Cavid. – O biri xəstələri göstərdi. – Pis adamlar
deyillər. Onları tanısan, sən də sevərsən.
– Lap yaxşı.
– Bəs sən?
– Nə mən? – Sabir ani sualdan çaşaraq dedi.
– Sən niyə burdasan?
– Bəzi problemlərə görə. Ondan...
– Həəə... Olar. Düzələr yəqin ki. Təki inanasan.
İnansan, hər şey düzələcək.
Yusifin
sözləri
Sabiri
azca
olsa
da,
sakitləşdirmişdi. Belə bir yerdə, belə bir adamdan bu
sözləri eşitmək onun üçün həm gözlənilməz, həm də
sevindirici idi.
– Mən indi gedirəm. Yatacam. Sən də yat.
Dincəl.
– Yaxşı. – Qısaca dedi.
– Hələlik.
– Hələlik.
Sabir başını yastığa qoyaraq evdə olduğu kimi
gözlərini tavan zillədi. Yasəməngili düşünürdü. Bir
neçə saat olsa da, artıq onlar üçün darıxmağa
Amid Səlimoğlu Bəyaz Dəhliz
73
başlamışdı. Burada keçirəcəyi günlər isə ona elə
gəlirdi ki, heç asan olmayacaqdı.
***
Dəqiqələr keçir, ancaq heç nə dəyişmirdi. Sabir
eləcə yerində uzanıb tavanı izləyirdi. Bir müddət
sonra sıxılaraq yerində dikəldi. Otağa göz gəzdirərək
otaq yoldaşlarının nə etdiklərini izləməyə başladı.
– Aydın, neynirsən? – Yusif kinayə ilə üzbəüz
yataqda oturmuş kişiyə dedi.
– Axtarıram. – Aydın gülərək cavab verdi.
Onun bu sözünə otaqda hamı gülmüşdü. Təkcə
Sabir
üzünü
turşudaraq
Aydının
burnunu
qurtdalamasından iyrənmişdi.
– Nəsə tapa bildin? – Yusif yenidən sual verdi.
– Yox. – Aydın barmağını burnundan çıxarıb
üstünə sildi. – Tərtəmizdir.
Onun bu sözündən sonra otaqdakılar yenidən
gülüşməyə başladılar.
– Sabah yenə axtararsan. – Rüfət əlini ona tərəf
uzatdı.
– Kömək edərsən?
– Hə. Saat neçədə?
– Beşdə.
– Altıda.
Amid Səlimoğlu Bəyaz Dəhliz
74
– Dörddə.
– Birdə. – Caviddə mübahisəyə qoşuldu.
– Onda yeməyə gedəcəyik. – Yusif dedi.
– İkidə edərik. – Aydın əllərini bir-birinə
vuraraq onlara baxdı.
– Hə. Hə. İkidə edərik. Onda yaxşıdır. –
Caviddə əl çalmağa başladı.
Sabir onların nə danışıb nəyə güldüklərini başa
düşə bilmirdi. Ümumiyyətlə onları anlamaq çətin idi.
Bircə Yusif yaxşı görünürdü. Ancaq o da qəribə biri
idi. Sabir dinməz, söyləməz oturaraq onları izləyir, bir
söz demədən nə edəcəklərinə fikir verirdi. Hər şeyin,
sözdə normal görsəndiyi bir anda anidən Yusifin halı
get-gedə pisləşməyə başladı. Otaqdakılar buna fikir
verməsə də, Sabir buna fikir vermişdi. Yusif öz
yatağının üstündə kürəyi divara söykənmiş
vəziyyətdə durmuşdu. Dərindən nəfəs alır, sözləri
qıra-qıra nəsə demək istəyirdi. Sabir ayağa qalxaraq
ehmalca ona yaxınlaşmağa başladı. Yusifin yatağına
çatdığı zaman anidən zarıltı səsi ilə qorxaraq geri
çəkildi.
– Qışqırma! Qışqırma! Qışqırma! Qışqırtma! –
Yusif boğazını tutaraq qışqırır, yatağın üstündə
çapalayırdı.
– Yusif? Yusif? – Sabir özünü toplayaraq ona
yaxınlaşdı. – Yusif, Sakit ol.
|