Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
56 
 
 
– Yazıq uşaq. Heç insafın yox imişki. – Xədicə 
başını yelləyərək dedi. – Bəs onu necə inandırdın ki, 
onlar şokoladdır? 
 
–  Saf  uşaq  idi.  Nə  desən  inanırdı.  Dedim  ki, 
şokoladları burda yerə sərirlər ki, qurusunlar. Sonra 
da qablara tökürlər. O da inanmışdı. – Zakir gülə-gülə 
danışır, sözlərini qıra-qıra deyirdi. 
 
–  Sən  necə  adamsan?  –  Xədicə  gülərək  əlini 
Zakirə tərəf uzatdı. 
 
–  Taleh  hələ  qoyun  qığılarını  yığıb  evə  də 
aparmışdı.  Demişdi  ki,  anamla  atama  da  aparım, 
onlarda  yesin.  Atasının  əlindən  güclə  qurtarmışdım. 
Harda görsə, öldürəcəkdi məni.  
 
–  Yazıq  uşaq  neçə  gün  evdən  çölə  çıxa 
bilməmişdi.  Qızın  gözündən  də  təmiz  düşmüşdü.  – 
Sabir Yasəmənlə Xədicəyə baxdı. 
 
– Bəs sonra nə oldu? O qızla Talehə? – Xədicə 
Sabirdən soruşdu. 
 
– Heç nə, Xədicə bacı. O qız bir neçə ay sonra 
rəhmətə  getdi.  Kənd  yeridir,  üstünə  düşmədilər. 
Yazıq qız elə iki günün içində qızdırma içində öldü.  
 
– Allah rəhmət eləsin. – Hamı bir ağızdan dedi.  
 
–  Bəs  Taleh.  O,  indi  hardadır?  –  Xədicə 
yenidən soruşdu. 
 
–  Taleh  indi  polisdir.  Saf,  təmiz  biri  idi, 
onsuzda. Həm də elə uşaq vaxtından yaxşı oxuyurdu. 
Sabirgilin  sinifində  ən  savadlı  o  idi.  Öz  savadı  ilə 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
57 
 
oxuyub polis oldu. Arada qabağıma çıxır. Elə Bakıda 
işləyir.  Hər  görəndə  də  “şokolad”  məsələsini 
yadımıza salıb gülürük.  
  
– Sonra deyir, Həmid niyə belə dəcəldir. Sənin 
yanında şükürlüdür ki. – Xədicənin bu sözünə hamı 
güldü. 
 
–  Nəysə,  dedik-güldük,  əyləndik.  İndi  isə 
yatmaq  vaxtıdır.  –  Zakir  saatına  baxdı.  –  Sabah  tez 
duracağıq. İşimiz çoxdur.  
 
– Düz deyirsən. – Sabir onun sözünü təsdiqlədi. 
 
–  Sizin  yerinizi  hazır  etmişəm.  Nə  vaxt 
istəsəniz, yata bilərsiniz. 
 
–  Sağ  ol,  Yasəmən.  Bugün  o  qədər  yerə 
getmişəm, dəhşət yorulmuşam.  Ona görə də yatsam 
yaxşıdır. – Zakir ayağa qalxdı.  
 
– Elə biz də yatarıq. Saat on ikini ötüb. Gecdir. 
– Sabir də ayağa qalxdı. 
 
–  Xədicə,  sən  də  get.  Burda  iş  qalmayıb, 
onsuzda.  
 
– Yaxşı. – Yasəmənə baxaraq dedi. – Gecəniz 
xeyirə. 
 
–  Xeyirə  qarşı.  –  Sabir  üzünü  Yasəmənə 
çevirərək soruşdu. – Uşaqlar yatıblar? 
 
– İndi baxaram. Sən get.  
 
Sabir  Yasəmənin  sözündən  sonra  mətbəxdən 
çıxıb öz otağına getdi. Əynini soyunub yerinə uzandı. 
Neçə müddət idi ki, bu qədər özünü rahat hiss etmirdi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
58 
 
Düşüncələri,  içindəki  sıxıntılar  azca  da  olsa,  yox 
olmuşdu.  Bu  səbəbdən,  yatmaq,  sabahın  közərən 
işıqlarına  gözlərini  gümrah  açmaq  istəyirdi.  Elə  bu 
xəyalla gözlərini tavana dikmişdi ki, Yasəmən otağa 
girdi. Qapını örtüb, əynini soyunduqdan sonra Sabirin 
yanına  uzandı.  Həmişəki  kimi  başını  onun  çiyninə 
qoydu. 
 
– Yenə nə fikirləşirsən? 
 
– Heç nə. 
 
– Zakirgilin gəlməsi yaxşı oldu. Sənin də başın 
qarışdı. 
 
– Hə. Elədir. Sağ olsunlar. Çox kömək olurlar. 
 
–  Sabah  nə  edəcəklərini  düşünmüsən?  – 
Yasəmən söhbəti dəyişdi. 
 
– Yox. Nə fikirləşəcəm? Nə olacaqsa, olacaq. 
 
– Ən geci iyirmi gün olmayacaqsan. 
 
– Darıxacaqsan? – Gülərək dedi. 
 
– Sən darıxmayacaqsan? – Yasəmən incinmiş 
halda soruşdu. 
 
– Darıxacam. Niyə darıxmayım ki? İlk dəfədir, 
bu qədər vaxt sizdən uzaqda olacam.  
 
– Hər gün zəng edərsən.  
 
– İcazə versələr, edərəm.  
 
– Söz verirsən? 
 
– Verirəm. – Yenidən güldü. 
 
 
–  Zarafat  eləmirəm.  Zəng  elə.  Məni  nigaran 
qoyma. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
59 
 
 
– Qoymaram, qadası. Qorxma. 
 
– Görəsən, yeməkləri yaxşı olur? 
 
– Xəstəxanadır da... nə versələr, yeyəcəm.  
 
– Arada Zakirlə yemək göndərərəm. 
 
– Lazım deyil. Özünə əziyyət vermə.  
 
– Yox. Göndərəcəm.  
 
–  Zakiri  də  hər  dəqiqə  işindən  etmək  olmaz. 
Yazıq, onsuzda güclə iş qurmağa çalışır.  
 
–  Bugün  neçə  saat  soyuqda  gözləyib.  Xədicə 
deyirdi ki, alver zəifləyib. Güclə nəsə sata bilir.  
 
– Ona görə, onunla işləmək istəmədim. Balaca 
yerdir, beş-on manat qazanır, onu da mənlə bölürdü. 
Camaatın boğazına şərik olurdum. Bazara indi adam 
az-az gəlir. Hamı böyük marketlərdən alver edir. 
 
– Bəlkə kredit götürüb mağaza açasınız? 
 
– Etmək olar. Nə bilim, qadası. 
 
– Ordan qazandığınla da ev tikərik.  
 
– O da düzdür. Ev tikməsəm də, mebel almaq 
lazımdır.  Qonaq  otağı  bomboşdur.  Biri  gələndə  elə 
mətbəxdə oturur.  
 
– Onlar boş şeylərdir. Bizə gələndə bizim kimi 
adamlardır da... Nə olacaq?! Hər şey birdən olmur ki.  
 
– Düz deyirsən, qadası.  
 
– Sən mən dediyimə qulaq as. Kredit götürüb iş 
qurarsan.  Allah  kömək  edər,  qazanıb  nə  istəsən 
edərsən.  
 
– Yaxşı. – Sabir gülümsədi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
60 
 
 
–  Təki  sağ-salamat  gəl.  Qalanı  sonra 
fikirləşərik. – Əsnəyərək dedi. 
 
– Yuxun gəlir. Yat. Sabah tezdən duracağıq. – 
Yasəmənin başından öpdü. 
 
– Gecən xeyrə. 
 
– Xeyrə qarşı, qadası.  
 
İkisi  də  bir-birlərini  qucaqlayaraq  sabahın 
açılması üçün gözlərini yumdular. Sabah isə... 
 
 
*** 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin