Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
88 
 
 
–  O  adamı  otağa  bağlayıblar.  Heç  yana 
qoymurlar. Bir də sənə yaxınlaşmaz. 
 
Sabirin ürəyi azca olsa da, sakitləşmişdi. Ancaq 
yenə də ona hücum edən üçün də narahat idi. 
 
– Yazıq. Cavan oğlandır. 
 
–  Burada  hamı  elədir.  Sən  fikir  eləmə.  Əsas 
yemək ye. Ac qalmaq sənə heç nə qazandırmayacaq. 
Zəif düşə bilərsən. 
 
– Yeyəcəm. – Yusifə baxaraq onu razı salmağa 
çalışdı. 
 
Yeməkxanaya  daxil  olub  stullara  əyləşdilər. 
Bir  müddət  sonra  stol  səhər  yeməyi  üçün  hazır  idi. 
Yenə  eyni  görüntülər,  yenə  eyni  ürək  bulanması. 
Sabir  görməməzlikdən  gəlməyə  çalışsa  da,  heç  də 
mümkün  olmurdu.  Yanında  oturan  xəstənin  ağız 
şappıltısı  qulaqlarına  cingilti  ilə  toxunaraq  əsəbini 
pozurdu. Fikrini yayındırmaq üçün çörəyi götürərək 
yeməyə  başladı.  Fikrini  yerə  döşənmiş  kafelin 
bəzəklərinə  cəmləşdirməyə  çalışır,  bir  yandan  da 
çörək  yeyirdi.  Ancaq  arabir  gələn  ürək  bulanma 
yediklərini  də  mədəsi  ilə  yuxarı  qaldırır,  sonra 
yenidən  aşağı  salırdı.  Sabir  buna  dözmək  üçün 
əlindən gələni edirdi. 
 
Bir 
neçə 
nəfərin 
yerindən 
durduğunu 
gördükdən sonra dərhal özü də ayağa qalxaraq dəhlizə 
çıxdı. Dərindən nəfəs alaraq özünə gəlməyə çalışdı. 
Taqətdən  tamamilə  düşmüşdü.  Özünü  halsız  hiss 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
89 
 
edirdi. Otağa gedərək yerinə uzandı. Yatmaq, hər şeyi 
unutmaq 
istəyirdi. 
Ancaq 
kiminsə 
bədəninə 
toxunması  ilə  anidən  gözlərini  açdı.  Onu  yatmağa 
qoymayan Yusif idi. Əlində çörək ona baxırdı. 
 
– Al, ye. – Çörəyi Sabirə uzatdı.  
 
Sabir  yerində  dikələrək  çörəyi  ondan  aldı. 
Yusif  burada  yeganə  insan  idi  ki,  onu  özünə  yaxın 
bilirdi. Çörəyin içinə pendir, yağ qoyulmuşdu. Ancaq 
çörək  nəm  idi.  Sabirin  çörəyin  içinə  diqqətlə 
baxdığını görüb tələsik dedi: 
 
–  Çay  gətirə  bilmədim  deyə,  çörəyin  içinə 
tökdüm. – Sonra da gülməyə başladı. 
 
– Çox sağ ol. – Sabir də gülümsədi.  
 
Sabir  iştahla  çörəyi  yedikdən  sonra  yenidən 
uzanmaq  istəsə  də  Yusif  qolundan  tutaraq  ayağa 
qaldırdı. 
 
– Bütün günü yatmaqla vaxt keçməyəcək. Gəl, 
çölə çıxaq. 
 
– Yaxşı. Necə istəyirsən. 
 
İkisi də dəhlizə çıxdılar.  
 
– Hamı çox vaxt burda olur. Gah o başa, gah da 
bu başa gedib-gəlirlər.    
 
–  Ancaq  binanın  içində  olursunuz?  –  Sabir 
pencərədən çölə baxdı. 
 
– Yox. Həyətə də çıxırıq. Ancaq indi havalar 
soyuqdur. Ona görə qoymurlar. 
 
– Başa düşdüm.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
90 
 
 
Elə 
bu 
an  pencərə 
tərəfdə  dayanmış 
adamlardan  biri  stulun  üstünə  çıxaraq  əllərini  yana 
açdı.  Sonra  ayağından  çıxardığı  tərliyi  sağ  əli  ilə 
yuxarı qaldıraraq ucadan danışmağa başladı: 
 
Ey şəhər müftisi, səndən huşyarıq, 
Bunca sərxoşluqla səndən pərgarıq. 
Biz şərab içirik, sən xalq qanını, 
İnsaf et, hansımız daha qəddarıq? 
 
 
 
–  Sağ  ol,  Şair.  –  Qarşısında  bardaş  qurub 
oturanlar qışqıraraq adamı alqışlayırdılar. 
 
Adamsa  əllərini  birləşdirərək  təzim  edir, 
minnətdarlığını bildirirdi. 
 
Sabir  onların  nə  etdiyini  başa  düşməmişdi. 
Yusifə baxaraq nə baş verdiyini anlamağa çalışdı. 
 
– Onlar nə edirlər? 
 
–  Teatra  baxırlar.  –  Yusif  əllərini  bir-birinə 
vuraraq dedi. 
 
– Necə yəni? 
 
–  O,  stulun  üstündə  gördüyün  adam  teatrda 
aktyor işləyirdi. 
 
– Bəs niyə buradadır? 
 
–  İndi  kimdir  teatra  gedən!  Həyat  yoldaşı, 
uşaqları  tərk  ediblər  onu.  İşsizlik,  dərd-qəm  insanı 
buralara qədər gətirib çıxarır. 
 
– Elədir. – Sabir dərindən nəfəs alaraq dedi. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin