Həftənin başı, hər şeyin ayağı...
Həftənin birinci günü, yəni bazar ertəsi
xəstəxanada yoxlama aparılır, bütün xəstələrin
sağlamlıqları test edilirdi. Elə sabahın erkən
saatlarında bütün xəstələri yoxlamağa başlamışdılar.
Bu xəstələr arasında Sabir də var idi. Yoxlama
Amid Səlimoğlu Bəyaz Dəhliz
105
bitdikdən sonra bir çoxları üçün sevinc, Sabir üçünsə
kədərə dönən yeməklərdən biri, səhər yeməyinin
vaxtı gəlib çatmışdı. Sabir həmişə olduğu kimi başını
aşağı əyərək çörək qırıntılarını ağzına atır, kimisə
görməmək üçün gözlərini hərkəsdən qaçırırdı. Buna
nə qədər dözə biləcəyini bilmirdi. Ancaq iştahla da
nəsə yemək mümkün deyildi. Gözlərinin önündə
xəstələrin yeməyi iştahla yeməsi belə onun ürəyini
bulandırırdı. Əslində, xəstələrə öyrəşmişdi, ancaq gəl
ki, özünü ələ ala bilmirdi. Yeməkdən sonra da yatağın
üstündə uzanaraq vaxtını boş-boş keçirməyə
başlamışdı. Dəqiqələri saymış, saatlara çatana kimi
səbrlə gözləmişdi. Nahara kimi bu belə davam
etmişdi.
Nahar yeməyindən sonra Yusiflə bir yerdə
dəhlizə çıxıb həmişə olduğu kimi gəzişməyə
başlamışdı. Yusiflə araları yaxşı idi. Düzdür, ara-sıra
Yusif də özünü qəribə aparırdı, lakin bu elə də çox
çəkmirdi.
– Gəl, burda oturaq. – Yusif künc tərəfə baxıb
dedi. – Məzahir dayı da ordadır.
– Yaxşı. – Sabir onun sözü ilə razılaşdı.
İkisi də divarın küncünə yaxınlaşıb bardaş
quraraq oturdular.
– Salam, Məzahir dayı.
– Salam. – Yusifə əl sallayaraq güldü.
– Bugün necəsən?
Amid Səlimoğlu Bəyaz Dəhliz
106
– Bugün biraz sərsəm, biraz sakit... –
Barmağını sirkələdi, sonra da eynəyini düzəldərək
əlavə etdi. – Ancaq çox azadam.
– Burada, dörd divar içində necə azadsınız? –
Sabir kinayə ilə sual verdi.
– Dörd divar arasında da olsan, çöldə, cənnət
baxçasına da ensən burası... – Şəhadət barmağını
başını qoydu. – Burası azad olmadıqca yenə də
həbsdəsən. – Xışıltılı səslə sözünü bitirib eynəyinin
altından iri gözlərini Sabirin üzünə zillədi.
– Düz deyirsən, Məzahir dayı. – Yusif gülərək
yaşlı kişiyə baxdı. Sonrada ağzını Sabirin qulağına
yaxınlaşdırıb pıçıltı ilə dedi. – Yola ver getsin. Burda
hamı bir cür xəstədir.
Sabirə isə yaşlı kişinin dedikləri maraqlı
gəlmişdi. Ona görə də Yusifə fikir vermədən yenidən
sual verdi:
– Üzr istəyirəm, ancaq sözünüzdən heç nə başa
düşmədim.
– Başa düşməyəcək bir şey yoxdur, oğul bala.
Bizi özünə əsir alan şey beynimizin içindədir. –
Sözünü bitirib susdu. Bir neçə saniyə sonra yenidən
davam etməyə başladı. – Bəli, bəli. Beynimizin
içindəkidir. Onu dəyişdirə bilmədiyimiz üçün
divarlarla əhatələnirik. – Üzünü Sabirə çevirdi. – Başa
düşdün?
– Yenə yox. – Sabir təəssüflə dedi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
107
– Sokratı tanıyırsan? – Anidən soruşdu.
– Yox.
– Sokrat deyir ki, istədiyin olmazsa, əzab
çəkərsən. İstəmədiyin olarsa, yenə əzab çəkərsən.
Hətta istədiyin tam olaraq olsa belə yenə əzab
çəkərsən. Çünki onu itirmək riskin var. Zehin bu cür
bəlalı bir şeydir. Dəyişmədən azad olmaq istəyir. Nə
qədər çalışsan da bu gerçəyi dəyişdirə bilməzsən. –
Sözünü bitirib gülümsəməyə başladı. – Nəsə başa
düşdün?
– Bağışlayın, heç nə başa düşmədim. – Yaşlı
kişi elə sözlər demişdi ki, Sabir daha da çıxılmaz
vəziyyətə düşmüşdü.
– Eybi yoxdur. Yavaş-yavaş başa düşəcəksən.
Tələsmək lazım deyil. Yavaş-yavaş...
– Düz deyirsən, Məzahir dayı. – Yusif yenidən
araya girib gülərək dedi.
Yaşlı kişi isə Yusifə fikir vermədən başını aşağı
salıb çoxdan fikrə dalmışdı. Sabir onun sözlərindən
heç nə başa düşməsə də, dediklərində məna olacağını
düşünürdü. Dərindən nəfəs alaraq üzünü pencərədən
çölə zilləmiş, düşüncələrə dalaraq eşitdiklərini təkrar-
təkrar xatırlmağa çalışırdı. Elə bu an dəhlizin digər
tərəfindən bir nəfərin səsi eşidildi. Bu həminki adam
idi. Yenə stulun üstünə çıxmış, əllərini açaraq
ətrafdakılara nəsə danışırdı.
|