Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə33/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   29   30   31   32   33   34   35   36   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
108 
 
 
– Eşidin, ey əhali! Eşidin məni! Biz bir parça 
ətdən,  sümükdən  ibarət  insan  yığınıyıq.  Biz  axı 
kimik?!  –  Ətrafa  göz  gəzdirdi. –  Dəlilər! Bəs  kimin 
dəliləriyik?! 
 
–  Koroğlunun.  –  Xəstələrdən  biri  qışqıraraq 
dedi.  
 
Onun  sözünə  bütün  xəstələr  gülməyə  başladı. 
Sabir isə maraqla onları izləyirdi.  
 
–  Yox  bir  Nigarın!  –  Tibb  bacısı  xəstənin 
üstünə  bağıraraq  susdurdu.  –  Sən  də  düş  aşağı.  – 
Stulun üstünə çıxmış xəstəni aşağı salmağa çalışaraq 
dedi. 
 
– Mənim səsimi boğa bilməyəcəksiniz. – Tibb 
bacısının  əlindən  yaxa  qurtararaq  yenidən  stulun 
üstünə çıxdı. – Yox! Yox! Siz bir parça ətlə, sümüklə 
bəzənmiş  varlıqlarsınız.  Mənsə,  ədalət  kölgəsiyəm. 
Məni  yıxmağı  ağlınızdan  belə  keçirməyin.  Əsla!  – 
Əllərini yenidən açdı.  
 
Tibb bacısı bir neçə dəfə cəhd etsə də, onunla 
bacarmayacağını  görərək  “əşşi”  deyib  ondan 
uzaqlaşdı.  
 
–  Bu  suni  həyatın  içində  duracaq  heç  bir 
bəhanəm  qalmadı.  Artıq  sizdən  qoparaq  gedirəm. 
Məni  bağışlayın,  ey  ucalar!  Məni  bağışlayın!  – 
Əllərini yanına salaraq başını aşağı əydi. 
 
Bu  zaman  bütün  xəstələr  onu  alqışlamağa 
başladı.  Adam  isə  bir  neçə  saniyə  də  eləcə  sakit, 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
109 
 
dinməz stulun üstündə dayandıqdan sonra yerə enərək 
öz otağına getdi.  
 
– Yaman yerdə axşamlamışıq, Vallah. – Yusif 
gülərək dedi.  
 
– Elədir. – Sabir də güldü.  
 
 
 
*** 
 
 
Saatlar  keçmiş,  axşam  olmuşdu.  Sıra  şam 
yeməyinin  vaxtına  gəlib  çatmışdı.  Hər  kəs  sevinclə 
yeməkxanaya  getdiyi  halda  Sabir  ayaqlarını  sürüyə-
sürüyə  gedirdi.  Günlərdir  ki,  düz-əməlli  yemək 
yemirdi. Xeyli arıqlamışdı. Onsuzda zəif olan bədəni, 
daha  da  zəifləmişdi.  Bunu  dünən,  güzgüyə  baxanda 
görmüşdü. Halı yaman idi.  
 
Həvəssiz  keçən  şam  yeməyindən  sonra  son 
çörək  tikəsini  də  ağzına  ataraq  ayağa  qalxıb  çölə, 
dəhlizə  çıxdı.  Qaldığı  otağa  gedərək  yatağının 
üstündə oturdu.    Otaqda  ondan  başqa  bir  nəfər  də 
vardı.  Rüfət.  Yatağın  üstündə  bardaş  qurmuş, 
barmaqları  ilə  nəsə  hesablayır,  arabir  barmağını 
uzadıb  divarda  nəsə  çəkirmiş  kimi  edirdi.  Sabir  bir 
neçə dəqiqə onu seyr etdikdən sonra maraqla soruşdu: 
 
– Neynirsən elə?  
 
– Mən? – Rüfət tərs-tərs baxaraq dedi. 
 
– Hesablayıram.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
110 
 
 
– Nəyi? 
 
– Sən bilməzsən. Teorem isbatlayıram.  
 
– Nə teoremi? – Sabir maraqla yenə soruşdu. 
 
– Böyük ferma teoremi. Bildin? – Rüfət tərs-
tərs baxaraq dedi. 
 
– Yox. Riyaziyyatdan başım çıxmır. 
 
–  Onda  niyə  sual  verirsən?  Sakit  dur! 
Çaşdırırsan.  –  Səsini  qaldırdı.  Sonra  yenidən  divara 
baxaraq barmaqları ilə hesablamağa başladı.  
 
Sabir  isə  susaraq  onu  izləməyə  davam  etdi. 
Arabir düşüncələrə dalır, ancaq Rüfətdən soruşmağa 
çəkinirdi.  Bir  müddət  onu  izlədikdən  sonra  “Əşşi, 
fermanın  nəyini  isbat  edəcək.  Mən  də  ağıllı-ağıllı 
oturub  buna  baxıram”,  –  deyə  düşündü,  sonra  da 
yerinə  uzandı.  Üzünü  divara  çevirərək  gözlərini 
yumdu.  
 
Sabir  gözlərini  yumaraq  yatmağa  çalışdığı 
zaman  otağın  digər  sakinləri  də  gəlmişdilər.  Yusif 
içəri  keçərək  Sabirin  yatdığını  gördü.  Öz  yerinə 
keçərək  yatağın  üstündə  oturdu.  Sabirin  oyaq 
olacağını  düşünürdü.  Onunla  azca  olsa  danışmaq 
istəyirdi. Ancaq Sabir yatırdı. Üzünü o biri xəstələrə 
tutdu.  Hərə  özü  üçün  bir  məşğuliyyət  tapmışdı. 
Onlarla  danışacaq  heç  nəyi  olmadığı  üçün  yenidən 
Sabir  tərəfə  baxdı.  Sabir  bura  gələndən  onda  da 
irəliləyiş artmışdı. Artıq özünü buradakı xəstələr kimi 
aparmağa cəhd etmirdi. Sabir onu özünə gətirmişdi. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin