Amid Səlimoğlu “Ruhilər”


Nə fikirləşirsən, əziz oxucu? Necə olacaq bu



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   45
Bəyaz Dəhliz

Nə fikirləşirsən, əziz oxucu? Necə olacaq bu 
biçarə, yazıq Sabirin halı? Düzələcəkmi yoxsa elə 
belə  gedəcək?  Vallah  mən  heç  inanmıram. 
Səbəbini  istəyirsənsə,  deyərəm.  Sən  də  mənim 
qərarımın  düz  ya  səhv  olduğunu  özlüyündə 
düşünər, öz qərarını verərsən. Mənə  görə heç nə 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
15 
 
dəyişməyəcək.  Çünki  Sabir  bu  dünyanın  adamı 
deyil!  Ona  görə  də  həmişə  dönüb-dolaşıb  eyni 
həyatı  yaşamağa  məhkum  olacaqdır.  Mən  bəd 
insan 
deyiləm. 
İnan  mənə.  Gördüklərimi, 
eşitdiklərimi deyirəm sənə. Amma bir ümid var isə 
sənin  qəlbində,  o  zaman  mənə  düşən  hekayənin 
qalanını nəql etməkdir. 
 
 
*** 
 
 
 
Səhər  hər  kəs  dünən  olanları  yenidən 
təkrarlamağa başlamış, Yasəmən işə, Aytac məktəbə 
getmişdi.  Rüfətlə  evdə  isə  Sabir  qalmışdı.  Bugün 
harasa  getmək  fikri  yox  idi.  Gediləsi  bir  yer 
qalmadığından  eləcə  evdə  oturub  Rüfətə  baxacaqdı. 
Yasəmən  isə  səhər  erkəndən  Fəridə  xanımın  evinin 
yolunu  tutmuşdu.  Fəridə  xanımın  evi  şəhərin 
mərkəzində yerləşirdi. Yasəmən ora getmək üçün üç 
marşrut  dəyişməli  olurdu.  Buna  görə  də  səhər 
erkəndən  evdən  çıxırdı.  Fəridə  xanım  bugün  evdə 
olacaqdı.  Banka  getməyəcək,  evdən  işləri  idarə 
edəcəkdi.  Ona  görə  də,  Yasəməni  çağırmışdı.  Evi 
təmizlətdirəcəkdi.  
 
Yasəmən  binaya  daxil  olduqdan  sonra 
pilləkənlə dördüncü mərtəbəyə çıxdı. Fəridə xanımın 
qapısına  çatıb  zəngi  basdı.  Heç  bir  dəqiqə  belə 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
16 
 
keçməmişdi  ki,  qapını  Fəridə  xanımın  bacısı  Gülər 
açdı.  
 
– Salam, Gülər xanım. Sabahınız xeyir. 
 
– Sabahın xeyir, Yasəmən. Gəl. Xoş gəlmisən. 
 
–  Sağ  olun.  –  Yasəmən  içəri  girərək 
ayaqqabılarını çıxardı.  
 
– Fəridə telefonla danışır. Sən keç içəri.  
 
– Yaxşı. 
 
Yasəmən 
hamama 
girərək 
paltarlarını 
dəyişdikdən  sonra  oradan  çıxaraq  qonaq  otağına 
keçdi.  Fəridə  xanım  hələ  də  telefonla  danışırdı. 
Yasəməni görüb gülümsəyərək başını yellədi.  
 
–  Necə  istəyirsiniz.  Maaşı  varsa,  lap  yaxşı. 
Yoxdursa, pensiya kartı ilə də kredit götürə bilər. Nə 
lazımdırsa,  mən  kömək  edərəm.  Təki  ürəklərincə 
olsun.  –  Xəttin  digər  tərəfində  danışanı  dinləməyə 
başladı.  –  Aydındır.  Çox  sağ  olun.  Tezliklə 
görüşənədək.  –  Telefonu  söndürüb  masanın  üzərinə 
qoydu.  Sonra  isə  Yasəmənə  baxaraq  dedi.  –  Xoş 
gəlmisən, gözəl. Necəsən? 
 
–  Sağ  olun,  Fəridə  xanım.  Yaxşıyam.  Siz 
necəsiniz? 
 
– Mən də yaxşıyam.  
 
– İstəyirsənsə, otur dincəl. Bir çay iç. Sonra işə 
başlayarsan. 
 
– Yox, sağ olun. Mən elə işə başlasam yaxşıdır.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
17 
 
 
–  Necə  istəyirsən.  Onda  elə  burdan  başla. 
Sabaha qonaqlarım olacaq. Ona görə də, istəyirəm hər 
yer təmiz olsun. 
 
– Narahat olmayın. Tərtəmiz edərəm hər yeri.  
 
Yasəmən əlində tutduğu yaş parça ilə şkafların 
üstünü silməyə başlamışdı. Fəridə xanım ilə bacısı isə 
divanda oturaraq söhbət edirdilər. Fəridə xanımın yaşı 
qırxı ötərdi ya yox. Neçə il idi ki, bankda işlədiyindən 
əhatəsi  də  geniş  idi.  Həyat  yoldaşı  Şamil  bəy  isə 
xəstəxananın  baş  həkimi  işləyirdi.  Fəridə  xanımla 
həyat  yoldaşı  yaxşı  insanlar  idi.  Fəridə  xanımın  iki 
oğlu,  bir  qızı  vardı.  Qızı  aytacdan  dörd  il  böyük 
olduğundan  Fəridə  xanım  qızının  geymədiyi 
paltarlarını  onun  üçün  verərdi.  Bəzən  elə  olurdu  ki, 
Fəridə  xanım  Aytac  üçün  təzə  paltarlar  alar,  qızının 
köhnə  paltarları  deyə  Yasəmənə  verər,  könlünü  xoş 
tutmağa çalışardı. Yasəmən isə onun xətrini əziz tutar, 
nə zaman istəsə, qulluğunda hazır durardı.   
 
– Yasəmən, ərin necə oldu? Bir iş tapa bildi?  
 
–  Yox,  ay  Fəridə  xanım.  İşsizdir  elə.  – 
Yasəmən  parçanı  su  ilə  dolu  vedrəyə  salıb  yumağa 
başladı. 
 
–  Mən  də  neçə  adama  demişəm.  Ancaq  bir 
xəbər verən yoxdur. Vallah indiki zamanda iş tapmaq 
da çətindir.  
 
– Niyə işləmir ki?  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
18 
 
 
–  İşləyirdi,  Gülər  xanım.  Ancaq  bu  virus 
yayılanda işlədiyi şirkət neçə ay  bağlı oldu. Sonrada 
bəzi işçiləri saxlayıb çoxunu da çıxardılar. 
 
–  Nə  qədərdir  ki,  işsizdir?  –  Gülər  maraqla 
soruşdu.  
 
– Səkkiz ay olar.  
 
–    Ay  qız,  o  kişini  neynirsən?  Mən  olsam, 
çoxdan  boşamışdım.  –  Gülər  qəhqəhə  ilə  gülməyə 
başladı.  
 
Yasəmən  Gülərin  sözlərinə  pis  olsa  da,  o  da 
gülümsədi.  
 
–  Gülər  xanım,  nə  olsun  ki,  işsizdir.  Ancaq 
Sabir yaxşı insandır. Doqquz ildə mənə  güldən ağır 
bir söz belə deməyib. Nə içkisi var, nə siqareti. İndi 
işləri alınmır deyə, ayrılmazlar ki.  
 
– Doqquz il? Sənin neçə yaşın var ki? – Gülər 
çayından bir qurtum alaraq saymazyana soruşdu. 
 
–  İyirmi  yeddi.  –  Yasəmən  ona  baxmadan 
cavab verdi.  
 
–  Allah  haqqı  tez  evlənmək  də  bir  şey  deyil. 
Sən  elə  mənimlə  eyni  yaşdasan.  Gərək  adam  əri  də 
seçəndə yaxşı-yaxşı fikirləşə. Mənim ərim məni ildə 
bir dəfə xaricə gəzməyə aparmasa, Vallah öldürərəm 
onu. – Gülər yenidən qəhqəhə ilə güldü.  
 
Yasəmən  əsəbindən  əlindəki  parçanı  masaya 
daha  möhkəm  sürtürdü.  Güləri  bir  neçə  dəfə 
görmüşdü.  Ancaq  ulduzu  onunla  heç  barışmamışdı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
19 
 
Gülər  özündən  razı  biri  idi.  Qarşısındakı  insana 
malına, mülkünə görə hörmət edirdi. Fəridə xanımla 
bacı olsalar da, ancaq  bir-birinə zidd insanlar idilər. 
Ona  görə  də,  Yasəmən  ondan  heç  xoşlanmaz,  onun 
atmacalı sözlərini eşitməməzlikdən gələrdi.  
 
–  Təki  canımız  sağlam  olsun.  Qalan  hər  şey 
zamanla düzələr. – Yasəmənin boğazı düyünlənmişdi. 
Əsəbi olsa da, bunu bildirməməyə çalışırdı. 
 
– Bəs oxumaq istəmədin? – Gülər Yasəmənin 
üstünə  daha  çox  getməyə  başlamışdı.  –  Yoxsa  ər 
çörəyi  yeyib  oturmağı  fikirləşirdin?  –  Kinayə  ilə 
soruşdu.  
 
– Atamgilin imkanı yox idi, məni oxutsunlar. 
Yoxsa mən də istəyərdim, oxuyum, təhsilim olsun.  
 
– Yenədə oxusaydın, yaxşı olardı. Uşaqlara da 
indi düzgün tərbiyə verə bilməyəcəksən.  
 
–  Niyə  elə  deyirsiniz?  Mən  uşaqlarıma  çox 
gözəl  tərbiyə  verirəm.  Təhsilim  olmasa  da,  onları 
öyrədəcək  savadım  var.  –  Yasəmən  əsəblə  dedi. 
Ancaq Fəridə xanıma görə, səsinin tonunu aşağı saldı. 
– Bizə tərbiyə verənlərin də savadları olmayıb.  
 
Elə  bu  an  Fəridə  xanımın  əlindəki  stəkan 
sınaraq içindəki çayla birlikdə yerə dağıldı.  
 
– Ay Allah, bu bir həftədə neçənci stəkandır ki, 
sınır.  Heç  yaxşı  stəkanlar  deyil.  –  Fəridə  xanım 
əyilərək stəkan qırıntılarını yığmağa başladı.  



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin