1785-ci ildə Şeyx Mənsur Çeçenistanda Qafqaz xalqlarını yadelli işğalçılara
qarşı cihada çağırdı və Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı üsyan qaldırdı. Şeyx
Mənsurun Alda döyüşündə qazandığı qələbə xəbəri tezliklə bütün Şimali Qafqaza
yayılaraq hərəkatın yüksəlişinə səbəb oldu.
Şeyx Mənsur sonrakı döyüşlərin birində əsir düşdü və əsirlikdə vəfat etdi. Dağlıların azadlıq mübarizəsi
məğlub olsa da, çar hökumətinin Şimali Qafqazın işğalını müəyyən müddətə təxirə saldı.
Rusiyanın Cənubi Qafqazla bağlı məkirli planları
XVIII əsrin əvvəllərinə qədər hərbi-siyasi təcavüz üçün qüvvəsi olmadığı üçün Rusiya Cənubi Qafqazla
bağlı yalnız iqtisadi siyasət həyata keçirirdi. Rus çarı I Pyotrun (1682-1725) dövründə Rusiya Cənubi Qafqazda
həm iqtisadi, həm də siyasi məqsədini gerçəkləşdirməyə başladı.
I Pyotr Xəzərsahili bölgələrə həm xammal mənbəyi, həm də Hindistanı Qərbi Avropa dövlətləri ilə
birləşdirən tranzit yolu kimi baxırdı. Bunun üçün Cənubi Qafqazın xeyli hissəsini ələ keçirmək lazım idi.
Həmin dövrdə Qərbi Avropa və Rusiya dövləti ilə ipək ticarəti, demək olar ki, erməni tacirlərinin əlində idi.
I Pyotr öz gələcək işğalçı planlarının həyata keçirilməsində ermənilərin məlumatlarından geniş istifadə edirdi.
Ermənilər Rusiyanın Cənubi Qafqaza olan maraqlarını nəzərə alaraq daha çox canfəşanlıq edirdilər. Onlar Rusiya
hakim dairələrinə cürbəcür hədiyyələr verir, layihələr, planlar və təkliflər irəli sürürdülər. Bu yolla onların Cənubi
Qafqaza qoşun göndərməsini sürətləndirməyə çalışırdılar. Bütün bunların kökündə isə tarixi Azərbaycan
torpaqlarının zəbt edilməsi və burada ermənilərə «dövlət yaradılması» məqsədi dururdu. Erməni tacirləri, din
xadimləri isə Rusiya hakimiyyət dairələri ilə yaxınlıqdan öz milli mənafeləri üçün istifadə etməyə çalışırdılar. I
Pyotra göndərilən məktublarda Cənubi Qafqazın əhalisi, iqtisadiyyatı, yolları barədə ətraflı məlumatlar verilirdi.
Xrisian olduqları üçün onların, guya, müsəlmanlar tərəfindən incidildikləri barədə uydurma xəbərlər çatdırılırdı.
1722-1723-cü
illərdə I Pyotrun yürüşü
nəticəsində Rusiya imperiyası Xəzərsahili bölgələri
ələ keçirdi. Bundan sonra I Pyotr Cənubi Qafqazı bu
diyarın qədim yerli əhalisi olan türk-müsəlman
əhalidən təmizləyib bura erməniləri köçürmək
siyasətini həyata keçirməyə başladı. Lakin çar
Rusiyasının bu işğalları I Pyotrun vəfatı ilə əlaqədar
uğursuzluqla nəticələndi.
XVIII əsrin ikinci yarısında da Rusiyanın
Cənubi Qafqazla bağlı siyasətində I Pyotr ənənələri
davam etdirilirdi. II Yekaterinanın hakimiyyəti
dövründə (1762-1796) çar Rusiyasının Azərbaycan
torpaqlarında xristianlaşma siyasəti daha da fəallaşdı.
XVIII əsrin ikinci yarısında baş verən Rusiya-Osmanlı müharibələrində Rusiya qələbə qazandı. Bu, Rusiyaya
Qara dənizin şimal sərhədlərində, Şimali Qafqazda möhkəmlənməyə və Şərqi Gürcüstanın işğalını həyata keçirməyə
imkan yaratdı. Rusiyapərəst siyasət yürüdən və Şimal-Qərbi Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan Kartli-
Kaxetiya çarı II İrakli (1764-1798) Georgiyevsk müqaviləsini (1783) imzalamaqla Şərqi Gürcüstan Rusiyanın
himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. Rusiyanın Cənubi Qafqaz siyasəti daha da fəallaşdı. Azərbaycan
Şeyx Mənsur
I Pyotr Xəzər dənizi sahillərində
177
torpaqları hesabına özlərinə dövlət yaratmağa çalışan ermənilər fürsəti əldən verməyərək, II İrakli ilə yaxınlaşmağa
başladılar. Ermənilərin «Böyük Ermənistan» dövləti yaratmaq xülyası «xristian himayəçiliyi» pərdəsi altında
müstəmləkəçilik siyasəti yeridən Rusiyanın mənafeyinə uyğun gəlirdi. Yaxın Şərqi və Hindistanı işğal etmək istəyən
Rusiya ermənilərin havadarı rolunda çıxış edərək onlardan bir alət kimi istifadə edirdi.
II Yekaterina hökuməti Cənubi Qafqazda «erməni dövləti» yaratmaq ideyasını
real laşdırmağa çalışırdı. Rusiya erməniləri bu torpaqlarda özünün etibarlı dayağına
çevirmək istəyirdi.
Rusiyanın planlarından xəbərdar olan Ağa Məhəmməd xan Qacar
onu qabaqlamaq üçün Cənubi Qafqaza yürüş etdi. 1795-ci ildə Ağa Məhəmməd xan
Qacarın Şərqi Gürcüstana yürüşü Rusiyanın Cənubi Qafqaza hücum etməsi üçün bəhanə
oldu. 1796-cı ilin yazında rus ordusu Valerian Zubovun başçılığı ilə Cənubi Qafqaza
və Azərbaycana yürüşə başladı. Lakin 1796-cı ilin noyabrında II Yekaterina qəflətən
vəfat etməsi və Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin gərginləşməsi rus
qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu. Beləliklə, XVIII əsrin
sonlarında Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsi və çarizmin öz
planlarını gerçəkləşdirməsi mümkün olmadı.
QEYD
:
Yeni dövrdə Qafqaz, Mərkəzi Asiya, Sibir, Volqaboyu və Ural türklərinin tarixi üçün müəyyən
oxşar cəhətlər var idi. Belə ki bu dövrdə həmin xalqların vahid siyasi birliyi yox idi, Rusiyanın işğalına məruz
qalmışdılar, Rusiya müsəlman müsəlmanlara qarşı zorla xristianlaşdırma siyasəti həyata keçirirdi, əhali Rusiyanın
müstəmləkə siyasətinə qarşı üsyan qaldırmışdılar.
Valerian Zubov
Valerian Zubov
178
Türk və Şərq xalqlarının mədəniyyəti
Səfəvi və Əfşar imperiyalarında mədəniyyət
XVII-XVIII əsrlərdə Azərbaycanda elmin inkişafında canlanma olmuşdu. XVII-XVIII əsrlərdə Səfəvi və
Əfşar imperiyalarının ərazisində maarifçilik sahəsində inkişaf davam etməkdə
idi. Tarix və coğrafiya elmləri daha
yaxşı inkişaf etmişdi.
1560-1634-cü illərdə yaşamış tarixçi İsgəndər bəy Münşinin əsərləri Yaxın Şərq və türk
tarixinə dair qiymətli mənbələrdir. Mirzə Məhəmməd fəlsəfəyə, astronomiyaya və riyaziyyata, Yusif Qarabaği isə
məntiq, hüquq və astronomiyaya aid əsərlər yazmışlar. Bu əsrdə Azərbaycan tarixinə dair «XVIII yüzillikdə Car
müharibələri salnaməsi» yazılmışdır.
Nadir şah haqqında əsərlər yazan tarixçilər arasında Mirzə Mehdi xan şahın
bütün yürüşlərində onu müşayiət etmiş və «Dünyanı fəth edən Nadirin tarixi» əsərini yazmışdır.
Nadir şahın müasiri olan Məhəmməd Kazımın əsəri isə «Dünyanı bəzəyən Nadirin tarixi» adlanır. Bu əsərdə
İranın həmin dövrdəki daxili vəziyyəti haqqında xeyli məlumat verilib. Mütəxəssislər bu cəhətinə görə Məhəmməd
Kazımın əsərini daha dəyərli hesab edirlər.
XVIII əsrdə iqtisadi və siyasi tənəzzül memarlığın inkişafına mənfi təsir göstərsə də, bu sahədə müəyyən
irəliləyişlər də olmuşdu. Bu dövrdə Səfəvi və Əfşar imperiyaları ərazisində tətbiqi sənətkarlığın yüksək inkişaf
etdiyi dövrdür. Azərbaycan və İran sənətkarlarının hazırladığı gümüş məmulatlar, xalçalar, parçalar bütün
dünyada məşhur idi.
Dövrün tanınmış rəssamları olan Məhəmməd Zaman Təbrizinin və Mülkünün əsərlərində Şərq və Qərb
rəssamlıq məktəbi ənənələri özünü göstərirdi.
Dövrün məşhur şairləri isə Məcmər,
Arif Şirvani, Arif Təbrizli, Xəstə Qasım, Şəkili Nəbi, Molla Vəli
Vidadi və Molla Pənah Vaqif
və həmin dövrə dəbiyyatında satiranın əsasını qoyan
Cəndəqi idilər. Həmin dövrdə
ölkəmizdəki hər bir məktəbin, mədrəsənin öz kitabxanası var idi. Ərdəbildəki Şeyx Səfi kitabxanası daha çox
şöhrət qazanmışdı.
Bəhs olunan dövrdə Azərbaycanda və İranda meydan tamaşaları və kukla teatrları geniş yayılmışdı.
Şəkidəki xan sarayı XVIII əsr Azərbaycan və dünya memarlığının ən dəyərli incilərindən biridir.
Hindistan mədəniyyəti
XVII-XVIII əsrlərdə Hindistanda bir çox yeni mədrəsələr açıldı. Mədrəsələrə Moğol imperatorları və iri
feodallar qəyyumluq edirdilər. Burada ilahiyyatla yanaşı, riyaziyyat, astronomiya, tibb və digər dünyəvi elmlər də
öyrədilirdi. Mədrəsələrin ən məşhurları Dehlidə və Aqrada yerləşirdi.
Ölkədə ədəbiyyat və riyaziyyat sahəsində çalışan alimlərin uğurları daha böyük idi. Memarlığın inkişafı yüksək
səviyyəyə çatmışdı. Memarlıq abidələri içərisində məscidlərin xüsusi yeri vardı. Dehlidəki Cümə məscidi,
Vicapurdakı, Qolkonddakı məscidlər ən yaxşı memarlıq nümunələri sayılırdı.
Hind miniatür rəssamlıq məktəbinin ən yaxşı nümunələri isə həmin dövrün bizə gəlib çatan kitablarında öz
əksini tapmışdı.
İngiltərə və Fransa ilə əlaqələrin yaradılması Hindistan mədəniyyətinə müsbət təsir
göstərməklə yanaşı, avropalılara bu zəngin mədəniyyətlə tanış olmağa şərait yaratdı.
Uilyam Consun 1784-cü ildə yaratdığı «Benqal-Asiya cəmiyyəti» bu işdə böyük rol
oynadı. Sonralar bu cəmiyyəti Kral cəmiyyəti adlandırdılar.
Çoxdilli hind poeziyasında sadə xalqın arzu və ümidləri, feodallara qarşı mübarizəsi
təsvir olunurdu. Bu dövrdə benqaliyalı Əbdül Qadir Bedilin şeirləri geniş yayılmışdı.
Maratx dilində yazan şair Tuka Ramın əsərləri bu gün də maraqla oxunur.
Hindli sənətkarlar fil sümüyündən və ağacdan naxışlı əşyalar düzəldir, gözəl metal
məmulatlar və saxsı qablar hazırlayırdılar. Rəqs, musiqi ölkənin ən inkişaf etmiş sənət
sahələri idi. Bu dövrdə Hindistanda yeni tipli teatrın əsası qoyulmuşdu.
Dehlidəki Cümə məscidi hazırda Delhinin ən başlıca
məscidlərindən biridir. Məscid 1650-1656-cı illərdə Moğol
hökmdarı Cahan şah tərəfindən inşa etdirilmişdi. Təkcə
məscidin həyətində eyni zamanda iyirmi beş min insan namaz
qıla bilir. Bu gün də Məsciddə maral dərisinə yazılmış qədim
Qurani Kərim və bir çox tarixi sənədlər saxlanılır.
Tuka Ram
179
Çin mədəniyyəti
XVII-XVIII əsrlərdə Çində ensiklopediya və lüğətlər tərtib edilmiş, ədəbiyyat külliyyatı nəşr olunmuş, Çin
klassik romanının inkişafında yeni mərhələnin əsası qoyulmuşdu. XVII əsrin ortalarından etibarən ölkədə Çin dili ilə
yanaşı, rəsmi dövlət dili olan mancur dilində də elmi və bədii əsərlər yazılırdı.
İncə və gözəl zövqə malik olan Çin sənətkarları və rəssamlarının sümükdən və mərmərdən hazırladıqları əşyalar
əsl sənət əsərləri idi. Çin rəssamları ölkədə toxunan parçalara mürəkkəb, lakin insanın ruhunu və gözünü oxşayan
incə naxışlar vururdular. XVII əsrdə Çin memarlığında monumental binaların inşasına başlanıldı. Pekin sarayı,
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi bu dövrdə yarandı.
Bu dövrdə Çin incəsənətinə, o cümlədən memarlığına Avropa ölkələrində tətbiq edilən yeni forma və üsullar
ciddi təsir göstərə bilməmişdi. Çinin «özünütəcrid» siyasəti onu bu təsirdən qorumuşdu.
Yaponiya mədəniyyəti
XVII yüzillikdə Yaponiyanın ənənəvi mədəniyyəti formalaşmağa başladı. Bu dövrdə «şəkilli hekayələr»
janrı meydana gəldi. Yapon şeirinin janrlarından olan haykunun (xokku) gözəl nümunələri yarandı. Hayku 3
sətirdən ibarət olub 5-7-5 heca sisteminə əsaslanır. Matsuo Basyo bu janrın ən görkəmli nümayəndələrindən biri idi.
Bu dövrdə kukla teatrı, rəngkarlıq və elm inkişaf etdi. Dəqiq elmlər, o cümlədən təbiət elmləri, xüsusilə də
riyaziyyat və aqronomluq sahəsində uğurlar əldə edildi. Teatr sənəti öz inkişafının zirvəsinə çatdı.
XVIII əsrdə Yaponiyada təhsil də inkişaf etdi. Bu dövrdə samuraylarla yanaşı, aşağı təbəqədən olan insanlar
üçün də məktəblər açıldı.
Osmanlı mədəniyyəti
Yeni dövrdə Avropa ölkələri ilə əlaqələr Türk və Qafqaz xalqlarının
mədəniyyətinin inkişafına öz təsirini göstərdi.
XVII əsrdə Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi əvvəlcə vəqf
müəssisələrinin zəifləməsinə, daha sonra isə onlara bağlı təhsil sisteminin zəifləməsinə
səbəb oldu. Bu, dini elmlərin inkişafına mane oldu. Dünyəvi elmlər isə inkişaf edir, türk
alimləri dövrün
mədəniyyətinə öz töhfələrini verirdilər. Katib Çələbi və Evliya Çələbi
həmin dövrün böyük türk alimləri olmuşlar. Evliya Çələbinin oncildlik «Səyahətnamə»
əsəri isə Osmanlı və dünya tarixini və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli
mənbələrdən biridir. Bu əsərdə müəllif Azərbaycan haqqında (Azərbaycan şəhərləri
barədə, xüsusilə Təbriz şəhəri, onun qapıları, məhəllələri, sarayları, məscidləri,
məktəbləri, mədrəsələri, sənətkarları və s. haqqında) da qiymətli məlumatlar verilmişdi.
Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə aid bir çox dəyərli
əsərlərin müəllifi olmuşdur.
XVII əsrdə Osmanlı dövlətində əsas təhsil müəssisələri mədrəsələr idi.
Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu. Onların məzunları
müdərris, qazı, müfti, ilahiyyatçı, astronom, həkim, riyaziyyatçı kimi hazırlanırdı.
XVII-XVIII əsrlər Osmanlı memarlığının tənəzzülü dövrü hesab olunur. Lakin
həmin dövrdə də ölkədə bir sıra memarlıq abidələri inşa edilmişdi. Həmin əsrlərdə artıq
ənənəvi memarlıq üslubu Avropaya xas olan rokoko və barokko memarlıq üslubu ilə
əvəz olunmuşdu. Ağrı şəhərindəki İshak Paşa sarayı bu üslubda inşa edilmişdi. Bu dövr
Osmanlı memarlığının şah əsəri Sultan Əhməd məscididir. Memarı Mehmet Ağa olan
bu məscid 1609-1616-cı illərdə inşa edilmişdir.
Həmin dövrdə Osmanlı rəssamları, əsasən, miniatür əsərlərə üstünlük verirdilər.
Məşhur rəssam Levninin miniatürlərini fərqləndirən başlıca cəhət onun əsərlərində
insanlara, hadisələrə yeni baxışın olması idi.
Nəbi, Nedim, Titnat xanım XVII əsr türk ədəbiyyatının tanınmış simalarından olmuşlar.
Memarlıqdan fərqli olaraq, bu dövrdə musiqi yüksək inkişaf səviyyəsinə çatmışdı. XVIII əsrdə Ömər bəy
İtri, Musa Əfəndi kimi böyük türk bəstəkarları yaşayıb-yaratmışlar. Məhz bu əsr türk musiqisinin yüksəliş dövrü
olmuşdur. Türk musiqisi nəinki Avropa musiqisinin təsiri altına düşmüş, əksinə, Avropa musiqisinə təsir
göstərmişdi. Musiqinin belə inkişafı həm də bu dövrün sultanlarının - Sultan Əhmədin, I Mahmudun, III Səlimin bu
sahəyə olan maraqları ilə bağlı idi.
XVIII əsrin əvvəllərində Osmanlı dövlətində Avropa təcrübəsini öyrənməyə başladılar. Bunun nəticəsində
ölkədə 1727-ci ildə ilk mətbəə yaradıldı.
Katib Çələbi
Evlıya Çələbı
180
Ağn şəhərində İshak Paşa sarayı Sultan Əhməd məscidi
Mərkəzi Asiya, Volqaboyu, Ural, Sibir türklərinin mədəniyyəti
Mərkəzi Asiyada mədrəsələrdə şəriətlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu.
Buxara mədrəsəsi bütün müsəlman dünyasında məşhur idi. Böyük şəhərlərdə və yaşayış
mərkəzlərində qızlar üçün xüsusi məktəblər var idi. Türkmən poeziyasının zirvəsində duran
Məhtimqulu Fəraqi öz əsərləri ilə sübut etdi ki, türkmən dilində də böyük ədəbi əsərlər
yarana bilər. Ondan sonra türkmən ədəbiyyatında ərəb və fars sözlərindən istifadəyə, demək
olar ki, son qoyuldu.
Mərkəzi Asiya, Volqaboyu, Ural türklərinin təhsil sistemi digər türk xalqlarının
təhsil sistemindən fərqlənmirdi. Çarizmin milli müstəmləkə siyasəti - türklərin
xristianlaşdırılması təhsilə mane olurdu. Əhalini xristianlaşdırmaq məqsədilə müsəlman
məktəb və mədrəsələrini bağlayır, xristian dini məktəbləri açırdı. Bu yolla türklər həmin
məktəblərə cəlb edilirdi. XVIII əsrin sonlarında burada ilk dünyəvi ibtidai məktəblər
açıldı. Rusiyanın sosial-iqtisadi inkişafı bu bölgənin iqtisadiyyatını öyrənməyi tələb edirdi.
Odur ki, regionda tibb, texniki və başqa peşə məktəbləri yaradılmışdı.
Kazanda açılan gimnaziyada təhsil rus dilində olsa da tatar, ərəb, türk dilləri də tədris olunurdu. Bu dövrdə
Sagit Xalfin ilk tatar əlifbasını tərtib etmişdi. XVIII əsrdə rus qrafikası əsasında çuvaş əlifbası tərtib olundu.
Qafqaz xalqlarının mədəniyyəti
Şimali Qafqaz ərazilərində təhsil məktəb (mollaxana) və mədrəsələrdə verilirdi. Quran oxumaq və yazı
məktəblərdə öyrədilirdi. Mədrəsələrdə Quran oxunması, məntiq, hüquq, tarix, coğrafiya, fəlsəfə, astronomiya tədris
edilirdi. Qazıqumuq və Xunzaxda zəngin kitabxanalar fəaliyyət göstərirdi. Qafqazda bir çox elm sahələri ilə yanaşı,
tibb elmi də inkişaf etmişdi. Təbiblər dərman bitkiləri vasitəsilə müxtəlif xəstəlikləri sağaldır, avropalı alimlərdən
xeyli əvvəl çiçək xəstəliyinə qarşı peyvənd etməyi bacarırdılar.
Şimali Qafqaz xalqlarının öz əlifbası yox idi. Onlar ərəb, rus və gürcü əlifbalarından istifadə edirdilər. Ərəb
əlifbasından, əsasən bölgənin müsəlman əhalisi istifadə edirdi. XVIII əsrdə avar əlifbası tərtib olundu.
XVII-XVIII əsrlərdə Qafqaz xalqlarının şifahi xalq ədəbiyyatı daha çox inkişaf etmişdi. Tarixi mövzulara,
yadellilərin əsarətinə qarşı mübarizəyə həsr olunmuş mahnılar və əfsanələr daha geniş yayılmışdı.
XVIII əsrin ikinci yarısında Gürcüstanda dini təhsil verən seminariyalar - orta məktəblər açıldı. 1709-cu ildə
Gürcüstanda Kartli çarı VI Vaxtanqın təşəbbüsü ilə mətbəə açıldı. 1712-ci ildə bu mətbəədə XII əsrin böyük gürcü
şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri daşbasma üsulu ilə çap edildi.
Məhtimqulu Fəraqinin
abidəsi. Türkmənistan
181
AVROPA VƏ AMERİKA XVII-XVIII ƏSRLƏRDƏ
İngiltərə
İnqilab ərəfəsində İngiltərənin sosial-iqtisadi vəziyyəti
İnqilab ərəfəsində
İngiltərənin sosial-iqtisadi vəziyyəti aşağıdakı kimi idi:
İspaniyanın «Məğlubedilməz armada»sını darmadağın etdikdəön sonra güclü
dəniz dövlətinə çevrilmişdi.
Kapitalist münasibətləri inkişaf etsə də feodal ölkəsi olaraq qalmaqda idi.
Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olurdu.
Avropanın digər ölkələrindən daha çox kömür çıxarılır və dəmir əridilirdi.
Kəndlilərin əsas kütləsi mülkədarlara töycü öyrəyirdi.
Torpağın ali mülkiyyətçisi kral idi.
Kral bir çox məhsulların ticarət hüququnu pulla tacirlərə sataraq, bu yolla onların qazandıqları mənfəətin bir
hissəsindən məhrum edirdi (tacirlər isə qiymətləri qaldırmaqla itirdiklərini əhalinin hesabına qaytarırdılar).
Anqlikan kilsəsi və puritan təriqəti geniş yayılmışdı.
Ölkədə ilk manufakturalar meydana gəlir və sayı getdikcə artırdı.
Yeni zadəganlar və burjuaziya ilə kral arasında kəskin mübarizə gedirdi. Yeni zadəganlara və burjuaziyaya
istehsalı genişləndirməyə kralın qoyduğu ağır vergilər imkan vermir bu da azad rəqabətə mane olurdu.
Zadəganlar torpağın tam mülkiyyətçisi olmadıqlarına görə torpaqdan istifadə edilməsinə və torpağın miras
verilməsi şərtləri müqabilində krala müəyyən məbləğ ödəməli idilər:
Anqlikan kilsəsi. Puritan təriqəti
XVI əsrdən İngiltərədə Anqlikan kilsəsi hökmranlıq edirdi.
Reformasiya dövründə İngiltərədə meydana gələn
və müstəqil olan Anqlikan kilsəsi mütləqiyyətin möhkəmləndirilməsinə xidmət edirdi. Anqlikan kilsəsi:
xalqa kralın hamıdan ali olması və bunun Allah tərəfindən müəyyənləşdirilməsi fikrini təlqin edirdi.
Katolik kilsəsindən fərqli olaraq, Roma Papasına deyil, İngiltərə kralna tabe idi.
Topladığı vergilər dövlət xəzinəsinə gedirdi.
XVI əsrdə İngiltərədə geniş yayılmış puritan təriqəti xalq kütlələri, yeni zadəganlar və burjuaziya
arasında daha geniş yayılmışdı. Bu dövrdə İngiltərədə protestantları putitan adlandırırdılar. Puritanlar:
kralın mütləq hakimiyyətinə və feodal quruluşuna qarşı çıxırdılar.
Kilsəni israfçılardan təmizləməyə çalışırdılar.
Dəbdəbəli və dini mərasimlərin, din xadimlərinin sərvət toplamalarının əleyhinə idilər.
Burjua inqilabı ərəfəsində İngiltərənin siyasi vəziyyəti
XVII əsrdə İngiltərənin dövlət quruluşu parlamentli-monarxiya idi. XVII əsrin
başlanğıcında kraliça I Yelizavetanın vəfatı ilə İngiltərədə Tüdorlar sülaləsinin
hakimiyyəti sona çatdı və Stüartlar sülaləsi (1603-1714) hakimiyyətə gəldi. Sülalənin
banisi I Yakov Stüart (1603-1625) olmuşdur. Hakimiyyətə gəldiyi andan etibarən
Stüartlar sülaləsinin ingilis parlamenti və puritan kilsəsi ilə münaqişəsi başladı.
Münaqişənin əsas səbəbi kral I Yakovun vergilərin müəyyən edilməsi hüququnun
parlamentə məxsus olmasını qəbul etmək istəməməsi idi. I Yakov Stüart hakimiyyətə
gələrkən xalq onun islahatlar aparacağını gözləyirdi. Lakin I Yakov onların gözlədikləri
islahatları nəinki həyata keçirmədi, əksinə, puritan təriqəti və parlamentin hüquqlarının
məhdudlaşmağa çalışdı. I Yakovdan sonra hakimiyyətə onun oğlu, I Karl (1625-1649)
gəldi. I Karl siyasi fəaliyyəti dövründə atasının siyasətini davam etdirdi.
Anqlikan kilsəsi
Puritan kilsəsi
Müstəqil kilsə idi,ona Roma papası deyil,
deyil, kral başçılıq edirdi.
Kral hakimiyyətinin və zadəganların dayağı
hesab olunurdu.
Topladığı vergilər dövlət xəzinəsinə gedirdi.
Sadə xalq, yeni zadəganlar və burjuaziya
arasında daha geniş yayılmışdı.
Təmtəraqlı mərasimlərin, din xadimlərinin
sərvət toplamasının əleyhinə idilər.
Dəbdəbəli və dini mərasimlərin əleyhinə
idilər.
I Yakov (1603-1625)
|