İstiqlaliyyət müharibəsinin gedişi və başa çatması
İstiqlaliyyət müharibəsinin əvvəlində
Corc Vaşinqtonun
ordusu Bostonu azad etdi.
Lakin daha güclü olan
İngiltərə ordusunun
1777-ci ilin yayında Filadelfiyanı tutması nəticəsində müharibənin gedişində inqilabi ordu
və xalq böyük çətinliklərlə üzləşdi.
Amerikanın azadlığı uğrunda müharibədə çoxlu könüllü iştirak edirdi.
Könüllülər içərisində avropalılardan başqa qaradərililər də var idi.
Corc Vaşinqtonun ordusu 1777-ci ilin
oktyabrında
İngiltərə
ordusuna qalib gəldi. Bu qələbə müharibənin gedişində dönüş
yaratdı. Müharibənin gedişində ABŞ konqresi Avropa dövlətlərini
ittifaqa cəlb etmək məqsədi ilə özünə müttəfiqlər axtarmağa başladı.
Bu məqsədlə konqres Benjamin Franklini Avropaya göndərdi.
Böyük diplomat olan Benjamin Franklinin
diplomatik səyləri
nəticəsində
Fransa və İspaniya Amerikanın müttəfiqi kimi
İngiltərəyə qarşı müharibəyə qoşuldu. Müstəmləkələr uğrunda
İngiltərə, Fransa və İspaniya arasında rəqabət daha da gücləndi.
Fransa və İspaniyanın müharibəyə girməsi ingilislərin vəziyyətini
xeyli çətinləşdirdi.
1781-ci ildə C.Vaşinqtonun orduları Yorktaun ətrafında döyüşdə ingilisləri mühasirəyə alaraq, onları təslim
olmağa məcbur etdi. Bir il sonra İngiltərə müharibəni dayandırmağa məcbur oldu və sülh danışıqlarına başladı.
1783-cü ildə
Fransada (Versalda)
Fransa kralı XVI Lüdovikin vasitəciliyi ilə ABŞ-la İngilrərə arasında
Versalda sülh müqaviləsi imzalandı. Versal müqaviləsinin şərtlərinə əsasən:
1.
İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı.
2.
Alleqan dağlarından Missisipi çayına qədər olan ərazilər ABŞ-a verildi.
Lakin Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı.
Versal müqaviləsinin imzalanması ilə ABŞ-da
İstiqlaliyyət müharibəsi başa çatdı. İstiqlaliyyət müharibəsi nəticəsində yeni yaranmış ABŞ dövləti İngiltərə kimi
güclü dövlətə qalib gəldi.
İstiqlaliyyət müharibəsinin başlaması 1777-ci il döyüşü. 1781-ci il, Yorktaun döyüşü
Tomas Ceferson
Benjamin Franklinin Avropaya göndərilməsi
194
ABŞ Konstitusiyasının qəbul edilməsi (1787)
İstiqlaliyyət müharibəsindən sonra ABŞ-da hakimiyyəti möhkəmlənirmək üçün güclü mərkəzi (federal)
hökumət lazım idi. Odur ki, 1787-ci ildə ştatların nümayəndələrinin (keçmiş 13 Amerika koloniyasının) çağırıldığı
xüsusi məclisi (təsis konventi) ABŞ Konstitusiyasını qəbul etdi və ABŞ dünyada ilk konstitusiyaya malik olan
dövlət oldu. 1787-ci il ABŞ Konstitusiyasına əsasən:
ABŞ dövlət
formasına görə
respublika və dövlət quruluşuna görə federativ dövlət oldu.
ABŞ Konstitusiyası dünya ilk olaraq hakimiyyətin üç yerə - qanunvericilik, icraedici və məhkəmə
hakimiyyətlərinə bölünməsini təsbit etdi:
1.
Qanunverici hakimiyyət iki palatadan ibarət konqresə
məxsus idi
: Yuxarı palata Senat, aşağı palata
isə Nümayəndələr palatası adlanırdı.
Senata hər ştatdan iki senator seçilirdi. Aşağı palataya isə hər
ştatdan əhalinin sayına görə nümayəndələr seçilirdi.
2.
İcra hakimiyyətinə dörd ildən bir seçilən prezident rəhbərlik edirdi.
Konstitusiyaya görə ABŞ
Prezidentinə aşağıdakı səlahiyyətlər verilirdi: hökumətə rəhbərlik və silahlı qüvvələrə komandanlıq
edirdi, qanunlara veto qoya bilərdi .
3.
Məhkəmə hakimiyyətinə ABŞ-ın Ali Məhkəməsi başçılıq edirdi.
Ali Məhkəmənin üzvləri prezident
tərəfindən senatın razılığı ilə ömürlük təyin edilirdi.
Ali Məhkəmə Konstitusiyanın toxunulmazlığına,
qəbul olunmuş qanunların konstitusiyaya uyğunluğuna və qanunlara riayət olunmasına nəzarət edirdi.
Konstitusiyaya əsasən 1789-cu ildə ABŞ-da
Konqresə ilk seçkilər keçirildi. Corc Vaşinqton ABŞ-ın
ilk prezidenti (1789-1797) oldu.
1787-ci ildə qəbul olunmuş ABŞ Konstitusiyasının
müəyyən məhdud cəhətləri də var idi. Belə ki, həmin
konstitusiyada quldarlıq quruluşu saxlanıldı, insanların
söz, mətbuat, vicdan azadlığı kimi başlıca hüquqları
nəzərə alınmadı. Bu, demokratik qüvvələri narazı saldı.
Odur ki, 1791-ci ildə Konqres tərəfindən
Konstitusiyaya ilk dəfə düzəliş edildi. 1791-ci ildə
«Hüquqlar haqqında bill» adlanan
ABŞ Konstitusiyasına
edilmiş bu düzəlişlərə əsasən vətəndaşlara söz, mətbuat,
vicdan azadlığı
və digər hüquqlar verildi. Qanuna görə
adamları ancaq məhkəmənin qərarı ilə həbs etmək olardı
.
Qanunverici hakimiyyət
Qanunverici hakimiyyət
Konqressə məxsis idi. Konqres iki
palatadan ibarət idi. Yuxarı palata
Senat, aşağı palata isə
Nümayəndələr palatası adlanırdı.
ABŞ-ın Ali Məhkəməsi başçılıq
edirdi. Ali Məhkəmə qanunların
Konstitusiyaya uyğunluğunu
yoxlayır və ləğv edə bilirdi.
İcraedici hakimiyyət
Dörd ildən bir seçilən Prezident
başçılıq edirdi. Prezident
hökumətə başçılıq edir və silahlı
qüvvələrə komandanlıq edirdi.
Qanunlara veto qoya bilərdi.
Məhkəmə hakimiyyəti
ABŞ-ın dövlət quruluşu
ABŞ. İlk bayrağı və gerbi
ABŞ Konqresinin binası (müasir şəkil)
― Rəssam B.Uestin çəkdiyi şəkli. Paris s ülh
danışıqları zamanı çəkilən bu şəkildə ABŞ
nümayəndə heyətinin, o cümlədən Benjamin
Franklinin
şəkli
olsa
da
Britaniya
nümayəndələri şəkillərinin çəkilməsindən imtina
etdilər. Bu səbəbdən portret yarıncıq qalmışdı.
Sülhün şərtləri (arxiv sənədi)
195
İstiqlaliyət müharibəsinin nəticələri və əhəmiyyəti
1775-1783-cü illər ABŞ-da
baş verən
İstiqlaliyyət müharibəsini tarixi ədəbiyyatlarda bəzən Birinci
Amerika burjua inqilabı da adlandırırlar. İstiqlaliyyət müharibəsi
ümumdünya əhəmiyyətli bir hadisə idi.
Belə ki,
İstiqlaliyət müharibəsi:
ABŞ bəşəriyyətə o zaman üçün demokratiya nümunəsi verdi.
Hakimiyyətin mənbəyinin xalq olduğu işdə və əməldə sübut edildi.
İlk dəfə hakimiyyətin bölünməsi prinsipi tətbiq edildi.
Bütün bunlara baxmayaraq ABŞ-da İstiqlaliyyət müharibəsi müəyyən məhdud cəhətlərə malik idi. Həmin
məhdud cəhətlər aşağıdakılar idi:
«
Bəyannamə
»
köləliyi ləğv etmədi.
Seçki məsələlərində əmlak senzi saxlanıldı.
«
Bəyannamə
»
hinduların məhv edilməsini və öz
torpaqlarından qovulmalarını dayandırmadı.
Bu da təqribən yüz il sonra ABŞ-da yeni inqilabın -
Vətəndaş müharibəsinin və ya İkinci Amerika burjua
inqilabının (1861-1865) başlanmasına səbəb oldu.
ABŞ-da İstiqlaliyət müharibəsi
1775-1783-cü
illər
Müharibənin səbəbləri
Britaniyanın müstəmləkə zülmü,
burada feodal qaydaları tətbiq etməyə
çalışması, müstəmləkələrə xammal
mənbəyi və satış bazarı kimi baxması
Nəticələri (əhəmiyyəti)
ABŞ-da kapitalizmin inkişafına mane
olan amillər- ingilis müstəmləkə
hökumranlığı aradan qaldırılırdı
Aprelin 19-da (Konkord
hadisələri ilə) başladı
Məhdud cəhətləri
Köləlik saxlandı və ləğv olunmadı
köləlik ləğv edilmədi, seçki məsələlərində əmlak
senizi saxlanıldı, hinduların məhv edilməsini və
öz torpaqlarından qovulması davam etdirildi
196
Bilmək maraqlıdır
Amerikada hindulara qarşı soyqırım. Qan üzərində qurulan
demokratiya
XV əsrin sonlarında Xristofor Kolubmb ilk olaraq kəşf etdiyi
Amerikanı Hindistan zənn etdiyindən yerli əhalini də hindli hesab
etmişdi. Avropalı kolonistlərin Amerikanın şimalını tutmağa
başladıqları dövrdə bu ərazilərdə çoxsaylı hindu tayfaları yaşayırdı.
Astek, mayya, ink kimi sivilizasiyaların varisləri olan bu toplum
Qərbin mənəvi və fiziki soyqırımına məruz qalmışdır. İşğalçılar ilk
gündən onlarla müharibələrə başlamışdılar. Əlbəttə, ox və nizəylə
silahlanmış hindular işğalçılara layiqli müqavimət göstərə
bilmirdilər. ABŞ-da hindu soyqırımına dair faktlar məşhur alim M.
Stinqlin «Tomoqavksız hindular» əsərində faktlara şərh edilmişdi.
Faktlardan aydın olur ki, işğalçılar silah gücünə məhv edə
bilmədikləri hindu tayfalarını hiylə yolu ilə qırırdılar. Bu yolda ən
geniş yayılmış üsullardan biri hindulara qara çiçək xəstəliyinə
yoluxmuş və bundan ölmüş insanların yorğançalardan istifadə etmək
idi. İngilislər həmin yorğanları hindu məskənlərinin yaxınlığına
qoyurdular. Heç nədən şübhələnməyən hindular isə bu yorğanlardan
istifadə edərək, kütləvi şəkildə qırılırdılar.
Bartolome Də Las Casas (1474-1566), «Qırmızıdərili qırğını» adlı
kitabında şəxsən şahid olduğu hindu qırğınını belə izah edir:”Sırf
əyləncə olsun deyə, qadın-kişi demədən qitənin yerli əhalisi olan
hinduların əllərini, burunlarını və qulaqlarını kəsib qopardıqlarını və
bunun hinduların hər rast gəlindiyi yerdə təkrarlandığını öz
gözlərimlə gördüm. Gəlmələr süddən kəsilməmiş körpələri onları ən
uzağa atma mövzusunda bir-birləriylə yarışarkən bunu bir əyləncə
üçün edirdilər‖.
ABŞ dövləti yarandıqdan sonar da soyqırım davam etdirildi. Bu
məqsədlə ABŞ hərbi nazirliyi nəzdində hinduların işləri üzrə idarə
yaradılmışdı. 1924-cü ilədək qüvvədə olan qanuna görə əcnəbi elan
edilmiş hindular bu ölkənin vətəndaşları sayılmırdılar və heç bir
hüquqa malik deyildilər.
Amerikaya ilk qulların gətirilməsi
…Gəlmələr hinduları məhv etdikdən sonar Amerikada işci qüvvəsinə
ehtiyac yarandı. Odur ki, onlar işci qüvvəsini Afrikadan zorla
tutaraq Amerikaya gətirilən zənci-qullar hesabına ödəməyə
çalışırdılar. 1619-cu ildə Amerikaya Hollandiya gəmisi ilk
qaradərili afrikalıları gətirdi. Gəlmələr qaradərililəri satın alıb qul
etdilər. Artıq XVIII əsrdə ABŞ-ın şərq ştatlarının hər səkkizinci
sakini qul-zəncidən ibarət idi. Qul alverçiləri zəncilərin o dövr üçün
çox yüksək qiymətə, hətda 2000 dollara satırdılar. Zəncilərin
yüksək qiymətə satılmasını Afrikadan ABŞ-a gəlib çatanadək yolda
onların çoxunun qırılmaları ilə əsaslandırırdılar. Həqiqətən də,
tarixi mənbələrin məlumatlarına görə, hər on zəncidən ABŞ
sahillərinə yalnız bir nəfər sağ gəlib çıxırdı. Bu dövr ərzində
amerikaya 10 milyon qul gətirilmişdisə, onlardan 9 milyonu yoldaca
ölmüşdü.
XVI əsrdə başlayan kölə ticarəti XIX əsrin əvvəllərinə qədər
davam etdi. « Tumberio» , yəni « ölü daşıyan» adı verilən bu
gəmilərdə aparılan qeydlərə əsasən Afrikadan kölə vəziyətinə
salınaraq Amerikaya gətirilən qulların sayı 10 milyondan çox
olmuşdur.
197
ABŞ. Konstitusiya müzakirələri və qəbul olunması prosesi
ABŞ-ın « İstiqlaliyyət bəyannaməsi» . ABŞ konstitusiyasının birinci səhifəsi (orjinal nüxsə)
İnqilabın qələbə ilə başa çatmasından sonra «Konfederasiya maddələrinə» yenidən baxmaq və yeni qurulan
dövləti daha da möhkəmlətmək məqsədi ilə 1787-ci ildə Corc Vaşinqtonun sədrliyi ilə 13 ştatın nümayəndələrinin
iştirakı ilə Filadelfiyada konstitusiya konventinin yığıncağı çağırıldı. Bu konvent plantasiya sahiblərinin və
burjuaziyanın iştirakı ilə may-sentyabr ayları ərzində xalqdan gizli keçirildi. Konvent bu gün də qüvvədə olan ABŞ-
ın konstitusiyasını işləyib hazırladı. ABŞ Konstitusiyasının işlənib hazırlanması zamanı gedən mübahisəli
məsələlərdən ən başlıcası - bir çoxlarının ABŞ-da monarxiyanın bərpa olunması, senatın ömürlük seçilmiş
nümayəndələrdən ibarət olması fikirləri idi. Monarxiya tərəfdarları fikirlərini belə əsaslandırırdılar ki, “ABŞ kiçik
Roma deyil, əgər burada demokratiya yaradılarsa özbaşınalıq olacaqdır”. Lakin Corc Vaşinqton konstitusiya
müzakirələri zamanı öz nüfuzundan istifadə edərək debatların gedişində hər ştatın nümayəndələri ilə apardığı fərdi
söhbətləri ilə mövcud narazılıqları aradan qaldırdı və ştatların kompromisə getməsinə nail oldu. Xeyli
mübahisələrdən sonra böyük güzəştlər hesabına nəhayyət ki ABŞ-da Respublika quruluşu saxlanıldı, iki palatdan
ibarət Konqres və böyük səlahiyyətlərə malik olan prezident hakimiyyəti qəbul edildi. Beləliklə, 1787-ci ildə
« İstiqlaliyyət bəyannaməsi» əsasında dünyada ABŞ-da ilk konstitusiya qəbul edildi.
198
Corc Vaşinqton ABŞ-ın görkəmli dövlət xadimi, İstiqlaliyyət
müharibəsi zamanı Kontinental ordunun baş komandanı, ABŞ-ın ilk prezidenti
(1789-1797) olmuşdur. ABŞ-ın 1790-cı ildə əsası qoyulan yeni paytaxtının
salınması üçün Potomak çayı sahilindəki yeri Corc Vaşinqton seçmişdir. Ona
görə də şəhər əvvəllər onun şərəfinə Corctaun, sonra isə Vaşinqton adlandırıldı.
Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.
Vaşinqton şöhrəti gənc yaşlarında, fransızlara qarşı Britaniya ordusunda
vuruşarkən qazanmışdı O, mayor rütbəsində döyüşlərə başlasa da çox keçmir
ki, fransız-hindu müharibəsində 22 yaşında polkovnik rütbəsi alır.
İstiqlaliyyət müharibəsi başlayan zaman Vaşinqton Konqresə hərbi
mundirilə gələrək müharibəyə hazır olduğunu göstərdi. 1775-ci ildə
Filadelfiyada İkinci Kontinental Konqresin açılışı oldu. Konqresdə Corc
Vaşinqton inqilabi ordunun komandanı seçilir. İlk döyüşlərdən uğur qazanan
Vaşinqton ordusu 1776-cı ildə Bostonu ingilislərdən azad edir.
1776-cı ilin qışında Milad gecəsi ərəfəsində özünü kontinental ordu adlandıran silahsız, ac-yalavac bir neçə
min əsgər dünyanın ən qüdrətli imperiyası qarşısında silahı yerə qoymağa hazırlaşırdı. Bu dövrdə bir-birinin ardınca
uğranılan məğlubiyyətlərdən sonra çoxları Amerika inqilabını bitmiş hesab edirdi. Dünyanın böyük hissəsinə
nəzarət edən Britaniya krallığına qarşı çıxmaqla Vaşinqton və onun silahdaşları həyatlarını ağlasığmaz riskə
atmışdılar. Ələ keçiriləcəkləri halda onları mütləq dar ağacı gözləyirdi.
Vəziyyətin ağırlığından xəbərdar olan Vaşinqton bir gün şam işığında dalğın oturmuş halda vərəqə nəsə
yazır. Sonradan yerə düşən vərəqi götürmüş müşaviri ağ kağızda yazılanı oxuyur: ―Qələbə yaxud Ölüm!‖
Konqresin tələm-tələsik general rütbəsi verdiyi bir neçə inqilabçı ilə məşvərətlər keçirdikdən sonra qərar verilir.
Dekabrın 25-də, soyuq Milad günündə şəxsən Vaşinqtonun öz rəhbərliyi altında iki minə yaxın vətənpərvər Delavar
çayını keçərək kralın muzdlu döyüşçülərinin Trentondakı düşərgəsinə hücum edir. Qəfildən başlanan hücumdan
təəccüblənən ingilislər pərən-pərən düşür. Var gücləri ilə vuruşan amerikalılar cəmi iki itki hesabına ingilisləri
darmadağın edirlər. Bu hadisədən üç gün sonra hərbi üstünlüyü saxlayan amerikalılar Prinstona hücuma keçərək
Britaniya kontingentini təslim olmağa məcbur edirlər. Cəmi bir həftənin içində ümidsizliyə qapılmış amerikalıların
qələbəyə inamı dönməz xarakter alır.
Müharibə başa çatdıqdan sonra Ali Baş Komandanlıq Vaşinqtonu təntənəli surətdə konqresə qaytardı.
1787-ci ildə Vaşinqtonun sədrliyi ilə ABŞ Konstitusiyası hazırlandı. Artıq C.Vaşinqtonun prezident olacağı heç
kimdə şübhə doğurmurdu. Nəhayət, 1789-cu ildə keçirilən prezident seçkilərində Corc Vaşinqton ABŞ-ın ilk
prezidenti seçilir. Cəmiyyətdəki nüfuzuna baxmayaraq, o, ikinci dəfə prezident seçilmək istəmirdi. Lakin
T.Ceffersonun ciddi təkidlərindən sonra öz namizədliyi irəli sürür və 1792-ci il seçkilərində ikinci dəfə ABŞ-ın
prezidenti seçilir. 1796-cı ildə istefaya çıxan Vaşinqton qalan ömrünü öz malikanəsində yaşadı.
Tomas Cefferson - ABŞ-ın ilk Dövlət katibi (1789-1793) və üçüncü
prezidenti (1801-1809) olmuşdur. İstiqlal Bəyannaməsinin müəllifi. 1976-cı
ildə ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq əskinasların üzərində
Tomas Ceffersonun təsviri, arxa tərəfində isə ABŞ İstiqlal Bəyannaməsinin
qəbul olunma səhnəsi təsvir olunmuşdu.
Cefferson məktəbi bitirdikdən onra ―Uilyam and Meri‖ kollecinə daxil olur və
tərəddüd etmədən vəkil olmağı qərara alır. 1763-cü ildə təhsilini bitirən
Cefferson hüquq kontorunda fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır.
Virciniyanın varlı plantatorları onun müştərilərinə çevrilirlər. Cəmiyyətdə
böyük nüfuz qazanan gənc vəkil 26 yaşında Virciniya qanunvericilik
məclisinin üzvü seçilir.
Ceffersonun siyasi fəaliyyətə başlaması müstəmləkələrdə anti-ingilis
əhval-ruhiyyələrinin gücləndiyi dövrə təsadüf edir. O, müstəmləkələrin azadlıq
hərəkatında fəal iştirak edərək, 1775-ci ildə Kontinental Konqresə üzv seçilir.
1776-cı ilin iyununda Kontinental Konqresdə İstiqlaliyyət haqqında Bəyannamə hazırlamaq üçün
Ceffersonun başçılığı ilə komissiya yaradılır. Layihə uzun sürən müzakirələrdən sonra 4 iyul 1776-cı ildə qəbul
edilir. Bu, T.Ceffersonun siyasi arenada ilk böyük qələbəsi idi. 1785-ci ildə Konqres Ceffersonu ABŞ-ın
Fransadakı səfiri təyin edir. 1789-cu ildə Cefferson Parisdən vətənə qayıdır. Burada ona gözləmədiyi bir xəbər
Tomas Cefferson
Corc Vaşinqton
199
çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Lakin O, Vaşinqtonun şəxsi məktubunu alsa
da, qəti cavab vermir. Nəhayət, 1790-cı ilin fevralında, xeyli təkidlərdən sonra Cefferson dövlət katibi təyin
edilməsinə razılıq verir. 1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezident seçilmək arzusunda olmadığını
bildirdikdə Respublikaçılar partiyası bu vəzifəyə Ceffersonu namizəd göstərdilər. Lakin seçkilərdə federalistlərin
namizədi Con Adams kiçik üstünlüklə prezident seçilir, Cefferson isə qanuna əsasən vitse-prezident olur. Lakin
Adamsla aralarında ciddi fikir ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu elə də nəzərə çarpacaq
qədər olmur.
1800-cü ildə gərgin keçən prezident seçkilərində T.Cefferson federalistlərin nümayəndəsi C.Adamsdan çox səs
toplayaraq prezident seçilir. Onun prezidentliyi dövründə ABŞ Fransadan Luiziana torpaqlarını satın alaraq öz
ərazisini əhəmiyyətli dərəcədə genişləndirir.
İstefaya çıxdıqdan sonra malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyətilə məşğul oldu. 1819-cu ildə
yaradılmış Virciniya Universitetinin binasının tikilməsindən, tədris planının hazırlanmasına qədər bütün prosesə
şəxsən özü rəhbərlik etdi. Onun təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və alimlər dəvət olundu.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşdi. 3 iyulda İstiqlaliyyət haqqında Bəyannamənin qəbul edilməsinin
50 illiyi ərəfəsində ―4 iyul hələ başlamayıb?‖ - deyə soruşur. Bu onun dediyi son sözlər olur...
Ceffersonun vəsiyyətinə əsasən, onun qəbir daşının üzərində aşağıdakı sözlər yazılıb: ―ABŞ-ın Istiqlaliyyət
Bəyannaməsinin və Virciniya ştatının dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin yaradıcısı Tomas
Cefferson burada dəfn edilmişdir‖. Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmayıb...
Dostları ilə paylaş: |