Bencamin
Franklin (1706-1790)
-
Amerika
Birləşmiş
Ştatlarının
banilərindən biri, dövlət xadimi olmaqla yanaşı, yazıçı, siyasətçi, alim, ixtiraçı, və
diplomat kimi məşhurluq qazanmışdır.
Bencamin Franklin yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının
yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar «İstiqlal
Bəyannaməsi
»
, ABŞ Konstitusiyası
və
Versal sülh müqaviləsidir. 1928-ci ildən
Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Bencamin Franklin 1706-ci ildə Bostonda dəmirçi ailəsində anadan olmuşdu.
Artıq 16 yaşına çatanda yerli qəzetlərdə məqalələri çıxmağa başlayır. Lakin
Boston ona cansıxıcı gəldiyindən o Pensilvaniyaya - Filadelfiya şəhərinə gəlir.
Orada özünə çox böyük şöhrət qazanır və Filadelfiya qubernatoru tərəfindən
Londona göndərilir. İstilaliyyət müharibəsi başlayan kimi Franklin öz vətəninə
qayıtsa da tezliklə Parisə yenidən nümayəndə kimi göndərilir. Onun xüsusi
diplomatik bacarığı nəticəsində fransız-amerikan danışıqları uğurla başa çatır.
1783-cü ildə Versal danışıqlarında Böyük Britaniyanın Amerikanı suveren və
müstəqil olduğunu rəsmən tanıması da Franklinin əməyinin nəticəsidir. Məhz o, müharibənin uğurlu sonluğunun və
bugünki qüdrətli Amerika dövlətinin təməlini qoyan şəxsiyyət idi. Bir çoxları bilməsə də məhz Bencamin Franklin
tərəfindən dünyada ilk dəfə olaraq öz üzvləri üçün pulsuz kitabxana və elm mərkəzinə malik olan klub
yaradılmışdır. Həmin dövr üçün bu, görünməmiş addım idi. Dövlət qulluğunda olduğu zaman ərzində Amerika
Fəlsəfə cəmiyyətinin və Filadelfiya Akademiyasının da yaradıcısı Bencamin Franklin olmuşdu.
Bencamin Franklin
200
Fransa
Maarifçilik
Fransa burjua inqilabından çox-çox əvvəl
qabaqcıl ziyalılar
mütləq monorxiyanı və feodal quruluşunu
tənqid etməyə başladılar. Bu böyük ideya hərkatı sonralar maarifçilik, onun iştirakçıları idə maarifçilər
adlandırıldı.
İngiltərə və Amerika burjua inqilablarının nəticələrindən bəhrələnən Fransa maarifçiləri yeni ideyalar
irəli sürürdülər. XVIII əsrin əvvəllərindən başlayaraq maarifçilər feodal quruluşunu tənqid edir, mütləq
monarxiyaya qarşı çıxırdılar.
XVIII əsr fransız maarifçilərinin görkəmil nümayəndələri
Monteskyö, Volter,
Russo, Melye və Didro
idi.
Monteskyö:
mütləq monarxiyan və işğalçılıq müharibələrini pisləyirdi.
konstitusiyalı məhdud monarxiyanı ən yaxşı dövlət quruluşu hesab edirdi.
xüsusi mülkiyyətin toxunulmazlığını və şəxsi azadlığı yüksək qiymətləndirirdi.
fikirləri xırda və orta burjuaziyanın və zadəganların əhvali-ruhiyyəsini əks
etdirirdi.
Volter:
dini fanatizmi, zadəganların və ruhanilərin imtiyazlarını tənqid edirdi.
inqilab tərəfdarı deyildi, sadəcə mütləq monarxiyanı məhdudlaşdırmağa,
kilsənin nüfuzunu zəiflətməyə çağırırdı.
mövcud köhnəlmiş qaydaların dəyişdirilməsini inqilabla deyil,
«maariflənmiş
monarx»dan
özləyirdi.
hər kəsin qanun qarşısında bərabər olmasını, hər cür imtiyazların ləğv
edilməsini tələb edirdi.
Jan Jak Russo:
ideyalarına görə ölkənin idarə olunması üsulunu xalq özü təyin etməliydi.
iəndli və sənətkarların mənafeyi, əhvali- ruhiyyəsini tərənnüm edirdi.
xırda mülkiyyəti qanuni hesab edir, iri mülkiyyətin ləğvinə çalışırdı.
xırda və inqilabçı burjuaziyanın maraqlarını müdafiə edirdi.
Nə Monteskyö, nə də Volter inqilab tərəfdarı olmasalar da, onların yaydığı
ideyalar özləri də bilmədən inqilabi əhvali-ruhiyyənin güclənməsinə kömək edirdi.
Marifçi Jan Melye kəndlilərin çətin vəziyyətlərinə yaxından bələd olaraq,
yoxsullara böyük hörmət bəsləyir, onların inqilabi arzularının ifadəçisi kimi çıxış edirdi.
O da mülkiyyət və imtiyazların ləğv edilməsinin tərəfdarı idi.
Ensklopediyaçılar
XVIII əsrin fransız maarifçilərini çox vaxt ensklopediyaçılar adlandırırlar.
Onların əksəriyyəti ensklopediya və yaxud elm, incəsənət və sənətlərin izahlı lüğğətini
hazırlanmasında iştirak etmişdilər. Bu çoxcildli, izahlı lüğət ilk dəfə
1751-ci ildə yazıçı
və filosof
Deni Didronun redaktəsi və
rəhbərliyi ilə
çıxmağa başlamışdı.
Volter, Russo
və başqa məşhur yazıçılar da ensiklopediyanın müəllifləri idilər.
Belə bir ensiklopediyanın nəşri hökuməti təşvişə saldı. Hakimiyyət ilk cildləri
yandırsa da, nəşri dayandıra bilmədi.
Təqiblərə baxmayaraq ensklopediyanın 35 cildi
çapdan çıxdı.
Ensklopediya fransız maarifçilərinin qabaqcıl elmi və ictimai-siyasi
biliklərini yaymaq işini davam etdirdi. Bu dəyərli kitab ictimai-siyasi fikrin çox böyük
tribunasına və auditoriyasına çevrildi.
Ensklopediyaçılara aiddir:
Onların məqsədi yaşadıqları dövrün elmi biliklərini, qabaqcıl ideyalarını
izah etmək və sistemə salmaq idi.
Feodal qaydalarını tənqid edir və xalqı bu qaydaların ləğvinə çağırırdılar.
Kilsəni tənqid edir, qeyri-məhdud kral hakimiyyətini pisləyirdilər.
Əhalinin silklərə bölünməsinə qarşı çıxır, insanların bərabərhüquqlu
vətəndaşlar olduğunu bildirirdilər.
Beləliklə,
maarifçilərin qabaqcıl ideyaları Fransa burjua inqilabının
hazırlanmasında və gedişində mühüm rol oynadı, inqilabın müjdəçisi, ilkin ideoloji şərti
oldu.
Mon
teskyö
Volter
Jan Jak Russo
Jan Melye
Deni Didro
201
Fransa burjua inqilabı ərəfəsində ölkədə siyasi və sosial-iqtisadi vəziyyət
XVIII əsrin sonlarında Fransa müstəmləkələr uğrunda İngiltərə ilə apardığı müharibələrdə məğlubiyyətə
uğradı. Belə ki, Fransa və İngiltərə arasında baş verən Yeddiillik müharibə (1756-1763) nəticəsində Fransa
məğlub olaraq Kanada və Benqaliya kimi müstəmləkələrini itirdi.
XVIII əsr Fransası özünün dövlət quruluşu
baxımından mütləq monarxiya idi.
Bununla belə kralın mütləq hakimiyyəti
getdikcə ruhani, burjuaziya və zadəganlar arasında
nüfuzunu itirirdi.
Hakimiyyətə gələn XVI
Lüdovik (1774-1792) iradəsiz şəxs olduğundan
dövlət işlərini həyat yoldaşı Mariya Antuanetta
idarə edirdi.
Ölkənin təsərrüfatı orta əsr feodal qaydaları
ilə idarə olunurdu. Kəndlilər töycü, can vergisi,
dövlət vergisi olan talya ödəyir, biyara gedirdilər.
Kəndlərdə yardarlıq sistemi hökm sürürdü, yəni
məhsulun bir hissəsini sahibkara ödəməklə
torpağı icarəyə götürmək olardı. Torpaqsız
kəndlilər isə sahibkar torpaqlarında günəmuzd
işləyirdilər. Lakin kəndlərdə fermer təsərrüfatları
da yaranırdı. Kəndlilərin yuxarı təbəqəsi getdikcə
varlanır, burjuaziya təbəqəsi meydana gəlirdi.
XVIII əsrdə sənaye və ticarət də
canlanmışdı. Şəhərlərdə manufakturalar istehsalın
əsasını təşkil edirdi. Paris, Marsel, Lion sənaye
mərkəzlərinə çevrilmişdi.
Ticarət əlaqələri, xüsusən xarici ticarət genişlənmişdi. Amma ölkə daxilindəki köhnəlmiş feodal qaydaları və
gömrük maneələri daxili ticarətin, sənayenin inkişafına mane olurdu. Ölkənin inkişafına əngəl törədən amillərdən
biri də əhalinin silklərə bölünməsi idi. Bu dövrdə də Fransada əhalinin üç silkə bölünməsi qaydası qalmaqda idi.
Birinci və ikinci silkə daxil olan - ruhanilər və zadəganlar
vergilərdən azad olunmuşdular. Ali vəzifələri yalnız zadəganlar
tuta bilərdilər.
Üçüncü silkə daxil olan əhalinin əksəriyyətini təşkil edən
burjuaziya, xırda tacirlər, sənətkarlar, fəhlələr, kəndlilər dövlətin
bütün vergilərini ödəyirdi. Onların siyasi hüquqları isə yox idi.
Feodal-mütləqiyyət sisteminə qarşı çıxan fransız burjuaziyası -
tacirlər, manufaktura sahibləri, bankirlər artıq mübarizəyə hazır
idilər. Kəndlilər, sənətkarlar və fəhlələr bu mübarizədə
burjuaziyanın tərəfində idilər. Üçüncü silk nümayəndələri silk
üstünlüklərinin ləğv edilməsinə, monarxiya quruluşunun
yumşaldılmasına çalışırdılar.
Rejimdən narazı qalan zadəgan və ruhanilərin bir qismi də
islahatlar keçirilməsini istəyirdi.
Silki quruluş
Feodal qaydaları
Katolik kilsəsi
Mütləq monorxiya
Maarifçilərin mübarizə apardığı istiqamətlər
Fransa XVIII əsrdə
Mariya Antuanetta və XVI Lüdovik
202
Fransada Baş ştatların çağırılması (1789-cu il 5 may)
1789-cu ilin əvvəlində Fransada iqtisadi böhran inqilabi şəraiti daha da kəskinləşdirdi. Kral
XVI Lüdovik
mövcud böhrandan çıxmaq üçün çoxdan (1614-cü ildən bəri) çağrılmayan Baş ştatları çağırmaq qərarına gəldi.
İngiltərədə olduğu kimi burada da kral Baş ştatları çağırmaqda məqsədi borclar və vergilər üçün razılıq almaq idi.
Kral XVI Lüdovik paytaxt əhalisindən qorxduğu üçün Baş ştatların Versalda çağırılmasına razılıq verdi.
1789-cu il, mayın 5-də Versalda Baş ştatların təntənəli açılışı oldu. Kral Baş ştatların açılışı zamanı
yeni
vergilərin təsdiq edilməsini Baş Ştatlardan tələb etdi
. Lakin üçüncü silkin nümayəndələri səsvermə qaydasına qarşı
çıxaraq
kral və digər iki silkin nümayəndələrinin təklif etdiyi qaydaları qəbul etmədilər.
Bundan əsəbləşən kral
parlamentin fəaliyyətini dayandırmaq qərarına gəldi.
Buna görə də üçüncü silkdən olan deputatlar
1789-cu il
iyunun 17-də
Baş Ştatlardan çıxıb tenis topu oynanılan zala yığışaraq Konstitusiya qəbul edilməyənəcən buranı
tərk etmiyəcəklərinə and içdilər və
özlərini
vəzifəsi ölkənin yeni Konstitusiyasını təsis etməkdən ibarət olan
Milli
Məclis elan etdilər.
QEYD:
İlk dəfə 1302-ci ildə kral IV Gözəl Fillip tərəfindən çağırılmış Baş Ştatlar inqilabın gedişi zamanı
adı dəyişdirilərək əvvəlcə Milli Məclis (1789-cu il, 17 iyun) daha sonra isə Müəssislər Məclisi (1789-cu il, 9 iyul)
Qanunverici Məclis (1991-ci il, sentyabr) Milli Konvent (1792-ci il, 10 avqust) adlandırılmışdı.
Fransa burjua inqilabının başlanması (1789-cu il, 14 iyul)
Vəziyyətin ağır olduğunu görən kral
parlamenti zor gücünə buraxmaq üçün qoşunları Parisə və Versala çəkib
gətirməyə başladı.
Buda cəmiyyətdə gərginliyin artmasına səbəb oldu.
Buna cavab olaraq Parisdə xalq kütlələri
ayağa qalxaraq
Milli qvardiya yaratdılar.
Parisdə mütləqiyyətin dayağı, kral sarayı olan Bastiliya
qalası idi. 1789-cu il iyulun 14-də
xalq Parisin mərkəzində
yerləşən Bastiliya qalası üzərinə hücum etdi.
Bastiliyanın ələ
keçirilməsi mütləqiyyətin devrilməsinə, konstitusiyalı monarxiya
rejiminin təsbit olunmasına şərait yaratdı və Fransa burjua
inqilabı başladı.
14 iyul günü bu gün də Fransada milli bayramı
kimi qeyd edilir.
Parisdə inqilabın qələbəsi bütün ölkədə güclü
inqilabi yüksəliş üçün siqnal oldu
. Üsyançıları dəstəkləyən Milli
Məclis
həmin ildə xalqın xeyrinə aşağıdakı tədbirləri həyata
keçirdi:
Feodal imtiyazlarının və kilsə vergisinin ləğv
olunması barədə dekret verildi.
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi» qəbul
edildi.
Fransada «İnsan və vətəndaş hüquqları Bəyannaməsi»nini qəbul edilməsi (1789)
1789-cu ildə Milli Məclis (Müəssislər Məclisi) tərəfindən Fransada «İnsan və vətəndaş hüquqları
Bəyannaməsi» adlı sənəd qəbul olundu.
Bəyannamə ABŞ-ın «İstiqlaliyyət Bəyənnaməsi» əsasında tərtib edilmişdi.
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
nə əsasən:
Xalq hakimiyyətin yeganə mənbəyi elan edildi.
Vətəndaşlara söz, vicdan, mətbuat azadlığı verildi.
Zülmə qarşı müqavimət hüququ elan edildi.
1789-cu il 5 may, Versalda Baş ştatların açılışı. 1789-cu il 17 iyun, üçüncü silkin nümayəndələrinin
yeni Konstitusiya təsis etmək üçün top oynanılan zala toplaşması
1789-cu il 14 iyul, Bastiliya qalasının
alınması
203
Silki imtiyazlar və mütləqiyyət rədd edildi.
Mülkiyyət toxunulmaz və müqəddəs elan olundu.
QEYD:
Xalq hakimiyyəti ideyasının irəli sürülməsi ABŞ-ın
«İstiqlaliyyət Bəyənnaməsi»
və Fransanın
«İnsan və vətəndaş hüquqları Bəyannaməsi»
arasında oxşar cəhət təşkil edir. Ümumiyyətlə, XVIII əsrin ikinci
yarısı ABŞ və Fransa tarixi üçün xeyli oxşar cəhətlər var idi. Belə ki, hər iki dövlət İngiltərə ilə müharibə apardı,
respublika elan olundu və burjua inqilabları baş verdi.
«Hüquqlar haqqında Bill»
«İstiqlaliyət Bəyannaməsi»
«İnsan və vətəndaş hüquqları
Bəyannaməsi»
1689-cu ildə İngiltərə parlamenti
tərəfindən qəbul edilmişdi. Qanuna
əsasən:
Andlılar məhkəməsinin
hüquqları genişləndirildi.
Hökumət dəyişmələri yalnız
parlament yolu ilə həyata
keçirilə bilərdi.
Kral parlamentin razılığı
olmadan ordu saxlaya, vergiləri
təyin edə və parlamentin qəbul
etdiyi qanunları ləğv elə
bilməzdi.
1776-cı ildə ABŞ-da qəbul
edilmişdi. Qanuna əsasən:
ABŞ-ın yaradıldığı elan edildi.
Üsyan qaldırmış müstəmləkər
İngiltərədən ayrıldığını elan
etdilər.
İngiltərənin Şimali Amerikadakı
müstəmləkələri tam
müstəqilliyinin elan etdilər.
İnsanların hüquq bərabərliyi
elan edildi.
1789-cu ildə Fransada qəbul
edilmişdi. Qanuna əsasən:
Xalq hakimiyyətin yeganə
mənbəyi elan edildi.
Vətəndaşlara söz, vicdan,
mətbuat azadlığı verildi.
Zülmə qarşı müqavimət hüququ
elan edildi.
Silki imtiyazlar və mütləqiyyət
rədd edildi.
Mülkiyyət toxunulmaz və
müqəddəs elan olundu.
Fransanın ilk konstitusiyasının qəbul olunması (1791)
Fransanın ilk konstitusiyası 1791-ci ilin sentyabrında
qəbul edildi.
Bu Konstitusiyaya əsasən:
Fransa konstitusiyalı monraxiya
elan edildi.
Kral icraedici hakimiyyətin başçısı elan olunurdu və nazirləri vəzifəyə təyin edirdi.
Nazirlər ancaq kral qarşısında məsuliyyət daşıyırdılar.
Ali qanunvericilik hakimiyyəti Qanunverici məclisə verilirdi.
Əhali tərəfindən seçilən Andlılar məhkəməsi yaradıldı.
Yalnız mülkiyyəti olan adamlar seçki hüququna malik oldular.
Daxili gömrükxanalar, sexlər ləğv edildi və v
ahid metrik sistem yaradıldı.
Fransa inzibati cəhətdən departamentlərə bölündü.
Konstitusiyaya əsasən qanunverici Məclisə seçkilər keçirildi. İri burjuaziya və böyük torpaq sahibi olan
zadəganlar Məclisdə üstünlük təşkil etdilər. Jironda departamentindən olan deputatlar Qanunverici məclisdə
daha
çox
nüfuz
qazanmışdılar.
Jironda departamentindən
olan
nümayəndələri
buna
görə
də
Məclisdə jirondistlər adlandırırdılar.
QEYD:
Əslində yoxsullara seçki hüququnun verilməməsi və seçkilərdə əmlak senizinin tətbiqi «İnsan və
vətəndaş hüquqları Bəyannaməsi»nin müddəalarının pozulması demək idi.
Monarxiyanın devrilməsi (1792-ci il, 10 avqust)
Avropa dövlətləri inqilabın Avropaya yayılmasının qarşısını
almaq üçün krala kömək edirdilər. Bu məqsədlə, 1792-ci ilin fevralında
Avstriya ilə Prussiya Fransa inqilabına qarşı birinci əksinqilabi
koalisiya (ittifaq) yaratdı. Beləliklə,
Fransaya qarşı hərbi müdaxilə
başladı. Bu zaman Milli Məclis «Vətən təhlükədədir» çağırışı ilə xalqa
müraciət etdi. Çağırışa cavab olaraq minlərlə könüllü vətənpərvər
mahnılar oxuya-oxuya Parisə toplaşdı. Marsel şəhərində olan hərbi
hissənin oxuduğu mahnı xüsusi şöhrət qazandığı üçün sonralar bu
mahnı «Marselyeza» adı ilə Fransanın milli himni oldu.
Qanunverici
məclisin çağırışı ilə Parisdə toplaşmış könüllü dəstələr kralın
devrilməsini tələb edirdilər.
İnqilabi dəstələr 1792-ci il avqustun 10-da
kral sarayına hücum edib, sarayı aldılar.
Bundan sonra Qanunverivi
məclis:
Kralı hakimiyyətdən məhrum edərək həbsə aldı. Bu hadisə ilə Fransada monarxiya süqut etdi.
Əmlak sezini ləğv etdi. Milli Məclisə (konventə) seçkilər təyin edildi.
Tomas Ceferson
10 avqust, 1792-ci il. Üsyançılar kral
sarayına hücum edərək sarayı tutdular,
monarxiya süqut etdi
204
Bu zaman
Prussiya ordusu sərhəddi keçdi və Fransa ərazisinə soxuldu. Verden təslim oldu. Bundan sonra
Paris üzərinə yol açıldı, Fransa üçün böyük təhlükə yarandı. 1792-ci il sentyabrın 20-də Valmi döyüşündə
fransızlar Prussiya qoşunlarını məğlub etdilər. Qələbə nəticəsində - fransız xalqında ruh yüksəkliyi yarandı və
qələbə Avropaya çox böyük təsir göstərdi. Tezliklə avstriyalılar da məğlubiyyətə uğradıldı.
1792-ci il sentyabrın 20-də, Valmi qələbəsi günü Parisdə Milli Konventin iclası açıldı. Milli Konvet:
sentyabrın 21-də
kral hakimiyyətinin ləğv edilməsi haqqında qərar qəbul etdi.
sentyabrın 22-də
monarxiya devrildi və Fransa respublika elan olundu.
QEYD:
Fransada Birinci respblika 1792-1804-cü illərdə mövcud olmuşdu.
Respublika elan edilməsi 1649-cu il İngiltərə və 1792-ci il Fransa tarixi üçün oxşar cəhət
təşkil edir.
Yakobin diktaturasının qurulması (1793-1794)
Seçkilərdən sonra Milli Konventdə jirondistlər yenə də üstün mövqeyə malik idilər.
Jirondistlər respublikaya müvəqqəti hal kimi baxır, kral hakimiyyətinin bərpasını
istəyirdilər. Milli Konventdə respublikaçı mövqe tutan yakobiçlər (onlar Konventin iclas
salonunda yuxarı oturacaqlarında əyləşdiklərinə görə belə adlanırdılar) jirondistlərdən
fərqli olaraq, demokratik mövqe nümayiş etdirirdilər.
Yakobiçlər qrupunun başında Robespyer, Danton və Mart dururdu.
Konventdə yakobinçilərlə Fransa inqilabından on ay sonra iqtidarı ələ keçirən
jirondistlər arasında kəskin mübarizə yakobinçilərin qələbəsi ilə nəticələndikdən sonra
jirondist deputatlar Konventdən qovuldu. Bununlada jirondistlərin hakimiyyəti başa çatdı
və onları yakobinçilər əvəz etdi. Beləliklə, jirondistlərin Konventdən qovulması ilə
Konventə yeni seçkilər başlandı, nəticədə yakobinçilər hakimiyyətə gəldi. Yakobinçilər
Konventdə jirondistlər üzərində qələbə çaldıqdan sonra:
kralın Konventin mühakiməsinə verilməsinə nail oldular.
1793-cü ilin əvvəlində kralı və kraliçanı edam etdirdilər.
Yakoninçilərin həyata keçirdiyi tədbirlər
Yakobinçilərin dövründə (1793-1794) Yakobin hökuməti aşağıdakı mühüm tədbirləri həyata keçirdi:
Konventdə Fransanın yeni – ikinci Konstitusiyası qəbul edildi.
Feodal vergi və mükəlləfiyyətlərinin tamamilə və əvəzsiz ləğv edilməsi haqqında dekret verildi.
Tutulan kəndli torpaqları sahiblərinə qaytarıldı, kəndlilər torpaq mülkiyyətçisi oldular.
Konvent hərbi tribunal yaratdı, əks-inqilabçılara qarşı sərt qanunlar qəbul olundu.
Vətənə xəyanət edənlər gilyotin maşını ilə edam edildi.
Dostları ilə paylaş: |