Anar İsayev Ramil Rəhimov


Zadəganların malikanələrinə mülk hüququ verilməsi təsdiq edildi



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   30   31   32   33   34   35   36   37   ...   41
Anar Isayev Tarix


Zadəganların malikanələrinə mülk hüququ verilməsi təsdiq edildi.
 
 
 
 
XVII əsrdə Rusiyanın dövlət quruluşu 
XVII əsrin ikinci yarısında Rusiyanın dövlət quruluşu aşağıdakı kimi idi:
 
 
Boyar duması - ölkədə məşvərətçi orqan idi. 
 
Prikaz  sistemi  ən  yüksək  inkişaf  səviyyəsinə  çatdı,  sayı  çoxaldı  və  səlahiyyətləri  genişləni,  saray, 
maliyyə,  hərbi,  məhkəmə,  vilayət  və  digər  sahələrə  bölünürdü.  Lakin  onlar  arasında  münasibətlər  tam 
aydınlaşdırılmadığı üçün dövlətin idarə edilməsinə maneçilik törədirdilər
 
 
İnzibati vahid  qəza  idi. 
Çar qəzaları idarə etmək üçün boyar və zadəganlar sırasından voyevodalar təyin 
edirdi. 
Voyevodalar
  idarə  etdiyi  ərazidə  qoşuna  və  məhkəməyə  başçılıq  edir,  vergilərin  toplanmasına 
nəzarəti həyata keçirirdi.
 
Kəndlilərin təhkimçilik 
asılılığının rəsmiləşdirilməsi 
prosesi başa çatdı 
 
Çarın mütləq hakimiyyətini 
möhkəmləndirdi 
 
Zadəganların mülkiyyət  
hüququ təsdiq edildi
 
 
«Məclis Qanunnaməsi» 
 
Mixail Romanov 
 
Aleksey Romanov
 
Zemstvo  yığıncağı     Rusiyada silklərin  nümayəndələrindən 
ibarət  dövlət  orqanı  idi.  Zemstvo  yığıncağı     Müqəddəs  kilsənin, 
Boyar  Dumasının,  “hökmdar  sarayı”nın  üzvlərindən,  eləcə  də 
seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən 
ibarət  idi.  Zemstvo  yığıncağında  xarici  siyasət,  maliyyə,  vergi 
qoyulması  və  s.  kimi  mühüm  dövlət  əhəmiyyətli  məsələlərə 
baxılırdı.  Çar  hakimiyyəti  möhkəmləndikdən    sonra  Zemstvo 
yığıncaqları  getdikcə  daha  az,  yalnız  hökumətin  təşəbbüsü  ilə 
çağırılmağa başlandı. 
 
 
Zemstvo yığıncağı
 
 

 
211 
 
 
Ordunun  təşkilində  dəyişiklik  edilmişdi.  Zadəgan  süvari  qoşunları  ilə  yanaşı,  nizamlı  əsgər  alayları 
(piyadalar),  reytar  alayları  (süvarilər)  və  draqun  alayları  (qarışıq  qulluq)  yaradılmışdı.  Bu  dövrdə 
Xəzər dənizində donanma təşkilinə də başlanılmışdı.
 
 
Kilsə dövlətə tabe etdirilmişdi. 
 
Ümumrusiya bazarının yaranması 
XVII əsrin əvvəllərindən başlayaraq Rusiyanın təsərrüfat həyatında yeni əlamətlər  meydana gəldi. Bu, hər 
şeydən əvvəl, əmtəə  istehsalının  -  bazarda satmaq üçün  məhsul istehsalının  inkişafında  özünü  göstərirdi.  Bu da 
natural  təsərrüfatın  dağılmasına  səbəb  olurdu.  Kənd  təsərrüfatı  məhsullarının  satışı  mülkədarlara  əlavə  mənfəət 
verirdi. Buna görə də yaşayış üçün zəruri olan taxıl əmtəə xarakteri almağa başlamışdı. Lakin  təhkimçilik asılılığı 
kəndlilərin bazarla əlaqəsinə ciddi mane olurdu.  
XVII  əsrin  ikinci  yarısından 
kənd  təsərrüfatının  və  sənətkarlığın  inkişafı, 
manufakturaların  meydana 
gəlməsinə  səbəb  olurdu. 
Metal  istehsalı  və  emalı  xeyli  inkişaf  etmiş, 
çuqun  və  dəmir  istehsal  edən,  mis  əridən 
zavodlar tikilmişdi. Bu tip zavodlar əsasən Uralda inşa edilmişdi. Odlu və soyuq silahlar istehsal etmək üçün xüsusi 
manufaktura - Moskva Silah palatası yaradılmışdı. Bəhs olunan dövrdə İzmaylovski və Voskresenski kəndlərində 
şüşə  manufakturalarının,  Nijni  Novqorodda  və  Voloqdada  kətan  manufakturasının,  ölkənin  şimalında  və 
Volqaboyunda duzxanaların əsası qoyulurdu. XVII əsrin sonlarında Rusiyada artıq 80-ə qədər manufaktura fəaliyyət 
göstərirdi. Sənaye malları təkcə şəhərlərdə deyil, kənd yerlərində də istehsal olunurdu. Oka çayı sahilindəki Pavlovo 
kəndi metal emalı sahəsində ixtisaslaşmışdı. İvanovo kəndinin sakinləri kətan parça istehsalı ilə məşğul olurdular. 
Manufaktura  istehsalının  və  ticarət  əlaqələrinin  genişlənməsi  şəhərlərin  inkişafına  təkan  verdi.  Şəhərlər 
tədricən ölkənin sənaye-ticarət mərkəzlərinə çevrilirdilər. Moskva, Novqorod, Yaroslavl, Kazan, Nijni Novqorod 
şəhərləri xüsusi olaraq fərqlənirdilər. 
XVII  əsrin  ikini  yarısında  Rusiyada  bazarların  bir-birilə  əlaqəli  olması    Vahid  Ümumrusiya  bazarının  
yaranmasına    gətirib  çıxarmışdı.
  Çoxsaylı  yerli  ticarət  məntəqələri  -  «bazarlar»la  yanaşı,  Ümumrusiya  bazarının 
formalaşmasını  təmin  edən  yarmarkalar  meydana  gəlirdi.  Ən  böyük  yarmarkalar  Moskva,  Arxangelsk    Nijni 
Novqorodda fəaliyyət göstərirdi. 
Daxili  ticarətlə  yanaşı,  xarici  ticarət  də  inkişaf  edirdi.  Rusiya  Qərbdə  İngiltərə,  Hollandiya,  İsveç,  Reç-
Pospolita,  Şərqdə  isə  Azərbaycan,  Çin,  Hindistan,  İran  və  Mərkəzi  Asiya  ölkələri  ilə  ticarət  əlaqələri  saxlayırdı. 
XVII əsrin ortalarında Rusiyada tətbiq edilmiş «Ticarət nizamnaməsi»nə görə: 
 
Vahid gömrük vergisi müəyyənləşdirildi. 
 
Bir çox daxili gömrük rüsumları ləğv olundu
Yerli tacirlərin mənafeyini nəzərə alan çar hökuməti 1667-ci ildə «Yeni ticarət nizamnaməsi»ni qəbul etdi. 
«Yeni ticarət nizamnaməsi»nə əsasən: 
 
Rusiya bazarlarında xarici tacirlərə pərakəndə mal satmaq qadağan edildi. 
 
Xarici tacirlər yalnız sərhəd şəhərlərində ticarət edə bilərdilər
Beləliklə,  xırda  əmtəə  istehsalının  və  manufaktura  sənayesinin  genişlənməsi,  şəhərlərin  çoxalması, 
ticarətin  inkişafı  Rusiyada  əmtəə  istehsalının  və  pul  tədavülünün  gündən-günə  artmasına,  vilayətlər  arasında 
əlaqələrin genişlənməsinə səbəb oldu. 
 
XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti 
XVII  əsrin  ortalarında  Rusiyada  mərkəzi  hakimiyyətin  möhkəmləndirilməsi  dövlətin  fəal  xarici  siyasət 
yeritməsinə imkan yaratdı. Bu dövrdə Rusiyanın xarici siyasətində üç əsas məsələ mühüm yer tuturdu: 
1. 
Ukrayna və Belarusiya  torpaqlarını Rusiyaya birləşdirmək. 
2. 
Ukrayna  və Belarusiya zəbt edildikdən sonra Qara dəniz sahillərinə yiyələnmək. 
3. 
Baltik dənizi sahillərinin ələ keçirmək  və dənizə çıxış ələd etmək. 
XVII əsrin ortalarında Ukrayna  və Belarusiya  torpaqları Polşa    Litva  maqnatlarının   (Reç Pospolita 
dövlətinin)  tərkbində  idi.  Ukrayına  və  Belorusiyada  Reç-Pospolita  hökmüranlığına  qarşə  azadlıq  mübarizəsi  baş 
verən  zaman  Rusiya  dövləti  bundan  öz  xeyrinə    istifadə  edərək 
1667-ci  ildə  Solsahil  Ukraynası  və  Kiyevi  özünə 
birləşdirdi.  
Həmin  dövrdə  Rusiyanın  Ukraynaya  tamamilə  yiyələnmək  cəhdləri  Osmanlı  dövləti  ilə  müharibəyə  səbəb 
oldu.    Osmanlı  imperiyasının  Ukrayna  uğrunda  Rusiya  ilə  apardığı  müharibə  1681-ci  ildə  Baxçasaray  sülhü  ilə 
başa çatdı. Baxçasaray sülhünün şərtlərinə əsasən: 
 
Osmanlı sultanı Solsahil Ukraynasının Rusiyaya birləşdirilməsini qəbul etdi. 
 
Sağ sahil Ukraynası Osmanlı dövlətinə verildi 
 
Dnepr çayı iki dövlət arasında sərhəd oldu. 
Bu müharibə Osmanlı imperatorluğu ilə Rusiya çarlığı arasında baş verən ilk böyük müharibə idi. 

 
212 
 
Beləliklə, XVII əsrin ikinci yarısında Rusiya xarici siyasəti qarşısında dayanan yalnız bir məsələ - Ukrayna 
və Belarusiya  torpaqlarını  birləşdirmək siyasəti yerinə yetirmiş oldu. 
XVII  əsrin  ikinci  yarısında  Rusiya  ilə  Çin  arasında  münaqişə  baş  verdi.  Bu  dövrdə  Rusiyanın  şərqdə  - 
Amur  çayı  sahilində  möhkəmlənmək  cəhdləri  Çinlə  münasibətləri  kəskinləşdirdi.  1689-cu  ildə  Rusiyanın  Çinlə 
imzaladığı Nerçinsk müqaviləsinə görə Amur çayı iki dövlət arasında sərhədə çevrildi. 
 
 
           Reç Pospolita dövlətinin (1569-1795) ərazisi            Nerçinsk müqaviləsinə əsasən Rusiya-Çin sərhəddi 
 
 
I Pyortun hakimiyyətə gəlməsi (1689) 
Çar Aleksey Romanovdan sonra oğlu Fyoder Alekseyeviç 
(1676-1682)  hakimiyyətə    gəldi.  1682-ci  ildə    Fyoder 
Alekseyeviçin ölümündən sonra  isə I Pyotor  çar seçildi. 
I Pyotr 
azyaşlı  olduğu  üçün  idarə  işlərini 
faktiki  olaraq 
bacısı 
Sofiya 
(1682-1689) 
öz əlinə aldı. Lakin bir müddət sonra I Pyotr bacısını 
hakimiyyətdən  uzaqlaşdırmağa  nail  oldu.  Belə  ki, 
1689-cu  ildə  
bacısına  qalib  gələn  I  Pyotr  (1689-1725)  onu  monastra  göndərdi 
və təkbaşına hakimiyyətə nail oldu.  
 
Şimal müharibəsi (1700-1721) 
Baltik dənizi sahillərini ələ keçirmək üçün Rusiya ilə İsveç 
arasında    1700-cü  ildə    başlanan  müharibə  21  il  (1700-1721)  
davam  etdi.  Bu  müharibə    Şimal  müharibəsi    adlanır. 
I  Pyotrun 
hərbi islahatları və yeni yaratdığı ordu 1721-ci ildə Rusiyaya Şimal 
müharibəsini  uğurla  başa  çatdırmağa  kömək  etdi. 
1721-ci  ilin 
avqustunda  Fillandiyanın  Niştadt  şəhərində    Rusiya  ilə  İsveç 
arasında sülh müqaviləsi imzalandı.  Sülhün şərtlərinə görə: 
1. 
Rusiya Baltik dənizinə çıxış əldə etdi. 
2. 
Rusiya Baltik 
dənizinin sahili ərazilərinə yiyələndi. 
Niştadt  sülh  bağlandıqdan  sonra  Senat  I  Pyotora 
imperator  titulu  verdi,  Rusiya  isə  rəsmi  surətdə  Rusiya 
imperiyası adlanmağa başladı.
 
 
I Pyotrun islahatları 
XVII  əsrin  sonlarında  gərgin  beynəlxalq  vəziyyət,  eləcə  də  Rusiyanın  gələcək  inkişafı  bütün  sahələrdə 
islahatların  həyata  keçirilməsini  zəruri  edirdi.  Baltik  dənizinə  çıxmaq  uğrunda  1700-cü  ildə  İsveçlə  müharibənin 
başlanması I Pyotru müəyyən islahatlar həyata keçirməyə vadar etdi.  
 
Hərbi  islahata
  əsasən  ordu  yenidən  təşkil  olundu.  Ordunun  komplektləşdirilməsi  üçün  hər  20  kəndli 
həyətindən bir rekrut (əsgər) toplanırdı. Hərbi islahat nəticəsində daimi ordu və donanma yaradıldı. 
 
Dövlət  idarəçilik  islahatlarına  əsasən  1711-ci  ildə  idarəçilik  sistemini  möhkəmləndirmək  məqsədilə 
Boyar duması əvəzində  Senat  yaradıldı
. Senat I Pyotrun ölkədə olmadığı müddətdə  icra orqanı kimi 
nəzərdə  tutulmuşdu.  Bir  müddət  sonra  Senat  ali  icra  orqanına  çevrildi  və  məhkəmə  funksiyasını  da 
həyata keçirməyə başladı. Prikazların əvəzinə isə  12 kollegiya yaradıldı. 
 
 
  Fyoder Alekseyeviç       Sofiya               I Pyotr
 
 

 
213 
 
 
İnzibati  islahata  əsasən  Rusiya  8  quberniyaya  bölündü.  Quberniyalara  başçılıq  edən  qubernator 
quberniyada ordu, məhkəmə və bütün idarəetmə orqanlarına başçılıq edirdi. 
 
Dini  islahata  əsasən  I  Pyotr  patriarx  vəzifəsini  ləğv  edərək  kilsə  işlərini  dövlət  idarəsi  olan  Sinoda 
həvalə etdi və kilsə dövlətə tabe edildi. 
I Pyotrun islahatları nəticəsində Rusiyada ilk teatr, qəzet, dövlət kitabxanası, təbiətşünaslıq muzeyi, Elmlər 
Akademiyası, təqvim və əlifba yaradıldı. I Pyotrun islahatları ölkənin yenidən qurulmasına və Avropa ölkələrindən 
geridə qalmasının aradan qaldırılmasına ciddi təsir göstərdi. 
 
 
                   Rus boyarları                                        Rusiya ordusunun əsgərləri (XVIII əsrdə) 
 
 
Yekaterinanın hakimiyyətə gəlməsi (1762) 
1725-ci  ildə  I  Pyotr  vəfat  etdi.  I  Pyotr  öləndən  sonra  yerinə  kimin  keçəcəyi  haqqında  vəsiyyət  qoymadığı 
üçün onun vəfatından keçən 37 il ərzində  (1725-ci ildən 1762-ci ilədək) Rusiyada beş dəfə saray çevrilişi baş verdi. 
Əvvəlcə  I Pyotrun həyat yoldaşı  I Yekaterina (1725-1727) taxta çıxdı. Ondan sonra 12 yaşlı nəvəsi II Pyotr (1727-
1730) çar elan edildi. Daha sonra I Pyotrun qardaşı qızı Anna İvanova (1730-1740) və Yelizaveta Petrovna (1741-
1761)  hakimiyyətə gətirildi.
 1762-ci ildə saray çevrilişi nəticəsində Rusiya taxt-tacına  
 
II Yekaterina  sahib oldu. II Yekaterinanın (1762-1796) hakimiyyəti dövründə:
 
 
Rusiya imperiyasının sərhədləri qərbə və cənuba doğru daha da genişləndi. 
 
I Pyotrdan sonra dəyişməyən dövlət idarəçiliyində islahatlar həyata keçirildi. 
 
I Pyotrun Qara dənizə çıxışın təmin edilməsi siyasəti davam etdirildi. 
 
«Şərq məsələsi» layihəsi  irəli sürüldü. 
 
Osmanlı dövləti ilə uğurlu müharibələr aparıldı. 
 
Krım xanlığı Rusiyaya birləşdirildi. 
 
XVIII əsrin ikinci yarısında  Rusiyanın  xarici siyasəti 
XVIII    əsrin  ikinci    yarısında  Rusiyanın  xarici  siyasətində  təcavüzkarlıq  hətəkətləri  daha  da  kəskinləşərək 
təhlükəli  xarakter    aldı.
 
Bu  dövrdə    Rusiyanın  manufaktura  sənayesinin  sürətli  inkişafı  onun  xammala  və  satış 
bazarına ehtiyacını artırdı. Rusiya imperiyası hələ I Pyotr dövründən başlayaraq Azov, Qara və Xəzər dənizi ətrafı 
torpaqları  ələ  keçirib  rus  manufakturasının  xammal  bazarına  çevirməyə  çalışırdı.  Məhz  bu  səbəbdən  XVIII  əsrin 
ikinci yarısında I Pyotrun planlarını davam etdirən Rusiya diplomatiyasının xarici siyasətində isti dənizlər uğrunda 
mübarizə əsas aparıcı xətt olaraq qalırdı. 
Rusiyanın beynəlxalq ticarət əhəmiyyəti olan Dnepr və Volqa çayları müvafiq olaraq Qara və Xəzər dənizinə 
axırdı.  Bu  dənizlər  həmin  çayların  beynəlxalq  ticarətdə  bir  növ  davamı  idi.  Bütün  rus  tacirləri  Qara  və  Xəzər 
dənizləri vasitəsilə bir çox ölkələrlə ticarət apara bilərdilər.  
Lakin  XVIII  əsrin  ikinci  yarısında  Buq,  Dnepr  və  Don  çaylarının  mənsəbləri  istisna  olmaqla  Qara  dənizin 
bütün şimal sahilləri Osmanlı dövləti və onun vassalı olan Krım xanlığının nəzarəti altında idi. Qara dəniz hövzəsi 
də tamamilə Osmanlı dövlətinin əlində idi. Qara dənizi özünün «daxili dənizinə» çevirən Osmanlı hökuməti burada 
başqa  dövlətin  bayrağı  altında  gəmilərin  üzməsinə  yol  vermirdi.  Odur  ki,  Rusiya  və  Osmanlı  dövlətləri  arasında 
1768-ci  ildə  növbəti  müharibə  başladı.  1770-ci  ilin  yayında  tərəflər  arasında  baş  verən  Larqa    Kaqul 
döyüşlərində rus qoşunları qələbə qazanaraq: 
 
Dunayın sağ sahilini ələ kemirdi. 
 
Bessarabiya, Valaxiya və Moldova tutuldu
Avropa  dövlətləri  Rusiyanın  Balkanlarda  güclənməsini  istəmədiyi  üçün  Rusiyanı  Osmanl  dövləti  ilə 
müharibəni dayandırmağa və danışıqlara başlamağa məcbur etdi. 1774-cü ildə Osmanlı dövləti ilə Rusiya arasında 
Bolqarıstanın Kiçik Qaynarca kəndində sülh bağlandı. 
Kiçik Qaynarca  sülhünün şərtlərinə əsasən:
  
1. 
Dnepr və Cənubi Buq çayları arasındakı ərazilər, həmçinin Kabarda Rusiyaya keçdi və Rusiyanın 
ticarət gəmilərinə Qara dənizdə, Bosfor və Dardanel  boğazlarında sərbəst üzmək hüququ verildi. 
 
 
II Yekaterina 
 

 
214 
 
2. 
Osmanlı sultanı Krım xanlığının müstəqilliyini tanıdı. 
3. 
Osmanlı dövləti tarixdə ilk dəfə olaraq məğlub dövlət kimi təzminat ödəməli oldu. 
Kiçik Qaynarca sülh müqaviləsi nəticəsində: 
 
Krım xanlığının taleyi ciddi təhlükə altına düşdü. 
 
Rusiyanın Krıma yiyələnməsi asanlaşdı. 
 
Qara dənizdə Osmanlı dövlətinin hökmranlığı dövrü başa çatdı.
 
 
Osmanlı dövlətinin beynəlxalq nüfuzu zəiflədi.
 
Krıma yiyələnmək üçün Rusiya höküməti 1783-cü ildə 
Krım xanlığını «Tavrida» adı ilə ilhaq etdi. 
Krımın 
Rusiyaya ilhaq  edilməsi 1787-ci ildə Osmanlı dövləti ilə Rusiya arasında yeni müharibəyə səbəb oldu. Osmanlıların 
Kinburn  qalasına  hücumu  ilə  başlayan  müharibə  Osmanlı  dövləti  üçün  uğursuzluqla  nəticələndi.  1791-ci  ilin 
yanvarında  Yassıda  Osmanlı  dövləti  ilə  sülh  bağlandı.  Yassı  sülhünün  şərtinə  görə 
Osmanlı  dövləti  Krım 
barəsindəki  iddialarından  birdəfəlik  əl  çəkdi  və  onun  Rusiya  imperiyasına  mənsub  olmasını  təsdiq  etdi.
 
Bu 
müharibə  nəticəsində  Osmanlı  dövlətinin  həm  Balkanlarda,  həm  də  Qara  Dəniz  və  Qafqazda  nüfuzu  aşağı 
düşdü. Qələbədən ruhlanan Rusiya  yeni işgallara hazırlaşdı.
 
 
Rusiyanın Xəzərsahili vilayətlərdə möhkəmlənmək təşəbbüsü 
XVIII  əsrin  ikinci  yarısında  Cənubi  Qafqaz  hələ  də  Rusiyanın  maraq  dairəsində  qalmaqda  idi.  Cənubi 
Qafqazda möhkəmlənmək siyasi cəhətdən də Rusiya üçün əlverişli idi. 1783-cü ildə Krımın Rusiya tərəfindən işğalı  
və həmin ildə Kartli-Kaxetiya çarlığının Georgiyevsk müqaviləsi ilə Rusiyanın himayəsinə keçməsi Azərbaycana 
siyasi  təsirini  gücləndirdi  və  onun  isti  dənizlər  uğrunda  mübarizəsini  asanlaşdırdı.  Bu  dövrdə  Rusiya  üçün 
Azərbaycan böyük əhəmiyyət kəsb edirdi. Belə ki: 
 
Müxtəlif  kənd  təsərrüfatı  məhsulları  ilə  zəngin  olan  Azərbaycan  inkişaf  etməkdə  olan  Rusiya 
manufaktura sənayesi üçün əlverişli xammal mənbəyi və satış bazarı ola bilərdi. 
 
Azərbaycan  öz  coğrafi  mövqeyinə  görə  Rusiyanın  Şərq  ölkələri  ilə  yaratmaq  istədiyi  iqtisadi  əlaqələr 
üçün əsas hərbi- strateji məkan idi. 
Məhz buna görə də Rusiyanın Xəzər dənizində fəaliyyətinin artması həm ticarət məsələləri baxımından, həm 
də hərbi-strateji nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi. 
Bu  dövrdə  Rusiyanın  Azərbaycanın  Xəzərsahili  ərazilərində  işğalçılıq  məqsədini  həyata  keçirməsinə  Qərbi 
Avropa dövlətlərinin, xüsusilə İngiltərənin dəstəklədiyi Osmanlı imperiyası ciddi maneçilik törədir, özünün daxili 
çətinliklərinə baxmayaraq, Rusiyanın bu regionda möhkəmlənməsinə yol verməməyə çalışırdı. 
Ağa Məhəmməd xan Qacarın Şərqi Gürcüstana yürüşü ərəfəsində (1795) gürcü çarı II İrakli kömək üçün 
Rusiya dövlətinə müraciət etdi. Lakin Rusiya Kartli-Kaxetiya çarlığına kömək etmədi. Rusiya hakim dairələri Ağa 
Məhəmməd xan Qacarın Tiflisi işğal etməsinə bir növ «göz yumdu» ki, Cənubi Qafqaza ordu yeritmək üçün bəhanə 
qazansın.  Rus  imperatoru  II  Yekaterina  yaranmış  siyasi  vəziyyətdə  Gürcüstanı  qurban  verməklə  Cənubi  Qafqaza 
daxil olmaq və Xəzər dənizinin qərb sahillərini ələ keçirmək istəyirdi. 
II Yekaterina qəti olaraq Azərbaycanı işğal etmək üçün güclü hərbi yürüş təşkil olunmasına sərəncam verdi.  
Nəhayət, II Yekaterina hökuməti 1796-cı ilin yazında Cənubi Qafqaza və Azərbaycana yürüşə başladı. Bu yürüşdə 
rus qoşunlarına general Valerian Zubov başçılıq edirdi. Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən 
ölümü  və  Rusiyanın  Qərbi  Avropa  ölkələri  ilə  münasibətlərinin  mürəkkəbləşməsi  rus  qoşunlarının  Cənubi 
Qafqazdan  geri  çağırılmasına  səbəb  oldu.  Beləliklə,  XVIII  əsrin  ikinci  yarısında  Rusiya  imperiyasının  Cənubi 
Qafqazı, o cümlədən Azərbaycanı işğal etmək siyasəti və  isti dənizlər uğrunda mübarizəsi yarımçıq qaldı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
215 
 
Avropa və Amerika xalqlarının mədəniyyəti 
 
Qərbi Avropa mədəniyyəti 
XVIII əsrdə Avropada manufakturaların və ticarətin inkişafı elm və mədəniyyətin inkişafına təkan verdi.  
XVII-XVIII əsrlərdə Avropanın tanınmış elm və incəsənət sahəsində tanınmış alimləri aşağıdakılar idi: 
 
İngilis alimi İsaak Nyuton  dünya cazibə qanununu kəşf etdi və alman alimi Q. Leybnitslə birlikdə ali 
riyaziyyatın əsasını qoydu. 
 
Niderland  alimi  A.Levenhuk  baxılan  cismi  150-300  dəfə  böyüdən  və  bakteriyaları  öyrənməyə  imkan 
verən linza ixtira etdi. 
 
İngilis alimi E.Cenner  türklərdən öyrəndiyi çiçək xəstəliyinə qarşı peyvəndi öz ölkəsində tətbiq etməyə 
başladı. 
 
Frazsız drammaturqu Molyer  komediyalarında yaşadığı dövrü tənqid edirdi. 
 
Alman şairi, filosof və dramaturqu
 Şiller faciə əsərlərində yaşadığı dövrü tənqid edirdi. 
 
Alman bəstəkarı və musiqiçisi İ.Bax mindən artıq musiqi əsəri yaratmışdı
.
 
 
Avstriya 
musiqiçisi və 
bəstəkarı
 V.Motsartın  «Don Juan», «Fiqaronun toyu» operaları yaşadığımız 
dövrdə də gözəl musiqi əsərləri hesab edilir. 
 
Fransız  rəssamı  Jak  Lui  Davidin  -  «Marat»,  «Brut»  və  digər  rəsmləri  indiyədək  muzeydə  qorunub 
saxlanılır. 
  
Romadakı  Müqəddəs  Pyotr  kilsəsi  isə  dövrün  barokko  üslubunda  inşa  edilmiş  memarlıq  əsərlərinin  ən 
yaxşı nümunəsidir. 
 
Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyətlər silsiləsindən 
 
Tanınmış  ingilis  alimi  İssak  Nyuton  mexanika,  optika,  astronomiya,  riyaziyyat 
sahələrində elmi işləri ilə dünya şöhrəti qazanmışdı. Nyutonun dövründən bəri 10-12 nəsil 
artıq  bir-birini  əvəzləsə  də  onun  elmi  əsərləri  hələdə  dəyərini  itirməyib.    XVII  əsrin 
sonunda  o,  elmi  kəşflərində  əvvəlki  iki  əsrin  alimləri  olan  Kopernik,  Kepler  və Qalileo 
Qalileyin    işlərini  tamamlayaraq  universal  sistem  yarada  bilmişdi.  Nyuton ümumdünya 
cazibə  qanununu kəşf  etmiş,  güzgülü  teleskop  yaratmış  və  optika  sahəsində  çox  vacib 
təcrübələrin  müəllifi  olmuşdu.  Təcrübələr  əsasında  o,  ağ  işığın  müxtəlif  rənglərə 
parçalanmasını  sübuta  yetirərək  ilk  dəfə  olaraq  işıq  dalğalarının  uzunluğunu  ölçmüşdür. 
Ümüdünya  cazibə  qanunu  ideyası  Nyutona  qədər  də  bir  sıra  görkəmli  alimlər  tərəfindən 
irəli  sürülmüşdü.  Lakin  ondan  əvvəl  bu  mövzuya  toxunan  alimlər  Nyuton  qədər  heç  kim 
cəzbetmə  qanununu  və planetlərin  hərəkəti  qanununu  ( Kepler  qanunu)  onun  qədər aydın 
və riyazi şəkildə izah edə bilməmişdi.  
 
Qotfrid  Leybnits görkəmli  alman  filosofu,  riyaziyyatçısı  və  hüquqsünası, ikili  say 
sistemi layihəsinin müəllifi olmuşdur.  
Hüquq və fəlsəfə təhsili alan Leybnits XVII əsr Avropa siyasəti və diplomatiyasında önəmli 
rol  oynamışdır.  Eyni  dərəcədə  fəlsəfə  və  riyaziyyat  elmlərinə  də  misilsiz  töhfələr  vermiş 
Leybnits  ingilis  alimi  Nyutonla  birlikdə  Riyazi  analiz  elmini  ixtira  etmiş,  faktiki  olaraq 
müasir  kompüterlərinn  əsasını  təşkil  edən  ikirəqəmli  hesablama  sistemini  yaratmışdır. 
Optimistik  nöqteyi-nəzərdən  çıxış  edən  Leybnits  əsərlərində  yaşadığımız  kainatın  məhdud 
mənada, Allahın yarada biləcəyi ən mükəmməl məkan kimi qəbul etmişdi. 
 
Antoni  van  Levenhuk   mikroskop  konstruktoru,  elmi  mikroskopiyanın  –
 mikrobiologiyanın  əsasını  qoymuş,  öz  mikroskopu  vasitəsi  ilə  bir  çox  canlı  materiyaların 
müxtəlif  strukturlarını  öyrənmiş  holland  təbiətşünası  idi.  Levenhuk  hazırladığı  linzaları 
metal  eynəkliklərə  quraşdıraraq  dövrünün  ən  müasir  mikroskopunu  yaratmış  və  onun 
köməyi  ilə  bir  sıra  kəşflər  etmişdi.  O, Robert  Hukun “Mikroqrafiya”  əsərini  oxuduqdan 
sonra,  onda  ətraf  mühitin  linza  vasitəsilə  öyrənilməsinə  maraq  yaranmış,  italyan  bioloq-
həkimi Marçello  Malpigi ilə  birlikdə  zooloji  tədqiqatlarda  mikroskodan  istifadə  etməyə 
başlamışdı.  Həyatı  boyu  o,  150-300  dəfə  böyüdücülük  qabiliyyətinə  malik  250  linza 
hazırlamışdı.  
 
 
 
 
 
Nyuton (1642-1727) 
 
 
 
Leybnis (1646-1716
)
 
Levenhuk (1632-1723) 

 
216 
 
 
Edvard Cenner görkəmli ingilis alimi, həkimi olmuşdur. Edvard Cennerə bir dəfə çiçək 
xəstəliyinə  tutulanların  qovuqcuğundan  çiçək  əleyhinə  vaksin  kimi  istifadə  edilməsinin 
effektli olması haqqında məlumat vermişdilər. Odur ki, Cenner çiçək xəstəliyinə yoluxmuş 
inəyin  süd  vəzisinin  qovuqcuğundan  maye  götürüb,  8  yaşlı  oğlanın  əlinə  dəri  altına 
yeritmişdir.  Peyvənd  edildikdən  7  gün  sonra  oğlanda  qoltuq  altında  ağrılar,  yüngül 
qızdırma  və  baş  ağrısı  müşahidə  edilsə  də  sonrakı  gün  həmin  uşaqda  xəstəlik  əlamətləri 
müşahidə  edilmədi.  Beləlikə,  ilk  dəfə  Cenner  tərəfindən  yüksək  effektə  malik  vaksin 
yaradıldı.  Bundan  sonra  Londonda  çiçək  peyvəndi  məntəqələri  açıldı.  Edqar  Cenner 
Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın xanımı II Elizabet bu 
üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.  
 
 Molyer böyük  Fransa  komediya  yazarı,  Fransa  və Qərbi  Avropa ədəbiyyatında  klassik 
komediya  janrının  banisi  idi.  Dünya  dramaturgiyasının  şah  əsərləri  sayılan  “Tartüf”, 
“Kişilərə  ibrət  dərsi”,  “Qadınlara  ibrət  dərsi”,  “İstəksiz  nikah”,  “Zorən  təbib”, 
“Mizantrop”  və  s.  komediyalarının  bir  çoxu  Azərbaycanda  da  səhnəyə  qoyulmuşdur.  Bu 
komediyalarda  feodal-dvoryan  təbəqələri  kəskin  satira  atəşinə  tutulur.  “Xəsis”,  “Skapenin 
kələkləri”, “Jorj Danden və yaxud aldadılmış ər”, “ Don Juan və yaxud daş qonaq” və bir 
çox  digər  əsərləri  onun  şah  əsərləridir.  Aktyorluq  və  ədəbi  yaradıcılığın  vəhdəti  prinsipinə 
axıradək  sadiq  qalan  Molyer  səhnədə  xəstə  halda  Arqan  rolunu  ifa  etdiyi  “Zorən  xəstə” 
komediyasının  tamaşasından  bir  neçə  saat  sonra  şiddətli  öskürmə  nəticəsində  venalarının 
partlamasından vəfat etmişdir. 
 
Fridrix  fon  Şiller   -  alman  şairi,  filosof  və  dramaturqu  olmuşdur.  Şiller  ömrünün  son 
illərində Yohann  Volfqanq  Höte ilə  çox  məhsuldar,  lakin  bir  qədər  mürəkkəb  dostluq 
münasibəti  qurur.  Bu  yaradıcılıq  münasibətləri  iki  dahi  ədibin  öz  estetik  dünya  görüşlərini 
müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına 
imkan  yaradır.  Bu  ədəbi-fəlsəfi  münasibətlər  sonralar  alman  ədəbiyyatında Veymar 
klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə 
düşmən kəsilmiş filosoflara cavab olaraq “Yadlar” (“Die Xenien”) adlı qısa, lakin çox kəskin 
satirik poemalar məcmuəsini yazır. 
 
 
 
 
İohann  Sebastyan  Bax -  dahi  alman  bəstəkarı  və  musiqiçisi,  Barokko  dövrünün  ən 
görkəmli nümayəndəsi olmuşdur. Bax mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında 
opera  istisna  olmaqla,  o  dövrün  bütün  məlum  musiqi  janrlarına  müraciət  etmiş  bəstəkar 
intellektual  zənginliyi,  texniki  mükəmməlik  və  bədii  gözəlliyi  ilə  seçilən  əsərləri  ilə  Barokko 
musiqisinin inkişafına əvəzsiz töhfələr vermişdi. 
 
 
 
 
Volfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu 
nümayəndələrindən  biri  idi.  Motsart  bəstəkarlıqla  yanaşı,  eyni  zamanda  mahir  skripkaçı 
və dirijor   olmuşdur.  Müasirlərinin  dediyinə  görə  dahi  bəstəkar  qeyri-adi  musiqi  duyumu, 
eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik idi. 
Yaratdığı  600-dən  çox  əsəri  simfonik, konsert,  kamera, piano, xor kimi  klassik  musiqi 
janrlarının  ən  yüksək  zirvələrində  dayanır  və  dünyanın  ən  nüfuzlu  orkestrlərinin  konsert 
repertuarlarının ayrılmaz parçasını təşkil edir. 
 
 
 
 
 
 
 
Cenner (1749-1823)
 
Molyer (1622-1673) 
 
 
 
 
Şiller (1759-1805)
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin