ARİstotel r I t o r I k a birinci kitab İkinci kitab Üçüncü kitab Bakı-2008



Yüklə 4,02 Mb.
səhifə7/15
tarix07.03.2017
ölçüsü4,02 Mb.
#10594
1   2   3   4   5   6   7   8   9   10   ...   15

3. Mərhəmətli olmaqanlayışı. – İnsanlar kimə nəyə görə mərhəmətli olurlar? - İnsanlar hansı əhvali-ruhiyyədə mərhəmətli olurlar? Natiq bu ehtirasdan öz məqsədi üçün istifadə etməlidir?
“Qəzəblənmək” (orgidzesthai) anlayışı “mərhəmətli olmaq” (praynesthai) anlayışına və qəzəb də mərhəmətə (praotẽs) əks olduğu üçün, nəzərdən keçirmək lazımdır ki, insanlar hansı vəziyyətdə olanda mərhəmətli olurlar, kimə qarşı mərhəmətli olurlar və nəyin nəticəsində mərhəmətli olurlar. “Rəhmə gəlmək” anlayışını qəzəbin dayandırılması və sakitləşməsi kimi müəyyən edək. Əgər insanlar onlara etinasızlıq edən insanlara qarşı qəzəblənirlərsə (etinasızlıq isə bir növ iradi bir şeydir) onda aydındır ki, insanlar belə bir şey etməyənlərə və ya bunu qeyri-iradi edənlər və ya belə görünənlərə və həm də elədiyinin əksini eləmək istəyənlərə, həm də bizə qarşı elə bil özünə qarşı münasibət bəsləyən adamlara – ona görə ki, heç kəs haqqında fikirləşmirlər ki, o, özü-özünə qarşı etinasızlıq edir – eləcə də etiraf edənlərə və peşman olanlara (bu halda insanlar elədikləri üçün peşmançılığı bir növ mükafat kimi alaraq qəzəblərini soyudurlar) qarşı mərhəmətli olurlar. Buna sübutu qulların cəzalandırıldığı zaman tapmaq olar: biz ən çox bizə etiraz edən və öz təqsirini boynuna almayanları cəzalandırırıq, özlərinin cəzaya layiq olduqlarını boyun alanlara qarşı isə daha qəzəblənirik. Bunun səbəbi odur ki, aşkar olanı inkar etmək həyasızlıqdır, həyasızlıq isə etinasızlıq və nifrətdir, ona görə ki, biz çox nifrət etdiyimizdən utanmırıq. Biz həm də elələrinə qarşı mərhəmətli oluruq ki, o, özünü bizə münasibətdə əksiltsin və bizə zidd olmasın. Hesab edirik ki, bu insanlar özlərinin bizdən daha zəif olduqlarını etiraf edirlər, daha zəif etinasızlığa meyl edə bilməz. Özlərini kiçildən adamlara qarşı qəzəbin sönməsini itlərin misalında da görə bilərik, onlar heç vaxt yerə oturanları dişləmirlər.8 Biz həm də, biz ciddi olan zaman bizə ciddi yanaşanlara qarşı münasibətdə mərhəmətli oluruq: bizə elə gəlir ki, belə insanlar bizim qay­ğımıza qalır və bizə qarşı etinasız yanaşmırlar. Kimlərin ki, bizim üçün etdikləri xidmətinin əhəmiyyəti onların bizim qarşımızdakı günahından çoxdur və kimlər ki, bizi dilə tutur və bizə yalvarır, biz onlara qarşı mərhəmətli oluruq, ona görə ki, belə insanlar bizdən aşağıdır. Biz həm də elə insanlara qarşı mərhəmətliyik ki, onlar heç kimə, ya da yaxşı adamların heç birinə, ya da bizim kimi olan adamların heç birinə qarşı təkəbbürlə, istehza və etinasızlıqla yanaşmırlar. Ümumiyyətlə, mərhəmətli əhval-ruhiyyənin yaranmasına səbəb olan şeyi biz buna əks olan anlayışdan götürməliyik. Biz qorxduğumuz və ya utandığımız adamlara nə qədər ki, bu hissləri hiss edirik, qəzəblənə bilmirik, ona görə ki, eyni zamanda həm qorxmaq, həm də qəzəblənmək olmaz. Qəzəbin təsiri altında nə isə etmiş adamlara da biz ya heç qəzəblənmirik, ya da az qəzəblənirik, ona görə ki, təsəvvürümüzə görə onlar bunu etinasızlıq nəticəsində etməyiblər. Çünki, heç kəs qəzəblənən zaman etinasızlıq hiss etmir: etinasızlığa dilxorluq aid deyil, amma qəzəb dilxorluqla birləşib. Bizə hörmətlə yanaşanlara qarşı da biz mərhəmətli münasibət bəsləyirik.

Aydındır ki, vəziyyəti qəzəbə əks olanlar mərhəmətlidir, belə vəziyyət isə zarafatı, gülüşü, bayramı, səadəti, uğuru, gözü toxluğu, ümumiyyətlə, dərd-qəmsiz vəziyyəti, təkəbbürsüz məmnunluğu və sadə arzuları müşayiət edir. Mərhəmətli əhval-ruhiyyə həm də elə hallarda meydana çıxır ki, bu zaman qəzəb köhnəlir və sakitləşir, ona görə ki, zaman qəzəbi soyudur. Hər hansı bir şəxsə daha əvvəllər verilmiş cəza da başqa bir şəxsə qarşı yönəldilmiş daha güclü qəzəbi eyni cür yumşaldır. Məhz buna görə də xalq Filokrata9 qəzəblənən zaman o, ona verilmiş suallara ağıllı cavablar vermişdir. Ondan soruşmuşdular: “Nəyə görə sən özünü təmizə çıxarmırsan?” Cavab: - “Hələ vaxtı deyil.” - “Bəs vaxtı haçan olacaq?” - “Nə vaxt görsəm ki, başqa adama böhtan atırlar”. Axı, insanlar öz qəzəblərini başqa birinin üstünə tökəndə yumşalırlar, məhz Erqofilin başına belə hadisə gəlmişdi: baxmayaraq ki, insanlar Kallisfendənsə10 ona qarşı çox qəzəbli idilər, məhz ona bəraət verdilər, ona görə ki, bir gün əvvəl Kallisfeni ölümə məhkum etmişdilər. Yazığımız gələnlərə, həm də böyük fəlakətlərə məruz qalanlara qarşı da mərhəmətli oluruq, ona görə ki, bu fəlakətlər bizim onlara qəzəb nəticəsində edəcəyimizdən böyükdür; bu halda biz bir növ məmnun qaldığımızı fikirləşirik. Biz həm də o vaxt mərhəmətli oluruq ki, öz fikrimizə görə haqlı deyilik və ədalətli olaraq dözürük, ona görə ki, qəzəb heç vaxt ədalətli olana qarşı yönəlmir, əlimizdəki halda, bizim fikrimizcə, biz ədalətə zidd olaraq əziyyət çəkmirik, qəzəb isə, dediyimiz kimi, məhz bunun nəticəsində yaranır. Bunu nəzərə alaraq, iş ilə cəza verməzdən əvvəl söz ilə cəza vermək lazımdır; belə halda, hətta cəzalandırılan qullar da az hiddətlənirlər. Biz fikirləşəndə ki, cəza alan şəxs, bu cəzanı məhz bizə görə və məhz bizə etdiklərinin əvəzi olaraq çəkdiyni bilməyəcək, onda bu halda qəzəbimiz yumşalır, ona görə ki, qəzəb hər hansı bir müəyyən şəxsə qarşı yönəlmiş olur, bu da ki, qəzəbin tərifindən aydındır. Buna görə də şair ədalətli olaraq demişdir:


Şəhərləri dağıdan Odissey odur.11
Elə bil ki, onun rəqibi nəyə görə və kim tərəfindən cəzalandırıldığını hiss edənə qədər o, özünü intiqamı alınmış adam kimi hiss etməyəcəkdi. Beləliklə, biz qəzəbimizi hiss etməyənlərə, həm də ölülərə qarşı qəzəblənmirik, bu zaman onu nəzərə alırıq ki, onlar ən dəhşətli fəlakətə məruz qalıblar və ağrı hiss etməyəcəklər, eləcə də bizim qəzəbi də hiss etməyəcəklər, halbuki, qəzəblənənlər məhz bunu istəyirlər. Buna görə də, şair ölən dostuna görə qəzəblənən Axilli sakitləşdirmək üçün Hektor haqqında yaxşı demişdir:
Axill cansız cəsədi öz qəzəbi ilə təhqir edir.12
Aydındır ki, öz dinləyicilərini yumşaltmaq istəyən natiqlər öz nitqlərində bu ümumi müddəalara əsaslanaraq çıxış etməlidirlər; bu yolla onlar dinləyicilərdə lazımi əhvali-ruhiyyə yarada bilərlər, dinləyiciləri qəzəbləndirən şəxsləri isə ya dəhşətli adam kimi, ya hörmətə layiq adam kimi, ya daha əvvəl müəyyən xidmət göstərmiş adam kimi, ya öz iradəsinə zidd hərəkət etmiş adam kimi, ya da öz hərəkətindən çox peşman olmuş adam kimi təqdim edə bilərlər.

4. Sevməkanlayışının dostanlayışının tərifi. – İnsanlar kimi nəyə görə sevirlər? – Dostluğun növləri dostluğun xidmətə münasibəti. – Düşmənçilik nifrət anlayışı, onların qəzəbə münasibəti. – Natiq bu anlayışlardan öz məqsədi üçün necə istifadə edə bilər?

İnsanlar kimi sevirlər və kimə nifrət edirlər və niyə? - Bu barədə biz dostluq (philia) və sevgi (philelin) anlayışlarını müəyyən edəndən sonra danışacağıq. Qoy sevmək insanın nemət hesab etdiyi şeyləri özü üçün deyil, kimin üçün isə arzulaması və imkan daxilində bu nemətləri ona verməyə səy göstərməsi hesab olunsun. Dost isə sevən və qarşılıqlı olaraq sevilən adamdır. Bir-birinə qarşı belə münasibətdə olduqlarını hiss edən insanlar özlərini dost hesab edirlər. Madam ki, bu müddəalar müəyyən edilib, onlar bizimlə bir yerdə sevincimizə sevinən və qəmimizə qəmlənən və bunu nəyə görə isə deyil, bizim özümüzə görə edən adam labüd olaraq dost hesab olunacaq. Hamı arzuları həyata keçəndə sevinir və işlər tərsinə olanda isə qəmlənirlər, buna görə də qəm və sevinc arzuların əlaməti hesab olunur. eyni nemət və bəlalara malik adamlar və eyni adamlarla dost və eyni adamlarla düşmən olan adamlar da dostdurlar, Ona görə ki, belə insanlar labüd olaraq eyni istəklərə malikdirlər. Beləliklə, özü üçün arzuladığını başqası üçün arzulayan adam həmin adamın dostu kimi görünür.

Biz həm də ya özümüzə, ya da həyatında iştirak etdiyimizlərə yaxşılıq edənləri də sevirik. – Əgər böyük xeyirxahlıq göstərilibsə və bu həvəslə edilibsə, ya da hər hansı şəraitdə bizə görə belə hərəkət edilibsə; biz həm də bizə yaxşılıq edəcəklərindən şübhələndiyimiz adamları da sevirik. Biz həm də dostlarımızın dostlarını da və bizim sevdiyimiz adamları sevən adamları, eləcə də bizim sevdiyimiz adamların sevdiyi adamları da sevirik.

Biz həm də bizim düşmən olduqlarımıza düşmən olan və nifrət etdiklərimizə nifrət edən və bizə nifrət edənlərin nifrət etdiyi adamları sevirik. Bütün belə adamlar üçün nemət haqqında olan təsəvvürlər bizimkilər ilə eynidir, ona görə də, onlar bizim üçün nemət olanı arzulayırlar, bu isə dediyimiz kimi dostluğun xüsusiyyətidir.

Biz həm də pul cəhətdən, ya da təhlükəsizlik cəhətindən kömək etməyə hazır olan insanları sevirik; buna görə də əliaçıq, mərd və ədalətli adamlar belə hörmətə layiq olurlar, başqalarından asılı olmayaraq yaşayan adamlar məhz belə adam sayılırlar, əllərinin zəhməti ilə yaşayan və onların için­də xüsusi olaraq öz çörəklərini torpağın becərilməsi və başqa sənətlərlə qazanan adamlar da belə sayılırlar. Biz həm də sadə adamları sevirik, ona görə ki, onlar ədalətsiz deyil, sakit adamları da məhz bu səbəblər üzündən sevirik. Biz həm də dost olmaq istədiyimiz adamları da sevirik, əgər onlar da bizim hiss etdiyimiz kimi bunu istəyirlərsə, onların sırasına öz məziyyətləri ilə seçilən, bütün adamlar arasında, ya da yaxşı adamlar arasında, ya da hörmət etdiyimiz adamlar arasında, ya da bizə hörmətlə yanaşan adamlar arasında yaxşı ad-san qazanmış adamlar daxildir.

Biz həm də elələrini sevirik ki, onlarla yaşamaq və vaxt keçirmək xoş olsun: nəzakətli, başqalarının səhvlərini üzə vurmayan, mübahisə etməyi və dalaşmağı xoşlamayan, (çün­ki bütün bu qəbildən olan adamlar döyüşməyi sevirlər, madam ki, insanlar döyüşürlər, onda təsəvvür etmək olar ki, onların əks istəkləri nədir) məhz belə adamlardır.

Biz həm də zarafat etməyi bacaran və yerini bilənləri də sevirik, ona görə ki, zarafatın yerini bilən və duzlu zarafat etməyi bacaran adamların hər ikisi öz yaxınlarına eyni məmnunluğu verirlər. Biz həm də bizdə olan yaxşı keyfiyyətləri, xüsusilə də bu keyfiyyətləri itirməyə qorxduğumuz zaman tərifləyən adamları sevirik. Öz xarici görünüşündə, geymində və özünün bütün həyatı boyu təmizkar və səliqəli olan adamlar da, bizim səhvlərimizi və bizə göstərilmiş yaxşılıqları başımıza qaxmağı vərdiş etməyən adamlar (çünki, başa qaxan adamlar ifşa edəndirlər) da sevilirlər. Biz həm də kinsiz, inciklikləri yadda saxlamayan və tez barışan adamları da sevirik, belə hesab edirik ki, onlar başqalarına qarşı necədirlərsə, bizə qarşı da elə olarlar, biz həm də acıdil olmayan adamları, bizə yaxın adamların və bizim özümüzün pis keyfiyyətlərinə deyil, yaxşı keyfiyyətlərinə diqqət verən adamları sevirik, çünki ancaq yaxşı adam belə edir. Biz həm də elə adamları sevirik ki, biz hirslənəndə və ya məşğul olanda bizimlə mübahisə etməsin, çünki, “belə adamlar toqquşmalara meylli deyildir. biz həm də elələrini sevirik ki, bizə müəyyən qədər diqqət versinlər, məsələn, bizə hörmət edən, ya da bizi ciddi adam hesab edənləri, ya da bizim üçün sevinənləri (onların belə hərəkətləri bizim ciddi və ya xoşagəlimli görünmək istədiyimiz xüsusi vaxtlarda daha dəyərlidir).

Biz həm də bizə uyğun olanları, bizimlə eyni şeylə məşğul olanları da sevirik, amma o şərtlə ki, bu adamlar bizi təngə gətirməsinlər və çörəklərini də bizimlə eyni şeydən çıxartmasınlar, çünki belə olduqda “dulusçu dulusçunun dalınca deyinir”13. Biz həm də elələrini sevirik ki, bizim arzuladığımız şeyi arzulasınlar və hər ikimizin bu arzuya çatmağa imkanı olsun, əgər bu imkan yoxdursa, yenə də eyni şey olacaq. Biz həm də elə adamları sevirik ki, cəmiyyətdəki reputasiyamız onlardan asılı olsa da, bu münasibətdən utan­mayaq və biz, həm də doğrudan da utanmalı olan şeylərə görə utandığımız adamları da sevirik. Biz həm də rəqabət apardığımız və paxıllıq deyil, yarış obyekti olduğumuz adamları da sevirik və onlarla dost olmaq istəyirik.

Biz həm də nə isə yaxşı bir şeydə kömək etdiyimiz adamları da sevirik, əlbəttə ki, bundan bizim özümüz üçün böyük zərərin olmaması şərti ilə. Biz həm də elələrini sevirik ki, onlar həm üzdə, həm də arxada bizə eyni sevgi ilə yanaşsınlar, buna görə də hamı ölülərə belə münasibət bəsləyənləri sevir. Ümumiyyətlə, biz öz dostlarına çox bağlı və onları atmayan adamları da sevirik, çünki, yaxşı adamlar arasında məhz yaxşı sevə bilənlər daha çox sevilirlər. Biz həm də bizim qarşımızda ikiüzlülük etməyən adamları da sevirik, məsələn: öz çatışmamazlıqları haqqında danışan adamları, ona görə ki, dediyimiz kimi, biz reputasiyamızın asılı ola biləcəyi şeylərə görə dostlarımızdan utanmırıq; beləliklə, əgər belə hallarda adam utanırsa, demək o sevmir, utanmayan adam isə sevənə oxşayır. Biz həm də bizdə qorxu hissi yaratmayan və güvəndiyimiz adamları da sevirik, ona görə ki, heç kəs qorxduğu adamı sevmir. Sevginin növləri – yoldaşlıq, qohumluq, əqrəbalıq və s. Əgər xidmət xahişi gözləmədən edilibsə və onu etdikdən sonra sərgiyə qoyulmayıbsa (çünki, belə olduqda elə gəlir ki, bu xidmət başqabir şeyə görə deyil, adamın özünə görə edilib) belə xidmət dostluq yaradır.14

Düşmənçilik və nifrətə gəldikdə isə aydındır ki, onları əks anlayışların köməyi ilə nəzərdən keçirmək lazımdır. Düşmənçiliyi qəzəb, təhqir və böhtan yaradır. Qəzəb bilavasitə özümüzə aid olan şeylərdən yaranır, düşmənçilik isə bunsuz da yarana bilər. Ona görə ki, madam biz həmin insanı bu cür hesab edirik, biz ona nifrət edirik. Qəzəb həmişə ayrı-ayrı obyektlərə qarşı yönəldilir, məsələn, Kallinin, ya da Sokratın əleyhinə, nifrət isə bütöv qəbildən olan obyektlərə qarşı yönəldilir, məsələn, hamı oğruya, ya da böhtançıya nifrət edir. Qəzəb zamanla müalicə olunur, nifrət isə sağalmazdır. Birincisi, dilxorluq yaratmaq üçün edilən səydir, ikincisi isə pislik etmək üçün edilən səydir, çünki, qəzəblənən adam öz qəzəbini hiss etdirməyə çalışır, nifrət edən adam üçün bunun heç bir fərqi yoxdur. Dilxorluğu yaradan hər şey özünü büruzə verir, amma, böyük pislik, ədalətsizlik və ağılsızlıq özünü hiss etdirmir, belə ki, nöqsanın olması bizi qətiyyən narahat etmir. Qəzəb dilxorluqla birləşib, nifrət isə onunla birləşməyib: qəzəblənən insan dilxor olur, nifrət edən insan isə bunu hiss etmir; birincisi, əgər nifrət etdiyi adamın payına çoxlu xoşagəlməz şeylər düşərsə, yumşala bi­lər, ikincisi isə heç bir halda yumşalmayacaq, ona görə ki, birincisi arzulayır ki, qəzəbləndiyi şəxs nəyə görə isə zərər çəksin, ikincisi isə arzulayır ki, onun düşməni yerli-dibli olmasın.

Yuxarıda deyilənlərdən aydın olur ki, müəyyən adamlar, əgər doğrudan da dost və düşməndirlərsə, bunu sübut etmək olar, həm də onlar dost və ya düşmən deyildirlərsə də, onları belə göstərmək olar, ancaq sözdə olan dostluğu və ya düşmənçiliyi də məhv etmək olar, eləcə də qəzəb və düşmənçiliyin təsiri altında tərəddüd edənləri də istənilən sənətə çəkmək olar.
5. Qorxunun tərifi. – İnsanlar nədən qorxurlar? – “Dəhşətli olananlayışına uyğun gəlir niyə? – hansı əhval-ruhiyyədə insanlar qorxu keçirirlər? – Cəsarət anlayışı onun tərifi. – İnsanlar vaxt niyə cəsarətli olurlar?
İnsanların nədən və kimdən və hansı əhval-ruhiyyədə qorxduğu aşağıda göstərilənlərdən aydın olacaq. Qoy qorxu (phobos) bizi məhv edə biləcək və ya yaranan xoşagəlməz hiss və ya həyəcan olsun: axı insanlar heç də bütün pisliklərdən qorxmurlar; məsələn, ədalətsiz və tənbəl olmaqdan qorxmurlar, ancaq elələrindən qorxurlar ki, onlar əzab, güclü dilxorluq verə bilərlər və ya məhv edə bilərlər, özü də bu o zaman olur ki, bu bəlalar heç də uzaqdan hədələmir, elə yaxındadırlar ki, qaçılmaz görünürlər. Uzaqda olan bəlalardan insanlar o qədər də qorxmurlar. Hamı bilir ki, ölüm qaçılmazdır, amma o, yaxında olmadığı üçün heç kəs onun haqqında fikirləşmir.15

Əgər qorxu bundan ibarətdirsə, onda bizim təsəvvürümüzdə dağıtmağa və zərər vurmağa, böyük əzablara səbəb olmağa imkanı olan hər şey labüd olaraq qorxulu olacaq. Buna görə də belə şeylərin, hətta əlamətləri də qorxuludur, ona görə ki, bu zaman qorxulu olanlar çox yaxın kimi görünür. Nə isə qorxulu şeyin yaxınlıqda olması təhlükə adlanır; hər hansı bir pislik etmək imkanında olan insanların düşmənçiliyi və qəzəbi belədir: aydındır ki, onlar belə halda pislik etməyi elə arzulayırlar ki, demək olar ki, onu həyata keçirməyə yaxın olurlar. Qüvvəyə malik ədalətsizlik də belədir, ona görə ki, ədalətsiz insan can atdığı şeyə görə ədalətsizdir. Təhqir olunmuş məziyyət də qüvvəyə malik olanda belə olur: aydındır ki, madam o, təhqir olunub, onda, o, həmişə qisas almağa can atır, hazırkı halda isə o bunu edə bilər. Bizə qarşı nə isə pis bir şey etməyə imkanı olan adamların qorxusu da belədir, ona görə ki, belə adamlar da bizə qarşı hər hansı bir pislik etməyə hazır qalmağa məc­burdurlar. Bir çox insanlar mənfəət üzündən pis və zəif iradəli təhlükə anında isə qorxaq olduqlarına görə, onda ümumiyyətlə başqa adamın asılılığında olmaq qorxuludur, hər hansı bir dəhşətli iş görmüş adam üçün onun bu işindən xəbərdar olan insanlar ona görə qorxuludurlar ki, onu ələ verə bilərlər, ya da tərk edə bilərlər. İncidə bilən adamlar da incidilə bilən adamlar üçün qorxuludur, ona görə ki, əksər insanlar imkan olan kimi incidirlər. İncidilmiş adamlar, ya da özlərini belə hesab edənlər də qorxuludur, ona görə ki, belə insanlar həmişə əlverişli anı gözləyirlər. Madam incidənlərin gücü var, onda onlar da qorxuludur, ona görə ki, onlar intiqamdan qorxurlar, belə şey isə dediyimiz kimi qorxuludur.

Bizim əldə etmək istədiyimiz hər şeyi əldə etmək istəyən rəqib, əgər həmin şey hər ikimizə çatmasa, qorxuludur, ona görə ki, rəqiblərlə daim mübarizə aparılır. Bizim üçün elə adamlar qorxuludur ki, onlar bizdən daha güclü adamlar üçün də qorxulu olsunlar və həm də onlara zərər vura bilsinlər. Elə həmin səbəb üzündən də, bizdən daha güclü adamların qorxduğu adamlar, eləcə də bizdən daha güclü adamları məhv etmiş adamlar da qorxuludur. Bizdən zəif adamlara hücum edənlər də qorxuludur: onlar bizim üçün ya bu an, ya da gücləndikcə qorxuludurlar.

Bizim tərəfimizdən incidilmiş adamların, bizim düş­mən­­lərin və rəqiblərin içindən bizim üçün qorxulu olanlar coşqun, ürəyiaçıq olanlar deyil, sakit, kinayəli və məkrli olan­lardır, ona görə ki, onların nə vaxt qisas alacaqlarına yaxın olduqları nəzərə çarpmır, buna görə də heç vaxt onların bu işə uzaq və ya yaxın olduğundan baş açmaq olmur.

Səhv edənin səhvini düzəldə bilməməsi, bu səhvin dü­zəldilməsinin ya tamam mümkün olmaması, ya da bizdən deyil, bizim düşmənlərimizdən asılı olması kimi bütün hallar da qorxulu və bir daha qorxuludur. Köməyin göstərilə bilməməsi və ya çox çətin olması da qorxuludur. Ümumiyyətlə desək, başqa adamlarda baş vermiş və ya baş verə biləcək, bizdə acıma hissi yaradan şeylərin hamısı qorxuludur.

Demək olar ki, qorxulu olan və bizim qorxduğumuz şeylərdən əsas olanları bunlardır.

İndi isə insanların hansı vəziyyətdə olarkən qorxu keçirdikləri haqqında danışaq. Əgər qorxu həmişə hər hansı bir əzabın gözlənilməsi ilə bağlıdırsa və bu bizi öldürə də bilərsə və biz bunu hökmən keçirməliyiksə, onda belə əzabı çəkməyəcəklərindən əmin olan insanların heç birinin qorxu çəkməyəcəyi aydındır: onlar nə düşündükləri kimi başlarına gəlməyəcəklərdən, nə onların fikrincə, onları əzab çəkməyə məcbur edə bilməyəcək insanlardan, nə də onların fikrinə görə onları hədələməyən əzablardan qorxmurlar.

Buradan belə nəticə çıxır ki, elə adamlar qorxu çəkir ki, onlar zərər çəkəcəklərini düşünür, həm də hansı isə adamlardan və hansı isə şeylərdən və hansı isə zamanda qorxurlar. Elə insanlar özlərini əzab-əziyyət üçün əlçatmaz hesab edirlər ki, həqiqətən və ya həqiqi kimi görünən dərəcədə əlverişli şəraitin yüksək nöqtəsində olsunlar (bu zaman onlar məğrur, etinasız və cəsarətli olurlar; var-dövlət, fiziki qüvvə, dostların çoxluğu və hakimiyyət onları belə hala salır), eləcə də artıq bütün mümkün bədbəxtliklərin hamısından keçib getdiklərini hesab edən adamlar və həm də buna görə gələcəyə münasibətdə bir növ döyülməkdən yarımcan olmuş adamlar kimi keyimiş adamlar da belə hesab edirlər.



Qorxu keçirmək üçün insanın həyəcanını keçirdiyi şeyin xilası üçün bir qədər ümidi olmalıdır; buna sübut kimi onu göstərmək olar ki, qorxu insanları düşünməyə məcbur edir, ümidsiz olan şey haqqında isə heç kəs düşünmür. Buna görə də, natiq öz dinləyicilərini məhz belə vəziyyətə gətirməlidir ki, natiqə sərfəli olan anda onlar qorxu keçirsinlər; o, dinləyiciləri əzab-əziyyətə məruz qala biləcək adamlar kimi təsvir etməlidir, bunun üçün o, dinləyicilərin diqqətini ona cəlb etməlidir ki, onlardan daha qüdrətli insanlar əzablara məruz qalıblar, onlar kimi insanlar isə elə adamlardan və elə şeylərdə və elə hallarda əziyyət çəkiblər və ya çəkirlər ki, bunu heç vaxt gözləmirdilər.

Madam qorxunun, qorxulu şeylərin nə olduğu, eləcə də insanların hansı vəziyyətdə qorxu16 çəkdiyi aydındır, onda cəsarətli olmağın nə demək olduğu, insanların nəyə qarşı cəsarətli olması və hansı əhval-ruhiyyədə onların cəsarətli olması da aydın olacaq, ona görə ki, cəsarət qorxuya əksdir və böyük cəsarət isə qorxulu olana əksdir. Belə olduqda cəsarət ümiddir, həm də bu zaman qurtuluşun çox yaxın olduğu, bütün qorxulu olanların isə uzaq və ya qəti mövcud olmayan şey olduğu təsəvvür olunur. Cəsarətli olmaq bütün qorxulu olanları uzaq və cəsarət verən bütün şeylərin isə yaxın olduğunu hesab etmək deməkdir. Cəsarət həm də o halda meydana çıxır ki, o zaman nəyi isə düzəltmək və yardım etmək üçün çoxlu üsullar olsun və ya üsullar əhəmiyyətli olsun, ya da həm o, həm də bu bir yerdə olsun. Biz özümüzü onda cəsarətli hiss edirik ki, heç vaxt ədalətsizliyə məruz qalmayaq və özümüz də heç vaxt ədalətsiz hərəkət etməyək, rəqiblərimiz ya heç olmasın, ya da gücsüz olsunlar, ya da gücləri olsa da bizə dostcasına münasibət bəsləsinlər, ona görə ki, əvvəllər ya özləri bizə yaxşılıq etmiş olsunlar, ya da özləri bizdən yaxşılıq görmüş olsunlar və maraqları bizimkilərlə eyni olan insanlar çoxluq təşkil etsin, ya da qüvvəcə qalanlardan üstün olsun və ya bu hər iki hal bir yerdə olsun. Cəsur əhval-ruhiyyə insanlarda o hallarda yaranır ki, o zaman onlar heç vaxt uğursuzluğa düçar olmadıqlarını, ya da bir çox dəfə dəhşətli vəziyyətlərə düşsələr də, xoşbəxt şəkildə onlardan çıxdıqlarını dərk etsinlər. Ümumiyyətlə, insanlar təhlükələrə iki səbəbdən birinə görə soyuq yanaşırlar: onu sınaqdan keçirmədiklərinə görə və necə kömək etmək lazım olduğunu bildiklərinə görə. Dəniz səyahətləri zamanı tufan görməmiş insanlar və öz təcrübələrinə görə xilas üçün vasitələrdən xəbəri olan insanlar gözlənilən təhlükələrə belə baxırlar. Biz özümüz də elə hallarda cəsarətli oluruq ki, məlum şey bizim kimilər üçün və ya bizdən daha zəiflər üçün və özümüzü onlardan qüvvəcə üstün hesab etdiyimiz adamlar üçün qorxulu olmasın, o halda belə hesab edirik ki, biz onların özlərinə və ya onlardan güclü olanlar, ya da onlara uyğun insanlara üstün gəlmiş olaq). Biz həm də o vaxt cəsarətli oluruq ki, o vaxt sahib olması insanları qorxulu edən vasitələrin həm kəmiyyəti, həm də keyfiyyəti cəhətdən biz üstün olaq (onların sırasına kifayət qədər var-dövlət, fiziki qüvvə, güclü dostlar, ölkənin möhkəm müdafiə olunması, mübarizə üçün bütün və ya ən vacib üsullara malik olmaq daxildir). Biz həm də o halda cəsarətli oluruq ki, keçmişdə heç kimi incitməyəydik, ya da az adam incidəydik, ya da qorx­madığımız adamları incidəydik. Biz həm də ümumiy­yətlə tanrılar bizə hamilik edən zaman cəsarətli oluruq və bu bir çox şeydə, eləcə də əlamətlərdə və orakulların fallarında ifadə olunur: qəzəb cəsarətlə birləşir, bizim haqsız çıxarılmağımız və incidilməyimiz haqqında düşüncəmiz qəzəbi oyadır; tanrıları isə biz incidilmişlərin köməkçisi kimi təsəvvür edirik. Biz həm də o zaman cəsarətli oluruq ki, özümüz hü­cum edən zaman nə indi, nə də sonra heç bir müvəffəqiyyətsizliyə uğramayacağımızı və ya əksinə, həmişə uğur qazana­cağımızı hesab edək.
Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin