I
I
h
h
i
i
s
s
s
s
ə
ə
P
P
Y
Y
E
E
S
S
L
L
Ə
Ə
R
R
15
B
B
Ə
Ə
L
L
A
A
Altı pərdəli bədii-sənədli pyes
Bu hadisələr Azərbaycan rayonlarının
birində cərəyan edir,
amma dünyanın hər yerində ola bilər.
İŞTİRAKÇILAR:
Vaqif – Narkoloji dispanserin baş həkimi, 40 yaşında
Mezi, Məzahir – narkoman, 25 yaşında
Məsmə – Məzahirin anası, 55 yaşında
Sevda – Məzahirin həyat yoldaşı, 25 yaşında
Cibiş – narkoman, 30 yaşında
Qıllı – narkotik alverçisi, 35 yaşında
Zazan – narkoman, 30 yaşında
Bəxtiyar – narkomanlığa təzə başlayan gənc, 20 yaşında
Viloş – narkoman, 30 yaşında
Əbili – alkoqolik, 40 yaşında
Səfər – Məzahirin dostu, 25 yaşında
Qara – Məzahirin dostu, 25 yaşında
Səməd Kərimbəyli – müxbir, 35 yaşında
Leyli – alkoqolikin həyat yoldaşı,45 yaşında
Nəcibə – müəllimə, Məzahirgilin qonşusu, 50 yaşında
Günay – tibb bacısı, 30 yaşında
Müstəntiq – 40 yaşında
Katibə, polis, həkim və uşaq.
16
BİRİNCİ PƏRDƏ
Narkotikə pul çatsa, can çatmaz,
Can da çatsa, pul çatmaz.
Müəllif
Şəhərin dördmərtəbəli binası yanında iki narkoman: Cibiş və
Mezi ayaq üstə durublar. İkisi də arıq, üzləri tüklü, üst-başları
səliqəsiz. Yerlərində dura bilmir, büzüşür, ora-bura boylanır və
siqaret çəkirlər.
Cibiş (xırıltılı səslə) – Mezi, nə var, nə yox?
Mezi (xırıltılı səslə) – Əh! Bütün bədənim ağrıyır, ölürəm…,
gecə bir «qram»
*
da yatmamışam.
Cibiş – Mən də. «Bir şey»
*
, «mir şey» var?
Mezi – Yoox… Dükandan borc almağa ta üzüm qalmayıb.
Evdəki xrustal vazanı götürmüşəm, iki «çetə»
*
dəyişəcəm. Anamla
Sevda bilsə, yenə dəli olacaqlar. Bəs sən?
Cibiş – Məndə iki «çet»lik pul var, bir «list»
*
də diazepam.
Mezi – Pulu haradan tapdın?
Cibiş – Dünən mamam “pensiyası”nı
*
almışdı, onun
«sumka»sından
*
götürdüm. Bu gün heç, birtəhər ötüşərik. Sabah nə
edəcəyik – bilmirəm.., yenə qırılacağıq. (Pauza. Alçaq səslə). Mezi,
gəl belə edək: qonşumuzda bir gəlin var, üstündə çoxlu qır-qızıl
gəzdirir. O, «podyez»ə
*
girəndə qaranlığa salıb, ondan bir şey
çırpışdırım, sən də qorxma, Səfərgilə gir. Kalandırlar. Bir müddət
belə ötüşək…
Mezi – Mən yox, qardaş. Mən qələt elərəm.
Cibiş – Bə evinizdən niyə oğurlayırsan?
Mezi – O başqa.., «Şeytan ayrı, Cin ayrı». Özü də mən Səfərlə
dost olmuşam, çörək kəsmişik.
Cibiş – Özün bil! Onda sabah başıvın çarəsini qıl. Mən sənə heç
bir «desil»
*
də «mal» verməyəcəm.
Mezi – (Ağır-ağır, düşüncəli) Düz deyirsən, başımın çarəsinə
baxmalıyam. (Birdən qızışır. Ucadan) Bu da bir işdi? Ordan-burdan
17
18
çal, çap, oğurluq-doğruluqla, yüz müsibətlə pul tap, ona da apar öz
əlinlə “şörü”
*
Qıllıya? O da sənə zəhər versin, sən də “damara
qulluq”
*
elə? Yox, belə çox getməz! Cibiş, gəl gedək müalicə
olunaq, çıxaq. Bunun axırı ya qəbirdi, ya “Sibir”, üçüncü yol
yoxdu!
Cibiş – Əə, yenə başlama görək! Kişi ol ə, adam öddək
*
olmaz!.. «Bayan»
*
var, «tiyan»
*
var, iki «çet» də «mal» tapsaydıq,
«lomka»dan çıxardıq. Gəl buradan “fitilləyək” düz Qıllıgilə, sən
vazanı, mən də pulu verim, «mal» alaq, vuraq, «lomka»dan çıxaq.
Harada qırıla, qırıla…
Gedirlər.
Pərdə
İKİNCİ PƏRDƏ
Narkotik – bütün çirkinliklərin «ata»sıdır.
Narkomaniya – ölümü pulla satın almaqdır.
Müəllif
Qıllının hasarlı həyəti. Hasar qapısı və ona bitişik tək otaq.
Otağın küçə və həyətə açılan iki qapısı var. Otaqda köhnə masa,
kətillər, masanın üstə işlənmiş qanlı şprislər, su dolu stəkan.
Səliqəsizlik. Qapı döyülür. Qıllı qapının deşiyindən baxır, gələn
adamları içəri buraxır. Cibişlə Mezi daxil olurlar. Cibiş pulu, Mezi
isə vazanı Qıllının qabağına qoyur. Qıllı iki heroin bükümünü gəti-
rib onlara verir.
Cibişlə Mezi çöməltmə otururlar. Onlar butulka qapağına sim
sarıyıb içərisinə heroin və lumu duzu atırlar, alışqanın üzərinə
tutub «mal» bişirirlər. Tezliklə heroin hazır olur. Onlar çirkli şprisə
pambıq sarıyır və ona heroin çəkirlər. Narkomanlar heroini dama-
ra vurmaq üçün çox əlləşir, nəhayət, vururlar. Sonra bir müddət
hərəkətsiz qalırlar.
Otağın qapısı yenə döyülür. Qıllı gedib açır. Bir nəfər
narkoman daxil olur.
19
20
Zazan (yalvarıcı səslə) – Qıllı, «lomka»dayam, ölürəm, mənə
bir az «mal».
Qıllı (laqeyd) – Pulunu düş, sonra.
Zazan – Sabah gətirərəm, vallah, billah, anamın qəbri haqqı
gətirərəm.
Qıllı – Yox, yox, «keçəl suya getməz!» Ə, bilirsən nə var?
«Pulun var giriş, yoxdu sürüş» – beynimə qavara* çəkmə!
Zazan – Vallah, sabah gətirəcəm. Gətirməyən arvadının
qurumsağıdı, gör nəyə and içdim?
Qıllı – Səni yaxşı tanıyıram, «atanşik»in
*
birisən! Mən sənə
dünyasında müf
*
«mal» vermərəm. Pulun yoxdusa, get bir şey gətir.
Zazan (yalvarıcı səslə) – Evdə bir şey qalıb ki? Gümanım heç
yerə gəlmir… Sən Allah, bu gün məni ötüşdür, sabah artıqlamasilə
pulunu verəcəm. (Səsini alçaldır, udqunur). Sabah bir… işim var.
Pul olacaq, həə… Qurban olum, tez ol! Görmürsən nə gündəyəm,
sınıram ee…
Qıllı – Vallah, elə torbanın dibindəkini bunlara verdim. «Mal»
yoxdu, oğlumun ölmüşü!
Zazan – «İt yuvasından sümük əskik olmaz!» Sən oralara yaxşı
bax, yoxsa özüm durub «şimon»
*
eləyəcəm.
Bu dəfə hasar qapısı döyülür. Hamı qorxub bir-birinə baxır.
Qıllı ehtiyatla qapıya yaxınlaşıb deşiyindən xeyli baxır.
Qıllı – Kimdi? Kim lazımdı?
Səs – Qıllı lazımdı, açın qapını.
Qıllı (qorxa-qorxa) – Siz nə istəyirsiz, qardaş?
Səs – Mənə buranı deyiblər, «mal» almağa gəlmişəm. Məni
«qızıl Qadir» göndərib.
Qıllı qapını açır. Son dəblə səliqə ilə geyinmiş bir gənc içəri
daxil olur. Onun qolunda qiymətli saat, bir əlində mobil telefon, o
birində maşın açarı var.
Qıllı – Eşidirəm, nə qulluq?
Bəxtiyar – Mənim adım Bəxtiyardı. Qorxma, «uqolovnik»
*
deyiləm. Mənə beş qram «ağ»
*
lazımdı. «Kristal mal»
*
olsun,
tapılar?
21
Qıllı – Ayıb şeydi ki? Bəxtiyar müəllim, sənin üçün hər şey
tapılar. Sənə elə «mal» verəcəm ki, lap ürəyin istəyən – ceyran
südü, can dərmanı. Qadir məni yaxşı tanıyır. O bilir ki, şəhərdə ən
təmiz “mal” ancaq məndə olar.
Bəxtiyar 5 ədəd 100 dollarlıq pulu masanın üstünə atır. Qıllı
pulu götürüb heroin gətirmək üçün evə gedir.
Zazan – Bəxtiyar müəllim, «ölmüşəm məni yerdən götür»,
ayağıvın altında ölüm, «lomka»dayam, mənə də «mal» al.
Bəxtiyar – Sən kimsən?
Qıllı gəlir.
Qıllı – Əşi, ona fikir vermə, o, cındırın biridi. Bayaqdan «it
milçəyi» olub ki, «mənə də «mal» ver».
Zazan (əl açır) – Allah rizası üçün.., sən cavan canın!
Bəxtiyar cibindən pul çıxarıb Qıllıya verir.
Bəxtiyar – Buna da bir şey ver, əl çəksin.
Qıllı bir büküm heroini Zazana verir.
Zazan – Qıllı, bəs deyirdin «mal» yoxdu? Əvvəllər sən mənə
müf də «mal» verirdin. İndi mən həmin adam deyiləm?
Qıllı (hırıldayır) – Yoox, sən qabaqlar yağlı «qaz» idin, indi
yoluq «cücəsən», ona görə, bildin?
Zazan – Mənim nəyim var idisə, «pılesos»
*
kimi sən onu
sordun. İndi məni quru yurdda qoyubsan, özün də məni saymırsan.
Bu kişilikdəndi?
Mezi (nəsihətamiz) – Bəxtiyar, görürəm «pionersən»
*
, bu yola
təzə düşübsən. Bax, sonra gec olacaq, ha! Bacarsan qaç, qurtar bu
bəladan! «Gözü çıxmış» biz qardaşlarıvı görmürsən?
Qıllı – Adə, nə özüvü «lezvalayırsan»
*
, səni camaata advokat
*
qoyublar? Bəxtiyar müəllim, sən buna baxma, işində ol! Ə, Mezi,
qoymazsan işimizi görək? Dur ə, dur bas bayıra!
Bəxtiyar – Bura gəlmək qorxuludu, adam tez “ilişər”
*
. Qıllı,
mənə «malı» «çerez»
*
Qadir göndərərsən, bildin?
Qıllı – Baş üstə! Necə istəsən?
Bəxtiyar (əlilə ətrafı göstərir) – Qıllı, bəs belə… qorxmursan?
22
Qıllı – Əh, rəhmətliyin oğlu, «islanmışın yağışdan nə qor-
xusu»? Mən heç nədən, heç «türmə»dən də qorxmuram. Üç dəfə
«srok»
*
yatmış adamam, «Araz aşığımdandı, Kür topuğumdan».
Qorxduğum bir şey varsa, o da «lomka»dı. «Lomka»nın adı gələndə
başıma hava gəlir.
Zazan həmin heroini “bişirib” şprisə doldurur və başı üzərinə
qaldırır.
Mezi – Ə, “qotur”, görməmişlik eləyib hamısını vurma. Vursan,
“peredoza”
*
ya gedərsən haa, o, “at dozasıdı”.
Zazan – “Qoy atın ölümü arpadan olsun!” Uxx! “Doma!”
*
Əla,
kontrol verdi!
Zazan iynəni damara sancır və axıracan yeridir. Tezliklə o
göyərir, gözləri axır, bədəni titrəyir və qıcolmalar başlayır.
Mezi – Adə, tez olun qoymayın, Zazan “trixat”
*
eləyir. Bədbəxt
“peredoza”ya getdi, buraxsaq öləcək!
Hamı Zazana yardım edir: onu sillələyir, silkələyir, əl-ayağını
ovur, yaxasını açır və “Zazan, Zazan” – deyə çağırırlar. Mezi
şprisə stəkandan su çəkib onun venasına vurur. Zazan tərpənmir.
Qıllı – Ə, deyəsən bu keçindi... Mezi, Cibiş götürün bunun
mitilini atın eşiyə, yoxsa o bizi zibilə salacaq.
Mezi (təəssüflə) – Yazıq Zazan «qızıl vuruş»* elədi… O getdi,
canı qurtardı, qaldıq biz… Belə bir gün bizim üçün də var.
Cibiş – Onu hara qoyaq?
Qıllı – Çıxarın, çıxarın onu atın damın dalına, indicə “it”lər
töküləcək, tez olun! Özünüz də rədd olun xarabanıza. Baax, “dəvə
gördüm, qığın görmədim” haa, yoxsa “körpü qalar çayın o tayında”.
Bildiz? Hamınız məni, he, he, Allaha şükür ki, yaxşı tanıyırsız.
(Bəxtiyara) Ə, Bəxtiyar, sənə kim deyirdi ki, ona o boyda pul
verəsən?
Bəxtiyar (qorxa- qorxa) – Mən yazıq nə bilim ki, belə olacaq?
İndi məni də ora-bura çəkəcəklər, hə?!
Qıllı – Bəs nəə?! Polisin bizimlə nə işi var, onlara mən lazım
deyiləm ee, sən lazımsan. (Rişxəndlə gülür)
23
24
Bəxtiyar – İndi mən başıma haranın daşını salım? Mən nə qələt
elədim ki, bu xarabaya gəldim?! Atam bilsə, qanım getdi! Elə
qorxuram ki…
Cibiş və Mezi Zazanı sürüyüb eşiyə çıxarırlar. Bəxtiyar da
onlarla çıxır. Qıllı cib telefonunu çıxarıb nömrə yığır.
Qıllı – Alo, salam, həə, mənəm. Xəbərin olsun haa, bu gün qar-
mağa təzə bir «balıq» düşüb, adı da Bəxtiyardı. Özü də zərgər
Qadirin dostudu. Hə, hə, həmin Qadirin.
Qıllı telefonu söndürür, kətilə oturur, bir siqaret yandırır.
– Həə, Zazan da belə getdi… O qabaqlar Moskvada yaşayırdı.
Orada bunun iki dükanı, Rıjski vağzalda «toçkası»
*
, bazarda yeri,
yurdu, hörməti… Altında da son model «Mersedesi», Moskva kimi
yerdə üçotaqlı mənzili, ailəsi, uşağı. İnsana daha nə lazımdı? Özü də
pula pul demirdi, bəy balası kimi yaşayırdı… Əvvəllər iyləyirdi,
son iki ildə isə “iynəyə oturmuşdu”
*
. Narkoşa
*
olandan sonra dü-
kanları satıb, «toçkası» əldən gedib, özü də «bankrota»
*
düşüb…
Arvadı da rusdu. Keçən ildən bunu salıb eşiyə, olan-qalanını da,
maşını da o əlindən alıb. Sonra atasına xəbər göndərib ki, «gəlin,
oğlunuzu aparın, yoxsa onu milisə verib tutduracam». Qardaşı gedib
gətirəndən sonra burda düşdü küçələrə, avaralandı… Axırı da ki,
belə… (Pauza).
Atası şəhərdə beş kişidən biridi, özü də yaxşı adamdı.
Eşitdiyimə görə, o deyib ki, “kim Zazanın ölüm xəbərini gətirsə,
ona muştuluq verəcəm”.
Pərdə
25
26
ÜÇÜNCÜ PƏRDƏ
Dadanmışla qudurmuş eynidi.
Atalar sözü
Heroin – ailəvi qırğın silahıdı.
Müəllif
Mezigilin evi. Evdə köhnə mebel qoyulub. Pəncərədə kon-
disionerin boş qalmış yeri və sınmış şüşələr diqqəti cəlb edir.
Məsmə xanım ilə Sevda divanda bikef oturublar. İkisi də başını
aşağı salıb, fikrə gediblər.
Məsmə – Deyirəm: «Bir adama pislik etmək istəsən, ona heç nə
eləmə, övladını narkotikə sal, çəkil dur kənarda. O narkoman beş
günün içində həmin evi elə tar-mar eləsin, elə altını üstünə çevirsin
ki, gəl görəsən! Heç düşmən də düşmənliyilə evi elə dağıda bilməz
ki, narkoman dağıdar». Ona görə də deyirəm: «Bu bir bəladı, bəla»!
Sevda – Ana, dünəndən nəsə özündə-sözündə deyilsən. Bir şey
olmayıb ki?
Məsmə (yorğun) – Daha nə olacaq, ay qızım? Bizə olan olub!
(Pauza) Dünən getmişdim bazara, dedim: “Fəridə bir az mer-meyvə
alım”. Kaş heç getməyəydim! (Doluxsunur) Gördüm ki, Məzahir
piştaxtaları gəzib pul istəyir, kiminsə «sumka»sını maşına qədər
aparır ki, nə var, nə var ona beş-on qəpik-quruş versin. Elə
yerimdəcə quruyub qaldım! Dedim: “Yer ayrılsın, yerə girim!” Xə-
calətimdən öldüm, ölə bilmədim. İndi də deyəcəklər ki, “köhnə
katib Aslan Süleymanovun oğlu bazarda hamballıq edir, dilənir”.
Əlimdəki pulu harada salmışam, evə necə gəlmişəm – xəbərim
olmayıb. Dünəndən bu dərdi çəkə bilmirəm, vallah, çəkə bilmirəm.
(Ağlayır) Ay Allah, kaş öləydim, bu günü görməyəydim!
Məzahir ölsə, billəm ki, ölüb, oturub beş gün ağlaram, qurtarar
gedər, “torpağın üzü soyuq olar” – deyiblər. Mənim oğlum
Qarabağda şəhid olanlardan artıq deyil ki! Məsəl var, deyərlər:
“Ölüm var, ölüm kimi, ölüm var, zülm kimi!” Bununku zülmdü,
zülm. Deyir: “Ölüsü olan beş gün ağlar, dəlisi olan hər gün”. İndi isə
27
gündə on yol ölürəm, dirilirəm, ölürəm, dirilirəm. Sən də məndən
betər. (İkisi də ağlayır)
Sevda – Ana, bir az özüvü ələ al, birdən Allah eləməmiş, yenə
şəkərin qalxıb-eləyər!
Məsmə – Ta “qarınınkı Qurandan keçib”, qızım. Allahdan ya
özümə, ya da Məzahirə ölüm istəyirəm, daha tabım qalmayıb! (İkisi
də ağlayır)
Məsmə (yavaş və ehtiyatla) – Sevda, qızım, mən anayam, hər
şeyi görürəm, bilirəm. Mənə açıq de, sənin Məzahirə qarşı bir...
istəyin-zadın qalıb?
Sevda – Yox. Yalan niyə deyim? Ona olan əvvəlki hisslərim
çoxdan ölüb. O öldürüb! Məzahir yalan danışanda, evdən oğurluq-
zad eləyəndə, ya məni döyəndə elə gözümdən düşür ki! Onda ona
nifrət edirəm, görmək belə istəmirəm. O hər gün mənim əsəblərimlə
oynayır, ona görə də, isterik olub getmişəm. Evə nə qədər “skorı”
*
gələr? Mən daha dözə bilmirəm, bezmişəm. Hələ mən heç! Barı evə
baxsın, uşağa baxsın. Bu bir ildə nə evə Allahın bir çörəyini alıb, nə
də Fəridə bir cüt corab. Elə deyil? Bəlkə, yalan deyirəm? Mən onu
bağışlaya bilmirəm. O, mənim bütün ömrümü zəhərləyib. Vallah,
neçə dəfə istəmişəm özümü öldürəm, Fərid qabağımı kəsib... Əgər
Fərid olmasaydı, yəqin ki, çoxdan özümü toka verib öldürmüşdüm.
Məsmə – Amandı, qızım, elə demə! Qulaqlar kar olsun,
eşitməsin. Sən niyə ölürsən, sən cavansan, mən ölməliyəm, mən!
Amma... indi bədbəxtlikdən heç birimiz ölə bilmərik, çünki bizə bir
şey olsa onda Məzahir də, Fərid də ortalıqda qalıb məhv olar!
Fikirləşib bu işə bir əncam çəkmək lazımdı, qızım. Fəqət... necə?
Heç özüm də bilmirəm.
Sevda – Mən Məzahirə neçə dəfə dedim, yalvardım, neçə dəfə
ağladım, özümü öldürdüm – eşitmədi. Yenə elə öz işindədi... Ondan
sonra çox düşündüm, çox götür-qoy elədim. Axırda bu qərara
gəlmişəm ki, mən... mən uşağı da götürüb gedəm... Çünki bu yazıq
uşaq belə atadan nə götürəcək, nə öyrənəcək? Heç olmasa, oğlumu
xilas edərəm...
28
29
Məsmə – Sən bir az səbrli ol, qızım, “Allah da səbrlinin
tərəfindədi”. Mən də bilirəm ki, «bıçaq ta sümüyə dayanıb». Sən:
“Lənət Şeytana”, – de. Mən istəmirəm ki, sizin ailəniz dağılsın...
Sevda – Nə ailə? Belə də ailə olar? O ailə çoxdan yoxdu…
Sizdən də üzüqaralıq edirəm, biz bir ildi ki, ailə həyatı yaşamırıq,
bacı-qardaş kimiyik!
Məsmə (əllərini göyə açır) – Ay Allah, sən saxla, bu cavanlara
yazığın gəlsin! Bizə kömək elə, ya Rəbbim! Bu zəhrimar nə bəla
şeydi belə?! Mən belə şey görməmişəm, deyir: «Evdə bişməyib,
qonşudan gəlməyib». Allah heç kimə göstərməsin! (Pauza), Sevda,
axı siz bir-birinizi çox istəyirdiz. İndi niyə belə oldu?
Sevda – Düzdü, mən onu – nə gizlədim – çox istəyirdim, çünki o
mərifətli, qanacaqlı oğlan idi. Mən Məzahirə görə nələrdən keçdim –
bunu Siz özünüz də bilirsiz. Amma... o indi çox dəyişib, əvvəlki
Məzahir deyil.
...Orası da var ki, Məzahir indi xəstədi, özü də ağır xəstə, ona
xəstə kimi baxmaq lazımdı. (Pauza) ...Onun o ağrılarını, o
əzablarını görəndə bir insan kimi yazığım gəlir, kömək etmək
istəyirəm ona. Amma necə kömək edim, bilmirəm. (Pauza) Məzahi-
rin yoldaşlarından biri o gün elə yanındaca ölüb, o biri isə tutulub
gedib. Ondan sonra yaman qorxuya düşüb. Ona görə də, indi özü
müalicə olunmaq istəyir. Dünən deyirdi ki, “pis gündəyəm, Sevda,
əgər müalicə olunmasam, ya öləcəm, ya da tutulacam”. Bəlkə onu
müalicə etdirək, hə?
Məsmə – Düz deyirsən, qızım. Qoy, Məzahir gəlsin, oturub
onunla bir əməlli-başlı danışaq. Görək onun buna sözü nədi?
Məzahir daxil olur.
Mezi – Ana, “lomka”dayam, ölürəm, mənə tez pul ver, gedim.
Məsmə – Ay bala, mən pulu haradan alım? Evdə gün-dirilik
qoyubsan ki, pul da istəyəsən? Utanıb qızarmırsan? Heç düşünürsən
ki, iki arvad bir uşaqla bu evə qapanıb nə yeyir, nə içir, nə ilə dola-
nırlar? Evə qazanc gətirmirsən, gətirmirsən, barı heç olmasa, evdən
də daşıyıb aparma... Günlərlə evə, eşiyə gəlmirsən, anan cəhənnəm,
heç olmasa bir uşaqla, gəlinlə maraqlan! Axı, Sevda cavandı, ye-
30
mək, geymək, başqaları kimi gəzmək istəyir, sənsə... Vallah, gün-
lərin bır günü mən də çərləyib öləcəm, onda rahatlanacsan. Atan
öldü, ürəyin soyumadı, indi də məni öldürmək istəyirsən?
Mezi – Ana, vallah, ağrıyıram, özümlə bacara bilmirəm, nə
edim? Mən bu bəlaya düşəndən bəri nələr çəkmişəm – onu bir Allah
bilir! Kimlərin ayağına getməmişəm? Elə adamların ki, əvvəllər
mən onları heç adam da saymırdım! Ana, elə bilirsən iynə vurmaq
xoşuma gəlir? İndi bunun bir «kayfı»
*
da qalmayıb, “ağrıya vuru-
ram”. Yəni vururam ki, ağrım olmasın, mən də adam balası kimi
özümü bir az normal hiss edim. İndi bütün bədənim dəlik-deşikdi.
Onu da bilirəm ki, heç kimin yanında bir itcə hörmətim
qalmayıb… Yadıma keçən illər düşəndə az qalıram dəli olam!
Amma, vallah, bir çıxış yolu tapa bilmirəm… Adam deyir: «Bunu
da vurum, bir də vurmayacam». Elə bil, beynimdə bir «qurd» var. O
«qurd» tərpənəndə məni çox narahat eləyir. Elə heey o «qurdu»
öldürmək istəyirəm. Ona görə də, bir də görürsən, yenə heroin
axtarırsan, yenə gedibsən bariqanın
*
xarabasına, elə bil, ayaqları
adamı sürüyüb aparır ora… Bunu izah edə bilmirəm e, bu bir qəribə
hissdi, özüm də baş aça bilmirəm, vallah... Ana, məni başa düş, bu
dəfə də məni ötüşdür – bu axırıncı dəfədi, qoy gedib «qurdumu»
öldürüm, bir də səndən pul istəməyəcəm.
Dostları ilə paylaş: |