Fətulla – Yaxşı, əgər desəz ki, siqaret ağciyərdə, nə bilim, xər-
çəng əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli
var? Siqaret hara, ayağın qanqreni hara?
Aydın – Elə məsələ də orasındadı ki, siqaret təkcə ağciyərlərə
zərər verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə
mane olur. Axırda da qan işləmədiyinə görə, qanqrena əmələ gəlir.
Sən bir gün bizim xəstəxanaya gəl. Mənim üç-dörd belə xəstəm var,
birinin adı Nüsrətdi, otuz dörd yaşı var – keçən ay onun sol ayağını
diz oynağından amputasiya etdik. İndi yazıq şikəst olub, heç yerə
gedə bilmir. Səbəbi də ki, siqaretdi, bildin?
Fətulla – Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma
batmır.
Professor (nəsihətlə) – İndi qulaq as, oğul, deyim. Mən
institutu təzə qurtaranda Respublika xəstəxanasının cərrahiyyə
şöbəsinə bir kişi gətirdilər. Onun sağ ayağında qanqrena başlamışdı.
O vaxt xəstənin sağ ayağını dizdən amputasiya etdik, dedik ki,
siqareti atsın. Atmadı. Bir üç-dörd ildən sonra onu yenə gətirdilər.
Bu dəfə bud-çanaq oynağından götürdük. Yenə dedik ki, siqareti
mütləq atsın. Yenə atmadı. Beş-altı ildən sonra onu təzədən gətir-
dilər – bu dəfə sol ayağını dizdən kəsdik. Yenə dedik, izah elədik ki,
əgər siqareti atmasa, daha pis olacaq. Elə də oldu: onu iki-üç ildən
sonra dördüncü dəfə gətirdilər. Axırıncı dəfə onun sol ayağını dib-
dən kəsdik. Yalnız bundan sonra o, siqareti atdı, amma artıq çox gec
idi! İndi çuval kimi evin bir küncündə qalıb! (Həyəcanla) Təsəvvür
edirsinizmi bu nə deməkdi? Siz siqaretin zərərini bir dərindən düşü-
72
nün. Özünüzü bir anlığa həmin adamın yerində hesab edin. On beş-
on altı ilə həmin kişini dörd dəfə amputasiya etmişik. Hətta innən
belə siqareti atmasa idi, yəqin ki, daha pis ola bilərdi. Özü də çox
qoca da deyil – cəmi əlli yeddi yaşı var.
Hamı susur. Teymur yenə öskürür.
Teymur – Balam, qoyun görək bu radio nə deyir də?
Radio: “Siqaret çəkməyin sizin ailə büdcənizə vurduğu zərəri
heç hesablamısınız? Siqaretə xərclənən pulu aya, ilə vursaq, çox
böyük bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz
görə-görə yanıb kül olur. Axı, bu israfçılıqdır!
Mir Həsən – Müqəddəs kitabımızda deyilir: «Yeyin, için, israf
etməyin, çünki Allah israf edənləri sevməz».
Teymur (astadan) – Ona qalsa, mən iki maşının pulunu
yandırıb kül eləmişəm.
Radio. “İndi isə gəlin, siqaretin ətrafımıza və ekologiyaya
vurduğu zərəri araşdıraq. Ata evdə siqaret çəkir: görəsən, bu onun
ailə üzvlərinə, qadın və uşaqlara necə təsir edir? Bayaq deyilənləri
siqaret çəkənlə bir yerdə olan «zərərdidələrə» də aid etmək olar.
Özü də belə zərər uşaq və yeniyetmə orqanizmi üçün daha çox
ziyanlıdır! Üstəlik, atanın öz övladı üçün pis örnək olması da nəzər-
dən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş ola!
Daha pisi isə əgər hamilə qadın, ya da süd verən ana siqaret çəkir-
sə”…
Mir Həsən – Qurani-Kərimdə deyilir ki, “Allahın qulu qiyamət
günündə dörd şeydən hesabat verməlidir. Birincisi, özünü nəyə həsr
etməsi barədə, ikincisi, elmi ilə nə iş gördüyü barədə, üçüncüsü,
malını nəyə sərf etməsi barədə və dördüncüsü isə canına necə
baxması barədə hesabat”. Necə bilirsiz, siqaret çəkən bu hesabatı
verə biləcək?Ay verdi ha... Qurandan daha bir ayə: “Sağlamlıq qay-
dalarına riayət edərək qüvvətli olan mömin həmin qaydalara əməl
etmədiyi üçün gücsüz və zəif düşən mömindən Allah qarşısında
daha xeyirli və sevimlidir”.
73
Fətulla (rişxəndlə gülür) – Bu Mir Həsən də lap molla imiş ki?!
Radio. “Dörd yüz il bundan qabaq Amerikadan Avropaya
gətirilən tütün bitkisi indi bütün dünyaya yayılıb. Milyonlarla hek-
tar münbit torpaqları “zəbt” edən tütünün əkilib becərilməsinə, za-
vod və fabriklərdə istehsalına, hazır məhsulun dünyanın hər yerinə
daşınıb aparılmasına və satışına görün nə qədər insan zəhməti, nə
qədər xərc tələb olunur. İstifadə olunmuş siqaret isə öz «bəd
əməlini» yerinə yetirdikdən: havamızı, suyumuzu korladıqdan, get-
diyi hər yeri zibillədikdən sonra öz “missiyasını” başa vurmuş olur.
İstirahətə gedən siqaret həvəskarlarının ildə minlərlə hektar ağac
və bitki örtüyünü puça çıxardıqlarını hesablamaq mümkündürmü?”
Məhəmməd (təsbehini çevirə-çevirə) – Mən özüm buralara
Keçili kəndindən gəlmişəm. O vaxtı bizim kənddə bir kişi var idi.
Adı Hüseynqulu idi, amma hamı ona Pəhləvan Hüseynqulu deyərdi.
Ucaboy, zəbərdəst
*
bir kişi idi, bir oturuma dörd adamın yeməyini
yeyərdi. Müharibəyə gedib gələndən sonra başladı tənbəki çəkməyə.
O vaxtlar belə siqaretlər hələ yox idi, hamı tənbəki çəkərdi.
Hüseynqulu əmi hara getsə idi, tütün torbası da yanında olardı. So-
vetin vaxtı «Kommunist» qəzeti çıxardı. Götürərdi o qəzeti hər səhi-
fəni on yerə bölər, tənbəkini ovub içinə doldurar, eşmə hazırlayardı.
Çəkdiyi də elə eşmə olardı. O vaxtı ən yaxşı tənbəki Qarabağlar,
Şahtaxtı tənbəkisi hesab olunardı. Şahtaxtında da onun Mir Ələsgər
adlı bir seyid dostu vardı. Payızda gedib ondan illik tənbəki payını
alardı. Əvəzində də ona ya iki-üç toğlu
*
, ya da pul verərdi. Nə isə,
sözüm onda deyil… Hüseynqulu kişi bir gün başladı öskürməyə.
Hara apardılar dərdinə əlac eləyən olmadı. O vaxtı heç həkimlər də
xərçəngin nə olduğunu bilmirdilər. Əlqərəz, kişi düşdü ölüm
yatağına. O boyda kişi əridi oldu bir ovuc, paltarının biri də əynində
durmadı. Onun dörd oğlu, iki qızı var idi. Oğlanlarının hamısı da
siqaret çəkirdilər. Dədələrinin yanında çəkməsələr də o, bunu
bilirdi. Ona görə də, Hüseynqulu əmi oğlanlarını yanına çağırıb belə
dedi: «Bizim tayfamıza Pəhləvanlar tayfası deyərlər. Özüm dörd ada-
ma dov gəlmişəm, hələ indiyə qədər bir adam mənim dizimi yerə
vura bilməyib. Müharibədə qurşağa kimi qarın, suyun içində yatmı-
şam, xəstələnməmişəm. Amma bu tütün görün nə «köpəyoğlu» şey-
74
disə, məni yıxdı, mənim kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim
budu: qırxımı verən kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız
çəkirsiz, o zəhrimarı atmayan məndən deyil, heç qəbrimin üstünə də
gəlməyin”.
O vaxtlar mən də tay-tuşum kimi siqaret tüstülədərdim.
Rəhmətliyin o sözlərindən sonra o oldu-bu oldu siqareti atdım!
Fikirləşdim ki, “siqaret o boyda kişini yıxandan sonra mənim kimi
cılız bir adamı dünəndən yıxar”. Oturub-durub Hüseynqulu əmiyə
rəhmət oxuyuram.
Professor – Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlə-
nəndən sonra – üzr istəyirəm – arvadım xəstələndi. O həkim
qalmadı aparmayam, əlacı olmadı. Moskvaya apardım, Təbrizə
apardım, axırda Türkiyədə bir professor var, uzun illər Amerikada,
Almaniyada işləmiş adamdı, onun yanına apardım. O mənə dedi ki,
“sənin xanımındakı boğulma tutmaları sənin siqaret çəkməyinlə
əlaqədardı”. Dedi ki, “xanımda nikotinə qarşı allergiya var”. Elə
həmin gündən siqareti atdım. O vaxtdan üç il keçib, yoldaşım bir
dəfə də olsun xəstələnməyib…
Aydın – Professor, Sizin bu sözünüz şahidi olduğum bir hadisə-
ni yadıma saldı. Biz o vaxt patanatomiya dərsində idik. Zərdab
rayonundan bir adam gətirmişdilər – qırx yeddi yaşında. Bunu əv-
vəlcə gətirirlər klinikanın cərrahiyyə şöbəsinə, orada onu «operasi-
ya»
*
edirlər. Cərrah görür ki, bunda ağ ciyər xərçəngidi – yaranı tə-
zədən tikir. Beş gündən sonra xəstə rəhmətə getmişdi. Öləndən
sonra diaqnozun təsdiq olunması üçün onu gətirmişdilər morqa. İn-
diki kimi yadımdadı: morqda bizim patanatom müəllimdi, cərrahdı,
bir də qrup yoldaşlarımız. Patanatom həkim meyidi yarıb daxili
üzvlərini açdı. Birdən soruşdu ki, “sizlərdən siqaret çəkəni var?”.
Dedik: “Bəli, var”. Dedi: “Baxın, görün ağciyərlə qaraciyəri seçə
bilərsiz?”. O vaxt qrupdakı oğlanlardan çoxu siqaret çəkirdi, mən də
həmçinin. Baxdım ki, ağciyər qapqaradı. Dedik: “Doktor, indi bizim
də ağciyərimiz belədi?”. Həkim güldü: “Əlbəttə. Bakıdakı maşınlar-
ın tüstüsü, zavodların tüstüsü plyus siqaretin tüstüsü. İndi özünüz
mülahizə edin”. Sözün düzü, nə təhər qorxdumsa, elə onunla da
75
siqareti atdım. Uşaqların çoxu təzədən başladılar, amma mən yox.
Artıq iyirmi beş ildir ki, mən siqaret çəkmirəm.
Teymur durub yavaş-yavaş çayxanadan çıxır. Professor saatına
baxır. Aydın həkimlə Professor ayağa qalxırlar.
Professor ( Teymurun arxasınca baxa-baxa) – Bu kişinin
ağciyərlərində deyəsən bədxassəli şiş var. Fikir verdin, dedi ki, “bir
ildir öskürürəm, plyus temperaturum da olur”. Demək ki, xəstəlik
sonuncu stadiyaya keçib, yəqin ki, artıq metastaz da verib.
Aydın – Elə mən də o fikirdəyəm, Professor, klinikası çox
oxşayır. Allah özü ona kömək olsun!
Hamı ilə sağollaşıb çıxırlar.
Pərdə
76
ÜÇÜNCÜ PƏRDƏ
Çəksən siqarı ciyərə tərəf,
Siqar da çəkər məzara tərəf.
Müəllif
Teymurgilin evi, zal otaq. O, siqaret damağında yavaş-yavaş
otağa daxil olur. Əlindəki pivə butulkasını stolun üstünə qoyur.
Sürəkli öskürür.
Teymur – Allah Kolumba lənət eləsin, o, bütün dünyanı bəlaya
saldı! Allah məni bu siqaretə alışdırana lənət eləsin!
...Rəhmətlik atam cavan yaşda öldü; biz – anam, üç bacım və
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim.
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı.
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim,
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin, nə də içdiyimin tamını bilməmişəm. İştahdan-zaddan da
düşmüşəm, arıqlamışam, yarı canım qalıb. Bir yandan bu mənim
canıma daraşıb, içəridən söküb dağıdır. O biri yandan da pul qoy-
mur qalsın məndə. Demək, siqaret mənim həm can, həm də cib
düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən salır, evdəkilərlə
“üz-göz” eləyir. Yazıq Fatma insafən düz deyir də... ( Uzun p auza.
Fikirli halda otaqda gəzişir)
Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik qurtarmaq
lazımdı! Belə görürəm ki, mən bununla qurtarmasam, bu zəhrimar
mənim axırıma çıxacaq! ( Siqaretə xitabən). Sən nəsən ki, mən sə-
ninlə qurtara bilməyim?! Mən səni özümə dost bildim, amma sən
mənə xəyanət elədin. Mənə deyən gərək: “Siqaret sənin əlindədi,
sən ki siqaretin əlində deyilsən?!” Bax, bu axırıncı siqaretimdi, çə-
77
kim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam! ( Teymur siqareti
tez-tez sümürüb külqabına basır. Pivəni açıb başına çəkir, yenə
öskürür). Yox, qoy birini də çəkim, onsuz da bu mənim lap axırıncı
siqaretimdi, çünki sabahdan ta çəkməyəcəm ( O, təzədən bir siqaret
yandırıb divana uzanır və teleseriala baxa-baxa onu yuxu aparır.
Əlindəki siqaret kötüyü xalçanın üstünə düşür... Bir azdan bütün ev
alışıb yanır. Fatma xanım, gəlin və qonşular qaçaraq gəlirlər)
Fatma – Vay, vay evim yıxıldı! Ev yandı, Teymur yandı, qızın
cer-cehizi yandı, hər şeyimiz yandı, vay, vay!!!
Qəşş edib yıxılır. Gəlin yerə çöküb ağlayır. Qonşular ora-bura
qaçır, su gətirir, yanğını söndürməyə çalışırlar.
Qorxunc səslər. Həyəcanlı musiqi. Bu musiqi səngiyir və yavaş-
yavaş yanıqlı notlara keçir.
Pərdə
Son
Bakı, 2009
78
T
T
Ə
Ə
N
N
Ə
Ə
Z
Z
Z
Z
Ü
Ü
L
L
Pantomima
I gəliş. Ərzaq dükanının qabağı. İri, bahalı bir cip gəlib dayanır.
Dolu bədənli, şıq geyimli bir gənc maşından düşüb dükana daxil
olur. Alacağı şeyləri əli ilə göstərir. Satıcı cəld dörd torba yığıb
piştaxtanın üstünə qoyur. Gənc oğlan cibindən bir dəstə iri kağız pul
çıxarır. O, pulu verib qalığını almadan tez maşına tərəf gedir. Satıcı
əlində kağız pul oğlan gedən tərəfə baxa-baxa qalır...
79
II gəliş. Həmin gənc işlənmiş "Mersedes"də gəlir, dükana
daxil olur. Şıq olmasa da geyimi pis deyil. Cibindən irili-xırdalı
kağız pul çıxarır, alacaqlarını işarə ilə göstərir və iki torba mal alır.
O, pulun qalığı olan dəmir pulları almaq istəyir, lakin son anda
ondan imtina edir. Satıcı əlində dəmir pullar o gedən tərəfə baxır...
80
III gəliş. Gənc oğlan köhnə "Jiquli"də gəlir. O arıqlayıb, üzü
tüklü, paltarı nimdaşdır. Oğlan sağa-sola boylanır. Dükana girir,
siqaret və tum alır, dəmir pullarla hesabı ödəyir. Gedir. Satıcı onun
arxasınca heyrətlə baxır...
81
IV gəliş. Həmin gənc piyada, axsaya-axsaya, əlində bir torba
gəlir. Çox arıqlamış, üzü tüklü, ayaqqabısı və paltarı cırıq
vəziyyətdədir. O torbanı piştaxtanın üstünə qoyur, gətirdiyi boş
şüşələri təhvil verib bir qutu siqaret alır. Gənc başını aşağı salıb ya-
vaş-yavaş ordan uzaqlaşır. Satıcı onun arxasınca baxır, başını
bulayır...
Bakı, 2011
82
I
I
I
I
h
h
i
i
s
s
s
s
ə
ə
H
H
E
E
K
K
A
A
Y
Y
Ə
Ə
L
L
Ə
Ə
R
R
83
Z
Z
Ə
Ə
H
H
R
R
İ
İ
M
M
A
A
R
R
(Bədii-sənədli novella)
Siqaretin əvvəli qazılıqdı,
sonrası tazılıq.
Deyim
Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tü-
tünün yox, həm də sizin yanan toxıımala-
rınızın, hüceyrələrinizin tüstüsüdü.
Bıı, hələ alışmayan, lakin yavaş-yavaş,
için-için yanan canınızın və cibinizin
tüstüsüdü.
Müəllif
Çəksən siqarı ciyərə tərəf,
Siqar da çəkər məzara tərəf.
Müəllif
Şəhərimizin Söyüdlü məhləsində əlli beş-əlli altı yaşlarında bir
kişi var. Adı Teymurdu, amma tay-tuşları ona hərdən "Tütün
Teymur" da deyirlər. Bu ayamanı ona kim yapışdırıb – bilən yoxdu,
amma yerində yapışdırıb, çünki onu siqaretsiz təsəvvür etmək
mümkün deyil, bütün günü eyzən paravoz kimi tüstülənir. Onu
harada görsəz, mütləq siqaretlə görərsiz, zalım oğlu odu-oda yandı-
rır! Teymur kişinin kvadrat bığının ortası və seyrək dişləri, sağ əli-
nin iki barmağı oddan yanıb saralmış olar. Əgər işdi, təzə paltar
geysə, bilin ki, o paltar beş günün içində deşik-deşik olacaq. Bunu
görən arvadı Fatma xanım yenə deyinəcək, aralarında söz-söhbət
olacaq. Axırda hövsələsiz Teymur arvadını söyüb yamanlayacaq və
evdən çıxacaq. Bu zaman hasar qapısının çırpılmağından bilmək
olur ki, kişi evdən acıqlı gedir.
84
85
Bu gün də elə oldu: gəlin şüşəbənddə uşağı yedizdirirdi. Tey-
mur kişi də ki, televizora baxa-baxa siqaretini tüstülətməyində idi...
Uşaq tütün iyinə dözə bilməyib asqırdı və ağlamağa başladı. Səsə
özünü yetirən nənəsi Fatma uşağın niyə ağlamağı ilə maraqlandı.
Gəlin əli ilə qayınatasını göstərdi. Fatma xanım odlandı:
– A kişi, görmürsən uşaq boğulur? O zəhrimarı çıxıb eşikdə
çəksən olmaz? Yeddi ildən sonra nə müsibətlə bir uşaq tapmışıq,
onu da sən zəhərləmək istəyirsən? Dur, dur çıx eşiyə, – deyə ərinə
acıqlandı.
– Ay arvad , rədd ol başımdan. Qoy, kinomuza baxaq, – deyə
Teymur kişi deyindi.
– Yox, yox, dur ayağa, dur çıx eşiyə, – deyə Fatma xanım əl
çəkmədi və onu kürəyindən itələyib saldı həyətə.
– “Lənət sənə kor Şeytan” haa... Belə olur bax, söyülürsən,
tünbətün qızı, toxumunuz kəsilsin sizin!
Teymur kişi lap əsəbiləşdi, dodaqlarının arasında olan siqaret
kötüyünü tez-tez sümürə-sümürə yeni bir siqaret üçün əlini döş
cibinə atdı. Bu, Fatma xanımı daha da cırnatdı:
– Səni görüm öz odunda yanasan, harayına gələn olmasın! Sən
məni bu neçə ildə dəli eləyibsən, – deyə qarğış elədi.
– Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə bir Həzrət Abbas
şilləsi çəkərdim, mis dadı verərdi, – deyə Teymur hirslə hasar
qapısına tərəf addımladı. Təzəcə yandırdığı siqaretin tüstüsünü
burun deşiklərindən eşiyə buraxdı. Küçəyə çıxdı. Arvadın onu çölə
atması Teymur kişiyə yaman yer eləmişdi. Amma hiss edirdi ki,
əvvəlki gücü, heyi qalmayıb, indi çox da "zilə" gedə bilmir. Bir beş-
altı il bundan qabaq olsaydı, arvadın ağzı nə idi ki, gəlinin yanında
onu bayıra itələyə idi? İnan Allaha, qan salardı, amma indi? Onu
gücdən salan, hər yerdə xəcalətli eləyən damağındakı bu "zəhrimar"
idi.
Yadına bu günlərdə olan bir hadisə düşdü. Keçən bazar günü
Bakıya – qardaşı oğlunun toyuna getmişdi. Toy evidi deyə, evdə
çoxlu adam vardı, Teymur kişi də orada idi. O, bütün gecəni yatmadı,
elə hey öskürdü. Səhərə yaxın bəlğəm gəldi, hayxırdı, tüpürdü,
86
tualetə girdi, otağa keçdi – bir sözlə toya gələnləri bidar elədi,
qoymadı yatmağa... Arvadı o vaxt onu nə qədər danladı. Bu yaşda
siqaret üstə ər-arvad yenə savaşdılar, hamı da Fatma xanıma kömək
çıxdı. Axırda qardaşı dedi ki, "Teymur, gəl, səni xeyir işdən sonra bir
həkimə aparım". Guya razı oldu, amma sonra aradan çıxdı. "Gərək
həkimə gedə idim", – deyə peşman-peşman düşündü. Ona: "Siqareti
tərgit", – deyəndə cavab verərdi ki, “mən, qırx illik yoldaşıma
xəyanət edim?” Belə düşüncələrlə çayxanaya getmək qərarına gəldi.
Çayxanaya qədər xeyli yol vardı. O, iki yüz-üç yüz metr gedib dayan-
dı, elə bil, ayaqları yoruldu. Ona elə gəldi ki, əsəbiləşdiyi üçün belə
oldu. Dincini alıb yenə getdi, bir iki yüz metr gedəndən sonra təzədən
dayanmalı oldu. Təəccübləndi. "Mənə nə oldu belə?" – deyə düşün-
dü. Bir az yorğunluğunu alıb əli ilə ayaqlarını yoxladı. Ayaqları
soyuq idi, tüklər seyrəlmişdi, dərisi də nəsə
xoşagəlim deyildi. Bunu
görən Teymur kişi bir az qorxdu, amma tez də özünə ürək-dirək
verib, çayxanaya tərəf getdi. Keyfi yox idi, ona görə də, orada
oturanlara başı ilə salam verib hovuzun yanındakı stola yaxınlaşdı.
Boş stullardan birini çəkib əyləşdi. Ayaqlarını irəli uzadıb dərindən
nəfəs aldı. Bir siqaret yandırıb tüstülətdi. Fikirli idi. Qutuya baxdı,
orada üç-dörd dənə siqaret qalmışdı. Yadına saldı ki, dünən axşam
Əhmədin dükanından beş qutu siqaret aldı. Ona görə də, çayla
bərabər iki qutu siqaret də sifariş verdi. "Nə edim? Bəlkə bu
zəhrimarı tərgidim?", – deyə fikrindən keçirtdi. Amma bu iş ona çox
ağır və qeyri-mümkün kimi görünürdü. “Allaha təvəkkül”, – deyib
çayını içməyə başladı. Ağzı zəhər kimi idi, ona görə də, dad nədi hiss
eləmədi. Çayxanada daha kimlərin olduğunu bilmək üçün ətrafa
boylandı. Yaxında Məhəmməd kişi ilə Mir Həsən oturmuşdular. Bir
az aralıda – çinar ağacının altında dörd cavan oğlan domino çırpırdı-
lar. Onlardan sağda iki nəfər yaşlı müəllim çay içir, söhbət edirdilər.
Solda isə rayon qəzetinin müxbirləri – Əli müəllimlə Əbülfəz
müəllim qəzet oxuyur, çay içirdilər.
Teymur kişi cibindən müştüklərini çıxarıb qabağına qoydu.
Onlardan biri qabıqlı uzun gilənar çubuğu, o biri isə qabığı qaşınmış
qısa və yaraşıqlı müştük idi. İkisini də həyətlərindəki gilənar ağa-
87
cından kəsib düzəltmişdi. O, bunları həmişə cibində gəzdirər, boş
vaxtı olanda çıxarıb "mafi qayda ilə" çəkərdi. Müştük ki, ortaya
gəldi, bil ki, Teymur kişi hələ çox oturacaq.
Elə bu vaxt hamının yaxşı tanıdığı cərrah Aydın həkimlə bir
yaşlı adam çayxanaya gəldilər. Onlar hamıya salam verib keçib
oturdular. Aydın həkim çayçı Mahiri yanına çağırıb alçaq səslə
dedi:
– Mahir, Bakıdan qonağım var, bizə Ordubad lumusu ilə bir
qəşəng pürrəngi çay ver, özü də yekə çaynikdə.
– Baş üstə, doktor, – deyə Mahirin şən səsi eşidildi.
Teymur kişi Aydın həkimlə gələn adama bir xeyli zəndlə baxdı.
"Üzü mənə tanış gəlir, amma heç cür aşıra
*
bilmirəm. Zehnim lap
kortalıb", – deyə dilxor-dilxor düşündü və müştüyünə taxdığı
siqaretə dəm verdi. Birdən xatırladı: "Hə, bu həmin professordu,
keçən il bacım qızını operasiya edən".
Professor Aydın həkimə tərəf əyilib işgüzar şəkildə dedi:
– Çox maraqlı xəstə idi, belə hadisə nadir hallarda olur.
Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla bir
xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik.
– Professor, Sizin bu sinteziniz çox uğurlu oldu. Mən də çox
şey öyrəndim, – deyə Aydın həkim təşəkkür etdi.
– Mənimlə müntəzəm əlaqə saxla. Çalış təyinatı dəqiq yerinə
yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim var bir elmi
məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı “Genel
cerrahiyye” jurnalında dərc olunsun.
Aydın həkim sevincək:
– Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama
da köməyi dəyər, – deyə ruh yüksəkliyi ilə bildirdi.
İlin "qora bişirən" ayı idi. Göydən “od tökülürdü”. Hərə başını
bir kölgənəcəyə soxmaq, çay, ya pivə ilə sərinləmək istəyirdi.
Uğurla bitən ağır cərrahiyə əməliyyatından sonra xəstənin
qohumları professora nə qədər yemək, içmək, kabab təklif etsələr də
o, hamıya təşəkkür etmiş, bu çayxanaya gəlməyi, yolqabağı çay içib
bir az dincəlməyi daha üstün tutmuşdu. Bura şəhərdə "Məmişin çay-
88
xanası" adı ilə tanınırdı. Məmiş kişinin əkiz oğlanları Mahirlə Tahir
çayxananı təmiz saxlayır, müştərilərlə xoş rəftar edirdilər, çaylarına
isə söz ola bilməzdi...
Bir azdan Teymur kişi çay içdiyi yerdə onu boğulma tutdu,
öskürdü, öskürdü, öskürdü... Hamı dönüb Teymura tərəf baxdı,
hətta domino oynayanlar da əl saxladılar. Əli müəllim:
– Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə,
ölürsən axı?
– Nə bilim, ay Əli müəllim, bir ildi ki, bu öskürək məni əldən
salıb. İstilik də ki, bir yandan...
– Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən?
– Yoox. Düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir
şeydi – ona görə getmirəm.
– Mən onu-bunu bilmirəm, səninki siqaretdəndi, Teymur əmi.
Gündə nə qədər çəkirsən?
– Ha çox... Teymur kişi bir az düşündü, uşaqlıq və gəncliyini,
siqaret çəkməyə nə vaxt başladığını yadına saldı: “On üç yaşımdan
bu zəhrimarı çəkirəm. Düz qırx iki ildi. Həmişə də papiros çək-
mişəm, yəni filtrsiz siqaret. Gün olub beş "paçka"
*
, gün olub altı
"paçka" çəkmişəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa
qanıx
-
verməz. Axır səkkiz-doqquz ildə səhər acqarına da çəkirəm.
Nə bilim?”, – deyə Teymur günahkar adamlar kimi başını aşağı
saldı...
Radioda həzin musiqi verilirdi. Diktor qız növbəti verilişi elan
etdi. Məlum oldu ki, həkim-narkoloq tütünün insan orqanizminə
zərəri barədə çıxış edəcək.
Tahir bufetdən söz atdı:
– "Adın çək, qulağın bur." Teymur əmi, di qulaq as! Ə, orada
dominonu az şaqqıldadın, qoyun görək həkim Teymur əmiyə nə
deyir?
Radionun növbəti həkim söhbəti başlandı: "Bizlərdən çoxu
siqaret çəkir. Siqaret çəkməyin zərərli vərdiş olmasını indi hamı
bilir. Görəsən, biz belə adətin özümüzə və ətrafımızdakılara necə
zərər verməsi barədə heç düşünürük?
89
90
Əvvəlcə görək, tütünün tərkibində hansı zərərli maddələr var?
Siqaretdə dörd minə qədər belə maddə aşkar edilib. Onlardan ən
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar
və digər maddələr insanda müxtəlif xəstəliklər əmələ gətirdikdən
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır.
İndi isə, belə maddələrin insanda hansı patologiyalar
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq.
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur.
Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini
əmələ gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları və
yuxu pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin
sistemə, xüsusilə böyrəküstü vəzə təsir edərək adrenalin ifrazını
artırır. O isə damar spazmı törədərək, arterial qan təzyiqini
yüksəldir. Yaşlı və təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir!
Bununla iş qurtarmır: adrenalin ürək üçün "qamçı" rolunu oy-
nayaraq, onu sürətlə döyünməyə məcbur edir. Nəticədə, ürək
əzələsi yorulur, haldan düşür və vaxtından tez qocalır. Bu isə, ürək
infarktı üçün zəmin yaradır. İnfarkt keçirmiş şəxslər üçün siqaret
çəkməyə davam etmək növbəti infarktı göz qabağına gətirmək
deməkdir. Adrenalin periferik damarları daraltdığı üçün orada
axan qanın miqdarı azalır və qidalanma pozulur: siqaretin ən ağır
fəsadlarından biri olan ayaq damarlarının obliterasiyaedici
endarteriti belə əmələ gəlir. Bu da axırda ayaqların qanqreni ilə
sonuclanır. Bundan başqa, nikotin xoşagəlməz acı dadı ilə həm də
mənfi emosiya yaradır.
Vaxtilə nikotini tütünün tərkibində ən zəhərli maddə hesab
edirdilər, lakin məlum olub ki, radiaktiv maddələr ondan da
təhlükəlidir. Bu radiaktiv maddələrdən benzpiren və dibenzpireni
göstərmək olar. Onlar alfa- və beta-hissəciklər şüalandırmaqla ağ
ciyəri daxildən dağıdır və xərçəng xəstəliyi əmələ gətirirlər. Bu,
həyat üçün çox qorxuludur! Bədxassəli şişlərin əmələ gəlməsinə
şərait yaradan və onun inkişafına kömək edən dəm qazı və kükürd
qazıdır. Dəm qazının toksiki maddə olması isə hamıya məlumdur.
91
Otuz doqquz yaşında həyata gözlərini yuman bir amerikan
jurnalisti görün nə yazır: "Mən öz "düşmənimlə" on dörd yaşında
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub.
Siqaret tüstüsünün iyini və aromatikliyini efir yağları və
qatranlar müəyyən edirlər. Həmin qatranlar tədricən ağciyər
alveollarını doldurub, tənəffüsü çətinləşdirirlər. Tənəffüsün pozul-
masına karbon qazı və dəm qazı da pis təsir edir. Belə ki, siqaret
tüstüsündə olan karbon, oksigendən dörd dəfə sürətlə hemoqlobinlə
birləşərək karbohemoqlobin əmələ gətirir ki, bu şəkildə toxumalara
gedən qan zəhərli olub orada oksidləşmə-bərpa reaksiyalarını
pozur.
Tütün təkcə ağciyər və tənəffüs yollarına mənfi təsir etmir, o
həm də həzm traktına ziyan verir. Siqaret çəkənin ağız suyuna
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir,
iştahanı pozur, mədə xorasına və axırda isə həzm sisteminin
xərçənginə səbəb olur. Onu da qeyd edim ki, siqaret çəkənlərdə
maddələr mübadiləsi və vitamin balansı da pozulur. Hər çəkilmiş
siqaret bütöv apelsində olan qədər C vitamini parçalayır. Gözün
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir".
Domino oynayan gənclərdən biri – bu, Cığal Cəfərin oğlu Dan-
qa Fətulla idi – cibindən siqaret çıxarıb alışqanla yandırdı, tüstüsünü
udub dedi:
– Bu həkimləri də qoyasan camaatı yaxşıca qorxuda. Hə-
kimlərin hamısı siqaret çəkir, özləri də deyir: "Ziyandı". Əgər elə
ziyandısa, bəs həkimlər onu niyə çəkir?
Onun bu atmacasına Aydın həkim dözmədi. Qayıtdı ki,
"həkimlərin heç də hamısı siqaret çəkmir. Onu da nəzərə alaq ki,
həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də nikotin
narkotik maddə olduğuna görə, hamıda asılılıq yaradır. Həmin asılı-
lıqdan çıxmaq isə hər oğulun işi deyil».
Fətulla yenə razılaşmadı, söz güləşdirməyə başladı:
– Yaxşı, bu siqaret ziyanlı şeydisə, niyə onu bu qədər findi-
firuşqa düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə?
92
O, bunu deyib əlində olan gözəl siqaret qutusunu yuxarı
qaldırdı. Aydın həkim onun bu sözünü də cavabsız qoymadı:
– Ay qardaş, əvvəla siqaret maqnatları öz mallarını satmaq üçün
onu belə gözəl hazırlayırlar. Bu, normal bir şeydi. O ki qaldı
reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret reklamları
yığışdırılıb. Xəbərin var ki, Yaponiyada siqaret çəkəni işə
götürmürlər? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət verirlər,
hə?
Həmin höcət adam yenə söz altda qalmadı:
– Bayaq radioda həkim deyir ki, siqareti çox çəksən, guya iflic
olarsan, harada belə şey olub? Əşi, deyir də… – deyə lağ ilə güldü.
Yanındakılar da ona qoşuldular.
Söhbət bu yerə çatanda, Mir Həsən də kənarda qalmaq istə-
mədi:
– Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev adında bir kişi
var idi. Onda mən uşaq idim, o vaxt biz hələ kənddə yaşayırdıq. Bir
gün xəbər çıxdı ki, Əsgər kişi öldü. Bilirsən o niyə öldü? – deyə
Fətullagilə tərəf baxdı.
Oğlan istehza ilə:
– Birdən siqaretdən ölər ee…
– Sən heç lağ-zad eləmə, qardaşoğlu. Bəli, elə siqaretdən
ölmüşdü! Səhər-səhər durub gedirlər çölə, ot yığmağa. Çöldən ot
yığası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də Əsgər kişi
bəlkə on siqaret çəkir, özü də ac-susuz. Vurub zəhərləmişdi onu.
Rəhmətlik elə onunla da getdi. Sən heç elə demə, görürsən, siqa-
retdən nəinki iflic, hətta ölüm də olur…
Yoldaşları onun ayağını nə qədər bassalar da, Fətullanın yenə
öcəşkənliyi tutdu:
– Yaxşı, əgər desəz ki, siqaret ağciyərdə, nə bilim, xərçəng
əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli var?
Siqaret hara, ayağın qanqreni hara?
Aydın həkim güldü və başladı Fətullanı başa salmağa:
– Elə məsələ də orasındadı ki, siqaret təkcə ağciyərlərə zərər
verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə mane
93
olur. Axırda da qan işləmədiyinə görə, qanqrena əmələ gəlir. Sən bir
gün bizim xəstəxanaya gəl. Mənim beş-altı belə xəstəm var, birinin
adı Nüsrətdi, otuz dörd yaşı var – keçən ay onun sol ayağını diz
oynağından amputasiya etdik. İndi yazıq şikəst olub, heç yerə gedə
bilmir. Səbəbi də ki, siqaretdi, bildin?
– Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma batmır.
Bu yerdə professor söhbətə qarışdı:
– İndi qulaq as, oğul, deyim. Mən institutu təzə qurtaranda
Respublika xəstəxanasının cərrahiyyə şöbəsinə bir kişi gətirdilər.
Onun sağ ayağında qanqrena gedirdi. O vaxt xəstənin sağ ayağını
dizdən amputasiya etdik, dedik ki, siqareti atsın. Atmadı. Bir üç-
dörd ildən sonra onu yenə gətirdilər. Bu dəfə bud-çanaq oynağından
götürdük. Yenə dedik ki, siqareti mütləq atsın. Yenə atmadı. Beş-
altı ildən sonra onu təzədən gətirdilər – bu dəfə sol ayağını dizdən
kəsdik. Yenə dedik, izah elədik ki, əgər siqareti atmasa, daha pis
olacaq. Elə də oldu: onu iki-üç ildən sonra dördüncü dəfə gətirdilər.
Axırıncı dəfə onun sol ayağını məcbur olduq ki, dibdən götürək.
Yalnız bundan sonra o, siqareti atdı, amma artıq çox gec idi! İndi
çuval kimi evin bir küncündə qalıb! Təsəvvür edirsinizmi bu nə
deməkdi? Siz siqaretin zərərini bir dərindən düşünün. Özünüzü bir
anlığa həmin adamın yerində hesab edin, – deyə professor
həyəcanla izahat verdi və əlavə etdi – on beş-on altı ilə həmin kişini
dörd dəfə amputasiya etmişik. Hətta innən belə siqareti atmasa idi,
yəqin ki, daha pis ola bilərdi. Özü də çox qoca da deyil – cəmi əlli
yeddi yaşı var.
Professor söhbətini bitirib cavanlara tərəf baxdı. Hamı sus-
muşdu.
Teymur yenə öskürdü o, bir qurtum çay içib dedi:
– Balam, qoyun görək bu radio nə deyir da?
Hamı həkim söhbətinə qulaq asmağa başladı:
«Siqaret çəkməyin sizin ailə büdcənizə vurduğu zərəri heç
hesablamısınız? Siqaretə xərclənən pulu aya, ilə vursaq, çox böyük
bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz görə-
görə yanıb kül olur. Axı, bu israfçılıqdır! Müqəddəs kitabımızda
94
deyilir: «Yeyin, için, israf etməyin. Çünki Allah israf edənləri
sevməz».
Teymur kişi astadan dedi:
– Ona qalsa, mən iki maşının pulunu yandırıb kül eləmişəm.
«İndi isə gəlin, siqaretin ətrafımıza və ekologiyaya vurduğu
zərəri araşdıraq. Ata evdə siqaret çəkir: görəsən, bu onun ailə
üzvlərinə, qadın və uşaqlara necə təsir edir? Bayaq deyilənləri
siqaret çəkənlə bir yerdə olan «zərərdidələrə» də aid etmək olar.
Özü də belə zərər uşaq və yeniyetmə orqanizmi üçün daha çox
ziyanlıdır! Üstəlik, atanın öz övladı üçün pis örnək olması da
nəzərdən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş
ola! Daha pisi isə əgər hamilə qadın, ya da süd verən ana siqaret
çəkirsə»…
Mir Həsən asta-asta moizə elədi: «Qurani-Kərimdə deyilir ki,
Allahın qulu qiyamət günündə dörd şeydən hesabat verməlidir.
Birincisi, özünü nəyə həsr etməsi barədə, ikincisi, elmi ilə nə iş
gördüyü barədə, üçüncüsü, malını nəyə sərf etməsi barədə və
dördüncüsü isə canına necə baxması barədə hesabat». Necə bilirsiz,
siqaret çəkən bu hesabatı verə biləcək? Ay verdi ha… Qurandan
daha bir ayə: «Sağlamlıq qaydalarına riayət edərək qüvvətli olan
mömin həmin qaydalara əməl etmədiyi üçün gücsüz və zəif düşən
mömindən Allah qarşısında daha xeyirli və sevimlidir».
Fətulla yenə bir söz tapıb:
– Bu Mir Həsən lap molla imiş ki? – deyə yenə rişxəndlə güldü.
Narkoloq həkim isə deyirdi: «Dörd yüz il bundan qabaq
Amerikadan Avropaya gətirilən tütün bitkisi indi bütün dünyaya
yayılıb. Milyonlarla hektar münbit torpaqları «zəbt» edən tütünün
əkilib becərilməsinə, zavod və fabriklərdə istehsalına, hazır
məhsulun dünyanın hər yerinə daşınıb aparılmasına və satışına gö-
rün nə qədər insan zəhməti, nə qədər xərc tələb olunur. İstifadə
olunmuş siqaret isə öz «bəd əməlini» yerinə yetirdikdən: havamızı,
suyumuzu, ekologiyanı korladıqdan, getdiyi hər yeri zibillədikdən
sonra öz «missiyasını» başa vurmuş olur. İstirahətə gedən siqaret
95
həvəskarlarının ildə minlərlə hektar ağac və bitki örtüyünü puça
çıxardıqlarını hesablamaq mümkündürmü?»
Teymur kişi çənəsini stola dayayaraq, yerə baxa-baxa günahkar
adamlar kimi həkim söhbətinə qulaq asır, qulaq asdıqca da xəstə-
liyin xofu onu daha da basırdı… Məhəmməd kişi təsbehini çevirə-
çevirə belə bir əhvalat danışdı:
– Mən özüm buralara Keçili kəndindən gəlmişəm. O vaxtı
bizim kənddə bir kişi var idi. Adı Hüseynqulu idi, amma hamı ona
Pəhləvan Hüseynqulu deyərdi. Ucaboy, zəbərdəst bir kişi idi, bir
oturuma dörd adamın yeməyini yeyərdi. Müharibəyə gedib
gələndən sonra başladı tənbəki çəkməyə. O vaxtlar belə siqaretlər
hələ yox idi, hamı tənbəki çəkərdi. Hüseynqulu əmi hara getsə idi,
tütün torbası da yanında olardı. Sovetin vaxtı «Kommunist» qəzeti
çıxardı. Götürərdi o qəzeti hər səhifəni on yerə bölər, tənbəkini
ovub içinə doldurar, eşmə hazırlayardı. Çəkdiyi də elə eşmə olardı.
O vaxtı ən yaxşı tənbəki Qarabağlar, Şahtaxtı tənbəkisi hesab
olunardı. Şahtaxtıda da onun Mir Ələsgər adlı bir seyid dostu vardı.
Payızda gedib ondan illik tənbəki payını alardı. Əvəzində də ona ya
iki-üç toğlu, ya da pul verərdi. Nə isə, sözüm onda deyil…
Hüseynqulu kişi bir gün başladı öskürməyə. Hara apardılar dərdinə
əlac eləyən olmadı. O vaxtı heç həkimlər də xərçəngin nə olduğunu
bilmirdilər. Əlqərəz, kişi düşdü ölüm yatağına. O boyda kişi əridi
oldu bir ovuc, paltarının biri də əynində durmadı. Onun dörd oğlu,
iki qızı var idi. Oğlanlarının hamısı da siqaret çəkirdilər. Dədələ-
rinin yanında çəkməsələr də o, bunu bilirdi. Ona görə də, Hüseyn-
qulu əmi oğlanlarını yanına çağırıb belə dedi: «Bizim tayfamıza
Pəhləvanlar tayfası deyərlər. Özüm dörd adama dov gəlmişəm, hələ
indiyə qədər bir adam mənim dizimi yerə vura bilməyib. Mühari-
bədə qurşağa kimi qarın, suyun içində yatmışam, xəstələnməmişəm.
Amma bu tütün görün nə «köpəyoğlu» şeydisə, məni yıxdı, mənim
kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim budu: qırxımı verən
kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız çəkirsiz, o zəhri-
marı atmayan məndən deyil, heç qəbrimin üstünə də gəlməyin», –
deyə sözlərini bitirdi. Rəhmətliyin o sözləri hələ də qulaqlarımdadı.
96
O vaxtlar mən də tay-tuşum kimi siqaret tüstülədərdim. Rəh-
mətliyin o sözlərindən sonra o oldu-bu oldu siqareti atdım!
Fikirləşdim ki, siqaret o boyda kişini yıxandan sonra mənim kimi
cılız bir adamı dünəndən yıxar. Oturub-durub Hüseynqulu əmiyə
rəhmət oxuyuram.”
Maraqla qulaq asan professor siqaret söhbətinə yenidən qa-
rışaraq dedi:
– Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlənəndən sonra –
üzr istəyirəm – arvadım xəstələndi. O həkim qalmadı aparmayım,
əlacı olmadı. Moskvaya apardım, Təbrizə apardım, axırda Türki-
yədə bir professor var, uzun illər Amerikada, Almaniyada işləmiş
adamdı, onun yanına apardım. O mənə dedi ki, «sənin xanımındakı
boğulma tutmaları sənin siqaret çəkməyinlə əlaqədardı». Dedi ki,
«xanımda nikotinə qarşı allergiya var». Elə həmin gündən siqareti
atdım. O vaxtdan üç il keçib, yoldaşım bir dəfə də olsun xəstələn-
məyib…
– Professor, Sizin bu sözünüz şahidi olduğum bir hadisəni
yadıma saldı, – deyə, Aydın həkim xatırlamağa başladı. Biz o vaxt
patanatomiya dərsində idik. Zərdab rayonundan bir adam gətirmiş-
dilər – qırx yeddi yaşında. Bunu əvvəlcə gətirirlər klinikanın
cərrahiyyə şöbəsinə, orada onu «operasiya» edirlər. Cərrah görür ki,
bunda ağ ciyər xərçəngidi – yaranı təzədən tikir. Beş gündən sonra
xəstə rəhmətə getmişdi. Öləndən sonra diaqnozun təsdiq olunması
üçün onu gətirmişdilər morqa. İndiki kimi yadımdadı: morqda
bizim patanatom müəllimdi, cərrahdı, bir də qrup yoldaşlarımız.
Patanatom həkim meyidi yarıb daxili üzvlərini açdı. Birdən soruşdu
ki, «sizlərdən siqaret çəkəni var?». Dedik: «Bəli, var». Dedi:
«Baxın, görün ağciyərlə qaraciyəri seçə bilərsiz?». O vaxt qrupdakı
oğlanlardan çoxu siqaret çəkirdi, mən də həmçinin. Baxdım ki,
ağciyər qapqaradı. Dedik: «Doktor, indi bizim də ağciyərimiz
belədi?». Həkim güldü: «Əlbəttə. Bakıdakı maşınların tüstüsü,
zavodların tüstüsü plyus siqaretin tüstüsü. İndi özünüz mülahizə
edin». Sözün düzü, nə təhər qorxdumsa, elə onunla da siqareti
97
atdım. Uşaqların çoxu təzədən başladılar, amma mən yox. Artıq
iyirmi beş ildir ki, mən siqaret çəkmirəm.
Professor saatına baxdı. Aydın həkim getmək vaxtı olduğunu
hiss edib ayağa qalxdı. İkisi də çayxanadakılarla sağollaşıb oradan
çıxdılar.
Onların ardınca Teymur kişi də durub yavaş-yavaş evə tərəf
getməyə başladı. Yolüstü Əhmədin dükanına girdi, oradan üç qutu
siqaret aldı. Dükanda bir nəfər cavan oğlan pivə içirdi. Teymur kişi
birdən ayaq saxladı:
– Əhməd, ondan birini də mənə aç, ürəyim yanır, – dedi. Əh-
məd soyuducudan bir sərin pivə çıxartdı. Teymur kişi pivəni içdi,
xoşuna gəldi, ona görə, ikisini də evə götürdü. Evə çatanda gördü
ki, qapı bağlıdı. «Yəqin Tellinin qızının nişanına gediblər», – deyə
düşündü. Qapını açıb evə girdi. Pivələri stolun üstünə qoydu. Bir
siqaret yandırıb fikrə getdi, sonra özü ilə danışmağa başladı:
– Allah Kolumba lənət eləsin, o, bütün dünyanı bəlaya saldı!
Allah məni bu siqaretə alışdırana lənət eləsin!
...Rəhmətlik atam cavan yaşda öldü; biz – anam, üç bacım və
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim.
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı.
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim,
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin, nə də içdiyimin tamını bilməmişəm.
İştahdan-zaddan da düşmüşəm, arıqlamışam, yarı canım qalıb.
Bir yandan bu mənim canıma daraşıb, içəridən söküb dağıdır. O biri
yandan da pul qoymur qalsın məndə. Demək, siqaret mənim həm
can, həm də cib düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən
salır, evdəkilərlə “üz-göz” eləyir. Yazıq Fatma insafən düz deyir
də...
98
99
Teymur fikirli halda otaqda gəzişir, yenə özü ilə danışırdı:
– Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik
qurtarmaq lazımdı! Belə görürəm ki, mən bununlaq qurtarmasam,
bu zəhrimar mənim axırıma çıxacaq! O siqaretə xitabən: “Sən nəsən
ki, mən səninlə qurtara bilməyim?! Mən səni özümə dost bildim,
amma sən mənə xəyanət elədin. Mənə deyən gərək: “Siqaret sənin
əlindədi, sən ki, siqaretin əlində deyilsən”?! Bax, bu axırıncı siqare-
timdi, çəkim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam”, – deyə
o, siqareti tez-tez sümürüb külqabına basdı. Pivənin birini açıb
başına çəkdi, yenə bir-iki ağız öskürdü. “Yox, qoy birini də çəkim,
onsuz da bu mənim lap axırıncı siqaretimdi, çünki sabahdan ta çək-
məyəcəm”, – dedi.
Teymur özünə yer tapa bilmir hey vurnuxurdu, elə bil “itiyi
itmişdi”… Birdən o dib otağa keçdi. Burada kiçik qızın cer-cehizi
yığılmışdı: yataq və istirahət mebeli, televizor, soyuducu, tozsoran,
xalça-palaz, dörd dəst təzə sırınmış yorğan-döşək, «Madonna»
servis və bir neçə qeyri ayın-oyun. O bunları «əlinin isti vaxtı»
arvadının təhrikilə almışdı. «Əgər Fatma deməsəydi, almayacaqdım
yaxşı ki, almışam, indi çox şükür, rahatam», – deyə sevindi.
Elçilərin: «Havalar bir az sərinləyən kimi gəlinimizi aparacağıq», –
deməsi yadına düşdü. Gülümsədi. Şüşəbəndə keçdi. Teymur kişi
teleseriala baxa-baxa ikinci pivəni də içib siqaret damağında divana
uzandı. Və Teymuru yuxu apardı…
…Bir saatdan sonra Teymur kişinin öz evində evi ilə bərabər
yanması barədəki xəbər ildırım sürətilə şəhərə yayıldı.
Naxçıvan, 2002.
|