Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
  1   2   3   4   5   6   7   8

 
 
                 Asif   KƏNGƏRLİ 
 
 
 
 
 
 
 
 
    
B
B
Ə
Ə
L
L
A
A
 
 
            
Pyes və hekayələr 
 
 
 
 
 
 
 
 
Bakı– 
 – 2016
 

 

 
 
 
 
Bu  kitabda  tanınmış  həkim,  istedadlı  yazıçı  Asif  Kən-
gərlinin  narkomaniya,  alkoqolizm  və  tabakomaniya  möv-
zusunda ilhamla qələmə aldığı pyes və hekayələri toplanıb. 
Kitabda  bu  problemlər  bədii-sənədli,  elmi-tibbi  və  dini 
prizmadan çox gözəl şərh olunur. 
Asif həkim içərisində olduğu hadisələri məharətlə mun-
cuq kimi  “sapa  düzüb”, elə  ona görə  də  əsərləri  bu  qədər 
real, inandırıcı və təsirli alınıb. “Bəla” pyesi müasir Azər-
baycan dramaturgiyasının bəlkə də şah əsəridir. 
Kitabın  dili  şirin,  sadə,  zəngin,  axıcı,  yığcam,  ifadələri 
sərrast və mənalıdır – bu keyfiyyətləri bir yerə yığa bilmək 
yazıçıdan hünər tələb edir. Oxucu nə əlindəki kitabdan, nə 
də onun dərin təəssüratından ayrıla bilmir... 
Asif Kəngərli öz əsərlərini söz inciləri ilə bəzəyib, sən də, 
əziz oxucu, o inciləri tap, oxu, öyrən, yadda saxla...
 
 
 
 
 
Asif Kəngərli (Məmmədli). BƏLA. Pyes və hekayələr. 
– Bakı: Mütərcim, 2016. – 140 səh. 
 
 
K
026
4702060000
 
 
© А.Кəнgəрли, 2016 

 

 
 
* * * 
Dilindən, dinindən, işindən, peşəsindən 
və  yaşından  asılı  olmayaraq,  hamıya  lazım 
olan  kitab  –  sənin  həyatını  dəyişdirə  bilən 
kitabın. 
 
* * * 
Bir dəfə azdı, onu iki-üç dəfə oxu, öyrən, 
dostlarına  danış.  Bu  kitabı  çox  istədiyin 
yaxınlarına  bağışla,  bu  yolla  onları  əyri 
yoldan çəkindirməyə çalış, savab qazan. 
 
* * * 
Məlumatlı  olmaq  silahlı  olmaq  kimidi; 
indi  sənə  biri  Zülfüqar,  o  biri  Misri  qılınc 
qüdrətində  olan  “Bəla”  və  “Zəhrimar”la 
silahlanmaq  vaxtıdı.  Haydı,  çək  “qılıncını” 
“düşməni” yaxına qoyma! 
 
* * * 
Sən kimin tərəfindəsən – Allahın, yoxsa 
Şeytanın? Siqaret çəkmək, içki içmək, narko-
tik  qəbul  etmək  Allahın  yolundan  çıxmaq 
deyil, bəs nədir? 
 
 

 

* * * 
Sənin  üstünə  üçbaşlı  əjdaha  hücum 
çəkmək  istəyir.  Əjdahanın  bir  başı  Siqaret, 
ikinci başı Alkoqol, üçüncü başı isə Narkotik 
adlanır.  Əgər  sən  siqaret,  alkoqol  və  nar-
kotikdən  uzaq  olsan,  onda  əjdahaya  qalib 
gələ  bilərsən,  yox,  zəiflik  etsən,  yəqin  bil  ki, 
o əjdaha səni udacaq! 
 
* * * 
Siqaret və Alkoqol çoxdan evimizə girib 
keçib  yuxarı  başda  oturublar,  biz  onları 
evdən eşiyə ata bilmirik.  
Narkotik isə qapını aralayaraq zorla içəri 
təpilmək istəyir ; indi bizdə  və  hər yerdə  elə 
bu mübarizə gedir : kim kimi...  
Əgər  biz  imkan  versək  ki,  Narkotik  də 
içəri  girsin,  onun  iki  ayrılmaz  dostu  var  –– 
birinin adı Hepatit  C-di, o birininki AİDS –– 
onlar  da  gələcəklər...  Ondan  sonra  belə  evdə 
yaşamaq nə dərəcədə mümkün olar?   
 
 
* * *  
Bu  kitab  evdə  valideyinin,  məktəbdə 
müəllimin,  tədbirdə  mühazirəçinin,  orduda 
komandirin, məclisdə mollanın əlində kəsərli 
“silahdı”,  söz silahı... 

 

* * * 
“Bəla”nı  oxusan,  bəladan,  “Sər  suyu”nu 
dərk  etsən,  şərdən,  “Zəhrimar”dan  xəbərin 
olsa  zəhərdən  uzaq  olar,  “Qəlyan”  çəkməz-
sən, hekayələri keçsən, “Ömürlük dərs” alar, 
“Məntiq”lə düşünər və heç kimin “Tələ”sinə 
düşməzsən. Onu da bil ki, bu kitab sənə uca 
“Allahın bəxşişi”di. 
 
* * * 
“Şər  suyu”nu  “Zəhrimar”  bil  ki,  “Bə-
la”ya düşməyəsən. 
 
* * * 
Siqaret,  içki  və  narkotik  mövzusunda 
dünyanın  ən  maarifləndirici,  ibrətamiz  kitabı 
– gənclərin əldən-ələ gəzən kitabı! 
 
* * * 
Bu kitab deyil, başdan-ayağa haraydı, 
haray. Burada həm haray var, həm də nicat 
yolu. 
 
* * * 
Bu  kitab  hansı  evə  getsə,  hansı  qəlbə 
girsə, onu “sanasiya” edər, yəni təmizləyər. 
 

 

* * * 
Yazmadım rəfdə qalım, 
Yazdım ki, səfdə qalım. 
 
* * * 
Mən “xalq yazıçısı” deyiləm, amma “xal-
qın yazıçısıyam”, – deyə bilərəm. 
 
* * * 
Yorulmadan, usanmadan çalışdım, hamı-
nı  silkələyən,  ayıldan  kitab-abidə  yaratdım. 
Bu  kitab  mənim  bu  dünyam  üçün  başuca-
lığım, o dünyam üçün savabımdır. 
 
Müəllifdən 
Bakı, 2012 

 

 
Ö
Ö
n
n
 
 
s
s
ö
ö
z
z
 
 
ə
ə
v
v
ə
ə
z
z
i
i
 
 
 
M
M
Ə
Ə
N
N
D
D
Ə
Ə
N
N
 
 
S
S
Ö
Ö
Y
Y
L
L
Ə
Ə
M
M
Ə
Ə
K
K
D
D
İ
İ
R
R
,
,
 
 
S
S
İ
İ
Z
Z
D
D
Ə
Ə
N
N
.
.
.
.
.
.
 
 
 
Həyatda  olduğu  kimi  bu  aləmdə 
də  hər  şey  sadədən  mürəkkəbə,  azdan 
çoxa doğru  gedir:  adam  əvvəlcə siqa-
ret çəkir, sonra nəsə çəkir, axırda iynə 
vurur... Narkotikə  tərəf gedən o bəlalı 
yol  məhz  siqaretdən  başlayır.  Ümum-
dünya Səhiyyə Təşkilatı bir araşdırma 
aparıb: 
onlar 
siqaret 
çəkməyə 
başlayan 
gəncləri 
on-on 
ayırıb 
yollarını  izləyiblər.  Məlum  olub  ki, 
hər  onluğun  beşi  yalnız  siqaret  çək-
məklə  kifayətlənib,  ikinci  beşliyin  isə 
ikisi bir-iki dəfə, ikisi beş-on dəfə, biri 
isə  daimi  nəşə  çəkən  xəstəyə  – 
nəşəxora çevrilir. Və həmin xəstə beş-
altı  ildən  sonra  ağır  narkotikə  – 
heroinə  keçir.  İş  bununla  da  bitmir,  o 
narkoman  əvvəlcədən  tanıdığı  dost-
larını, yoldaşlarını, qohum və qonşula-
rını heroinə cəlb etməyə çalışır. Nəticə 
isə  çox  acınacaqlı  olur,  bunu  siz 
özünüz  də  təsəvvürünüzdə  canlandıra 
bilərsiniz.  Demək,  bu  günün  siqaret 
çəkəni  sabahın  potensial  narkomanı 
deməkdir.  Ona  görə  də  siqaret  çək-

 

məyə  sadəcə  siqaretçəkmə  kimi  yox,  narkomaniyanın  başlanğıcı 
kimi  baxmaq  və  ona  qarşı  mübarizə  aparmaq  lazımdı  –  başqa 
yolumuz yoxdur! 
Əvvəllər  narkotikin  nə  olduğunu  bilməyən  bir  gənc,  deyək  ki, 
heroin qəbul etməyə başladı. Gəlin görək, bu zaman narkotik maddə 
həmin gənci nələrdən məhrum edir? Mənə görə, o adam beş şeydən: 
əvvəla can sağlığından, pul-paradan,  yaxşı addan, sonra bu dünya-
sından və o dünyasından məhrum olur. 
1.  O,  hər  şeydən  qabaq,  insanın  sağlamlığını  əlindən  alır,  onu 
ağır  xəstəliklərə  düçar  edir.  Narkomaniya  –  psixosomatik  xəstəlik 
sayılır, yəni bu həm başın, həm də bədənin xəstəliyidir. Beləsinin nə 
sağlam canı, nə də sağlam ruhu ola bilər. 
2. Narkotik maddə bahadır, onu almaq çoxlu pul tələb edir. Daim 
artan bu tələbatı ödəmək  üçün narkoman  pula  gedən nəyi varsa, satır 
və  həmin  pulu  narkotikə  sərf  edir.  Nəticədə,  əvvəllər  zəngin  olan  bir 
şəxs sonda var-yoxdan çıxır, müflisləşir və borca düşür... Narkomaniya 
– öz ölümünü pulla satın almaqdır. 
3. Hər kəs istəyər ki, yaxşı adı olsun, “çünki yaman addan ölüm 
yaxşıdır”.  Narkoman  kim  olursa-olsun,  hansı  ad-sana,  fiziki  və 
maddi  imkanlara  sahib  olursa-olsun,  onun  adına  bir  damğa  vurul-
muş  olur:  “Narkoman”.  Və  o,  bu  ləkəli  adla  yaşamaq  məcburiy-
yətində qalır. 
4.  Narkotik  maddə  insanı  bu  dünyanın  nemətlərindən  məhrum 
edir:  narkoman  ailə  və  dostlarından  uzaqlaşır,  həyatdan,  təbiətdən, 
yeyib-içməkdən,  gəzməkdən,  işi,  məşğuliyyəti,  hobbisi  və  sairdən 
zövq  almır.  Onun  yalnız  bir  arzusu  olur:  nə  olursa-olsun  heroin 
tapmaq və iynə vurmaq! Əslində narkoman heç o maddədən də həzz 
ala  bilmir,  yalnız  “ağrıya  vurur”,  amma  buna  baxmayaraq  güclü 
meylin  də  qarşısında  duruş  gətirə  bilmir.  Yəni  “həm  Əli  aşından 
olur, həm də Vəli aşından”. 
5.  Narkotik  maddə  insanı  o  dünyanın  nemətindən,  yəni  cən-
nətdən  də  məhrum  edir,  çünki  Allahın  buyurduğu  doğru  yoldan 
sapıb  Şeytana  qulluq  edən  bir  bəndəni  Allah  öz  cənnətinə  niyə 
qəbul etsin? 

 

Narkotik  maddə,  yaxud  alkoqoldan  sui-istifadə  etmək  insanın 
sanki  qibləgahını  dəyişdirir,  o  Kəbəyə  deyil,  artıq  Şeytana  səcdə 
qılır, bütün çirkinliklər də elə buradan qaynaqlanır. “Əgər içki bütün 
çirkinliklərin anasıdırsa, onda narkotik də onun atasıdır”. 
Mən Yer üzündə ikinci elə bir şey tanımıram ki, narkotik maddə 
qədər insanı hər şeydən belə total şəkildə məhrum edə bilsin. 
Vaxtilə  sağlam  olan  bir  gəncin  narkotikə  uyması  bir  əsgərin 
itirilməsi, yaxud bir qızın “boş” qalması deməkdir. Əgər o ailəlidirsə, 
onda o ailənin başı üzərində Damokl qılıncı asılmış kimidir: boşanma 
təhlükəsi  anbaan  artır.  Orasını  da  deyim  ki,  ölkəmizdə  ailəli  narko-
manlardan  törəyən,  müxtəlif  fiziki  və  psixi  qüsurlu  uşaqların  prob-
lemləri də əmələ  gəlib. O uşaqlar böyüdükcə problemlər də  artacaq, 
böyüyəcək... 
Azərbaycanda  28  min  (2013)  qeydiyyatda  olan  psixoaktiv 
maddə  qəbuledicisi  –  xəstə  var.  Əhali  arasında  belə  xəstələrin 
ümumi sayını tapmaq üçün həmin rəqəmə bir sıfır əlavə etmək qə-
bul  olunub.  Demək,  Azərbaycanda  280  min  belə  xəstə  yaşayır. 
Onlar  asılı  şəxslər  adlanır.  Həmin  xəstələrlə  bir  yerdə  yaşamaq 
məcburiyyətində  qalan,  hər  gün  əsəbiləşən,  yuxusu  pozulan,  zillət 
çəkən ailə üzvlərinə isə  müştərək asılı  şəxslər deyilir. Əgər asılı  + 
müştərək  asılı  şəxsləri  toplasaq,  onda  çox  böyük  bir  rəqəm  alınar. 
Müştərək  asılılar  asılı  şəxslərin  yaratdığı  problemlərin  içərisində 
çapalayır,  əziyyət  çəkir,  xəstələnirlər:  çünki  “xəstə  xəstə  olmaz, 
xəstə  becərən  xəstə  olar”,  –  deyiblər.  Narkomaniya  və  ya  alko-
qolizmə  qarşı  mübarizə  aparmaq  həm  də  həmin  şəxslərin  səhhəti, 
bəlkə də həyatı uğrunda mübarizə aparmaq deməkdir. 
Azərbaycanın  qarşısında  iki  böyük  problem  durur:  Qarabağ 
münaqişəsi və siqaret, alkoqol, narkotik maddələrin gətirdiyi prob-
lemlər. Bu problemləri necə həll etməli, bir çıxış yolu varmı? Bəli, 
var, “bircə ölümə çarə yoxdu”. 
Heydər  Əliyev  26.08.1996-cı  il  tarixdə  narkotik  maddələrin 
qeyri-qanuni  dövriyyəsi  ilə  mübarizə  aparmaq  üçün  fərman  və 
sərəncam imzalayıb. O sərəncama görə, Təhsil, Mədəniyyət və Tu-

 

rizm,  Gənclər  və  İdman  nazirlikləri  kompleks  maarifləndirici  və 
profilaktik tədbirlər görməlidirlər. 
Təhsil  nazirliyi  orta  məktəblərin  ədəbiyyat  üzrə  tədris  proq-
ramına  tabakomaniya,  alkoqolizm  və  narkomaniyadan  bəhs  edən 
əsərlər  salmalı,  onları  tədris  etməlidir.  Mən,  müəllifi  olduğum 
“Zəhrimar”  hekayəsinin  IX  sinifdə,  “Bəla”  pyesinin  isə  XI  sinifdə 
tədris  olunmasını  təklif  edirəm.  Bu  əsərlərin  mövzusuna  uyğun 
inşalar yazılmalı və bu problemlər hər sinifdə müzakirə predmetinə 
çevrilməlidir. Əgər belə olarsa, siqaretə, alkoqola və narkotikə qarşı 
böyük  bir  maarifləndirici  iş  görülmüş  olar,  bu  sahədə  az  qala 
inqilabi dəyişikliklər baş verə bilər. 
Mədəniyyət və Turizm nazirliyində isə “Bəla”, “Zəhrimar” adlı 
pyeslər  və  digər  müəlliflərin  əsərləri  Azərbaycan  və  rus  dillərində 
tamaşaya qoyulmalı, filmlər çəkilməli, kitablar çap olunmalıdır. Elə 
etmək  lazımdır  ki,  orta  məktəb  şagirdləri  ədəbiyyatdan  bir  dərsi 
teatrda  keçsinlər,  bu  mümkün  deyilsə,  onda  həmin  dərsin  sinifdə 
film-nümayişi  təşkil edilsin.  Belə  çox maraqlı və  əyani  olar,  yadda 
qalardı.  Axı,  nə  vaxta  qədər  müəllim  danışacaq,  şagird  isə  qulaq 
asacaq? 
Yeri  gəlmişkən,  yaxşı  olardı  ki,  bütün  orta  məktəblərin  IX-XI 
siniflərində iki mövzuda filmlərin göstərilməsi vacib sayılaydı: 
1) Qarabağ, soyqırım, 20 yanvar mövzusunda olan film. 
2)  Siqaret,  alkoqol  və  narkotik  maddələr  barəsində  çəkilmiş 
film. 
Bütün  bunlar  çox  xərc  və  vaxt  aparmayan,  lakin  gənc  nəslin 
tərbiyəsində mühüm rol oynayan çox effektli və faydalı işlər olmuş 
olardı. 
“Məndən söyləməkdir, sizdən”... 
 
Bakı, 2012 

 
10 
 
 
S
S
İ
İ
Z
Z
İ
İ
N
N
L
L
Ə
Ə
 
 
S
S
Ö
Ö
H
H
B
B
Ə
Ə
T
T
 
 
 
 
 “Bir müsəlman qardaşı düz 
yola hidayət etmək savabdır” 
Qurani-Kərim 
 
 
Əziz  oxucum!  İşimlə  əlaqədar  mənə  çoxlu  müraciətlər  olur. 
Narkotikin  bəlasına  düşən,  alkoqolun  gətirdiyi  əzablarla  əlləşən, 
tütünün zəhərini udan dərdli, xəstə və bədbəxt insanlar ya yanıma – 
iş yerimə gəlir, ya da mənə zəng edirlər. Xəstələri çox vaxt ya yaxın 
qohumları,  ya da dostları gətirirlər. Tək-tək hallarda narkoman özü 
“öz  ayağı”  ilə  gələr.  Çoxdan  tanıdığım  bir  nəfər  “öz  ayağı”  ilə 
yanıma gəlib dərdini belə danışdı: 
–  Doktor,  mən  neçə  il  idi  ki,  –  adını  demək  istəmirəm  –  bir 
nüfuzlu  idarədə  işləyirdim.  İşim  də  çox  yaxşı  idi.  Altımda 
“slujebni”
*
 maşınım, işim, gücüm, pulum, param. Əlim üstə əl  yox 
idi! Mənim bir sözümlə bağlı qapılar açılır, min dollarlıq işi bir tele-
fon zəngi ilə həll edirdim. 
Sonra  işimi  dəyişdim,  kommersiya  ilə  məşğul  oldum.  Bu  işim 
ondan  da  yaxşı  oldu.  Nə  başıvı  ağrıdım,  dörd  ildə  yeddi  maşın 
dəyişdim,  hamısı  da  xarici  maşınlar.  Özümə  şəhərin  mərkəzində 
villa  tikdirdim,  dükan  aldım,  firma  açdım.  Gör  nə  aləm  idi  ki, 
“krupnı  partiya”
*
  sələmə  pul  buraxırdım.  Günümü  də  keflə 
keçirirdim:  yemək-içmək,  gəzmək,  sauna,  bazlıq...  Sonra  başladım 
qumar oynamağa, bala-bala nəşə çəkməyə. Heç ağlıma da gəlməzdi 
ki,  mən iynə vuram!  İynə  vuranlardan zəhləm  gedirdi, kişi saymır-
dım  onları.  Hələ  iki-üç  nəfəri  narkotik  üstə  işdən  də  qovmuşdum. 
İşə bax ki, axırda özüm narkoman oldum! 
Nəyim  var  idisə,  hamısını,  hamısını  “mal”a
*
  verdim.  iki  dəfə 
“ilişdim”
*
, olan-qalanımı da “it”lər
*
 tutub aldılar. İndi pis gündəyəm

 
11 
doktor,  cibimdə  siqaret  pulum  da  yoxdu.  Məni  görən  tanımır,  yarı 
canım  qalıb:  110  kilodan  70  kiloya  enmişəm.  Arvadımın  əsəbləri 
korlanıb,  onda  tez-tez  ürəkgetmə  tutmaları  olur.  Özüm  də  ki, 
hamının  yanında  biabır  olmuşam!  Dünən  az  qala  ölmüşdüm,  bir 
dostum qurtardı, o olmasaydı, getmişdim! İndi gəlmişəm məni müa-
licə  edəsiz,  çünki  bilirəm  ki,  bu  işin  axırı  yoxdu!  Özü  də  anonim 
yolla, adımın kitab-dəftərə düşməyini istəmirəm. 
Bu  hekayətdəki  şəxs  kompleks  müalicə  alıb  evinə  getdi.  Bir 
ildən  sonra,  yəni  bu  yaxınlarda  yenə  yanıma  gəlmişdi.  O,  belə  bir 
söhbət elədi: “Doktor, mən müalicədən sonra, Siz dediyiniz kimi, üç 
ay  girdim  evə,  evdən  eşiyə  çıxmadım,  o  “dostlar”la  da  əlaqəni 
birdəfəlik  kəsdim!  Üç  aydan  sonra  başladım  işləməyə...  O  vaxt 
utandım  Sizə  deməyə  ki,  400  min  dollarlıq  villanı  mən  110  minə 
satmışam... Əlimə pul gələn kimi həmin villanı 120 minə bir dava-
qışqırıqla  geri  aldım,  çünki  o  evdə  gözüm  vardı.  İndi  borclarımın 
çoxunu  vermişəm,  azı  qalıb.  Allah  qoysa,  qalanlarını  da  verəcəm. 
Mən  o  kökə  düşməyimin  səbəblərini  çox  götür-qoy  eləmişəm. 
Düşündüm ki, “bəlkə, pul məni qudurtmuşdu, ya bəlkə, kiməsə pis-
lik  eləmişəm,  Allaha  xoş  getməyib?”  Sizdən  yaxşı  olmasın, 
Seyidağa adlı bir dostum var, onun dediyi sözlər mənə yaman təsir 
etdi!  Müalicədən  sonra  Seyidağa  məni  görməyə  gələndə  üzümə 
“qırmızıca” belə dedi: “Acığın  gəlməsin,  sənin  günahın  çoxdu:  di-
nimizdə  sələmlə  pul  vermək  günahdı  –  sən  veribsən,  qumar 
oynamaq,  narkotik  qəbul  etmək,  araq  içmək  qadağandı  –  sən  bu 
qadağanı  pozubsan,  başqasının  arvadına,  qızına  pis  gözlə  baxmaq 
olmaz  –  sən  bunları  da  edibsən!  Yəni  sən  yoluvu  azıbsan,  çünki 
Şeytana uyubsan. Bütün bunlar da elə ona görə sənin başıva gəlib. 
Allahın barmağı yoxdu ki, soxa adamın gözünə! Sən gəl tövbə elə, 
Allaha tapın!” 
Elə  bil,  yatmışdım,  ayıldım!  İndi  Quran  oxuyuram,  namaz 
qılıram,  Allahın  buyuruğundan  kənara  çıxmıram.  Yəqin  ona  görə 
də, Allaha şükür ki, işlərim yağ kimi gedir... 
Ədalət  naminə  onu  demək  lazımdı  ki,  müalicə  olunan  narko-
manların heç də hamısının aqibəti belə müsbət sonluqla bitmir… 

 
12 
Mənim  məqsədim  –  şahidi  olduğum  hadisələrdən  birini 
mümkün  qədər  yığcam  danışmaqla  “ağ  ölüm”ün  insanlara  və 
ailələrə gətirdiyi bəlalarla Sizi tanış etmək və Sizi Xeyrin Şərə qalib 
gəlməsi üçün səsləməkdir. Bilirəm ki, Sizin qohumlarınız, qonşula-
rınız,  ya  tanışlarınız  arasında  belələri  var.  İstəyirəm  biləsiz  ki, 
narkomaniya  və  ya  alkoqolizm  –  əgər  vaxtı  keçməyibsə  –  uğurla 
müalicə  oluna  bilər.  Mən,  həkim-narkoloqa  vaxtında  müraciət 
edənlərin hələ heç birinin peşiman olduğunun şahidi olmamışam. 
Əziz  oxucum!  Gəlin,  belə  Şərə  qalib  gəlmək  üçün  yollar 
axtaraq. Onun yolları isə çoxdu. Ən sadə və asanı isə narkomaniya 
və alkoqolizmdən  əzab çəkənləri tezliklə  həkim-narkoloqun  yanına 
gətirmək, ya da ona zəng etməkdir. 
Müalicə  olunmaq  qərarına  gələn  pasiyentlərə  bir-iki  kəlmə 
sözüm var. Qoyun, mən deyim, onlar eşitsin: 
– Hörmətli pasiyent! 
Siz  ömrünüzdə  bəlkə  də  ən  vacib  qərarlardan  birini  qəbul  et-
misiz.  Sizi  bu  cəsarətli  qərara  görə  təbrik  edirəm.  Bu  gündən  Siz 
narkotiklərdən tam imtina etməklə, yeni həyata qədəm qoyursuz. 
Müalicəyə  başlayırsız...  Onun  uğurlu  olması  isə  ən  çox  Sizin 
özünüzdən asılıdır. 
...Amma  narkomanların  çoxu  qarşılarına  yaxın  adamlarını 
“müalicə  olunuram”  adı  ilə  aldatmaq,  vaxt  qazanmaqla  manevr 
etmək, ölməmək üçün qanını “yudurtmaq”, həbsdən yaxa qurtarmaq, 
dozanı azaltmaq və sair  kimi məqsədlər  qoyurlar. Belələri sonradan 
tezliklə “büdrəyir” və  yenidən öz bəd  əməllərinə  davam edirlər. Bə-
ziləri  isə  dözümsüz  və  iradəsiz  olduqları  üçün  təkrar  narkotikə 
“düşürlər”
*
... 
Uzun  müddət  narkotik  maddə  qəbulu  fiziki  və  psixi  asılılıq 
əmələ  gətirir.  Dərmanlarla  müalicə  xəstəni  yalnız  fiziki  asılılıqdan 
çıxarır:  “lomka”
*
  ağrıları  keçir,  yuxu  bərpa  olunur,  iştaha  açılır, 
ovqat  yaxşılaşır,  daxili  üzvlərdə  olan  patologiya  aradan  qalxır  və 
sair. Psixi asılılıqdan çıxmağa isə aylar və illər tələb olunur... 
Bu bəladan həqiqətən yaxa qurtarmaq istəyənlərin xoş məramı, 
iradəsi  və  kişiliyi  olmalıdır.  Narkotikdən  “qırılmaq”
*
  istəyənlər 

 
13 
Şeytana qalib gəlir kimi böyük bir qəhrəmanlıq etməlidirlər. Siz, bu 
qəhrəmanlığa hazırsınız? 
Onu da bilin  ki, müalicə  prosesi uzun və  əziyyətli bir işdir: bu 
yolun  əvvəlində  iztirab  və  çətinliklər,  sonunda  isə  sevinc  və  xoş-
bəxtlik  var.  Bu  çətinliklərə  tab  gətirməyənləri  isə  ya  qəbir,  ya  da 
“Sibir”
*
 gözləyir. 
Müalicəyə başlayırsız... Bir anlığa öz keçmişinizi,  işinizi,  ailə-
nizi və dostlarınızı xatırlayın. Narkotik maddə qəbulundan əvvəlki o 
gözəl həyatınızı indiki “qara günlər”inizlə müqayisə edin, özünüzlə 
bərabər, yaxınlarınızın da ömrünü “çürütdüyünüzü” düşünün, satıb-
sovduqlarınızı, maddi və mənəvi itkilərinizi bir daha hesablayın... 
Onu  da  unutmayın  ki,  Siz  Şeytanın  şərəfsiz  yolundan  Allahın 
buyurduğu halal yola tərəf gəlmisiz. 
Xoş gəlmisiz, Allah özü Sizə kömək olsun! 
 
Bakı, 2007 

 
14 

Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin