M
M
Ə
Ə
N
N
T
T
İ
İ
Q
Q
Yalnız çəkilməyən siqaret zərərsizdir.
Deyim
Yandırma! Yandırsan, yandıracaq...
Müəllif
Bir gün iki nəfər – Əli ilə Vəli söhbət edirlər. Əli Vəliyə:
– Sən məntiqin nə olduğunu bilirsən?
– Yox, – deyə Vəli etiraf edir.
– Əgər bilmək istəyirsənsə, mən sənə izah edərəm.
– İzah elə, – deyə Vəli xahiş edir.
Əli fikrini izah etmək üçün söz axtarmağa başlayır:
– Məntiq, məntiq… Ee, məsələn, sənin cibində kibritin var?
– Var, – deyə Vəli tez dillənir.
Əli:
– Əgər kibrit varsa, demək, siqaret də var. Bunların ikisinin bir
yerdə olması məntiqi deyil?
Vəli bir az fikirləşir və razılaşır:
– Bəli, məntiqidi.
Əli davam edir:
– Əgər sən siqaret çəkirsənsə, onun içərisinə nə vaxtsa nəşə-zad
qoymaq da məntiqidi, ya yox?
Vəli bir xeyli düşünür və yenə razılaşmalı olur:
– Bəli, məntiqidi.
Əli izah etməkdə davam edir:
– Əgər sən nəşə çəkirsənsə, evdə dava-dalaş, söz-söhbət,
boşanma və sairin olması da məntiqidi, ya yox?
Vəli görür ki, Əli haqlıdı: «Nəşə olan yerdə dava-dalaş da,
boşanma da olar», – deyə düşünür. Onlar ayrılırlar… Əli öz yolu
ilə, Vəli isə öz yolu ilə gedir. Söz Vəlini tutduğu üçün elə hey o
barədə düşünür…
101
Vəli yolda bir nəfərə rast gəlir. O, yol adamından soruşur:
– Qardaş, kibritin var?
– Var, – deyə yoldan keçən cavab verir.
Vəli təəssüflə deyir:
– Əgər kibritin varsa, onda evin yıxılacaq…
Naxçıvan, 2003.
102
Ş
Ş
Ə
Ə
R
R
S
S
U
U
Y
Y
U
U
İçki – bütün çirkinliklərin «ana»sıdır.
Məhəmməd peyğəmbər (S.)
Bir gün Şeytan bir adamın qabağını kəsib deyir:
– Səni öldürəcəm. Əgər sağ qalmaq istəyirsənsə, üç şeydən
birini etməlisən: ya bu qadınla yatmalısan, ya ən yaxın dostunun
başını kəsməlisən, ya da ki, bu şərabı içməlisən.
Həmin adam belə cavab verir:
– Mən müsəlmanam. Müsəlmana isə zinalıq
*
günahdı. Sonra…
mən dostumun başını kəsə bilmərəm, bu mümkün deyil, çünki biz
uşaqlıq dostuyuq, bir yerdə bir pud
*
duz-çörək kəsmişik…
O bunları deyib susur… Həyat şirindi, yaşamaq istəyir, ona
görə də, fikirləşir: «Düzdü, şərab içmək Qurani-Kərimdə haram
buyurulub, amma çarəm nədi? Bəlkə mən bu şərabı içim? Çünki
onların içərisində ən az zərərlisi, deyəsən, elə budu».
Adam o cür də edir…
...O, şərabı içib bərk sərxoş olur. Elə sərxoş vəziyyətdə də həm
o qadınla yatır, həm də əziz dostunu öldürür…
Bakı, 2006.
103
104
E
E
T
T
İ
İ
R
R
A
A
F
F
Şərab, tütün, heroin –
Hamısı sənin düşmənin.
Müəllif
Elçin tay-tuşları arasında öz “çəkisi” olan, hörmətli oğlanlardan
biri sayılır. Necə hörmətli oğlan sayılmasın ki, o, universiteti
qırmızı diplomla bitirib, otuz yaşında böyük bir mebel sexinin sahi-
bidi, işi işdi, pulu da pul. Evi, eşiyi, ailəsi, uşağı, altında da qara
rəngli Prado...
Əgər biri durub desə ki, “Elçin narkomandı” heç kim ona
inanmaz, çünki o, siqaret çəksə də, içki nədi dilinə vurmaz, hələ
Ramazan ayı gələndə hər il oruc da tutar... “Sən saydığını say, gör
fələk nə sayır”. İş elə gətirdi ki, onun kimi ağıllı bir oğlan da yolunu
azdı...
Yaxşı ki, Elçin zirək tərpəndi, işin üstü açılmamış bir narkoloq-
həkim tapdı, hamıdan gizli öz evində müalicə olundu, vəziyyətdən
çıxdı.
Həkim bu gün Elçini kabinetə – psixoterapevtik söhbətə dəvət
etmişdi. O xəstəsinə ürəyini boşaltmaq imkanı verdi; həkim dinlədi,
xəstə isə danışdı:
– Doktor, narkomanın günü axtarmaqla keçir; adam əvvəlcə pul
axtarır, sonra «mal» axtarır, sonra «bayan» axtarır, sonra yer axtarır,
axırda da damar axtarır... O, axtardıqlarını oğruluq – doğruluq, pis-
yaxşı tapır da, amma əvəzində özünü itirir: öz kişiliyini, ləyaqətini
itirir, dalınca da, ehh, hər şeyini...
O, dərindən bir ah çəkdi gözləri yaşarmışdı, əlləri də, səsi də
titrəyirdi. Elçin həkimin ona diqqətlə qulaq asdığını görüb bir az da
ürəkləndi:
– Mən düzünü deyirəm, doktor, mən bu həyatı yaşadım, bu
murdar həyatı belə gördüm. İndi peşimanam, it kimi peşimanam,
amma...
105
106
Qəhər onu boğdu, udqunub yenə sözünə davam etdi:
– Bu işdə heç kimi günahkar bilmirəm. Düzdü, məni iynəyə
otuzdurdular, özü də mən bilirəm bunu kim elədi. «Ağacı öz içindən
qurd yeyər», – deyiblər. Məni öz əmioğlum iynəyə otuzdurub,
doktor, dost – doğma əmim oğlu. Məni əmioğlum belə bəlaya
salandan sonra daha başqasından niyə inciyim, niyə küsüm?!
Elçin nəfəsini dərdi, olanları xatırlamağa çalışdı:
– Doktor, bir vaxtlar əmimgil gün əppəyinə möhtac idilər.
Rəhmətlik atam onları rayondan Bakıya gətirdi, ev-eşik yiyəsi elədi.
Mən isə həmin əmioğluma iş verdim, çörək verdim. Əvəzində isə o
məni bədbəxt elədi... Getdi, gəldi ki, «sən bir bunun dadına bax, gör
nə görəcəksən?!». Mən eləmək istəməyəndə isə «ə, bir çıqqılı şey
sənə nə eləyəcək, elə gör nə «kayf» alacaqsan», – deyə məni
heroinə qonaq elədi. Mən də gic kimi götürüb iylədim. İylədim, xoş
gəldi. Üç gündən sonra bir də gəldi, yenə verdi, iylədim, bu dəfə lap
xoşuma gəldi. Sabahı gün onu kabinetə çağırıb dedim:
– Ondan bir az da ver.
Dedi:
– Yoxdu.
Dedim:
– Tap, hardan olsa, tap, ondan istəyirəm.
O, özünü çəkdi:
– O məndə nə gəzir? İstəyirsən, yüz dollar ver, gedim alım,
gətirim.
Mən də çıxarıb verdim, alıb gətirdi, hərəyə bir «dorojka
*
»
elədik.
O gündən mən pul verirdim, o da alırdı, bir yerdə eləyirdik. De-
məyinən onun məqsədi oymuş ki, məni narkotikə otuzdursun, çünki,
onun pulu yox idi, mən isə böyük bir müəssisənin müdiri idim,
əlimin altında üç yüz adam işləyirdi. Nə isə bir də ayılıb gördüm ki,
olmuşam narkoman, daha heroinsiz qala bilmirəm...
Bakı, 2008
107
Q
Q
Ə
Ə
L
L
Y
Y
A
A
N
N
Qəlyan sənin əlindədir,
sən ki qəlyanın əlində deyilsən?!.
Müəllif
Deyilənə görə, İranda bir çox adam tiryəki olur, özləri də buna
pis baxmırlar. Onlar şam yeməyindən sonra ortalığa qəlyan, tiryək
və şiş gətirirlər, şişi odda qızdırıb bir əldə tuturlar, tiryəki isə o biri
əldə. Şişi tiryəkə vurub dağlayır, ondan çıxan tüstünü isə qəlyanla
içəri sümürürlər...
Bir gün tiryəkə təzə qurşanmış Qulamrza adlı bir gəncə qəlyan
lazım olur. O, soraqlaşıb bir qəlyandüzəldən usta tapır, ona deyir:
– Usta, nə qədər istəyirsən sənə pul verim, mənə bir şahanə
qəlyan düzəlt.
Usta altdan yuxarı gənci süzür, soruşur:
– Vardan, dövlətdən nəyin var?
Qulamrza qürrələnir:
– Hər şeyim: iki «Benz» otobusum var ki, Təbriz – Tehran arası
işləyir, üç tırım var ki, Avropaya mal daşıyır, bir dörtmərtəbə
çaxtumanım
*
var ki, üstdə özümüz qalırıq, altını kirayə vermişəm,
bir də bazarda qızıl dükanlarım var... Usta, sən mənə bir yaxçı
qəlyan düzəlt, deşiyini də gen elə.
Qoca usta gənci diqqətlə dinləyib köksünü ötürür:
– Sən heç narahand olma, ağa. O saydığın şeylərin hamısı:
otobus da, tır da, ev də, dükanlar da – hamısı, hamısı bax, bax, bu
deşikdən keçib gedəcək, heç narahand olma, niyə narahand olursan,
– deyə təzə düzəltdiyi qəlyanlardan birini Qulamrzaya tərəf uzadır.
Bakı, 2009
108
109
Ö
Ö
M
M
Ü
Ü
R
R
L
L
Ü
Ü
K
K
D
D
Ə
Ə
R
R
S
S
– Dərs ili başa çatdı. Biz – şagird və müəllimlər əvvəlcədən
danışdığımız kimi yığışıb getdik Qubaya. Meşədə, bulaq başında bir
səfalı yer tapıb yerləşdik. Top oynayan, çiçək yığan kim, samovar
salan, yemək tədarükü görən kim... Mən xalçanın üstündə bardaş
qurub çoban salatı hazırlamaqla məşğul oldum. Kişi müəllimlər isə
bulaq başına yığışıb kabab çəkməyə başladılar.
Bizdə bir Yenisey müəllim var, çox savadlı, sanballı insandı,
özü də yaxşı riyaziyyat müəllimidi. Bir də gördüm Yenisey müəllim
gəlib oturdu mənim yanımda, bir daşın üstündə. Biz onunla başladıq
ordan – burdan söhbətə. Bu arada kababın iyi məni vurdu. Az sonra
cavan müəllimlərdən biri bizə yaxınlaşdı:
– Yenisey müəllim, kabab bişir, araq da ki, bulağın gözündədi,
hamı Sizi gözləyir, gəlin.
Yenisey müəllim ona təşəkkür etdi, amma yerindən tərpənmədi.
Qayıtdım ki, “ay Yenisey müəllim, niyə getmirsiz? Gedin Siz də
onlar kimi, yeyin – için dəə”. Gördüm o tutuldu, lakin bir söz
demədi, mən də çox uzatmadım. Sonra biz yenə söhbəti davam
etdirdik. Axırda dərs hissə müdiri Ramazan müəllim özü durub
gəldi:
– Yenisey, uşaqların heç biri əlini çörəyə uzatmır ki, gərək
Yenisey müəllim gələ, sonra. Nə olub? Burda niyə oturmusan? Dur,
dur ayağa düş qabağıma, – deyə ərklə onu aparmaq istədi. Yenisey
müəllim getmək istəmirdi, Ramazan müəllimin sözünü yerə salmaq
da çətininə gəlirdi, ona görə də çaşıb qalmışdı. Yenisey müəllim
nəhayət özünü topladı, təşəkkür etdi, bir bəhanə uydurdu ki,
getməsin. Və yenə getmədi. Mən bayaqdan hər şeyə göz qoyurdum.
Birdən düşdüm onun üstünə:
– Ay Yenisey müəllim, bu il əməkdar müəllim adı almısız – bu
bir, oğlunuz Beynəlxalq qrossmeyster olub – bu iki, qızınız isə,
Konservatoriyanı bitirib – bu da üç. Siz niyə də yeyib-içməyəsiz?
Vallah, mən Sizin yerinizə olsaydım bayaqdan durub gedərdim,
110
hələ vurardım da, – deyib güldüm. Siz Allah, burda nəsə var, bu
“nəsə” nədi axı?, – deyə gözümü onun gözünə zilləyib cavab
gözlədim.
Yenisey müəllim yerində qurcuxdu və gizlicə bir ah çəkdi:
– Bilirsən, qızım, mən əvvəllər içən olmuşam, – bu, düz otuz üç
ilin söhbətidi. Mən onda institutu təzə bitirmişdim, dəliqanlı
vaxtlarım idi. Qurşanmışdım içkiyə... Hələ özümə bir-iki avara dost,
aşna da tapmışdım: bu yeməkxana mənim, o restoran sənin – hər
gün onlarla yeyib-içməklə ömrü bada verirdim. Anam nə qədər
111
yalvarsa da, özünü öldürsə də, kim idi ona qulaq asan? Günlərin
birində yenə restoranda içib bərk keflənmişdim. Oradan çıxıb evə
getmək istədim, səkkiz yaza – yaza gedirdim. Yolun qırağında bir
arx var idi, o arxı keçəndə ilişib yıxıldım. Ha çalışdım ki, ayağa
qalxam, qalxa bilmədim, oturdum zığın, palçığın içində. Axşamçağı
idi, hava qaralırdı... Gördüm bir nəfər üç-dörd yaşlı uşağın əlindən
tutub gedir. Uşaq məni görüb dayandı:
– Ata, ata, ora bax, it!
Onlar yaxına gəlib mənə diqqətlə baxdılar. Atası dedi:
– Qaqaş, bu it deyil ki, adamdı, özü də keflidi, qorxma!
Uşaq dedi:
– Mən itdən qoyxmuyam ki, ata, amma keflidən qoyxuyam.
Atası əl – ayağa düşdü:
– Onda, qaqaş, tez çiş elə! Çiş elə arxın qırağına, – dedi və
üzünü yana çevirdi ki, uşaq utanmasın. Uşaq isə eləmə tənbəllik –
üzr istəyirəm səndən qızım – düz mənim başıma işədi. Sidik
saçımdan üzümə, üzümdən isə ağzıma axdı. Mən elə bil yatmışdım,
ayıldım! Elə bil heç bir litr araq içən mən deyildim. Bir özümə
baxdım, bir də düşdüyüm bu vəziyyətə... Acığımdan, hirsimdən
bilmədim ki, nə edim! Özümə nifrət elədim, söydüm özümü!
Dedim: “Mən it yox, lap... itdən də pisəm!”
Durub birtəhər evə gəldim, rəhmətlik anamı çağırdım:
– Ana, paltarlarımı ver, girirəm hamama.
Yazıq anam heç nə demədi, gətirib təmiz paltar verdi. Mən
yuyunub qüsul verdim. Elə oradaca da and içdim, and içdim ki, mən
bir də heç vaxt, heç vaxt içki içməyəcəm!
Bəli, heç kimin verə bilmədiyi dərsi mənə üç yaşlı uşaq verdi.
Əgər o vaxt o dərsi mən almasaydım, Allah bilir ki, indi harada
idim...
Bakı, 2011
112
“
“
T
T
Ə
Ə
L
L
Ə
Ə
”
”
Obyektdə
*
işin qızğın vaxtı idi. Rəhbərliyə söz vermişdilər ki,
hörgünü bir aya başa çatdıracaqlar. Qəzənfər usta iki şəyirdi ilə
gündə iyirmi beş-otuz kvadrat metr hörgü verirdi. Amma bu gün
günortadan sonra daş qurtardığından işsiz qalmışdılar. Usta
fəhlələrlə ocağın başına yığışıb söhbət edirdilər. Söz sözü çəkdi.
Söhbət köhnə hökumətin vaxtından düşdü. Qəzənfər usta cavan-
lığını yada saldı:
– Sovet hökuməti vaxtı ət, yağ tapılmazdı. Camaat ət, kolbasa
ya sosiskanı uzun növbə ilə, yaxud çeklə alardı. Birinin evində toyu,
ya da evlərdən uzaq yası olanda ət tapmaq müşkül işə çevrilirdi. O
vaxt ət kombinatında işləyənlər həm pullu, həm də lazımlı adamlar
idilər. İşdən çıxanda onlar kolbasa, sosiska, yainki əti salafanlara
*
büküb bədənlərinə bağlayır, evə gəlir, gələn kimi “arıqlayır”, həmin
əti qohum – qonşuya satıb yaxşı pul qazanırdılar. Bir də görürdün ki,
bu gün ət kombinatına işə girən söz məsəli, sabahı gün maşın aldı, o
biri gün isə ev...
Bu qırx ilin söhbətidi, o vaxt mənim cavan vaxtlarım idi. Əsgər-
liyimi çəkib evə qayıtmışdım, işləmək istəyirdim.
Bir gün axşam atama dedim:
– Ata, məni işə düzəlt işləyim, axı nə vaxta qədər evdə
oturacam?
Atam dedi:
– Harada işləmək istəyirsən?
– Ət kombinatında, – deyə tez cavab verdim.
Atam o vaxtkı raykomun üçüncü katibi ilə bir sinifdə
oxumuşdu, durub onun yanına getdi. Bir həftədən sonra məni
çağırıb əmrimi ət kombinatının kəsim sexinə verdilər. Sabahısı gün
mən kombinezonumu geyib işə çıxdım. Sexdə altı nəfər idik, böyü-
yümüz isə qırx yeddi-qırx səkkiz yaşlarında bir kişi idi. Bəy
nəslimdən olduğuna görə hamı ona Maqsud bəy deyərdi. Maqsud
bəy ucaboylu, dolubədənli, qırmızıyanaq bir şəxs idi.
113
114
Biz malın təpəsinə guppanla vurub onu gicəlləndirir, iri bıçaqla
şah damarını kəsib öldürür, kranla qaldırıb soyur, sonra cəmdəyi o
biri sexə ötürürdük. Maqsud bəy işləyə-işləyə dananın – özümüzün
yeməyimiz üçün – harasından, hansı yerindən kəsib qazana atmaq
barədə də göstəriş verirdi. Günortadan sonra biz işimizi qurtardıq.
Bəli, bozpört
*
bişdi, dörd araq alındı və hamı dəstərxanın
*
başına
yığışdı. Maqsud bəy hamıya araq süzüb stəkanı əlinə aldı. Onun əli
əsirdi. Mən bayaqdan hər şeyə göz qoyurdum, ona görə də
maraqlandım:
– Maqsud bəy, əliniz niyə əsir?
– Bala, bə bu araqdandı da, içməyəndə əsir, içən kimi keçir, –
deyib arağı tez başına çəkdi. Mən stəkanı yerə qoydum. Hamı mənə
tərəf döndü, yer –yerdən dilləndilər:
– Niyə içmirsən, iç! Kişi ol, ə! Yüz qram araq sənə heç zad
eləməz, qorxma iç!
– Əgər araq Maqsud bəyin əlini əsdirirsə, mənim başımı əsdirər.
Məni bağışlayın, bu iş mənlik deyil, uşaqlar, mən getdim, – deyib
ayağa qalxdım.
– Adə, dəli olubsan? Xalx
*
bura işə girmək üçün bir ətək pul
tökür, iynənin ulduzundan keçir, sən isə gedirsən? Hansı ağılla?
Adam da belə dolanışıqlı yeri qoyub gedər, hə? – deyə üstümə
düşdülər ki, bəlkə məni saxlayalar. Lakin mən ordan çıxıb düz in-
şaata fəhləliyə getdim. İndi o vaxtdan bu sənətdəyəm, – deyə
Qəzənfər usta soyumuş çaydan bir qurtum alıb söhbətinə ara verdi.
Usta köməkçiləri Asimlə Nadir söhbətə maraqla qulaq asırdılar.
Asim dedi:
– Ay usta, sən xeyrindən qalan adam deyilsən, sən Allah düzünü
de görək, kombinatdan niyə getdin?
Qəzənfər usta başını qaşıdı, bir az düşünüb dedi:
– Uşaqlar, əgər bilmək istəyirsinizsə, qoyun lap düzünü deyim:
düzdü orda kalan pul var idi, amma... Atam rəhmətliyin sözü
olmasın, mən bir az suyuq adamam, yəni nəfsək. Bu mənim zəif
cəhətimdi – hamıda belə zəif cəhətlər olur – mən də bunu yaxşı
bilirdim. Əgər mən orda qalsa idim, qurşanacaqdım içkiyə, ola-
115
caqdım onların tayı. Pul qazanmağına qazanacaqdım, amma
əvəzində sağlığımı itirəcəkdim.
Asim söz atdı:
– Əşşi pul olsun, əsas məsələ puldu, pulun ki, oldu kişisən,
hörmətlisən. Səni bilmirəm, usta, amma mən o cür “yağlı” yeri qo-
yub getməzdim, heç vaxt da gəlib belə yerdə fəhləlik etməzdim.
Usta duruxdu, bir qədər düşünüb nəsihətlə dedi:
– Ora sənin kimi başıboş adamlar üçün “tələ”di, bala, “tələ”.
Əvvəlcə səni “şirə” çəkir, şirnikirsən, sonra da baxırsan ki, “qarmağa”
keçibsən, çıxa bilmirsən. Heç bilirsən araq onların başına nə oyun aç-
dı?
– Nə oyun? – deyə Asim soruşdu.
– Həə, indi mən deyim sən də mülahizə elə, əgər dərrakən varsa.
Bax o, Maqsud bəy ki, var idi haa, əlli yaşında onun beyninə qan
sızdı, öldü, heç oğlunun toyunu da görə bilmədi. Orda Mirzə adlı
birisi vardı, o içkili vəziyyətdə ailə-uşağı ilə bir yerdə maşını aşırdı
– Allah uzaq eləsin – bütün ailə batdı, heç kim salamat çıxa bilmədi.
Sonra Fəxrəddin adlı birisi də vardı, sərxoş halda o arvadını
bıçaqladı, on il basdılar getdi. Özü də nə üstə? Guya arvadı ona xə-
yanət edirmiş. Ay tövbə! Mən o qızı yaxşı tanıyırdım, çünki, bizim
məktəbdə oxuyurdu, çox tərbiyəli, başıaşağı qız idi. Onun ərinə
xəyanət etməsi mümkün deyildi. Məhkəmədə mən də oldum, orada
dedilər ki, bu sayıqlamadı, qısqanclıq sayıqlaması, içki içənlərdə
olur yəni. Xülasə, heç kimə ordan qazandığını ağız şirinliyi ilə
yemək qismət olmadı. Sən də deyirsən ordan çıxmazdım, – deyə
Asimə tərs-tərs baxdı. Usta ocağın kənarında olan çaydandan bir
stəkan çay süzüb içdi. Saatına baxdı. Elə bu vaxt “Kamaz”ın
nəriltisi eşidildi, nəhayət daş gəlib çıxdı. Qəzənfər usta:
– Dik qalxın! Hamı iş başına, “söhbət dananı qurda verər”. Daş
verin, palçıq gətirin, – deyə cəld közyolun
*
üstünə qalxdı və çəmçəni
*
daşa vura-vura fəhlələri səslədi.
Bakı, 2012
116
A
A
L
L
L
L
A
A
H
H
I
I
N
N
B
B
Ə
Ə
X
X
Ş
Ş
İ
İ
Ş
Ş
İ
İ
“Allah adama versə, Mürsəl təpəsində də
verər”
Deyim
Keçən əsrin əvvəllərində, Nikolay vaxtı
*
Naxçıvan kəndlərinin
birində otuz altı-otuz yeddi yaşlarında Cəmşid adlı bir kişi yaşa-
yırdı. Onun dörd qızı, üç oğlu və öhdəsində doxsan yaşlı qoca
nənəsi vardı. O, külfətini çox çətinliklə, bir qarın ac, bir qarın tox
dolandıra bilirdi. O qədər korluq çəkirdi ki, hərdən az qala hə-
yatından bezirdi, bilmirdi ki, başına haranın daşını salsın. Bu çətin-
liyə bir çarə tapa bilmir, elə hey vurnuxur, düşünür, düşünürdü...
Bir yandan da Bakı tərəfdən qəribə xəbərlər gəlib kəndə çatırdı
ki, guya kiminsə neft quyusu fontan vurdu, lütün biri bir günün
içində oldu milyonçu. Nə bilim iş çox, dolanışıq yaxşı... Dünən
Bakıdan gələn isə kənddəki çayxanada elə şeylər danışdı ki, Cəmşi-
di lap yerindən-yurdundan elədi. Cəmşid evə gəldi, papağını
qabağına qoyub çox fikirləşdi, “dağı arana, aranı dağa apardı”,
axırda bu qərara gəldi ki, Bakıya getsin, bəlkə ailəsi üçün bir qazanc
əldə eləyə bildi. O, uşaqlar yatandan sonra arvadı Zöhrəni yanına
çağırdı:
– Seyid qızı, belə yaşamaq lap cəhənnəm əzabıdı, iş yox, güc
yox, pul-para yox. Bə, biz nə vaxta qədər it günündə yaşayacağıq?
Güllü, maşallah irilib, on iki yaşa ayaq qoyub, bu gün-sabah qapı-
mızı döyəcəklər, onu köçürməyə nəyimiz var? “Bir həsirik, bir
Məmmədnəsir”! Mən uşaqcanlıyam, bilirsən, öz balalarım üçün heç
zad eləyə bilmirəm, bu da mənə dərd olur, ona görə də bağrım
çatlayır. Bayaq çayxanada Bakıdan gələn bir nəfər var idi, deyirdi
ki, Bakıda yaxşı iş də var, pul-para da. İstirəm gedim bir-iki illiyinə
orda işləyim, pul qazanım, qayıdım gəlim, nə deyirsən? – deyə
117
yazıq – yazıq Zöhrəyə tərəf baxdı. Zöhrə başını aşağı dikdi, fikrə
getdi. Sonra alçaq səslə:
– Mən nə deyim, Allah bilən məsləhətdi. Kişi sənsən, özün
bilərsən...
Cəmşid sübh tezdən durdu, çarığını
*
geyib, patavasını
*
bərkitdi,
belinə üç əppək bağlayıb, “ya Allah” deyib yola düşdü, Naxçıvana,
dəmiryol vağzalına gəldi. Pulu yox idi, ona görə də yük vaqonunda
Tiflis yolu ilə birtəhər Bakıya gəlib çıxdı...
Cəmşid elə bilirdi ki, Bakıda pul xəzəl kimi tökülüb küçələrə,
bir süpürəni çatmır. Tezliklə səhf etdiyini anladı, amma geri
dönmək arına gəldi. Özünə yaxşı iş tapmaq üçün haralara getmədi?
Amma heç yerdə ürəyi istəyən bir iş tapa bilmədi. Gah bu mədəndə
işlədi, gah o biri mədəndə, gah qara fəhlə oldu, gah daşıqçı, gah
bağban, gah da ki, küçə süpürən. Nə isə... İki il ərzində istirahət
günü, bayram günü bilmədi, canı – dildən işlədi, amma əlinə beş –
üç manat pul keçirə bilmədi ki, bilmədi. Üstəlik üstü – başı töküldü,
arıqladı, xəstələndi, qocaldı...
O vaxt erməni-müsəlman davasının lap qızğın vaxtı idi,
Cəmşidi də iki yüz adamla birgə ermənilər tutub damladılar, iyirmi
gün orada ac-susuz saxladılar. Cəmşid uşaq vaxtı el dağa gedəndə
orada erməni uşaqları ilə bir yerdə çox quzu otarmış və erməni
dilini babat öyrənmişdi. Ona görə də ermənilərin Cəmşid qarışıq
əsirləri diri-diri yandırmaq istədiklərini danışıqlarından başa düşdü
və bu xəbəri tez yoldaşlarına çatdırdı. Hamısı yığışıb məsləhətləşdi-
lər: onlar köynəklərini çıxarıb biri-birinə bağladılar, düyün vurub
bərkitdilər və hamısı gecə ikən binanın bacasından çıxıb qaçdılar.
Cəmşidin Bakıya olan bütün ümidləri puç oldu, ruhdan düşmüş,
qorxmuş halda dəmiryol vağzalına gəldi və yük vaqonunda gizlənib
“asta qaçan namərddi” qayıtdı Naxçıvana. O Naxçıvana çatanda ax-
şamçağı idi, hələ Günün batmasına üç-dörd saat qalırdı. Cəmşid
vağzalda düşüb kəndlərinə tərəf getməyə başladı, şəhərin içi ilə
getmədi ki, birdən onu tanıyıb-bilən olar. Görkəmi elə idi ki, o bu
vəziyyətdə kəndə girməyə utandı, yaxınlıqda olan Mürsəl təpəsinə
tərəf döndü. Orada, təpəliklərin arasında alçaq bir yer tapıb oturdu.
118
119
Çox pəjmürdə və dərdli idi... Allah heç bir kişini ailə-uşaq
yanında başıaşağı eləməsin. Yazıq Cəmşid çox sevdiyi, bəlkə uf
demədən canını belə vermək istədiyi balalarının yanına əliboş
gedirdi, bir ayağı getsə də, o biri getmirdi... Birdən onu qəhər
boğdu, o yekəlikdə kişi hönkür-hönkür ağladı, handan-hana
*
toxtayıb gözünün yaşını əli ilə sildi, “Allaha pənah” dedi. O, çubuq-
la torpağı cızıb, elə hey fikir eləyirdi... Birdən əlindəki çubuq
nəyəsə ilişdi, Cəmşid bunu daş zənn etdi. O bekarçılıqdan daşın
ətrafını qazdı, torpaq oyulub töküldü və... naxışlı bir küp göründü.
Cəmşid diqqətini topladı. Tez küpün ətrafını əli ilə eşdi, qazdı,
qazdı, torpağı kənara atdı və küpü çıxartdı. Bir daş tapıb saxsı küpü
qırdı, içindəki parıltılı şeylər yerə töküldü. Cəmşid heyrətindən
donub qaldı! Küpün içi qızıl sikkələr və zinət şeylər ilə dolu idi! O
tez heybəsini
*
yaxına çəkdi və küpdə olan qızılların hamısını ora
yığdı. Ətrafa boylandı, yaxınlıqda heç kim yox idi. Təpənin dalında
kənd uşaqları quzu otarırdılar. Bir az sakitləşdi. Günəşə tərəf baxdı,
Günün batmağına hələ vardı. Bir istədi oradan birbaşa evlərinə
getsin. Uşaqlardan ötrü burnunun ucu göynəyirdi. Tez bu arzunu
içində boğdu, özünü toxtatdı və düşünməyə başladı... Nədən başla-
yacağını, sonra nə edəcəyini götür-qoy edir, daha yaxşı olanını
seçir, plan cızırdı... O, Bakıda pul qazana bilməsə də çox görüb-
götürmüş, “başı daşdan-daşa dəymiş”, gözü açılmışdı, artıq əvvəlki
Cəmşid deyildi.
O, Mürsəl təpəsindən Naxçıvana endi. Şəhərdə soraqlaşıb bir
zərgər dükanı tapdı, sikkələrdən ikisini verib bir dəstə palazqulaq
yüzlük aldı. Neçə gün idi ki, ac-susuz idi, dizləri əsir, başı
gicəllənirdi. Tez bir yeməkxana tapdı, iki adamlıq noxudlu bozbaş
yedi, üstündən də beş-altı stəkan çay içdi, özünə gəldi. Sonra bərbə-
rə getdi, saç-saqqalını qırxdırdı, üzünü təraş etdirdi. Axırda hamama
girdi, camadar onu yaxşıca yuyundurdu, quluncunu qırdı. Cəmşid
hamamda bitini-kirini tökdü, oradan quş kimi çıxdı, karvansaraya
gəlib bir otaq tutdu. Daş kimi yatıb səhər obaş oyandı. Durub dərzi
dükanı axtarıb tapdı, ən bahalı parça olan ingilis mahudundan gözəl
bir libas sifariş verdi, libas axşama hazır olmalı idi. Orada durmayıb
120
şəhərdəki dükanları gəzdi, özünə, nənəsinə, Zöhrəyə və uşaqlara
paltar, ayaqqabı, papaq, xırda qıza oyuncaq və konfet aldı, karvan-
saradakı otağına gətirdi. Bir az dincəlib sərrac
*
dükanlarına getdi və
sabaha kimi ustalara xanlara layiq zınqırovlu fayton düzəltməyi
tapşırdı.
Sabahısı gün nahar vaxtı Cəmşid başdan ayağa təzə geyinib-
keçinib faytona mindi və onu düz bazara tərəf sürdü. Bazarda şirin
alver gedirdi: kənd camaatı qovun-qarpız, üzüm, mer-meyvə, toyuq-
cücə və digər şeylər satırdılar.
Cəmşid bazara göz gəzdirdi, orada həmkəndlisi Yaqubu gördü.
Cəmşid Yaqubu çağırdı. Yaqub faytonlu bir ağanın onu səslədiyini
gördü, “yağlı” müştəri zənn etdi və tez onun yanına gəldi. Cəmşid
dedi:
– Məni tanıyırsan?
Yaqub duruxdu və bu geyimli-kecimli ağaya baxdı, alçaq səslə:
– Yox, ağa, bağışla, tanıya bilmədim, – dedi.
– Bir də bax, yaxşı bax, gör mən kimə oxşayıram? – deyə
Cəmşid gülə-gülə israr etdi.
Yaqub bu dəfə zəndlə baxdı.
– Səni bir adama oxşadıram, amma, yox, yox, bu ola bilməz, –
deyə mızıldandı.
Cəmşid şən halda Yaqubun kürəyinə vurdu:
– Ayə, sən Yaqub deyilsən?
– Bəli, qurban, Yaqubam.
– Bə mən də Cəmşidəm də sənin kəndçin, tanımadın? İki il
bundan əqdəm Bakıya getmişdim haa...
Yaqub sevinc və heyrətlə Cəmşidi qucaqladı, istədi onun
əlindən öpsün, Cəmşid qoymadı.
– Sən tez get kəndə car çək ki, Cəmşid ağa gəlir, qoy, hamı
pişvazıma çıxsın, – deyə palazqulaq yüzlüklərdən birini Yaqubun
çuxasının cibinə soxdu.
Yaqub tez bazara girib gətirdiyi qovun-qarpızı dəllallardan
birinə satıb üz qoydu kəndə sarı. Kənddə birinin üstə beşini də
qoyub Cəmşidin faytonunu, libasını o ki var təriflədi.
121
Kənddə hamı – “məmə yeyəndən pəpə yeyənə” yolun
qırağındakı iydəliyə yığışıb Cəmşid ağanı gözləməyə başladılar. Bir
azdan fayton uzaqdan göründü. O, toz qopara-qopara kəndə
yaxınlaşırdı. Camaat hədsiz maraqla onu gözləyirdi. Cəmşidin uşaq-
ları sevincdən atılıb-düşür, qürrələnirdilər. Fayton gəlib dayandı.
Kəndxuda, molla, ağsaqqallar, cuvar
*
qabağa yeriyib Cəmşid ağanı
ehtiramla qarşıladılar, onunla ikiəlli görüşüb əhval tutdular. Dəstə
Cəmşidin qapısınacan gəldi. Cəmşid ağa bir ayağını faytonun
pilləsinə qoyub uca səslə dedi:
– Camaat! Sabah sizin hamınız mənim qonağımsız, imam
ehsanı verəcəm. İndi isə məni bağışlayın yol yorğunuyam, bir az da
naxoşlamışam. Allah qoysa, sabah ətraflı söhbət elərik, – deyə
hamını başından elədi ki, heybədə olanları sakitcə yerbəyer edə
bilsin. Camaat dağılışdı. Cəmşid evə keçdi, uşaqlarını duz kimi
yaladı, nənəsinə və uşaqlarına gətirdiyi hədiyyələri paylayıb
hamısını sevindirdi. Axırda Zöhrəni qırağa çəkib heybəni ona
verdi...
Sabahısı gün qazanlar asıldı, plov bişdi və imam ehsanı verildi.
Yeyib-içəndən sonra hamı dua edib evlərinə dağılsa da, kənd ca-
vanlarında beş-altısı qalıb Cəmşidin başına yığışdılar və ona Bakıda
harada işləmək, necə pul qazanmaq barədə elə hey suallar verməyə
başladılar. Cəmşid isə cavabında ya gülümsəyir, ya susur, ya da:
– Hər şeydən qabaq adamın gərək qəlbi düz olsun, adamın ki,
ürəyi düz oldu, ruzi özü qapıdan girəcək. Hərdən də: “Allah adama
versə, lap Mürsəl təpəsində də verər”, – deyirdi.
Kənd cavanları ondan bir şey öyrənə bilmədiklərindən pərt
oldular və incik çıxıb evlərinə getdilər... Bir-iki gün də keçdi.
Cəmşidin bacıoğlusu Fərəməz axşam onlara gəldi. Çay, çörəkdən
sonra Fərəməz söhbəti yenə o yerə gətirib çıxartdı:
– Dayı, mən uşaq deyiləm, artıq iyirmi yeddi yaşım var, tay-
tuşlarım çoxdan ailə-uşaq sahibidi. Bə mən nə vaxt ev-eşik yiyəsi
olacam? Mən sənə demirəm ki, mənə pul-para ver, deyirəm ki, o
pulu qazanmağın yolunu göstər. Bilirsən ki, dədəm öləndən bəri
necə korluq çəkirik, dayı...
122
Cəmşid çay stəkanını qabağına çəkib mənalı halda dedi:
– Bacıoğlu, dünyada üç şey Allahın əlindədi: ömür, qismət, bir də
ruzi. İnsan nə qədər ömür sürəcək, harada, necə öləcək – bunu bilməz.
İkinci, insanın qismətidi, yəni kiminlə ailə quracaq, neçə uşağı olacaq
– bunu da qabaqcadan bilə bilməz. Üçüncüsü isə bacıoğlu, ruzidi.
Adam var çalışar, vuruşar heç zad qazanmaz, adam da var görərsən əli
də gətirdi, ayağı da. Deyir: “Allah alanda da üzünü görmə, verəndə
də.”
Hərənin bir ruzisi olur. Bu ruzini də mənə Allah özü qismət
eləyib. Əgər sənin qismətində varsa, lap Mürsəl təpəsində də olsa,
Allah sənə pul yetirər.
Fərəməz key-key dayısının üzünə baxır, bir şey anlaya bilmirdi.
Cəmşid çaydan bir qurtum içib söhbəti davam etdirdi:
– Qulağın mən də olsun, bir söhbət də eləyim, bəlkə məni başa
düşdün. Çeşmənin başında Süleyman var haa çoban Kərəmin oğlu.
O da mənim kimi Bakıya getmişdi, nə oldu? Çox rəşid, özü də
qollu-biləkli oğlan idi, kimə bir yumruq vursaydı, o yerindən dura
bilməzdi. Nə oldu onun axırı? – deyə Fərəməzə tərəf baxdı.
Fərəməz mat-mat:
– Mən nə bilim, ay dayı, “həccdən gələn sən, xəbər verən
mən”? – deyə çiynini çəkdi.
Cəmşid dedi:
– Həə, o yolunu azdı, axırı da pis oldu.
– Pis, yəni nə sayaq? – deyə Fərəməz intizar içində soruşdu.
Cəmşid dedi:
– Mən mədəndə qara fəhlə işləyəndə həmin Süleyman
restoranda keyf eləyirdi. Neçə dəfə mənə də demişdi ki, “gəl
yanıma bir yerdə işləyək”. Mən getmədim. Niyə? Çünki ora əngəlli
yer idi, ona görə də xoşuma gəlmirdi. Bax, orda içirdilər, çəkirdilər,
qumar-zad oynayırdılar, nə bilim daha nə hoqqalardan çıxırdılar...
Süleyman da qoşulmuşdu onlara, içirdi də, çəkirdi də, qumar
oynayırdı da... Axırda nə elədi, nə eləmədisə basdılar getdi qaza-
mata. İnsan gərək yolunu azmaya, düz yol gedə. Bildin? Toyuq to-
yuqdu, bir qurtum su içir, bir Allaha baxır, insan isə çox naşükür
123
olur, Allahın verdiyi bu boyda nemətə görə bir dəfə şükür də
eləmir. Bax, bilirsən ki, mən Allah adamıyam, hələ indiyəcən bir
adamın xətrinə dəyməmişəm, birinin toyuğuna kış deməmişəm. Fi-
kirləşirəm ki, bəlkə elə ona görə Allah mənə durduğum yerdə belə
bir bəxşiş yetirdi, yoxsa mən oturduğum yerdən bir az o yana otursa
idim o qızıllar da mənə qismət olmayacaqdı...
– Nə qızıllar? – deyə Fərəməz qulaqlarını şəklədi.
– Sən ağzıbütöv adamsan, ona görə də sənə deyirəm, – deyə
Cəmşid əhvalatı Fərəməzə danışdı. – Sən özüvü öldürməklə deyil,
gərək Allah özü sənə yetirə. Bax, mən ələndim, dolandım, Bakıdan
belə gəldim, ancaq mənim uşağımın ruzisini Allah burda – Mürsəl
təpəsində verdi. Çünki niyə? Ona görə ki, məni o Kişi bərkə, boşa
saldı, sınadı, gördü ki, mən dürüst adamam, axırda özü mənə bir
qapı açdı, bildin, bacıoğlu?! Ona görə də deyirəm: “Allah adama
versə, elə Mürsəl təpəsində də verər”. Təki sən qəlbini düz
saxlayasan.
Bakı, 2012
Dostları ilə paylaş: |