Səfər (zarafatyana) – Demək, yolumuz birdi: mən də əvvəlcə
bəy hamamına gedib, sonra kəbin kəsdirmək üçün məscidə
gedəcəm. (Hamı gülüşür)
Əlində dəri qovluq olan müstəntiq və polis Cibişi qolu qandallı
gətirirlər. Məzahir Cibişi görüb arxasını ona çevirir.
Cibiş – Mezi, üzüvü niyə yan tutursan, məndən küsübsən?
Görmürsən «ilişmişəm»? Qıllı, əclaf «iş verən»
*
imiş, «torbamızı
tikib»
*
. İndi bizi tutublar.
Məzahir (acıqlı və əsəbi) – Mən sənə neçə dəfə dedim ki,
“bunun axırı yoxdu, gəl, gedək müalicə olunaq, çıxaq”? Sənsə
eşitmədin. Bu da ki axırı: «Niyyətin hara, mənzilin ora».
Cibiş (dişlərini ağardır) – İndi mənzilim «sanatoriyadı»
*
. Bir neçə
illiyinə «dincəlməyə»
*
gedirəm.
Polis Cibişi arxadan itələyib aparır. Məzahir onun arxasınca
baxır, başını bulayır.
Məsmə (onun arxasınca boğma çıxarır) – Kül başıva, Allah
belələrini yaradır ki, Yer üzü boş qalmaya. Pərvərdigara, sən mənim
balamı belə xata-bəladan saxla!
58
Məzahir – «Su sənəyi suda sınar». Altı ildi ki, Cibiş iynə vurur.
O, məndən başqa beş-altı nəfərin də damarını deşib – bu ən «podlı
iş»
*
sayılır. Onlardan ikisi tutulub «sroka» gedib, ikisi isə indi pis
gündədi. Biri isə ata-ananın yeganə övladı idi, keçən il «tuxta mal»
*
vurdu iynə damarında hamamda öldü, getdi. İyirmi yaşı vardı…
İndi onun anasının başına hava gəlib, atasını isə deyəsən, iflic
vurub…
Məsmə – Vay, vay, anan ölsün, bala!
Məzahir – Doktor, heç bilirsiz şəhərdə nə qədər narkoman var?
Hamısı da cavan-cavan uşaqlardı. Əgər mən desəm ki, onlar kimin
uşaqlarıdı… Siz, bəlkə də inanmazsız.
Vaqif – Yox, mən inanaram, çünki neçə ildi bu işin içindəyəm.
Çox şeylər görmüşəm! (Əlilə zalı göstərir) Sən o sözləri bunlara de...
Heç bilirsiz, narkomaniyanın belə yayılmasının səbəbləri nədi? Mən-
cə, o səbəblərdən biri valideynlərin öz uşaqlarını düzgün tərbiyə
etməmələri, o biri isə onlara yerli-yersiz çox pul vermələridi. Alik
adlı bir narkoman tanıyıram, o deyirdi ki, «Doktor, məni atam bu
yola vadar edib». Soruşanda Alik dedi ki, «mən hələ orta məktəbdə
oxuyanda, atam cibimə o vaxtkı pul ilə beş-altı min «rubl»
*
qoyurdu
ki, «get Urisetə, ya Pribaltikaya, qızlarla keyf elə». Mən də o pulu nə
qədər xərcləyirdim qurtarmaq bilmirdi: restorana, bara, bahalı
siqaretlərə, qızlara və s.» Deyirdi: «Sonra qumar oynadım, nəşə
çəkdim, axırda «damara qulluq etdim». Nəticədə, Alikin taleyi faciəli
oldu: ailəsi dağıldı, gül kimi işindən onu atdılar bayıra, düşdü kü-
çələrə. İndi həbsdədi, yatır. Arvadı da pis yola düşdü. İki uşağı var,
ikisi də xəstə, özləri də əlilliyə görə müavinət alırlar. Yaxşı yadıma
düşdü, sənin uşağıvın neçə yaşı var?
Məzahir – İki yaşı. Necə bəyəm?
Vaqif – Uşaq necədi, aktivdi? Danışır?
Məsmə – Belə də… Pis deyil, doktor, bir az çətinliklə yeriyir,
amma hələ danışa bilmir.
Vaqif – Hmm… Siz Bakıya gedəsi olsaz orada, əgər getməsəz,
burada onu bir nevropatoloqa göstərin. Çünki narkomanların
uşaqları çox vaxt müxtəlif qüsurlarla doğulur.
59
Məzahir (çox narahat və həyəcanla) – Deyirsiz, yəni uşaqda
nəsə olar? Doktor, əgər Fəriddə bir şey olsa, mən bunu özümə
bağışlaya bilmərəm!
Vaqif (tələbkar) – Siz uşağı mütləq bir müayinə elətdirin!
(Müstəntiqə müraciətlə) Cənab müstəntiq, Siz Cibişi nə vaxt
tutubsuz?
Müstəntiq – Dünən. Biz Cibişgili çoxdan güdürdük. Onu
dünən axşam dostları ilə birlikdə iynə vurduqları yerdə, “pritonda”
*
yaxalamışıq. Hamısını qoymuşuq içəri. Şəhərimizdə belə şərəfsiz
adamlar hələ çoxdu. Yaxın günlərdə onları da tutacağıq. İndi bunu
narkoloji ekspertiza üçün gətirmişik, qalanlarını da sabah gətirərik.
Vaqif – Onda Siz, zəhmət olmasa, ekspertiza kabinetinə gedin.
Müstəntiq gedir.
Qara (Məzahirə müraciətlə) – Mən bir şeyə məəttələm: nə sən
özün Cibişqulu ilə, nə də ailəniz onun ailəsi ilə tay deyil! O, iki dəfə
«türmə»yə düşüb-çıxmış adamdı. Arvadı ilə bacısı – çox-çox üzr
istəyirəm – indi pis yola düşüblər. Onları şəhərdə artıq hamı tanıyır.
Eşitdiyimə görə, Cibişqulu arvadına deyib ki, «bilmirəm, hara gedirsən
get, nə edirsən et, axşama mənə pul gətir, pul». Məni də yandıran odur
ki, Məzahir gedib onunla oturub-durur, onunla yoldaşlıq edir!
Maraqlıdı: səni o qurumsaqla bağlayan nədi belə?
Məzahir (əsəbi) – Qara, dərdimi artırma, mənim çəkdiyim
özümə bəsdi! Məni onunla bağlayan o zəhrimar idi, o da qurtardı
getdi!
Vaqif – Yaxşı, yaxşı! «Keçənə güzəşt» – deyərlər. Məzahir,
sənin gələcəyə planın necədi?
Məzahir – Hələ özüm də bilmirəm. Bir iş tapıb işləmək
istəyirəm.
Səfər – Doktor, Məzahirə burda da, Bakıda da iş tapılar. Siz
necə məsləhət görsəz, elə də edərik.
60
61
Vaqif – Əgər Bakıda işləmək imkanı varsa, deyək ki, bir-iki
illiyinə buralardan uzaqlaşsa, yaxşı olar. Buna necə baxırsız?
Səfər – Çox yaxşı! Toydan sonra mən təzə evə köçəcəm.
Bakıdakı ikiotaqlı mənzilimsə boş qalacaq. O mənzili Məzahirə
verirəm, nə qədər istəyirsə orada yaşaya bilər. Orada ona uyğun iş
də var.
Qara – Əgər burada qalsa, Məzahirə görə mən də iş tapa
bilərəm, o barədə problem yoxdu.
Vaqif – Hər halda yaşayış yerini dəyişməsi daha məqsədəuyğun
olardı. Evdə məsləhətləşib son qərara gələrsiz. Bu belə… Məzahir,
sənə bir neçə məsləhətim var, qulaq as! Müalicə müddətində sən
fiziki asılılıqdan çıxdın, lakin psixi asılılığın isə hələ uzun zaman
davam edəcək. Ona görə də, həkim-narkoloqla kontaktda olmaq,
vaxtaşırı ambulator müalicə almaq və iki il ərzində dəri altına
narkotikin antoqonisti olan preparat tikdirmək lazımdı. Bu preparat
sənə çox kömək edəcək, əks halda gücün çatmaz. Bildin? Özüvü
qoru – narkotikdən, alkoqoldan və siqaretdən uzaq ol! Köhnə
“kruq”la
*
əlaqəni birdəfəlik kəs. Əgər o əlaqəni kəsməsən, onlar
sənin axırıva çıxacaqlar. Yadda saxla: “kruq” yıxmayan evi heç nə
yıxa bilməz. İdman elə, ya da namaz qıl. Vaxtında və kalorili ye.
Bir də işlə məşğul ol. Əgər daim işdə olsan, onda belə səfeh şeylər
yadıva düşməyəcək.
Məzahir (şən səslə) – Oldu, doktor! Məsləhətinizə əməl etməyə
çalışacam. Elə bil, təzədən dünyaya gəlmişəm! Sizə çox
minnətdaram.
Səfər – Vaqif həkim, Sizi ailənizlə birlikdə bu gün «Səadət
sarayı»na – toyuma dəvət edirəm.
Məzahir (gülə-gülə) – Bu gün həm Səfərin toy günüdü, həm də
mənim yenidən doğulan günüm. Özü də bu günü mən həmişə qeyd
edəcəm. Ona görə, mən də öz növbəmdə Sizi doğum günümə dəvət
edirəm.
Hamı sevinir, gülür.
62
Vaqif (gülə-gülə) – Səfər, sənin toyuvu, Məzahirinsə yeni
doğum gününü təbrik edirəm. «Səadət sarayı»nda görüşənədək!
Hamı Vaqif həkimlə səmimi görüşür. Gedirlər.
Şən musiqi.
Pərdə
Naxçıvan, 2002.
63
64
Z
Z
Ə
Ə
H
H
R
R
İ
İ
M
M
A
A
R
R
Üç pərdəli bədii-sənədli pyes
İŞTİRAKÇILAR:
Teymur – siqaret düşkünü, 55 yaşında
Fatma – Teymurun arvadı, 50 yaşında,
Məhəmməd – ağsaqqal kişi, 70 yaşında
Mir Həsən – dindar şəxs, 65 yaşında
Əli – müəllim, 40 yaşında
Aydın – həkim, 45 yaşında
Professor – həkim, 50 yaşında
Fətulla – gənc, 25 yaşında
Mahir – çayçı, 30 yaşında
Gəlin, uşaq və qonşular
BİRİNCİ PƏRDƏ
Siqaretin əvvəli qazılıqdı, sonrası tazılıq.
Deyim
Teymurgilin həyət evi. Zal otaqda mebel və televizor qoyulub.
Teymur siqaret çəkə-çəkə divanda oturub televizora baxır. Bir
tərəfdə gəlin uşağı yedizdirir. Uşaq tütün iyindən boğulur, öskürür
və ağlamağa başlayır. Səsə nənəsi Fatma xanım gəlir.
Fatma – Uşaq niyə ağlayır? (Gəlin əli ilə qayınatası Teymuru
göstərir) – A kişi, görmürsən uşaq boğulur? O zəhrimarı çıxıb
eşikdə çəksən olmaz? Yeddi ildən sonra nə müsibətlə bir uşaq
tapmışıq, onu da sən zəhərləmək istəyirsən? Dur, dur çıx eşiyə.
65
Teymur – Ay arvad, rədd ol başımdan. Qoy, kinomuza baxaq.
Fatma – Yox, yox, dur ayağa, dur çıx eşiyə. (Onu kürəyindən
itələyib salır həyətə)
Teymur – “Lənət sənə kor Şeytan” haa... Belə olur bax, söyü-
lürsən, tünbətün qızı, toxumunuz kəsilsin sizin! (Siqaret kötüyünü
tez-tez sümürür, onun ardınca yeni bir siqaret yandırır)
Fatma (qarğış edir) – Səni görüm öz odunda yanasan, harayına
gələn olmasın! Sən məni bu neçə ildə dəli eləyibsən.
Teymur (hədə ilə) – Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə
bir Həzrət Abbas şilləsi çəkərdim, mis dadı verərdi.
Teymur hirslə hasar qapısına tərəf gedir,
qapı çırpılır.
Pərdə
İKİNCİ PƏRDƏ
Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tütünün
yox, həm də sizin yanan toxıımalarınızın, hüceyrələ-
rinizin tüstüsüdü.
Bu, hələ alışmayan, lakin yavaş-yavaş, için-için
yanan canınızın və cibinizin tüstüsüdü.
Müəllif
Çayxana. Orada dörd stol və stullar qoyulub. Birinci stolda
Məhəmməd kişi ilə Mir Həsən oturub çay içir, söhbət edirlər. Qalan
stollar boşdur.
Çayxana təmiz və səliqəlidir. Çayçı Mahir iri mis samovar,
çaynik, stəkan-nəlbəki, qənddan, limon, şirniyyat və s. düzülmüş
piştaxtanın arxasında durub öz işilə məşğuldur.
Məhəmməd – Keçən bazar günü getmişdim Bakıya,
qardaşoğlunun toyuna. Toy evidi deyə evdə çoxlu adam var idi.
66
Mənim də yerimi sənin o qonşun “Tütün Teymur” ilə bir otağa
salmışdılar. Bütün gecə ilan vuran yatdı, o yatmadı, elə hey
öskürdü, elə hey öskürdü... Səhərə yaxın bəlğəm gəldi – haşa məc-
lisdən – hayxırdı, tüpürdü, tualetə girdi, otağa keçdi – qərəz toya gə-
lənləri də bidar
*
elədi, qoymadı yatmağa... Səhərisi gün hamı onu
danladı. Hara yetəcək?! Bu yaşda siqaret üstə ərlə arvadın sözü
çəpləşdi. Hamı da Fatma bacıya kömək çıxdı. Axırda qardaşı dedi
ki, "Teymur, gəl, səni xeyir işdən sonra bir həkimə aparım". Guya
razılıq verdi, amma aradan çıxdı.
Deyirəm: “Sən seyidsən, Allah adamısan, bəlkə səni eşitdi. Sən
onu bir danla, boynuna qoy getsin həkimə, yazıqdı”.
Mir Həsən – Bir dəfə onunla bu barədə bir ayaqüstü söhbətimiz
olub. Teymura dedim ki, “nə görmüsən bu zəhrimarda, rədd elə
getsin də onu?!” Mənə nə desə yaxşıdı? Deyir: “Mən qırx illik dos-
tuma xəyanət edim?” Daha bu sözdən sonra ona nə deyim, bığlı,
saqqallı kişidi, adam özü də xəcalət çəkir axı?! Amma Məhəmməd,
yenə də araya salıb ona bir dəlil-nəsihət eləyərəm, onun bir boş
damarı var, onu tutsam nə desəm, eləyəcək.
Əli müəllimlə Fətulla daxil olurlar. Salam verib ikinci stola əy-
ləşirlər. Çayçı onlara çay və domino gətirir.
Əli – Nədən oynayaq, Fətulla?
Fətulla – Bir çaynik çaydan.
Əli – Dünənki kimi cığallıq eləməyəcəksən?
Fətulla – Mən nə vaxt cığallıq eləmişəm, Əli müəllim?
Əli (lağ ilə) – Yox əşşi, “kürdün nəyi də olsa, oğurluğu olmaz”.
Görən deyər: “Bu heç Cığal Cəfərin oğlu Danqa Fətulla deyil”.
Teymur yavaş-yavaş gəlir. Başı ilə salam verib üçüncü stola
oturur. Müştük, siqaret və kibrit qutusunu qabağına qoyur. Fi-
kirlidir. Mahir çay və siqaret gətirir. Teymur təzə bir siqaret yan-
dırır.
Axırda Aydın həkimlə Professor daxil olurlar. Hamıya salam
verib dördüncü stola əyləşirlər. Aydın həkim işarə ilə Mahiri yanına
çağırır.
67
Aydın (alçaq səslə) – Mahir, Bakıdan qonağım var, bizə
Ordubad lumusu ilə bir qəşəng pürrəngi çay ver, özü də yekə
çaynikdə.
Mahir (şən səslə) – Baş üstə, doktor.
Professor – Çox maraqlı xəstə idi, belə hadisə nadir hallarda
olur. Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçu-
başovla bir xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast
gəldik.
Aydın – Professor, Sizin bu sinteziniz çox uğurlu oldu.
Təşəkkür edirəm. Mən də çox şey öyrəndim.
Professor – Mənimlə müntəzəm əlaqə saxla. Çalış təyinatı
dəqiq yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim
var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı
“Genel cerrahiyye” jurnalında dərc olunsun.
Aydın (sevincək) – Nə yaxşı olar, Professor! Bu məqalənin
mənim dissertasiyama da köməyi dəyər.
Mahir çay, limon və şirniyyat gətirir. Teymurda boğulma
tutması olur: öskürür, öskürür, öskürür… Hamı əl saxlayıb Tey-
mura tərəf baxır.
Əli – Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə,
ölürsən axı?!
Teymur (təngnəfəs) – Nə bilim, ay Əli müəllim? Bir ildi ki, bu
öskürək məni əldən salıb, istilik də ki, bir yandan...
Əli – Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən?
Teymur – Yoox, düzü, qorxuram getməyə. Elə bilirəm nəsə
əngəlli bir şeydi – ona görə getmirəm.
Əli – Mən onu-bunu bilmirəm, səninki siqaretdəndi, Teymur
əmi. Gündə nə qədər çəkirsən?
Teymur – Ha çox... On üç yaşımdan bu zəhrimarı çəkirəm, düz
qırx iki ildi. Həmişə də papiros çəkmişəm, yəni filtrsiz siqaret. Gün
olub beş “paçka”, gün olub altı “paçka” çəkmişəm. Özü də tüstü
gərək mənim ürəyimə dəyə, yoxsa qanıx verməz
*
. Axır səkkiz-
doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim? (Günahkar adam
kimi başını aşağı salır)
68
Radioda lirik musiqi verilir. Diktorun səsi: “Hörmətli
dinləyicilər, indi də tütünün insan orqanizminə zərərli təsiri barədə
həkim-narkoloqun söhbətinə qulaq asın”.
Mahir (uca səslə) – “Adın çək, qulağın bur”. Teymur əmi, di
qulaq as! Ə, orada dominonu az şaqqıldadın, qoyun görək həkim
Teymur əmiyə nə deyir?
Radio
“Siqaret çəkməyin zərərli vərdiş olmasını indi hamı bilir.
Görəsən, biz belə adətin özümüzə və ətrafımızdakılara necə zərər
verməsi barədə heç düşünürük?
Əvvəlcə görək, tütünün tərkibində hansı zərərli maddələr var?
Siqaretdə dörd minə qədər belə maddə aşkar edilib. Onlardan ən
69
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar
və digər maddələr insanda müxtəlif xəstəliklər əmələ gətirdikdən
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır.
İndi isə belə maddələrin insanda hansı patologiyalar
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq.
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur.
Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ
gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları və yuxu
pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemə, xü-
susilə böyrəküstü vəzə təsir edərək adrenalin ifrazını artırır. O isə
damar spazmı törədərək, arterial qan təzyiqini yüksəldir. Yaşlı və
təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! Bununla iş qurtar-
mır: adrenalin ürək üçün "qamçı" rolunu oynayaraq, onu sürətlə
döyünməyə məcbur edir. Nəticədə, ürək əzələsi yorulur, haldan
düşür və vaxtından tez qocalır. Bu isə ürək infarktı üçün zəmin ya-
radır. İnfarkt keçirmiş şəxslər üçün siqaret çəkməyə davam etmək
növbəti infarktı göz qabağına gətirmək deməkdir. Adrenalin
periferik damarları daraltdığı üçün orada axan qanın miqdarı
azalır və qidalanma pozulur ki, bu da axırda obliterasiyaedici
endarterit kimi agır xəstəliyə gətirib çıxarır. Nəticə ayaqların qan-
qrenası ilə sonuclanır. Bundan başqa, nikotin xoşagəlməz acı dadı
ilə həm də mənfi emosiya yaradır.
Vaxtilə nikotini tütünün tərkibində ən zəhərli maddə hesab
edirdilər, lakin məlum olub ki, radioaktiv maddələr ondan da
təhlükəlidir. Bu radioaktiv maddələrdən benzpiren və dibenzpiren
alfa- və beta-hissəciklər şüalandırmaqla ağ ciyəri dağıdır və
xərçəng xəstəliyi əmələ gətirirlər. Bu, həyat üçün çox qorxuludur!
Bədxassəli şişlərin əmələ gəlməsinə şərait yaradan və onun
inkişafına kömək edən dəm qazı və kükürd qazıdır. Dəm qazının
toksiki maddə olması isə hamıya məlumdur.
Otuz doqquz yaşında həyata gözlərini yuman bir amerikan
jurnalisti görün nə yazır: "Mən öz "düşmənimlə" on dörd yaşında
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub.
70
Siqaret tüstüsünün iyini və aromatikliyini efir yağları və
qatranlar müəyyən edirlər. Həmin qatranlar tədricən ağciyər
alveollarını doldurub, onları çıxdaş etdiyi üçün tənəffüsü çətin-
ləşdirirlər. Tənəffüsün pozulmasına karbon qazı və dəm qazı da pis
təsir edir. Belə ki, siqaret tüstüsündə olan karbon, oksigendən dörd
dəfə sürətlə hemoqlobinlə birləşərək, karbohemoqlobin əmələ
gətirir ki, bu şəkildə toxumalara gedən qan zəhərli olub orada
oksidləşmə-bərpa reaksiyalarını pozur.
Tütün təkcə ağciyər və tənəffüs yollarına mənfi təsir etmir, o,
həm də həzm traktına ziyan verir. Siqaret çəkənin ağız suyuna
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir,
iştahanı pozur, mədə xorasına və axırda isə həzm sisteminin
xərçənginə səbəb olur. Onu da qeyd edim ki, siqaret çəkənlərdə
maddələr mübadiləsi və vitamin balansı da pozulur. Hər çəkilmiş
siqaret bütöv apelsində olan qədər C vitamini parçalayır. Gözün
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir”.
Fətulla – Bu həkimləri də qoyasan camaatı yaxşıca qorxuda.
Həkimlərin hamısı siqaret çəkir, özləri də deyir: "Ziyandı". Əgər elə
ziyandısa, bəs həkimlər onu niyə çəkir?
Aydın – Həkimlərin heç də hamısı siqaret çəkmir. Onu da
nəzərə alaq ki, həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də
nikotin narkotik maddə olduğuna görə, hamıda asılılıq yaradır.
Həmin asılılıqdan çıxmaq isə hər oğulun işi deyil.
Fətulla – Yaxşı, bu siqaret ziyanlı şeydisə, niyə onu bu qədər
findi-firuşqa düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə?
(O, əlində olan gözəl siqaret qutusunu yuxarı qaldırır)
Aydın – Ay qardaş, əvvəla siqaret maqnatları öz mallarını
satmaq üçün onu belə gözəl hazırlayırlar. Bu, normal bir şeydi. O ki
qaldı reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret
reklamları yığışdırılıb. Xəbərin var ki, Yaponiyada siqaret çəkəni
işə götürmürlər? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət ve-
rirlər, hə?
Fətulla (lağ ilə) – Bayaq radioda həkim deyir ki, siqareti çox
çəksən, guya iflic olarsan, harada belə şey olub? Əşi, deyir də…
71
Mir Həsən – Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev
adında bir kişi var idi. Onda mən cavan idim, o vaxt biz hələ kənddə
yaşayırdıq. Bir gün xəbər çıxdı ki, Əsgər kişi öldü. Bilirsən o niyə öl-
dü?
Fətulla ( istehza ilə) – Birdən siqaretdən ölər ee…
Mir Həsən – Sən heç lağ-zad eləmə, qardaşoğlu. Bəli, elə
siqaretdən ölmüşdü! Səhər-səhər durub gedirlər çölə, ot yığmağa.
Çöldən ot yığası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də
Əsgər kişi bəlkə on siqaret çəkir, özü də ac-susuz. Vurub zə-
hərləmişdi onu. Rəhmətlik elə onunla da getdi.
Dostları ilə paylaş: |