Sevda – Ana, ona heç nə vermə. Gedib yenə iynə vuracaq!
(Meziyə tərəf dönür). Bu nə vaxta qədər belə davam edəcək, hə? Bu
ailə deyil, ev deyil, evcikdi. Dünən biri zəng edib ki, «Mezi məndən
150 dollar borc alıb, yeddi aydı vermir». O, axırda heç bilirsən,
mənə nə təklif etdi?
Mezi (laqeyd) – Qələt eləyir. Mən heç kimdən 150 dollar
almamışam.
Sevda – Yalan deyirsən! Sənin bu yalanların bizi lap cana
doyurub. Bəs, Şulan əmiyə nə deyirsən? O da yalan deyir? 100
dollar da onun dükanından alıbsan ki, «uşağı həkimə aparıram, üç
günə qaytarıram». Üç gün olub üç ay, onun pulunu qaytarmayıbsan.
O da deyir: «Kasıb adamam, pul mənim deyil, dükanındı, verin,
aparım qoyum yerinə».
31
Mezi – Əşi, yalan deyir.
Sevda – Bayaq düz evə gəlmişdi. Ana ilə onu birtəhər yola
saldıq getdi. İndi sualıma cavab ver: bu işlər nə vaxta qədər belə
davam edəcək? Öz əlinlə ailəvi dağıtmaq istəyirsən?
Mezi – Bu günlük məni ötüşdürün, sabahdan tüpürəcəm
narkotikə də, iynəyə də!
Sevda – Ay Allah, bu məni çərlədəcək… Necə də yalan danışır.
Bax, sənə deyirəm, özün seç: ya ailə, ya iynə!
Mezi – Sevda, başa düş, indi «lomka»dayam, bütün bədənim
ağrıyır, dözə bilmirəm. Mənə bir az pul verin, gedim iki-üç «kub»
vurum, sakitləşim. Vallah, bu axırıncı dəfədi, bax, Fəridin ölmüşü!
Sevda –İnanmıram sənə, inanmıram! Mən deyirəm: «Aydan
aya», sən deyirsən: «Çaydan çaya». Məzahir, görürəm ki, sənin
fikrin ancaq narkotikin yanındadı, o sənə ailədən də, uşaqdan da
əziz olub. Ona görə də, sənlə mənimki tutmaz! İndiyəcən
deməmişəm, amma indi deyirəm: “Səndən mənə ər, Fəridə ata
çıxmayacaq!”
Mezi – Qurban olum, Sevda, məni atıb getmə!
Sevda – (çox əsəbi) Yox, daha dözə bilmirəm! Kondisioneri,
soyuducunu, televizoru aparıb satdın – dinmədim, mənim pal-
paltarımı, qır-qızılımı satdın – üstünü vurmadım. Bu gün xrustal
vaza yoxa çıxıb, sabah da yəqin ki, məni satacaqsan! Buna kim
dözər, kim? Səninki səndə, mənimki məndə. Xudahafiz!
Sevda uşağı da götürüb ağlaya-ağlaya gedir. Mezi pəncərə
şüşəsini sındırıb venalarını kəsir, qan axır. Məsmə xanım çığırır,
haray salır. Mezi qaçıb gedir. Səsə qonşu Nəcibə müəllimə gəlir.
Nəcibə – Məsmə bacı, o nə səs idi elə? Yenə nə olub?
Məsmə (yorğun) – Nə bilim, ay Nəcibə müəllimə? Yenə
Məzahirin dəliliyi tutub, venalarını kəsir! Gəlinlə sözləşdilər, o da
uşağı götürüb getdi dədəsi evinə.
Nəcibə – Sevda yaxşı qızdı, onda bir günah görmürəm. Onun
yerinə kim olsaydı elə edərdi. Bir ildi sizin evdən qeylü-qal
kəsilmir. Çalışıb buna son qoymaq lazımdı! Ailəni dağıtmaq asan iş
deyil.
32
Məsmə – Bə mən başıdaşlı nə edim? Məzahirin öhdəsindən
necə gəlim?
Nəcibə – Hər şeyin bir yolu, yolağası olur. Məsmə bacı, sən
onu apar qoy Narkoloji dispanserə, müalicə elətdir, yoxsa Məzahir
arada qalıb məhv olacaq, hamıdan çox yanan da sən olacaqsan! Ona
heyfim gəlir, cavandı, özü də pis uşaq deyil.
Məsmə – Yəni deyirsən Məzahir təzədən adam olub adamlar
cərgəsinə qoşulacaq? Gözüm elə qorxub ki, heç inanmağım gəlmir.
Nəcibə – Niyə ki? Qasım müəllimin oğlu səninkindən betər idi.
Aparıb müalicə elətdirdilər, indi, maşallah, gül kimidi!
Bizim sinif müəllimələrindən birinin əri də narkoman idi. Yazıq
üç ildi getmişdi, hələ də qız idi! (Qulağını çəkir) Onu da apardıdar
xəstəxanaya, Vaqif həkimin yanına, müalicə olundu, indi, maşallah,
özü uşaq gözləyir, əri də ta heroinə baxmır, işləyir, çörək qazanır.
Sən ümidivi itirmə, oğluvu apar qoy Narkoloji dispanserə.
Məsmə – Ay səni xoş xəbər olasan, Nəcibə müəllimə! Əgər
Məzahir müalicə olunub düzəlsə, ömür boyu sənə minnətdar ollam!
Nəcibə – Məsmə bacı, mən sənin yerivə olsam, əvvəlcə bir
Qasım müəllimin arvadı Səmayə xanımla söhbət edərəm.
Məsmə – Çox düz deyirsən, Nəcibə müəllimə. Onda qoy,
Səmayə bacı ilə bir “ağız-ağıza dəyim”, sonra. Görüm, o nə məslə-
hət görür?
Nəcibə – Neynək, «məsləhətli don gen olar».
Məsmə – Ay Nəcibə müəllimə, Məzahir bizi hamının yanında
gözükölgəli eləyib, borcluların əlindən heç bilmirəm hara baş
götürüb qaçam. O qədər borc yığışıb ki! İndi “itə də bir əppək
borcumuz var”. Bu dörd divardan başqa heç nəyimiz qalmayıb,
məcbur bu evi satmalıyam, başqa çarəm yoxdu. İstəyirəm bu evi
satıb borcları qaytarım, sonra da şəhərin kənarında bir xosək
*
alım… Nə deyirsən?
Nəcibə – Sən nə danışırsan ay Məsmə bacı? Heç belə evi də
satmaq olar? Bu ev axı, Aslan müəllimdən yadigardı.
Məsmə (acizanə) – Çarəsizəm, ay Nəcibə müəllimə, çarəsizəm!
Vallah, başqa bir çıxış yolu tapa bilmirəm. Nə edim? (Pauza) Elə
33
dərddi ki, çəkirəm, bu dərdi dağa yükləsən, dağ da dözməz ki mən
dözürəm. Axırıncı dəfə nə vaxt gülmüşəm – yadımdan çıxıb. Deyir:
“Danışmaqdan dilim quruyub, ağlamaqdan gözüm”.
Nəcibə – Bədsuyum olma, bircə sən deyilsən ki, bu dərdi
çəkən… Sən Allahdan səbr dilə. Özü də dur ayağa, get Səmayə
xanımgilə, “günü günə satma”.
Gedirlər.
Pərdə.
34
Pərdə
DÖRDÜNCÜ PƏRDƏ
Xaş-xaşın “göz yaşını” bir dəfə dadan,
Öz göz yaşını ömür boyu dadar.
Deyim
Həkim kabineti. Kabinetdə divan, kreslo, kitab şkafı, kuşetka,
seyf, televizor, böyük yazı masası və s. qoyulub. Həkim ağ xalatda
yazı masası arxasında oturub nə isə yazır. Qapı açılır, Məsmə
xanım daxil olur. Həkim ayağa qalxıb ona kresloda yer göstərir. O
oturur.
Məsmə – Salam, həkim.
Vaqif – Əleykə salam. Xeyir ola, xala, nə yaxşı?
Məsmə – Heç soruşma, xalan sənə qurban! Bir oda düşmüşəm,
“götürürəm əlim yanır, qoyuram yer”. Nə ölən kimi ölə bilirəm, nə
qalan kimi qala. Allah baiskarın evini yıxsın, yıxdı mənim evimi!
Xəcalətdən xeyrə, şərə də gedə bilmirəm. (Pauza.) Oğlumun gül
kimi arvadı, ay parçası kimi uşağı... İndi nə evə baxır, nə eşiyə
baxır. Bilmir ki, ailəsi hardadı, uşağı harda? Yanıram, külüm çıxır!
Dərdim çoxdu, həkim, açıb-bükə bilmirəm, dost var, düşmən var.
“Allah heç kimi övladla imtahana çəkməsin”, çətindi, çəkmək
olmur!
O gün tutmuşdular, Allah heç kimə göstərməsin! Bir müsibətlə
onu qurtardıq, ta soruşma – dərimizi soydular e, dərimizi...
Beş-altı gün ara verdi, indi yenə başlayıb... İndi bilmirəm ki, nə
edim? Lap başımı itirmişəm! (Doluxsunur)
Vaqif – Mən belə başa düşdüm ki, oğlunuz narkotik qəbul edir?
Məsmə – Hə, hə, balamı salıblar narkotikə, həkim. Heroindi,
nədi, ona düşüb... Qonşumuzun oğlu da heroinə qurşanmışdı. Onu
keçən il Siz qurtarıbsız. İndi, maşallah, düzəlib.
Vaqif – Kimdi qonşunuz?
Məsmə – Pərviz, Qasım müəllimin oğlu.
35
36
Vaqif – Hə, tanıyıram. Düzdü, onu mən müalicə etmişəm. İndi
necədi?
Məsmə – Yaxşıdı, heç kimə qoşulmur, işləyir, ailəsini saxlayır.
Anası bilsəz Sizə nə qədər dua edir? Elə bura gəlməyi də o məsləhət
gördü. Məni çevir balalarıvın başına. Məzahiri də Pərviz kimi elə,
ver əlimə.
Vaqif – Xala, danışın görüm, oğlunuz nə vaxtdan narkotikə
başlayıb? Burnuna çəkir, yoxsa iynə vurur?
Məsmə – İynə vurur, başıva dönüm, iynə. Allah o iynə
çıxardanın evini yıxsın! Gündə dörd-beş dəfə vurmasa, deyir: “Ana,
bağrım çatlayar”. Tutulandan sonra çox danladım, deyir: “Ana, bez-
mişəm, az qalıram özümü öldürəm!” Deyir: “Mənə kömək elə, bir
qələtdi eləmişəm. Çıxandan sonra bir daha eləməyəcəm”. Mən də
anayam, nə edim? Deyirəm: “Cavandı, birdən özünə qəsd edər,
qalaram yaman günə”. Ondan sonra onun uşağına, ailəsinə kim
baxacaq? Onsuz da ailədə başıpapaqlımız bircə elə Məzahirdi...
(Pauza) Həkim, Məzahir bizi quru yurdda qoyub. Bizim topda-
ğıtmaz evimiz var idi. Evdə nə vardısa, Məzahir hamısını daşıyıb
dəyər-dəyməzinə verib narkotikə. Ta satılası bir şeyimiz də
qalmayıb! (Pauza) Ətraf dükanların hamısına borcluyuq. Gündə bir
adam borca gəlir. Evdə otura da bilmirəm!
Mənim yoldaşım həmişə karlı yelərdə işləyib. On il raykomun
birinci katibi olub, son vaxtlar da tikinti idarəsində rəis idi. Bəlkə
tanıyasız: Aslan Süleymanov. Allahdan gizli deyil, Sizdən nə
gizlədim, atası onun belə-belə əməllərinə dözə bilmədi, ürəyi
partladı, öldü... (Ağlayır) Ürək buna necə dözsün?
Vaqif – Aslan müəllimi tanıyırdım. Allah ona rəhmət eləsin,
yaxşı kişı idi. Hmm... Demək, bu onun oğludu? Yaxşı, xala, bəs
oğlunuz indi haradadı?
Məsmə (ağlaya-ağlaya, ucadan) – Heç bilirəm hansı
cəhənnəmdədi? Yenə qoşulub üzünü mürdəşir yumuş Cibişə, görən,
hara baş alıb gedib? Üç-dörd gündü evə-eşiyə də gəlmir, harada
yatır, harada durur, anası ölmüş, nə yeyir, nə içir – bilmirəm. Elə də
arıqlayıb ki... Bir dəri, bir sümükdü. Belə getsə, öləcək... (Gözünün
37
yaşını silir) Məzahir qabaqlar bir gözəl, bir gözəl oğlan idi: hamı
onun ağlını, qanacağını, qabiliyyətini deyirdi. Elə də əliaçıq idi ki!
Yetənə əl tuturdu, kömək edirdi...
Qonşuluqda Abdulla adında bir oğlan var, hamı ona Qara deyir,
Məzahirlə uşaqlıqdan dost olublar. Beş-altı il bundan qabaq onunla
iş qurdu, pul qazandı, maşın aldı, özünə Bakıda ev aldı. Bu
zəhrimara düşəndən sonra ev də getdi, maşın da, iş də! Bütün
dostları da, Qara da başından dağıldılar. Qara deyir: “Məsmə xala,
narkomana etibar olmaz, kim onunla işləyər ki? Narkotiklə
qurtarsın, xətri nə istəyir eləyim onunçün” (Uzun pauza). Həkim,
indi Qara dönüb olub Abdulla müəllim. O, özünə ikimərtəbəli bir
imarət saldırıb ki, iki göz istəyir tamaşa eləyə! Onun anasına Qara
Fatma deyərdilər, onun-bunun işini görərdi, xalça-palazını yuyardı.
“Ağ gün adamı ağardar, qara gün qaraldar”, – deyiblər. İndi o
Fatma bir ağ ət gətirib ki, görən onu tanımır. Yaslara da gündə bir
təzə paltar geyib gələr. Qara anasını elə saxlayır, amma mənimki?..
“Kiminin əvvəli, kiminin axırı”. Ehh... Bə, mən indi nə edim? Mənə
bir məsləhət verin, həkim.
Vaqif – Məsmə xala, Məzahiri təcili buraya gətirmək lazımdı.
Onu tez tapın, xəstəxanaya gətirin, yoxsa gec olacaq!
Məsmə – Düzdü, doktor. Gedim qardaşım oğluna yalvarım, onu
axtarıb tapsın, bir al-dillə bura gətirsin. Görəsən, o hara baş alıb
gedib? Siz Allah, məni bağışlayın. Məsmə xalan dərdlidi, “dərdli
söyləgən olar”.
Gedir. Əlində balaca dəri çanta olan gözlüklü bir kişi kabinetə
daxil olur.
Müxbir (tez-tez danışır) – Salam, gəlmək olar?
Vaqif – Salam, olar.
Müxbir – Mən radiodan gəlmişəm, müxbirəm. Tanış olaq:
Səməd Kərimbəyli.
Müxbir həkimə yaxınlaşır, onlar görüşürlər.
Vaqif – Xoş gəlibsiz, əyləşin.
Səməd Kərimbəyli – Sizdən narkomaniya mövzusunda müsa-
hibə götürmək istəyirəm. Vaxtınız var?
38
Vaqif (gülümsəyir) – Taparıq. Sizi konkret nə maraqlandırır?
Səməd Kərimbəyli – Mən narkomaniya ilə bağlı bir neçə sual
hazırlamışam. Sizin icazənizlə cavabınızı diktofona yazmaq
istəyirəm. Olar?
Müxbir diktofonu masanın üstünə qoyur. Həkim danışmaq üçün
hazırlaşır: boğazını arıtlayır, kresloda dikəlib oturur, qalstukunu
düzəldir.
Vaqif – Olar, mən hazır.
Səməd Kərimbəyli – Hörmətli dinləyicilər, mən Narkoloji
dispanserdəyəm. İndi dispanserin baş həkimi Vaqif Əlixanlı ilə
söhbət edirik. (Həkimə müraciətlə) Narkomaniya tibbi və sosial
problemdir. Tibbi problem nədir?
Vaqif – Narkotik maddələr ürəyin yığılma qabiliyyəti olan
liflərini məhv edir, damarları daraldır, qanı laxtalandırır. Axırda
qanın hərəkəti ləngiyir, toxumalarda oksidləşmə-bərpa prosesi pozu-
lur;
– Qaraciyərdə narkotikin zərərli təsiri nəticəsində əvvəlcə
hepatit, sonra isə sirroz inkişaf edir. Qeyd etmək lazımdır ki,
narkomanlar arasında qaraciyərin C virus hepatiti geniş yayılıb ki,
bu xəstəlik də müalicəyə çox çətin tabe olur;
– Böyrəklərin fəaliyyəti qənaətbəxş olmur. Cinsi sfera elə
zədələnir ki, narkomanlar arasında impotensiya bir problem kimi
durur;
– Narkotikin zərərli təsirindən immun sistemi zəifləyir, nəticə-
də, infeksion xəstəliklərə tutulma asanlaşır və ağciyərlərdə vərəm
baş qaldırır;
– Həzm və endokrin sistemin işi pozulur. Bu pozğunluqlar öz
növbəsində digər sistemlərə də mənfi təsir edir;
– Qəbul edilən hər bir porsiya narkotik, ya alkoqol azı 1000-
2000 beyin hüceyrəsini məhv edir. Narkotik maddələr beyini necə
deyərlər “qurutduğu” üçün kəskin nevrasteniya, depressiya və psixi
xəstəliklərə çox rast gəlinir;
39
40
– Narkomanlar arasında QİÇS (SPİD) və zöhrəvi xəstəliklər
geniş yayılıb ki, onlardan birincisi sağalmaz, ikincisi isə ağır xəs-
təlik sayılır.
Bir sözlə, sanki narkomanların boynundan xəstəliklərdən
“hörülmüş” qorxunc bir “çələng” asılmış olur.
Səməd Kərimbəyli – Bəs sosial problem?
Vaqif – Narkotik maddələr təkcə insan orqanizmində pato-
logiyalar əmələ gətirmir, o, sosial həyatda da pozğunluqlar törədir.
Harada narkotik varsa, orada müflisləşmə, müxtəlif cinayətlər,
boşanma, pozğun həyat, yol-qəza və bədbəxt hadisələr, yanğın, ağır
xəstəliklər, cavan yaşda ölüm, qüsurlu doğulmuş uşaq və s. var.
Onlar işləmir, avara gəzir və tüfeyli həyat sürürlər.
Onu da qeyd etmək lazımdır ki, narkomanın acı taleyi və
dözülməz əməllərinə biganə qala bilməyən yaxınları ya ağır
xəstəliklərə (iflic, infarkt, xərçəng, diabet və s.) tutulur, ölür, bəzən
də özlərini öldürürlər. Heroin – ailəvi qırğın silahına çevrilir.
Hərtərəfli maddi və mənəvi düşkünlük (depressiya) vəziy-
yətində olan və acınacaqlı həyatından bezən bədbəxt narkoman isə
çox vaxt “peredoza”
*
yolu ilə intihara üstünlük verir.
Narkotik maddə qəbulu çoxlu pul tələb edir. Daim artan bu
tələbatı ödəmək üçün narkoman pula çevrilə bilən nə varsa (ev,
maşın, dükan, daş-qaş və s.), hamısını, hamısını satır və həmin pulu
narkotik maddəyə sərf edir. Nəticədə, narkotik maddə qəbulundan
əvvəl zəngin olan bir adam sonda var-yoxdan çıxır, müflisləşir və
borca düşür.
Səməd Kərimbəyli – Narkomaniya kriminal aləmə necə təsir
edir?
Vaqif – Narkomanın beynində daim bu fikirlər dominantlıq
edir: “Pul tapım, “mal” tapım, “mal” bişirim, “mal” vurum”. Onun
qəlbi, canı və cibi bu fikirlərə tabe olub, onların diqtəsi ilə hərəkət
edir. Belə adamlar cinayət etməyə çox meyilli olurlar. Ona görə də,
ölkədə törədilən cinayətlərin (oğurluq, xuliqanlıq, dələduzluq, qətl,
yol-qəza və s.) xeyli hissəsi narkotik qəbulu zəminində baş verir.
Özü də bu pay getdikcə artmaqdadır...
Səməd Kərimbəyli – Narkomanlarda şəxsiyyət və əxlaq necə
41
dəyişir?
Vaqif – Narkotik maddə qəbulu onların əxlaqını pozur, şəxsiy-
yətlərini alçaldır; tədricən yaxşılıq pisliklə, xeyirxahlıq bədxahlıqla,
sədaqət satqınlıqla, əməksevərlik avaraçılıqla, dürüstlük nadürüst-
lüklə, dostluq hissi xainliklə, bir sözlə, insana xas olan bütün əxlaqi
gözəlliklər vəhşi bir çirkinliklə əvəz olunur. Belə adamlar ailədən,
qohum-qardaş və dostlardan soyuyur, onlardan yan gəzir, əvəzində
özləri kimi namussuz və şəxsiyyətsiz məxluqlarla yoldaşlıq edirlər.
Narkotik olan yerdə böyük-kiçik olmaz, xətir-hörmət qalmaz.
Səməd Kərimbəyli – Hansi zahiri və davranış dəyişikliyi
narkotik maddə qəbulundan şübhələnməyə əsas verir?
Vaqif – Narkomanlar üzü tüklü və səliqəsiz gəzir, gözləri
sulanır və göz qapaqları şişib qızarır, tez-tez qaşınır, üşüyür, çox
tərləyir, tərdən daim spesifik iy gəlir, asqırır, burunlarından selik
axır və s. Onlar arıqlayır və qaralırlar. Narkomanların səsi kobud və
xırıltılı olur. Onlar sudan qorxub, yuyunmaq istəmir (?), tualetə tez-
tez gedib orada çox qalır, şübhəli adamlarla oturub-durur, müxtəlif
bəhanələrlə evdən pul tələb edir, yalan danışır, oğurluq və s. edirlər.
Narkotik maddə qəbul edənlər iştahadan düşür, yuxuları pozulur,
əhval-ruhiyyələri dəyişkən, özləri isə çox əsəbi olurlar. Narkotik
maddələr siqaretə olan “yanğını” artırdığı üçün çoxlu siqaret çəkmə
də, onların çöməltmə oturmaları da şübhəli əlamət sayıla bilər. Əgər
onlardan şpris, qara qaşıq, ya narkotik maddə tapsanız, yaxud iynə
yerləri aşkar etsəniz, mütləq həkim-narkoloqa müraciət edin.
Səməd Kərimbəyli – Davranışı belə şübhə doğuran şəxsin
narkotik maddə qəbul edib-etməməsini necə və harada dəqiq
yoxlamaq olar?
Vaqif – Bunun üçün həmin şəxsi mütləq həkim-narkoloqun
yanına aparmaq və onun bioloji mayesini (sidik) ekspress-test
metodu ilə müayinə etdirmək lazımdır. Həkim-narkoloq bü üsulla
onun son beş gündə hansı narkotik maddə (heroin, nəşə, kokain və
s.) qəbulu faktını dəqiqliklə təyin edə bilər.
Səməd Kərimbəyli – Maraqlı və dolğun müsahibə üçün sağ
olun!
Müxbir diktofonu söndürür və onu əl çantasına qoyur. Həkim
42
selektorun düyməsini basır və ora: “Aida xanım, bizə çay verə
bilərsən?” – deyir. Tezliklə qapı açılır, katibə əlində məcmeyi
kabinetə daxil olur. O, iki stəkan çayı, limonu, konfet və qənd qabını
müxbirlə həkimin qarşısına düzüb çıxır. Həkimlə müxbir çay içə-içə
söhbət edirlər.
Səməd Kərimbəyli – Vaqif həkim, Sizdən bir ricam olacaq.
Mənim işdə bir dostum var, çox qabiliyyətli və savadlı adamdı. Bu
yaxınlarda öyrənib ki, oğlu narkomandı. Özü də oğlunu üç aydı
nişanlayıb. Deyir: “Gecələr yerimə elə bil qor dolur, yata bilmirəm.
Əgər qız tərəfi bilsə, nişanı qaytaracaq, biabırçılıq olacaq!” Özünüz
bilirsiz ki, bizdə narkomana necə baxırlar? Biləndə ki, bura gəlirəm
məni qırağa çəkib yalvardı ki, “sən Allah, həkimə de, bir əlac
eləsin!” Yazıq elə bir günə düşmüşdü ki, mən onu bu on ildə heç
vaxt o vəziyyətdə görməmişdim. Ona yazığım gəldı. Görünür, bu
ağır dərddi...
Vaqif – Özü də çox ağır bir dərd... Evində narkoman olmayan
onun nə demək olduğunu bilə bilməz! Oğlu narkoman olan elə
valideyn tanıyıram ki, övladına Allahdan bircə ölüm arzulayır! Nə
isə... Səməd müəllim, Siz dostunuza deyin ki, oğlunu mütləq
müalicə etdirsin, mütləq! Özü də həkim-narkoloqun rəhbərliyi ilə.
Həkim masanın üstündən vizit kartını götürüb müxbirə verir.
Vaqif – Artıq Sizdə mənim iş və mobil telefonlarımın nömrələri
var. Qoy, dostunuz mənə zəng etsin, danışaq. Əgər oğlan özü
tərgitmək istəməsə, onu məcbur etməklə bir şeyə nail olmaq müm-
kün olmayacaq. Mən istəyirəm ki, dostunuz bunu qabaqcadan bil-
sin, yaxşı?
Səməd Kərimbəyli – Aydındır. Sizin sözlərinizi və telefon
nömrənizi dostuma çatdıraram. Dolğun müsahibə və çay üçün sağ
olun!
Həkim müxbirlə görüşüb onu qapıya qədər yola salır. Kabinetə
bir qadın daxil olur.
Leyli – Salam, həkim, mən yoldaşımdan ötrü gəlmişəm.
Vaqif – Salam. Sizin problem nədir?
Leyli – Mənimki içir.., gecə demir, gündüz demir, içir. Özü də
sənətkardı, əlləri «qızıldı». İçməyəndə adamdı, ailəsinə, uşağına
43
44
yaxşı baxır, hamıya yanımlıdı. İçməsə, «quzu»du, «mələsə əti
yeyilər». Amma elə ki, içdi… üzünü görmə! Gərək biz evdən
qaçaq! Evi vuracaq, dağıdacaq… Məndə ana qoymur, dədə qoymur,
söyüb yamanlayır. Uşaqlar da, qonşular da beziblər ondan. Mən
heç, ailəsiyəm, birtəhər dözürəm. Deyirəm: «Bəs, uşaqların günahı
nədi?» Sizdən də üzüqaralıq edirəm, üç uşağım var: ikisi qızdı, biri
oğlan. Qızlarım yekəlib, bu gün-sabah ərə getməlidilər. Ay doktor,
sən də mənim qardaşım, indi kim alkaşın qızını alar? Oğlum da təzə
əsgərlikdən gəlib. Atasının bu əməllərinə dözə bilmir. Deyir:
«Mama, baş götürüb evdən gedəcəm!» İndi qalmışam yaman günə!
Uşaqlar da, mən də əsəbi olmuşuq. Axı, nə qədər yalvar-yapış
etmək olar, nə qədər sıxılmaq olar, nə qədər ağlamaq olar?
Vaqif – O çoxdan içir?
Leyli – Biz iyirmi beş ildi ki, ailə qurmuşuq. Bu iyirmi beş ilin
azı on beş ilini o hər gün içib, hər gün içib… Mən bəxtiqara bir ağ
gün görməmişəm. Uşaqlarım qonşunun evində, ağac altında yatıblar
– elə böyütmüşəm onları. Nə isə... Axır vaxtlar da, ay doktor, elə bil,
onun başı xarab olub. Özü ilə danışır, gah deyir: «Qoymayın, məni
güdürlər, tutacaqlar», gah məndən şübhələnir, gah da qonşulardan.
Bir də görürsən qaçıb girdi kravatın
*
altına. Deyirəm: «Elə niyə
eləyirsən?». Deyir: «Qorxuram».
İndi onün özünü də gətirmişəm, eşikdə gözləyir. Deyirəm: «Ya
ölsün, ölüsünü aparım, ya dirisini». Belə yaşamaq daha mümkün
deyil. Özü də qoca deyil e, cəmisi qırx doqquz yaşı var. Amma
görən elə bilər o, yetmiş yaşlı qocadı. Hələ mənimlə yanaşı gedəndə
çox adam elə bilir ki, o mənim atamdı.
Dostları ilə paylaş: |