Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
1   2   3   4   5   6   7   8

Vaqif  –  Xanım,  Siz  xəstəni  aparın  qəbul  şöbəsinə.  Oradan  da 
stasionara  qoyarlar.  Görünür,  xəstə  ağır  xəstədi,  amma  biz  nə 
lazımsa edərik, narahat olmayın. 
Leyli – Sağ olun, doktor, Allah balanızı saxlasın. 
 
Gedir. 
Pərdə 

 
45 
 
BEŞİNCİ PƏRDƏ 
 
Hər şeyə çarədi – “qarə”,  
“Qarə”yə yoxdu çarə. 
Müəllif 
 
Xəstələr  üçün  palata.  Dörd  çarpayı,  tumba,  televizor  və 
maqnitofon  qoyulub.  Çarpayıların  ikisində  xəstə  var.  Onlar  həzin 
musiqiyə  qulaq  asırlar.  Üçüncü  xəstə  –  Mezini  tibb  bacısı  qoluna 
girib gətirir. Mezi özünü çarpayıya tullayır, ağrıdan qıvrılıb açılır, 
zarıldayır. Əlini gah başına, gah dizinə vurur, gah da saçını yolur. 
Birdən  yerindən  sıçrayaraq  tullanır,  ora-bura  qaçır,  nə  edəcəyini 
bilmir... Həkim palataya daxil olur. 
Mezi (təngnəfəs) – Ağrıdan ölürəm, doktor, tez olun, bir tramal
*
 
vurun, dözə bilmirəm! 
Vaqif  –  Günay,  Adilə  xanımdan  bir  ağrıkəsici  götür,  gəl, 
xəstəyə vur. Tez ol! 
Mezi  (çıgırır)  –  Sümüklərim  sınır!  Başım  çönür,  özümü 
doğramaq istəyirəm! 
Tibb  bacısı  çıxır  və  tezliklə  əlində  şpris  geri  qayıdır,  damara 
iynə vurmaq üçün onun venasını axtarır, tapa bilmir. Mezi ağrıdan 
yerində dura bilmir, çapalayır. 
Vaqif (ucadan) – Sakit ol, sakit ol! İmkan ver, iynəni vuraq. 
Həkim Mezinin qolundan tutur. Tibb bacısı onun yuxu venasına 
iynə vurur: xəstə sakitləşir. 
Günay  –  Doktor,  indi  bir  çətinliklə  damara  düşdüm,  sabah  nə 
edəcəyəm – bilmirəm. Damar yoxdu! 
Vaqif – Görürəm. Damar tonusdan düşüb, divarı qalınlaşıb, hər 
yeri göyərib, döyənəkdi. Gərək körpücükaltı venaya kateter qoyaq. 
Həkim cib telefonunu çıxarır və nömrə yığır. 
Alo,  Zakir  həkim,  salam,  necəsən?  Sağ  ol.  İndicə  heroin 
narkomaniyası  ilə  bir  ağır  xəstə  gətiriblər.  Onun  körpücükaltı 
venasına  kateter  qoymaq  lazımdı.  Nə  vaxt  bura  keçə  bilərsən? 
Yaxşı, onda gözləyirəm. Sağ ol. 

 
46 
Həkim  xəstənin  təzyiqini  ölçür,  nəbzini  tutur.  Ürəyinə  və 
ağciyərlərinə  qulaq  asır.  Qarnını  əllərilə  palpasiya  edir.  Axırda 
xəstənin dizlərinə və qollarına çəkiclə vurub reflekslərini yoxlayır. 
Mezi (qayğılı səslə) – Doktor, necədi vəziyyətim? 
Vaqif  (ağır-ağır)  –  Açığı,  vəziyyətin  yaxşı  deyil…  Səndə 
ekstrasistoliya  var,  əzizim,  nəbzin  isə  dəqiqədə  110  dəfə  vurur. 
Arterial təzyiqin 90/60 mm civə sütunudu. Qara ciyərin 8 sm böyü-
yüb, ağrılıdı – bu, yaxşı əlamət deyil. Reflekslərin də çox güclənib. 
Sabahkı  müayinələrdən  sonra  sənin  xəstəliyinin  ağırlıq  dərəcəsini 
daha dəqiq müəyyən edə biləcəyik. 
Viloş  (burnunda  danışır)  –  Doktor,  birdəfəlik  de  ki,  ona 
«kapremont»
*
 lazımdı da! 
Əbili  (özünəməxsus  ləhcə  ilə)  –  Deyir:  «Kor  kora  «kor» 
deməsə, bağrı çatlar!» 
Vaqif – Nə vaxtdan başlamısan? 
Mezi – Üç ildi. 
Vaqif – Gündə nə qədər heroin qəbul edirsən? 
Mezi  –  O  baxır  günə…  Gün  olub  bir  qram,  gün  olub  üç  qram 
heroin vurmuşam, gün də olub bir-iki «çet». 
Vaqif – Aha. Yuxun necədi? 
Mezi  –  Pis.  Gecələr  yata  bilmirəm.  Səhərə  yaxın  bir-iki  saat 
yatam, ya yatmayam. Yatanda da qarmaqarışıq yuxular görürəm. 
Vaqif – Əsəblərin necədi? 
Mezi – Onu demə, doktor, çox əsəbiyəm e, çox. 
Vaqif – Bəs cinsi fəaliyyətin? 
Məzahir başını aşağı salır, dinmir. 
Vaqif – Neçə yaşın var? 
Mezi – İyirmi beş. 
Vaqif  (zarafatyana)  –  O  barədə  rəqəmlərin  yeri,  deyəsən, 
dəyişik düşüb: halın əlli ikiyə uyğun gəlir… Yaxşı, gündə nə qədər 
siqaret çəkirsən? 
Mezi  –  Narkotikə  başlamamışdan  qabaq  bir  qutu  mənə  iki-üç 
gün  bəs  edirdi.  İndi  isə  gündə  üç-dörd  qutu  görmür.  «Mal» 
vurandan sonra adamın ürəyi elə siqaret istəyir ki! 

 
47 
Vaqif– Siqareti neçənci sinifdən çəkirsən? 
Mezi – Onuncu sinifdən. 
Vaqif – Bəs nəşəni? 
Mezi – Elə o vaxtlardan... 
Vaqif – Dərmanlarla aran necədi? 
Mezi  –  Nə  bilim?  Son  vaxtlar  heroinə  pul  çatmayanda 
diazepamdan, tramaldan-zaddan atmışam. 
Vaqif  –  Aydındı.  Demək,  səndə  həm  heroin  narkomaniyası, 
həm tabakomaniya, həm də dərman toksikomaniyası var. Sən vəziy-
yətin  necə  ciddi  olduğunu  başa  düşürsən?  Köhnə  həkimlərdən  biri 
deyib  ki,  «biz  üç  nəfərik:  mən  –  həkim,  sən  –  xəstə,  o  –  xəstəlik. 
Əgər xəstə həkimin tərəfinə keçsə, biz iki olarıq, xəstəlik tək qalar 
və  biz  ona  qalib  gələrik!  Yox,  əgər  xəstə  xəstəliyin  tərəfinə  keçsə, 
onda həkim tək qalar və xəstəliyə qalib gələ bilməz». Əzizim, sənin 
qarşında iki yol var: ya müalicə olunub düz yola qayıtmalısan, ya da 
narkotikin  dalınca  getməlisən.  Üçüncü  yolun  yoxdu!  Narkotik  isə 
adamı  hara  aparıb  çıxarır  –  bunu  özün  məndən  də  yaxşı  bilirsən. 
Narkotik qəbul edən hər bir şəxs evə iki dəst paltar alıb qoymalıdı: 
biri  kəfəndi,  o  biri  isə  dustaq  paltarı,  çünki  o  paltarlardan  birini 
tezliklə geyməli olacaq. Bildin? 
Mezi  –  Doktor, mən bu həyatdan bezmişəm,  özü də  heroindən 
iyrənirəm!  Fikrim  müalicə  olunub  çıxmaqdı.  Sizdən  xahiş  edirəm 
ki, nə lazımsa eləyin, məni bu bəladan qurtarın! Ömrüm boyu Sizə 
minnətdar olaram. 
Vaqif  –  Mən  də,  dispanserin  tibbi  personalı  da  əlindən  gələni 
edəcək. Sənin vəzifən isə narkomanlarla əlaqəni birdəfəlik kəsməkdi! 
Əgər səndən şübhəli bir şey hiss etsəm, ya testdən çıxmasan, dərhal 
evə yazacam. Bildin? Gəl, “şərti şumda kəsək!”. 
Mezi  –  Bəli,  doktor.  İnşallah,  elə  şeylər  olmaz!  Mən  buraya 
müalicəyə gəlmişəm. 
Vaqif  –  Bu təkcə müalicə  məsələsi  deyil.  Bu, həyatla ölümün, 
Xeyirlə  Şərin  mübarizəsi  məsələsidi  ––  bunu  daim  yadda  saxla. 
Günay, Məzahiri sabah  hərtərəfli  yoxlamaq lazımdı:  sidiyin,  qanın 
analizi,  hepatit  C-yə,  bir  də  VİÇ-ə  görə  müayinə,  ağciyərlərin 

 
48 
rentgenoqrafiyası.  Sonra…  Simuzər  xalaya  de,  qoy,  Məzahirin 
sanitar təmizliyinə bir baxsın. 
Günay – Baş üstə, doktor. 
Zakir  həkim  daxil  olur.  O,  xəstədən  köynəyini  çıxarmağı  xahiş 
edir.  Həkim  körpücük  sümüyünün  yanını  novokainlə  keyləşdirir  və 
körpücükaltı  venaya  kateter  qoyur.  Tibb  bacısı  sistemi  çarpayının 
yanına  gətirir və kateterə sancır.  Maye gedə-gedə Günay bir  neçə 
iynəni  sistemin  rezin  hissəsinə  vurur.  Vurulan  iynələrin  təsirindən 
Mezi yuxuya gedir. Digər xəstələr Meziyə yaxınlaşır və ona tamaşa 
edirlər. 
 
 

 
49 
Viloş  –  Doktor,  mən  bunu  tanıyıram.  Atası  son  vaxtlar  tikinti 
idarəsinin rəisi idi, keçən il öldü. Şahab məhləsində qalırlar. Üç ildi 
«şəpləyir»
*
. Cibişlə bir  «kruq»
*
durlar.  Özü  də  bizim  məhlədən  qız 
alıb. 
Əbili – Deyəsən, bir yerdə çox olubsuz? 
Viloş  –  Yoox.  Onun  «kruq»u  ayrı,  mənimki  ayrı.  Mən  çəkə-
niyəm, o,  «iynəyə oturub». Mən ömrümdə iynəyə yaxın getmərəm. 
İynə kişi işi deyil! 
Əbili – Ə, nə fərqi var, iynə vurdun, ya nəşə çəkdin? Narkotik 
elə narkotikdi da. «İlanın ağına da lənət, qarasına da»… 
Viloş – Fərqi çoxdu… Sən elə şeyləri bilməzsən. Nəşə elədi ki, 
olanda çəkirsən, olmayanda  yox. Nəşə narkotiklərin  «şah»ıdı! Özü 
də  mən  «zloy»
*
  narkoman  olmamışam.  Belə  də…  Bala-bala  çək-
mişəm özüm üçün. Şofer babayam, on ildi işləyirəm, hələ bir dəfə 
də olsun Viloş ustanın əlindən xəta çıxdığını görən olmayıb. 
Əbili  –  Ə,  niyə  yalan  danışırsan?  Dörd  il  bundan  qabaq 
körpüdən çaya kəllə vuran kim idi? 
Viloş (mızıldayır) – Əşşi, o da bir iş idi oldu. 
Əbili – Bə keçən ay «avariya»
*
 eləyən kim idi? 
Viloş  –  Əh!  Nə  bilim?  Uşaqlar  bir  “baş”
*
  “mürşüdü”
*
  nəşə 
vermişdilər  –  ondan  sonra  oldu.  (Əsəbiləşir)  Sən  də,  əl  çək  də 
məndən. 
Günay – “Yalançının şahidi yanında olar”. 
Əbili – And içsə də Qurana, 
İnanma narkomana. (Gülüşürlər) 
Viloş – Bə sənin əlivə nə olub? 
Əbili – Sexdə «stanoka»
*
 düşüb. 
Viloş – Görürsən, qəzavü-qədər olanda olur. 
Əbili  –  Qardaş,  mən  danmıram  ki!  İçmişəm,  «piyan»
*
  olmu-
şam,  əlim  «stanoka»  düşüb.  Deyirəm,  yəni:  «gəl,  əyri  oturaq,  düz 
danışaq». 
Vaqif – Viloş, sən dörd-beş gündən sonra burdan çıxırsan. İndi 
özüvü necə hiss edirsən? 

 
50 
 
 
 

 
51 
Viloş  –  Əla!  Yuxum  yaxşı,  iştaham  yaxşı.  Özüm  də  «bomba» 
kimiyəm.  Buradan  çıxandan  sonra  Əshabü-Kəhfə
*
  gedib  qurban 
kəsib tövbə edəcəm. Həvəsdi, bəsdi, ta uşaqlar da böyüyüb. Arvad-
uşaq adamın üzünə durur! 
Vaqif  –  And  içənlər,  pirə  gedənlər  çox  olub,  amma  əməl 
edənlər az. 
Viloş – Mən o kişilərdən deyiləm, dedim, qurtardı getdi! Tövbə 
edib nəşəyə əl uzatmaq günahdı, adamı tutar. Əgər çəksəm, heç bu 
başdan pirə də getmərəm. Mən elə şeylərdən qorxaram, doktor. 
Vaqif – Görək də… Göstər kişiliyivi. Sən necə, Əbili? 
Əbili (əllərini yuxarı qaldırır) – Mən qələt elərəm! Araq mənə 
elədiyini  eləyib,  ta  nəyim  qalıb?  Cül  kimi  sexim  vardı,  pulum, 
param,  adım,  sanım…  Şəhərdə  iki  usta  olsaydı,  biri  mən  idim. 
Alkaşlar başıma qarğa-quzğun kimi yığışardılar. Axşam sexin qaba-
ğında bəlkə dörd-beş nəfər məni gözləyirdi, çünki işləyirdim, pulum 
var  idi…  Hər  gün  onlarla  «ley-pey»
*
.  Bir  də  gördüm  Leylan 
düzündə qalmışam. Hanı o dostlar? İndi yanıma bir qutu siqaret gə-
tirənim də  yoxdu! Hələ indi  başıma dəyir… Arvad neçə dəfə  dedi, 
eşitmədim.  Üstəlik,  onu  döydüm,  söydüm,  uşaqları  qan-bağır 
elədim.  Axırda  arvad  bezdi,  uşaqları  da  götürüb  getdi…  (Pauza) 
Deyir,  böyük  oğlum  təkər  sexində  işləyir.  Ortancıl  çayxanada 
günəmuzd  fəhlədi.  Xırda  oğlan  da  bazarda  peraşki
*
  satır.  Kül 
mənim başıma! (İki əlli başına qapaz vurur) 
Vaqif – Xəstəxanadan çıxandan sonra nə edəcəksən? 
Əbili – Gedib sexi açacam, işləyəcəm, qapı-pəncərə düzəldəcəm. 
Sənətim  dülgərlikdi  də!  Sonra  ailəmi  gətirib  saxlayacam,  uşaqları 
məktəbə göndərəcəm. 
Vaqif – Ailənlə rəsmi ayrılmısan? 
Əbili  –  Yoox…  Arvad  məhkəməyə  ərizə  verib,  amma  hələ 
məhkəmə olmayıb. Doktor, Siz mənə yaxşı bir arayış verə bilərsiz? 
Vaqif – Nə barədə? 
Əbili  –  Yəni  mənim  müalicə  olunmağım  barədə.  Məhkəməyə 
verəcəm. Bir də bizimkilər inanmazlar ki, mən artıq içməyəcəm. Siz 

 
52 
bəlkə,  bizimkilərlə  danışasız?  Xahiş  edirəm,  doktor,  çox  xahiş 
edirəm. 
Vaqif  –  Nə  olar,  danışaram.  Amma  gərək  sən  də  sözüvün  üs-
tündə durasan, içməyəsən. 
Əbili  –  Yox,  yox,  içməyəcəm,  içənin  atasına  lənət!  Hələ  in-
diyəcən butulkaya qalib gələn olmayıb, butulka hamıya qalib gəlib! 
Mən bunu burda başa düşdüm. 
Vaqif  –  Sənə,  Əbili,  kompleks  müalicə,  plyus  alkoqola  qarşı 
iyrəndirici  terapiya  aparılıb.  Effekti  də  yaxşıdı.  Amma  son  sözü 
yenə  də  insan  özü  deyir,  çünki  insan  şüurlu  məxluqdu.  Bilirsən  də 
nə  deyirəm?  Ailə  və  qohumların  inamını  qazanmaq,  özüvü 
doğrultmaq üçün sənə hələ çox çalışmaq lazım gələcək. 
Əbili  –  Sizə  söz  verirəm,  çalışacam!  Allah  qoysa,  özüvüz 
görəcəksiz, doktor. 
Vaqif – Allah ağzından eşitsin, uşaqların yazıqdı. 
Əbili – Doktor, qoy bir söz də deyim, ürəyimdə qalmasın. Mən 
bura gələnəcən araq da içirdim, siqaret də çəkirdim. Sizin sayənizdə 
burada  arağı  da  yerə  qoymuşam,  siqareti  də!  Demək,  bura  mənim 
kimilər üçün əstəğfürullah, elə pirdi də? Elə deyil? 
Vaqif (gülə-gülə) – Yaman dedin, Əbili. Sağ ol! 
Həkimlər  və  tibb  bacısı  çıxırlar.  Səfərlə  Qara  əllərində  meyvə 
dolu zənbil və bir blok siqaret palataya daxil olurlar
Qara – Salam. 
Viloş – Əleykə salam. Mezinin yanına gəlibsiz? 
Səfər – Hə, Məzahirin. 
Viloş  –  Ona  iynə  vurdular,  yatdı,  indi  oyadaram:  Mezi,  Mezi, 
dur, dostların gəlib. 
Məzahir gözlərini açır. 
Qara – Ə, Məzahir, bu nə gün-dirilikdi? Necəsən? Gör, bir kim 
gəlib? 
Məzahirlə Səfər görüşürlər
Mezi – Səfər, sən hara, bura hara? Xoş gördük. 

 
53 
Səfər – Xoş günün olsun. Üç gündü ki, Bakıdan gəlmişəm. Dü-
nən  Məsmə  xala  ilə  görüşdüm.  Səndən  çox  giley  elədi.  Arvad 
yaman düşüb, fikir eləyir, hamısı da sənin üzündən. 
Mezi – Bilirəm, başa düşürəm. (Başını aşağı dikir) 
Səfər – Necədi vəziyyətin? 
Mezi  –  Vəziyyətim…  həkim  məni  yoxladı,  sabah  da  ana-
lizlərimi verəcəm. Nə bilim, Səfər, deyəsən, yaxşı deyiləm axı. 
Səfər  –  Məzahir,  məktəbdə  əlaçı  şagird  olubsan,  səni  məhlədə 
hamıya  nümunə  göstərirdilər.  Bəs,  necə  oldu  ki,  sən  narkoman 
oldun? 
Mezi  (köksünü  ötürür)  –  Heç  özüm  də  bilmirəm…  Univer-
sitetin üçüncü kursunda oxuyanda Qara ilə birlikdə bankdan kredit 
götürdük, başladıq işləməyə. Əlimiz də gətirirdi, ayağımız da, pula 
pul  demirdik…  Üç  il  bundan  qabaq  uşaqlarla  Söyüdlü  restoranda 
oturmuşduq,  yeyib-içirdik.  Dedilər:  «Gedək  saunaya».  O  vaxt 
Sulduz  təzə  bir  sauna  açmışdı.  Getdik  ora.  Bir  az  bilyard  oynadıq, 
saunaya girdik. Orada massajist qızlar var, onlarla məzələndik. Qız-
lar bizə pivə, araq gətirdilər. İçdim, gördüm ki, məni tutdu. Dedilər: 
«Bundan bir şey çıxmaz, gedək «sıxaq»
*
. Orada dalda bir otaq var, 
yığışdıq ora, dörd nəfər idik, «poker»
*
 oynadıq. Mənim əlim gətirdi, 
bunları  uddum.  Gördüm  ki,  onlar  bir-bir  keçirlər  o  biri  otağa. 
Qayıdanda da hamısı nəşəli, gülə-gülə gəlirlər. Soruşdum ki, «orada 
nə var ki, hamınız ora gedirsiz?» Dedilər: «Bilmək istəyirsənsə, özün 
buyur, bax». Mən o otağa girəndə gördüm ki, Cibiş əlində dolu şpris 
özünə iynə vurur. Dedim: «Bu nədi?» Dedi: «Heroin. İstəyirsən sən 
də vur, bunun “kayfı” bambaşqadı». Dedim: «Axı, mən iynə vura bil-
mirəm?»  Cibiş  dedi:  «Narahat  olma,  mən  vuraram».  Dediyim  kimi, 
həmin  vaxt  çox  kefli  idim.  Elə  kefli  başa  da  mənə  iynə  vurdular… 
On-on beş gündən sonra gördüm ki, daha heroinsiz qala bilmirəm… 
Qara  bilir,  mənim  o  vaxt  maddi  imkanım  çox  geniş  idi,  çünki 
gecə-gündüz işləyirdim, durmaq yox idi. Narkotikə düşəndən sonra, 
inanın,  elə  olub  ki,  Cibişə,  ya  Mazana  on-on  iki  min  dollar  verib 
göndərmişəm  «kristal  mal»  dalınca!  Sonra  heroin  məni  işdən-
gücdən  də  elədi.  Yavaş-yavaş  “iynəyə  oturdum”,  «mal»  olanda 

 
54 
günlərlə  evdən  eşiyə  çıxmırdım,  iynələnib  yatırdım.  Necə  deyərlər: 
«İçim,  uçum»  qaydası  ilə  yaşayırdım.  Gün  olub  beş-altı  dəfə,  gün 
olub  səkkiz-on  dəfə  iynə  vurmuşam...  İş  töküldü  qaldı,  şəriklərim 
məndən ayrıldılar. Bir gün gördüm ki, tək qalmışam! Axırda Qara da 
məndən uzaqlaşdı… 
Qara  –  Özün  günahkarsan!  Mən  sənə  neçə  dəfə  dedim, 
eşitmədin. 
Mezi  –  Mən  səni  qınamıram.  Sənin  yerivə  kim  olsa  idi,  elə 
edərdi. Günahların hamısı məndədi. Daha doğrusu, heroində… Hə, 
Səfər,  yavaş-yavaş  başladım  dükanları,  maşını,  Bakıdakı  evi 
satmağa…  Bir  müddətdən  sonra  onları  da  satıb  vurdum  damara! 
Axırda, düşdüm borca. Əvvəlcə, beş-altı adamdan borc istədim, ver-
dilər,  çünki  mənim  narkoman  olduğumu  hələ  bilmirdilər.  Biləndən 
sonra,  daha  heç  kim  mənə  borc  pul  vermədi.  Məcbur  oldum 
“ilişdim” evə. Evdə nə vardısa, hamısını satdım, ya da heroinə də-
yişdim. 
Səfər  –  Bilirəm.  Məsmə  xala  mənə  danışıb.  İndi  çox  adama 
borclusan… 
Mezi – Elə ona görə də, neçə dəfə istəmişəm özümü öldürəm… 
Anam, bir də Sevda olmasaydı, indi çoxdan… 
Səfər  –  Gic-gic  danışma,  ağlıvı  başıva  yığ!  Sənin  gözəl  ailən 
var, uşağın  var… Sən ölsən, onların taleyi  necə  olar? Bir düşün… 
Mən  Qara  ilə  söhbət  eləmişəm,  ikimiz  də  sənə  kömək  edəcəyik. 
Borcların  yarısını  mən,  yarısını  da  Qara  ödəyəcək.  Müalicədən 
sonra məsləhətləşib, sənə münasib iş də taparıq. 
Mezi  (sevincək)  –  Sağ  olun  e,  çox  sağ  olun!  Vallah,  qardaş 
qardaşa belə yaxşılıq eləməz. İkinizə də qurban olum! Allah qoysa, 
borcunuzdan çıxaram. 
Qara  – Məzahir,  yad adam  kimi  danışma, biz üçümüz də  dost 
olmuşuq,  çörək  kəsmişik!  Aslan  əminin  boynumuzda  haqqı-səyi 
çox  olub.  Pul  qazanmağın  yolunu  da  sən  mənə  öyrədibsən.  Mən 
sənin sayəndə bu mərtəbəyə çatmışam, bunu unutmuram. 
Mezi  –  Sağ ol,  Qara!  (Səfərə  müraciətlə) Bəs,  sən demədin  nə 
yaxşı gəlibsən? Xeyirdi? 

 
55 
Səfər  –  Bəli,  xeyirdi.  Bakıda  bizim  uşaqlar  dedilər  ki, 
“oxuduğumuz  məktəb  pis  vəziyyətdədi,  gəlin  oranı  təmir  edək, 
düzəldək”. Mən də pul qoydum, məktəbi «kapital»
*
 təmir elətdirdik, 
«sportzal» tikdirdik, «otopleniya»
*
 çəkdirdik. Qara da burada işlərə 
nəzarət elədi, on günə açılışıdı. Çimnaz müəllimə elə sevinir ki, gəl 
görəsən!  Zarafat  deyil,  şəhərdə  ən  yaxşı  məktəb  indi  bizim 
məktəbdi. 
Mezi – Orada çoxdan təmir gedir? 
Qara – Altı ay olar. 
Mezi  –  İşə  bax  ki,  bu  altı  ayda  orada  təmir  getməyindən 
xəbərim  olmayıb!  Halbuki,  acqarına  gündə  iki-üç  dəfə  oradan 
keçirdim.  (Pauza.  Təəssüflə)  Narkoman  bilməz  gün  nə  vaxt  çıxar, 
nə vaxt batar, güllər nə vaxt açar, nə vaxt solar. Ehh… 
Qara – Bir xoş xəbər də var. 
Mezi – Nədi? 
Qara – Səfər evlənir. 
Mezi – Səfər, səni təbrik edirəm, xoşbəxt ol! 
Səfər – Sağ ol! Məzahir, mən toy günümü bir həftə də uzatdım 
ki,  sən  sağalıb  ayağa  qalxasan,  toyda  iştirak  edəsən.  Mənim 
soldışım Qaradı, sağdışım da sən olmalısan. 
Mezi – Siz məni yaman sevindirdiz, ruh verdiz! Allah ikinizi də 
sevindirsin. 
Viloş  – Bax,  əsl  dost  belə olar, e! O gün biri gəlib ki,  «Viloş, 
ölməmişəm  ki,  «ağ»  da  var,  «qara»
*
  da  var,  hansını  istəyirsən?» 
Dedim:  «Qardaş,  mən  bura  müalicəyə  gəlmişəm,  gəlməmişəm  ki, 
«xorrayıb»
*
 yatam?» Qayıtdı, çıxdı getdi. 
Əbili  –  Mezi,  belə  dostların  qabağında  iynə  vursan,  sən  ən 
«posledni»
*
 adam olarsan. 
Səfər  – Məzahir, sən müalicə  ol,  buradan kişi kimi çıx! Bizim 
isə  çoxlu  işimiş  var,  gedək  onların  dalınca.  İndi  sən  bizə  söz 
verirsən? 
Mezi  – Səfər, əgər mən bir də narkotikə əl vursam, onda gərək 
arvad ləçəyi bağlayam! 

 
56 
Səfər  –  Məzahir,  biz  sənə  inanırıq.  İnanırıq  ki,  sən  ağıllı 
olacaqsan. Allah əvvəlcə adamın ağlını, sonra malını, axırda canını 
alır. 
Qara – Səfər, sənin sözüvün qüvvəti: Allah deyir ki, «mən sənə 
ağıl  vermişəmsə,  daha  nə  verməmişəm?  Mən  sənə  ağıl 
verməmişəmsə, onda bəs nə vermişəm?» Ona görə mən də deyirəm 
ki, “Allah sizə ağıl versin, ağlınız olsa, hər şeyiniz olar”. Sağ olun. 
 
Səfərlə Qara gedirlər. 
 
Pərdə 
 
 
ALTINCI PƏRDƏ 
 
Ən yaxşı həyat ayıq həyatdı; həzzi də, 
keyfi də axtarsan, nə “ağ”da, nə də 
“qara”da yox,bu  ağlı-qaralı həyatın 
özündə taparsan. 
Müəllif 
 
Xəstəxananın darvazası. «Narkoloji dispanser» sözləri yazılmış 
lövhə aydın oxunur. Məsmə xanım, Sevda, Səfər və Qara Məzahiri 
evə aparmaq üçün qapıda gözləyirlər. Məzahir Vaqif həkimlə birlik-
də  onlara  yaxınlaşır.  O  ağarıb,  kökəlib,  səliqəli  geyinib.  Gülümsə-
yir. 
Məsmə  – Sənə qurban olum, həkim, balamı elə bil, mənə təzə-
dən  verdin!  Göz  dəyməsin,  Məzahir  çox  yaxşılaşıb,  ona  baxanın 
gözü doyur. 
Vaqif  –  Məzahir  ağıllı  və  qabiliyyətli  oğlandı.  Ümidvaram  ki, 
o, bir daha Şeytana uymayacaq, gələcəyini və ailəsini düşünəcək. 
Məzahir  –  Doktor,  bu  üç  ildə  mənim  əzab-əziyyətimi,  anama 
və  ailəmə  çəkdirdiklərimi  Allah  heç  kimə  göstərməsin.  Heç  düş-
mənimə də arzu etmirəm! Dünyada ən alçaq iş narkomaniyadı – bu 
bir  bəla  şeydi,  mübtəla  olmayan  bilməz.  Narkoman,  yeri  gəlsə,  bir 

 
57 
qram  heroinə  ailəsini,  namusunu,  Vətənini,  belə  hər  şeyini  satar. 
Mən bunu, bu həyatı gördüm. Ona görə də, narkotikə nifrət edirəm. 
Mənə  görə  dünyada  iki  alçaq  iş  var:  onlardan  biri  –  qadınlar  üçün 
pis  yola  düşməkdi,  o  biri  –  kişilər  üçün  narkomaniyadı.  Özü  də 
narkomaniya hələ o birisindən də betərdi… Ehh… Heroin çox oğul-
ları sındırdı, cındır elədi… Gözümün qabağında neçə-neçə nər kimi 
oğullar can verdi… Hansını deyim? 
Vaqif  həkim,  artıq  gecdi,  mən  atamı  geri  qaytara  bilməyəcəm, 
amma innən belə anamı və ailəmi sıxılmağa qoymayacam. Nə isə… 
Günahım çoxdu. Ana, sən Allah, məni bağışla, Sevda, məni bağışla, 
sizi nə qədər incitdim! Qarşınızda çox günahkaram. Mən bu gündən 
artıq Mezi də deyiləm, Məzahirəm. Mən sizləri innən belə heç vaxt, 
heç vaxt narkotikə dəyişmərəm! Burdan çıxan kimi hamama, ordan 
da düz məscidə gedirəm. And içib, tövbə edəcəm. 
Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin