ATƏM-in sədri İsveçin Xarici İşlər Naziri Marqareta af Uqlas ilə görüşdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin çıxışı



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix06.09.2017
ölçüsü0,76 Mb.
#29011
1   2   3   4   5   6   7   8

Müstəqilliyimiz əbədidir 

Birinci kitab 

Qaçqınlar Haqqında Qanunvericilik, İnsan Hüquqları və  

Miqrasiya Məsələlərinə dair Bakıda keçirilən beynəlxalq konfransda 

Heydər Əliyevin çıxışı 

(14 noyabr 1994-cü il) 

 

 

Hörmətli xanımlar və cənablar!  

Hörmətli konfrans iştirakçıları!  

Möhtərəm qonaqlar!  

Mən Azərbaycan Respublikasında belə bir mötəbər konfransın keçirilməsini çox yüksək qiymətləndirirəm. 

Üç gün müddətində  konfrans iştirakçılarının apardığı  işləri, müzakirələri Azərbaycan Respublikasının həyatı 

üçün çox əhəmiyyətli hesab edirəm. Konfransın iştirakçılarına və  təşkilatçılarına öz hörmət və  ehtiramımı 

bildirirəm.  

Konfrans indi dünya ictimaiyyətini çox maraqlandıran və  dünya ictimaiyyəti üçün, xüsusən Azərbaycan 

Respublikası, xalqımız üçün çox əhəmiyyətli olan bir mövzuya həsr olunmuşdur  -  qaçqınlar haqqında 

qanunvericilik, insan hüquqları  və miqrasiya məsələləri. Bunlar indi dünyada gedən ictimai-siyasi proseslər 

üçün çox mühüm məsələlərdir və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə  də  bu konfransın 

keçirilməsi ilə  əlaqədar təşəbbüs göstərmiş  və  konfransın təşkil olunmasını  təmin etmiş Birləşmiş Millətlər 

Təşkilatına, onun Qaçqınlar Üzrə  Ali Komissarlığına, BMT-nin Azərbaycandakı nümayəndəliyinə, BMT-nin 

Qaçqınlar Üzrə  Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə  və Azərbaycan Respublikasının Ali 

Sovetinə təşəkkürümü bildirirəm.  

Bəşər tarixində  qaçqınlar məsələsi həmişə  mühüm bir problem olmuşdur. Ancaq XX əsrin ortalarında, 

ikinci dünya müharibəsi bitəndən sonra bu məsələyə beynəlxalq təşkilatlar xüsusi münasibət göstərmişdir. 

Birləşmiş Millətlər Təşkilatının 1961-ci ildə  qaçqınlarla  əlaqədar xüsusi qərar qəbul etməsi və 1967-ci ildə 

qaçqınların statusunu müəyyən etmək haqqında qəbul olunan qərarlar bu məsələyə daha dərin,  ətraflı 

münasibətin təzahürüdür.  

BMT-nin bu mühüm və  məşhur qərarlarından sonra dünyada, Yer kürəsinin qaçqınlarla  əlaqədar olan 

regionlarında, ayrı-ayrı ölkələrdə çox işlər görülmüş, böyük təcrübə əldə olunmuşdur. İndi BMT-nin Qaçqınlar 

Üzrə  Ali Komissarlığı çox yüksək səviyyədə  fəaliyyət göstərir, bu məsələlərlə  məşğul olur. Bu, cəmiyyət, 

insanlar üçün, hər bir insan üçün və  insan hüquqlarının qorunması üçün çox əhəmiyyətli proseslərdir, 

tədbirlərdir. Bugünkü konfrans da həmin tədbirlərin tərkib hissəsidir.  

Dünya Birliyinin, bəşəriyyətin bir hissəsi kimi, Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası BMT-

nin Qaçqınlar Üzrə Ali Komissarlığı yaranandan indiyədək gördüyü işləri yüksək qiymətləndirir. Mən bu gün 

bir daha buna öz münasibətimizi bildirirəm. Ümidvar olduğumuzu bildirmək istəyirik ki, BMT, onun Qaçqınlar 

Üzrə  Ali Komissarlığı bundan sonra daha böyük işlər görəcəkdir. Çünki son illər  ərzində  dünyada qaçqınlar 

problemi daha da kəskinləşib, qaçqınların sayı daha da artıb. Dünyanın bir çox regionlarında qaçqınlar problemi 

böyük bəlalara, xalqların, insanların, ölkələrin faciələrinə gətirib çıxarıbdır. Ona görə də indi bu, ümumbəşəri, 

ümumdünyəvi problemlərin içərisində ən mühüm problemlərindən biridir.  

Azərbaycan xalqı, müstəqil Azərbaycan Respublikası son illərdə  öz həyatında, tarixində bu problemlərlə 

üzləşmişdir. Həmin problemlər indi Azərbaycan Respublikasının həyatında yaranan çətinliklərin, gərginliklərin 

əsas səbəblərindən biridir. Ona görə də bu problemlər bizim üçün daha yaxındır, onlara münasibət bizim üçün 

daha böyük əhəmiyyətdir kəsb edir. Həmin məsələyə  bizim xüsusi marağımız var və  bu problemin ardıcıl 

surətdə həll olunması Azərbaycan Respublikasının bu gün və gələcəyi üçün çox əhəmiyyətlidir.  

Məhz buna görə də belə mötəbər konfransın Azərbaycanda keçirilməsi həm respublikamızın vəziyyətindən 

doğan zərurətdir, eyni zamanda ölkəmizdə qaçqınlar probleminin nə qədər kəskin bir səviyyəyə gəlib çatdığının 

BMT tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən artıq hiss edildiyini göstərir. Belə bir konfransın 

Azərbaycanda  keçirilməsini BMT-nin, bütün beynəlxalq təşkilatların Azərbaycan Respublikasına, ölkəmizdə 

olan qaçqınlar probleminə göstərdiyi böyük qayğının təzahürüdür. Bu qayğıya, bu diqqətə, belə münasibətə görə 

mən bir daha hörmət və  təşəkkürmü bildirirəm.  Əmin olduğumu bildirmək istəyirəm ki, bu mötəbər konfrans 

Azərbaycan Respublikasında qaçqınlar probleminin həll olunması üçün və ümumiyyətlə, ölkəmizin düşdüyü bu 

ağır vəziyyətdən çıxması üçün əməli nəticələr verəcəkdir.  

Siz, konfrans iştirakçıları bu günlərdə  həmin məsələlərin hüquqi aspektlərini, humanitar cəhətlərini, 

qaçqınların, məcburi köçkünlərin statusu ilə, bu barədə qanunvericilik prinsipləri ilə  əlaqədar məsələləri həm 

respublika miqyasında, həm də beynəlxalq miqyasda təhlil etmisiniz. Mən bildiyimə görə, xüsusən qaçqınlara 

humanitar yardım məsələlərinə diqqətinizi cəlb etmisiniz, insan hüquqları problemlərini qaçqınlar problemi ilə 

əlaqədar müzakirə etmisiniz. Şübhəsiz ki, bunlar hamısı çox əhəmiyyətlidir. Biz bunları gələcək işlərimiz üçün 



yeni böyük bir addım hesab edirik və güman edirik ki, belə mühüm elmi, nəzəri, eyni zamanda praktiki təhlil və 

müzakirələrdən sonra bu sahələrdə  ümumən dəyişiklik olacaq. Çünki Azərbaycanın timsalında BMT, onun 

Qaçqınlar Üzrə Ali Komissarlığı, beynəlxalq təşkilatlar, beynəlxalq hüquq orqanları yəqin ki, lazımi nəticələr 

çıxarıb bu barədə müəyyən yeni qərarlar qəbul edə bilərlər. Biz bunları böyük əhəmiyyətli hesab edirik. Ancaq 

bizim üçün ən mühüm cəhət ondan ibarət  olacaqdır  ki, bu konfransdan sonra bizim qaçqınlar probleminin 

həllində müəyyən dəyişikliklər, müəyyən müsbət nəticələr əldə edilsin.  

Son illər, onilliklər  ərzində  dünyada qaçqınların və  məcburi köçkünlərin sayı  şübhəsiz ki, artmışdır. Bu, 

həm dövlətlər arasında gedən münaqişələr, həm də  ayrı-ayrı regionlarda milli və etnik problemlərlə  bağlı 

münaqişələr nəticəsində  baş verir. Eyni zamanda bu, ayrı-ayrı qüvvələrin, ayrı-ayrı dövlətlərin, yəni bir 

dövlətin, bir qüvvənin o biri dövlətin, millətin hüquqlarını tapdalamaq, onların torpaqlarını ələ keçirmək, onlara 

qarşı zorakılıq etmək kimi hərəkətləri ilə əlaqədardır.  

Azərbaycan xalqı son illər düşdüyü vəziyyətin bütün əzab-əziyyətini görərək, hiss edərək qaçqınlar 

probleminin bəşəriyyət üçün nə qədər ağır bir problem olduğunu dərindən dərk edir. Xalqımız dünyanın hər bir 

yerində qaçqınların, məcburi köçkünlərin vəziyyətini dərindən anlayır, onların çəkdiyi əzab-əziyyətləri öz əzab-

əziyyətləri hesab edir. Dünyanın hər  bir regionunda qaçqınların, məcburi köçkünlərin özünəməxsus 

xüsusiyyətləri var. Bunun həm səbəbləri, həm də  qaçqınların düşdüyü vəziyyətlər cürbəcürdür və  bəzən bir-

birindən çox fərqlidir. Ancaq biz hesab edirik ki, Azərbaycan Respublikasının  ərazisində olan qaçqınların, 

məcburi  köçkünlərin vəziyyəti  ən ağırdır,  ən çətindir,  ən dözülməzdir. Ölkəmizdə  qaçqınların, köçkünlərin 

əmələ  qəlməsi səbəbləri də  başqa regionlardakından çox fərqlidir və  bunlar hamısı Azərbaycan Respublikası 

üçün - kiçik bir ölkə, dövlət üçün olduqca çətin və ağır problemlər yaradır.  

Siz, konfrans iştirakçıları qaçqınlar, məcburi köçkünlər problemlərini, insan hüquqları problemlərini 

müzakirə edərkən bunları müəyyən qədər qruplaşdırmaq barədə, yəni qaçqınların ayrı, məcburi köçkünlərin isə 

ayrı bir statusu haqqında söhbətlər  aparmışınız, bu da təbiidir. Respublikamızda həm qaçqınlar var, həm də 

məcburi köçkünlər var və bunların hamısının hüquqları, şübhəsiz ki, pozulub, tapdalanıbdır. Hüquq, status bir 

tərəfə, amma mənəvi, siyasi cəhətdən biz bunların hamısını qaçqın kimi qəbul edirik. Hesab edirik ki, 

respublikamızda qaçqın vəziyyətində yaşayan adamların hamısına qaçqın kimi münasibət göstərmək lazımdır.  

Konfrans iştirakçılarına və  xüsusən BMT-nin Qaçqınlar Üzrə  Ali Komissarlığına dünya  miqyasında 

statistika daha yaxşı məlumdur, ancaq biz də bu məsələləri təhlil edərkən, müəyyən qədər müqayisə apararkən 

belə fikir deməyə  əsasımız var ki, Azərbaycan Respublikası kimi kiçik bir ölkədə 7 milyonluq əhalinin bir 

milyondan çoxunun qaçqın vəziyyətində olması ən dəhşətli haldır. Bəlkə də dünyanın heç bir regionunda belə 

bir hala rast gəlmək mümkün deyildir.  

Məlumdur ki, bizim respublikada bu qədər qaçqının olmasının səbəbi Ermənistanın, erməni millətçi 

dairələrinin Azərbaycan Respublikasına, Azərbaycanın  ərazisinə  qəsd etmək məqsədi ilə  başladıqları  əvvəl 

siyasi sonra isə  hərbi  əməliyyatların  nəticəsidir. Bunların hamısı öz başlandığıcını 1988-ci ildən götürür. 

Ermənistanda yaşayan bütün azərbaycanlılar həmin il zorakılıq nəticəsində, onlara qarşı göstərilən təzyiq, 

təqiblər, ciddi təxribatlar və başqa fiziki əməliyyatlar nəticəsində, oradan məcburi çıxarılıb. Onlar Azərbaycana 

köçməyə  məcbur olublar. Bundan sonra Axısxa  türklərinin bir qismi başqa regionlardan Azərbaycana köçüb. 

Azərbaycan ağır vəziyyətdə olduğu, özü Ermənistandan zorakılıqla çıxarılan qaçqınları qəbul etdiyi halda, başqa 

ölkələrdən, başqa regionlardan Axısxa türklərini - bu qaçqınları da qəbul edib. Bundan sonra isə Azərbaycanın 

öz  ərazisində  öz vətəndaşları müharibə  nəticəsində, Azərbaycana qarşı olan hərbi təcavüz nəticəsində yurd-

yuvalarını tərk edib, qaçqın vəziyyətinə düşməyə məcbur olublar.  

Dediyim kimi, indi Azərbaycanda bir milyondan artıq qaçqın var. Bu, qaçqın olmuş  hər bir ailənin 

faciəsidir. Qaçqın vəziyyətinə  düşmüş  hər bir vətəndaşın faciəsidir. Bu, Azərbaycan xalqının, Azərbaycan 

Respublikasının faciəsidir.  Şübhəsiz ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın düşdüyü bu 

vəziyyətə, ölkəmizin bu faciəli halına gərək daha diqqətli olsunlar. Daha da kömək etsinlər. BMT-nin, onun 

Qaçqınlar Üzrə  Ali Komissarlığının, bütün beynəlxalq təşkilatların qaçqınlarla  əlaqədar, Azərbaycana 

Ermənistan tərəfindən təcavüzlə əlaqədar, torpaqlarımızın işğal olunması ilə əlaqədar burada son illərdə apardığı 

fəaliyyəti mən  yüksək qiymətləndirirəm və  bu gün konfrans iştirakçıları qarşısında və  dünya ictimaiyyəti 

qarşısında bütün bu təşkilatlara Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından, öz adımdan 

xüsusi təşəkkürümü və minnətdarlığımı bildirirəm.  

Ancaq eyni zamanda, həqiqət naminə, bütün beynəlxalq təşkilatların, dünya ictimaiyyətinin Azərbaycanda 

olan qaçqınların vəziyyətinə daha yaxından münasibət göstərməsi üçün bunu da bildirmək istəyirəm: təəssüf ki, 

Azərbaycanın belə vəziyyəti dünya ictimaiyyətinin bütün təbəqələrinə məlum deyil. Bəlkə də bizim bu barədə 

apardığımız işlərin zəif olduğuna görə, eyni zamanda, bəlkə də beynəlxalq təşkilatlar Azərbaycanın bu faciəli 

vəziyyətini o qədər də  dərindən hiss etmədiklərinə  görə Azərbaycan Respublikasında qaçqınlarla  əlaqədar 

vəziyyətin və  ümumiyyətlə, ölkəmizdə  qaçqınlar probleminin belə  kəskin olduğunu bilmirlər. Biz bunu 

mətbuatdan da görürük və  ayrı-ayrı ölkələrdəki görüşlərdə  də, danışıqlarda da hiss edirik. Bu, görülən işlərin 


müsbət tərəfi ilə  yanaşı, bizim ümumi çatışmazlığımızdır, deyə bilərəm ki, bizim respublikanın qaçqınlar 

probleminə hələ lazımi diqqətin olmamasıdır.  

Mən hesab edirəm ki, bu konfrans - ilk dəfə Azərbaycanda keçirilən çox səlahiyyətli, geniş  tərkibi və 

mötəbər konfrans gərək Azərbaycanda münasibət nöqteyi-nəzərindən, dünya ictimaiyyətinin  ölkəmizdəki 

qaçqınların vəziyyətini tam obyektiv bilməsi nöqteyi-nəzərindən bir dönüş nöqtəsi olsun. Bu baxımdan biz bu 

konfransın fəaliyyətdən, xarici ölkələrin, beynəlxalq təşkilatların burada iştirak edən nümayəndələrinin konfrans 

sonrakı fəaliyyətindən çox şey gözləyir, buna çox böyük ümid bəsləyirik.  

Güman edirəm ki, Azərbaycanın düşdüyü vəziyyət konfransın işində  dərindən təhlil olunmuşdur. 

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, əhalinin bu torpaqlardan 

qovulması, qaçqın düşməsi, onların nə qədər ağır vəziyyətdə olması təhlil edilmişdir. İşğal olunmuş ərazilərin 

dağıdılması, viran qoyulması halları artıq sizə  məlumdur və  yəqin ki, bunları  təhlil etmisiniz. Azərbaycan 

Respublikasına bu baxımdan dəyən həm maddi, həm də  mənəvi ziyan, tariximizə, mənəviyyatımıza, 

keçmişimizə dəyən zərər də sizə - konfrans iştirakçılarına məlumdur. Ona görə də mən rəqəmlər, yaxud ayrı-

ayrı faktlar üzərində dayanmağa ehtiyac görmürəm.  

1988-ci ildən sonra Ermənistan Respublikasının  ərazisindən qovulan 200 mindən artıq azərbaycanlı, 50 

mindən çox Axısxa  türkü, Dağlıq Qarabağın  ərazisindən - doğma yurdlarından qovulmuş azərbaycanlılar və 

nəhayət, Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan zorakılıqla qovulmuş azərbaycanlılar birlikdə bir milyon 

qaçqınlar ordusu təşkil edir. Bunların indi Azərbaycanın başqa bölgələrində ağır şəraitdə yaşaması bir tərəfdən 

ölkəmizin nə  qədər çətin, faciəli vəziyyətdə  olduğunu, ikinci tərəfdən də Azərbaycan xalqının nə  qədər 

dözümlü, dəyanətli olduğunu göstərir, qaçqın düşmüş, çox əzab-əziyyətlər çəkmiş, faciəli həyat keçirən bu 

adamların nə qədər mətanətli və nə qədər də insanpərvər olduğunu göstərir.  

Müharibə şəraitində olan, sosial-iqtisadi böhran içərisində yaşayan və müəyyən səbəblərə görə iqtisadiyyatı 

inkişaf etdirmək, yaxud iqtisadiyyatı yaratmaq üçün imkanları tamamilə məhdudlaşan və xüsusən son zamanlar, 

demək olar, dəmiryol blokadası  şəraitində olan Azərbaycanın belə  böyük qaçqınlar ordusunu  saxlamasının 

Azərbaycan Respublikası üçün, onun dövləti, hökuməti üçün və  onun insanları üçün necə  ağır vəziyyət 

yaratdığını təsəvvür etmək o qədər də çətin deyildir.  

Ancaq tarix sübut etmişdir ki, Azərbaycan xalqı dözümlü xalqdır, çox ağır mərhələlərdən mətanətlə keçib 

gəlmiş, indi ən böyük nailiyyətə - milli azadlığa, öz müstəqilliyinə  nail olmuşdur. Xalqımız bütün bu 

çətinliklərə də dözəcək, onlardan keçib gedəcək və bunların hamısının öhdəsindən gələcəkdir.  

Mən bu gün konfrans iştirakçıları qarşısında Azərbaycan Respublikasında qaçqın düşmüş, ağır  şəraitdə, 

əzab-əziyyət içərisində, çadırlarda yaşayan, bəzən hətta  ərzaq malları almağa imkanı olmayan, ancaq dözən, 

xalqına, respublikasına, torpağına sədaqət hissi ilə  yaşayan qaçqınların hamısına hörmət və  ehtiramımı 

bildirirəm. Konfrans iştirakçıları adından, bu möhtəşəm salondan Azərbaycanda yaşayan qaçqınların hamısına 

salamımı çatdırıram və  onları  əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti qaçqınların 

vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Qara günün ömrü az olacaqdır. Onlar qaçqın 

vəziyyətindən çıxaraq, öz yerlərinə qayıdacaqlar, bütün bu ağır, əzab-əziyyətli günlər arxada qalacaqdır.  

Bir milyondan artıq qaçqını dolandırmağın bütün çətinlikləri Azərbaycan Respublikasının, Azərbaycan 

dövlətinin üzərinə  düşmüşdür. Bu, təbiidir, bizim doğma işimizdir və  hər bir Azərbaycan vətəndaşı, birinci 

növbədə Azərbaycanın dövlət orqanları qaçqınlara qayğı göstərməyi, onların problemləri ilə  məşğul olmağı 

özlərinin  ən müqəddəs,  ən  şərəfli vəzifəsi hesab etməlidir. Güman edirəm ki, biz qaçqınlara qayğı, diqqət 

məsələsinin nə qədər mühüm olduğunu günü-gündən dərk edirik və həmin problemlərin həlli bundan sonra da 

bizim diqqət mərkəzimizdə olacaqdır.  

Eyni zamanda konfrans iştirakçılarının və xüsusən xarici ölkələrdən gələn qonaqlarımızın qarşısında demək 

istəyirəm ki, qaçqınların yaşaması üçün, onlara müəyyən, minimum bir şərait yaradılması üçün bir çox 

dövlətlərin, beynəlxalq təşkilatların humanitar yardımları bizdən ötrü böyük  köməkdir. Biz bunu yüksək 

qiymətləndiririk. Biz qaçqınlarla görüşərkən onlar da xarici ölkələrin, beynəlxalq təşkilatların bu xeyirxah, 

insanpərvər işlərini, humanitar köməyini çox yüksək qiymətləndirirlər. Ona görə  bütün ölkələrə, bu ölkələrin 

başçılarına, beynəlxalq təşkilatlara, xarici ölkələrin ayrı-ayrı iş adamlarına, ümumiyyətlə, qaçqınlarımıza kömək 

edən, diqqət və  qayğı göstərən təşkilatlara, qruplara, insanlara, dövlətlərə, hökumətlərə, ölkələrə  qaçqınlar 

adından, öz adımdan, hörmət və ehtiramımı, təşəkkür və minnətdarlığımı bildirirəm.  

Ümidvar olduğumu bildirmək istəyirəm ki, konfransın materialları, qəbul etdiyi bəyanatlar, onun işi dünya 

ictimaiyyətini, ölkələri, beynəlxalq təşkilatları Azərbaycan qaçqınlarının vəziyyəti haqqında daha geniş 

məlumatlandırılacaq və bunun nəticəsində Azərbaycan Respublikasında olan qaçqınlara indən sonra hər cür 

yardım artacaqdır. Qaçqınlar belə  ümidlərlə  yaşayırlar. Arzu edirəm ki, bu ümidlər doğrulsun, Azərbaycan 

qaçqınları nə qədər ki, bu vəziyyətdədirlər - bundan sonra daha artıq yardım ala bilsinlər.  

Güman edirəm ki, konfransın işi bir həqiqəti də göstərdi ki, Azərbaycan Respublikasında olan qaçqınların 

həm sayı, həm də  indiki ağır vəziyyəti ilə  müqayisədə onlara, Azərbaycan Respublikasına xarici ölkələr 


tərəfindən edilən humanitar yardım o qədər də yetərli deyildir. Arzu edirəm ki, bunlar nəzərə alınsın və güman 

edirəm, nəzərə  alınacaq, Azərbaycan qaçqınlarına bundan sonra göstərilən humanitar yardımın miqdarı, 

keyfiyyəti daha da artacaqdır. Eyni zamanda biz heç də belə fikirdə deyilik ki, Azərbaycan həmişə  qaçqınlar 

diyarı olacaqdır, ölkəmizdə həmişə qaçqınlar yaşayacaqdır. Mən əminəm ki, bu məsələlər həll olunacaq, birinci 

növbədə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən, Ermənistan tərəfindən işğal olunmuş torpaqları 

azad ediləcək, qaçqınların öz yerlərinə  qayıtması üçün imkan yaranacaq və onlar ev-eşiklərinə, el-obalarına 

qayıdacaqlar. Ermənistan Respublikasından çıxarılmış qaçqınlar da -  əgər haqq-ədalət varsa, əgər dünyanın 

beynəlxalq təşkilatları hər şeyi doğrudan da ədalətli edə bilərlərsə, - onlar da öz evlərinə qayıdacaqlar. Axısxa 

türkləri artıq 50 ildir ki, öz yerlərindən didərgin düşmüşlər. Bu qədər vaxt keçməsinə, bir neçə nəsil meydana 

gəlməsinə baxmayaraq, onlar yenə də öz torpaqlarına qayıtmaq istəyirlər. Biz bu arzuların da yerinə yetməsinə 

tərəfdarıq, eyni zamanda o vaxtacan onları öz ölkəmizdə saxlamağa hazırıq.  

Şübhə yoxdur ki, gələcək tarixi proseslər, dünyada gedən tarixi, ictimai-siyasi dəyişikliklər XX əsrdə ayrı-

ayrı ölkələrin sərhədlərinin pozulması, insanların öz yerlərindən qovulması, böyük sayda adamların bir yerdən 

başqa yerə  məcburən köçürülməsi kimi halların qarşısını alacaq, həyat hər  şeyi öz yerinə  qoyacaqdır. 

Azərbaycanlılar  əsrlər boyu yaşadıqları  ərazilərdə  məskunlaşacaqlar, öz yerlərinə  qayıdacaqlar. Azərbaycan 

xalqı bu ümidlərlə  yaşayır, yaşayacaq və  əgər bu, bizim nəsillərə  nəsib olmasa da, gələcək nəsillər buna nail 

olacaqdır.  

Ancaq indi bizim qarşımızda duran vəzifə Azərbaycanın 1988-ci ildən indiyə  qədər Ermənistan silahlı 

qüvvələri tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsidir, Azərbaycan Respublikasının beynəlxalq 

hüquq normaları  əsasında tanınmış, qəbul olunmuş  sərhədlərinin toxunulmazlığının, Azərbaycanın  ərazi 

bütövlüyünün təmin edilməsidir. Bu məsələlərin həll edilməsi bizdən ötrü, Azərbaycan Respublikası üçün ən 

ümdə vəzifədir və biz həmin məsələnin həlli ilə məşğul oluruq, bundan sonra da tam qətiyyətlə məşğul olacağıq.  

Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında altı ildən artıq gedən müharibədə  altı aydır ki, atəşkəs 

rejimi yaranmışdır və  davam edir. Bu müddətdə  biz respublikanı müharibə  şəraitindən çıxarmaq, müharibəyə 

son qoymaq üçün, münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün bir çox təşəbbüslər etmişik, bir çox tədbirlər 

görmüşük, danışıqlar aparmışıq. Danışıqlar, təşəbbüslər prosesi davam edir və bu gün də, sabah da, gələcəkdə 

də bununla məşğul oluruq və olacağıq. Çalışırıq ki, respublikamızın ərazi bütövlüyünün təmin olunması şərtləri 

ilə bu məsələ həll edilsin. Bunun üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş  ərazilərindən 

qeyd-şərtsiz çıxarılmalı, həmin ərazilərdən qaçqın düşmüş Azərbaycan vətəndaşları öz yerlərinə qayıtmalıdırlar. 

Bu  ərazilər dedikdə  biz Dağlıq Qarabağın  ətrafında olan rayonları, o cümlədən  Şuşa və  Laçın rayonlarını 

nəzərdə  tuturuq. Dağlıq Qarabağda yaşayan  ermənilərin  hüquqlarının qorunması,  şübhəsiz ki, təmin 

olunmalıdır. Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Ancaq bütün bunlar ən mühüm şərt 

daxilində - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin edilməsi və 

ölkəmizin didərgin düşmüş vətəndaşlarının hər birinin öz yerinə qayıtması şərti ilə həll edilməlidir. Biz çalışırıq 

bu məsələni həll edək və bunların hamısı qaçqın vəziyyətində yaşayan bir milyon vətəndaşın həyatı, aqibəti, bu 

günü və gələcəyi ilə bağlı həll edilməlidir.  

Konfransın mövzusu insan hüquqları məsələsidir. İnsan hüquqları indi dünyada demokratik proseslərin hər 

yerdə  bərqərar  olunması üçün əsas prinsiplərdən biridir. Azərbaycan Respublikası öz həyatını demokratik 

prinsiplər  əsasında quraraq, daim çalışacaqdır ki, insan hüquqlarının  qorunmasına  əməl edilsin. Bugünkü 

konfransda yəqin müqayisə etmək mümkün olardı ki, əgər bir adamı sözdən məhrum edirlərsə və ya o, müəyyən 

məhdudiyyətlərə  məruz qalırsa, onun hüquqları pozulur: ancaq bir milyon insan - azərbaycanlı öz yerindən, 

yurdundan qovulmuşdur, evini, əmlakını itirmişdir, dədə-babalarının  qəbirlərindən məhrum olmuşdur,  əsrlər 

boyu yaşadığı yerlərdən məhrum olmuşdur. Bəs  bu, insan hüquqlarının kütləvi surətdə, dəhşətli  şəkildə 

pozulması deyilmi?  

Biz ayrı-ayrı ölkələrdə ayrı-ayrı şəxslərin, fərdlərin insan hüquqlarının pozulmasının digər ölkələrdə böyük 

siyasi xadimlər tərəfindən, yaxud da ölkələrin parlamentlərində  və ya yüksək beynəlxalq təşkilatlarda 

pislənməsinin və  bu hüquqların qorunması üçün lazımi tədbirlər görülməsinin  şahidi olmuşuq. Bu, həqiqətən 

demokratiyanın, insan hüquqları haqqında Helsinki aktının qorunmasıdır. Belə olan halda bir milyon vətəndaşın 

- azərbaycanlının hüquqlarının kütləvi surətdə  pozulması haqqında nə  üçün  həyəcan təbili vurulmur, nə  üçün 

hay-küy qalxmır, nə üçün bu, parlamentlərdə müzakirə olunmur? Beynəlxalq təşkilatlar nə üçün bu barədə öz 

cəsarətli fikirlərini bildirmirlər? Bunu anlamaq mümkün deyildir.  

Mən bu fürsətdən istifadə edərək, bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edirəm, 

inkişaf etmiş demokratik ölkələrin parlamentlərinə, dövlət başçılarına müraciət edirəm, dünyada demokratiya 

yolunda fədakar fəaliyyət göstərən məşhur ictimai-siyasi xadimlərə müraciət edirəm, dünyadakı bütün insanlara, 

bəşəriyyətə müraciət edirəm və bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulmasının bəyan edərək bu 

hüquqların bərpa olunmasına dəvət edirəm. Güman edirəm ki, bu konfransı  təşkil edən Birləşmiş Millətlər 

Təşkilatının Qaçqınların  İşi Üzrə  Ali Komissarlığı, BMT-nin, beynəlxalq təşkilatların nümayəndələri mənim 


səsimi bütün dünyaya, öz təşkilatlarına çatdıracaqlar. Mən bu konfransın  əsas nəticələrindən birini də 

Azərbaycan vətəndaşlarının, bir milyondan artıq azərbaycanlının hüquqlarının tapdalanmasının dünyada aşkar 

olunması hesab edirəm və onların hüquqlarının bərpa olunmasına dəvət edirəm. Ümidvaram ki, konfrans özünü 

bu vəzifəsini də yerinə yetirəcəkdir.  

Konfransın işi sona çatır. Konfrans müvəffəqiyyətlə  keçdiyinə  görə  və onun nəticələrinə  böyük ümid 

bəsləyərək sizin hamınızı bu tədbirin uğurla sona çatması münasibətilə  təbrik edirəm, beynəlxalq təşkilatlara, 

Birləşmiş Millətlər Təşkilatına və bu konfransın bütün digər təşkilatçılarına bir daha öz təşəkkürümü bildirirəm. 

Azərbaycan Respublikasının  ərazisində  yaşayan bir milyondan artıq qaçqına hörmət və  ehtiramımı bildirirəm, 

onların hamısını bağrıma basıram, dözümlülüyünə, dəyanətinə, vətənpərvərliyinə görə öz torpaqlarına, dövlətinə 

sədaqətinə  görə onlara təşəkkür edirəm.  Əmin edirəm ki, onlar bu ağır vəziyyətdən çıxacaqlar, müstəqil 

Azərbaycan Respublikasının bütün vətəndaşları öz taleyinin, öz hüquqlarının sahibi olacaqdır. Sağ olun.  

 


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin