Atletikanın növləri



Yüklə 31,04 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü31,04 Kb.
#39896
1   2   3   4   5   6   7   8   9   ...   12
Atletika

Atletikanın hazırlıqları

Qaçmağı öyrənmək ilk baxışda çətin bir iş deyildir. Bunu hamı bacarar. Fərq burasındadır ki, biri yaxşı qaçır, biri pis. Lakin diqqətlə baxsan, qaçmağa təzə başlayanı təcrübəli idmançıdan asanlıqla ayıra bilərsən. Əsl idmançı qaçış yolunda elə irəliləyir ki, kənardan baxanda pəncələrini yerə ehmalca vura-vura, pərvazlandığını güman edirsən. Onun bütün bədəni sim kimi gərilmişdir, la-kin eyni zamanda son dərəcə sabitdir. Hərəkətləri yüngül və dəqiqdir. İdmançı stadionda dalbadal dövrə vurur. Ona baxanlar elə güman edirlər ki, özləri də bu cür qaça bilərlər. Ancaq buna cəhd göstərsələr, bir şey çıxmayacaqdır: cəmi iyirmi-otuz metrdən sonra tövşüməyə başlayacaqlar, ayaqlarından elə bil ağır daşlar asılacaqdır.

Yüngül atletikanın ən böyük ləyaqəti onun təbiiliyi və hamının məşğul olması üçün mümkünlüyüdür. İdmanın bu növünün əsasını bizə uşaqlıqdan məlum olan hərəkətlər - yeriş, qaçış, tullanmaq, alət atmaq təşkil edir.

Yüngül atletika ilə hamı - uşaqlar və böyüklər, kişilər və qadınlar məşğul ola bi-lərlər. Məşqlərin təşkili, yarışların, hər cür estafetlərin, qaçışların keçirilməsi çətin deyildir, bundan başqa, yüngül atletikanın tərkibinə daxil olan bütün hərəkətlər yüngül və gözəldir.

Qüvvənin qənaətlə sərf olunması, hərəkətlərə minimum enerji işlədilməsi hər hansı məsafəyə qaçarkən həlledici əhəmiyyətə malikdir.

Yüksək sürətlə qaçmağa başlamazdan əvvəl özündə ümumi dözümlülük xasiyyəti yarat. Bu, gücdən düşməyinin qarşısını alar.

Qaçış texnikasını öyrənmək üçün ən yaxşı vasitə sürəti tədriclə artırmaqdan iba-rətdir. Sürət hər dəfə artırıldıqca hərəkətlərin sərbəstliyi olduğu kimi qalmalıdır.

Yorğunluq hiss olunan kimi sürətin artırılmasını dayandırmaq və bundan sonra ətalət qüvvəsi üzrə, mümkün qədər sərbəst qaçmaq lazımdır.

Gənc idmançıların ən çox yol verdikləri səhvlər qaçarkən budun kifayət qədər yu-xarı qaldırılmaması (bunun nəticəsində addım qısalır), gövdənin qabağa və ya geriyə həddindən artıq çox əyilməsi, start nöqtəsindən zəif sıçrayış, əllərin dəqiq hərəkət etdirilməməsi, pəncənin həddindən çox açılması və dolambac qaçışdır.

Güzgü qarşısında qaçaraq əllərinin hərəkətini yarışlar üçün dəqiqləşdir. Bu zaman çiyinlərini gərginləşdirmə, əllərinin sərbəst surətdə irəli-geri hərəkət etməsinə diqqət yetir.

İdmançılar cürbəcür qaçış formaları tətbiq edirlər. Dəyişkən sürətli qaçış dö-zümlülüyü artırmağa imkan verir. Bu zaman idmançı müəyyən məsafəni asta qaçdıqdan sonra sürəti artırır. Təkrar qaçış həm sürəti, həm də dözümlülüyü artırmaq məqsədinə xidmət edir. İdmançı 5 - 10 dəqiqəlik fasilələrlə məsafənin müəyyən hissələrini yüksək sürətlə bir neçə dəfə qaçır. Sürətli qaçış yarışa hazırlıq səviyyəsinə nəzarət etmək üçündür: nəzərdə tutulmuş məsafəni qaçış sürətinə yaxın olan bir surətdə qaçmaq lazımdır.

Qaçarkən tənəffüs təbii olmalıdır. Dərindən nəfəs al, nəfəsini qırma, tənəffüsün səlis olmasına çalış. Mümkün qədər burnunla və ağzını yarımçıq açaraq nəfəs al. Küçədə yeriyərkən, gəzintiyə çıxarkən tənəffüsünü məşq etdir: hərəkətlərini tənəffüslə əlaqələndir. Bu zaman belə bir ahəngə əməl et: 2 - 3 addımdan bir nəfəs al, 4 - 5 - 6-cı addımlarda nəfəsini buraxmaq üçün mümkün qədər yumşaq qaçış yolu seç. Ot və yumşaq qum üzərində qaçmaq çox faydalıdır. Yer bərk olsa, ayaqların ağrıyar və tez yorularsan.

Tullanmaq və idman alətləri atmaq yarışlarında sınaq üçün bir neçə cəhd göstər-məyə icazə verilərsə, onlara maksimum qüvvə sərf etmə. Yoxsa gücdən düşərsən. Bu cəhdlərin məqsədi hərəkətlərin dəqiqliyini yoxlamaqdan və qarşıdakı çıxışa hazırlığı başa çatdırmaqdan ibarətdir.

Bir sıra hərəkətlərin yerinə yetirilməsi bütün növlər üzrə ixtisaslaşan atletlər üçün faydalıdır. Buraya aşağı start götürdükdən sonra qaçış, akrobatika, müxtəlif mütəhərrik oyunlar və idman oyunları, içinə şey doldurulmuş top atmaq, qantellərlə hərəkətlər, üç və beş təkanla tullanmaq və şübhəsiz ki, krosslar - kələkötür yerlərdə qaçmaq daxildir.




Yüklə 31,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin