Atletikanın növləri



Yüklə 31,04 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü31,04 Kb.
#39896
1   ...   4   5   6   7   8   9   10   11   12
Atletika

kürəyini düz tut, güclü bir arıq, istiqamətini itirmək və düşməklə təhdid edir,

  • Qaçışçı yolunda kəskin enmə varsa, texnika onu arxasını dik vəziyyətdə saxlamağa məcbur edir, biraz sapma ilə sürəti bədəndə sürətlə idman gəzinti səviyyəsinə endirmək lazımdır.

  • Atleti üstələmək maneə, nəfəsini rahat bir səviyyəyə qaytarana qədər yavaşlamalıdır.

    Nizə və disk atma

    Disk atılan dairənin kənarınada 2,75-3,5 m hündürlüyündə qoruyucu hasar çəkilir. Disk müxtəlif ağırlıqda olur:kişilər üçün 2 kq,böyük və kiçik yaşlı gənclər üçün 1,5 kq; qadınlar,böyük və kiçik yaşlı qızlar üçün isə 1 kq ağırlığında olur: Diskin uçuş hazırlığı əsasən sürətindən,uçuş bucağından,uçuş zamanı disk müstəvisinin vəziyyətindən asılıdır.Dislkin optimal uçuş bucağına küləyin sürəti və istiqaməti təsir edir.Küləksiz havada optimal uçuş bucağı 36-380 həddində olur, küləyə qarşı atma zamanı isə o,300 -yə qədər azalır.5-7m/san sürəti olan küləyə qarşı atmaq uçuşun uzaqlığını 4-8 m artırmağa imkan verir.Diski həm dayanan yerdən,həm də fırlanmaqla atılır. Dönmə uçuş zamanı diskə böyük sürət verir.Bu,uçuşun uzaqlığını 6-8 m artırır. Disk atanlar arxaları ilə atma istiqamətinə dayanaraq dönməyə başlayır və 5400 -dönürlər.Alətin tutulması haqqında .Disk atan sərbəst endirilmiş əlində diski elə tutur ki, onun çevrəsinin kənarı disk müstəvisinə toxunan baş barmaqdan başqa,digər dörd barmağın dırnaq falanqasında dayansın.Əl bilək oynağından azacıq bükülür.Diskin yuxarı hissəsi bazu önünə toxunur. 2.Disk atmanın təlimi zamanı ehtiyat tədbirlətinə riayət etmək,atma üçün yerləri mümkün qədər bir-birindən uzaqda saxlamaq lazımdır. 1-ci vəzifəsi,məşğul olanları disk atmağın texnikası ilə tanış etmək lazımdır. 1.Disk atma texnikasının izah edilməsi.2.Dönməklə disk atmağın göstərilməsi.3.Kinoqram,şəkillər,kino filim kimi və digər tədris vasitələrinin nümayişi.4.Yarış qaydaları ilə tanışlıq. 2-ci vəzifəsi.Diski düzgün tutmağı və buraxmağı öyrətmək. 1.Diski tutmağın düzgünlüyünün göstərilməsi və yoxlanılması.2.Diskin tutulması və disk olan əlin qolaylanması (asanlaşdırmaq).3.Diskin yerlə diyirləndirilməsi.4.Önü atma istiqamətinə dayanmaq,ayaqları çiyin bərabərində qoymaq,diski fırlanma hərəkəti verərək,onu yuxarı-irəli atmaq. Məşğul olanlara diski saat əqrəbi istiqamətində fırlatmaqla şəhadət barmağından atmağı öyrədilir. 3-cü vəzifəsi.Disk atmaq üçün dönmənin öyrədilməsi. 1.Dönmə texnikasının göstərilməsi və izahı.2.Üzü atma istiqamətinə durmaqla,disk ilə birlikdə dönmək.Sol ayaq irəlidədir;3.Sol böyürlə atma istiqamətinə durmaqla,disk ilə dönmək.4.Arxası atma istiqamətinə durmaqla,disk ilə dönmək;5.Dönmənin ayrıayrı hissələrinin yerinə yetirilməsi. 4-cü vəzifəsi.Final səyi fazasını öyrətmək.1.Yerindən final səyinin göstərilməsi.2.Böyür tərəfdən atma istiqamətində dayanma vəziyyətindən disk atmaq.3.Arxası atmaq istiqamətinə dayanma vəziyyətindən hımin hərəkət.4.Diskin atılmasının təqlid etmək.

    . Nizə atan fiziki cəhətdən inkişaf etmiş olmalı və oynaqların yaxşı hərəkət qabiliyyətinə yiyələnməlidir. Ona görə də nizə atma texnikasının təlimi zamanı qüvvənin,sürətin və çevikliyin inkişaf etdirilməsinə fikir verilməlidir. Vəzifəyə bunlar daxilldir.Məşğul olanları nizə atma texnikası ilə tanış etmək. Nizəni düzgün tutmağı və atmağı öyrətmək.Final səyi fazasını öyrətmək.Qaçışdan nizə atmağa keçmək texnikasını öyrətmək.Qaçış texnikasının və nizənin aparılmasını öyrətmək.Qaçaraq nizə atmağı öyrətmək.Nizə atma texnikasını təkmilləşdirilməsi. Nizə atma texnikasının əsaslarına yiyələndikdən sonra,hərəkətlərin ritmi qəqiqləşdirilir,texnikanın ayrı-ayrı ünsürləri öyrənilir. Nizənin uçuş bucağının düzgün olmasına fikir vermək lazımdır.Atma texnikasının təkmilləşdirilməsi ilə bir vaxtda oynaqlarda mütəhərrikliyin,əzələ qüvvəsinin və hərəkət sürətinin inkişafı üzrərində çalışmaq lazımdır.

    Nizə atmanın məşqi prosesində aşağıdakı vəzifələr yerinə yetirilir. 1.Nizə atma texnikasına yiyələnmək.2.Ümumfiziki hazırlığın artırılması.3.Xüsusi fiziki keyfiyyətlərin inkişafı.4.Mənəvi və iradi keyfiyyətlərin tərbiyəsi. –Ümumfiziki hazırlıq hərəkətlərinin həcmi daha çox nizəatanın hazırlıq komponentlərinin səviyyələri ilə müəyyən olunur.Ümumfiziki hazrlıq vasitələrinə aşağıdakılar aiddir;asta qaçış,çiyin və çanaq-omba oynaqlarında və onurğada mütəhərrikliyi inkişaf etdirən hərəkətlər:idman oyunları,üzgüçülük,sədlərlə hərəkətlər və onların keçirilməsi;ümumi təsirli güc hərəkətləri; akrobatika elementləri,və,gimnastika,alətlərində,hərəkətlər.



    Nizə atanlar texnikanın təkmilləşməsinə çox vaxt ayrırlar.Atma texnikasının təkmilləşdirilməsində başlıca metod hərəkətin təkrar yerinə yetirilməsidir.Nizə atanın xüsusi hərəkətləri:1.Bir addım atıb dayanaraq,nizəni baş üzərində saxlamaq.Çiyini döndərərək,nizəni çiyin xətti üzrə kənara çəkmək.2.Yerişdə və qaçışda həmin hərəkət.3.Nizə ilə qaçış və nizənin çəkilməsi.4.Bir addım atıb dayanmaqla topu baş üzərində saxlamaq irəli-yuxarı hədəfə atmanı yerinə yetirmək;5.Baş arxasından 3 addımlıqdan ağırlıq atmaq.6.Ştanqın diskisini əldə tutaraq,addım vəziyyətində dayanmaq. “Gərilmiş yay”vəziyyəti alaraq,sağa-aşağıgeriyə yelləmə hərəkətini yerinə yetirmək.7.3-addım qaçmaqla ağırlıq atmaq.Nizə atanın sürət-güc keyfiyyətləri.Nizə atan məşqə çoxlu miqdarda yamsılama hərəkəti daxil edir.Lakin bu hərəkətlərdən suni-istifadə etmək olmaz,çünki atma texnikasının ayrı-ayrı ünsürlərində əzələ duyğuları güclənməklə,bütöv hərəkətin cizgiləri təhrif olunur.Nizə atanın sürət-güc keyfiyyətlərinin yekunlaşdırılması üçün,məşqdə ağırlıqlarla:ştanq,iki pudluq pəhləvan daşı ilə, yadro ilə hərəkətlər tətbiq edirlər.
    Yüklə 31,04 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   4   5   6   7   8   9   10   11   12




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin