tisna edir. AİHK ‘milliyyət’ və ‘milli mənşə’ anlayışlarına ayrıca bir əsas kimi
milliyyət etnik mənsubiyyətin konstitutiv elementi kimi başa düşülə bilər.
Bu ona görə deyil ki, Aİ hüququnda milliyyət zəminində ayrı-seçkiliyə icazə
verilir, bu ona görədir ki Aİ hüququ elə inkişaf etmişdir ki, milli zəmində ayrı-
seçkilik şəxslərin hərəkət azadlığı hüququ kontekstində nizamlanır.
Milliyyəti açıq şəkildə istisna etməkdən əlavə, İrqi Bərabərlik haqqında Di-
rektiv özü-özlüyündə ‘irqi və ya etnik mənşə’ anlayışını da vermir. İrqi və
etnik mənşənin necə başa düşülməli olması haqqında bir sıra başqa
sənədlər də mövcuddur. Nə ‘rəng’, nə də milli azlığa məxsusluq İrqi
Bərabərlik haqqında Direktivdə sadalanmasa da, AİHK-da ayrıca əsaslar
kimi sadalanırlar. Bu terminlər irq və/və ya etnik mənsubiyyət
anlayışlarından ayrılmazdır və buna görə də burada da nəzərə alınacaqdır.
Aİ Şurasının irqçilik və ksenofobiyaya qarşı cinayət hüququ əsasında
mübarizə haqqında Çərçivə direktivinin irqçilik və ksenofobiyaya verdiyi
anlayış ‘irqinə, rənginə, dininə, törəmə və ya milli və ya etnik mənşəyinə’
görə hansısa qruplara qarşı yönəlmiş zorakılıq və ya nifrəti ehtiva edir.
Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyası (ECRİ) da
‘irqi ayrı-seçkiliyə’ geniş anlayış vermişdir ki, bu anlayış da özündə ‘irq,
rəng, dil, din, milliyyət və ya milli və ya etnik mənşə’ kimi əsasları ehtiva
edir.
201
Oxşar şəkildə, İrqi Ayrı-seçkiliyin Ləğv olunması haqqında (AB-nin
və Avropa Şurasının bütün Üzv Dövlətlərinin qoşulmuş olduğu) 1966-cı il
BMT Konvensiyasının 1-ci Maddəsi ilə də irqi ayrı-seçkiliyə verilən anlayış
‘irq, rəng, törəmə və ya milli və ya etnik mənşə’ kimi əsasları özündə ehtiva
edir.
202
Konvensiyanın təfsiri və ona əməl olunmasının monitorinqinə məsul
olan İrqi Ayrı-seçkiliyin Ləğv olunması haqqında Komitə (CERD) də
bildirmişdir ki, əksi sübut olunmayınca, bir fərdin hansısa bir irqi və ya etnik
qrupa məxsus olub-olmadığının müəyyənləşdirilməsi ‘sözügedən şəxsin
öz mənsubiyyətini necə müəyyən etməsinə əsasən həyata keçirilməlidir’.
203
Bu Dövlətin tanımadığı hər hansı etnik qrupları da müdafiədən kənarda
saxlamasının qarşısını alır.
Aİ hüququnun dil, rəng və ya mənşə kimi əsasları açıq şəkildə
118
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
201. ECRI, İrqçilik və İrqi Ayrı-seçkiliyə qarşı Mübarizə üçün Milli Qanunvericilik haqqında 7 Saylı
Ümumi Tövsiyyə (General Policy Recommendation No. 7 on National Legislation to Combat Racism and
Racial Discrimination), CRI(2003)8, 13 dekabr 2002-ci ildə qəbul olunmuşdur, bəndlər. 1(b) and (c).
202. 660 UNTS 195.
203. CERD, ‘ Konvensiyanın 1-ci Maddəsinin, 1 və 4-cü bəndlərinin tətbiqi ilə bağlı VIII Ümumi Tövsiyyə’
(‘General Recommendation VIII concerning the interpretation and application of Article 1, paragraphs 1
and 4 of the Convention’).
sadalamamasına baxmayaraq, bu o demək deyil ki, bu xüsusiyyətlər irq
və ya etnik mənsubiyyətin hissəsi kimi müdafiə oluna bilməz, çünki dil, rəng
və mənşə təbii olaraq irq və etnik mənsubiyyətə bağlıdır. Bu həm də o
deməkdir ki, milliyyəti təşkil edən faktorlar da irq və etnik mənsubiyyətə də
uyğun olduqca, bu əsas da müvafiq hallarda həmin əsaslara aiddir.
Bərabər Məşğulluq haqqında Direktivə əsasən din ayrıca əsas kimi açıq
şəkildə müdafiə olunur. Lakin, dini ayrı-seçkiliyin iddia olunan qurbanı dini
irqi əsasla da assosiasiya etməkdə maraqlı ola bilər, çünki, hazırda AB
hüququ ilə də müəyyən olunduğu kimi, irqi ayrı-seçkiliyə qarşı müdafiənin
əhatə dairəsi dini ayrı-seçkiliyə qarşı müdafiənin əhatə dairəsindən daha
genişdir. Bu ona görə belədir ki, İrqi Bərabərlik haqqında Direktiv məşğul-
luq, həmçinin mallara və xidmətlərə çatım imkanı ilə bağlı olduğu halda,
Bərabər Məşğulluq haqqında Direktiv yalnız məşğulluqla əlaqədardır.
İrq və etnik mənsubiyyət konsepsiyalarını izah edərkən AİHM müəyyən
etmişdir ki, dil, din, milliyyət və mədəniyyət irqdən ayrılmaz ola bilər. Timi-
shev işində Çeçen mənşəli ərizəçinin nəzarət keçid məntəqəsindən
keçməsinə icazə verilməmişdi, çünki gözətçilərə Çeçen mənşəli şəxslərin
girişinə imkan verməmək göstərişi verilmişdi. AİHM bununla əlaqədar
aşağıdakı izahı vermişdir:
Dostları ilə paylaş: