NEFTLİ-QAZLI RAYON – bu və ya digər neftqaztoplanma zonaları assosiasiyalarını birləşdirən geostruktur və ya coğrafi xüsusiyyətlərinə görə ayrılan NQV-in bir hissəsidir:
NEFT-QAZTOPLANMA ZONASI – geoloji quruluşu oxşar olan və bir-biri ilə əlaqədar olan lokal tələlər qrupuna aid n/q yataqlarının assosiasiyasıdır;
Lokal yığımlar:
NEFT-QAZ YATAQLARI – lokal yığımlar toplusudur ki, eyni bir sahədə yerləşən bir və ya bir neçə tələni əhatə edir.
NEFT-QAZ FƏRDİ YATAQLARI– keçirici, məsaməli və çatlı kollektorlarda toplanmış təbii lokal n/q yığımıdır.
Mənşə ehtibari ilə eyni olan lokal qalxımlar birliyinə mənsub neft-qaz yataqları cəminə deyilir.
NEFTLİ-QAZLI ƏYALƏT VƏ QURŞAQLAR
Neftli-qazlı əyalət dedikdə uzun geoioji zaman ərzində regional geoloji xüsusiyyətlərinin və regionlar neftli-qazlı çöküntülərinin stratiqrafik vəziyyətinin eyniliyi ilə səciyyələnən vahid geoloji əyalət nəzərdə tutulur. Bu baxımdan Paleozov, Paleozoy-Mezozoy, Mezozoy-Kaynozoy yaşlı neftli-qazlı əyalətlər ayırmaq olar.
Neftli-qazlı vilayətlərin vahid neftli-qazlı əyalətdə birləşdirilnəsinin əsas şərti vahid geoioji əyalətə mənsub həmən vilayətlərdə baş verən tektonik hərəkətlərin, çökmə mənşəli formasiyaların, neftqazəmələgəlmə və toplanma şəraitinin uzun geoloji zaman ərzində (era, dövr) oxşarlığıdır. Deyilənlərdən əlavə neftli-qazlı əyalətlərin seçilməsində platformalarda kristaiiik bünövrənin konsolidasiya yaşı da nəzərə alınmalıdır. Misal üçün, Kembridən əvvəl, Kaledon, Hersin, Mezozoy qmşıqlıq bünvörəsinə malik platformalara mənsub neftli-qazlı əyalətlər.
Qırışıqiıq ərazilərində isə neftli-qazlı əyaləti seçmək üçün qırışıqlığın yaşını nəzərə almaq lazımdır.
Platformaya mənsub neftli-qazlı əyalətlər onun daxilində və kənarlarında yerləşə bilərlər. Sonuncular keçid tip əyalətlərə aiddirlər. Onların yaranması platforma kənarlarının intensiv enməsi ilə bağlıdır. Buna səciyyəvi misal olaraq Xəzəryanı və Meksikayanı meqasineklizlərinə məxsus neftli-qazlı əyalətləri göstərmək olar. Öz geoloji quruluşlarına görə bu ərazilər, mənsub olduqları Rus və Şimali Amerika platfomıalannın geoloji quruluşlarından əhəmiyyətli dərəcədə fərqlənirlər. Hər iki meqasinklinalın səciyyəvi xüsusiyyəti ərazilərində duz gümbəzlərinin geniş yayılması və yamacları boyu kristallik büynövrələrində fay tipli regional qırılmaların inkişaf etməsidir.
Xəzəryanı meqasineklizə aid əyalətdə iri neftli-qazlı vilayətlər gömülmüş tağ tipli qalxımlar, meqavallar, avlokogeniər və Şm, Şm-Qb, Qb yamacları boyu inkişaf etmiş fleksura zonaları ilə bağlı ola bilərlər.
Dostları ilə paylaş: |