Mitoxondrilər
Bunlar dairəvi və uzunsov formada olur. Hər birinin eni 0,5 - 1 mkm, uzunluğu 1 - 5 mkm arasında dəyişir. A. Lenincer (1966) qeyd edir ki, mitoxondrini 1894-cü ildə R.Altman görmüş, bioplast, 1897-ci ildə isə Benda mitoxondri adlandırmışdır. Bəzi, ədəbiyatlarda isə, bu orqanoidin kəşfi tarixi 1890-ci il, başqa birində isə 1898-ci il göstərilir. Hanşı ildə kəşf olunmasına baxmayaraq, bu orqanoidə bütün eukoriot hüceyrələrdə rast gəlinir. Ancaq bakteriya, göy-yaşıl yosunların hüceyrələrində, eləcə də onurğalı heyvanların eritrosit hüceyrələrində olmur. Mitoxondrilərin əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir. Bu səbəblə onlar sitoplazmanın ATF enerjisinə çox ehtiyac olan yerlərində daha sıx olurlar (məsələn, ürək əzələsində miofibrillərin arasında və ya spermatozoidin qamçısında və s.) Ona görə mitoxondriləri xloroplastlarla birlikdə hüceyrənin "güc stansiyaları" adlandırırlar.Hüceyrələrdə mitoxondrilər ikiyə bölünməklə çoxalır və öz funksiyalarını yerinə yetirir.
Mitoxondrilərin quruluşunu hər tərəfli öyrənmək elektron mikroskopun kəşfindən sonra mümkün olub. Müəyyənləşdirilib ki, onlar 3 komponentdən təşkil olunub: xarici və daxili membran
Xarici membran — mitoxondrini hialoplazmadan ayıran hamar bir qatdır. Qalınlığı 7 nm-ə qədərdir. Xarici membran mitoxondrinin tamlığını təmin etməklə yanaşı, sitoplazma ilə maddələr mübadiləsini də həyata keçirir. Xarici membranda lipidlərin sintezində iştirak edən fermentlər də var.
Daxili membran — Daxili membranın quruluşu və xassələri, xaricinkindən fərqlənir. Mitoxondrinin matriksini əhatə edir və içərisinə doğru yönəlmiş çoxsaylı qırışlar, büküşlər əmələ gətirir. Bu qırışlar krist (lat. Krista – pipik, çıxıntı) adlanır. Qalınlığı təxminən 7 nm-ə bərabərdir. Müxtəlif hüceyrələrdə kristlərin sayı da eyni deyildir. Bu say onlar və yüzlərlə ola bilər. Kristlər iş görən əzələ hüceyrələrində sayca artıq olur. Embrion heceyrələrində isə kristlərin sayı azdır. Kristlərin sayı nə qədər çox olarsa, deməli, orada oksidləşdirici və fosfatlaşdırıcı proseslər bir o qədər intensiv gedir. Məsələn, ürək əzələsi mitoxondrilərində kristlərin miqdarı qaraciyər hüceyrəsi mitoxondrisindəkin kristlərdən 3 dəfə çoxdur.Mitoxondrinin daxili membranı həddən artıq çox zülalı özündə cəm edir (75%). Daxili membran vasitəsilə hüdudlanan sahəyə mitoxondrinin daxili matriksi deyilir. Xarici və daxili membran arasında, həmçinin də, kristlər və borucuqların daxilində sahəni isə mitoxondrinin xarici matriksi adlandırırlar. Özünün parametrlərinə görə xarici və daxili membranlar elementar membrana müvafiq gəlir (qalınlığı 7 - 8 nm). Mitoxondrinin daxili membranının içəriyə doğru olan hissəsinin səthi sıx şəkildə göbələyəbənzər hissəciklərlə örtülür. Bunlara Qrin hissəciyi və ya oksisomlar deyilir. Mitoxondrinin əsas funksiyası, hüceyrənin fəaliyyəti üçün onu enerji ilə təmin etməkdir. Mitoxondrinin daxili membranı ilə bir sıra mühüm bioenergetik reaksiyalar, o cümlədən ATF-in sintezi, elektronların oksigenə daşınması və s. əlaqədardır. Lakin ATF-in sintezinin göbələyəbənzər hissəciklə elektronların oksigenə verilməsinin isə membranın oturacağı ilə əlaqələndirilməsinə baxmayaraq, hazırda mitoxondirinin daxili membranının quruluşu barəsində ümumi qəbul olunmuş hər hansı təsəvvür hələlik yoxdur. Mitoxondrinin daxili membranından xarici membranı ferment sistemlərinə görə fərqlənir. Xarici membran tək quruluşa görə yox, funksiyasına əsasən də daxili membrana oxşamır. Belə ki, xarici membran bir sıra maddələr üçün yaxşı keçirici olduğu halda, həmin maddələr daxili membrandan ya heç keçmir, ya da fəal mexanizm vasitəsilə keçir. Hüceyrənin nüvəsindən asılı olmayaraq, mitoxondrilər zülal sintez etməyə qabildir. Onların matriksində DNT, RNT və ribosomları olan genetik sistemləri vardır.
Kimyəvi cəhətdən mitoxondrilər çox mürəkkəbdir. Onun tərkibində zülallar (60-70%), yağlar (25-30%) nuklein turşuları, fosfolipidlər, RNT , vitaminlərdən A, B, K, E və s. vardır. Mitaxondri tərkibində enerji mübadiləsində iştirak edən fermentlərdən suksinatdehidrokinaza, sitoxromoksidaza, fumoratdehidrokinaza və s.dir.
Mitoxondrinin matriksi — Kristlərin daxilində olan homogen maddədir, forması tel şəkilli və yaxud oval qranula bənzərdir. Müəyyənləşdirilib ki, nazik telşəkilli strukturlar DNT həlqəsi və RNT molekuludur, 15-20nm diametri olan qranulalar isə mitoxondrinin ribosomlarıdır. Daha iri dənələr isə kalsium və maqnezium kationları yığımından ibarətdir. DNT molekulunda 13 mitoxondrial zülalları konlaşdiran genlər mövcuddur.
Mitoxondrinin membranlarında inteqral zülallar mövcuddur. Xarici membrana porin adlanan zülallar daxildir. Onlar xarici membranın keçiciliyini artırır, maddələr mübadiləsində iştirak edir. Mitoxondrinin daxili membranından içəri əksər molekullar keçə bilmir, istisna yalnız О2, СО2, Н20 molekullarıdır.
Dostları ilə paylaş: |