Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ



Yüklə 141,07 Kb.
səhifə7/12
tarix02.01.2022
ölçüsü141,07 Kb.
#37396
1   2   3   4   5   6   7   8   9   ...   12
referat 4170

Plastidlər.
Embrional bitki hüceyrələrində proplastidlər olur. Bu törəmələr, toxumanın tipidən

asılı olaraq, rəngsiz leykoplastlara, karotinoidlərin olması hesabına xromoplastlara və ya xlorofill və karotinoidlərin sayəsində xloroplastlara çevrilə bilər. Plastidlərin ən qədim forması xloroplastlardır. Belə hesab edilir ki, xromoplastlar və leykoplastlar xloroplastlardan əmələ gələn ikinci formalardır. Mitoxondrilər kimi, xloroplastlar da enerjinin çevrilmə mərkəzidir. Onların da ikiqat membranı vardır. Xloroplastların daxili quruluşu, qalınlaşmış ikiqat membran sistemindən - tilakoidlərdən əmələ gəlir. Mitoxondrilərdə olduğu kimi, xloroplastlarda da tilakoidlər orqanoidin daxili membranından törəyir. İşıq kvantlarının udulmasından başlayaraq, enerjinin çevrilməsi xloroplastlarla tilakoid membranında (fotokimyəvi proseslər), biokimyəvi reaksiyalar isə tilakoidlərarası sahədə-stromada və ya xloroplastların matriksində həyata keçirilir. Bu cəhətdən də xloroplastlarla mitoxondrilər arasında oxşarlıq nəzərə çarpır. Tilakoid membranı özündə də funksional kompleksi-kvantosomları birləşdirir. Məlumdur ki, işıq enerjisinin potensial kimyəvi enerjiyə çevrilməsi prosesləri kvantosomlarla əlaqədardır. Elektron mikroskopunda tilakoidlərin əmələ gətirdiyi törəmələri-qranları aydın görmək

olur. Tilakoid membranında xlorofill və karotinoidlər olduğundan onlar düşən işığı intensiv udur və adətən, işıq mikroskopunda qranlar tünd rəngdə görünür. Qeyd etmək lazımdır ki, xloroplastların həm tilakoidləri, həm də matriksi (stroması) fermentlərlə zəngindir, xloroplast zülallarının 25%-i məhz fermentlərin payına düşür. Xloroplastlar kimi leykoplastlar da prolamelyar cisimdən əmələ gəlirlər. Onlarda tilakoidlərin meydana gəlməsi genetik cəhətdən inaktiv (qeyri - fəal) olduğuna görə nəzərə

çarpmır. Xloroplastlar bitkilərdə ən çox yayılmlış plastidlərdir. Hər bir bitki hüceyrəsində 20-dən 50-yə qədər xloroplastid olur. Payız dövründə yaşıl yarpaqlardakı xlorofil dənələri parçalanaraq ksantofil və karotinin təsirindən saralır və ya qızarırlar. Tipik leykoplastlarda (amiloplastlar), şəkərlərin daşınma forması - saxaroza, ehtiyat karbohidratlara-nişastaya çevrilir ki, bu da nişasta dənələrinin formalaşması ilə müşayiət olunur. Leykoplastlar kürəşəkilli və ya uzunsovşəkilli rəngsiz plastidlərdir. Bunlar xloroplastlara nisbətən xırda olduqlarına görə çox çətin seçilirlər. Leykoplastlar adətən nüvənin ətrafında qruplarla yerləşirlər. Plastidlərin digər tipi olan xromoplastlar, xloroplastlardan və ya leykoplastlardan əmələ gəlir. Xromoplastların formalaşması zamanı xloroplast tilakoidlərinin dağılması və matriksdə karotinoidlə zəngin qlobulların toplanması müşahidə edilir.





Yüklə 141,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin