Azərbaycan döVLƏt pedaqoji universiteti SƏRBƏst iŞ



Yüklə 141,07 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü141,07 Kb.
#37396
1   ...   4   5   6   7   8   9   10   11   12
referat 4170

Holci kompleksi
Sitoplazmanın ən mühüm hissəciklərdən biri diktiosomlardır. Xüsusi orqanoid sayılan holci aparatı 1898-ci ildə İtaliya alimi Kamillo Holci tərəfindən müəyyən olunmuşdur. Diktiosomlar və ya Holci cisimciyi ikiqat membranla əhatə olunmuş pəncəşəkilli quruluş törəməsi olub, 3 - 12 diskdən- Holci sisternlərindən əmələ gəlmişdir. Bu sisternlər, yan tərəflərdən çoxlu miqdarda qabarcıqlarla əhatə olunur. Sisternlər arasında boruşəkilli törəmələr (kanalcıqlar) aşkar edilir. Diktiosomların diametri 0.2 – 1.5 mkm-ə çatır. Hüceyrədəki diktiosomların məcmuu (onların sayı bəzən bir neçə minə çatır), Holci kompleksi adlanır. Diktiosomların funksiyası, şirə sintez və ifraz etməkdən ibarətdir. Hüceyrədə nüvənin bölünməsindən sonra, qılafin formalaşması zamanı Holci qabarcıqları hüceyrənin yenicə əmələ gəlmiş sərhədinə toplanır və bir-birilə qarşılaşaraq, hüceyrə qılafının ilk (rüşeym) quruluşunu yaradır, qabarcıqların daxilindəki kütlə isə (turş karbohidratlar), hüceyrə qılafının ilk quruluşu üçün başlanğıc material hesab olunur.

Diktiosomlar, şübhəsiz ki, bölünmə yolu ilə çoxalır. Sitoplazmatik hissəciklərə, diametri 18-30 nm olan mikroborucuqlar aiddir. Bu quruluş elementləri, bitki və heyvan hüceyrələrində rast gəlinən qamçıların liflərinə bənzəyir. Qamçı lifləri bütöv hüceyrəni, vətər sapları isə nüvənin bölünməsi zamanı xromosomları hərəkətə gətirir.Ümumiyyətlə, güman edilir ki, mikroborucuqlar müxtəlif cür istiqamətlənmiş hərəkətlərin yerinə yetirilməsinə kömək göstərir. Mikrosomlar - ölçüləri 20 - 40 nm olan hissəciklərdir. Hazırda belə güman edilir ki, mikrosomlar endoplazmatik şəbəkənin elementlərindən biridir. Mikrosomlar hüceyrənin nüvəsində əmələ gəlir və oradan sitoplazmaya keçir. Xüsusi metodlar vasitəsilə mikrosomlardan qranulyar fraksiyanı- ribosomları ayırmaq mümkündür.



Vakuollar. Bitki hüceyrələrinin protoplazması, heyvanınkına nisbətən daha zəngin olur. Bununla əlaqədar olaraq yaşıl bitkilərdə vakuolyar aparat güclü inkişaf etmişdir. Cavan hüceyrələrin sitoplazmasında vahid (və ya mərkəzi) vakuol olmur, onlarda yalnız endoplazmatik şəbəkədə yerləşən kiçik sisternlər vardır. Vakuollar sitoplazmadan tonoplast vasitəsilə ayrılır. Vakuolda maddələr mübadiləsinin müxtəlif məhsulları toplana bilər. Yetkin hüceyrələrdə mərkəzi vakuolçox böyük olub, hüceyrənin ümumi həcminin 70 - 90%-i qədərdir. Vakuolda hüceyrə şirəsi çox qatı olduğundan o hüceyrənin əsas osmotik aparatı sayılır və turqor təzyiqinin, bitkilərin su rejiminin tənzim olunmasında mühüm əhəmiyəti vardır. İndiki mülahizələrə görə, vakuollar yalnız hüceyrədə olan vakuollardan və ya hər hansı membranla əhatə olunmuş boşluqdan, məsələn holci qovuqcuqlarından və s. əmələ gələ bilər.

Yüklə 141,07 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin