HƏRRAN – ən qədim şəhərlərdən biri
olmuşdur. Miladdan öncə III minillikdən mi-
ladi VII yüzilliyə qədər Assuriyanın əyalət
paytaxtı olmuşdur. Bu şəhərin adı müqəddəs
kitablarda da qeyd edilir. Rəvayətlərə görə
orada İbrahimin atası yaşamış və dəfn
edilmişdir.
109
HƏRRAN
HƏSƏN BƏSRİ (21/641 – 110/728) –
tanınmış təfsir, hədis və fiqh alimi olmuş-
dur. Tam adı Əbu Səid Həsən ibn Yəsər əl-
Bəsri olmuşdur. Əsli iraqlı idi. Həsən Bəsri
yetkinlik yaşına çatdıqdan sonra İrana qarşı
savaşlarda vuruşmuş, daha sonra Xorasan
bölgəsinin başçısı Rabə ibn Ziyadın katibi ol-
muşdur. Erkən yaşlarından elmə maraq
göstərmiş, İslam tarixinin erkən dövrlərinin
tanınmış alimlərdən biri olmuşdur. Həsən
Bəsri İslami elmləri sistemləşdirmişdir. O,
qəza və qədərin, cənnət əhlinin Allahı
görəcəyinin haqq olmasını iddia etmiş, bütün
əsas dini vəzifələrin və ibadətlərin icra
edilməsini vacib saymışdır. Böyük günahlar
etmiş müsəlmanları fasiq hesab etmişdir.
Onun fikrincə, inanclı insan Allaha ibadəti
onu görsünlər deyə deyil, ürəkdən gələn
inancla ilə etməlidir. Buna görə də o, özlərini
inanclı göstərmək üçün xüsusi geyimlər gey-
inənləri tənqid etmişdir. Əsl iman sözlə və ya
tərkidünyalıqla deyil, əməllərdə, Allaha
sevgidə, insanın mənfi istəklərdən uzaqlaş-
masında özünü göstərir.
Həsən Bəsriyə görə bu dünyada insan
ruhu kirlərdən təmizlənməli, günah
düşüncələrdən azad olmalıdır. Bu da insanı
gələcək həyatda əzablardan gurtaracaqdır.
Belə olan təqdirdə ən kiçik görünən yaxşı
əməl insanı oddan qurtaracağı kimi, gözə
görünməyən pis əməl də onun cəhənnəmə
atılmasına səbəb ola bilər. Ağıl da insana
bunu anlamaq, yaxşını pisdən ayırmaq üçün
verilmişdir.
Quran və hədislərin təfsir edilməsinə
Həsən Bəsri çox tələbkar yanaşırdı. Bir çox
ilahiyyatçılar onları israiliyyatın rəvayətləri
əsasında təfsir edirdi. O isə bu metoda şübhə
ilə yanaşmışdır. O, təfsiri yalnız İslam
ənənəsinə əsaslanaraq edilməsinin tərəfdarı
olmuşdur.
HƏSƏN HƏDİSLƏR
– möhkəm
inancları ilə seçilən ravilərdən alınmış
hədislərdir. Onlarda heç bir çatışmazlıq ol-
mamalıdır. Buna görə də onlar səhih hədis-
lərə yaxındırlar. Ancaq bu hədislərin ra-
vilərinin bəzi yanlışlıqları ola bilər. Misal
üçün, onlar yaxşı yaddaşa malik olub-olma-
ması şübhəli ola bilər. Buna görə də, həsən
hədislər səhih hədislər dərəcəsinə yüksəlmir-
lər. Onların dərəcəsi səhih və zəif hədislər
arasındadır. Həsən hədislər fiqhdə müxtəlif
problemlərin həll olunmasında istifadə edilir.
HƏSƏN İBN ƏLİ (3/625 – 50/669) –
Məhəmməd peyğəmbərin böyük nəvəsi, Əli
və Fatimənin oğlu olmuşdur. Atası Əli
xəlifə olduqda Cəməl və Süffeyn
döyüşlərində vuruşmuşdur. Atası qətlə yetir-
ildikdən sonra isə tərəfdarları onu xalifə elan
etmişdirlər. Ancaq bir neçə həftədən sonra
Həsən hakimiyyəti Suriya valisi Müaviyə ibn
Əbu Süfyana vermək məcburiyyətində
qalmışdır. Bundan sonra o, öz kiçik qardaşı
Hüseynlə Mədinəyə getmişdir. Şiələr Həsəni
ikinci günahsız imam kimi qəbul edirlər. On-
ların rəvayətlərinə görə Həsəni onun həyat
yoldaşı zəhərləmişdir. Onlar Müaviyə ibn
Əbu Süfyanı onun ölümündə günahlandırır-
lar.
HƏSƏN İBN SABİT (62/682-ci ildə
vəfat etmişdir) – Məhəmməd peyğəmbərin
səhabələrindən biri olmuşdur. İstedadlı bir
şair kimi peyğəmbər və müsəlmanların
yanında mövqe tutaraq onların düşmən-
lərinin cavablarını vermişdir. Buna görə də,
onu “Allah elçisinin şairi” adlandırmışdırlar.
Həsən Mədinənin Xəzrəc qəbiləsindən ol-
muşdur. İslama
təxminən 60 yaşında
gəlmişdir. Yaşının çox və xəstə olduğuna
görə müharibələrdə birbaşa iştirak etməmiş,
ancaq müsəlman döyüşçülərini şeirləri ilə
ruhlandırmışdır.
HƏŞR – ölmüş insanların axirətdə
dirilərək mühakimə edilmək üçün bir yerdə
yığışmasıdır. Rəvayətlərə görə bütün canlılar
qiyamətdən sonra yenidən diriləcək və
110
HƏSƏN BƏSRİ
mühakimə olunacaqlar. Ondan sonra insanlar
əməllərinin qarşılığında ya cənnətə, ya da
cəhənnəmə düşəcəklər.
HƏVARİLƏR – xristian rəvayətinə
görə İsanın 12 davamçısına verilən addır.
Adətən cəm şəklində həvariyyun şəklində
işlədilir. Onlar İsanın qeybə çəkilişindən
sonra müxtəlif yerlərə gedərək xristianlığı
yaymışdırlar.
HƏVVA – ilk insan, Adəmin həyat
yoldaşı, bütün insanların anası olmuşdur.
Həvva Adəm cənnətdə
yatarkən sol
qabırğasından alınan bir sümükdən
yaradılmışdır. Adəm arvadına canlı bir
vücuddan yaradıldığı üçün Həvva adını ver-
mişdir. Həvva Adəmlə birlikdə Allahın əm-
rindən çıxdıqları üçün cənnətdən qovularaq
yerə endirilmişdirlər. Sonra onlardan bütün
bəşəriyyət yaranmışdır.
HİCRƏT – öz vətənlərindən dini
inanclarına görə təqiblərə məruz qalan in-
sanların başqa yerə köçməsidir. Hicrət
niyyət etməklə başlayar. Beləliklə, din
uğrunda hicrət etmək Allaha ibadətin bir
növüdür. Dini rəvayətlərə görə ilk dəfə
inancına görə hicrət edən İbrahim peyğəmbər
olmuşdur. Onu Nəmrud təqib etmişdir. Eləcə
də, əshabül-kəhfdən olan bir qrup gənc
inanclarına görə təqib olunmuş və bu səbəb-
dən öz vətənlərindən çıxaraq mağaraya sığın-
mışdırlar. Musanın başçılığı altında olan
İsrail oğulları da təqiblərdən və zülmdən
qurtarmaq üçün Misirdən hicrət etmişdirlər.
İnancları uğrunda hicrət edənlər Quran
ayələrində (4: 97-98) də anılmışdır. Hicrət
fərdi və toplu ola bilər. Hicrət etmək üçün
əmri müsəlman icmasının rəhbərləri verə
bilə. İslamın ilkin dövrlərində müsəlmanlar
iki dəfə hicrət etmişdirlər: ilk dəfə Həbəşis-
tana, ikinci dəfə isə Mədinəyə.
HİCRİ TƏQVİM – miladi 622-ci ildə
Məhəmməd peyğəmbərin Məkkədən Məd-
inəyə hicrəti ilə başlayan müsəlman təqvimi
belə adlanır. Qədim ərəblərin dəqiq və sabit
bir təqvimi olmamışdır. Onlar ayrı-ayrı tarixi
hadisələrdən başlayan, bir-birindən fərqlənən
təqvimlərdən istifadə edirdilər. Məsələn, on-
ların təqvimi ulu babaları Qusayın
ölümündən, sonra isə həbəşilərin Məkkəyə
hücum etməsi ( Əshabül-Fil) hadisəsindən
başlayırdı.
İlk müsəlmanların da təqvimi ol-
mamışdır. İkinci xəlifə Ömərin hakimiyyəti
dövrünə qədər onlar da ayrı-ayrı önəmli
hadisələrə (örnək üçün peyğəmbərin son həc-
cinə) əsaslanaraq təqvimlərini tərtib edirdilər.
Ancaq, genişlənən və inkişaf edən Xi-
lafətin vahid bir təqvimə ehtiyacı yaran-
mışdır. Artıq xəlifə Ömər bu kimi təqvimin
olmamasına görə çıxardığı əmrlərə tarix qoy-
maq məsələsində çətinlik çəkirdi. Böl-
gələrdən ona göndərilən məktubların
tarixlərində də qarışıqlıqlar yaranırdı. Buna
görə o, bu problemi həll etmək üçün öz
səhabələrini bir araya yığmışdır. Onlardan
bəziləri yunan və fars təqvimlərinin
işlənilməsini təklif etmişdirlər. Ancaq bu tək-
liflər qəbul olunmamışdır. O zaman Əli ibn
Əbu Talib
Məhəmməd
peyğəmbərin
Məkkədən Mədinəyə hicrət
tarixindən
başlayan təqvimdən istifadə etmək təklifini
irəli sürmüşdür. Elə bu təklif də
bəyənilmişdir. Beləliklə, 16/638-ci ildə Xi-
lafətdə hamı üçün bir olan ölkə təqvimi tət-
biq olunmağa başlamışdır.
Hicri təqviminə görə ilin 354 (uzun ildə
355) günü vardır. Uzun ilin əlavə gününü so-
nuncu ayın günlərinin üstünə gəlirlər. Belə-
liklə, ay təqvimində günlərin sayı günəş
təqviminə nisbətən 10-11 gün az olur. Hicri
təqvimin 12 ayı vardır: Məhərrəm, Səfər,
Rəbiül-Əvvəl, Rəbiül-Axır, Cəmədiyül-
Əvvəl, Cəmədiyül-Axır, Rəcəb, Şaban, Ra-
mazan, Zülqədə, Zülhiccə. Hicri təqvimi
111
HİCRİ TƏQVİM
təxminən 18 iyul 622-ci il tarixindən
başlayır. Hicri ayında 29,5 gün vardır. Buna
görə də, rahatlıq üçün cüt saylı aylar 29, tək
saylılar isə 30 gündən ibarətdir. Sonuncu
Zülhiccə ayında 29, uzun illərdə isə 30 gün
vardır.
Müxtəlif müsəlman ölkələrində ay
təqvimi ilə birlikdə günəş təqvimi də istifadə
edilir. Bu təqvimə görə yeni il bahara, gün-
lərin bərabərləşən gününə (21 marta) düşür.
Ay təqvimində 354 (355), günəş təqvimində
isə 365 (366) gün olduğuna görə onların
arasındakı fərq hər 33 ildə 1 il artmaqdadır.
Ay təqvimi çox dəqiqdir. Ancaq o ilin fəsil-
lərinə deyil, ayın durumuna bağlıdır. Buna
görə də bu təqvimi fəsillərə uyğunlaşdırmaq
üçün xüsusi cədvəllərə ehtiyac vardır.
HİLFÜL-FÜDUL_–_ədalət_naminə__Məkkədə_heç_bir_insanın_mənliyinin__alçaldılmasına_yol_verməmək,_cəmiyyətdə'>HİLFÜL-FÜDUL – ədalət naminə
Məkkədə heç bir insanın mənliyinin
alçaldılmasına yol verməmək, cəmiyyətdə
ədalətin qorunması üçün anlaşmaya gələn
insanlar olmuşdurlar.
Məhəmmədin
peyğəmbərliyindən öncə Məkkənin başlıca
qəbilələrindən olan bəzi mütərəqqi insanların
bağladığı anlaşmadır. Anlaşmanın bağlanma
səbəbi Məkkədə Ficar döyüşündən sonra
yaranmış vəziyyət olmuşdur. Bu döyüşdə
məkkəlilər onlarla vuruşan Qeys qəbiləsini
məğlub etdilər. Ancaq bundan sonra
Məkkədə zənginlər yoxsullara, eləcə də
gəlirləri və cəmiyyətdə çəkiləri az olan sakin-
lərə qarşı çox pis davranmışdırlar. Onları
aşağılayır, yeri gəldikdə isə soyurdular. Bir
çox Məkkə sakini buna qarşı çıxaraq “Hilfül-
Füdul” birliyini yaratmışdırlar.
Bu birliyin yaradılması Zübeyd qə-
biləsindən olan bir insanın əhvalatı ilə
bağlıdır. O, Məkkəyə mal gətirmiş və
gətirdiyi malları As ibn Vail Səhmi adlı bir
adama satmışdır. O isə malı alaraq onun pu-
lunu verməmişdir. O zaman aldadılmış
zübeydli şəhərin başqa nüfuzlu adamlarına
şikayət etmişdir. Ancaq onlar onu müdafiə et-
məmişdirlər. O zaman zübeydli şəhərdə olan
təpəliyə çıxaraq uca səslə onun zülmə məruz
qalması haqqında seirlər söyləməyə
başlamışdır. Bu təpənin yaxınlığında olan
Məhəmməd peyğəmbərin əmisi Zübeyr ibn
Əbdülmüttəlibin ona yazığı gəlmişdir. Bun-
dan sonra onunla olan başqa ədaləti sevən
adamlar bir araya yığışaraq birlik yarat-
mışdırlar. Onlar As ibn Vail Səhminin yanına
gedərək ondan tələb etdilər ki, pulu zübey-
dliyə qaytarsın. Bundan sonra isə qureyşin
beş başlıca qəbilələrindən olan bu insanlar
Məkkədə bütün ədalətsizliyə uğrayanlara
yardım etmə anlaşmasını bağlamışdırlar. Bu
anlaşmanı bağlayanlardan biri də Məhəmməd
olmuşdur. O, bu anlaşmanı çox yüksək
dəyərləndirmişdir.
HİND BİNT ÜTBƏ – ən nüfuzlu
Məkkə xanımlarından biri olmuşdur. O,
Məkkə başçısı Əbu Süfyanın xanımı, birinci
Əməvi xəlifəsi olmuş Müaviyənin anası idi.
Hindin qızı Həbibə Məhəmməd peyğəmbərin
həyat yoldaşı olduğuna görə o, Məhəmmədin
qayınanası olmuşdur.
Hind öz əri ilə birlikdə uzun müddət
müsəlmanlara qarşı mübarizə aparmışdır.
Bədr döyüşündə Həmzə ibn Əbdülmüttəlib
onun atası Ütbəni öldürmüşdür. Həmən
döyüşdə onun qardaşı Valid də
öldürülmüşdür. Bu səbəblə də Hind, müsəl-
manlardan qisas almaq fikrinə düşmüş, on-
lara qarşı savaşın davam etdirilməsinin
tərəfdarı olmuşdur. Uhud döyüşündə
məkkəlilər müsəlmanları məğlubiyyətə
uğrada bilmişdirlər. Burada Hind döyüşdə
öldürülmüş Həmzə ibn Əbdülmüttəlibin
ciyərini çıxardıb yemişdir. Müsəlmanlar
Məkkəni fəth etdikdən sonra, Hind ölümə
məhkum olmuşdur. Buna baxmayaraq o,
Məhəmməd peyğəmbərin yanına gələrək İs-
lamı qəbul etdiyini bildirmişdir. O da, onu
bağışlamışdır.
112
HİLFÜL-FÜDUL
HİZBÜT-TƏHRİR – dünyanın bir çox
ölkələrində gizli və ya açıq fəaliyyət
göstərən İslam qurtuluş partiyasıdır.
Təhrirçilərin məqsədi müsəlmanları Xilafəti
yaratmaqla İslami həyata qaytarmaqdır.
Onlar İslam ölkələrinin başçılarını ölkələrini
İslam qanunları ilə idarə etmədiklərinə görə
günühkar hesab edirlər. Bu məqsədlərin re-
allaşması üçün təhrirçilər – öz nüfuzlarını və
üzvlərinin sayını artırmaq üçün xüsusi siyasi
dəstələr yaradaraq bu istiqamətdə təbliğat
aparırlar. “Hizbüt-Təhrir” ideyalarını
cəmiyyətdə gündəlik dövri yayımlar,
kitablar, söhbətlər vasitəsi ilə yayırlar. Onlar
həmçinin “dinsizliyə” qarşı mübarizə aparır-
lar. Partiya Xilafətin nə vaxt qurulacağı
haqqında heç bir açıqlama vermir. Bununla
belə, onun qurulmasına doğru yönələn
məqsədlərini də gizlətmirlər. Məqsədlərinın
siyasi metodlarla gerçəkləşdirilməsinə səylər
göstərirlər. Hizbüt-Təhriri 1372/1953-cü ildə
hakim olan Təkiəddin Nəbhani yaratmışdır.
Onun ölümündən sonra bu quruma Əbdül-
Qədim Zəllum başçılıq etmişdir.
HUD – Şərqi Hədrəməutda Əl-Əhqaf
adlı yerdə yaşamış, Yəmənin Ad qəbiləsinə
göndərilmiş peyğəmbərlərdən biri olmuşdur
(Quran, 46: 21). Rəvayətlərə görə Hud
peyğəmbərin soyu Nuh peyğəmbərin oğlu
Samdan gəlir. Hud erkən yaşlarından Allahı
tanıyan, Ona ibadət edən inanclı bir insan ol-
muşdur. Onun ticarətlə məşğul olduğu rə-
vayət edilir.
Ad qəbiləsi Yeməndə böyüklüyü və nü-
fuzu ilə seçilən bir qəbilə idi. Onların
yaşadıqları yerlərin torpağı çox münbit ol-
muşdur. Buna görə də onlar, orada gözəl
bağlar salmış, böyük saraylarda və evlərdə
yaşamışdırlar. Bu saraylara Adül-İrəm
Zdeyirlər. Adlılar fiziki olaraq ucaboylu və
güclü olmuşdurlar. Bu üstünlüklərə baxma-
yaraq adlılar Allahın yolundan yayınmış,
dindən uzaqlaşmış, bütpərəstliyə meyl et-
mişdirlər. Onlar Allahın verdiyi üstünlük-
lərini xeyirli işlərə deyil, başqa xalqları
təhdid etmək, pozğunluqlar etmək üçün isti-
fadə edirdilər.
Buna görə də, Allah Hudu seçib adlılara
peyğəmbər göndərmişdir. O da, onları uzun
müddət bütlərə tapınmaqdan çəkindirməyə,
doğru yola yönəltməyə çalışmışdır. (Quran,
11: 50-52). Ancaq, adlıların əksəriyyəti onun
nəsihətlərini eşitmək belə istəməmişdirlər
(Quran, 7: 66). Yalnız azlıq onu peyğəmbər
kimi tanımışdır. Sonra adlılar ondan
möcüzələrin göstərməsini tələb etdilər. O da
böyük bir qayanı toza çevirmiş, küləyin is-
tiqamətini dəyişmişdir. Buna baxmayaraq
adlıların çoxu yenə tutduqları yoldan çəkin-
məmişdirlər. Hud peyğəmbər də onların
cəzalanacaqları xəbərini verdi (Quran, 46:
21). Adlılar isə ona dedilər ki, əgər
bacarırsınızsa cəzanı siz verin (Quran, 46:
22). Müəyyən vaxtdan sonra adlılar uzaqdan
gələn böyük bir buludu gördülər. Onun arx-
asınca da güclü bir qasırğa qopdu və azmış
adlıları məhv etdi (Quran, 41: 16). Bundan
sonra Allah o torpaqlarda başqa xalqları
məskunlaşmasını təqdir etmişdir (Quran, 23:
42). Bu fəlakətdən yalnız Hud və onun
peyğəmbərliyini qəbul edənlər qurtulmuş-
durlar. Onlar o yerdən köçərək müasir
Məkkənin
yerləşdiyi yerlərdə məskun-
laşmışdırlar. Hud peyğəmbər də həyatının so-
nuna qədər orada yaşamışdır.
HULLƏ – arvadı öz ərinə haram edən
boşanmadır. Bu boşanmadan sonra qadın öz
keçmiş ərinə yalnız başqa kişiyə ərə gedib və
boşandıqdan sonra (ya da onun ölümündən)
qayıda bilər.
HURUFÜL-MÜQƏTTƏƏ – ilk baxış-
dan heç bir məna daşımayan, mənaları yal-
nız Allah tərəfindən bilinən hərf və ya hərfi
birləşmələrdir.
Belə huruful-müqəttəə
Quranın 29 surələrinin başlanğıcında vardır.
Məsələn, “Əlif-Ləm-Mim” (31: 1), “Ta-Ha”
(20: 1), “Ya-Sin” (36: 1). Quran təfsirçilərinə
görə Məhəmməd peyğəmbər Allahın vəhyini
insanlara açıqlayanda bütpərəstlər ona bunu
etməkdə mane olmağa çalışırdılar (Quran 41:
113
HURUFUL-MÜQƏTTƏƏ
26). Buna görə də Allah, peyğəmbərə hurufi-
müqəttəə ilə başlayan surələri endirdi. Onlar
bütpərəstlərin diqqətini çəkməyə başlamışdır.
Hurufi-müqəttəənin ayrıca ayələr olub-olma-
ması məsələsində iki baxış vardır. İraq mək-
təbinə məxsus ( Əshabür-Rəy) alimlərə görə
onlardan bəziləri ayələrdir. Bəsrə məktəbinin
alimləri isə hurufi-müqəttəəni ayrıca ayələr
kimi qəbul etmirdilər. Məhəmməd peyğəm-
bərin səhabələrinə, eləcə də onlardan sonra
gələn nəsillərə görə bu hərflərin anlamını
yalnız Allah bilir, onları insan düşüncəsi ilə
dərk etmək mümkünsüzdür. Başqa sözlə bu
hərflərə verilən istənilən təfsir yolver-
ilməzdir. Bəzi alimlərin fikrinə görə hurufi-
müqəttəənin mənalarını yalnız Məhəmməd
peyğəmbər bilmişdir.
Buna baxmayaraq, kəlamçılar (I) bununla
razılaşmayaraq hurufi-müqəttəənin mə-
nalarını təfsir etməyə çalışmışdırlar. Onların
iddiasına görə ayələri Allah insanların dərk-
inə uyğun nazil etmişdir. Bəzi alimlərin
fikrinə görə hurufi-müqəttəənin heç bir mə-
nası yoxdur. Ayrıca, bəzi kəlamçılara görə
hurufi-müqəttəənin mənalarını insanlar anla-
mağa qadir olmasaydı, Allah onları nazil et-
məzdi. Buna görə də, onlardan bəziləri
hurufi-müqəttəənin mənalarını açıqlamağa
çalışaraq alleqoriyalara müraciət edirdilər.
Buna görə də hurufi-müqəttəənin müxtəlif
təfsirləri vardır.
Bəzi kəlamçılara görə hurufi-müqəttəə
Allahın sifətlərinin hansınınsa özəlliklərini
əks etdirir. Məsələn, onlardan bəziləri “Əlif-
Ləm-Mim” hərfi birləşməsini “Allah-Lətif-
Məcid” kimi başa düşürdülər. Digər
kəlamçılara görə bu hərflərdə Allahın bir
neçə gözəl adları zikr olunmuşdur. Məsələn,
elə o “Əlif-Ləm-Mim” hərf bir-
ləşmələrindəki “Əlif” hərfi, Tanrının: Əhəd,
Əvvəl, Axır, Əzəli kimi adlarını; “Ləm” hərfi
Lətif; “Mim” hərfi isə Məlik və Məcid ad-
larını bildirir.
HÜBƏL – məkkəlilərin qədim dövrlərdə
tapındıqları baş tanrı olmuşdur. Hübəlin
bütü Kəbədə yerləşdirilmişdir. Şəhərə Hüzəə
qəbiləsi başçılıq edən zaman onlardan olan
Əmir ibn Luhay, Hübəlin bütünü Suriyadan
Məkkəyə gətirmişdir. O, Suriyada olduqda
əhalinin çoxlu sayda bütlərə tapındığını gör-
müşdür. Bunun səbəbini soruşduqda onlar bu
bütlərin onlara yağışın yağdırılmasında
yardımçı olduqlarını bildirmişdirlər. O
zaman Əmir bu bütlərdən biri olan Hübəli
onlardan almış və onu Məkkəyə gətirmişdir.
Məkkəyə geri qayıdandan sonra Əmir bu
bütü Kəbənin yaxınlığında yüksək yerə qo-
yaraq xalqını ona tapınmağa çağırmışdır. Rə-
vayətlərə görə Hübəlin bütü qırmızı əqiqdən
hazırlanmış, əli qırılmış insan heykəli görkə-
mində olmuşdur.
Qüreyş qəbiləsi Məkkədə nüfuz
qazandıqdan sonra da xalq Hübələ tapın-
mışdır. Onlar bütün sınmış qolunun yerinə
qızıldan yeni bir qol düzəldərək onu ye-
niləmişdirlər. Sonra qureyşlilər Hübəli
Kəbənin içində yerləşdirdilər. Müsəlmanlar
şəhəri alana qədər büt orada saxlanılmışdır.
Məkkə fəth olunduqdan sonra Məhəmməd
peyğəmbər Kəbəyə daxil olmuş və oradakı
Hübəlin, eləcə də digər tanrıların bütlərini
dağıtmışdır.
HÜCCƏT – bir hökmün doğruluğunu
sübut etmək və ya hər hansı bir problemə
qalib gəlmək məqsədilə irəli sürülən
dəlildir. Lüğətdə hüccət “nəzərdə tutmaq,
yönəlmək, ziyarət etmək, üstün gəlmək” mə-
nasını verən həcc kökündən törəmiş bir isim
olaraq “dəlil” mənasını verir. Hüccət
Quranda yeddi yerdə isim, on dörd yerdə isə
fel kimi istifadə edilir. Quranda hüccət “in-
sanların peyğəmbərlərdən sonra Allaha qarşı
gətirəcəkləri bir dəlil olmasın deyə” (Quran,
4: 165) nümunəsində görüldüyü üzrə bəzən
ihticac yəni “dəlil gətirmə” mənasını,
“Aramızda müzakirəyə ehtiyac yoxdur”
114
HÜBƏL
(Quran, 42: 15) nümunəsində olduğu kimi
mənaları ifadə edər.
Yenə Quran ayələrində Allah tərəfindən
göndərilən peyğəmbərlər Allahın insanlara
qarşı hüccəti olaraq qəbul edilmiş,
inkarçıların önə sürdükləri etirazlar hüccət
deyə adlandırılmaqla bərabər iddialarını isbat
edən dəlil kimi də götürülmüşdür. Haqqında
heç bir məlumatın olmadığı mövzularda is-
tidlal etmək məqsədə uyğun görülməmiş,
qəti biliyə söykənməyən hüccət dəyər sayıl-
madığı kimi qəti hüccətləri qəbul etməyən-
lərlə müzakirəni davam etdirmək də tövsiyə
edilməmişdir. Allaha təslimiyyət göstərilərək
müzakirənin sona çatdırılması istənmişdir.
Dəlillə əlaqədar ayələri araşdıran alimlər
Quranın bütün iddialarını qəti hüccəti
dayandırdığına, fikri mübarizələrin hüc-
cətlərlə edilməsini əmr etdiyinə, bundan ötəri
onun başdan sona hüccəti, beyyinə və
bürhanlarla dolu olduğuna diqqət çək-
mişdirlər.
HÜDEYBİYYƏ – Məkkədən 17 km
uzaqda yerləşən bir bölgədir. Hicrətin 6-cı
ilində orada Məhəmməd
peyğəmbərlə
qureyşlilərin təmsilçisi olmuş Süheyl ibn
Əmir arasında sülh müqaviləsi bağlanmışdır.
Hüdeybiyyə anlaşmasının müsəlman
cəmiyyətinin gələcəkdə möhkəmlənməsi,
İslam dininin Ərəbistan yarımadasında yayıl-
masında böyük rolu olmuşdur. Bu hadisə
Quranın 48-ci surəsində anılmışdır.
HÜSEYN İBN ƏLİ (4/626 – 61/680) –
Əli ibn Əbu Talib və Fatimənin oğlu olmuş-
dur. Əməvi xəlifəsi Müaviyə ibn Əbu Sü-
fyanın (60/680) ölümünə qədər Hüseyn
Xilafətin siyasi və ictimai həyatında fəaliyyət
göstərmişdir. Müaviyənin oğlu Yəzidi
xəlifəliyə varis elan etməsi Xilafətin
mahiyyətini dəyişdirmişdir. Çünki, Raşidi
xəlifələrin hakimiyyətindən fərqli olaraq
ölkə bir sülalə tərəfindən idarə olunan imper-
atorluğa çevrilmişdir. Bu hadisə cəmiyyətdə,
xüsusən də müsəlmanların arasında birmə-
nalı qarşılanmamışdır. Mədinədə peyğəm-
bərin bir neçə nüfuzlu səhabələri və ailə
üzvləri Yəzidin xəlifə olmasına qarşı çıxış et-
mişdilər. Onların arasında Hüseyn ibn Əli də
olmuşdur.
Bu zaman Kufə şəhərində, xəlifə Yəzidə
qarşı üsyan başlamışdır. Üsyançılar onların
hərəkatına başçılıq etmək üçün Hüseyni
şəhərlərinə dəvət etmişdirlər. O da bu
çağırışa səs vermiş, ailəsi və yaxınları ilə bir-
likdə Küfəyə doğru yola düşmüşdür. Yolda
olarkən Hüseyn şəhərdəki durumu öyrənmək
üçün təmsilçisi olan Müslim ibn Aqili oraya
göndərmişdir. Küfəyə gəlmiş Müslim
Hüseyn ibn Əliyə ona beyət etmək istəyində
olan 18 minə yaxın adamın hazır olduğu
xəbərini göndərmişdir. Ancaq az sonra xəlifə
Yəzid Kufə şəhərinin valisini dəyişdirərək
vəzifəyə amansızlığı ilə seçilmiş Übeydullah
ibn Ziyadı təyin etmişdir. Kufəyə gəlmiş
Übeydullah Əməvi hakimiyyətinə qarşı çıxış
edən hər bir insanı ölümlə hədələmişdir.
Bununla yanaşı o, incə siyasət apararaq şəhər
sakinlərinin çoxusunu özünə tərəf çəkə
bilmişdir. Bunun sonunda da hakimiyyətə
qarşı çıxışlar yatırılmışdır. Yalnız Müslim ibn
Aqil ilə olan azsaylı dəstə üsyanı davam et-
dirmişdir. Ancaq onlar darmadağın edilmiş,
Müslim isə öldürülmüşdür.
Müslim ibn Aqil ölümündən az əvvəl
Hüseynə bir məktub göndərmişdir. Orada
ona şəhərə gəlməsini məsləhət görməmişdir.
Buna baxmayaraq Hüseyn Küfəyə doğru
irəliləmişdir. Onun kiçik dəstəsi Kərbəla adlı
bir yerə çatdıqda orada Xilafət ordusu ilə
üzləşdir. Bu ordunun çoxu Hüseyni öz şəhər-
lərinə dəvət etmiş kufəlilərdən ibarət idi.
Öncə tərəflər arasında danışıqlar
aparılmışdır. Hüseyn özünün və tərəfdar-
larının sərbəst buraxılmalarını istəyirdi.
Ancaq qarşı tərəf Hüseynin qarşısına ağır
tələblər qoymuşdur. Bundan sonra xilafət or-
115
Dostları ilə paylaş: |