ЛИТЕРАТУРА
-
Paris, Bibliothèque Nationale, Дéпартемент дес Манусъритс, Supplément turc., 1001, Р. 15.889.
-
В.В.Радлов. Кутадку Билик. Факсимиле уйгурской рукописи императорской и королевской придворной библиотеки в Вене. Изданное по поручению импер. С.-Петербург: Академия Наук. СПб. 1890,XIII+200с, с. 192-194;
Radloff W. W. Das Kudatku Bilik, Facsimile der uigurischen Handschrift der K.K. Hofbibliotheken in Wien, St-Petersbourg: 1890, in-foll., XIII+200 p.
3. Radloff W. W. Das Kudatku Bilik des Jusuf Chass-Hadshib aus Balasagun. Theil.1. Der Text in Transcription Herausgegeben. St-Petersburg, 1891, XCIII+ 252p. in-foll., hh. X-XIII; pp.232-244.
4. В.В.Радлов. К вопросу об Уйгурах. (Из предисловия к изданию Кудатку-Билика) // Приложение к LXXII тому Записок Императорского Академии Наук, № 2 , Санкт-Петербург: 1893, с. 1-130.
5. Н.А.Аристов. Заметки об этническом составе тюркских племен и народностей. Живая Старина, №6, 1896.
6. В.В.Бартольд. Сочинение, т.V, М.: Наука, 1968.
7. J.Marquart. Über des Volkstum der Komanen. Berlin, 1914.
8. С.Г. Кляшторный. Памятники древнетюркской письменности и этнокультурная история Центральной Азии. СПб, 2006.
9. Dр. Риза Ноур. Оуgщоуз-наме. Еpоpее тургуе. Трансъриптион ен леттерс пщонетигуес нотес, традуътион франçаисе техте ен туръ де тургуие, факсимиле. Алехандрие: 1928.
10. П. Пеллиот. Сур ла лégенде д,Oughuz - Кщан ен éъритуре оуиgоуре // Тоунq Пао, 1930, вол. XXVII, № 4-5, пп. 247-358.
11. W. Bang und G. R.
Rachmati. Die Legende von Oghuz-Kaghan // СПАW, Пщил.-щист. Кл., ХХВ, Берлин: Verlag der Akademie der Wissenschaften, 1932, с.683-724.
12. W.Банq ве G.Р.Ращмети. Оьуз Kağan Дестаны. Истанбул:1936.
13. Armas Salonen. Uber den syntaktischen Gebrauch der Flexionsendungen der Nomina im Uigurischen (Einschlieslich des Oguz Qagan). In: JSFO 49 (1937-1938), Soumalais Ugrilaisen Seuran Aikakauskirjasta // Journal de la Société Finno - Ougrienne, Helsinki: 1937, Vol. XLIX, Bd.3, 43p.
14. D.Sinor, Oğuz Kağan Destanı Üzerinde Bazı Mülahazalar. Çevireni. Ahmet Ateş,
İstanbul, İÜEF. Tarih Dil ve Edebiyat Dergisi, Sayı 1-2, Cilt: IV, 1950, s.1-14.
15. А.М.Шербак. К истории узбекского литературного языка древнего периода // Академику Владимиру Александровичу Гордлевскому к его семидесятилетию. Сборник статей, Москва:1953, с. 317-323.
16. А.М.Щербак. Огуз-наме. Мухаббат-наме. Памятники древнеуйгурской и староузбекской письменности. М: Изд-во восточной литературы, 1959.
17. Annemarie von Gabain. Die alttürkische Literatur // In: Philologiae Turcicae Fundamenta, Wiesbaden, Bd., II, 1964, pp.211-243.
18. А.фон Габен. Древнетюркская литература // Зарубежная тюркология. Выпуск I. Древние тюркские языки и литературы, Москва: Наука,1986, с.294-345.
19. Hřebíček L. Are the Old-Turkic Inscriptions Written in Verses? // Archiv Orientalni, Praha, Vol. 35, 1967, pp.477-482.
20. Д.В.Рухлядев. Проблема жанра в изучении древнетюркских рунических памятников // Тюркологический сборник 2003-2004. Тюркские народы в древности и средневековье. М.: Изд. Фирма «Восточная литература» РАН, 2005, с. 203-253.
21. И.В.Стеблева. Поэтическая структура “Огуз-наме” // Письменные памятники Востока. Историко-филологические исследование, Ежегодник, 1969, Москва: Наука, ГРВЛ, 1972, с.289-309.
AZƏRBAYCAN FOLKLORUNUN AVROPAYA TƏQDİMİNİN YAXIN PERSPEKTİVLƏRİ
F.d. Kəmalə İSLAMZADƏ
Ближайшие перспективы представления
азербайджанского фольклора в Европе
В докладе говорится о переводческой и издательской работе, проведенной за 20 лет независимости в связи с презентациями азербайджанского фольклора за рубежом. Определяются направления расширения деятельности в этой области в условиях интенсивности процесса интеграции и глобализации. Как необходимые меры выдвигаются исследование общих тем, проблем, которые могут быть интересны для европейского фольклора, здание научных статей в авторитетных журналах, участие наших специалистов на высокорейтинговых международных конференциях, подготовка фольклористов с высоким уровнем знания иностранного языка с целью дальнейшего привлечения их к переводам произведений устного народного творчества.
Immediate Prospects of Representation of the
Azerbaijani Folklore to Europe
The report is considers the translational and publishing work connection with presentations of the Azerbaijani folklore abroad for 20 years of independence. There are defined directions of expansion of activity in this field in the conditions of intensity of process of integration and globalisation. As necessary measures are put forward research of the general themes, problems which can be interesting to the European folklore, a writing of scientific articles in authoritative magazines, participation of our experts on the high rating international conferences, preparation of specialists in folklore with high level of knowledge of a foreign language for the purpose of their further work to translate of folklore products.
Azərbaycan öz müstəqilliyinin 20-ci ildönümünü qeyd etdiyi bir vaxtda geriyə boylanarkən deyə bilərik ki, xalqımızın keçdiyi yol çətin və şərəfli olmuşdur. Bütün istiqamətlərdə olduğu kimi, elm və mədəniyyət sahəsində də inkişaf və yüksəlişə nail olmuş, özümüzü və haqlı mövqeyimizi dünyaya təqdim edə bilmişik.
Dövlətimiz ardıcıl və məqsədyönlü şəkildə iş apararaq milli sərvətlərimizin – muğamımızın, aşıq sənətimizin və Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinə nail olmuşdur. Fərəhli haldır ki, sənədlərin hazırlanması prosesində təmsil etdiyim BDU-nun Folklor kafedrasının nəşrlərindən – prof. Azad Nəbiyevin ”Aşıq məktəbləri”(8), “Novruz bayramı”(12), “İlaxır çərşənbələr”(10) kitablarından istifadə olunmuşdur. Həmçinin 21 martın BMT Baş Məclisində Beynəlxalq Novruz günü kimi qeyd olunması üçün AR Xarici İşlər Nazirliyində fəaliyyət göstərən komissiyaya AMEA-nın m.ü., prof. A.Nəbiyev də bir mütəxəssis kimi dəvət olunaraq ekspert qismində iştirak etmiş, lazımi sənədlərin hazırlanmasına köməklik göstərmişdir.
Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun bu böyük xidmətləri folklorumuzun dünyaya çıxarılması sahəsində həyata keçirilən əhəmiyyətli işlər kimi dəyərləndirilməlidir. Dünyada inteqrasiya və qloballaşma proseslərinin intensivləşdiyi bir şəraitdə folklorşünaslarımızın qarşısında da ciddi vəzifələr durur.
Əlbəttə ki, bu keyfiyyətcə yeni mərhələni başlamaq üçün müəyyən zəmin, baza artıq mövcuddur və onun yaradılmasında BDU-nun Folklor kafedrası əməkdaşlarının da əməyi olmuşdur.
Azərbaycanın müstəqilliyinin ilk illərində folklorumuzu qabaqcıl dünyaya, o cumlədən Avropaya təqdim etmək üçün Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə işə başlanıldı. Keçən əsrin 90-cı illərinin əvvəllərində 5 cildlik Azərbaycan Ədəbiyyatı antologiyasının Türkiyədə nəşri bu sahədə ən uğurlu addımlardan idi. Həmin nəşrin I cildi, məlum olduğu kimi, Azərbaycan folklor mətnlərini əhatə edirdi(2). Onun hazırlanması Türkiyəli həmkarlarla birlikdə BDU-da yeni yaranmış Folklor kafedrasına və onun müdiri prof. A.M.Nəbiyevə həvalə edildi. Çox qısa müddətdə folklorumuzun bütün janrlarından nümunələri əhatə edən ensiklopedik nəşr geniş ön söz və müqəddimə ilə İstanbulun Polat Ofset Mətbəəsində çapdan çıxdı. 75 müəllif vərəqi həcmində olan bu kitabın işıq üzü görməsində bizə dəstək verən Nizami adına Ədəbiyyat İnstitutunun mərhum direktoru Yaşar Qarayevə, nəşrə məsul şəxslərə, xüsusən prof. Vilayət Quliyevə minnətdarıq . Bu antologiya vasitəsilə biz folklorumuzu, demək olar ki, küll halında dünya kitabxanalarına çatdırmaq imkanı qazandıq. Təklif edirik ki, bu cild təkrarən çap olunsun, yaxud onun əsasında yenidən işlənmiş, təkmilləşdirilmiş bir nəşr hazırlansın. Həmin materialların Avropa dillərinə tərcümə edilməsi isə folklorumuzun yayılma arealını bir qədər də genişləndirə bilərdi.
90-cı illərdə Azərbaycan folklorunun Türkiyədə bir sıra başqa uğurlu nəşrləri də olmuşdur ki, onlar türk mətbuatının da diqqətini cəlb etmişdir. Məsələn, Türkiyə Kültür Bakanının ön sözü ilə nəşr edilən “Azerbaycanda Nevruz” albom-toplusunu xüsusilə qeyd etmək lazımdır(1). Bu toplu 1990-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən geniş ön söz, qeyd və şərhlərlə çap olunmuş “Novruz bayramı” kitabı əsasında hazırlanmış, türk dilində oxuculara təqdim edilmişdir.
Bundan əlavə 1992-ci ildə Ankarada Azərbaycan folkloruna çox büyük qayğı ilə yanaşan Mühsine Helimoğlu Yavuzun sayəsində “İlaxır çərşənbələr” kitabı türk dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verilmişdir (5). 1993-cü ildə isə həmin əsər Şimali Kipr Respublikasının paytaxtı Levkoşada çapdan çıxmışdır.
Kafedramızın fəaliyyət istiqamətlərindən biri də Azərbaycan folklorunun və milli folklor nəzəri fikrinin rus dili vasitəsilə Avropa oxucularına təqdim edilməsidir. Bu dildə Avropa əhalisinin böyük bir qisminin anladığını və həmin ölkələrdə rus dilini bilən mütəxəssislərin olduğunu nəzərə alsaq, bu istiqamətin əhəmiyyəti aydın olar.
Hələ 1986-cı ildə prof. A.Nəbiyev komparativistika (müqayisəli ədəbiyyatşünaslıq) sahəsindəki tədqiqatlarının nəticəsi kimi Azərbaycan-özbək folklor əlaqələrinə həsr olunmuş “Взаимосвязи азербайджанского и узбекского фольклора” kitabını çap etdirdi(7). Burada 2 türk kökənli xalqın müxtəlif janrlarda olan folklor nümunələri müqayisəli təhlilə cəlb olunmuşdur.
Bu kitabdan sonra 1988-ci ildə folklor mətnlərimizin ruz dilinə tərcüməsindən ibarət olan “Азербайджанские сказки, мифы, легенды” kitabı yeni tərtibatda işıq üzü gördü(3).
Elə həmin illərdə çap olunmuş seçmə Azərbaycan folkloru nümunələrindən ibarət “Азербайджанский фольклор” əsəri də bu qəbildəndir. Həmin kitabda Azərbaycan folklorunun kiçik janrları – andlar, alqışlar, qarğışlar ilk dəfə olaraq rus dilində təqdim edilmişdir.
A.Nəbiyevin Xalıq Koroğlu ilə birgə yazmış olduğu, 1996-cı ildə rus dilində nəşr edilmiş “Азербайджанский героический эпос” kitabı isə qəhrəmanlıq dastanlarımıza həsr olunmuş araşdırmaların təqdimi nöqteyi-nəzərindən maraqlıdır (6). Bu əsərdə “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Qaçaq Nəbi” kimi dastanların janr xüsusiyyətləri, obrazlar sistemi, tarixlə əlaqəsi və poetik özəllikləri barədə elmi-nəzəri mülahizələr irəli sürülmüşdür.
Kafedramız son vaxtlarda fəaliyyətini genişləndirmişdir. Əslində Bakı Dövlət Universiteti Azərbaycan folklorunu dünyaya təqdim etmək üçün bir pəncərə açmışdır. Bu, 2011-ci ildən Folklor kafedrasında ən son tələblər əsasında nəşrə başlayan beynəlxalq indeksli “Folklorşünaslıq məsələləri” jurnalıdır (4). Jurnalımıza Azərbaycan, rus, türk, ingilis və b. Avropa dillərində yazılar çap etdirmək səlahiyyəti verilmişdir. Jurnalın redaksiya heyəti müxtəlif ölkələrin nüfuzlu alimlərindən təşkil edilmiş və son nömrədə onların bəzilərinin yazısı çap olunmuşdur. Jurnalın çoxdilli olması ağız ədəbiyyatımızı və folklorşünaslıq sahəsindəki tədqiqatları Avropa oxucularına çatdırmaq imkanı verir. Yeri gəlmişkən, həmkarlarımızı dünya oxucusu üçün maraqlı ola biləcəyini hesab etdikləri məqalələrini ingilis dilinə çevirərək jurnalımızın işində iştirak etməyə çağırırıq. Elmi-nəzəri və ədəbi-bədii jurnal olan “Folklorşünaslıq məsələləri”ndə “Mif və mifoloğiya problemləri”, “Mərasim folkloru”, “Eposşünaslıq və dastan yaradıcılığı”, “Dünya folkloru, qarşılıqlı əlaqələr, folklor nəzəriyyəsi problemləri”, ”Folklorşünaslığın tarixindən”, “Aşıq yaradıcılığı”, “Yeni nəşrlər”, “Yeni yazıya alınmış folklor nümunələri”, “Yubileylər, tədbirlər” başlıqlı rubrikalarda maraqlı məqalələr, toplama materialları və informasiya xarakterli yazılar çap olunmuşdur. Jurnal dünyanın 24 ölkəsindəki kitabxanalara göndərilmişdir. Artıq elektron ünvanımıza təşəkkürlər, müsbət rəylər, cəlbedici təkliflər daxil olmaqdadır. Respublika mətbuatı da jurnalımızdan diqqətini əsirgəməmişdir. Ən yaxın gələcəkdə növbəti addımımız jurnalı Tomson Röyters (THOMSON REUTERS) agentliyinin qeydiyyatına salmaq olacaqdır. Bu agentlik öz ciddiliyi, qərəzsizliyi, obyektivliyi ilə nüfuz qazanmış bir təşkilatdır. Burada müxtəlif elm sahələrinə aid jurnalların, beynəlxalq simpozium və konfransların, ayrı-ayrı müəlliflərin reytinqi müəyyənləşdirilir. Bu reytinq həmin jurnala və ya müəllifə istinadların sayına görə formalaşır. Agentlik fərqli kateqoriyalar üzrə istinadların dəqiq statistikasını aparır. Hər hansı bir jurnalın agentliyin qeydiyyatına düşməsindən ötrü onun qarşısında formal normativlərə cavab verməsindən başqa, jurnalın elektron saytının mövcudluğu, redaksiya heyətinin tərkibində reytinqli alimlərin olması, məqalələrin özündə elmi yenilik daşıması ilə yanaşı, həm də dünya tədqiqatçıları və oxucuları üçün maraq kəsb etməsi, yazılarda reytinqli müəlliflərin əsərlərinə istinadların olması kimi tələblər qoyulur. Həmçinin məqalələrlə daha çox oxucunun tanış olması üçün onların ingilis dilinə çevrilməsi mühümdür. Bu isə müəyyən problemlər doğurur. Məlumdur ki, folklorun hər hansı bir dilə tərcüməsi xüsusi yanaşma tələb edir. Əvvəla, tərcüməçi hər iki dili mükəmməl bilməklə yanaşı, həm də azərbaycanlı olmalıdır. Çünki mətnlərdəki xalq ruhunu, incə eyhamı, məna çalarlarını, sətiraltı fikri duymaq üçün mütləq həmin mədəniyyətin nümayəndəsi olmaq lazımdır. Digər tərəfdən, tərcüməçi ikinci dildə həmin mənaları ifadə edən ekvivalent sözləri, analoji ifadələri seçməyi bacarmalıdır. Bizcə, bu vəzifələrin öhdəsindən gələ biləcək tərcüməçilər yetişməlidir və onlar məhz folklorşünasların arasından çixmalıdır.
Azərbaycan folklorşünaslığını Avropaya təqdim etməyin yollarından biri Avropa xalqlarının ağız ədəbiyyatı ilə milli şifahi söz sənətimiz arasında mövcud olan ortaq məqamları, oxşar elementləri, kəsişən nöqtələri, müştərək problemləri müəyyənləşdirmək və belə mövzuları işıqlandırmaqdır. Bu qəbildən olan mövzulara folklorşünaslıqda gəzərgi, səyyar, beynəlxalq və ya ənənəvi terminləri ilə ifadə olunan süjetlər aiddir. Müxtəlif xalqların folklorunda təsadüf olunan bu süjetlər oxşarlığı, identikliyi ilə diqqəti çəkir və onların müqayisəli-tipoloji təhlili yeni-yeni mülahizələrin ortaya çıxması üçün şərait yaradır. “Ər arvadın toyunda”, “Böhtana düşmüş qız”, ”Ögey ana”, “Ata ilə oğulun tanımadan bir-biri ilə vuruşması” və b. süjetlərlə bağlı bir çox xalqlarda əfsanə, rəvayət, nağıl, dastan yaşamaqdadır. Bu istiqamətdə müəyyən tədqiqatlar aparılsa da cavabsız qalan suallar hələ vardır, düyünlər sonadək çözülməmişdir. Təsadüfi deyildir ki, XIX əsrdə Avropada müxtəlif folklorşünaslıq nəzəriyyələrinin yaranmasına təkan verən də məhz həmin oxşar süjetlər olmuşdur. Dünya folklorşünaslığı üçün hələ də aktual və cəlbedici olan bu mövzularla bağlı hər hansı bir tədqiqatın özünə Avropa oxucusunun marağını təmin edəcəyinə şübhə yoxdur.
Yeri gəlmişkən, qeyd edək ki, XIX-XX əsrlərdə yaranmış folklorşünaslıq nəzəriyyələri müxtəlif xalqların folklorundakı oxşarlıqların səbəbini fərqli şəkildə izah edərkən heç də hər bir hala tətbiq edilə bilmirdi. Bu da axtarışların davam etdirilməsini, yeni, daha universal nəzəriyyələrin meydana çıxmasını labüd edir. Bu istiqamətdə uzun sürən eksperimentlərin nəticəsi olaraq BDU-nun Folklor kafedrasında prof. A.Nəbiyev tərəfindən 2 nəzəriyyə işlənib hazırlanmışdır: 1) Genealoji nəzəriyyə (11); 2) Fasiləsiz transfer nəzəriyyəsi(9).
Onların hər ikisi dünya folklor nəzəri fikrini zənginləşdirir. Birinci nəzəriyyədə dünya xalqlarının folklorundakı süjet oxşarlıqlarının səbəbi gen qaynağı ilə bağlanılır. Müəllif gen yaddaşının formalaşması xüsusiyyətləri, gen kodunun ötürücülük funksiyası və onun riyazi modeli barədə ilk dəfə olaraq folklorşünaslıq elmi fikrinə yeni baxışlar gətirmişdir.
Fasiləsiz transfer nəzəriyyəsində 2 mülahizə elmi baxımdan yüksək maraq doğurur:
-
folklor yaradıcılığının əmək prosesindən xeyli əvvəlki psixoloji dərketmə ənənələri ilə bağlılığı;
-
ağız ədəbiyyatının başlanğıc mərhələsinin kollektiv yaradıcılıqdan deyil, fərdi yaradıcılıqdan baş alıb gəlməsi.
Hər iki nəzəriyyə kitab şəklində çap olunmuşdur. Onların ingilis dilinə çevrilərək dünya folklorşünaslığı müstəvisinə keçirilməsi, folklorşünaslıq üzrə beynəlxalq seminar və simpoziumlarda müzakirəyə çıxarılması yaxşı olardı.
Beləliklə, folklorumuzu və folklorşünaslığımızı Avropa sivilizasiyasına təqdim etmək üçün aydın məqsəd, düzgün planlaşdırma, təqdimat istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, həqiqətən fundamental xarakterli mövzuların işlənməsi, yalnız məhəlli, bir region əhəmiyyətli problemlərə nisbətdə dünya folklorşünaslığı üçün maraqlı olanlara üstünlük verilməsi vacibdir.
ƏDƏBIYYAT
-
Azerbaycanda Nevruz. Ankara, 1996, 190 səh.
-
Azerbaycan Türk Edebiyatı. Başlanğıcdan Günümüze Kadar. Türkiye dışındakı türk edebiyatları antolojisi. I cilt. (Hazırlayanlar: Nevzat Koşoğlu, Bican Ersilasun, Vilayet Muhtaroğlu, Azad Nebiyev) İstanbul, 1992, 430 səh.
-
Азербайджанские сказки, мифы, легенды (Составитель А.Набиев). Баку, Азернешр, 1988, 302 с.
-
Folklorşünaslıq məsələləri. Elmi-nəzəri və ədəbi-bədii jurnal. Cild 9, 2011, 180 səh.
-
İlahir çarşambalar (Nevruz Törenleri) (Son çarşambalar). Türk dilinde. Çeviren Mühsine Helimoğlu Yavuz. Ankara – Kızılay, 1992, 84 səh.
-
Короглы Х.Г., Набиев А.М. Азербайджанский героический эпос. Баку, Язычы, 1996, 308 с.
-
Набиев Азад. Взаимосвязи азербайджанского и узбекского фольклора. Баку, Язычы, 1986, 288 с.
-
Nəbiyev Azad. Azərbaycan aşıq məktəbləri. Bakı, Nurlan, 2004, 312 səh.
-
Nəbiyev Azad. Folkolorda fasiləsiz transfer və yuxu paradiqmaları. Bakı, Elm və Təhsil, 335 səh.
-
Nəbiyev Azad. İlaxır çərşənbələr. Bakı, Azərnəşr, 1992, 62s.
-
Nəbiyev Azad. Oxşar dəyərlərin gen qaynağı – genealoji nəzəriyyə. Bakı, Nurlan, 2009, 97 səh.
-
Novruz bayramı (Toplama, tərtib, müqəddimə və qeydlər Azad Nəbiyevindir) Xülasə rus, ingilis və fars dillərində. Bakı, Yazıçı, 1990, 224 səh.
AZƏRBAYCAN FOLKLORUNDA QLOBALLAŞMA
VƏ MİLLİ ÖZÜNƏQAYIDIŞ
f.d. Mətanət YAQUB qızı
Глобализация и возрождения в Азербайджанском фольклоре
В корнях каждого народа лежит ее национальная самобытность. В нашей эпохе, где все охвачено глобализацией, Европейские традиции постопенно перекрывают и заглатывают национальные ценности других народов. По этой причины для уверенности в будущем не теряя времени следует собрать и систематизировать национальные и духовные ценности.
Globalization and national returning in Azerbaijan folklore
Each nation has own peculiarities in its root. In such globalization period Europe traditions excel our national values. That is why to vouch for our future it is necessary to restore the folk`s national and spiritual sources without wasting time.
Tarix boyunca yer kürəsinin bu başından o başınadək hüdudsuz məkanda böyük və kiçik, təbii və qeyri-təbii proseslər baş vermişdir. Üzləşdiyimiz hər bir hadisə Yer kürəsi qatında dərin bir iz buraxmışdır. Baş verən müəyyən proseslər nəticəsində xalqımızın soykökü və tarixi amansızcasına saxtalaşdırılmış, mövcud olan milli-mənəvi sərvətlərimizi yetərincə qoruyub saxlaya bilməmişik. Əldə etdiyimiz milli dəyərlərimiz uzun və kəşməkeşli yolların axınından keçmiş və mövcud qəliblərə sığmışdır.
İlkin dönəmdə yaşayan bir söyləyicidən yazıya köçürülən nümunə toplayıcının səviyyəsindən asılı olaraq o biri nəslə bu və ya digər şəkildə ötürülür. Bu mərhələdə söyləyicinin yaşadığı dövr, mühit, sosial səviyyə də nəzərə alınır. Sonrakı dönəmdə artıq söyləyicilərlə toplayıcılardan başqa əsgi əlifbanı oxuya biləcək başqa bir nəfərə də ehtiyac duyulur. Bu isə ikinci mərhələdir. İndi isə hər şey mətni oxuyacaq kəsdən asılıdır. Əgər mətn təhrif olunubsa, yeni mətn yaranacaq, ya da məna zəifliyi meydana gələcəkdir. Bir sözlə, hər hansı bir örnək aşılana-aşılana zamanın süzgəcindən keçərək nəsildən-nəslə ötürülərək bəzən heç ilkin formasını saxlamadan belə dövrümüzə gəlib çatmışdır. Buna görə də bir çox folklor örnəklərində təhriflər, saxtalaşdırmalar özünü göstərməkdədir.
Tərtib etdiyimiz Atalar sözü kitabından müəyyən dövrlərdə nəşr etdirılmiş bir neçə nümunədə bu və ya digər şəkildə özünü göstərən dəyişikliklərə diqqət edək:
Aman deyənin boynunu vurar (12)
Aman deyənin boynunu vurmazlar (1)
Dəli qırmızı sevər, gic sarı (12)
Dəli qırmızı sevər (6)
Dəvənin qanadı olsa uçulmamış dam qalmaz (1)
Dəvənin qanadı olsa bir koma abad qalmaz (10)
Doğruya zaval yoxdu (7)
Doğruya zaval yoxdu, çəksələr min divana (1)
Mərhum dilçi alim Samət Əlizadənin qeyd etdiyinə görə A.Marağayinin “Əmsali-türkanə” əsərində bəzi sözlər və ifadələr öz dövrü üçün müasirləşdirilmişdir (9;səh:9) Bu, bizim fikrimizi bir daha təsdiq edir.
Dəvə degiləm, iki yerdən boğazlanım (7)
Dəvə deyiləm ki, yeddi yerimnən boğazlanam (3)
Aşağıdan yuxarı gələndə xeyir olmaz (7)
Aşağıdan yuxarı gələndə xeyir olar (1)
Əl əldən üstündü ərşə kimi (1)
Əl əldən üstündü (9)
İndiyədək toplanıb tərtib olunmuş kitablarda müxtəlif janrlardan olan örnəklər atalar sözlərinə qarışdırılmışdır: Alqış-qarğışlar, inanclar, yanıltmaclar, tapmacalar, müxtəlif şeir parçaları və s. Ona görə də məqsədimiz bütün çap materiallarını nəzər süzgəcindən keçirərək tarixi ardıcıllığı gözləmək şərtilə şəffaflaşdırılmış şəkildə Atalar sözü kitabını yeni variantda hazırlamaqdır.
Dünya miqyasında elə bir folklor örnəyi olmaz ki, onun oxşarı, hətta tam eyni olan nümunə olmasın. İstər biz azərbaycanlıların, istər bütün türk xalqlarının, istər slavyan xalqlarının, istərsə də digər dünya xalqlarının qovuşuğunda ortaq bir folklor mövcuddur, desək yanılmarıq. Bu örnəkləri bir araya gətirib tədqiqata cəlb etmək vaxtı çoxdan çatmışdır. Böyük folklorşünas M.Təhmasib hələ öz dövründə “Ara uzaq, ürək yaxın” məqaləsində (11;səh:213) yazırdı: “Əgər qədim Şumerin atalar sözü ilə bugünkü amerikalıların atalar sözü arasında bu dərəcədə yaxınlıq varsa, türkdilli xalqların bu zəngin janrları arasındakı yaxınlıq, şübhəsiz ki, daha çox olmalıdır.” Fikrimizi bir sıra nümunələr üzrə cəmləşdirək:
Məsələn: Art lasst nicht von Art (2) alman atalar sözünün hərfi tərcüməsi - Nəsil öz əslini danmır - şəklindədir. Azərbaycanca qarşılığı: Nəslini danan haramzadadır. Yaxud da: Alma budağından uzaq düşməz. Qaqauz folklorunda: Meyvə ağacından uzaq düşməz (5;səh:89). Türk folklorunda bu belədir: Armud dibinə düşər.
Yaxud ingilis atalar sözü: Speech is silver, but silence is gold (4;səh:24) – hərfi tərcüməsi belədir: Danışmaq gümüşdürsə, danışmamaq qızıldır.
Schveigen ist eine Kunst, viel Klaffen bringt Ungunst (2) alman atalar sözü – Susmaq qabiliyyətdir, danışmaq baş ağrıdır - şəklində tərcümə olunur.
Qaqauz folklorunda isə bu atalar sözü: “Söz gümüşdürsə, susmaq qızıldır” (5;səh:90) şəklində işlənir və s.
Bəşər övladı neçə əsrlərin şahidi olan soy yaddaşımıza söykənmişdir. Hər bir xalqın soykökündə onun milli özünəməxsusluğu durur. Qloballaşmanın tüğyan etdiyi bu dövrdə milli dəyərlərimizi Avropa ənənələri üstələməkdədir. Ona görə də gələcəyimizə tam təminat vermək üçün xalqın mənəvi ehtiyatlarını vaxt itirmədən bir araya gətirmək lazım gəlir.
Qloballaşma bizim istəyimizdən asılı olmayaraq adət - ənənələrimizə, dilimizə, geyimlərimizə, bir sözlə mədəniyyətimizə, sosial həyatımıza istər könüllü, istərsə də zorən daxil olmaqdadır. Bütün bunlara baxmayaraq, modern sivilizasiyanın gələcəyimizi müəyyənləşdirmək, bəşəriyyətin inkişafı üçün milli – mədəni irsimizə, dilimizə bir daha baş vurmalıyıq.
Bizcə, ümdə və təxirəsalınmaz vəzifəmiz Türk xalqlarının milli-mənəvi irsini bir araya gətirmək, “vahid folklor atlası” yaratmaqdır. Çünki alman hüquqşünası Karl Sviqnisin dediyi kimi: “...Millət nəsillərin bir-birini əvəz etdiyi bir həyat teatrıdır. Hüquq qaydalarını qoruyan amil isə nəsillərin bir-birinə miras qoyduğu adət-ənənələrdir.” Hər bir millətin yaşaması üçün onun milli adət-ənənəsi, mədəni irsinin yaşaması vacibdir. Bu adət-ənənələrimiz bizim yaşayan keçmişimizdir. İnkişaf üçün də tez-tez geriyə - öz keçmişimizə baxmaq lazımdır. Yoxsa insan haradan gəlib haraya gedəcəyini unudar.
Bildiyimiz kimi, folklor örnəkləri mənəvi dəyərlərimizdir. Folklorumuzun lazımi səviyyədə toplanması işi günümüzün aktual problemidir. Eyni kökdən olan xalqların mədəni irsinin toplanması, başqa xalqlarla müqayisəli şəkildə öyrənilməsi işi gündəmdə duran əsas vəzifələrimizdən biridir. Artıq bu işə başlanılmışdır. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə də bu iş bu və ya digər dərəcədə aparılır.
Uzun illər hər kəs öz xalqına mənsub dastanları öyrənmiş, araşdırmış, diqqət önünə çəkmişdir. Ötən yüzillikdən başlayaraq dünya miqyasında folklor örnəklərinin toplanması işi gücləndirilmişdir. Böyük alimlərimiz filologiya elmləri doktorları Q.Namazov, M.Allahmanlı, P.Xəlilov, İ.Vəliyev və b. tərəfindən Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistanda xalqın mədəni irsi və folklor örnəkləri müqayisəli araşdırılmış, bu örnəklərdə müştərək motivlər, ümumtürk səciyyəli süjetlər tədqiqat obyektinə çevrilmişdir.
Bu işin daha da uğurlu həyata keçirilməsi üçün (30 sentyabr 1990-cı il, daha geniş şəkildə isə 7 yanvar 1991-ci ildə) Azərbaycan folklorunun toplanması, tədqiqini və təbliğini yaxşılaşdırmaq üçün qərar qəbul edilmişdi. Azərbaycan folklorunun xaricdə istər konfranslarda məruzə mətnləri ilə təbliği, istər müxtəlif dillərə tərcümə olunaraq nəşri, istərsə də müqayisəli şəkildə araşdırılması ən böyük uğurlarımızdır.
Qeyd etdik ki, Azərbaycan folklor örnəkləri müxtəlif dillərə tərcümə edilərək müqayisəli şəkildə araşdırılmışdır. Məsələn: ““Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. birbaşa alman, ingilis, fars, ispan, fransız (hətta bir sıra mətnlərimiz (urdu dilinə belə - (qeyd bizimdir)) dillərinə tərcümə edilmiş” (4;səh:12-17) və bu gün də alimlər tərəfindən öyrənilməkdədir. Bu haqda V.İbrahimovanın monoqrafiyasında ətraflı şəkildə bəhs edilmişdir. Hətta xarici ölkə miqyasında hansı mətbuat səhifələrində işıqlandırılması bu əsərdə geniş şərhini tapmışdır.
İnsanlara hər bir yeni dövr üçün yeni qapı açılır. Hər bir insan bu yenilikdən yararlanaraq öz milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. Qeyd etdiyimiz kimi, hər yeni dövr üçün böyük dəyişikliklər labüd olmuşdur. Elmi-texniki tərəqqinin cəmiyyətimizdə yer aldığı bir dönəmdə milli - mənəvi sərvətimiz müxtəlif maneələrin olmasına baxmayaraq, dövrümüzə mövcud şəkildə gəlib çatmışdır. Dünya miqyasında milli örnəklərimizin bir araya gətirilməsi, oxşar və ya fərqli cəhətlərin araşdırılması diqqət önünə çəkilmişdir. Hələ XIX əsrdə bu iş geniş vüsət tapmışdı. Hazırda daha da təkmilləşmiş şəkildə aparılmaqdadır. Bu mövzuda elmi işlərin və monoqrafiyaların yazılması bu istiqamətdə aparılan ən böyük addımlardır. (Cəlal Bəydilinin “Türk mifoloji obrazlarının funksional-semantik xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası, Samir Mustafayevin “Azərbaycan folkloru və milli düşüncə sistemi” mövzusunda yazdığı namizədlik dissertasiyası və s.)
Azərbaycan sivilizasiyasını özündə qoruyub saxlayan folklor elementlərindən biri də milli geyimlərdir. Bu geyimlərdən istifadə olunmaması ən azı haqsızlıqdır. Çünki bu geyimlərin üzərinə həkk olunmuş Azərbaycanımızı simvolizə edən naxış dili - hər biri ayrılıqda sirri açılması tələb olunan koddur (buraya xalçalarımızı da daxil etməyə bilmərik). Türk dünyamızın müxtəlif yerlərində ardıcıl şəkildə keçirilən konfranslarımızın məqsədi məhz bu yönümdə, bu istiqamətdədir. Yaxşı ki, yaşı yüzü keçmiş, bəlkə də çox əsrlərin şahidi olan bu sərvətimiz muzeylərdə sərgilənir, filmlərin yaddaşına köçürülüb daşlaşmışdır. Bunlar hamısı tariximizin, mədəniyyətimizin zənginliyindən xəbər verir. Bəs nəyə görə Orta Asiya xalqları bu gün də milli geyimlərə üstünlük verir? Başqa ölkələrdə öz milli mənsubiyyətindən xəbər verir? Məsələn: özbək, türkmən və s. , hətta hind, pakistanlı belə.
Sivilizasiyadan danışarkən, folklorun əsas elementlərindən olan dilimizi yaddan çıxarda bilmərik. Dilimizə daxil olan modern sözlər nitq çətinliyi yaradır, dilimizin ümumxalq tərəfindən anlaşılmasına böyük maneə yaranır. Düzdür, texniki tərəqqi dönəmində yeni terminlərdən istifadə labüddür, ancaq dilimizə zorən elə sözlər daxil edilmişdir ki, bu sözlərin Milli dilimizdə qarşılığı mövcuddur. Maraqlı bir faktı vurğulamaq kifayətdir ki, ən gözəl sözlərimiz folklor mətnlərimizin dilindədir. Bu mətnlər dilçilik baxımından da araşdırılmaq üçün tədqiqatçılarımızın yolunu çoxdan gözləyir.
Fikirlərimizin davamı olaraq gözəl bir nailiyyəti diqqət önünə çəkmək istərdik. Azərbaycan folklorunda modern tədqiqat metodu yaradılmışdır. Bu böyük bir yenilikdir. Bu metod AMEA-nın müxbir üzvü, prof. dr. Azad Nəbiyev tərəfindən yaradılmış Geneoloji nəzəriyyə sistemidir. Azad müəllimin qeyd etdiyi kimi bu nəzəriyyənin məqsədi dünya xalqlarının folklor yaradıcılığındakı oxşarlıq, eynilik və bənzərliyin xalqların tarixən mövcud mənşə birliyi, gen eyniliyi ilə bağlı öyrənilmə istiqamətini açıqlayan yeni nəzəri baxışlar sistemidir (8;səh:9) Alqışlanmalı bir işdir. Qarşıda bütün qüvvələrimizi səfərbərliyə cəlb etmək kimi təxirəsalınmaz vəzifə durur.
Nə qədər yeniliklər baş versə, nə qədər Avropa ənənələri ənənələrimizi üstələsə belə milliliyimizi, öz soykökümüzü, azərbaycanlı olduğumuzu unutmamalıyıq.
ƏDƏBİYYAT
-
Atalar sözü. Toplayanı: Əməkdar mədəniyyət işçisi Əbülqasım Hüseynzadə. Tərtib edəni: f.e.n. Həmid Qasımzadə. Elmi redaktoru: f.e.d. Bayram Tahirbəyov. Bakı-Yazıçı-1985
-
Alman-Azərbaycan atalar sözləri (mətnlərin hərfi tərcüməsi, Azərbaycan atalar sözləri ilə qarşılığı). Hazırda bu kitab şəxsi arxivimizdədir və nəşrə hazırlanmaq üzrədir).
-
Azərbaycan folkloru antologiyası. III cild. Göyçə folkloru. Toplayıb tərtib edəni: Hüseyn İsmayılov. Redaktoru: f.e.d., prof. Yaşar Qarayev. Rəyçilər: f.e.d., prof. Qara Namazov, f.e.n. Oruc Əliyev. Bakı-Səda-2000
-
İbrahimova Vəfa. Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda tədqiqi və tərcümə məsələləri. Elmi redaktorlar: f.e.d. Kamil Allahyarov, f.e.n. Leyli Əliyeva. Rəyçilər: f.e.d., prof. Qəzənfər Paşayev, f.e.n. Şəfiqə Atayeva. Bakı-Şəms-2010
-
Qaqauz folkloru (seçmələr) (tərtib edəni və ön sözün müəllifi və qaqouzcadan çevirəni f.e.n. Güllü Yoloğlu), Bakı – Gənclik – 1996 200səh
-
QƏXTMT (CMOMPK) I cildindən seçmələr. Tatar atalar sözləri və məsəllər. Tiflis – 1881
-
Marağayi Abbasqulu. Əmsali-türkanə (Atalar sözləri və xalq məsəlləri). Çapa hazırlayanı: Müqəddəs Payızov. Bakı-Yazıçı-1992
-
Nəbiyev Azad. Dünya xalqlarının folklorunu öyrənən yeni nəzəriyyə - Geneoloji məktəb. Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə IV Uluslararası Folklor Konfransının materialları. Bakı-2006
-
Oğuznamə. Çapa hazırlayanı, müqəddimə, lüğət və şərhlərin müəllifi: Samət Əlizadə. Elmi redaktoru: Mirzə Rəhimov. Rəyçi Kamil Vəliyev. Bakı-Yazıçı-1987
10. Sarabski fondu. Transliterasiya edən: f.e.n. Rza Xəlil
11. Təhmasib M. “Məqalələr”, Bakı -“Elm”-2005, 218 səh. səh:213
12. Zeynallı Hənəfi. Atalar sözləri. Transliterasiya edən: f.e.n. Rza Xəlil
M.ARAZIN FRANSA HƏYATINDAN YAZDIĞI ŞEIRLƏRINDƏ FOLKLOR ELEMENTLƏRI
Nizami MURADOĞLU
(Məmmədov)
Məmməd Arazın Fransa həyatından bəhs edən şeirlərində folklor elementlərinə rast gəlirik. Şair Paris şəhərində qonaq olarkən yazdığı “Ağ şəhərli qaralar”, “Eyfel qülləsində” və “Viktor Hüqo qitəsi” şeirləri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu şeirlərdə vətənə bağlılıq, qürbət diyarda qəriblik hissləri folklordan qaynaqlanan duyğularla təsvir edilmişdir.
Açar sözlər: Məmməd Araz, Paris, Eyfel qülləsi, vətən.
Folklore elements in the poems written by Memmed Araz
about the life of France
One can meet folklore elements in the poems by Memmed Araz about the life of France. Being a guest in the town Paris he wrote the poems called “Ag sheherli garalar” (Negroes living in White town), “Eyfel qülləsində” (“In the tower Eifel”) “The continent Viktor Hugo” have the great importance. In these poems the love to the native land, the loneliness were described with the feelings welded from the folklore.
Key words: Memmed Araz, Paris, Eifel tower, native land.
Söz səltənətinin mahir ustadlarından biri olan M.Arazın yaradıcılığında 1969-1970 –ci illərdə Fransa həyatından yazdığı şeirlərinin xüsusi rolu vardır. Bu şeirlər sayca çox olmasa da məna tutumuna və məzmununa görə şairin yaradıcılığında əhəmiyyətli yer tutur.
1969-cu ildə Fransanın Arl və Nim şəhərlərində qonaq olan şair “Uzaq diyarda bir gecə” adlı şeirini yazır. Şəhərin ən uca mehmanxanaların birində şairi tənhalıq və qəriblik hissləri ağuşuna alır, darıxdırır:
Qərib evinin qapısı
Yaşmaqlı -həyalı olarmış.
Qərib olan yerdə
Telefonu da lal olarmış (1,357).
Bu sükunət, qəriblik içərisində şairin “tənhalıq təzyiqi, həddini aşıb, yeddi yüz səksənə yaxınlaşır”. Göründüyü kimi nağıllarımızdan gələn şişirtmə rəqəmlərdən mübaliğədən istifadə edərək şair qürbətdə yaşadığı hissləri oxucularına çatdırmağa çalışır. Bu möhtəşəm şəhərdə “işığı sırtılmış dəbdəbələr , aşağıdan uca, yuxarıdan alçaq görünən mərtəbələr “ şairin ruhuna yad olduğundan onun xəyalına “Araz vadisi, Qarabağ düzü” gəlir. Axı, bu Kəmərli çinarların, qalxanlı qayaların əhatəsində “çoban Ələsgərin əlləş-pəlləş itləri” onu ayağının tozundan tanıyır. Ona görə də şair bu oteldə qala bilmir , geri qayıtmağı üstün tutur.
“Uzaq diyarda bir gecə” şeiri min illərin sınağından çıxmış, “əzizim vətən yaxşı, geyməyə kətan yaxşı, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı” bayatısından doğan dərin hissləri özündə ehtiva edən şeir nümunələrindəndir. Şairin vətənpərvərlik hisslərini coşduran , gördüyü, duyduğu və yaşadığı mühütin təzadlarını əks etdirən şeirlərindən biri də 1970-ci ilin yanvar ayında Parisdə yazılmış “Ağ şəhərli qaralar” şeiridir.
Vətənindən didərgin düşüb, Afrika qitəsindən ayrılıb Avropaya - dünyanın mədəniyyət mərkəzinə gələn qara dəriliyə də, təbii ki, Parisdə iş tapılır. Amma bu iş qara dərilinin özünə nə cür və nə qədər təsir edib - etməməsindən asılı olmayaraq dünyanın dərdini zərif çiyinlərində daşımağa vadar edilmiş şairi sıxır, incidir:
Nə yaxşı iş tapdı, ona yad ölkə,
Bir qitə şəninə deyilmi ayıb?
Doğma vətənində ona süpürgə,
Ya da süpürməyə yer tapılmayıb? (3,127)
Bu ağ şəhərli qara adamın yolunu küçələrdən başqa kimsə gözləməz, kimsə onun varlığını belə hiss etməz. O isə hər səhər hamıdan tez oyanar, işə tələsər, axşam hamıdan sonra işdən qayıdar. Qara adamın taleyi də qara yazılıbdı. Paris şəhəri nur içində pırıl- pırıl yansa da qara dərilini ürəyinə nur saça bilmir. Sanki o bir qara reklamdır:
Yanır nur içində Paris axşamı,
Onun ürəyinə nur düşə bilmir,
O da küçələrin qara reklamı
Işıqlar rəngini dəyişə bilmir (3,128).
Belə bir atalar sözü var: “Qara qızın bəxti olsaydı, anadan ağ doğulardı” (4,179).
Ağ şəhərli qara adam da ,görünür, bəxti qara doğulmuşdu. Bu qara adamın taleyi M. Fizulinin “Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı(5, )?- deyən aşiqinin hicran gecəsi taleyinin oxşarına bənzəyir. Fərq ondadır ki, aşiq hicran gecəsi qara bəxtinin oyanmadığından şikayət eləyib göz yaşı axıdırsa, ağ şəhərin qara adamı Parisin nurlu gecələrində də, ağ gündüzlərində də qara bəxtinin oyanmayacağına əmindir, göz yaşlarını içinə axıdır. Aşiqin ahu-fəğanı bütün xəlqi oyadırsa, qara adamın ahu-fəğan eləyib dərdini yüngülləşdirmək imkanı da yoxdur, azca narazılıq onu tapdığı bu işindən də məhrum edə bilər. Şeirin sonunda müəllifin ümumiləşdirməsi xalq deyiminə çevrilərək dillər əzbəri olmuşdur:
Hər yerdə harınlar kef altındadı,
Dərdlini yedəkdə dərd sürüyürdü.
Harda qara gördüm yük altındadı,
Harda qara gördüm yer süpürürdü(3,128).
Məmməd Araz da qara adamın qara dərdini ürəyinə yazır, qara adam dərdin yedəyində süründüyü kimi şair də bu kədərin, bu düşüncələrin yedəyində “Eyfel qülləsində”n bir daha Parisə baxır:
Eyfel qülləsindən Parisə baxdım,
Dünya nə işıqlı, dünya nə gözəl!
Dünyanı yaxından görmək istəsən,
Parisi Eyfeldən tamaşaya gəl (3,129).
Eyfel qülləsindən baxanda qara adamların qara dərdləri də bir anlıq şairin yadından çıxır, dünyada ideal bir həmahənglik yaranır. Kinli, qəzəbli krallar adiləşir, yollar-səadətə aparan yollar hamı üçün eyniləşir, hətta qəbiristanlıqlar da şəhər kimi gözəlləşir, analar körpəli, arazlar körpülü görünür. Aclar, hərislər sanki yatmışdı, istismara, zülmə son qoyulmuşdu, hamı bərabər idi, hər şey gözəldi:
Eyfel qülləsindən Parisə baxdım,
Elə bil gözümdə “düzəldi” dünya.
Eyfel qülləsindən Parisə baxdım,
Eyfel qülləsində gözəldi dünya(3,130).
Məmməd Araz şeirin sonuncu bəndində təəssüf hissi ilə dünyanın məhz Eyfel qülləsindən gözəl göründüyünü qeyd edir. Eyfel qülləsi dünyanın ən hündür qülləsi, Paris də ən gözəl şəhəridir. Ancaq dünyada daha başqa qüllələr və şəhərlər də var. Bu şəhərlərin əksəriyyətində aclıq, səfalət və dağıntı baş alıb gedir. İnsanlar hər addım başında təhqir olunur, iztirablara məruz qoyulur, elə Parisin özündə də bərq vuran işıqların arxasında kölgəliklər kifayət qədərdir.
Şair hiss edir ki, Fransa həyatından yazdığı şeirlərin içərisində çatışmayan nə isə vardır. Bu qəribə hiss uzun zaman şairi tərk etmir. Ona görə də 1970-ci ilin yanvar ayında yazmağa başladığı “Viktor Hüqo qitəsi” şeirinə həmin ilin oktyabr ayında yenidən qayıdır və onu tamamlayır. Bunu həm də şairin Fransa həyatı ilə bağlı duyğularının yekunu kimi də qiymətləndirmək olar:
Salam, Yelisey meydanı,
Salam, salam!
Dünyanın ən böyük
İşıqlı muzey meydanı,
Salam,salam!
Qələbə tağları himində
Quylanan ölkələr
Salam,salam!
Ağızdan qapılmış
Yarımçıq tikələr
Salam,salam!(3,131)
Şair bu möhtəşəm meydanda, bu əzəmət qarşısında bir anlığa da olsa,Parisin dünənini, onun işğalçılıq siyasətini, apardığı dağıdıcı müharibələri unutmaq istəyir. Xahiş edir ki, sinəsi alov püskürən bombalarla dolu olan qırıcı təyyarələrin yükünü lava düzlərinə, vulkan tabaklarına boşaldın. Məmməd Araz Fransanı ədalətin,haqqın uğrunda mübarizlərin yanında görmək arzusundaydı.Hesab eləyirdi ki,dünya mədəniyyətinə Viktor Hüqo kimi bir şəxsiyyət bəxş edən ölkə, həm də, dünyanın ədalət mücəssəməsi olmalıdır, çünki, Hüqonun “Səfillər” əsəri təkcə keçmiş Fransa həyatının eybəcərliklərini açıb göstərmirdi, eyni zamanda dünya xalqlarının əksəriyyətinin yaşadığı problemləri əhatə edirdi.Səfillər hər yerdə səfil həyatı yaşayrdı, istismarçılar hər yerdə istismar edirdi.Ona görə də bəşəriyyət buranı, bu Paris şəhərini, bu Yelisey meydanını Avropa qitəsinin içində bir qitə-Viktor Hüqo qitəsi kimi tanıyırdı.Axı bura həm də,azadlıq mücahidləri Paris kommunarlarının vətəni idi. Paris kommunası (1871) ilk proletar inqilabı və fəhlə sinfi hökuməti idi (6,466). Fransız xalqı həmişə sülhsevər, işğalçılığa, irticaya qarşı olmuşdur. Məhz bu baxımdan da Paris səhərində ucaldılan kral heykəllərinin arxasında şair xalq heykəllərinin gizləndiyini sezirdi:
Salam abidə-sərkərdələr!
Salam,yüz il əvvəlin
Kommunar səngəri!
Salam,
Kral heykəlləri,
arxasında
gizlənən
xalq heykəlləri!
Bununla belə şairin daxili aləmi narahatdır. Per-Laşez qəbirstanlığının divarları önündə güüllələnən kommunarları unuda bilmir. Sanki bütün qəbirstanlıq havar çəkir, insanları ayıq-sayıq olmağa səsləyir,əsrimizin gözündə bir tufan, burulğan, vahimə- bu gözəlliklərin özündə bir ölüm gizləndiyini xəbər verirdi:
Eşidirsinizmi:
Per-Laşez şəhəri
havar çəkir...
Əsrimizin gözündə
Bu tufan,
burulğan,
vahimə nədir?
Gözəllik özündə
Özündən xəbərsiz
Ölüm də gizlədir!
Bura Yelisey meydanı
Dünyanın ən nadir-
abidə süfrəsi!
Bura Viktor Hüqo qitəsi!(3,134).
Atalardan qalma bir məsəldə deyilir:-“Min acını yeyərlər bir şirinin xatirinə”(7). Məmməd Araz da bu prizmadan çıxış edərək Viktor Hüqo xətrinə, kommunarlar xətrinə Fransanın dünya düzənində oynadığı işğalçılıq siyasətini, apardığı müharibələri, tökdüyü qanları unutmağa çalışırdı. Tarixi abidələr qalereyası Yelisey meydanını alqışlayır, onu tarixin incisi, dünyanın bəzəyi adlandırırdı:
Yaşa, Yelisey meydanı,
Yaşa, yaşa!
Dünyanın ən böyük,
İşıqlı,
güney meydanı
Yaşa,yaşa!
Beləliklə Məmməd Arazın Avropa mühütü ilə bağlı yazılarında təsvir etdiyi hadisələrə Azərbaycan xalqının mənəvi aləmi konteksində yanaşdığının şahidi oluruq. Şair hansı mövzuda yazırsa yazsın, nə haqda danışırsa danışsın mənşəyində, əsərlərinin bədii siqlətində və ruhunda folklor əlamətləri hiss edilir,xalqımızın min illərlə yaratdığı şifahi ədəbiyyat inciləri öz gözəlliyini qoruyub saxlayır, oxucunun mənəvi dünyasının zənginləşməsinə kömək edir.
ƏDƏBIYYAT
1. M.Araz, seçilmiş əsərləri,dörd cilddə,III c. Bakı, “Ozan”,2003, s.368.
2. Bayatılar,toplayanı,tərtib edəni H.Qasımov, Bakı, Azərnəşr, 1960, s.254.
3. M.Araz, seçilmiş əsərləri, dörd cilddə,II c. Bakı, “Ozan”, 2003, s.332.
4. Atalarsözü, toplayanı Ə.Hüseynzadə, tərtib edəni H.Qasımzadə, Bakı,”Yazıçı”,1985, s.690.
5. M.Fizuli,altı cilddə, I c.Bakı, Azərnəşr, 1996, s.448.
6. ASE, VII c. Bakı, ASE Baş redaksiyası, 1983, s.624.
7. Ordubad bölgəsindən toplanmış atalar sözü.Materiallar şəxsi arxivimizdədir.
QƏRB VƏ ŞƏRQ: «KİTABİ-DƏDƏ QORQUD»
VƏ “NİBELUNQLAR HAQQINDA NƏĞMƏ” EPOSLARINDA MƏDƏNİ PARADİQMALAR
VƏ ONLARIN TRANSFORMASİYASI
f.e.d., prof. Rəhilə QEYBULLAYEVA
Интертекстиуальный диалог между «близнецами» Восток-Запад, обнаруживаемый на примере немецко-германского эпоса «Песнь о Нибелунгах» и «Китаби Деде Горгуд», в предлагаемой статье рассмотрен с на уровне:
-
архетипичных мотивов и их трансформации в назыанных эпосах;
-
культурологичеких ценностей (месть, честь, отношение к гостю, сдержать слово);
-
следы монотеистических религий и предшествующих им мифов, символов, образов в анализируемых эпосах.
Общие парадигмы могуи быть прослежены также на уровнях особенностей эпоса, как прозаическое/стихотворное повествование, с известным или безымянным автором, время между сочинением мифов и сюжетов и временм написания руокписи.
В итоге, в анализируемых двух средневековых эпосах Восток и Запад встречаются еще задолго до времен глобализации.
* * *
Intertextuality dialogue between “twains” (as by R. Kipling), discovered in cultural paradigms on an example of the Turkic-Oguz (KDG) and German-Nordic (NN) epics, shared on the level of :
-
archetypical motifs, their transformation in the epics;
-
cultural values (a revenge, honour, attitude to the guest, to keep promise)
-
traces of monotheistic religions and preсeeded myths, symbols, images in these epics
Shared paradigms could be traced on features of the epic, as prose narrative or verse narrative, know/unknown author, time between construction of the plots, tales and time of writing on the manuscript.
If in the myths, involved in the structure of at least these two Medieval epics – KDG and NN- the East and the West met each other long time ago.
Qərb və Şərq: birlik və müxtəliflik dilemmalarının arasında
Paradigm – hər hansı sualın cavablandarılmasına elmi cəhdin təbiətinin ümumi konsepsiyası, nümunə, elmi misal, tipik model (1). F. Saussure paradiqma olaraq təmas nöqtələri olan elementlər qrupunu nəzərdə tuturdu. “Paradigm shift” terminini populyar edən amerikalı elm tarixşünası Thomas Khunun təbirincə, elmi fənnin müəyyən dövr üçün praktikası, onun problemlərinin və onların həllini elmi cəmiyyətə təqdim edilməsi modeli.
Tarixin dəyişkən marşrtutlarının yeni istiqamətində - iki əsrin qovşağında- imperiyaların dağılması və mədəniyyətlərin yeni formalarda çarpazlaşması fonunda yaranan yeni modelləri məşhur hindistanlı Britaniya yazıçı Redyard Kiplinqın “Şərq Şərqdir, Qərb isə Qərb. Və bu cütlük heç vaxt görüşməyəcək” məşhur kəlamını yada salır. Bir tərəfdən qlobalizasiya və sonradan onu əvəz edən multikulturalizm bumu, digər tərəfdən mədəniyyətlərdə “mən/biz” və “digərləri” arasında yaranan dilemmanın gərginliyi keçmişə marağı artırır. Kiplinqin bu ifadəsi keçmiş mədəniyyətlərə də şamil edilə bilərmi? Əski dövrlərdə də, muasir terminlərlə desək, qloballaşma və multikulturalizm paradiqmalarından danışmaq olarmı?
Bu məqsədlə mədəni irsdə mühüm yer tutan oguz tayfalarının eposu “Kitabi Dədə Qorqud”və alman eposu “Nibelunqlar nəğməsi” (Burada və sonralar mətndə müvafiq olaraq KDQ və NN) - iki müxtəlif ədəbi abidənin nümunəsində orta əsrlər eposlarında kanonik motivlərin paralelləri və onların transformasiyası üzərində qurulub.
"Bölünən dilin bölünən mədəniyyəti ifadə etməsi hipotezasına əsasən alimlər həmçinin mədəniyyətı də müqayisəyə cəhd edirdilər və on doqquzuncu əsrdə belə müqayisənin ümumi olduğu sahə mif və din idi. Müqayisəli mifologiyanı öyrənən alimlərin yüksək erudisiyası olmasına baxmayaraq onlar bu fənnə müqayisəli linqvistikada olduğu kimi ciddi münasibət göstərmədilər. Linqvistik müqayisənin məqsədi daha erkən vəziyyətdə verilən dilin yenidən konstruksiya edilməsi idi; oxşar şəkildə, müqayisəli mifologiya mifologiyanın daha qədim vəziyyətinin və ya hind-avropa arealının… 2000 il əvvəlki vəziyyətinin yenidən konstruksiya edilməsinə nail olacağına ümid edirdi” (2, 31)
Bu kontekstdə alman və sonralar sovet və Azərbaycan ədəbi tədqiqatlarında "Kitabi Dədə Qorqud" və Homerin "Iliadasının" və "Odisseya”sının müqayisəli təhlillərinin ənənəsi yaranmışdır. Bakı Slavyan Universiteti, Oswald von Wolkenstein-Gesellschaft təşkilatı və Maynz universiteti tərəfindən birgə həyata keçirilən və 10 il üçün nəzərdə tutulan “Kitabi Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” eposları” adlı yeni layihə də bu aspektdə yeni imkanların aşkar edilməsini vəd edir (3).
Həm KDQ-da toplanmiş boylarda bu mətndən əvvəlki miflərdəki izlər, həm də NN eposundan öncə qədim skandinav mifologiyasının İslandiyada yazıya alınmış daha qədim iki mətn olan Poetic Edda and Prose Edda və onladan da əvvəl Vikinglər dövründən gələn motivlərin, miflərin, simvolların mənşələrində oxşar məqamların tədqiqi Qərb və Şərq mədəniyyətlərini “ğörüşdürən” və fərqləndirən paradiqmaların tədqiqinə çevrilir. Zaman-zaman və xalqların miqrasiyası ərzində pre-national dövrün nisbətən iri həcmli mətnlərində birləşən detalların dəyişilməsi bir-birindən uzaqda yaşayan adamların fərqli mədəniyyətlərində eyniliklərin araşdırılması üçün mənbədir.
Həmin mətnlərdəki kanonik motivlərin transformasiyası nəinki tək türk və german, həm də bəzi əlaqəli miflərin izlərini özündə ehtiva edir, premonotheistic dövrlər də daxil olmaqla başqa mədəniyyətlərə aid edilir, epik ənənədə intertekstual mədəni paradiqmalarını qurulmasına kömək edir.
KDQ və NN-də ümumi motivlər, simvollar və obrazların funksiyaları
Ənənəvi motivlərin proyeksiyası
-
Qeyri-adi qüvvə (Ziqfrid, Buğac, Basat, Brumhilda (“Koroğlu”da Qirat və Dürat )), real qüvvəyə malik qəhrəmanlar (Selcan xatun, dolyısı ilə Bura xatun) və qeyri-adi gücün itməsi; bakirəlik;
-
kosmoqonik dünyanın elementləri (Təpəgöz; Nibelunqların xəzinəsi, əjdaha, gözəgörünməzlik plaşı, DN əvvəlki variantlarda sehirli çubuq;) (KDQ-də yaradılmış Siklop obrazının adı),
-
real və irreal dünyanın nümayəndəsinin əlaqəsindən doğulan övlad (DN öncəki versiyalarda Hagen, KDQ-da Basat)
-
təbiət və səma elementlərinin funksiyalarının kombinasiyası kimi. Epopeyanın xüsusiyyətlərdən biri nəql edilən hadisələrdə başqa dünyanın- tanrılar, sehrli güc kimi səma elementlərinin və ya Təbiətin real və mifoloji elementlərin kombinasiyası kimi təzahür edən güc verən dağ, ağac, dirilik suyu kimi qüvvələrin iştirakı və onların hadisələrin nəticələrinə təsiridir.
-
Mosnstrla mübarizədə cəngavər/igid qəhrəmanların meydana çıxması: Ziqfirdin əjdahanı, Beyrəyin vəhşi öküzü, Basatın Tepegözü öldürməsi; gənc Siegfriedə cəngavər titulu, Bugaca isə ad verilməsi;
-
Baş qəhrəmanın xanımının öz tayfasınln əleyhinə savaşı: Krimhilda and Seljan xatun;
-
Hər iki eposda qədim yunan miflərində də rast gəlinən öz övladının ətini yedirtmək motivi mövcuddur. NN eposunun variantlarından birində kraliça Kriemhild atasına uşaqlarının ətini yedirtməyə cəhd edir; KDG –də düşmən qırx gözəl qıza əsir aldığı Uruzun ətini yedirməklə Burla xaunu aşkar etməyə cəhd edir.
-
Xəzinə və onun oğurlanması qərbdən şərqə dünya ədəbiyyatında populyar arxetiplərdən biridir və və hər iki eposda rast gəlinir. KDQ-də Tepegöz deyir: "Sən, oğlan, bu günbəzi görürsən"? O cavab verir, "bəli". Tepegöz deyir: "Mənim xəzinəm var. Get və onu möhürlə ki, qocalar götürə bilməsin". Basat günbəzə daxil oldu. O toplanmış qızılı və gümüşü gördü. Onun hər şeyi unutduğunu görərək, Tepegöz günbəzin qapısını bağladı. Dedi: “sən günbəzə daxil oldunmu"? Basat cavab verdi: "bəli" (4, 271).
Bu məqamda xəzinə motivinin strukturu dini element ilə qarışdırılır, Tanrı hətta ümidsiz vəziyyətdə də bəndəsinə kömək edir: iigid Basat xəzinənin qoruyucusu olan monstru məğlub edir. "Tepegöz deyir: Indi mən günbəzi elə vuracağam, sən günbəz ilə birgə məhv olacaqsan". Basat dua edir:"Laillaha illala, Məhəmmədin rəsul illah". Həmin anda günbəz bölünür, yeddi qapı meydana çıxır. Basat qapının birindən çıxır. Təpəgöz yumruğunu günbəzə vurur. Günbəz dağılır. Tepegöz soruşur: " oğlan, xilas oldunmu"? Basat deyir: "Tanrı məni xilas etdi" (4, 271).
Nibelunqlarda xəzinə motivi iki süjeti birləşdirir: Niderland şahzadəsi Siegfried Alberix tərəfindən və əvvəlki variantlarda həm də Əjdaha Fafnir tərəfindən mühafizə edilən xəzinənin sahibi olur. Nibelunqlar sözünün mənası, "xəzinənin sahibi" deməkdir (5, 215). Qeyri-adi dünya motivi ilə birləşən xəzinə motivi sahibinə ölümcül lənət gətirir.
Ümumi mədəni dəyərlər
-
Çoxlu oxşar motiv və onların fərqlərindən başqa, hər iki abidəni ümumi mədəni dəyərlər birləşdirir: ailədə qadının rolu, kişilər ilə birlikdə (və ya zəruri hallarda yalnız rəfiqələri ilə) düşmənlə mübarizə aparması - qadınların hərbçi xarakteri.
-
Bu, həm də alicənablıq dəyərləri, məsələn, verdiyi sözə əməl etmək kimi etik dəyər prinsipidir və NN-da Etselin burqundlara verdiyi sözlə Kriemhildə olan sevgisinin arasında tərəddüd etdiyi epizodda rast gəlinir.
-
Qisas motivi, Kriemhildanın intiqamı ilə oxşar olaraq KDG-də, Daş Oguza hücum edən Salur Qazan bu hücumun səbəbini düşməni Aruza belə izah edir: “Indi bilərsən ki, qəhrəmanı satqıncasına öldürmək nə deməkdir”.
Bu dəyərlər ümumən insanlara xas olan hisslərlə ilə əlaqədardır. Həmin dəyərlər mətnlərdi motivləri yönəldən amillərə çevrilir.
Ənənəvi motivlərin transformasiyası
Qadın döyüşçü motivi alman və türk eposlarında detalları ilə fərqlidir. NN eposunda Brunhilda nikahdan sonra qeyri-adi döyüşçü gücünü itirir. Motivin bu variantı qaraqalpak eposu "Gözəl Gülayım haqqında povestdə" Gülayımın arzusu adada qırx gözəl qızla birlikdə amazonka kimi yaşamaqdır; atası tərəfindən bu arzunun yerinə yetirilməsi və bu məqsədlə qüllənin tikilməsi də oxşar ənənənin mövcudluğuna dəlalət edir. Güclü qız/qaqın döyüşçü motivinin transformasiyası iki variantda KDG-da da müşahidə edilir/ Belə ki kişilər ilə birlikdə vuruşmaq (Selcan xatun), xüsusən də zəruri hesab etdikləri hallarda xatun (Burla xatun) qırz incəbel qızla düşmənlə vuruşa getməsi hüququ bu ənənənin transformasiyasıdır.Bu Thor Heyerdahlın Vikinqlərin Qafqaz mənşəli olmasına dair hipotezasına da müəyyən aydınlıq gətirə bilər.
Burla Xatun düşmən hücumu zamanı ovda olan ərinə, igid Salur Qazana xəbər vermədən oğlunu əsirlikdən xilas etməyə gedir: müvafiq döyüşcü hazırlığı olmadan bu addım mümkün deyildi. German dastanındakı həmkarları Kremhildadan və onu müşayiət edən rəfiqələrindən fərqli olaraq, gənc Banuchichək və Selcan Xatun sevgililəri kimi döyüşçü idilər. Brunhilda ilə fərqə gəldikdə, KDQ-da qadın obrazları tamamilə real şəxslərə çevrilir.
-
Yeraltı Aləm və ya Kölgələr Dünyası motivi dünya mifologiyasında xüsusi yer tutur. Yunan mifologiyasında bu, Odisseyin müharibədən sonra axirət dünyasına səyahəti və Penelopanın yanına qayıtması kimi təsvir edilir. KDQ-də Beyrəyin on altı il ərzində əsirlikdə olması, onun zirzəmidə saxlanması, azad olması, sevgilisi Banucicəyin yanına –vətənə qayıtması bu motivin daha çox müasir interpretasiyası kimi qiymətləndirilə bilər.
“Koroğlu” (Kor Alı kişinin oğlu) və yaxud “Goroğlu” (Qəbir – yeralti aləm- oğlu) kimi tanınan digər türk xalqlarının dastanının müsbət qəhrəmanı Koroğluya (kor və gor statusu – qaranlıq dünya) mifoloji qat motivinə uyğun olaraq yeraltı dünya tərəfindən qeyri-adi güc verilib: Rövşən kor Alı kişinin oğludur və yaxud da gor (qəbir) – yeraltı dünyanın oğludur, Kor-oğlu adını da atası kor olduqdan sonra alır. Funksiyaların hər ikisi qaranlıq motivinin variantlarıdır və müəyyən mənada gözəgörünməızliklə bağlıdırlar.
Elə NN dastanında da Ziqfrid qeyri-adi gücü verən elementlərə - gözəgörünməzlik plaşı və s. yeraltı dünya sakinindən-elfdən alır. Nibelunqlar dastanında Yeraltı dünya simvolu Skandinav mifolji ənənələri ilə bağlıdır. Nibelunq sözünün mənası qədim island dilində o dünyanı ifadə edən "nifl" "niflheym" sözü ilə bağlıdır və bu kontekstdə nibelunqların müasir zamanda yeri bilinməyən xəzinəsi ilə bağlıdır (5, 215). Eposun bütün versiyalarında (Islandiya, german-skandinav) nibelunqların xəzinəsinə sahib olan istənilən şəxsi ölüm gözləyir. NN dastanında da əvvəl ona sahib olan Ziqfrid, sonra isə həmin xəzinəni xəyanətlə ələ keçirən Xageni ölüm gözləyir.
Skandinav varinatlarında burqundların qara saçı da nibelunqların (NN dastanının müəyyən hissəsindən sonra burqundlar da nibelunqlar adlanir) yeraltı dünya ilə əlaqəsini göstərən xüsusi qeyddir (5, 215). Bu kontekstdə skandinav variantında Krimhildanın ögey qardaşı Hagenin anası burqund, atası isə elf idi. NN eposunda Hagenin öz kral qardaşlarının (ata-ana yer övladı olan) yanında sözünün qeyd-şərtsiz yerinə yetirilməsi, Ziqfridin Vormsa gəldiyi ilk gün onun haqqındakı məlumatı verən olması da həmin ənənnəninj transformnasiyasıdır (6). Norveç mifologiyasında Elflər ölülərin ruhlarını təmsil edir . Orta əsrlərdən sonra isə yerin və bolluğun ruhları kimi göstərilmişdirlər.
Digər tərəfdən, elflər "Prose Edda"nın variantlarından birində həm tünd saçlı (dəmirçisi və cadugər), həm də sarı saçlı (dəmirçisi və sehrbaz) kimi göstərilirlər. Elflərin yeraltında yaşayan tünd saçlı elflərə - karlik-cırtdanlara və səmada yaşayan sarışın elflərə bölünməsi sonrakı dövrlərin məhsuludur.
-
Yeraltı dünya elementinin ram edilməsi motivinə Ziqfridin əjdahanı öldürməsi və yenə Ziqfirdin elf Andavarini tabe etməsi motivi müvafiq gəlir.
-
Motivin başqa cür inikası da Ziqfird ilə əlaqəlidir, ancaq fərqli bir motivlə birləşir. Belə ki, Brumhildin Günterdən döyüşcü kimi üstünlüyü, sonra da əri kimi onu divardan asması, bu zaman onun Ziqfird tərəfindən tabe edilməsi kelt, anqlo-saks və türk xalq nağıllarında rast gəlinən “hal arvadi və onun ram edilməsi” motivi ilə maraqlı parallelər üzə çıxarır. Hər iki ikisi- Brumhld də, hal arvadı da, yunan mifologiyasında Meduza Qorqona kosmoqonik (xtonik) dünyanın mənfi qadın obrazı ilə birləşsə də, Brumhilda obrazı reallığa daha yaxındır. O, bəzi miflərdə və onların müasir adaptasiyası olan cizgi filmlərində o küpəgirən qarı (Broom Hild) kimi təsvir edilir. Brumhildadan fərqli olaraq, "hal arvadi" mənşəyi və bəzi əlamətlərinə görə gözəgörünməzlik kimi daha qədim dünyagörüşünün məhsuludur.
-
Real-irreal transformasiyalar: nibelunqların xəzinəsi və onun lənətlənmiş xarakteri real dünya statusundan uzaqdır. Eynilə də Təpəgözün qoruduğu xəzinə kimi. Lakin bəzi ənənəvi sehrbazlıq və ya bəzi kosmoqonik elementlər bu statusa malikdir. KDQ-də irreal dünya şəfa verən Xizir Ilyas tərəfindən təmsil edilir. Bu obrazın prototipini bəziləri real şəxs hesab edilir və Bakıdan 100 kmdə yerləşən və müqəddəs yer kimi sitayiş edilən Xizir Zinda zəvvarlığın yeri ilə əlaqələndirilir.
Digər tərəfdən, bütün sosial statuslardan (ad vermə statusu istisna olmaqla) azad olan, müdrikliyin simvolu Dədə Qorqud bütün bəylərdən (yerli hakimlərdən) yüksək statusa malik olmasına baxmayaraq KDQ eposunda dünyəvi adam obrazına çevrilmişdir.
KDG-də və ND-də oxşar motivlərin və onların dəyişilmələrinin klassifikasiyası və xüsusiyyətləri
-
KDQ-də nifaq alması motivi (funksional mənada) xanlar xanı Bayandur xanın məclisində övladı olmayan bəylərin ayrıca qara çadırda yerləşdirildiyi süjetdə təsvir edilir. Bunu təhqir hesab edən Dirsə xan nəql edilən hadisədən sonra, cütlük dua edir və övlad sahibi olur. Nibelunqlarda nifaq alması motivi Ziqfirdin qətli və ərinin intiqam hissi ilə alışan Kriemhildin təhriki ilə onun qatili Hageninin Atli tərəfindən qətli süjetlərində təsvir edilir.
-
Qəhrəmana sınaq üçün maneələr yaradılması və onların dəf etməsi ilə yoxlamaq motivi: Basat Təpəgözü öldürür, Buğac vəhşi öküzü öldürərək ad qazanır. Ziqfird sevgilisinin qardaşına evlənməkdə kömək edir. Hünter zifaf gecəsi öz gəlini tərəfindən divarda qarmağa keçirlir. Beyrək evlənmək əvəzinə atasının kafirə yalan deməsi nəticəsində əsir götürülür və 16 il sevgilisindən ayrı düşür. Sevgilisi onu tanımaq üçün 3 sınaqdan keçirir.
-
Sevgisiz və/və ya razılıqsız nigah motivi eposların heç birində yoxdur. Krimhilda Ziqfirdi sevərək evləndi və daha sonra isə sevgisiz, lakin yenə öz razılığı ilə Avropadakı Hun hakimi ilə evləndi. Brumhild onun şərtlərinin hamısını yerinə yetirən şəxs ilə evlənmək üçün and içir və vədini yerinə yetirərək onunla evlənir.
-
Hər iki eposda, vədin icrası alicənablığın nişanəsidir. Bu xüsusiyyət Beyrəyin öz nişanlısının toyuna gəlib çatdığı epizodda və “Qız, sən mənə söz vermədinmi?” dialoqunda oxşar şəkildə təsvir olunur.
-
Ata oğul qarşılaşması motivi ailə - tayfa qarşılaşması ilə birləşir. Məsələn, Ziqfirdin ölümünə qədər bir-biri ilə mehribanlıq və sədaqət nümunəsi olan Kriemhild və qardaşları arasında qarşıdurma; KDG-də Iç Oguzun və Dış Oguzun döyüşü; nişanlısısnı qorumaq naminə Selcan Xatunun öz tayfası ilə döyüşür.
-
Ekslyuzive-maqik elementə sahib olma motivi - hakimlik simvolları
NN-da bu nibelunqların xəzinəsi, sehrli çubuq və görünməzlik plaşıdır. "Koroglu"da belə element qəhrəmanın "misri" qılıncı, güclü nərəsi və qanadlı dəniz ayğırından və adi madyandan doğulan iki atı – Qir-at və Dür-atddır (döyüş atı). Onları 40 gün azaciq da olsa işıq düşməməli qaranlıq yerdə qalmalı olduqları müddətdən öncə görəndə, dayçaların qanadları ərimişdir. Burada həmin motiv bir qədər reallığa yaxınlaşmışdır. Paralel olaraq, rus nağıllarında Ölməz Kaşşeyin ürəyi onun bədənindən xaricdə əlçatmaz yerdə yumurtada saxlanılır və onun canını almaq yalnız həmin yumurtanı sındırmaqla mümkündür. Bundan başqa, ərəb nağıllarında Ələddinin sehirli lampası, rus xalq nağıllarında qızıl alma, Irland nağıllarında böyük qəhvəyi rəngli öküz (məhsuldarlıq rəmzi) kosmoqonik və real elementlərin sinkretizmini təmsil edir, qəhrəmanlara isə kiminsə həyatına belə hakim olmaq kimi status verir.
Magik elementə yiyələnmə magik gücə nəzarətin və ya hakimiyyətin göstəricisidir.
Dostları ilə paylaş: |