ƏDƏBİYYAT
-
Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə. Üçüncü cild. Bakı: Elm, 1977.
-
Yusifoğlu Rafiq. Uşaq ədəbiyyatı. Bakı: Təhsil, 2002.
-
Barber Richard. Myths and Legends of the British Isles. Woodbridge: The Boydell Press, 1999.
-
Dickens Charles. A Child’s History of England. Moscow: Astrel ACT, 2009.
-
Homer. Iliada. Odisseya (Tərcümə edənlər: Mikayıl Rzaquluzadə, Ələkbər Ziyatay). Bakı: Yazıçı, 1980.
-
Britaniya adalarının xalq nağılları (İngiliscədən tərcümə edənlər: Şahin Xəlilli, Zakir Səfəroğlu). Bakı: Öndər nəşriyyat, 2005.
-
Folk-tales of the British Isles. Moscow: Raduga Publishers, 1987.
-
Crystall David. The Stories of English. Penguin Books, 2004.
-
The Oxford Companion to English Literature. Seventh Edition. Edited by Dinah Birch. Oxford University Press, 2009.
AZƏRBAYCAN REGİONAL FOLKLORU VƏ DİALEKTİNİN AVROPADA NƏŞRİ VƏ YAYILMASINDA
CEYHUN BƏY HACIBƏYLİNİN ROLU
Sönməz ABBASLI
Роль Джейхун бека Гаджибейли в издании и аспространении
азербайджанского фольклора и диалекта в Европе
В статье история литературно-художественной деятельности азербайджанских интеллигентов, проводящих эмиграционную жизнь в передовых странах континента, и в особенности оценена роль Джейхун бека Гаджибейли, проживающего во Франции в изучении и пропаганде Карабахского фольклора и диалекта в этой стране.
Здесь особое внимание уделено труду Дж.Гаджибейли в издании Карабахских региональных анекдотов, дан анализ тем и способов выражения анекдотов, представленных им.
Ключевые слова: эмиграция, фольклористика, региональный фольклор, анекдот, диалектные слова и выражения
The role of Jeyhun bey Gadzhibekli in the publication and spreading of Azerbaijan regional folklore and dialect in Europe
In the article special attention is paid to the history of literary and artistic activity of Azerbaijan intellectuals who held immigration life in the leading countries of the continent and particularly appreciated role of Jeyhun bey Gadzhibekli in the study of Karabakh folklore and dialect who lived in France.
Here special attention is paid to work of J.Gadzhibekli in the publication of Karabakh regional anecdotes.
Key words: regional folklore, immigration, anecdote, dialect word and expressions
Son illərdə Azərbaycan mühacirət folklorşünaslığının Şərq, xüsusilə Türkiyə və Avropa ölkələrində yayılmasının öyrənilməsi xüsusi tədqiqat obyektinə çevrilmişdir. Özünəməxsus tarixi keçmişi olan bu sahəyə maraq XIX yüzilliyin əvvəllərindən başlayaraq geniş vüsət almış, uyğun araşdırmaların meydana çıxması üçün zəmin yaratmışdır.
Azərbaycan “Koroğlu” eposunun polyak əsilli şair-tərcüməçi, şərqşünas missioner Aleksandr Xodzko tərəfindən Londonda ingilis dilində nəşri (1842-ci il), daha sonralar ayrı-ayrı ünlü şəxslər tərəfindən dastanın alman, fransız, macar dillərindəki çaplarını da Azərbaycan mühacirət folklorşünaslığının tərkib hissəsi kimi dəyərləndirmək mümkündür. Çünki, mütərcim və naşirləri olmasalar da, “Kitabi-Dədə Qorqud” abidəsi başda olmaqla “Koroğlu” eposu Avropada mühacirət həyatı keçirmiş və Azərbaycan mənəvi irsinin tərkib hissəsi kimi qəbul edilmişdir.
Bəllidir ki, Azərbaycan ziyalılarının önəmli bir dəstəsi müxtəlif ictimai-siyasi amillər ucbatından Avropanın qabaqcıl ölkələrində təhsil almaqla yanaşı, həm də qürbət həyatı keçirmişlər. Əhməd Cəfəroğlu ilə yanaşı belə bir həyat tərzi yaşamaq Ceyhun bəy Hacıbəylinin talehinə də nəsib olmuşdur.
Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından sayılan Üzeyir Hacıbəyovun qardaşı Ceyhun bəy Hacıbəyli (1891-1962) Şuşada anadan olmuş, şəhərdəki “Rus-Tatar” məktəbini bitirdikdən sonra təhsilini Bakıda, daha sonra Sank-Peterburq Universitetinin hüquq fakültəsində və Parisin Sarbon Universitetində davam etdirmişdir. 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Versal Sülh konqresinin iştirakçısı olmuş Ceyhun bəy Hacıbəyli Azərbaycanı bolşeviklərin işğalından sonra məlum səbəblər üzündən Vətəninə dönə bilməmişdir. O, Parisdə 43 ilə yaxın mühacirət həyatı keçirmişdir.
Azərbaycanın tarixi, etnoqrafiyası, folkloru, ədəbiyyatı, dilinə aid araşdırmaların müəllifi olan C.Hacıbəyli bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun yaradıcılığında xüsusi elmi dəyər kəsb edən “Qarabağın dialekt və folkloru” əsəri 1934-cü ildə Parisdə “Asiya jurnalı”nda çap olunmuşdur. Əsərdə müəllifin özü tərəfindən toplanmış Qarabağın regional lətifələrinə də xüsusi yer ayrılmışdır. C.Hacıbəyli ərazi ilə bağlı dialekt sözləri, o sıradan da folklor örnəklərinin regional səciyyə daşıdıqları barədə söz açaraq yazırdı: “Əgər hər hansı bir qarabağlının bəzi sözləri tələffüz etmək tərzi bir bakılıda gülüş doğurursa, bu sonuncunun da ləhcəsi birincidə qəhqəhə doğura bilər”(1, 7). Həqiqətən də əksər folklor örnəklərində, o sıradan da lətifələrdə qorunan regional özəlliklər C.Hacıbəylinin vurğuladığı kimi bu materialların mətnindən aparıcı bir xətt kimi keçir. Müəllifin əsərin “Yerli şəxslər haqqında məzəli və ya baməzə lətifələr” bölməsinə daxil etdiyi gülməcə nümunələri Şuşanın tanınmış ziyalı və bəyləri ─ Əbdürrəhim bəy, Murtuza bəy, Mayor Səfi bəy, Murtuza bəyin oğlu Hüseyn bəy, Mustafa bəy Behbudov və başqalarının başlarına gələn əhvalatlar əsasında formalaşmış gülüş doğuran lakonik lətifələrdir.
C.Hacıbəylinin lətifələrini təqdim etdiyi bu tarixi şəxsiyyətlər bölgədə satira-yumor yaradıcıları kimi tanınmışlar. Onlar hər şeydən öncə, iki funksiyanı yerinə yetirmişlər: bir tərəfdən düzüb-qoşduqları gülməcələrin mahir söyləyicisi ─ ifaçısı kimi çıxış etmiş, digər tərəfdən isə öz repertuarlarında sələfləri tərəfindən yaradılmış satirik örnəklərin daşıyıcısı kimi fəaliyyət göstərmişlər.
C.Hacıbəylinin dünyaya göz açdığı bir mədəni mərkəz kimi Şuşa başda olmaqla, bütövlükdə Qarabağ mahalı özünəməxsus gülüş mədəniyyəti ilə seçilən regionlardan sayılmışdır. Araşdırmalardan belə bir qənaət doğur ki, “...Sağlam və mənalı gülüş müsbət bir hadisə kimi ta qədimdən Qarabağ əhalisinin həyatına, məişətinə daxil olmuş, ənənə halında davam edərək kamilləşmişdir. Qarabağ adamları bir sıra mərhumiyyətlərə dözüb tab gətirdikləri kimi, ürəkdən gülməyi, şadlanmağı, zəmanənin mənfiliklərinə tənqidi nəzərlə baxmağı da bacarmışlar. Xalqdan gələn folklor əlvanlığı, məzmun dolğunluğu və ifadə tərzi müdrik, hazırcavab şəxsiyyətlərin yaradıcılığına xüsusi təravət və rövnəq vermişdir”(2, 5).
Ceyhun bəy Hacıbəylinin də təqdim etdiyi lətifələrdən göründüyü kimi Qarabağın tanınmış yumor ustalarının hər birinin xarakterinə, peşəsinə, davranışına, ictimai-siyasi durumuna görə ayamaları olmuş, ilk növbədə bu ayamalar və onların məna çalarları gülüş doğurmuş, söylənilən lətifələrin formalaşması və deyim tərzində mühüm əhəmiyyət kəsb etmişdir. Lotu oğlu Lotu Qulu, Xarrat Qulu, Şərbaf Kazım, Səfi bəy, Alı Yüzbaşı, Xudu bəy, Abdal Qasım, Kəlba Şirin, Əbdürrəhim bəy, Kefli Cabbar və b. öz ləqəbləri ilə seçilən gülməcə yaradıcıları kimi yaşadıqları tarixi kəsimin tanınan nümayəndələrindən sayılmışlar. Ayama-təxəllüslərdən biri ─ “lotu” anlamını şərh etməyə çalışan C.Hacıbəyli yazırdı: “Lotu sözünün Azərbaycan dilində ədəbaz, aşna, hiyləgər, incə, müğənni və s. kimi mənaları var”(1, 14).
C.Hacıbəylinin Şuşa ziyalısı kimi təqdim etdiyi lətifələrdən biri Əbdürrəhim bəyin adı ilə bağlıdır. Lətifədə deyilir ki, bir gün o xəstələnir, oğlunu həkim dalınca göndərib tapşırır ki, ona denən “... dədəmin başı qarpıza dönüf, dili xiyara, burnu badımcana”. Oğlundan soruşur ki, dediklərim yadında qaldımı? Behbud cavab verir ki, “bəli” deyəcəyəm ki, “dədəm bostan oluf”(1, 20).
C.Hacıbəyli bu mənalı gülüş doğuran və Əbdürrəhim bəyin adı ilə bağlı dolaşan lətifənin qəhrəmanı və onun prototipi barədə məlumat verməsə də, araşdır-malardan bəlli olur ki, şirin lətifələr, ibrətamiz gülüşlər müəllifi kimi tanınan Əbdürrəhim bəy Qarabağda məşhur olan Vəzirovlar nəslindəndir ─ 1860-1922-ci illərdə yaşamışdır. O, 1877-1878-ci illər Rus-Osmanlı müharibəsinin iştirakçısı olmuşdur. Adı ilə bağlı dolaşan lətifələrin bir qismi rus dilinə məxsus sözlərin düzgün anlaşılmamasından doğmuşdur. Əbdürrəhim bəy iştirakçısı olduğu lətifə- lərinin birində deyir: “Mən heç rusun “prişol”u ilə “priyexal”ının mənasını anlamıram”. Qardaşı bu sualın cavabında bildirir ki, “prişol” ayaqla getmək, “priyexal” isə eşşəklə, atla, araba ilə gəlməyə deyirlər. Elə bu zaman Əbdürrəhim bəyin gözü eşşəklə gələn bir kəndliyə sataşır. Onun ayaqları uzun olduğundan eşşəyin üstündən uzanıb yerlə sürünürmüş. Bu vəziyyəti qardaşına göstərən Əbdürrəhim bəy deyir: ─ İndi buna mən “prişol” deyim, yoxsa “priyexal”.
Əbdürrəhim bəyin Murtuza bəylə münasibətlərindən doğan özgə bir lətifədə birincinin gördüyü yuxunun yozumu ilə Murtuza bəy gülüş hədəfinə çevrilmişdir. C. Hacıbəylinin təqdim etdiyi özgə bir lətifədə isə, əksinə Murtuza bəyin gördüyü yuxunun məğzində satirik planda təqdim olunmuş Əbdürrəhim bəy ironiya hədəfinə çevrilmişdir.
C.Hacıbəyli Mayor Səfi bəyin adı ilə bağlı gülməcələri ayrı-ayrı epizodik planda danışılmış olsalar da vahid bir mətn daxilində vermişdir. Birinci epizodda deyilir ki, Səfi bəynən Alı Yüzbaşı sözləşirlər hərəsi bir ağ yalan danışsın.
Alı Yüzbaşı deyir ki, həyətlərinə çoxlu qar yağıbmış. Keçiləri həmin qar təpəsinin üzərinə qalxıb ulduzun üstünə çıxıbmış. Bu sözün cavabında Səfi bəy Varşava davasında bir dəfə gəzməyə çıxanda ağzına eni-uzunu olmayan bir uzun şey girdiyini görür. Sən demə bu başı görünməyən bir ilan imiş. Alı Yüzbaşı təklif edir ki, Səfi bəy ilanı bir az gödəltsin. Lətifənin gülüş doğuran əsas məğzi isə bu cümlə ilə tamamlanır. Səfi bəy tərəf müqabilinin sualını cavablandıraraq deyir: “...Sən keçini bir az ildızdan yendir, mən də ilanı gödəldim”.
Eyni tərkibə daxil edilmiş özgə bir epizodik xarakter daşıyan gülməcədə oğlu Əsgər bəyin hüzur məclisinə gələn, lakin bu ailədən heç kimi tanımayan bir qadına Səfi bəy deyir: Səfi bəyi tanıyırsan? Deyir yox, qadan alım.
─Oğlumu tanıyırdın? ─ yox, ─ külfətini tanıyırdın? ─ yox, deyir. Bu cavabın müqabilində Səfi bəy bildiirir ki, “...bəs a köpək qızı, tanımadığın yerə niyə gedirsən?”.
Yaxud, Səfi bəyin adı ilə bağlı olan özgə bir lətifə süjetində söhbət Səfi bəyin qızına elçi gələn qoca bir qadından gedir. Qadını və oğlunu bəyənməyən Səfi bəy “yox” cavabını qapıdakı itin iştirakı ilə verir. Qoy qapıda olan “ağsaqqalımla” məsləhətləşim deyən, Səfi bəy iti açıb qadının üstünə buraxır. Qarı canını itin əlindən güclə qurtara bilir.
C.Hacıbəyli Murtuza bəyin oğlu Hüseyn bəyin ermənilərlə bağlı başına gələn macəralarını satirik boyalarla ümumiləşdirmişdir. Lətifənin iştirakçısı kimi verilmiş ermənilərin xarakteri, psixologiyası gərəyincə aşkarlanıb gülüş hədəfinə çevrilmişdir.
Barəsində gülməcələr dolaşan özgə bir Şuşa sakini Mustafa bəy Behbudovla bağlı lətifə də maraqlı süjet xəttinə malik olub satirik gülüş doğuran əlamətlərinə görə seçilir. Lətifədə deyilir ki, Mustafa bəyə bir baqqal pul borclu imiş. Şaxtalı bir qış günü Mustafa bəy görür ki, baqqal bazara paltosuz çıxıb. Baqqalı bu vəziyyətdə görüb onu tənbeh edən Mustafa bəyə camaat nə üçün belə hərəkət etdiyini soruşduqda o, belə deyir: “...rəhmətliyin uşaxları bilirsiniz ki, bu adam mana pul borşludu. Soyux dəydi, sətəlcəm oldu, öldü, onda mən pulumu kimdən alasıyam?”.
Ceyhun bəy Hacıbəylinin Avropa oxucularına təqdim etdiyi regional lətifələr, həmçinin geniş planda əsərində özünə yer almış çoxsaylı folklor örnəkləri və dialekt sözlər onun elmi yaradıcılığında mühüm mərhələ təşkil edir.
Tarixən Qarabağ bölgəsində geniş yayılmış regional lətifələr Ceyhun bəy Hacıbəyli daxil olmaqla onlarla tədqiqatçıların diqqət mərkəzində olmuş və lətifə örnəkləri geniş planda çoxcildli “Azərbaycan folkloru antologiyası”nın “Qarabağ folkloru” cildində özünə yer almışdır.
ƏDƏBİYYYAT
1. Ceyhun bəy Hacıbəyli. Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı), Bakı, “Ozan”, 1999
-
Məmmədov Bəylər. Qarabağın baməzə adamları (Ədəbi portretlər, lətifələr), Bakı, Yazıçı, 1992
“QESER” VƏ “KOROĞLU” DASTANLARININ
GENETİK ƏLAQƏLƏRİNİN BƏZİ MƏQAMLARI
Tahir NƏSİBOV (Asparux Uraltay)
Some moments of genetıc relatıons of eposes “Geser” and “Koroglu”
The paper deals with the research of the genetic relation between the mongol-Tibet heroic epic text “Geser” and “Koroglu” on the level of the Ural-Altays outlook, belief and imagination.
Key words: Geser, Ural-Altays, genetic relation, Tibet heroic epos
Некоторые моменты генетических связей эпосов «Гэсер» и «Короглы»
В статье исследуется генетические связи монголо-тибетского героического эпоса «Гэсер» и «Кероглы» в аспекте древне Урало-Алтайских восприятий мира, верований и мироввозрений.
Ключевые слова: Гэсер, Урало-Алтай, генетические связи, Тибетский героический эпос
“Qeser”in S.Y.Neklyudov və J.Tumurseren (elmi köməkçilər D.Serensodnom, X.Sampildendev) tərəfindən 1972-76-cı illərdə Monqolustanda (Şərq) dastan söyləyənlər (xurçi) Goynxor və Sambudaşdan yeni qollarının və “Koroğlu”nun cənub söylənişinin A.Xodzkonun Aşıq Sadıqdan (bəy) və Mirzə Əbdülvahabdan aldığı mətnləri arasındakı dastanların təşəkklü və təkamül inkişaf aqibətləri ilə tale oxşarlıqları – toplayanların eyni məqsəd güdmələri, maraq dairələri, əsas mətnlərdən fərqliklərin olması, təsadüfi deyildir. Bu fərqliklərin yaranmasına təsir etmiş səbəblərdən biri də, yəqindir ki, dastan söyləyənlərin yaddaş ehtiyatı, onların şəxsi yaradıcılıq məharətlərinin genişliyi və keçmişə münasibətlərindəki ciddiyətləridir.
“Qeser” vəziyyətində kənar – şəxsi təsirlərin səviyyəsi müəyyən edilmiş vəziyyətdədir. Belə ki, Monqolustanın ən yaxşı “Qeser” söyləyənlərindən xurçi – Goynxor mütəxəssislərin iştirakı və təsirləri ilə digər dastan söyləyən Padjayın nağıl etməsində ki, yanlışlıqları – artırmaları, əksiltmələri müəyyənləşdirir (9,5). Əfsuslar olsun ki, “Koroğlu”nun cənub mətnini qeydə alanlar və təşkil eyləyənlərlə (A.Xodzko, Aşıq Sadıq, Mirzə Əbdülvahab (5,6)) bizim birbaşa əlaqəmiz heç zaman mümkün olmayacağı üçün, belə bir qətiyyətli fikirləri söyləməyə cəhdlərimiz bir o qədər gerçəkçi olmayacaqdır. Lakin “Koroğlu” haqdakı digər geniş araşdırmamızda (müəllifin) gəldiyimiz qətiyyətli fikirə – cənub mənində türk qəhrəmanlıq dastanlarının ruhu və inkişaf qanunauyğunluqları ənənələri pozulubdur, eyniliklərə S.Y.Neklyudov və J.Tumurserenin toplamalarında da (9,5) sonradan rast gəlməyimiz özümüzə, əsaslandırdığımız fikirlərimizə görə, inamı daha da artırdı.
S.Y.Neklyudov və J.Tumurserenin rəhbərlikləri altında Şərqi Monqolustanda canlı dastançılardan (xurçi) toplanmış “Qeser”in şifahi şəkildə xalq arasında geniş yayılmış yeni bir qolu olan “Qeserin Qilban sarla savaşı haqda dastan” mütəxəssislərin fikirləricə yazılı vəziyyətdəki mətnin məzmunu qədər dəyərli və əhəmiyyətlidir. Necə ki, eyni qiymətləndirməni biz mübaliğəsiz olaraq “Koroğlu”nun cənub, şimal və digər söylənişlərinin və qollarının mətnləri haqda da qəbul edirik.
“Qeser” dastanlar toplusu həm də ruhca, məzmunca, quruluşca türk qəhrəmanlıq dastanları ənənələrinə çox yaxın olmaqla, əsas qəhrəman Qeserin şər qüvvələri ilə daimi mübarizələrindəki qəhrəmanlıqları ilə, Koroğlunun özünün və dəlilərinin çoxsaylı qəhrəmanlıqlarının ayrı-ayrı dastan – qollarda, söylənişlərdə tərənnüm edilməsi ilə eynilik təşkil edilməsi, dastanın xalq arasında canlandırılıb təbliğ edilməsində, söylənilməsində də xurçilərin, aşıqların, akınların ifa tərzlərində (Türküstan akınlarında, bakşilərində daimi, Azərbaycan və Türkiyə aşıqlarında çox zaman dastanı nəsr-hekayə və nəzm-şeirlə söyləyəndə qopuzu, dutarı, sazı ahəgdar olaraq səsləndirirlər) ümumilik xüsusiyyətləri çox oxşardırlar və yaxın səsləşirlər. “Qeser” dastanlarının xorçular, çorçular (aşıqlar) tərəfindən nəğmə şəklində söylənməsi və davamlı olaraq xuçirə, çora (kamançaya bənzər musiqi alətləri) ahəngdar olaraq yayla vurulması, söylənən hər sıranın hər bir hecasına uyğun olaraq, Türküstanlı akınların, bakşilərin dastan söyləmə üsulları ilə və ifa tərzləriylə yaxın eynilik təşkil edirsə (“Manas”, “Alpamış” söyləyənlər), digər tərəfdən də monqol və çin şifahi və yazılı ədəbi-mədəni əlaqələrinin təsiri nəticəsində yaranmış “kitab nağılları, dastanları” (bensen uliğer) (9,8) deyilən yeni dastanların yaranması məzmunca və şəkilcə, quruluşca Xəzər dənizindən qərbdə yaşayan türklərin dastançılıq ənənələri ilə oxşarlıq təşkil eyləyir. Belə ki, əgər monqol dastan ənənələrində çin roman mövzuları qarışırsa, Xəzərdən qərbdə yaşayan türklərin dastanlarında artıq bunlarla siyasi-mədəni əlaqələrdə olan iran-fars və müsəlman-ərəb ədəbi-dini mövzuların hekayələrin, rəvayətlərin zəif də olsa təsirləri hiss olunulur (yəhudiliyin, xristianlığın, islamın təməlini təşkil eyləyən qədim Şumer əfsanələri, hekayələri, mifləri, nağılları). Artıq dastanlarda nəsrlə, şeir eyni səviyyədə işlədilir. “Koroğlu”nun cənub (A.Xodzko, Aşıq Sadıq) mətnində islam (şiə) müqəddəsləri haqdakı rəvayət və hekayətlər səthi də olsa istifadə olunurlar. “Qeser”də də buddaçılıq mövzuları, ruh halları zəif də olsa hiss edilir. Lakin qədim ural-altay xalqalrının şifahi xalq yaradıcılığına xas olan qəhrəmanlıq dastanları ənənələrinin inkişaf və tərənnüm qanunauyğunluqları əsas sinir damarı quruluşu şəklində özünü qoruyub saxlayır. Əgər dastanın ilk başlanğıcında qədim köklü ural-altay dünya qavrayışları – baxışları, inancları, Tək Tanrıçılıq, ruh halı ardıcıl olaraq bir-birilərinin izləyirlərsə (9, 129):
Nə vaxt bizim dünyamızın kalpası
Yeni yaranmağa başlayırdı,
Tək tanrıçılıq, altay “yaradılış dastanı ilə eynilik təşkil eyləyir”,
Nə vaxt xoşbəxtliklərlə dolu Sumeri dağı
Təpə idi,
Müqəddəs Dağ inancı,
5. Nə vaxt səndəl ağacı Kalpavrikşa
Kol idi,
Ağaca sayqı,
Nə vaxt Qanq çayı
Kiçik çay idi
Müqəddəs Su inancı,
(9, 129), tarixi inkişaf və zaman ölçülərində bunların ardınca buddaçı ruh halları da tədricən üzə çıxırlar (9, 129):
Nə vaxt Şakyamuni, bizim kalpamızın buddası,
10. Bandi qulluqçu idi, (9, 129)
Eyni təşəkkül və təkamül inkiafına biz “Koroğlu”nun cənub (A.Xodzko) mətnində də rastlayırıq.
Mirzə (Rövşənin atası) dedi:
...
– A oğul, Heratın yaxınlığında (Ceyhun çayı) bir ada var, məni ora apar... (5, 15). Altay “Yaradılış” dastanının təsiri, dünyanın okeandan yaranması, burada isə ata ilə oğul sudakı adadan yeni həyata başlamağa çalışırlar.
Yaxud digər vəziyyətdə:
…
Mirzə dedi:
-
Bu kitabda yazılıb ki, bir parlaq ulduz məğribdə, bir parlaq ulduz da məşriqdə var… Qədim ural-altaylarda Günəşə, ulduzlara, Aya, oda xeyirxah təbiət varlıqları kimi baxmaq dərki (5,15).
…
Mirzə dedi:
- Oğlum, bu arada bir bulaq var, ora getmək lazımdı.
…
- Çərşənbə gecəsi o bulağın başına gedərsən, bu kitabda olan duanı oxuyub gözlərini o iki ulduza dikərsən. Duanı oxuyan vaxt o iki ulduz bir-birinə yaxınlaşacaq (5,15). Bu, müqəddəs suya sitayiş dərkinin təsiridir. «Qeser»də buddaçı ruh halları qədim ural-altay köklü dünya dərklərindən sonra yarandığı kimi, «Koroğlu»da da tarixin dərinliklərindən və yüksəkliklərindən arınaraq, süzülərək saflaşıb paklaşmış, simikləşmiş dəyərlər ilə yanaşı, özünü açıq biruzə vermədən, qəflətən islami ölçülərdə özlərini göstərirlər.
…Rövşən «ya Əli»- deyib, nökərlərlə döyüşə başladı (5,15).
… Mirzə dedi:
- Oğlum, mən burada öləcəyəm (Məşhəddə). Ona görə ki, ata-oğul hər ikimiz şiyəyik(5,16).
Qədim ural-altaylarda hakim olmuş Tək Tanrı yüksək ruh qavrayışının əbədi və pozulmaz olması dərki, bunların (türklərin, monqolların, tibetlilərin) gerçək həyatlarında qəhrəmanlarını necə görmək təsəvvürlərində də təkrarlanıb yaranır. Bunlara görə əsil qəhrəman tək olur, həyatı boyu heç zaman məğlub olmur, təkrarsızdır, onunla müqayisə olunacaq və bərabər səviyyədə tutulacaq şəxsiyyətlər ola bilməz. Bu qədim köklü ruh halına biz Alp Er Tonqa, Atilla, Manas, Alpamış və Qeser haqdakı islamiyyət öncəsi qəhrəmanlıq dastanlarında rast gəlirik və daimi canlı görürük. «Dədə Qorqud»da da bu ruh halı demək olar ki, özünü olduğu kimi qoruyub saxlayır. Böyük türk fatehi Əmir Teymurun məşhur sözləri: «Göydə Tanrı tək olduğu kimi, yerdə də hökamdar tək olmalıdır», qədim türksoylu ruh qavrayışını dəqiq şəkildə qiymətləndirir. Lakin bildiyimiz kimi «Koroğlu» da, xüsusəndə cənub mətnində artıq Koroğlu ilə boy tutacaq və onun qədər qəhrəmanlıqlar edəcək şəxsiyyətlər açıqca yaradılırlar. Zənnimizcə, bunlara səbəblər qeyd etdiyimz islami təsirlərin özlərini göstərmələridirlər. Qədim türklərdən şumerlərə, onlardan da semit hamitlərə (İbrahim və Musa vasitəsiylə) keçmiş Tək Tanrı yüksək ruh qavrayışı yəhudilikdə və xristianlıqda fərqli inkişaf etdirilibdir. Bunlarda Tanrıdan sonra ən yüksək məxluqat olan pyeğəmbərlər həm də allah ola bilərlər, İsa haqda dini təsəvvürlər, Musanın özü də allahla şəxsi səviyyədə əlaqədə olduğunu söyləyirdi (özünü allaha bərabər tutmaq), sonralar Məhəmmədin özünü nisbi olaraq rəsul, elçi, xəbərçi, əlaqə yaradan səviyyəsinə endirməsi bu genetik ruh özbaşınalığını zəif də olsa həyati sərtlərə uyğunlaşdırdı. Lakin digər tərəfdən də Məhəmmədə qədərki on minlərlə davamçıları olan peyğəmbərlik institutu ruh səviyyəsində artıq bunlarda haçalanmaların, bölünmələrin təşəkkül tapdığını əsaslandırır. Həmin bu ruh halı min illərlə, yüz illərlə semit-hamitlərin yaratdığı dinlərə bilincli və ya bilincsiz şəkildə qulluq etmiş xalqların, həm yəhudi əsillərin özlərinin, həm də digərlərinin ədəbi-tarixi yaradıcılığında dolayı yollarla da olsa özünü göstərməyə başlayır. Saysız-hesabsız sayıda bu dinlərə qulluq edən, peyğəmbərlərə yaxın səviyyədə olan, evliyaların, müqəddəslərin də göbələk kimi çoxalması və bunları da toxunulmaz saymaq təsəvvürü tədricən xalq həyatının, yaradıcılığının bütün sahələrinə sirayət edir. Heç şübhəsiz, belə təsirlərdən biri də dastançılıq ənənələrində özünü göstərir. Artıq XVI-XVII əsrlərdə islami dəyərlərin qısqanc müdafiəçilərinə, tərəfdarlarına çevrilmiş səfəvi və osmanlı türk-islam imperiyalarında aparıcı xalqın şifahi və yazılı ədəbi yaradıcılığında dastanların əsas qəhrəmanları peyğəmbərlər qədər və davamçıları, silahdaşları evliyalar, müqəddəslər ölçüsündə tərəfdarlara, köməkçilərə sahib olurlar. Həmin bu yan təsirlərin nəticəsində yaranmış yeni ruh halı, düşüncə tərzindən tam fərqli olaraq, bir digər təkamül inkişaf qanunlarını da qeyd etsəydik yanlış etməzdik. Belə ki, biz bilirik ki, ədəbi-tarixi yaradıcılığın təbii inkişaf qanunlarına (dialektik) görə dastançılıq ənənələri ya qədim dövrdə – əfsanə, nağıl, təxəyyül yaradıcılığının, ayrı-ayrı inancların təsirinin bitmək üzrə olduğu, yada ki, yarımçıq səviyyədəki vəziyyətində təşəkkül tapıb yaranır. Dastançılıq, qeyd etdiyimiz kimi, əsasən əfsanə, təxəyyül ruh halının zəifləyib yox olması ilə əlaqədar gerçək (real) həyata çox yaxın, vəziyyətə yaxud da gerçəkçi şəxsiyyətləri, hadisələri təsir etdiyi üçün, bunun nəticəsində də adi insani həyat tərzi, onların arzu-istəkləri olduğu kimi canlı, həyatdakı səviyyədə yaradılır. Belə bir yüksək və geniş səviyyəli fikir, ruh yaradıcılığı dünyasından (əfsanə, nağıl, mif) tamamilə aşağıya – gerçək həyata enməklə də qəhrəmanlar və yardımçıları yaradılır. Lakin müqayisə etdiyimiz “Qeser” və “Koroğlu” (cənub mətni) dastanları misalında, mücərrəd şəkildə, qədim ural-altaylara xas olan köklü ruh halları hər ikisinin də sümük quruluşlarını təşkil etməklə möhkəm və sabit qalmışdır. Hun dövrünün bir hissəsi olan IV-VI əsrlərdə Atilla haqda söylənən mədhlər, alqışlar və tərənnüm, ifa tərzləri eyni ilə yaşıdı Qeser (IV-V əsrlərdə tarixi şəxsiyyət kimi yaşadığı qəbul edilir) haqdakı rəvayətlər, hadisələr vəziyyətində də eyni ruhda söylənilir, ifa edilir. Müasir, yaşadığımız dövrdə canlı olaraq iştirakçısı olduğumuz “Manas”, “Alpamış”, “Dədə Qorqud”, “Olonxo”, “Koroğlu” və s. dastanlar və qəhrəmanları haqdakı toplantı-söyləmələrdə də qədimdən bəlli olan eyni ruh halının içində özümüzü hiss edirik və qopuzun, sazın müşayiətində keçmiş və ardıcıl ifa tərzi sənətinin şahidi oluruq. Hətta qeyd edilən türk xalqlarının ozanlarının, aşıqlarının toplantılarında bu müqəddəs ruh hallarını kütləvi şəkildə hüceyrələrimizdə hiss edirik.
“Koroğlu”da əsas qəhrəmanın köməkçiləri olan qəhrəmanlar tamamilə təkrarsız və müstəqil şəxslər olmaqla yaradılırlar. Bu hal “Qeser”də tamamilə fərqli xüsusiyyətlər daşıyır. Burada qəhrəmanlar eyni qəhrəmanın (Qeserin) fərqli vəziyyətlərdə, ruh hallarında yaradılmış təkrarçılarıdırlar. Həmin inkişaf xüsusiyətlərinə biz Qeser haqda dastanlar silsiləsinə daxil olan «Qızıl dağ Sumeru»nun digər iki söylənişlərindən (mətn) biri olan xalxa monqollarına aid «Şilin Qaldzu-bahadur, Aciq-Teneq-bahadur və Edzen-boqdo (müqəddəs) haqda dastan»da qeyd etdiyimiz eynilik əlaqəsi açıqca dastanın adından – ilk başlanğıcdan bəlii olur (9, 69). Eyni vəziyyət barqut monqdrlarına aid olan «Qoca Bayan – bolodun üç oğlu» adlı dastanında da (bunun üç oxşar söylənişi – mətni var) yaranıb (9, 69). Bəzi dəyişik mətnlərdə üç qəhrəman ikisiylə də əvəz olunulur. Lakin bütün hallarda dastanlarda eyni səviyyəli qəhrəmanların birgə iştirakı bir qəhrəmanın dəyişik köməkçisi xüsusiyyətlərini müəyyənləşdirirlər və təkrar olaraq da onun ətrafında birləşirlər. Əgər xalxa mətnində üç qardaşlardan biri «evin sahibi» (burada elin, yurdun başçısı) olur və ordunun sağ və sol qanadlarını idarə edirsə, digərləri çox əhəmiyyətsizdirlər. Qeyd etdiyimiz dastanlardakı qardaşlar arasındakı həmin bu fiziki və ruh hallarına biz I Göy Türk və II Göy Türk xaqanlıqlarının siyasi-hərbi quruluşunda da rastlayırıq (3, 70-71). Əgər Bumın xaqan Böyük Elin (imperiyanın) başçısı olmaqla tolislərin – Şərq dövlətin və ordunun idarəçiydisə, onun qardaşı İstəmi xan tarduşların – Qərbi imperiyanın bütünlüklə siyasi-hərbi-iqtisadi həyatına cavabdeh idi. Bəzi hallarda Qərb imperiyası İstəmi xanın başçılığı altında daha yüksək nüfuza sahib olurdu. Eyni vəziyyət II Göy Türk Xaqanlığında da təkrarlanır. Bilgə xan, Kül-Təkin, Tonyukuk ayrılmaz siyasi-hərbi dövlət adamları kimi imperiyanın həyatında eyni səviyyədə nüfuza malik idilər. II Xaqanlığı idarə etmədəki hakimiyyət üçlüyünün yartdığı siyasi-hərbi və iqtisadi-mədəni təsirlər eyni ilə “Şilin Qaldzu – bahadur, Açıq-teneq-bahadur və Edzen-boqdo haqda dastandakı hadisələrlə, vəziyyətlərlə uyğunluq təşkil eyləyir. Əgər dastandakı əfsanə və nağıl, rəvayət əlamətlərini, xüsusiyyətlərini ayırd etsək, eyni ilə qədim ural-altaylara (monqollara, türklərə, tibetlilərə) xas olan ailə, tayfa, dövləti idarə etmə təbəqələşməsi, adətləri, törələri üzə çıxır. Dastandakı müdrik – müqəddəs şəxs, xanlığın başçısı Edren-boqdo (müqəddəs) Tonyukukun təkrarıdır, Qaldzu-bahadur və Aciq-Teneq bahadur eyni ilə, uyğun olaraq, Bilgə xaqan ilə Kün-Təkinin canlanlanmalarıdır. Digər tərəfdən də yarımifik, tarixi qəhrəman olan Qeserin ətrafında yaranmış hadisələrin, rəvayətlərin əfsanə, mif təbəqəsini qaldırsaq, zaman olaraq xaqanlıqlar dövrü ilə eyni yüzillikdə məlum olmaları və uyğun gəlməsi, müəyyənləşdirdyimiz ruh birliyinin təsadüfdən olmadığını əsaslandırır, qeyd etdiyimiz əlaqələrin ümumi bir inkişafdan törədiyini bəlli edir (3, 404).
Monqol-tibet dastanlarında, ayrı-ayrı qollarda, söylənişlərdə, mətnlərdə qəhrəmanların çoxsaylı eyni dəyərli səviyyələrdə və digər tərəfdən də müxtəlif xüsusiyətlərdə qəbul edilib yaradılması, açıqca yerli mifik – təxəyyül dünyasının və buddaçılıq dinindəki ruh hallarının – çevrilmələrin, təbəqələşmələrin təsirləridir.
«Şilin Qaldzu-bahadur, Aciq-Teneq-bahadur və Edzen-boqdo haqda dastan» ilə «Qoca Bayan – bolodun üç oğlu» datanları nə qədər «Qeser»in köməkçi söylənişləri, qolları olsalar da, bir çox köklü qədim dastanlara bənzətmələrdə olduğu kimi yaranıblar. Lakin «Qeser»in ilk başlanğıcı, əsas mətni dediyimiz vəziyyətdə Qeserin özünün, müstəqilliyi, təkrarsızlığı açıqca özünü qoruyur. Bu halın özü də dastanın çox qədim olmasını və buddaçılığın hələ monqollar və tibetlilər tərəfindən qəbul edilmədiyindən (VIII əsr) əvvəl yarandığını əsaslandırır. Qeyd etdiyimiz kimi islamiyyətin təsiri ilə də «Koroğlu»da əsas qəhrəmanın ətrafında müstəqil çoxsaylı qəhrəmanlar şəkilləşirlər. Lakin bütün hallarda istər monqol-tibetlərdə, istərsə də türklərdə əsas qəhrəmanın yüksəklikdə əl çatmaz olması toxunulmaz olaraq qalır. Qısa olaraq dəyərləndirsək, islamiyyət və buddaçılıq öncəsi ural-altaylarda xas olan qədim ruhlu Tək Tanrı, tək idarəçi – hökmdar (Alp Er Tonqa, Atilla, Çingiz-Xan, Əmir Teymur), tək qəhrəman (Qeser, Manas, Alpamış, Koroğlu), tək ağsaqqal (Dədə Qorqud) qavrayışları nə qədər yad səbəblərin təsirləri nəticəsində aşınmaya uğrasalarda öz genetik xüsusiyyətlərini, əlaqələrini, birliklərini son ana qədər qoruyub saxlayırlar. Qeserin üç fərqli, lakin eyni səviyyəli, dəyərli qəhrəmanlarla əvəz edilməsi və I, II Göy Türk Xaqanlıqlarında Bumın Xaqan və İstəmi xan, Bilgə Xaqan və Kül Təkin, Tonyukuk ikili, üçlü bərabər səviyyəli hərbi-siyasi idarəçilər arasındakı genetik yüksək ruh əlaqəsinin davamı olan Böyük Səlcuqlu imperatorluğunun qurucuları, yaradıçıları, Toğrul, Çağrı və Buğra bəylərində ulu ruhlarını anmasaq, tarixi qiymətlərini verməsək həm günah işləyərdik, həm də incələdiyimiz qədim genetik ruh birliyinin keyfiyyətini yoxsullatmış olardıq.
Araşdırdığımız genetik ruh əlaqəsini biz məqaləmizin həcminə sığışaraq, mücərrəd şəkildə qabarıq da olsa, monqol, tibet, türk xalqlarının şifahi xalq yaradıcılığının kiçik bir səhifəsində uzlaşırdıq. Həmin bu köklü qədim genetik-irqi ruh keyfiyyətlərinin yaranması səbəblərinin birliyinin əksini biz makro şəkildə ural-altayların və çin-tibetlilərin qədim siyasi-mədəni əlaqələrinin tarixindən də bəlli edə bilərik.
Qədim ural-altaylar ilə çinlilərin ortaq dünya dərklərinə görə bərabər hüquqlu dövlətlər (xaqanlıqlar, imperiyalar) Göyün (Tanrının) qarşısında eyni siyasi-hərbi və iqtisadi-mədəni qüvvəyə sahib idilər. Lakin bunlardan birini daimi Göyün (Tanrının) tək olması kimi, Göyün qorunması altına alınmış mərkəzi dövlət səviyyəsində və bu dövləti idarə edəni də (van) yenə də Göyün xüsusi təsiri altında olan kimi seçirdilər. Bu böyük ruh təsəvvürünə biz “Qeser”də də rastlayırıq:
...
Göyün Xormusta – Tenqridən
Ulu, qüdrətli
15. Dünyanın on ölkəsinin hökmdarı Qeser-boqdo Qıızl torpağa endi,
...
Dünyanın hökmdarı oldu. (9, 129)
Seçilmiş imperiyanın, xaqanlığın başçısı van, xaqan da Göyün oğlu adlandırılırdı və müqəddəs dərəcədə toxunulmaz olurdu. Andlaşma müqaviləsi olaraq dövlətlərin sərhədlərinin birləşdiyi yerlərdə böyük qaya parçaları üzərində müqəddəs müqavilənin («men») qanunları yazılırdı və bunları pozanlar böyük günahkarlar hesab edilirdilər. Həmin bu mərkəziləşdirilmiş və Göyün qoruması altına alınmış imperiyaları çox zaman yaradıcı, iştirakçı xalqlar birgə qururdular. Şərqi Çjou (m.o.770-256), Si (m.o. 650, Xuan-hunun yaratdığı, yəqinki hun - tuk əsə li olub), Srin (m.o.636-628, qurucusu Ven-hun, hun-türk əsilli olmalıdır), Çu (m.o. 613-591), Xan (m.o. 202-m.s.9), Məfə-Xanla eyni dövrü əhatə edən bu imperiyanın əsas xalqı «xanərlər» adlanırdılar və çinlilər ilə türklərin qarışığından yaranmışdılar, Tan (m.s.618-907, yenə də türklərin və çinlilərin birliyindən yaranmış xalq – «tabqaçlar» qurmuşdular və orta əsr dünya tarixinin ən mədəni imperiyası hesab edilir), Lya dövləti (907-1123, monqol-kidanların yaratdığı), Sin (960-1279, mancurların qurduğu), Yuan (1206-1368, Çingiz xanın və nəslinin yaratdığı imperiya), Sin (mancurların qurduğu, XVII əsr və 1913-cü ildə ləğv edilmiş) dövlətlərinin, imperiyalarının qurulması və yaşaması başlanğıcını min illərlə əvvəl qeyd etdiyimiz ruh dəyərlərindən almaqla, əsasən Çin xalqı və dövləti daxilində (Göyün seçilmiş xalqı və dövləti dərki ilə) yaranmışdılar.
Bir az əvvəl qeyd etdiyimiz kimi bu köklü irqi - genetik ruh halı yığcam olaraq «Qeser» dastanında da əsas ruh ölçüsü quruluşu almışdır. Bütün səthi yad təsirlərə baxmayaraq türksoylu xalqlara aid dastanların hər birində bu genetik xüsusiyyətləri ayırd edib, bəlli etmək, zəif səviyyədə olsada, çətin deyil.
Dostları ilə paylaş: |