AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə21/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

KƏLNİYYƏTİN İSTƏYİ
Hə, bax onu danışıf ki, Kəlniyət dünyanı tutan bir nəfər olub. Dünyada elə bil bircə oymuş. Deer, o deermiş ki, bir də uşağ olaramsa, qırx il iməhliyərəm.

PİRİNƏ LƏNƏT
Şah Abbasın nənəsi namaz qılanda deyirmiş, arvadın pirinə nəhlət. Anası da namaz qılanda deyirmiş ki, bala, yüzdə birinə nəhlət. Onnarın bir nökərrəri varmış, adı Kəlniyət. Deyir, bir nənəmin ayan-bayanına keş, görəh, həqiqi nənəm həylə deyir, yoxsa luboyu o yoldadı? Nənəm yola gəlsə, gəlif mana dəərsən. Nəsə, arvat inəh sağırmış. Kəlniyət ayna-bayna çox keçir. Gəlir, deyir ki, onda qoy malı-zadı sağım, saraya gəl, dana. Gəlir, deyir ki, Şah Abbas, nənən yola gəlif. Deyir, onda paltarını mana ver, geyim. Gedir, uzanır nənəsinin ayağı altına. Deyir, ayə, nağarısan? Deyir, ay nənə, Kəlniyət dəyiləm e, Şah Abbasam, çıxdığım yerə girirəm. Day onnan sora arvat namaz qılanda da deyirmiş, qavaxcan mana nəhlət.
DƏLİ BAVIŞ

I mətn

Bı Bavışa Millidə dəli Bavış deermişdər. Camaad ha eliyirmiş ki, bını evləndisin, yola gətirə bilmirmişdər. Bir günnəri hərə bir söz deyif Bavışın saqkızın oğruyuflar, onu razı salıllar. Bir qız da tapıllar. Zor, güc, yarıkönül, bını aparıllar qızgilə görüşə. Bavış girir içəri, içəri girən kimi dizin qoyur yerə, qulaan diriir qızın qarnına, deer, vay, vay, vay. Bırda dünya dağılır ki, bir dəsdə uşax ora qaçır, bıra qaçır. Biri çörəh, biri paltar, ayakqabı isdir. Məni bı xatıya-balıya salmıyın.

Deellər, Bavış ömrünün axırına qədər evlənmiyif, subay qalıf.
II mətn

Dəli Bavışa uşax-muşax, cavannar çox vax sataşarmışdar. Bavış da başdıyarmış söyüş söyməyə. Onun da söyüşdəri məzəliymiş. Bı kəndin ağsakqalları ona öyüt verir ki, belə şey eləməsin, arvat var, uşax var, böyüh, kiçik var, söyüş söyməsin. Bavış qayıdıf deer ki, cavaf vermiyəndə deellər səydi, söyəndə də deellər dəlidi. Mən də baxıram ki, səydənsə, dəli yaxşıdı. Odu ki, söyəjəm.



III mətn

Kəlbəcərrilər bilirsıız ki, yaxşı arı saxlıyıf, bal çəkiflər. Dağlarımız, gül, çiçəyimiz bına imkan verif. Camahatın da çoxu o vaxdan dövləti balnan, atnan qazanardılar. Bir günnəri boş-boş veyillənən Bavışa deellər ki, sən də gəl arı damazdığı tut, saxla, əlində bir şeyin olsun. Bavışı birtəər razı salıllar. Bavış əlinə bir çatı alıf gedir qonşu kəndə. Bir səbət arı alıf gətirir. Qoyur həyətdə, ağzını açır. Başdıyır arıların uçuf getməyinə, yuvuya qayıtmağına baxmağa. Bir xeyli baxır, nə fikirrəşirsə, duruf səbəti vuruf qoltuuna aparıf qaytarır. Eşidən, bilən deer, ay Bavış, niyə belə elədin? Nahax qaytardın. Bavış deer, baxdım ki, arılar uçuf gedir, qayıdanı da olur, qayıtmıyanı da. Hamısı da bir-birinə oxşuyur. Uşdu getdi, mal dööl ha, gedim, dərədən haylıyım gətirim, qatım tövlüyə. İndi dağa, dəriyə düşüf milçəh axdarajam? Milçəhdən dövlət olmaz.


IV mətn

Savet hakimiyətinin təzə qurulan vaxdarıymış. Bı bəylərin, xannarın dövlətinin əllərinnən alınacağın deermişdər. Bir günnəri Dəli Bavış eşşəyin qabağına qatıf Qoşdaşa, yaylaxa gedirmiş. Bı yoldan keçəndə bir-iki bəy bına sataşmağa başdıyır. Deellər:

– Ə, Bavış, eşşəyi niyə ağlatmısan, gözdəri sulanıf?

Bavış qaydıf ki:

– Bəy, eşşəyin malı, pulu, qızılı yoxdu ki, əlinnən alalar, ağlıya. Yəqin gözünə gün düşüf. Bəylər pərt oluf, yollarıynan gediflər.
V mətn

Bavış Natavanın vəkili Hajı Həsanalıya nökər işdiyirmiş. Oturuf-duruf deermiş ki, Hajı maa boşdudu, ala bilmirəm. Bir dəfə Kəlbəcərdən Milliyə qayıdanda Bavışdan soruşuflar ki, Bavış, nooldu, Hajıdan pulunu ala bildin? Hesabı çürütdün? Bavış deer:

– Vallah, başım çıxmır. Gəlif Millidə hesaflayıram Hajı maa boşdu qalır. Gedirəm, hesaflıyıram, mən Hajıya boşduyam.


KALVALI KİŞİ
KALVALI, HALÇALI, GAVALI
Hə, kişinin adı Rəfidi, Kalvalı deyirmişdər. Bir gün bu gedirmiş yolunan. O vaxdı raykom olufdu dayna. Raykom deyir ki, saxla, eşşəyını, saxla görüm. Saxlıyır.

Deyir:


– Adın nədi?

Deyir:


– Kalvalı.

Deyir:


– Haralısan?

Deyir:


– Halçalı.

Deyir:


– Yükun nədi?

Deyir:


– Gavalı.

Deyir:


– Ə, köpəyoğlu, məni dolamısan? Nədi bı, hamı bir-birinə yaraşar?

– Əşi, canımçün ant belə, Quran belə. Belədi da bı, mənim adım Kalvalıdı, yerim Halçalıdı, satdığım da gavalıdı.


MAŞINIMIN BENZİNİ QURTARIB
I mətn

O vaxlar rayon partiya komitəsi vardı. Rayon Partiya Komitəsinin I katibi vardı Verdiyev Səfər. O, elə Kəlbəjərdəndi. Bu kefinin kök vaxdı maşınnan gedirmiş. Baxır ki, qavaxda Kalbalı eşşəhnən gedir. Şoferə deer, Kalbalının yanına çatanda maşını saxla. Dedi ki:

– Kalbalı kişi, salaməleyküm.

Dedi:


– Əleyküməsalam.

Dedi ki:


– Kalbalı kişi, maşınımın benzini qurtarıf.

Kalbalı da gedir eşşəyin quyruğun qaldırır, deer:

– Elə mənim də maşınımın benzini qurtarıf.
II mətn

Soora biri yolnan gedirmiş genə. Bakıdan da nümayəndə varımış e, Səfər məllimin yanında. Gəlir, deyir, bının yanınnan keçəndə maşını saxlıyır. Deyir, İrəfi, birdən benzinin olar, maşının benzini qutarıf. Bax Allah hakqı, danışıllar dana. Deyir, eşşəyin əlnən quyruğun belə qalxızır, yoldaş Verdiyev, canınçün bı da noldadı. Hə, bax bizim irayonda o qədər həylə adamnar varıydı.


ALXASLI50 LƏTİFƏLƏRİ
MƏRİFƏTLİ MÜƏLLİM
Kim Alxasdı kəndinə gedirmişsə, ona ad qoyurmuşdar. Bir məllim olur, gedir çıxır bınnarın (Alxasdıların – top) yanına. Gedir, deer ki, maa ad qoymuyun da, mən sizə müəllim gəlmişəm də, işdəməyə. Ayıfdı, maa ad qoymuyun. Mən mərifətdi məlliməm da, maa ad qoymuyun. Deer:

– Ay oğul, day sən özün öz adıı qoydun. Sənin adın qaldı mərifətdi məllim.


CƏFƏR”İNİ BİZ DEYİRİK
Cəfərquludan soruşullar ki (alxaslılar – top), gədə, adın nədi? Deef:

– Cəfərqulu.

Deef:

– Adın çox uzundu axı.



Deeflər:

– “Cəfər”ini biz deyirih, qulunu aşağı kətdər.


GÜLƏYƏN ALXASLILAR
Molla Pənah addı kəlbəcərri molla oluf. Bu imamnarın qırılan günündə deeflər, molla Pənah, gəl mərsiyə de, camahat ağlasın. Onnar da (alxaslılar – top) gülən camahat oluf. Hər sahat ağlıyan camahat dəyildi. Məsələn, ölüləri düşsün, iki gün sora öz lətifələrinnən deyif, güləjəhlər. Molla gedir, mərsiyədən deer, görür ağlıyan yoxdu. Deer, Vallah, üş gündü mən mərsiyə deerəm, dizimə döyürəm. Alxasdını ağlada bilmirəm, elə gülüllər ki, gülüllər.
AY ALLAHIM, BƏS NİYƏ OLDU?
O vaxlar bir Alxasdı katibin qəbuluna düşməh isdiir. Qapını bir dəfə döör, açır, deer, olmaz. Bir dəfə döör, açır, deellər, olmaz. Bu uje əsəvləşir da. Neçə dəfə açır, örtür. Deellər, olmaz. Əsəfləşir. Birdən bu zoruna salır da, qapını açır, girir içəri, deer, ay Allahım, bə niyə oldu?
KOR HALAY
Bir kişi olur. Adı da Kor Halay deerdilər. Rəfi adında bir kişi çox baməzə kişiymiş, çox da hazırcavabımış. O da Alxaslı kəndinnən olub. Kişinin vəziyyəti ağırraşır, indi ölüm əyağındadı. Gedillər qohumlar, hamısı bınnan vidalaşır də. Sağollaşır. Kor Halay gəlir deer:

– Rəfi əmi, ay Rəfi əmi.

Bu dimmir. Genə deer:


  • Rəfi əmi, məni tanıyırsan?

Axırda yavaş-yavaş deer:

– Hə, tanıyıram, niyə tanımıram. Kor Halaysan də, qoş Koroğlu olası deyilsən ha, Kor Halaysən də.



MÜXTƏLİF MÖVZULU LƏTİFƏLƏR
AĞDAMDAN SÖNDÜRÜBLƏR
Biri oğluna UAZ “Vilis” alır. O vaxdar UAZ “Vilis” moduydu. Deer ki, sən öl, bunu düz sürdürəjəm Geşdəyə. Bunun sifdəsin eləməliyih. Mardaket yolu gedirmişdər. Körpüyə çatanda maşının işıxları sönür, dayanır. Bizə də işıx Ağdamnan gəlirdi o vax. Bu uşax düşür matora-zada baxır, əənə-bəynə. Atası görür ki, oğlu çox iztiraf çəhdi də, əziyət çəhdi. Başın çıxardır fortuçkadan deer, oğul, gəl otu maşına. Ağdamnan söndürüflər. Yandırallar yəqin ki.
DİRİ TUTMAQ İSTƏYİRLƏR
Bir günnəri televizorun Kəlbəcərə təzə gələn vaxtıdı. Baxıllar ki, xakkey gedir. Bir qara şaybanın dalınca düşüblər. Baxıllar ki, ə, iyirmi nəfərdimi, iyirmi bir nəfərdimi, nəyisə, əli ağaşdı qovullar. Ordan-ora vurullar, bırdan-bıra vurullar. Heş kimin başı çıxmır də. Televizor təzə gəlif. Deeflər ki, başbilənimiz Xələf oğlu Mahmuddu, onu çaarax, o bilər. Gəlir, baxır, başı çıxmır də bunun. Guya ki, başbiləndi. Baxır, baxır, deer:

– Ə, gədələr, onu-bunu bilmirəm. O nədisə, onu qovalıyıf diri tutmax isdiyillər.


HƏ”NİN QİYMƏTİ
Bı Xoləzəhdən51 Eyvaz adında biri bir-iki tay-tuşunu götürüf Araz, Kür qavışan tərəflərdə oğurruğa gedir. Xeyli mal-heyvan, qoyun oğurruyuf götürüf gələndə yolda düzənnihdə bir hörühlü at görüflər. Eyvaz deyif, düşün bının da hörüün açın, götürəh. Bı yannan alaçıxdan bir qadın çıxıf ki, bala, ata dəymiyin, yəəsi onu sizə verməz. Deeflər, arvatdı də, danışır, atı alıf gediflər. Birəz keçif atın yəəsi gəlif. Anası deef, bəs belə-belə, iki-üş atdı gəldi, nəğətərnə elədim, məni eşitmədilər, atı apardılar. Oğlan atdanıf gedif, heş bir saad keşməmiş oğruları da, atı da götürüf gəlif. Anasına deef ki, ana, yeməh hazırra, bılların günahınnan keşdim. Mənə inanmıyıflar, tanımıyıflar, yoxsa atı aparmazdılar. Oturuf çörəh yəəndə, anası oğlannan soruşur ki, nooldu, “hə”ni neçiyə danışdıız? Demə, oğlan qonşu kətdən qardaşına qız adaxlamağa getmişimiş. Deer, yaxşı oldu, yüz erkəh verəsiyih, əlli ədəd də onnux qızıl üsdümdəydi, verdim. Bı yeməh yəən oğrular təəccüblənir. Eyvaz soruşur ki, bir qıza bu qədər mal saydıız? Deer, hə, bəs sizdərdə nətəərdi? Deer, “hə”ni iki-üç erkəh, bir onnux qızıla alırıx. Süfrəni yığışdıran arvad gülüf deer:

– Hə oğul, o qiymətə “hə” verilən qızdan siz olmusuz, bu qədər “hə”yə alınan qızdan da belə oğullar oluf. Məəm “hə”mə rəhməddih qaynatam yüz onlux qızıl, yüz baş da öyəc52 vermişdi.


BURA DA SİZ BAXIRSIZ?
Bir sənətkar bir evdə işdiyirmiş. Azreyıl fikirrəşir ki, əyə, bı sənətkar gedif o evdə işdiyir, böön canın almalıyam mən. Bı da ev götürüf işdiyir. Gedir, deyir:

– İşin irəli.

Deyir:


  • Xoş gəldin.

Deer:

  • Sənin bu gün vaxdın tamamdı. Gəlmişəm sənin canın alam.

Baxır, fikirrəşir deer ki, hə, mən razıyam, amma gəl belə bir məslətim var da, saa deyim, görüm, razı olarsanmı? Deer:

  • Mən bu evi təzə götürmüşəm, hələ pul almamışam, qoy beh alım. Bir həftədən sora gəl, məəm canımı genə al də. Alım behi, bir həfdə yeyim də.

Deer:

– Yaxşı, bir həfdə saa vax verrəm.

Hə, bı behi alır, oturur qatara, düz Amerikaya gedir. Gedir, vax gəlir tamam olur, bir həfdə. Azreyıl gəlir başının üsdün alır. Baxır, deer, bura da siz baxırsız?!
AŞIQLA MOLLA
Bir gün deer, aşıx formalı, papaxlı oturub qapısın ağzında. Aşıxnan Molla da bir az yaxın olur da. Aralarında bir neçə ev var. Aşıx qapıdan çıxanda deer, molla da oturubmuş skameykada. Deer, hara gedirsən? Xeyirdimi? Deer ki, ə köpahoğlu, şər olsaydı, sən gedərdin, xeyirdi ki, mən gedirəm də.
MOLLA İLƏ RƏİS
Bir gün də deer, Mollaynan rəis oturufmuş. İki nəfər dalaşır. Molla durur ki, bıllara desin ki, oturun, dalaşmıyın da. Rəis də deer ki, ə, dəymə ölüsü sənin olacax, dirisi mənim. Yəni ölüsün sən aparıb basdırassan, dirisin də mən tutuf salacam içəri, pulumu alıf.
DALDA OLANI PİŞİK YEYİR
Biri məjlisə gedəndə qardaşı deyirmiş, ə, qardaş, dal tərəfına bir şey qoy, bi şey qazan. Deyir, yox, dalda olanı həməşə pişiy yeyir. Yeməh gəlir, sırfıya gələndə birin götürür qoyur daldan bının altına. Yeyəndə, baxır ki, pişih bırda boğuşur. Deyir, ə, qardaş, bizi biyabır eləmə. Deyir, göörsən, dalda olanı pişih yeyir.
TİKİB, SONRA QALDIRIBLAR
Hə, iki adam gəlirmiş, iki kişi xeylağı. Bakının binaları axı qəlbidi. Biri ordan keçəndə deyif ki, ə, qoom, bunu tikən nə boyda adammış. Gör nə uzun adammış, nə hündürrüyündə binanı tikif. O birisi qayıdıf: “Ə, gij-gij danışma, yıxıflar yerə, tikiflər, soora qaldırıflar”. Sa ki indi bu buna öyüt verirmiş da.

YOLA NƏRDİVAN QOYAQ
Yola nərdivan qoyax, yolumuz uzaxdı. Birisi buna qayıdıfdı ki, nərdivan nədi, ə? Gij-gij danışırsan. Gedejeyih. Deyif, nərdivan qoyajam yola, görəəsən. Başdıyıllar danışmağa. Birin o deyif, birin bu deyif. Baxıflar ki, gəlif çatıflar evə. Deyif ki, bax nərdivan budu də, söhbətdi, şirin söhbət eliyirsən, bilmirsən nə vax gəlirsən.
BİRİNİ ÇIĞIRTMA ELƏ, BİRİNİ BOZARTMA
Biri qonax gedir bir evə. Ev sahibi də ürəyiaçıx adam olur, amma kasıv adam olur. Gəlir, deyir ki, xoş gəlmisiniz. Mənim iki dənə toyuğum var. Nə deyirsiniz, kəsim onu qızartma bişirimmi, çığırtma bişirimmi? Nə deyirsınız onu eliyim də. Qonax da bir az üzdü adam olur. Deyir, qardaş, ikisini də kəs, birini çığırtma elə, birini bozartma.
ƏT DƏ BURADADIR ...
Tətbiq olunan vergilərin xalqı əldən saldığı vaxlarmış. Vergi yığanlar Bartaz kəndinə də gəlir. Onlar hər ay bartazdılardan bir neçə kilo ət, bir neçə kilo yağ, bir neçə ədəd də yumurta isdiyillər. Bartazda bir kişinin də təkcə bir keçisi varmış. Vergi yığannar bu kişidən də vergiləri isdiyillər.

Əlacsız qalan kişi deyir:

– Götürün, bu keçini aparın. Ət də burdadır, yağ da burdadır, yumurta da burdadır, – deyir.
İT HÜRMÜR, XORUZ BANLAMIR
Baməzə adamlardan deyəndə, bizdə rəhmətdih Məhəmməd varıydı. Bir gün raykom katibi gəlifdi. Bı camahatın şikayətiynən bağlı da, raykom kativi gəlif, bizim kəndin klubunda iclasdı. Hamı dərdini deyir. Bı Məhəmməd də kolxoz sədriynən yola getmir də. Bu mexanizatoruydu, buna da təzə traxtor vermirdilər, ondakı köhnə traxtoruydu. Bu durdu, icazə aldı. Kativ dedi ki, buyur, danış, ay oğlan. Məhəmməd çıxdı tribunuya, çox komik, baməzə adamıydı. Özü danışıf-gülməzdi. Ama gennən baxan hamı gülməliydi.

Dedi:


– Yoldaş raykom, qavax səhərə yaxın kəndə girəndə, xoruzdar bannıyırdı, it hürürdü. İndi bizim kətdə xoruz bannamır, itdər də hürmür.

Bu da əlini qoyuf çənəsinə, diqqətnən qulax asır. Dedi ki, niyə, ay oğlan, niyə it hürmür, xoruz bannamır? Kətçilihdən çıxmışıh?

Məhəmməd dedi:

– Biz kətçilihdən çıxmamışıh. Kəndin milli, dədə-baba adətini bı kalxoz sədri pozufdu. Bizi elə dolandırır ki, xoruzdarı kəsmişih, ajınnan da itdərə çörəh verə bilmirih. İtdər də hamısı ölüf, gedif.


HAZIRCAVAB MOLLA
Hə, bir gün də qəbirsannıxda genə bir molluya Quran oxutdurullar, bayramqavağı. Bir çoban yaxınnaşır, deyir ki, molla, mənim atama Quran oxu. Özü də molluya çıxardıf üç manat verir.

Bu heyndə bir nəfər də bahalı maşınnan – Pradoda, Leksusda gəlir. Molluya deyir:

– Ay molla, mənim də atama bir Quran oxu.

Çıxardıf, molluya əlli manat verir. Molla tezbazar eliyir, əyaxdan, başdan, ordan-burdan oxuyur. Bı çobanın atasının Quranını tamamlıyır. Çönür, bu bahalı maşında gələnin atasına uzun-uzadı Quran oxumağa başdıyır. Əlli manat alıf axı. Uzun-uzadı oxuyur.

Çoban da bına qulağ asır. Özü də çox cantarax adam olur çoban. Ollar maşına minif gedənnən sora yaxınnaşır molluya. Deyir:

– Ə, bədbəx oğlu, bədbəx, bə mən də dədəmə görə saa pul verdim. Ama sən xırda, tezbazar, qısa elədin, bıllara uzun, çox oxudun.

Molla görür ki, işin orası döyül, çoban əlin çomağa atsa, onu vuruf öldürəjəh. Deyir:

– Bura gəl, görürəm ki, sən özün də tez başa düşən adamsan. Mən sənin atanı da tanıyırdım. O da tez başa duşəniydi. Bılların da atasını tanıyırdım. Çox gej başa düşən adamıydı. Onçun onun Quranı uzun-uzadı çəhdi.


SƏN ADDA OĞLUM ÖLÜB
I mətn

Deyir, ata-bala gedillər qonaxçıya. Bılar həriyə bir qav yayma qoyullar da. İndi bı uşax birəz bijdih işdədir. Bının qırağınnan belə-belə qaşıyır, götürür, yeyir. Kişi də elə bilir ki, yayma soyuxdu. Kişi vırır qaşığa polnu, yeyəndə kişinin gözünnən yaş axır, ağzı yanır axı, ofşim, birtəhər udur. Oğlu deer, dədə, niyə ağlıyırsan? Deyir, sən adda oğlum ölüf, ona ağlıyıram. Oğlu eliyif axı bını.


II mətn

Evə gələn qonağa sütdü aş bişirillər. Bu da bilmirmiş dayna sütdü aş ağız yandırır. Qaşığı dolduruf ağzına qoyanda gözünnən yaş gəlir. Deyir, görən bu əvi neçiyə tihdirmisınız? Da bilmir ki, bi üfürə, ya bir səbir eliyə. Ya gərəh üfürəsan, ya da səbir eliyəsan soyuya. Sütdü aş ağız yandırar.


DƏDƏN SAĞ-SAĞ EVDƏ OTURMURDU
Birinin dədəsi ölmüşümüş, sora nənəsi ölür. Qəbri böyür-böyürə qazmışımışdar. Elə olur ki, bı qəbirdən o qəbrə nəsə bir az xod açılır da. Gedillər, oğlunun biri özün atır qəbrə, ənkinə baxır. O birsi deer, ə, nə baxırsan? Deer, qoy görüm dədəm bırdadı? Deyir, gə belə cəhənnəm ol, səysən, dədən sağ-sağ evdə otumurdu, indi görən hansı cəhənnəmdədi.

ALLAH QAÇQINÇILIĞIN ÜZÜNÜ QARA ELƏSİN
Alməmmət kişiynən (yaxınnarda rəhmətə gedipdi) arvadı Bakıya gedillər. Qarşıdan gələn neqrə salam verir kişi. Salam verəndə arvat deer ki, a kişi, o kimidi? Deer, arvat, Allah qaşqınçılığın üzün qara eləsin, göörsən, gətdi bizi Qara Qarayevnən də görüşdürdü.
NİYƏ SƏN O KİŞİYƏ UMUD OLMUSAN?
Savetin vaxdında axı Leninin, Stalinin heykəlləri hamsı şəhərdə olurdu dayna. Biri əsgərrihdən gəlmişimiş. Cavan oğlan. Gətirir çamadanın, ayının-oyunun qoyur Leninin heykəlinin yanında, gedir şəhərə. Gəzir-gəzir, gəlir ki, nə çamadan var, nə ayın-oyun. Deyir, ay başına dönüm, mənim çamadanımı, mənim ayın-oyunumu neynədin? Bını polisdər-zaddar görür dayna. Gəlillər, yığıllırlar, ə, bala, nədi? Deyir, bəs hal belə-belə. Çamadanımı, ayın-oyunumu gətirip bı kişinin yanında qoymuşam, indi də neyniyifsə, mənim ayın-oyunum yoxdu. Gəzillər, onu axırda tapıllar, verillər, aparır, çıxır, gedir. Niyə sən o kişiyə umud olmusan?
DEYİN GÖRÜM KİŞİLƏR HARDADIR?
Qaşqınçılıx təzə düşəndə bir kişi (bilmirəm, ölür, ya durur) hamama getməy isdiyir. Hamam opşiydi də, belə bı opşitellərdə-zadda. Nəysə. Cavan uşaxlar bı kişini alladır, aparıf salıllar kadınnarın hamamına. İçəri girəndə hay-küy qopur. Deyir, yaşdı, qoja kişidi e. Deyir, bajı, çığırışmayın, deyin görüm kişilər hardadı?
CİBİNDƏ DİPLOMU VAR
Bir də bir hazırcavaf kişi varıymış. Deməli, üzdənirax, irax bı sırfadan, həməşə əl ulağıynan işə gedirmiş. Deyir, bizim raykom da başının dəsdəsiynən gəlirmiş. Deyir, gələndə ulax yoldan çıxır əənə, bı özü yoldan çıxmır. Deyillər, ə kişi, hey! Deyir, nə deyirsıız, başına dönüm? Deyir, o ulax niyə yoldan çıxır, sən yoldan çıxmırsan? Deyir, başına dönüm, onun da sizi kimi civində deplomu var.
BİR DƏ ONU BANLADIM?
Hə, bir də deyir, bu kişi xəsdələnmişimiş. Oğlu gəlir deer, a dədə. Deyir, nə deyirsən? Dədə, durum gedim bir çolpa gətirim, kəsim, yeginən. Deyir, ay oğul, bı ölən vaxdımda bir də onu bannadım?
İKİ DƏNƏ QARAÇUXALI
Bir nəfər dokquz aya yoldaşına bir çuxa toxuyur. Biri də bir aya toxuyur. Bunnarın yolu bir gün bir düşür. Bu gedəndə bunun dalıncan bı dokquz aya çuxa toxuyan arvat da durur gedir. Görür yolda bir kişi oturuf. Deer:

– Qardaş, bı yolnan keçənnəri gördün, görmədin?

Deer:

– Gördüm.



Deer:

– Nətəər gördün?

Deer:

– İki dənə qaraçuxalı gördüm.



Bını belə dəəndə arvat əlin vurur dizinə, deer:

– Vay əvi yıxılan canım, mən dokquz ay əzyət çəkif bını toxumuşam, bu da bir aya yoğun-yoğun ilməliyif çıxa toxuyuf. İndi ikisi də oluf qaraçuxalı.


HAİNDİ KTO TAM?
Bir gün bir nəfər bir şəkilinin təzə doğulan uşağını götürüp Rusiyaya aparır ki, bu uşağı burda böyüdəcəm görüm, bu da böyüyəndə haindi deyəjəh?

İllər keçir, uşax yeddi-səkkiz yaşına çatır. Uşağın valideynləri Şəkidən uşağı yoxlamağa gəlillər. Qapının zəngini basıllar. Uşax gəlif qapının arxasınnan soruşur:

– Haindi kto tam?
QOYDUN Kİ, DEYƏM?
Bajım qızı danışırdı. Ölmüşüh gülməhdən. Deyir ki, otumuşdux marşurutda. Bakıda olullar onnar. Deyir, marşurutda otumuşdux, bir də gördüm bir uşax girdi qapıdan. Adam da çoxdu, deyir, bına yazığım gəldi. Bını aldım belə qujağıma, bərh-bərh basdım qujağıma. Deyir, birdən gördüm ki, mana baxıllar, gülüşüllər. Deyir, dedim nətəər yanı, nolufdu ku, mana baxıf gülüşüllər? Deyir, birdən gördüm ki, bı qujağımdakı uşağa da baxıllar. Belə əyildim, baxdım, bir saşdı-sakqallı kişidi, ama xırdaja e, bax bı boyda. Deyir, belə itələdim bını. Deyir, nətəər itələdimsə, deyir dedi ki, niyə məni öldürürsən? Dedim, Allah səni vırsın, bəs niyə demirsən? Deyir, dedi qoydun ki, deyəm? Mən çıxan kimi qucağına aldın məni.
OTUZ İL MALA GETMİŞƏM, BU ƏZİYYƏTİ ÇƏKMƏMİŞƏM
Bizim kətdə Məmməd addı bir kişi varıdı. Bı çox baməzə kişiydi da, lağlağı kişiydi. Bir gün gəlir Tuneldə oturur, orda bir çayxana varıdı. Orda gətirillər bına piti qoyullar. Bı hərriyir-hərriyir, bı heş nə tuta bilmir bının içinnən dana. Su laxı olur. Deyir, a qızım, a qızım, bıraya gəl. Deyir, nədi? Deyir, ala pulunu da verim, götür bını da qavağımnan. Mən bının bircəjin tutuf yeyə bilmədim. Otuz il mala getmişəm, hələ mən bı əzyəti çəhməmişəm. Götür bını.
BEŞ QƏPİYƏ DƏ OLSA...
Deyir ki, biri gedir Zaparoje alıf gətirir. Bu Zaparojenin də matoru arxa tərəfdə olur. Deyir ki, qonşumuz gəlir ki, xeyirri olsun, sağlığınan işdədəsən. Hə, qardaş, buna qışda nə qədər ot yığmax lazımdı? Görməmişimişdər də, maşın-zad. Birinci dəfədi kəndə maşın gəlir.

– Buna qış üçün nə qədər ot yığmax lazımdı, yem yığmax lazımdı?

Deyir:

– Qardaş, bu, heş nə yemir.



– Hə, yaxşı, onda buna nə qədər su ehdiyatı yığmax lazımdı?

– Ehtiyac yoxdu, o, suynan da işdəmir, havaynan soyudur maşını.

Deyir:

– Lap belə, beş qəpiyə də olsa, birin alajıyam onnan.



Guya lap bahalısın alır da, bu.
HAMIYA DIZ, MAA DA DIZ?
Biz tərəfdə bir qalxoz sədri varıdı. Əlinə fürsət tüşən kimi qalxozun fermasını söküp dağıdırdı. Nəysə. Bir gün fermiya yoxlama gəlir görür ki, munun dört dənə erkəyi əskik gəlir. Əskiyə görə bunu divan-dəriyə çəkillər. Sədir işinin fırığ olduğunu görüp əvvəldən prakroru görür. Əlaltınnan ona da dört erkəh göndərir. Prakror da bunu başa salır ki, məhgəmədə sənə nə desələr, sən “dız, dız” de. Qoy elə bilsinnər ki, dəlisən. Sənnən əl çəhsinnər. Helə də olur. Məhgəmədə sədirdən nə soruşullar elə deyir, “dız, dız”! Özünü prakrorun dediyi kimi dəli qələminə qoyur. Elə ordanca munu dəli adıynan buraxıllar.

Deyillər, “Dadanan qudurannan pis olur”. Bu sədir də qalxozun malına dadanıbmış. İşə qayıdan kimi genə başdıyır qalxozu dağıdıb yeməyə. Genə bunu tutullar. Bu dəfə də işini ehdiyatdı tutmağ isdiyir. Prakrora ürüşvət göndərir. Ama prakror götürmür. Köhnə prakrorun yerinə təzəsi gəlmişimiş. Məhgəmə olur. Məhgəmədə prakror sədirə nə sual verir, sədir başını buluyup, “dız, dız”, – deyir.

Təzə prakror da beləsini çox görüpmüş, sədrin fəndini bilip deyir:

– Hamıya dız, maa da dız?



DİNİ ÇIXSIN
Yeməyi bişirif arvat qoyuf yerə. Uşaxlar da ağlıyırmış. Evə qonax gəlipbiş. Adı Diniymiş. Arvat deyif, ay bala, qoy bir dini çıxsın, yanı bu qazan soyusun, verim da. Bir dəfə bu uşağ ağlıyır ki, çörəh ver, iki dəfə ağlıyır ki, çörəh ver, ajınnan ölürüh. Deer, ay köpəyqızı, mənnən ötrü bu uşaxlarını niyə qırırsan? Bu da, Dini. Arvat quruyur, deer, ay qardaş, nə danışırsan? Deer, səhərdən demirsən Dini çıxsın? Bax bu da Dini, çıxıram. Uşağa çörəh ver!
İZ EŞŞƏYIN İZİDİ, FƏND GƏLİNİN FƏNDİDİ
Birinin üş gəlini olur. Bu, yaman zalım olur (qaynana). Bu arvat gedir ölü yerinə. Gedəndə kündəni sanıyır, qoyur, gedir. Qapıya da un səpir. Gəlinin biri eşşəyi minir, gəlir kündələrdən götürür, aparır pişirif yeyillər. Arvat gəlir deyir, iz eşşəyin izidi, fənd gəlinin fəndidi. Bu səfər bunu o ki var döyüllər (gəlinnər arvadı). Arvat ta dili olmur, batır. Elə deyir, lu lu lu lu, lu, lu, lu. Deyir ki, nə deyir? Deyir, deyir ki, böyüh qazanı böyüh gəlinə ver, kiçih qazanı da kiçih gəlinə. Çörəh pişirən, xörəh pişirən qazannarı deyir. Onun qəvirsannıxda deyilənə görə əli belə çöldə qalır. Elə deyir, bilmədim nəynən işdiyir, nəynən işdiyir, nəynən işdiyir? O da deyir, həvəngdəsdəynən işimi elədim, get. Qolun çəkir içəri.
Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin