YALANLAMA
Hədi-hüdü, Koroğlu kosaçı, Əbülqasım zurnaçı ova gedillər. Bullar az gedillər, çox gedillər, çıxıllar bir şama. Şamlıx da qəmişdih olur, bataxlıx olur, ona şamlıx dellər. Gedillər, çıxıllar ora – şamlığa, yorulullar. Birəz oturuf dincəlillər, sudan-zaddan içillər. Onnan sora deellər, durun bir av vırax də. Hədi gedir, tutammır. Hüdü gedir, tutammır. Əbülqasım gedir tutammır. Mən getdim tutdum. Gedif bir donuz tapıllar. Donuzu gətirillər, onnan sora munu qəşəh kəsillər, doğruyullar. Deyillər, hərə bir tərəfə dağılışsın, bir qazannan, bir qabdan tafsınnar. Biri gedir su gətirir, gedir bir altı deşih bir qazan gətirir. O ətdəri doğruyullar, töküllər qazana, suyu gedir, əti qalır. Sora gətirillər süfrə açıllar, əti qoyullar, yeyillər. Yəənnən sora bu sümüyü tulluyullar şama. Qabax şamlıxdı də, şama tulluyullar, deellər ki, durax axtarax görəh... Hədi deer, dur get gəti, Hüdü deer, sən get gəti. Yanı tapax də, genə bir donuz tapax. Gedillər axdarıllar, axdarıllar, heş nə tapmıllar. Görüllər bir dənə donuz çıxdı. Donuzu qavalıyıllar, eliyillər tapammıllar. Görüllər bir dənə palan var. Palanı açıllar, söküllər, orasın-burasın. İçinnən bir Quran çıxır. Quranı oxuyullar, görüllər hamısı yalandı.
ŞƏNGÜLÜM, ŞÜNGÜLÜM, SÜPÜRGƏGÜLÜM
Elə bil bir keçi oluf, həmmeşə ya iki balası olurmuş, ya üş balası olurmuş. Bu dəfə keçinin üş balası olur. Balalarını qoyur bəridə. Deyir ki, balalarım, mən gedirəm dənə, məməmdə süt gətirejəm, buynuzumda ot gətirejəm, ağzımda da sizə ot gətirejəm. Bunların da birinin adı Şəngülüm olur, birinin adı Məngülüm, birinin də adı Süpürgəgülüm. Canavar da bunu bilirmiş. Keçi gedənnən sora canavar gəlir qapını kəsir ki, Şəngülüm, Məngülüm, açın qapını, mən gəlim. Buynuzumda ot gətimişəm, ağzımda su, məməmdə süd gətimişəm. Bular qapını açanda canavar ikisini yeyir, biri qaçır gizdənir, o kiçiyi. Keçi gəlir qışqırır, Şəngülüm, Məngülüm, Süpürgəgülüm, açın qapını, mən gəlim. Məməmdə süd gətimişəm, ağzımda su gətimişəm, buynuzumda ot gətimişəm sizə. Görür səs-sorax yoxdu. Nəysə, daldan-dala qapını açır, balaca balasıdı. Deyir, bəs canavar gəldi o balaları yedi, mən qaldım, qaşdım gizdəndim. Keçi durur gedir, buynuzdarın itilədir. Gedir canavarın yanına. Deyir, mənim balalarımı niyə yemisən? Deyir, yaxşı eləmişəm. Canavar isdiyir keçini yeyə, cuma. Keçi buynuzunnan vırır canavarın qarnını yırtır, öldürür. Deyir, “vay qarnım, vay qarnım”. Deyir, Şəngülümü, Məngülümü yemeyeydın, “vay qarnım” demeyeydın.
LДTİFДLДR
MOLLA NƏSRƏDDİN
MOLLA VƏ BƏY
Rəhmətdih Molla Nəsrəddin gəlif oturmuşumuş. Bir kişi gəlifdi, bulağın üstündə oturmuşumuş, yeyiv, içiv. Heş mollaya demiyiv irəli otur, çörəh yeynən, çay iç. Deyif ki, kətdə nə var, nə yox, molla? Deyəndə bunun da ajığı tutuf dayna. Deyif, nə bilim, Vallah, pişiyiniz ölüf. Deyəndə deyif, o, nə deməhdi? Pişih ölüf. Niyə ölüf ki, pişih? Deyif ki, nə bilim, arvadın irəhmətə getmişdi, o da oğəntər ətdən-zaddan, ehsannan yeyif, dalıncan da o öldü. Ə, nə danışırsan, mənim, deməh, arvadım ölüf? Altı aymış gedirmişdər bınnan irəli, altı aylıx dayna, dağa, arana, Məkgiyə. Altı ay çəkirmiş. Deyif, oğlun öldü, arvat da dözə bilmədi, bağrı çatdadı, arvad öldü. Onun da dalıncan pişiy öldü. Dəəndə, deyif ki, ə, nə danışırsan? Qalxıv ata minəndə, deyif ki, qoy bu çuxamı da qoyum atına, aparınan. Dəəndə deyif, ay molla, o çuxanı mən kimə verəjəm? Bu haynan gedirəm. Deyiv, çuxa öz-özünə gedəjəh? Deyif, ay molla, dəlisən, cinnisən, öz-özünə çuxa yeriyər? Deyif ki, özüm də içində olajam, hara lazımdı, gedəjəm. Onnan sora onu götürüf tərkinə aparıf, gedif görüf, hamısı da yalandı. Onu alladıf heylə molla.
MOLLANIN DƏN ÜYÜTMƏSİ
Bir dəfə irəhmətdih Molla Nəsrəddin dəyirmana dən aparırmış üyüdə, gələ. Arvat deyif ki, başına dönüm, molla, o dəni orda savır ver dayna, elə heylə zirri-zibillidi. Gedir bu, dəni üyüdür, gəlir. Yolda yadına düşür ki, arvat belə demişdi. Düşür, başdıyır unu savırmağa. Üzdən irax, zil qara ulaxlardı, bunun hamısı olur dümağ ulax, dayna. Görür kü, ulaxları yoxdu. Ay aman, ay haray. Bunun hüşü kəsmir ki, bu özümündü. Həə, nəysə, axırı ki, axdarır, bu, ulaxların tapbır. Orya, gedir, burya gedir. Deyillər ki, ay Molla Nəsrəddin, bu sənindi dana. Deyif ki, yox e, mənimkilər qareydi. Deyiv, onda boşda, sən də dalıncan gedinən. Bir heylə başa salıflar. Başa düşmüyüf. Gəlif hamısı. Arvad çıxıf görüf, molla dümmağ. Ay kişi, üsduna od ələnsin, bu nədi? Deyir, bəs, dən yadımnan çıxdı, savırmadım, unu savırdım. İndi də bu, ulaxları itirmişəm. Deyif, bu özümüzün ulaxlarıdı dayna. Unu savırıf, bıde, xaşaları da atmısan üsdərinə. Unun hamısı gedif küləhdə. Başına döndüyüm eylə məzəçi kişiymiş e. Deyir, yaxşı kişi oluf, ona söyməh olmaz.
MOLLANIN MAHNISI
Deyir ki, bir gün ölkəyə təzə patşah gəlir. Bu da musiqi həvəskarıymış. Əmr eliyir ki, kim yaxşı oxuyur, gəlsin oxusun, opşim, ona ənam verəjəm. Molla da bir-iki dəfə hamamda zümzümə eliyifdi. Hamamda axı səs bir az yaxşı yayılır. Elə bilirmiş ki, oxuya bilir. Həə, nəysə, nööbə gəlif buna çatanda, deyillər ki, hə, buyur, oxu. Deyir ki, yox, mən gərəh hamamda oxuyam. Buna deyillər, sənin başın xarab olub? Şah durub gedəjəh hamama? Deyir, onda bir boçqa gətirin, heç olmasa, yarısınnan su olsun, başımı salım orda oxuyum da. Boçkanı gətirillər, yarısı su. Molla biraz orda çığırır, görüllər ki, ə, bu oxuyan dəyil, elə-belə şeydi. Şah əmr eliyir ki, əllərinızı isdadın o suynan – boçkanın suyuynan, mollanın kürəyinə vurun. Mollanı soyunduruf, kürəyinə vırıllar. Vırdıxca Molla deyir: “Allah, saa şükür. Allah, saa şükür”. Şah deyir: “Ə, saxlıyın, əlinıızı saxlıyın. A kişi, nəyə şükür eliyirsən?” Deyir ki, ona şükür eliyirəm ki, qibleyi-aləm, yaxşı ki, siz hamama getmədıız, əgər hamamda oxusaydım, hamamın suyu qutarmazdı. İndi bu yarım boçkadı, qutarajağ axı.
MOLLANIN AŞPAZLIĞI
Bir dəfə də deyiflər ki, bir paççah var, yaxşı şeyləri xoşduyur. Yaxşı yeməhləri xoşduyur. Molla da fikirrəşir, sarımsağı əzir, qatır bala, aparır. Şah baxır, dihsinir də. Əmr eliyir ki, bunun hamısını sən yeməlisən. Onda da şükür eliyir. Deyirlər, əşşi, nəyə şükür eliyirsən? Deyir ki, mən bunu böyüh ləyəndə eləməh isdiyirdim. Nə yaxşı az eləmişəm.
SƏHV YAĞ KÜPƏSİNDƏDİ
Bir gün də mollanın bir sənədi varımış. İsdiyib paççaha apara, ona qol çəhdirə. Nəysə, bir küp torpağı yığır, üsdünnən də elə bil ki, bir banka bal tökür üsdünə. Yağınan balı qatır, tökür onun üsdünə. Aparır, sənədə qol çəhdirir. Qayıdıf, düşüf gedəndə, belə eliyif, görüllər, bunun altı torpaxdı. Az töhmüşümüş balı. Çıxır ordan, deyir, molla qardaş, qayıt, sənətdə səflih var. Onu düzəldim də. Deyir ki, sənətdə səflih yoxdu. Səhf yağ küpəsindədi.
MOLLA NƏSRƏDDİNİN FIRILDAĞI
Molla Nəsrəddin də, deməli, özün korruğa vırıf gedif çayın qırağında otumuşumuş. Bir kişi də ayləsiynən qavağında əl ulağı gəlirmiş. Bı da özün korruğa vırmışımış. Arvat deyir ki, uy, ay kişi, ay kişi, sən Allah, bı kor yazıxdı, bını da qoy eşşəyin belinə, addadax o taya. Götürüllər, o taya addadanda kişi isdiyir bını eşşəhdən düşürə, qışqırır ki, ay camahat, eşşəyimi əlimnən aldılar, gəlin, hay. Hay düşür, millət yığılır. Deyillər, a kişi, bax belə-belə, yazığım gəldi, mindidim eşşəyə addatdım, indi deer eşşəh mənimdi. Nəysə, o vaxdın hökümətinə salıllar, əl ulağın bir dama qatıllar, arvadnan kişini bir dama, Molla Nəsrəddini də bir dama. Gedillər ki, ulax, dilsiz-ağızsız ulaxdı, için çəkir. Gəlillər ki, Molla Nəsrəddin də fırranbaja oynuyur, deyir, nə vejimədi, ya arvat mənimdi, ya eşşəh. Gəlillər kişiyə deyillər, ya arvadı ver, ya eşşəyi ver. Kişi məjbur olur eşşəyin alır, götürür, gedir. Molla Nəsrəddin də həyleymiş.
ÖRKƏNİN ÜSDÜNƏ DARI SƏRMİŞƏM
Həə, bir də deermişdər ki, biri mollaya deyir, örkənını ver, ulağı alıxlıyım. Deyir, örkənin üsdə darı sərmişəm. Deyir, a kişi, örkənin də üsdə darı sərilərmi? Deer, bəs vermirəm nətəər olar?
QATIRÇININ QATIRINI ÜRKÜTMƏ!
Bir də ulağnan getmişimiş oduna. Gedir, çıxır bir ağacın putağının başına, qayıdıp kökün kəsir. Bir oğlan da gəlir, deyir ki, ay əmi, ay başına dönüm, dəlisən, başına at vırıf? O ağacı bir yol vırassan, iki yol vırassan, o pudax yıxılajax, həs-pəs olassan, öləssən. Deyir, yolunnan çıxıf gedəmmirsən? Nə dərdina qalıf? Bı çıxır, gedir. Bir balta vırır, iki balta vıranda şingilimliyir, dəyir təpəsi-gözü, qızıl qana bılıyır, durur düşür bı oğlanın dalına. Deyir, sən öl, bı, ya Allahdı, ya Allahın bayısı oğludu, mənim ölümümü bilir (bərkdən gülür – top.). Durur gedir, ha majal, yavaş get, görür ki, bı kişi qızıl qandı. Deyir, hə, bajıoğlu, ya sən Allahsan, ya Allahın bayısı oğlusan. Mənim ölümümü bilirsən, deyir. Deyir, əşi, Vallah, nə Allah dəyiləm, nə Allahın bajısı oğlu dəyiləm. Bax sən ordeydin, mən də belə dedim. Deyir, yox e, deyejəhsən. Deyir, get ulağı ühlə, yoxuşun başınnan çıxart, ötür yuxarı, gessin əvə sarı. Onda sənin vaxdın tamam olur. Get qəbirsannıxda bir boş qəvir tap, gir qəvirə. Ulağı yühlüyür, başın-gözün sarıyır, çıxardır ötürür evə sarı, gedir. Gedir girir qəvrə. O vaxdın da tacirrəri hamı qəlfə-qatır ühlüyüf şüşə-müşə gətirirmiş. Bı da tez-tez qəvirdən belə başın cıxardırmış, deermiş, görüm neyliyillər. Qəflə-qatır ürkür, bı şüşəni təmiz qırır. Bını tutullar okqədir döyüllər ki, ta ölüm-zulum eliyillər. Boşduyullar. Gedir. Deyillər, molla, ölmüsən, o dünyada nə görmüsən? Deyir, camaat, o dünyada vay o adamın halına ki, qatırçının qatırın hürküdə. Molla Nəsrəddin də bax haylə olur.
TALE MƏNƏ GÜLMƏDİ
Molla bir gün ova gedir. Gələndə qavağın kəsillər. Görür ki, boş gəlir. Deer ki, molla, nə vurdun? Deer ki, çox vırmışam, üş dənə dooşan. Deer, birin vurdum, tühlərini qabartdı, birin vurdum, dişlərini ağartdı, birin də vurdum, heç özü bilmədi, birin də vurdum, taleh maa gülmədi. Boş gəliv e.
SƏSİ SABAH ÇIXACAQ
Deyir, biri oğurruğa gedirmiş, oğurruğ eliyirmiş. Biri görüfdü ki, dayna kəsir bışqıynan. Deyiv, ay bala, nə qayrırsan? Kəsən də deyif ki, kamança çalıram. Deyiv, bə nətəər kamança çalırsan ki, səsi çıxmır? Deyir, səhər çıxajax səsi. Yanı oğurruğdu da, hay düşəjəh səhər.
MOLLA VƏ OĞRU
Deyir, Molla Nəsrəddin bir gün səhər duruf kin, bəs qapını açıf, bılların malın, heyvanın yığıf aparıflar. Bı tanış-biliş eşidif gəlillər Mollanın yanına.
Biri deyir:
– Qıfılın yekəsin vureydin, molla adamsan.
O biri deyir:
– Bəs barını hündür tihdireydin.
Biri deyir:
– Qapını dəmir eliyeydin, bərk saxlıyeydin.
Gələn bını günahlandırır. Molla bezif deyir:
– Ə, nolar, heç olmasa, biriniz deyin ki, oğru, qılçan qırıleydi, gəlmiyeydin Mollanın qapısına.
NƏ VAR BUNLARIN İÇİNDƏDİ
Bir gün dosdar yığışır deer, gəlin mollanı ələ salax. Görəh neyniyəjəh. Deellər, molla, yığış gəl bizə. Qonax çaarıllar. Hamımız bir isdolda oturax, bişirəh, yeyəh. Bu gətirir qabaana ot qoyur. Buğda çıxır ey, heylə bir ot yolur, gətirir qoyur qabaana. Bu da deer ki, yəqin yeməh-zad bişif, nəysə gətirəjəh ev yəəsi. Molla belə baxır, baxır, deer, bu nədi? Boşqavlar da düzülüf hamısı. Deer, bəs bu nədi, niyə belə elədin? Deer, nəyi niyə elədin? Bunnan un da çıxır, çörəh də çıxır, onnan sora aparırsan, bişirirsən, olur hər şey də. Göydən-göyərtidən, otdan da buğda əmələ gəlir də ona görə. Deer, eybi yox, siz maa indi kələh gəldıız. İndi görün mən sizin başııza nələr açaram. Bir müddət keçir, molla deer, ay dosdar, yığışın gəlin bizə, bir qonaxlıx verəjəm. Gəlillər, oturullar. Deellər, yəqin bu ədəb-ərkannan qonaxlıx verir. Boşqaflar da düşür, gətirir qabaxlarına mev çubuğu49 qoyur, isdolun üsdünə. Deer, göturün yeen də. Deer, bu nə deməhdi bəs? Deer, bəs siz mənim qabaama ot qoyanda yaxşıdı? Bax bu həm üzümdü, içinnən şərab çıxır, doşaf çıxır. Nə var bunnarın içindədi... Molla Nəsrəddinin belə çox şeyləri var.
DOQQUZU QALACAQ
Bir gün Teymurləngin məclisində söhbət düşür. Teymurləng deyir ki, mən nə qədər eliyirəm, bildirçin tuta bilmirəm. Bildirçin lazımdı. Hər kim mənə on dənə bildirçin tutsa, ona çoxlu qızıl verəjəm. Molla deyir ki, mən tutaram. Nəysə, Teymurləng deyir:
– Tuta bilməzsən.
Molla deyir:
– Tuta bilsəm, mən tuta bilərəm.
Bulların arasında mübahisə yaranıf.
Teymurləng deyir:
– Deyirsən, tuta bilərəm. Eybi yoxdu, mən saa bi gün vax verirəm. On dənə bildirçin tut, gəti maa. O on dənə bildirçin ağırrıxda mən saa qızıl verəjəm.
Həə, nəysə, Molla gedir bildirçin tutmağa. Nəkqədər bildirçin qaçır, bu qaçır, neyniyir, tuta bilmir. Axşamçağı olur. Bir nəfər kişi görür ki, Molla qaçır bildirçinin dalınca, tuta bilmir. Bu kişi Molluya baxıf deyir:
– Ay Molla, niyə qaçırsan qan-tər içində?
Deyir ki:
– Bəs, bildirçin tutmax isdiyirəm.
Bu kişi deyir:
– Neçəsin tutmusan?
Molla qayıdır deyir:
– Bunu tuta bilsəm, dokquzu qalajax.
ALTINDAKINI SAYMIRSAN?
Deyir, molla bir dəsdə eşşəh alır, eşşəyi gətiriv otarırmış. Tez-tez də eşşəhləri sayırmış. Eşşəyi miniv aparıllar, minəndə sayırmış, biri əskih çıxırmış. Eşşəyi düşüb boşduyurmuş, sayırmış, düzəlirmiş. Deyirmiş görən bı nədən əmələ gəlir? Soora bir çovan gəlir deyir ki, ay kişi, eşşəyi minirsən, altındakın saymirsən, eşşəhdən düşürsən, onda altındakin sayirsən. Həə, belə-belə, Molla Nəsrəddin də yüz oyun çıxardırmış da.
BALTA QINI
Bir dəfə bir çəhmə tayı tapıf gətirillər. Deerlər, ay Molla, bax bı nədi? Biz bını tanımırıx. Deer, mən bını ayrı şeyə oxşatmıram, bı, ancax balta qınıdı. (Gülür – top.)
BU DÜNYA MƏNƏ DAĞ ÇƏKİB
Bı Molla Nəsrəddin qonax gedir. Bına xaşıl bişirillər. Bu Molla Nəsrəddinnən yanındakı ev sahibi – o ikisi bir qabdan yeyirmişdər. Nəsə, görür ki, elə bı yağı axıdır öz tərəfinə. Bı yeyir, Molla qalır belə. Deyir ki, bı dünya elə bir dünyadı, bax mana belə-belə dağ çəkifdi. Həylə eliyir ki, bı yağ öz tərəfinə gələ. Yağ gəlir Molla tərəfə, Molla da yeyir. (Gülür –top).
BAYAQ SƏN YEYƏN KİMİ YEYİRƏM
Bir gün mollanın evinə bir qonax gəlir. Molla gətirip məcməyidə tut qoyur qonağın qabağına. Qonax yaxasınnan bir sancax çıxardır, başdıyır sancaxla tutu yeməyə. Molla məətdəl qalır. Özünü ələ ala bilmiyip, soruşur:
– Ay qardaş, sən niyə tutu sancaxla yeyirsən?
Qonax deyir:
– Biz mədəni yeyirih.
Molla pərt olur. Ama özünü sındırmır. Durur, yan otağa keçir. Qapının arasınnan başdıyır qonağı güdməyə. Görür ki, qonağın hövsələsi çatmır tutu axıra kimi sancaxla yeməyə. Tək qaldığını görən kimi sancağı yerə qoyup başdıyır tutu xışmalıyıp ağzına doldurmağa.
Molla bunu görür, təzdən qonağın yanına gəlir. Qonax da mollanı görən kimi tez sancağı götürür əlinə, genə tutu sancaxla yeyir.
Molladan soruşur:
– Siz tutu nətəhər yeyirsiz? Siz də bizim kimi sancaxla yeyirsiz?
Molla deyir:
– Yox, bayax sən yeyən kimi yeyirih.
BƏHLUL DANƏNDƏ
BƏHLULUN BƏXŞİŞİ
Bəhlul paççahdı, ama bu qardaşı Danəndədi də. Bəhlul deyif, hər kəs görsə ki, Danəndə gülür, mana gəlsin desin, ona muşdulux verəjəm. Munnan soruşullar, niyə gülmürsən, sana nooluf? Dünyanın varın-döölətin sənnən almıyıflar, niyə belə? Deer, qardaşım çox pisdih eliyif, habelə qorxuram ki, munun ezavını mənnən çıxallar.
Günnərin bir günü bir paççah Bəhlulu toya çağırır. Deer, ə, qardaş, gə, gedəh. İndi bu vəzir, vəkil – hamısı atdıdı. Bu da bir qarğı qoyur qıçının arasına, gedir. Deer, ə, qardaş, at minginən. Deer, hər kişinin öz atı var, sür get. Gəldilər çıxdılar bir qəbirsannığa. Qəbirsannığa gələndə Danəndənin bir yay-oxu vardı. Hərrədi, bir qəbrin başına atdı. Bəhlul dedi ki, dillənmiyin, dəliliyi tutufdu. Gördü ki, burdan oxu atdı, o tərəfdən çıxdı. Sora birin də atdı, qəbir aralaşdı. Kəlləni çıxartdı, bir ox atdı. Bu qulaannan atdı, bu tərəfdən çıxdı, munun kimi. Bir qəbri eşdi, bir kəllə çıxartdı. Qoydu qəbrin üsdünə. Baxdı ki, doludu. Tez bunu sildi, bir qulana bağladı, qoydu bura, bu daldan asdı. Qarğını mindi, bullarnan getdi.
Gələndə bu paççahı çəkillər başa – əynə-bəynə. Bu gəldi əyaxdan otdu. Deellər, paççah sağ olsun, bu qardaşına deynən... Deer, dəymiyin, otuduğu yerdə qalsın. Tay elə bilillər dəlidi bu. Dəlidi? Dəyil. Çörəh-zad gətdilər. Yedilər, işdilər. Danəndə gətirif ətdən-zaddan yığır kuloka, qoydu cibinə. Dedilər, dəymə, dəlidi. Elə bilillər dəlidi. İndi nəmər yazılır. Paççah gətdi, bir onnux saldı. İndi o birsi də bir onnux nəmər yazdırdı. Dedi, indi badnosu gəti buruya. Ev yəəsinə dedi. Badnosu gətirir, gətirəndə deer, çəkiş də gəti. Gətirir. Vurdu, bir ləl axdı töküldü badnosnan bir oldu. Ləl beyinimiş dayna. Ləl şağğ elədi töküləndə, bu qardaşı öldü elə bil. Dedi, əə, gərəh bizə verəydi, muna niyə verdi? Dedi, götü, məəm də nəmərim budu. Ləldi – bir ölkəni satın alan şey verif buna. Hə, indi qalxdılar əyağa. Sağ olun, sağ olun durullar. Qarğı atı minəndə, camaat muna baxır ki, minir də. Deyillər, qardaşın niyə qarğını minir? Deer, dəymiyin, onun dəlisi tutuf. Dəlisi tutanda qarğını minir. Qarğını sürdü, gətirdi. Kətdən çıxanda, üzdən irax, bir sürü it varıdı. Bu yanındakı torbanı aşdı, töhdü bunnarın qabaana. Burda bir boğuşma oldu, o, onu boğdu, öldürdü, mu munu boğdu, öldürdü. Hayıfsılandın, deer, həmən kəllədən ləl töküləndə? Bax siz həmən itsıız, boğuşajeysıız yeməyin üsdündə. Bax yığdığıın üsdündə el boğuşajey. Tafdığını ye, tafmadığını da qoy başının altına. Getdilər. Bu səfər dedi ki, hansınız görsanıız ki, bu gülür, mana dəərsiz. Getdi bir ət almağa. Gördü ki, keçini keçi əyağınnan asıflar, qoyunu qoyun əyağınnan. Əlini-əlinə vurdu, ha, ha, ha. Mən də elə bilirəm ki, kim nə eləsə, onun başına qoyullar. Qaça-qaça gəlif Bəhlula dedilər ki, Danəndə güldü, özünnən getdi. Muna yaxşı ənam-zad verillər. Deer, qardaş, nə yaxşı güldün? Deer, qardaş, elə bilirdim, elədiyin əməllər mənim boynuma töküləjəh. Ona görə güldüm ki, sənnən uzağam. Keçini keçi əyağına, qoyunu qoyun əyağına asıflar. Dedi ki, bax var yığsan, üsdündə ellər heylə boğuşajey.
VAR-DÖVLƏT TOPLAMAĞIN AXIRI
Bəhlul Danəndə qardaşı xəlifəynən otumuşdu bir məclisdə. Bəhlul Danəndə də qapı tərəfdən oturmuşumuş. Yeməh gəlir, yeməh gəldikcə Bəhlul Danəndə götürür yeməyinnən tulluyur çölə. İtdər, pişihlər bir-biriynən yeməyin üsdündə boğuşurdu. Bağdad Xəlifə deyir, Bəhlul, nə oyun çıxardırsan? Deer, nə oyun çıxardajam? Yeməyimnən o itdərə, pişihlərə atıram ki, sən baxıf biləsən ki, var-dövlət toflamax pisdi. Öləjeyih, bizə qısmat olmuyajax. Bax heyla varın üsdə dalaşajaxlar. Onu sana görsədirdim.
BƏHLUL ÖZÜNÜ NİYƏ DƏLİLİYƏ VURUR?
Bir gün də bir qarğı minif gedirdi Bəhlul Danəndə. Bir dosdu qarşısına çıxdı. Dedi, Bəhlul, bəs sana heş layıx döyül, niyə qarğını minmisən? Deer, əşi, qardaşım Bağdadi-xəlifə çox füğan eliyif, mən özümü dəlilih hərəkətinə qoyuram ki, məni öldürməsinnər, onun intiqamını mənnən almasınnar. Desinnər ki, dəlidi.
SİZ YALAN DANIŞIRSIZ
Bir gün Bəhlul Danəndəynən qardaşı yasa getməli olurlar. Yola çıxası olullar. Deer, mən siznən getmirəm. Deer, ə, nətəər yanı getmirəm? Deer, sən qardaşım Bağdadı-xəlifə dəəlsən? Mən siznən getmirəm. Siz yalan danışırsız. Deer, nətəər yalan danışırıx? Deer, gedəndə deersiz ki, Allah rəhmət eləsin, axır qəminiz olsun. Mən də onu demirəm. Mən deerəm sən də öləjən, mən də öləjəm, o da öləjəh. Mən belə deerəm. Siz də deersiz ki, axır qəminiz olsun, olur yalan.
ARVADA ETİBAR ETMƏ, DOSTA BEL BAĞLAMA
Bəhlul da ağıllı bir adam oluf. Bəhlulu Cunun deyəndə dəli cavaf verirmiş, Bəhlulu Dananda deyəndə xeyirri cavaf verirmiş. O da heylə bir savatdı adam oluf. Quvvəli adam oluf. Dəli adını özü götürüf. Dəli döyülmüş. Deyir, yolun içində oturmuşumuş, küldən üş belə təpə qayırmışımış. Qardaşıynan bir vəzir gəlir. Deyir, ə, bı qardaşın bırda nəyə oturuf? Ə, deyir, nəvilim, dəlidi, gə keçax, gedax. Deyir, yox, salam verəjəm bına. Salam verir ədəb-ərkannan, salamın alır. Deyir ki, Bəhlul Danəndə, nə oturmusan burda? Deyir, vəzir, sağ olsun, bı kül təpələrin satıram. Müşdəri axdarıram. Deyəndə atdan düşür. Bı Bəhlul qardaşına deyir ki, sən atdan düş, mən də atdan düşüm. Görüm bı külü neçiyə verir? Deyir, bax bı bir abbası bıdı, iki abbası o, üç abbası da bı. İndi hansın alırsan, al. Deyir, birinci abbasını de, nə məksətnən maa satırsan? Onu de. Deyir, abbasını ver, deyim. Abbasını alır, külü dağıdır. Deyir, bax bını sana satıram onnan ötəri ki, heş kəsə ürəyinı vermə. Heş kəsə, qardaşın ola, bel bağlama. Deyir, başqası yoxudu, deyir, yox. Deyir, bə bı, nejə? Deyir, pulu ver, deyim. Bını da dağıdır. Deyir ki, arvada etivar eləmə, nə qədər gözəl olsa da, etivarrı olsa da, etivar eləmə. Bını da dağıdır. Üçüncüsünü də alır. Deyir ki, dosda bel bağlama. Qardaşdan başqa heş kəsə bel bağlama. Ancağ qardaşını isdə. Bı vəzir də bütün qohum-əğrəbəni atmışımış, şahı özünə qardaş tutmuşumuş. Bı da alır, gəlir. Gəlir, şah deyir ki, vəzir, mana bir qoş veriflər, bir gözəl qoşdu. Apar onu saxla, fılan bayram gələndə, gətir, onu kəsax. Vəzir gətirir, deyir, yaxşı. Qoçu gətirir. Qoçu gətirir, aradan bir az keçəndə xəvər göndərir ki, şah sağ olsun, qoç itif, qoç yoxdu. Çağırır, deyir, qardaşımsan, qardaş demişəm, qoç itifdi nədi? Səni dara çəkərəm. Qoçu tap, gətir. Deyir, əşi, iki qoş gətirim, on qoş gətirim. Deyir, sana deyirəm, o qoş gəlməlidi, yoxsa dilinnan dara çəkəjəm. Axı dünən bına qardaş demişdi. Qardaş dedığı bir qoşdan ötürü bını dara çəkir. Deyir, yaxşı, gediv axdarım taparam. Deyir, həə, mənim qardaşım olsaydı, qoçu keçərdi. İndi bı, yad oğludu. Qardaşımı atmışam, bını tutmuşam. Bir qoşdan ötürü dilimnən dara çəkir. Bını sınıyır, bı belə çıxır. Arvat da, bir gözəl nökərrəri varımış. Görür, bı arvat bı nökərinən elə maraxlıdı. Sınıyır arvat da yaxşı olmur. Üçüncüsü də belə olur. Onda gəlir, şaha deyir ki, Bəhlulu Dənəndə mana üş kül topası satmışdı. Üçünü də gözümnən gördüm. Onun birincisi sənsən. Qoçun odu durur, bı da sənin qoçun. Bəs sən maa qardaş deyirsən, qardaş, qardaş. On qoş verirəm, bir sürü qoyun verirəm, bir qoçu keşmirsən. Məni dilimnən dara çəkirsən. Ta sana vəzirrih eliyəmmərəm. Hə, belə-belə. Bəhlul Danəndənin də belə tutarrı sözdəri var.
BƏHLULUN QONAĞI
Bəhlul Danəndə bir gün evinə gələndə, görür ki, cır-cındır içində, aj-susuz bir yolçu var. Bəhlul Danəndənin bına yazığı gəlir, onu gətirir evə. Buna ayınnan-oyunnan, Allah verənnən verir, yeyir-eliyir.
Bir gün də deyir ki (bının da qardaşı xəlifə oluf də, Harun ər-Rəşid, böyüh adam olufdu), Bəhlul Danəndə, qardaşın səni çağırır. Deyir ki, qonağım gəlif, gəlsin.
Bəhlul gələnə deyir ki, get, denən qonağım var, gələ bilmirəm. Xəlifə yenidən adam göndərir, qonağın da götür, gəl. Bəhlul Danəndə məjbur oluf, qonağı da aparmalı olur. Deyir ki, bax, ay qonax, keçif yuxarıda oturma, söz vermiyincə, danışma, mənim işarəm olmadan, əlini uzatma. Yanı qonaxlığa uyğun qaydaları bına öyrədir.
Bu da nə bilsin, ömründə görmədiyi yerdi. Gəlif keçəndə Bəhlul Danəndəni qoyur qapının ağzında, keçir yuxarı. Bəhlul görür ki, bı gəlif laf yuxarıda oturdu. Gələnnər gəldihcə, bu biraz aşağı, sivrilə-sivrilə gəlir, laf aşağı keçir. Yanı məclisdə yerin bilmir. Ortıya yemişmi, qarpızmı gətirillər. Guya indi bu xəlifənin pıçağı yoxdumu bıra qoymağa. Bunu kəsməyə gələndə bı qonax tez civinnən qəşəh bir pıçax çıxardıf deyir:
– Bıdey, məndə pıçax var, alıyın, kəsin.
Xəlifənin pıçaxdan xoşu gəlif, deyif ki, bı mənim sarayımnan oğurranan əşyalardan biridi. Bı elə axdarışdaydı. Hə, deməli, oğru bıdı də. Bını bı oğurruyuf.
Bunu salıllar içəri. Bəhlul Danəndə yalvar-yapış eliyir ki, bı, mənim qonağımdı. Bəs adətimiz-ənənəmiz var. Bı, bizə gəlif, qoy bir gejə bizdə qalsın, səhər aparın, asın, öldürün, özünüz bilərsiniz.
Xəlifə deyir:
– Bəhlul Danəndə, apar, ama dilınıı dimməz qoy. Bını başa salma.
Bəhlul Danəndə deyir:
– Yox, adət var.
Bəhlul Danəndə qonağı evinə gətirir. Deyir:
– Ə, kişi, mən saa nə dedim, sən nə özünü ortuya atmısan?
Qonax deyir ki, mən nə bilim, bilmədim.
Bəhlul Danəndə deyir:
– Orda səni edama çəhməmişdən qavax, məhgəmə qurulanda denən, xəlifə sağ olsun, bilmirəm məni asdır, neynirsən elə. Ama mənim də ürəyimdə arzum qalmır. Deyəjəhlər, nə arzu? Denən ki, uzun illərdi mənim atamı öldürüflər. Bı pıçax da onun üsdünə sancılı tapılıf, meyidə sancılı. Mən də dərviş oluf düşmüşəm çöllərə, kim harda qarqı kəssə, qamış kəssə, qarpız kəssə, yemiş kəssə, meyvə kəssə, tez çıxardıf verirəm. Deyirəm görüm bına yiyə çıxan kimdi? Qatilimi tanıyım. İndi nə cəza verirsiniz, verin. İndi mən arzuma çatdım. İndi maa yaşamax innən belə heç lazım dəyil. Mən düşmənimi tapbışam.
Xəlifə deyir:
– Ə, kimi tapıfsan, düşməni?
Deyir ki, bir neçə il bunnan qavax, mənim atamı öldürüflər. Bı pıçax da qalıf onun üsdündə sancılı. Mən də bını götürüf düşmüşəm düzdərə ki, qatilimizi tapax, düşmənimizi tapax. İndi xəlifə, sağ olsun, deyirsən, bı pıçax mənimdi, deməli, mənim də atamın qatili sizsiniz.
Xəlifə deyir:
– Bının pıçağın verin özünə, getsin.
Belə oluf.
KƏLNİYYƏT
Dostları ilə paylaş: |