AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə27/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   20   21   22   23   24   25   26   27   28

ALLAH
Qəlbimdə fikrim Allah,

Dilimdə zikrim Allah.

Allah deyən mağmın olmaz,

Yorulup yollarda qalmaz.

Cəhənnəmin oduna yanmaz.

Sahabət, ya Rəsulallah.



Qojamnan eşitmişəm mən, dədə Qojamnan.
OLMAZ
O əziz Ramazan ayında,

Heç orucu yeməy olmaz.

Ərasətdə, qiyamətdə,

Peyqəmbərdən köməy olmaz.

Qılmırsınız, yatırsınız,

Siz günaha batırsınız.

Hər içkini qatırsınız,

Heylə yeyib-işməy olmaz.


Peyğəmbərin dini batdı,

Ahu-ünüm asimana çatdı.

Olmadı Mehti yatdı,

Belə dərdə dözməy olmaz.


Xankişi deyər, bu sözləri

Qan-yaşa batar gözləri.

İtir peyğəmbər izləri,

Kafır yola dönməy olmaz.


BAĞIŞLA MƏNİ
Qədir Allah, səni deyif gəlmişəm,

Dərgahı-Kübrəya bağışda məni.

Ruhu-aləm, nuri cümlə-kainat,

Məhəmməd-aliyə bağışda məni.


Kərəmilə ol Kərəm kar eşqinə,

Mədəf qıl Əhmədi-Muxdar eşqinə.

Əfv et, cümlə ali-əthar eşqinə,

Pənc ali-əbaya bağışda məni.

Pənc ali-əba o beşdəri deyillər. Həzrəti Əli əleyhəssalam, İmam Həsən, İmam Hüseyn, Fatimeyi Zəhra, Məhəmmət peyqəmbər. Dünya yaranmamışdan qabax Allahın nurunnan, öz nurunnan, öz tərinnən cənnətdə yaradıf buları. Dünya yaranmamışdan qabax bular cənnətdeydi. Allah oları bu dünyada insan tərəfinnən dünyaya gətirdi ki, o insannar deməsin ki, yaradıcı olardı. Beş kimsə deyəndə onnar nəzərdə tutulur.
Üz tutuf gəlmişəm sənə ehsanə,

Baxma elədiyim cümlə üsyanə.

Əhli-beyit məhsuma çahar ərkanə,

Əfsadi-Səfaya bağışda məni.


Kəsmə ümidimi Babil Əhmətdən,

Kərəm qıl, fəzl elə lütvi-şəfqətdən.

Rəhm elə, xilas et məni xəcalətdən,

Rəsulu-Əmbiya bağışda məni.



Əmbiya də peyqəmbər nəzərdə tutulur.
Dini-üqbabə qoyma olum zəlil,

Ənvər Hidayətdə ol mənə dəlil.

Biçarə Yasinəm, olmuşam sayil,

Cümlə övliyaya bağışda məni.



Söyləyicinin dediyinə görə, bu qəzəl Yasin Çələbinin kitabda çap olunmamış qəzəllərindən biridir – top.
ALLAHIN DOSTU MƏHƏMMƏD
Allahın dosdu Məhəmməd,

Dinin irasdı Məhəmməd.

Məhəmməd anadan oldu,

Can gəldi, cəsədə doldu.

Məhəmməd oldu o gejə,

Yüz min kafır dinə gəldi.

Ay Məhəmməd, can Məhəmməd,

Canım sana qurban, Məhəmməd.


AY MƏHƏMMƏD, CAN MƏHƏMMƏD
Məhəmməd, faxr eylə möh camalın üzü gül.

Ləvi ləv mərcan, evli-hilalın güldü gül.

Ay Məhəmməd, can Məhəmməd,

Canım sənə qurban, Məhəmməd.



Uşax çox ağlıyanda bunu deyərdim:

Həsbirabbi Cəllallah.

Nuru qəlbi qeyrullah.

Hakı eylə, huzur eylə,

Nuru dilində söylə.

Ay Məhəmmət, can Məhəmmət,

Canım sənə qurban, Məhəmmət.

Söyləyici mətni avazla oxudu – top..
HƏM ƏLİSƏN, HƏM VƏLİ
Həm Əlisən, həm Vəli.

Yerin-göyün ləngəri.

Dadıma yet, ay Əli.

Şiri-xuda, ya Vəli.

Sən kərəmin kanısan.

Aşiqin eyhamısan.

Dərtdilər dərmanısan.

Dadıma yet, ay Əli.


MİR HƏMZƏ NİGARİDƏN SƏTRLƏR
I mətn

Eşqin şanı Qarabağdı məkanım.

Bülbülü-şeydayi cənnət yerimdi.

Ol başdan qara qaşdı bosdanım,

İndi gülüsdanım, qara telimdi.

Yadigarım olsun əhli-sevdaya

Giftari eylər nimaya

Əhli-beyt məsumlara,

Əsali-Nigari bərkü-bəndimdi.
II mətn

Hər bir kəsin var bir kəsi,

Mən bir kəsin yox bir kəsi.

Ey kimsəsizdər kimsəsi,

Mən bir kəsin ol bir kəsi.

Lütfü-ilahinin nəzargahıyam,

Ərbabı-sövdanın qibləgahıyam.

Mülkü-məlahətin padişahıyam,

Xaki-payin paci dilbər sərimdir.
Dildari-dilbarə baki-bərimdir,

Ay Seyid Nigarım, ay Qarabağım,

Vətənim yadıma düşüb, ağlaram.

Yadi-kərim olsun əhli-sövdaya,

Dixtari-dərdimi eyləsin maya.

Şamü-səhər yaxılarsan adlara,

Səbr eylə biçarə, ay günü qarə,

Həlbət ki, dərdinə dərman olacaqdır.



Qəzəli bizə Cəbrayıl rayon, Şahvəlli kənd sakini Maqsudov Məhəmməd Əhməd oğlu təqdim etdi – top.
ƏLİ
Mədət, ey şahi-vilayət, əşədüllahi-Əli.

Yetiş, ey piri-təriqət, hacı-mehman Vəli.

Əli millətidi silsiləyi-lütvi əzəldən,

Əlimi çəkərəm şamü-səhərdən,

Allah, bizi ayırma şahın şahı Əlidən,

Allah, bizi “dur” eyləmə övladi-Əlidən.



Qəzəli bizə Cəbrayıl rayon, Şahvəlli kənd sakini Maqsudov Məhəmməd Əhməd oğlu təqdim etdi. Onun dediyinə görə, qəzəl Hacı Qasım Çələbiyə aiddir – top.
ÇƏLƏBİLƏR
Qadir Allah, qədrini bilmişəm.

Başda bir qaya Kərbəla olmuşam.

Yaşın Çələbinin, Teyfur Çələbinin gül camalın

Çayçı İsmayılın dükanında görmüşəm.



MÖXTДLİF MДZMUNLU ŞEİRLДR
LƏLİ
Arif ziba görsə, lələ meyl etməz,

Gösdərmə gəl, sərraf, bir gözəl ləli.

Qur nizam-tarazı, tap isbatını,

Bir gözə gözəl qoy, bir gözə ləli.


Açmışam baharı yasəmənimlə,

Yad etdim gül, çiçəh, ya səmənimlə.

Öləndə sən batma yasə mənimlə,

Dilinlə oxşasa bir gözəl ləli.


Qəm, dəm dolu qoşa, bu ikisini,

Qatma ədva cəm bu ikisini.

Alı gözəl bildi bu ikisini,

Bir gözəl Məhəmmət, bir gözəl Əli.


OLMAZ
Sir vermə nadana, üz vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə.

Ot bitər kök üsdə, əsli nəisə,

Yavşan bəsləməhlə çəmənzar olmaz.


Vəfalıya əmək çəhsən, itirməz,

Bədəsil öyüt, nəsihət götürməz.

Qabax tağı tər şamama yetirməz,

Göy söyütdə heyva olmaz, nar olmaz.


Özünnən kiçiyi işə buyurma,

Sözün yerə düşər, bir miqdar olmaz.

Hə kar görürsən, öz əlinlə gör,

İnsan öz işində cəfakar olmaz.


Təhlif olummamış bir yerə varma,

Nər olmaz meydanda hər bığıburma.

Seyraqub adama sən yaxın durma,

Onda namus, qiryət, düz ilqar olmaz.


Özünnən böyüyün saxla yolunu,

Düşən yerdə soruş ərzi-halını.

Amanat-amanat qonşu malını,

Qonşunu yox isdiyən, özü var olmaz.


Soruşsan, Qul Abbasın halı necədi?

Gündüzdəri ay, qarannıx gecədi.

Sərv ağacı hər ağaçdan ucadı,

Əsli qıtdı, budağında bar olmaz.


ÇƏYİRTKƏ
Giley-güzar dəmbərəgöz çəvirtgə,

Əyağı əyri, bədəni düz çəvirtgə.

Çəvirtgə gəldi yalmana-yalmana,

Dindirəndə hopbulup çıxdı şalmana.

Çəvirtgənin özü osmanlıdı,

Aranı qarışdıran bir nəfər iranlıdı.


KEÇİ
Qantəpərdən yiyən vaxdı,

Kefin vurur yüzə, keçi.

Kim deyir ki, sən fağırsan,

Nə pis-pis baxırsan.

Bosdannarı tərgimirsən

Oğul gərəh dözə, keçi.

Namıs-arı atannarın

Pendir tutuf satannarın

Vaxsız təkə qatannarın

Bığlarına çezə, keçi.


HEYVANLARIN BƏHSİ
Keçi diyər, mənim adım Kərimdi,

Qavala çəkilən mənim dərimdi.

Yühsəh, yühsəh qayalarım var mənim,

Şeytan, şeytan balalarım var mənim (Gülür – top.).


Dəvə deyər, heç heyvan götürməz mənim yükümü,

İgid oğlan çəkə mənim ipimi.

Uzağ-uzağ mənzillərim var mənim,

Uca-uca balalarım var mənim.



Digər heyvanların sözləri söyləyicinin yadından çıxıb. Şeiri nənəsindən eşidib – top.
OVÇU PİRİM
Deyir,Ovçu Pirim gedif çıxır Murov dağına.Deyir:

Murov, sənnən, Murov, sənnən,

Getməz qar, qırov sənnən.

Yüz ilin ovçusu oldum,

Vurmadım bır ov sənnən.
KƏLBƏCƏR
Deyir, dolu vırmış selə düşdü,

Dolu vırmış bağa döndü,

Düşdü selə Kəlvəcər.

Xallı İblisin felinnən

Keşdi ələ Kəlvəcər.

Ürəh şişgin, qəfəsim dar.

Ömürdə də az vədə,

Usda-usda yorur məni,

İldən-ilə Kəlvəcər.

Sərkərdələr, başbilənnər

Sirrini verdi çölə.

El xeyrinə olan daşı,

O, əvvəl atdı gölə.

Sol əl töhdü sağ gözünü,

Kor qoydu bilə-bilə.

Haxsız düşdü nahax qana,

Getdi belə Kəlvəcər.

Bı Şirvanda Kəlvəcəri əhmişıx, bitirmədi.

Bir təhərcə göyərdirıx,

Bar verif yetirmədi.

Ölkələrə haray saldıx,

Baxdımiz gətirmədi.

Əriyir küsgün Nəviynən

Gilə-gilə Kəlvəcər.


DÜŞƏ
Deyir, kaş nə ola, a qardaşım,

Bir qəfləti hay düşə.

Yağı düşmən təslim ola,

Oxlaf sına, yay düşə.

Yühlənə köçün karvanı,

Ağdərədən vətənə.

Kəlvəcərim abad ola,

Hər qapıya toy düşə.

Dəli dağlar dilə gələ,

El-obıya “Gəl!” – deyə,

“Perih düşmüş sonalara,

Saxlamışam göl” – deyə.

Haray sala nəvələrim,

“Çiçəh” deyə, “ Gül” deyə,

Sevinc yaşı leysan ola,

Dərələrdən çay düşə.

El şayiri saqi ola,

Gətir, götür haylara,

O meydana, o dövrana,

Göydən Günəş boylana!

Sahifkara çöl-çəmənim

Qarış-qarış paylana.

Nəviyə də məzar yeri,

Baxdı vıra, pay düşə!105


MƏNİM
Başyurda baxaram yüz il ac-susuz,

Tükəmməz səbrim-qərarım mənim.

Ölməh xoşbaxlıxdır, belə yer ola,

Qorxdum ku, öləm, anam ün sala.

Car çəkə, hardadı Şahmarım mənim?
DƏRYA QIRAĞINDA
Dərya qırağında tihdirdim kümməz,

Oxudum dərsimi, otudum dimməz.

Səni and vermişəm, gözəgörümməz,

Dəryamı əlimnən alma.


Dərya qırağında tihdirdim hamam,

Oxudum dərsimi, eylədim tamam.

Səni ant veririəm on iki imam,

Dəryamı əlimnən alma.



ÜÇ GÖZƏL
Pirsahat çayında üş gözəl gördüm.

Birinin adı Leyli,

Öldürmağa vardı meyli.

Birinin adı Yetər,

Xənçəli sinəmə sökər.

Birinin adı Gülcamal,

Kipriyi ox, qaşdarı kaman,

Öldürmağa vermir aman.


DOLANA-DOLANA
Duman qalxır,

Dağı dolana-dolana.

Bosdançı şamama dərir,

Tağı dolana-dolana.

Xırdaca yar, qadan alım,

Sağı dolana-dolana.


OYANMIR
Yığdım otaxlar xalısın,

Neynirəm dünya malısın?

Boynunnan boyunbağısın,

Aşdım, oyammır, oyammır.


Sanadım otax neçəsin,

Yığdım türkman beçəsin.

Boynunnan ağır axçəsin

Aşdım, oyammır, oyammır.




ŞEİRLƏRDƏN PARÇALAR


  1. Arxəşdərdə bir cüt quzu bəsdənir,

Qayalarda bir cüt qumru səsdənir.

Sən ağlama, kirpihlərin isdanır.




  1. Oğlan, otumuşdum otaxda,

Gəl məni qoyma möhlətdə, qəmdə.

Apar gərdəh bağımı, qoy qalsın səndə,

Yadına düşəndə, tez gəl al.

O sözdü, aşıx sözüdü.


  1. Gəl, əhd edəh təzə-təzə,

Piçax batsın yaman gözə.

Mən fəqirə dəsmal bəzə

Göndər gəlsin pinhan, ay qız.

Aşıx sözdəridi. Amma kimindi, bilmirəm. Yalan deyə bilmərəm.


  1. Axşam gəlirdim yağışdə,

Əvləri var qızıl yoxuşdə.

Qız, isminı mana bağışdə,

İsmi Bənövşəli gəlin,

Toyu tamaşalı gəlin.




  1. Gözdərinnən oxşayırsan gürcüyə,

İnammırsan, dur gəl, baxax güzgüyə.

Əzyət çəkif yar sevən də verərmi özgüyə?




  1. Bir yar gəlir obasınnan,

Alın dərdi-bəlasınnan.

Çərxi-fələh obasınnan,

Bir dərdi beş olan könlüm,

Axır qəmə yoldaş olan könlüm.

Axırda zünhar bağlarsan,

Qəmnərə yoldaş olarsan.




  1. Bir xalın yamandı,

Bir xalın buman.

Bir xalın dağlardan

Ayaznan gəlir.


  1. Göynən gedən, göycə quşlar,

Gedər Savalanda qışdar.

Oğlu-qızı qırılmışdar

Sevgilisi sevgiyə vermir (avazla oxuyur – top.).


  1. Miskardan aldırdım teşti,

Yazı yazan, bu nə işdi?

Yazmısan, poza bilmərəm,

Allahı sevən, bağışda məni,

Ay koxat kişisi, (yanımızda oturanlara



müraciətlə deyir – top.).

Yazmısan, poza bilmərəm,

Cavanam, dözə bilmərəm (avazla oxuyur – top.).



  1. Qamışlıq qalındı, ay Qaraman,

Ayağım yalındı,

Nəçənniyim zalımdı,

Qoydu maşına məni,

Sürdü naçara məni.



MAHNILAR
BÜLBÜL
Bülbül, sənin işin qandı,

Cəsətin tamam əlvandı,

Sir-sözün yara bəyandı,

Köksün altı sarı, bulbul.


Bülbül, səni dağ çəkərsən,

Göz yaşım kola çəkərsən,

On bir ay cəfa çəkərsən,

Bu bir ayı zarı, bulbul.


Bülbül, səni kim uçurdu?

Yurtdan-yurda kim köçürdü?

Badəni də kim içirdi?

Mən olaydım saqı, bulbul.


AY QARAÇUXA MƏMMƏDHƏSƏN
Ay qara çuxa Məmməthəsən,

Səni görüm qan əndərəsən.

Bircə corab nəmənə şeydi?

Əmin oğluna göndərəsən.


O da qayıtdı dedi ki:

Əmi qızı, can əmi qızı,

Gözdəri helal əmi qızı,

Bircə cüt mixəh nəmənə şeydi?

Əmin qızına göndərəsən.


TOY MAHNILARI
AMAN NƏNƏ
Aman, nənə,

Zalım nənə,

Can nənə,

Zəhrimar, nənə (gülür – top.).

Əvvəllər toylarda əsas “Aman, nənə”ni oxuyardılar. Əsas buydu. Sora “Bilbillər” oxuyardılar. Sözdərin bilmirəm ama.
MƏN GƏLMİŞƏM
Mən gəlmişəm sarı geyəm sallanam,

Gəlməmişəm çitə-mitə allanam.

Mən gəlmişəm qənt qavına qənt qoyam,

Gəlməmişəm ürəyimə dərt qoyam.


TOY TƏRİFLƏRİ
Toyda öz şayirrərimizin sözdərin deyərdih. Həm də bəy tərifi deyərdilər:

Meşədən çıxdı ayı potası,

Xələti gətisin bəyin xalası (gülür – top.).

O rusdarda bir söz var, deyir, etat,

Xələti gətisin xalası Fitat.
O tayda cöngə,

Bu tayda cöngə.

Xələti göndərsin

Bibisi Qönçə.



Çoxu yadıma düşmür. Uzunuydu.

ƏSGƏR MAHNISI
Gəzə-gəzə gəldim çıxdım bir bağa,

Yerimi saldırdım biyan otağa106.

Ana, mən gəlirdim, əcəl qoymadı.
Qardaşıma denən atımı satsın,

Gətisin qapıdan yataqın alsın.

Nişannım göyçəhdi, özü alsın,

Almasa, qoy evimizdə qalsın.


Gəzə-gəzə gəldim çıxdım bir bağa,

Yerimi saldırdım biyan otağa.

Əcəl quşu da gəldi qondu budağa.

Anama denən ki, atımı satmasın,

Qapıda qalsın.

Yoldaşım göyçəhdi, qardaşım alsın,



Almasa, qoy o da əvimizdə qalsın.
c:\users\user\desktop\sekiller\фото2723.jpg


Verdiyeva Simsar

Məhəmməd qızı,

Kəlbəcər rayonu,

Əsrik kəndi
фото1014

Məmmədov Oruc

Cümşüd oğlu,

Cəbrayıl rayonu,

Çapant kəndi

c:\users\user\desktop\sekiller\фото1124.jpg
Hüseynova Zərifə

Şöyüb qızı,

Cəbrayıl rayonu,

Sirik kəndi


c:\users\user\desktop\sekiller\фото1117.jpg

Məmmədova Roza

Məhəmməd qızı,

Cəbrayıl rayonu,

Soltanlı kəndi

c:\users\user\desktop\sekiller\фото1042.jpg

Səmədova Validə Mürsəl qızı (soldakı), Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi və Əliyeva Şövkət Şəmil qızı (sağdakı), Cəbrayıl rayonu
Quliyeva Səhlab Qurban qızı, Kəlbəcər rayonu, Günəşli kəndic:\users\user\desktop\sekiller\фото0715.jpg

Zamanov Müstəqim Həsən oğlu və Zamanova Dilşad Bilal qızı, c:\users\user\desktop\sekiller\фото1002.jpg

Cəbrayıl rayonu, Sirik kəndi


c:\users\user\desktop\sekiller\фото0713.jpg

Kərimov Nəbi Süleyman oğlu, Kəlbəcər rayonu

c:\users\user\desktop\sekiller\фото1040.jpg
Pirişov Əli Sarı oğlu,

Cəbrayıl rayonu,

Hovuslu kəndi


c:\users\user\desktop\sekiller\фото1037.jpg

Həsənova Cahan

Məhəmməd qızı (soldakı)

və Əhmədova Ayna

Xıdır qızı (sağdakı),

Cəbrayıl rayonu,

Sirik kəndi

c:\users\user\desktop\sekiller\фото1016.jpg


Fərgüzadova Xanım

Mürsəl qızı,

Cəbrayıl rayonu,

Nüzgar kəndi
фото0708

Verdiyeva Üreyqa (Roza nənə) Qaraş qızı,

Kəlbəcər rayonu, Əsrik kəndi

фото0705-1

Verdiyev Məlik Qaraş oğlu, Kəlbəcər rayonu, Əsrik kəndi

фото0719

Ağakişiyev Şahmar Oruc oğlu, Kəlbəcər rayonu, Günəşli kəndiMotal. Biləsuvar rayonu, Cəbrayıl qəsəbələric:\users\user\desktop\sekiller\фото1102.jpg

c:\users\user\desktop\sekiller\фото1038.jpg

Gərmə qalağı.

Biləsuvar rayonu,

Cəbrayıl qəsəbələri

Nəzər qaytaran və ağırlıq götürən əşyalar: babaqulu, c:\users\user\desktop\sekiller\фото2740.jpg

qarnıyarıq və dua. Kəlbəcər rayonu, Əsrik kəndi
Dualar, göz muncuqları, hahqıx və Lailahəilləllah.c:\users\user\desktop\sekiller\фото2726 (59).jpg

Kəlbəcər rayonu, Əsrik kəndi

c:\users\user\desktop\sekiller\фото1050.jpg

Nəmənd (keçə), Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi
Nəmənd (keçə), Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndiфото1170

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT
Abbasov Vəli Musa oğlu, Kəlbəcər rayonu, 1957-ci il, orta təhsilli. Hazırda Tərtər rayonunun İrəvanlı kəndində məskunlaşıb. Söylədiyi mətn: Biri od olanda, biri su olar. Topladı: S.Hüseynova
Ağakişiyev Şahmar Oruc oğlu, Kəlbəcər rayonu, Günəşli kəndi (keçmiş Kilsəli kəndi), 1938-ci il, texnikum bitirib, təqaüdçü. Hazırda Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində yaşayır. Söylədiyi mətnlər: “Hal haqqında” (VIII mətn); “Seyid Yusif ağa” (II mətn); Qarabağ müharibəsi xatirələrdə 3. Etnoqrafik mətnlər: “Tas qurma” (II mətn); “Xıdır Nəbi” (IV-V mətnlər). Topladı: L.Vaqifqızı (Süleymanova)
Alışova Şövkət Salam qızı, Laçın rayonu, Güləbirt kəndi, 60 yaş, təqaüdçü. Hazırda Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Xəlfə qəbri”; “Vərdiş”. Nağıllar: “Allaha asi düşən Firon”. Lətifələr: “Nə var bunların içindədi”. Topladı: M.Abbasova.
Allahverdiyev Məhyəddin Hümbət oğlu, Kəlbəcər rayonu, Mərcimək kəndi, 1965-ci il, usta. Hazırda Tərtərin İsmayılbəyli kəndində məskunlaşıb. Söylədiyi mətnlər: “Nər kişilər” (II mətn); “Kürdoğlu Məhəmməd” (VI mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Allahverdiyeva Afizəxanım Məhərrəm qızı, Tərtər rayonu, Evoğlu kəndi, 1952-ci il, evdar qadın. Söylədiyi mətn: “Seyid Hüseyn ağa”. Topladı: T. Orucov
Aslanova Məlahət Ərşad qızı, Ağdam rayonu, Baş Qərvənd kəndi, 1953-cü il, Xətai rayonunda məcburi köçkün məktəbinin direktoru, Xətai icra hakimiyyətində ağdamlıların nümayəndəsi. Söylədiyi mətnlər: “Xıdır peyğəmbər” (II mətn); “Kəngərli qalası”. İnamlar: “Tək səbir” (II mətn). Müxtəlif mövzulu inamlar: 3-6, 18-21. Bayatılar: 88-94. Topladılar: F.Qasımova, G.Canməmmədova
Babayev Əli Abbas oğlu, Qərbi Azərbaycan, Zəngibasar mahalı, 1947-ci il, orta təhsilli, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətn: “Nəzərin gücü”. Topladı: S.Hüseynova
Babayeva Xədicə Cəfər qızı, Salyan rayonu, 1951-ci il, orta təhsilli. Hazırda Tərtər rayonu, İrəvanlı kəndində yaşayır. Söylədiyi mətnlər: “Ağa Dədə”. Etnoqrafik mətnlər: “Bədnəzər” (VI mətn); “Üzərlik” 2-3. Bayatılar: 417. Topladı: S.Hüseynova
Bağırova Nərminə Rza qızı, Zəngilan rayonu Məmmədbəyli kəndi, 1956-cı il, ərazi nümayəndəsi, ixtisasca fransız-ingilis müəllimi. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Qaraçuxa” (I mətn). Etnoqrafik mətnlər: “Novruz” (IV və VIII mətnlər), “Toy adətləri” (IV-V mətnlər). Müxtəlif məzmunlu şeirlər: “Çəyirtkə”. Topladılar: F.Qasımova, G.Canməmmədova
Bayramova Lalə Baba qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1933-cü il, təqaüdçü. Hazırda Biləsuvar rayonu, X qəsəbədə məskunlaşıb. Türkəçarə: 34. Topladı: L.Vaqifqızı (Süleymanova)
Cabbarova Roza Məhəmməd qızı, Kəlbəcər rayonu, Əsrik kəndi, 1943-cü il, təqaüdçü. Hazırda Şamaxı rayonun Çuxuryurd qəsəbəsində məskunlaşmışdır. Etnoqrafik mətn: “Babaqulu və qarnıyarıq”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Cavadova Şərafət Cavanşir qızı, Kəlbəcər rayonu, Qamışlı kəndi, 1947-ci il, evdar qadın. Hazırda Tərtər rayonu, İsmayılbəyli kəndində yaşayır. Türkəçarələr: 1-6. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əhmədova Ayna Xıdır qızı, Cəbrayıl rayonu, Sirik kəndi, yaşını dəqiq bilmədi, təxminən 80 yaşı olardı, təqaüdçü. Hazırda Biləsuvar rayonu, VIII qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Fatma Çələbi” (I-II mətnlər); “Həsən Çələbi”. İnamlar: “Müqəddəs ağaclar və quşlar” (IV mətn); “Ayla Gün tutulması”. Müxtəlif mövzulu inamlar 2. Etnoqrafik mətnlər: “Qodu-qodu” (II mətn); “Yağış yağdırma” (I mətn). “Yağış kəsmə” (I mətn). Nağıllar: “Musa peyğəmbərin Allahla kəlmələşməsi”. Bayatılar: 42 (III mətn), 345-373. Fal bayatıları (Vəsfi-hal bayatıları) 2. Laylalar, nazlamalar: 3. Alqışlar: 5, 10-11, 21-22, 25, 35-36, Qarğışlar: 1-11. Oyunlar: “Cəhribəyim” (II mətn). Dini məzmunlu şeirlər: “Allahın dostu Məhəmməd”; “Ay Məhəmməd, can Məhəmməd”; “Həm Əlisən, həm Vəli”. Müxtəlif məzmunlu şeirlər: 9. Toy mah-nıları: “Aman, nənə”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Əhmədova Şərifə Noudxan qızı, Cəbrayıl rayonu, Arazmaşanlı kəndi, 1938-ci il, 2 sinif oxuyub. Hazırda Biləsuvar rayonu, IV qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Bayatılar: 408-410. Atalar sözü və məsəllər: 49. Topladı: L.Vaqifqızı (Süleymanova)
Əhmədova Ziba Həmzə qızı, Cəbrayıl rayonu, Çavdar kəndi, 1939-cu il, 7 sinif oxuyub. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: İnamlar: Müxtəlif mövzulu inamlar 7-8. Bayatılar: 393-400. Laylalar, nazlamalar: 5-6. Tapmacalar: 24-25, 30, 31. Oyunlar: “Cəhribəyim” (I mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Əliyev Baxşeyiş Süleyman oğlu, Tərtər rayonu, Evoba kəndi, 1949-cu il, təqaüdçü. Söylədiyi mətnlər: “Seyid Əsəd ağa”. Türkəçarələr: 12, 22-25. Etnoqrafik mətnlər: “Novruz” (XIII mətn); “Ruh tutma” (II mətn). Bayatılar: 421. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əliyev Həsən Köçəri oğlu, 1965-ci il, Tərtər, Evoba kəndi, təsərrüfatda çalışır. Etnoqrafik mətnlər: “Süd dişi” (II mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əliyev Yusif Bəsir oğlu, Qərbi Azərbaycan, Göyçə mahalı, Bala Məzrə kəndi, 1926-cı il, ali təhsilli, təqaüdçü. Hazırda Tərtər rayonu, Bəyimsarov kəndində məskunlaşıb. Söylədiyi bayatılar: 141-142. Topladı: S.Hüseynova
Əliyeva Dursun Aslan qızı, Tərtər rayonu, Evoba kəndi, 1912-ci il, savadsız, təqaüdçü. Söylədiyi mətnlər: “Dünyanın sonu”. İnamlar: “Adqoymalar”. Türkəçarələr: 18-21. Etnoqrafik mətnlər: “Xıdır Nəbi” (III mətn); “Novruz” (XII mətn); “Yağış kəsmə” (II mətn); “Bədnəzər” (IV mətn); “Üzərlik” 4. Bayatılar: 61-70. Tapmacalar: 7, 54. Atalar sözü və məsəllər: 54. Topladılar: L.Vaqifqızı (Süleymanova), T. Orucov, X.Məmmədova.
Əliyeva İradə Köçəri qızı, 1963-cü il, Tərtər, Evoba kəndi, təsərrüfatda çalışır. Söylədiyi mətn: Etnoqrafik mətnlər: “Yağış kəsmə” (III mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əliyeva Kəmalə İnqilab qızı, Tərtər rayonu, Evoğlu kəndi, 1970-ci il, evdar qadın. Etnoqrafik mətnlər: “Üzərlik” 5; “Nəzərçi”. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əliyeva Nigar Köçəri qızı, Tərtər, İsmayılbəyli kəndi, 57 yaş, filoloq. Söylədiyi mətnlər: Bayatılar: 57-60. Tapmacalar: 5-6. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Əliyeva Şövkət Şəmil qızı, Cəbrayıl rayonu, 1934-cü il, xidmətçi işləyib, təqaüdçü. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Nağıllar: “Səbr daşı, qın bıçağı”. Bayatılar: 285-344. Sağın nəğmələri və sayaçı sözlər: 7. Tapmacalar: 23, 46-49. Atalar sözü və məsəllər: 31. Sanamalar: 5. Mahnılar: “Mən gəlmişəm”; “Əsgər mahnısı”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Əzimova Solmaz Seyfulla qızı, 1957-ci il, Cəbrayıl rayonu, Nüzgar kəndi, mühasib. Hazırda Biləsuvar rayonun VI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Cinlər haqqında” (VI mətn); “Hal haqqında” (XI-XII mətnlər); “Lələ” (I mətn); “Vergili adamlar” (II mətn); “Qaçaqlar”. Etnoqrafik mətnlər: “Novruz” (XIV-XV mətnlər). Nağıllar: “Ovsanaya düşən tikə”; “Yazıya pozu yoxdur” (III mətn). Atalar sözü və məsəllər: 39. Topladı: L.Vaqifqızı (Süleymanova)
Fərgüzadova Xanım Mürsəl qızı, Cəbrayıl rayonu, Nüzgar kəndi, 1930-cu il, təqaüdçü. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Ayın üzündəki ləkələr” (I mətn); “Süleyman peyğəmbər” (II mətn). Bayatılar: 154-161. Tapmacalar: 15-17, 19-22. Atalar sözü və məsəllər: 43. Alqışlar və qarğışlar: 1, 37, 49. Oyunlar: “Cəhribəyim” (VI mətn). Mahnı: “Bülbül”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Həsənov Osman Xəlil oğlu, Kəlbəcər rayonu, Tirkeşəvənd kəndi, 1968-ci il, təsərrüfatda çalışır. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Canavara dönmə”; “Qoturlu zonası”; “Kəlbəcər bəyləri” (III mətn). İnamlar: “Tək səbir” (I mətn); “Müqəddəs ağaclar və quşlar” (III mətn). Aşıqlar və el şairləri: “Səməd Vurğun və Azaflı Mikayıl”; “Dəlidağda elə gördüm sənəmi”. Bayatılar: 376-377. Müxtəlif məzmunlu şeirlər: “Mənim”; “Heyvanların bəhsi”; “Toy tərifləri”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Həsənov Rəşid Həsən oğlu, Zəngilan rayonu, 1957-ci il, filoloq. Hazırda Bakı şəhərində məskunlaşıb. Sanamalar: 1. Topladılar: F.Qasımova, G.Canməmmədova
Həsənova Cahan Məhəmməd qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1964-cü il, evdar qadın, təhsili orta. Hazırda Biləsuvar rayonu, VIII qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Qurd ağzı bağlama” (II mətn). Tapmacalar: 28. Topladı: L.Vaqifqızı (Süleymanova)
Həsənova Xanımnaz Həsən qızı, Tərtər rayonu, İrəvanlı kəndi, 1953-cü il, orta ixtisas təhsilli, müəllim. Söylədiyi mətn: Etnoqrafik mətnlər: “Süddən nəzərin qaytarılması”. Topladı: S.Hüseynova
Həsənova Sərvinaz Təhməz qızı, Kəlbəcər rayonu, Əsrik kəndi, 1976-cı il, orta təhsilli, evdar qadın. Hazırda Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Bayatılar: 406-407. Mahnılar: “Ay Qaraçuxa Məmmədhəsən”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Hümbətov Arif Hilal oğlu, Tərtər şəhəri, 1940-cı il, ali təhsilli. Söylədiyi mətnlər: Lətifələr: “Tale mənə gülmədi”. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Hümbətova Sima Həşim qızı, Tərtər şəhəri, 1938-ci il də doğulub, 45 il uşaq bağçasında aşbaz işləyib, təqaüdçü. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Yağış yağdırma” (IV mətn); “Bədnəzər” (V mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T. Orucov, X.Məmmədova
Hümbətova Teyfə Zal qızı, Qərbi Azərbaycan, Vedibasar mahalı, Gilənar kəndi, 1934-cü il, 1948-1953-cü illərdə deportasiya olunub, təqaüdçü. Hazırda Tərtər rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Novruz” (XI mətn). Bayatılar: 154. Topladı: S.Hüseynova
Hüseynova Kəmalə Vaqif qızı, Tərtər rayonu, İrəvanlı kəndi, 1977-ci ildə doğulub, ali təhsilli. Söylədiyi mətnlər: Lətifələr: “Haindi kto tam?” Oyunlar: “Rəng-rəng”; “Tut qolundan, dart”; “Qazlar-qazlar”; “Quş uçdu”. Sanamalar: 4. Topladı: S.Hüseynova
Hüseynova Pakizə Çərkəz qızı, Kəlbəcər rayonu, Tatar kəndi, 1953-cü il, təhsilsiz. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Hal haqqında” (IX-X mətnlər); “Kehti dağı”. İnamlar: “Ölünün yuxudan qovulması”; “Ölü payı”. Türkəçarələr: 13. Etnoqrafik mətnlər: “Novruz” (I mətn). Lətifələr: “Ay Allahım, bəs niyə oldu?” Topladı: M.Abbasova
Hüseynova Zərifə Şöyüb qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1937-ci il, 6 sinif oxuyub, təqaüdçü. Hazırda Biləsuvar rayonu, I qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “İnsanın yaranması” (II mətn); “Bənövşəylə qızılgül” (III mətn); “Musa peyğəmbər” (IV mətn); “Xıdır peyğəmbər” (IV mətn); “Həzrət Əli” (IV mətn); “İsgəndər Zülqərneyn” (II mətn); “Düldül”. Nağıllar: “Allah verdiyi qismət”. Bayatılar: 281-284. Tapmacalar: 44-45, 50-52. Atalar sözü və məsəllər: 35. Topladı: L.Vaqifqızı (Süleymanova)
Xıdırov Pirverdi Allahverdi oğlu, Kəlbəcər rayonu, Qılınclı kəndi, 75 yaş, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Musa peyğəmbər” (II mətn). Aşıqlar və el şairləri: “Aşıq Ələsgərin qardaşı Məhəmməd”; “Çərkəz və Nəcəf”; Səməd Vurğun və Aşıq Şəmşir. Topladı: M.Abbasova
Xudiyeva Fizzəgül Əyyub qızı, Cəbrayıl rayonu, Süleymanlı kəndi, 1932-ci il, təqaüdçü. Hazırda Bakı şəhəri, Əhmədli qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Nağıllar: “Yalanlama”. Bayatılar: 81-87. Topladı: M.Abbasova
İsayev Hafiz İbrahim oğlu, Kəlbəcər rayonu, Keşdək kəndi, 1960-cı il, aşıqlıq edir. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Şıx Həsən” (II mətn). Lətifələr: “Dəli Bavışın lətifələri” (I-V mətnlər); “Mərifətli müəllim”; ““Cəfər”ini biz deyirik”; “Güləyən alxaslılar”; “Kor Halay”; “Ağdamdan söndürüblər”; “Diri tutmaq istəyirlər”; ““Hə”nin qiyməti”; “Bura da siz baxırsız?” Aşıqlar və el şairləri: “Aşıq Alı” (I-II mətnlər); “Aşıq Alının bayatıları”; “Aşıq Ələsgər və Şəhrəbanu”; “Aşıq Ələsgərin Naxçıvan səfəri”; “Aşıq Ələsgər və Anaxanım” (I mətn); “Aşıq Ələsgər və Narın”. Topladı: M.Abbasova
Kərimov Bahadur Həsən oğlu, Kəlbəcər rayonu, 1938-ci il, orta təhsilli, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Hal haqqında” (II-IV mətnlər); “Süleyman peyğəmbər” (III mətn); “Musa peyğəmbər” (I mətn); “Seyid Əzim ağa”; “Şıx Həsən” (I mətn); “Şıx Məhəmməd”; “Kəlbəcər” (II mətn); “Kürdoğlu Məhəmməd” (I-V mətnlər); “Haxo pəhləvan” (I-IV mətnlər); “Tutqu çayı deyil ki, səni çıxardım”; “Xudo kimi baramğını dikəldif qan salma”. Nağıllar: “Hazırcavab Bəhlul”. Lətifələr: “Var-dövlət toplamağın axırı”; “Bəhlul özünü niyə dəliliyə vurur?”; “Maşınımın benzini qurtarıb” (I mətn). Tapmacalar: 8-13. Müxtəlif məzmunlu şeirlər: “Ləli”. Topladı: M.Abbasova
Kərimov Nəbi Süleyman oğlu, Kəlbəcər rayonu, 85 yaş, əvvəllər çoban olub, indi arı saxlayır. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Cinlər haqqında” (II mətn); “Arının sirri”; “Süleyman peyğəmbər” (I mətn); “Seyid Yusif ağa” (IV-V mətnlər); “Vergili adamlar” (I mətn); “Kəlbəcər” (I mətn); “Ceyran bulağı”; “Gəlin qayası” (I mətn); “Şah Abbas və vəziri”. İnamlar: “Uşağın cinsinin müəyyənləşdirilməsi”; “Müqəddəs ağaclar və quşlar” (I mətn). Türkəçarələr: 14-17. Etnoqrafik mətnlər: “Yel baba” (II mətn); “Bədnəzər” (I mətn); “Toy adətləri” (I mətn). Lətifələr: “Altındakını saymırsan?”; “Arvada etibar etmə, dosta bel bağlama”. Bayatılar: 415. Sağın nəğmələri və sayaçı sözlər: 3-5. Müxtəlif məzmunlu şeirlər: “Kəlbəcər”; “Düşə”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Kərimova Minayə Rza qızı, Kəlbəcər rayonu, 1944-cü il, təqaüdçü. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Qodu-qodu” (I mətn); “Yel baba” (III mətn). Bayatılar: 401-405, 416. Laylalar, nazlamalar: 7-8. Sağın nəğmələri və sayaçı sözlər: 1, 6. Tapmacalar: 32-34, 53. Atalar sözü və məsəllər: 53. Alqışlar və qarğışlar: 7, 20, 32-33, 50. Topladı: L.Vaqifqızı (Süleymanova)
Qədimova Bənövşə Mürsəl qızı, Qərbi Azərbaycan, Vedi rayonu, Yenicə kəndi, 1927-ci il, 1948-ci ildə deportasiya olunub, orta təhsilli, təqaüdçü. Hazırda Tərtər rayonu, Hacallı kəndində yaşayır. Söylədiyi mətnlər: “Naqis tərbiyə”. İnamlar: “Xalın küsməsi” (I-II mətnlər). Etnoqrafik mətnlər: “Süd dişi” (I mətn); “Gözün atması”. Bayatılar: 143-153. Laylalar, nazlamalar: 1-2, 13-37. Topladı: S.Hüseynova
Quliyeva Səhlab Qurban qızı, Kəlbəcər, Kilsəli (indiki Günəşli) kəndi, 1942-ci il, evdar qadın. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Hal haqqında” (I mətn); “Təpəgöz”; “Əzrayıl haqqında” (I mətn); “İlanlar haqqında” (I mətn); “Həzrət Əli” (I mətn); “Seyid Rza ağa”; “İsgəndər Zülqərneyn” (I mətn); “Qadının pirinə lənət”; “Tapılmış xəzinə”. Qarabağ müharibəsi xatirələrdə 6. Türkəçarələr: 7-11. Etnoqrafik mətnlər: “Tas qurma” (I mətn); “Çiləyə düşmə” (I mətn); “Mamaçalar”; “Toy adətləri” (II mətn). Nağıllar: “Peyğəmbər və qara qul”. Lətifələr: “Balta qını”; “Bu dünya mənə dağ çəkib”; “Qoydun ki, deyəm?”; “Otuz il mala getmişəm, bu əziyyəti çəkməmişəm”; “Kalvalı, Halçalı, gavalı”. Aşıqlar və el şairləri: “Sarı Aşıq” (I mətn). Bayatılar: 378-380. Laylalar, nazlamalar: 9-10. Tapmacalar: 18f. Alqışlar və qarğışlar: 14-15, 48. Topladı: L.Vaqifqızı (Süleymanova)
Quliyeva Səkinə Məhəmməd qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1948-ci il, traktorçu. Hazırda Biləsuvar rayonu, IV qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Tərəkəmə qadınları” (II mətn). Etnoqrafik mətnlər: “Axtarma motal və dələmə”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Quliyeva Suğra Qasım qızı, Tərtər, İsmayılbəyli kəndi, 1923-cü il, müəllim, təqaüdçü. Söylədiyi mətnlər: Bayatılar: 29-42. Deyişmə-bayatılar: 1. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Mahmudov Mahir Fərman oğlu, Tərtər rayonu, Mamırlı kəndi, 1961-ci il, Qarabağ müharibəsi veteranı. Söylədiyi mətnlər: “Cinlər haqqında” (III mətn); “Seyid Vəli”; “Mamırlı kəndi”; “Şah Abbas və uşaq”; “Əjdahaya güc gələn pəhləvan”. Türkəçarələr: 27-29, 33. Etnoqrafik mətnlər: “Novruz” (III mətn). Lətifələr: “Bəhlulun qonağı”; “İt hürmür, xoruz banlamır”; “Hazırcavab molla”. Topladı: T. Orucov
Maqsudov Məhəmməd Əhməd oğlu, Cəbrayıl rayonu, Şahvəlli kəndi, 1966-cı idə doğulub, dil-ədəbiyyat müəllimi. Hazırda Biləsuvar rayonu, VIII qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Əkizlər”. Lətifələr: “Beş qəpiyə də olsa...”. Bayatılar: 374-375. Tapmacalar: 26, 29, 37-40. Oyunlar: “Cəhribəyim” (V və VIII mətnlər). Sanamalar: 2. Dini məzmunlu şeirlər: “Mir Həmzə Nigaridən sətirlər” (II mətn). “Əli”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Mamedova Kifayət Məhəmməd qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1934-cü il, savadsız, təqaüdçü. Hazırda Biləsuvar rayonu, VI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Bayatılar: 2-11. Laylalar, nazlamalar: 11. Alqışlar və qarğışlar: 6, 13, 26-27 . Oyunlar: “Sümük-sümük”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Mədətova Əsmər Hüseyn qızı, Tərtər rayonu, İrəvanlı kəndi, 1930-cu ildə Qərbi Azərbaycanın Vedi rayonunun Yenicə kəndində doğulub, ibtidai təhsilli, təqaüdçü. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Sacarası və niyaz”; “Bişmə qurban”; “Xıdır Nəbi” (II mətn); “Novruz” (IX mətn); “Çiləyə düşmə” (II mətn). “Üzərlik” 1. Topladı: S.Hüseynova
Məmişov Elmir, Tərtər rayonu, İrəvanlı kəndi, 1978-ci ildə anadan olub, ali təhsilli. Söylədiyi mətnlər: İnsanın yaranması (III mətn); “Peyğəmbər və nəzərçi”; “Seyid Yusif ağa” (I mətn); “Öz yerini bil”; “Xəngəl əhvalatı”. Etnoqrafik mətnlər: “Yağış yağdırma” (III mətn). Lətifələr: “Bayaq sən yeyən kimi yeyirəm”; “Hamıya dız, maa da dız?” Topladı: S.Hüseynova
Məmmədov Camal İnqilab oğlu, Tərtər şəhəri, 1958-ci il, traktorçu. Söylədiyi mətn: “Bəyim ağa” (I mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Məmmədov Qubad Qara oğlu, Kəlbəcər rayonu, Əsrik kəndi, 1936-cı il, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Gəlin qayası” (II mətn). İnamlar: “Müqəddəs ağaclar və quşlar” (II mətn). Etnoqrafik mətnlər: “Novruz” (II mətn); “Toy adətləri” (III mətn). Bayatılar: 71-73. Topladı: M.Abbasova
Məmmədov Oruc Cümşüd oğlu, Cəbrayıl rayonu, Çapant kəndi, 1932-ci il, təqaüdçü. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Nağıllar: “Balıx bilməsə də, xalıx bilər” (I mətn); “Yazıya pozu yoxdur” (II mətn); “Ağıllı qoca”; “Sən get zurna çalmağa”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Məmmədov Zahir Əli oğlu, Tərtər rayonu, Azadqaraqoyunlu kəndi, 1968-ci il, ali təhsilli, Dövlət Sosial Müdafiə Fondunda məsləhətçi. Söylədiyi mətnlər: Lətifələr: “Molla və oğru”; “Birini çığırtma elə, birini bozartma”. Tapmacalar: 33, 55-56. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Məmmədova Roza Məhəmməd qızı, Cəbrayıl, Soltanlı kəndi, 1946-cı il, 6-cı sinfədək oxuyub. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Qaraçuxa” (II mətn); “Cinlər haqqında” (IV mətn); “Hal haqqında” (III mətn); “Əzrayıl haqqında” (II mətn); “Ülkər ulduzu”; “Pişiyin arxası niyə yerə dəymir?”; “Toyuqla qaz niyə uçmur?”; “Ayın üzündəki ləkələr” (II mətn). İnamlar: Müxtəlif mövzulu inamlar 11. Etnoqrafik mətnlər: “Vurğun vurma”; “Yağış yağdırma” (V mətn); “Yağış kəsmə” (V mətn); “Yel baba” (I mətn); “Bədnəzər” (III mətn); “Qəbirüstə çıxma” (II mətn); “Niyə imam ehsanında hədik bişirilir?” Bayatılar: 12-28, Deyişmə-bayatılar 2-3. Laylalar, nazlamalar: 4. Sağın nəğmələri və sayaçı sözlər: 2. Tapmacalar: 41-43. Alqışlar və qarğışlar: 3, 16-17, 23, 31, 42. Oyunlar: “Cəhribəyim” (III mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Məmmədova Urquya Museyif qızı, Tərtər rayonu, Evoğlu kəndi, 1936-cı il, təqaüdçü. Söylədiyi mətnlər: Etnoqrafik mətnlər: “Həmzad” (III mətn). Tapmacalar: 14. Topladı: T. Orucov
Məmmədova Zöhrə Əli qızı, Tərtər rayonu, Azadqaraqoyunlu kəndi, 1955-ci il, orta ixtisas təhsilli, bağçada tərbiyəçi. Söylədiyi mətnlər: “Loğmanın təəccübü”; “Ölünün dirilməsi”. Türkəçarələr: 30-32. Etnoqrafik mətnlər: “Novruz” (V-VI mətnlər); “Həmzad” (I-II mətnlər); “Qəbirüstə çıxma” (I mətn); ““Qasım otağı” şəbehi”. Nağıllar: “Əyil, çinarım, əyil”; “Sağalmaz xəstə”. Lətifələr: “Doqquzu qalacaq”. Tapmacalar: 36. Atalar sözü və məsəllər: 17. Alqışlar və qarğışlar: 24, 34, 41, 43-44. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Mirzəyev Nəriman Qəhrəman oğlu, Kəlbəcər rayonu, Qaraçanlı kəndi, 1930-cu il, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Lətifələr: “Siz yalan danışırsız”. “İki dənə qaraçuxalı”. Topladı: M.Abbasova
Mirzəyeva Növrəstə Mürşüd qızı, Cəbrayıl rayonu, Tatar kəndi, 1952-ci il, sağınçı. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətn: Müxtəlif məzmunlu şeirlər: “Olmaz”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Mövlamverdiyev İrvaham Alış oğlu, Ağdərə rayonu, Baş Güneypəyə kəndi, 1930-cu il, təqaüdçü. Hazırda Tərtər rayonunun Evoba kəndində məskunlaşıb. Söylədiyi mətnlər: “And gölü”. Qarabağ müharibəsi xatirələrdə 1. Nağıllar: “Kim nə edirsə, özünə edir”; “Bəxtsiz adam”; “Korun nağılı”. Lətifələr: “Kəlniyyət” (II mətn). Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Nəcəfli Nərgiz Vahid qızı, Tərtər şəhəri, 1996-cı il, XI sinif şagirdi. Söylədiyi mətnlər: “Bəyim ağa” (II mətn); “Seyid Yasin ağa”. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Nəcəfov Kamil Məhəmməd oğlu, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1953-cü il, coğrafiya müəllimi. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Cin” (VII mətn); “Tərəkəmə qadınları” (I mətn). Qarabağ müharibəsi xatirələrdə 2. Etnoqrafik mətnlər: “Qədim nehrələr”. Lətifələr: “Çobanın qisası”. Oyunlar: “Cəhribəyim” (VII mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Nəcəfov Mübariz Kamil oğlu, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1990-cı il, tələbə. Biləsuvar rayonu, XI qəsəbədə yaşayır. Söylədiyi mətn: Oyunlar: “Ənzəli”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Orucova Mənsurə Çərkəz qızı, Tərtər rayonu, Evoba kəndi, 1951-ci il, təqaüdçü. Söylədiyi mətnlər: Bayatılar: 52-56. Tapmacalar: 4. Atalar sözü və məsəllər: 10. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Orucova Raya İslam qızı, Tərtər rayonu, Evoba kəndi, 1942-ci il, təqaüdçü. Söylədiyi mətnlər: “O dünya”; “Ziyarət daşı”. Lətifələr: “Tikib, sonra qaldırıblar”; “Yola nərdivan qoyaq”. Bayatılar: 43-51. Laylalar, nazlamalar: 12. Tapmacalar: 2-3. Alqışlar və qarğışlar: 4, 8-9, 18-19, 28-30, 40, 45-47. Topladılar: L.Vaqifqızı (Süleymanova), T.Orucov, X.Məmmədova
Orucova Zəhra Muxtar qızı, Kəlbəcər rayonu, 70 yaş, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: “Gəlin qayası” (III mətn); “Özüm özümə eləmişəm”. Nağıllar: “Bənöyüş ilana gedən qız”; “Peyğəmbər və üç yolçu”; “Padşah və üç gənc”; “Öz yuvam yaxşıdı”. Lətifələr: “Bəhlulun bəxşişi”; “Dini çıxsın...”; “Əl çək, yoxsa...” Bayatılar: 77-80. Topladı: M.Abbasova
Pirişov Əli Sarı oğlu, Cəbrayıl rayonu, Hovuslu kəndi, 1937-ci il, təqaüdçü. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Lələ” (II mətn); “İbrahim peyğəmbər”; “Hacı Qasım Çələbi” (VI-VII mətnlər); “Qaçaq Nəbi”; “Hacı İsmayıl”; “Qanlı Havıs”. Nağıllar: “Xain yoldaşlar”. Aşıqlar və el şairləri: “Sarı Aşıq” (II mətn). Sanamalar: 3. Topladı: L.Vaqifqızı (Süleymanova)
Pirişov Xalid Şakir oğlu, 1995-ci il, 11-ci sinifdə oxuyur, Biləsuvar rayonu, XI saylı qəsəbədə yaşayır. Söylədiyi mətn: “Peyğəmbərin alqışı və qarğışı”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Rüstəmova Zeynəb Nəbi qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1935-ci il, savadsız. Hazırda Bakı şəhəri, Yeni Yasamal rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: “Hacı Qasım Çələbi” (II mətn); “Alı Çələbi” (III mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Rzayev Məhəmməd İslam oğlu, Cəbrayıl rayonu, Sirik kəndi, 1956-cı il, tarix müəllimi. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Şeytan”; “İlanlar haqqında” (IV mətn); “Niyə salavat çəkirik?”; “Yarasa”; “Süleyman peyğəmbər” (IV mətn); “Musa peyğəmbər” (III mətn); “Həzrət Əli” (II-III mətnlər); “Mir Həmzə Nigari” (II mətn); “Hacı Qaraman ocağı” (I mətn); “Əli Çələbi” (I mətn); “Bayquşların söhbəti”; “Sədvakqaz”; “Sirik qaçaqları” (I və II mətnlər). Etnoqrafik mətnlər: “Ölüyə xətm oxunması”. Bayatılar: 179. Alqışlar və qarğışlar: 12. Dini məzmunlu şeirlər: “Olmaz”; “Bağışla məni”; “Mir Həmzə Nigaridən sətirlər” (I mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Rzayeva Aişə Əşrəf qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1927-ci il, təqaüdçü, savadsız. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Xıdır peyğəmbər” (I mətn). Bayatılar: 180-181. Oyunlar: “Cəhribəyim” (IV mətn). Dini məzmunlu şeirlər: “Çələbilər”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Rzayeva Güleybər Məhəmməd qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1958-ci il, orta təhsili, evdar qadın. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “Hal haqqında” (V mətn); “İlanlar haqqında” (III mətn); “Bənövşəylə qızılgül” (II mətn); “Tut, bit” (II mətn); “Bayquş”; “Əli Çələbi” (II mətn). İnamlar: Müxtəlif mövzulu inamlar 9. Lətifələr: “Səsi sabah çıxacaq”. Bayatılar: 182-183. Fal bayatıları (Vəsfi-hallar): 1. Dini məzmunlu şeirlər: “Allah”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Səlimova Səadət Qənbər qızı, Kəlbəcər rayonu, İstisu, 1945-ci il, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Bayatılar: 74-76. Topladı: M.Abbasova
Səmədova Validə Mürsəl qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1966-cı il, orta təhsilli, evdar qadın. Hazırda Biləsuvar rayonu, XI qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: “İnsanın yaranması” (I mətn); “Cinlər haqqında” (V mətn). Etnoqrafik mətnlər: “Yağış yağdırma” (VI mətn); “Yağış kəsmə” (IV mətn); “Bədnəzər” (II mətn). Lətifələr: “Sənin keçilərin yaddı”. Alqışlar və qarğışlar: 39. Topladı: L.Vaqifqızı (Süleymanova)
Şixəliyev Hacı Həmdulla Əli oğlu, Zəngilan rayonu, Bartaz kəndi, 1939-cu il, dil-ədəbiyyat müəllimi, təqaüdçü. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Lətifələr: “Ət də buradadır...”. Bayatılar: 95-140. Topladılar: F.Qasımova, G.Canməmmədova
Verdiyev Ayaz Məlik oğlu, Kəlbəcər rayonu, Əsrik kəndi, 1973-cü il, aşıqlıq edir. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Qarabağ müharibəsi xatirələrdə 10 Etnoqrafik mətnlər: “Yeməyin bişirilməsi və saxlanması” (I mətn); “Novruz” (X mətn). Lətifələr: “Aşıqla Molla”; “Molla ilə rəis”; “Sən adda oğlum ölüb” (I mətn); “Dədən sağ-sağ evdə oturmurdu”; “Allah qaçqınçılığın üzünü qara eləsin”; “Deyin görüm kişilər haradadır?” Aşıqlar və el şairləri: “Aşıq Ələsgər və Anaxanım” (II mətn); “Sücaət”; “Sücaətin hazırcavablığı”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Verdiyev Məlik Qaraş oğlu, Kəlbəcər rayonu, Əsrik kəndi, 1929-cu il, təqaüdçü. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Seyid Yusif ağa” (III mətn); “Seyid Füqəra”; “Koroğlu”; “Nər kişilər” (I mətn); “Kəlbəcər bəyləri” (I-II mətnlər). Qarabağ müharibəsi xatirələrdə 4, 8. İnamlar: “Fəsillər haqqında” (I-II mətnlər). Etnoqrafik mətnlər: “Yeməyin bişirilməsi və saxlanması” (II mətn); “Qurd ağzı bağlama” (I mətn). Nağıllar: “Balıx bilməsə də, xalıx bilər” (II mətn); “Yazıya pozu yoxdur” (I mətn); “Şah Abbasla kasıb”; “Allah ağlımıza dəyməsin”; “Harın Qarının qızılları” (I mətn); “Süleyman Peyğəmbər və bayquş”; “Kasıb kişi ilə ilan”; “Çobanın Həcc ziyarəti”; “Şəngülüm, Şüngülüm, Süpürgəgülüm”. Lətifələr: “Molla Nəsrəddinin fırıldağı”; “Örkənin üsdünə darı sərmişəm”; “Qatırçının qatırını ürkütmə!”; “Kəlniyyət” (I mətn); “Dalda olanı pişik yeyir”; “Maşınımın benzini qurtarıb” (II mətn); “Sən adda oğlum ölüb” (II mətn); “Niyə sən o kişiyə umud olmusan?”; “Cibində diplomu var”; “Bir də onu banladım?” Aşıqlar və el aşıqları: “Aşıq Ələsgərin “Dünyada” qoşması”. Bayatılar: 381-392. Müxtəlif məzmunlu şeirlər: “Keçi”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Verdiyeva Güləsər Məlik qızı, Kəlbəcər rayonu, Əsrik kəndi, 1978-ci il, orta təhsilli. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Qarabağ müharibəsi xatirələrdə 11. Topladı: L.Vaqifqızı (Süleymanova)
Verdiyeva Üreyqa (Roza nənə) Qaraş qızı, Kəlbəcər rayonu, Əsrik kəndi, 1927-ci il, təqaüdçü. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Qarın-qartaq dartan qoca”; “Göbəyinin üsdə qoz qıraq”. Bayatılar: 184-280, 418-420. Laylalar, nazlamalar: 38. Tapmacalar: 1. Alqışlar və qarğışlar: 2. Müxtəlif məzmunlu şeirlər: “Dərya qırağında”; “Üç gözəl”; “Dolana-dolana”; “Oyanmır”. Şeirlərdən parçalar: 1-8. Topladı: L.Vaqifqızı (Süleymanova)
Verdiyeva Simsar Məhəmməd qızı, Kəlbəcər rayonu, Əsrik kəndi, 1934-cü il, təqaüdçü. Hazırda Şamaxı rayonu, Çuxuryurd qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: “Cinlər haqqında” (I mətn); “Hal haqqında” (VI-VII mətnlər); “İlanlar haqqında” (II mətn); “Bənövşəylə qızılgül” (I mətn); “Tut, bit” (I mətn); “Lələ” (III mətn); “Şükürün hikməti”; “Ardıc ağacı niyə həmişə göydür?”; “İki sünbül”; “Cənnəti qazandıran ehsan”. Qarabağ müharibəsi xatirələrdə 5, 7, 9, 12. İnamlar: Müxtəlif mövzulu inamlar 10, 12. Türkəçarələr: 26. Etnoqrafik mətnlər: “Xıdır Nəbi” (I mətn); “Qurd ağzı bağlama” (III mətn); “Ruh tutma” (I mətn); “Çiləyə düşmə” (III mətn); “Qırxkəsən”; “Yağış yağdırma” (II mətn); “Yağış kəsmə” (VI mətn). Nağıllar: “Harın Qarının qızılları” (II mətn); “Malının ixtiyarı əlində olmayan kişi”. Lətifələr: “İz eşşəyin izidi, fənd gəlinin fəndidi”; “Pəltək qız”. Bayatılar: 162-178, Deyişmə-bayatılar: 4. Alqışlar və qarğışlar: 38. Müxtəlif məzmunlu şeirlər: “Ovçu Pirim”. Topladı: L.Vaqifqızı (Süleymanova)
Vəliyeva Ramilə Xurşud qızı, Zəngilan rayon, Mincivan qəsəbəsi, 1961-ci il, Mincivan qəsəbəsi İƏD-nın nümayəndəsi. Hazırda Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətn: Etnoqrafik mətnlər: “Novruz” (VII mətn). Topladılar: F.Qasımova, G.Canməmmədova
Yunusova Fatma Əhməd qızı, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndi, 1930-cu il, 7 sinif oxuyub, təqaüdçü. Hazırda Biləsuvar rayonu, II qəsəbədə məskunlaşıb. Söylədiyi mətnlər: Hacı Qaraman ocağı (V mətn). Bayatılar: 411-413. Topladı: L.Vaqifqızı (Süleymanova)
Zamanov Müstəqim Həsən oğlu, Cəbrayıl rayonu, Sirik kəndi, 1951-ci il, texnikum bitirib, təqaüdçü. Hazırda Bakı şəhəri, Yeni Yasamal rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: “Molla Pənah Vaqif və Molla Vəli Vidadi”; “Mir Həmzə Nigari” (I mətn); “Hacı Qaraman ocağı” (II və VI mətnlər); “Hacı Qasım Çələbi” (I, III, IV və V mətnlər); “Alı Çələbi” (I mətn); “Yasin Çələbi”; “Əli Çələbi” (VI mətn); “Yahya Çələbi”. Lətifələr: “Molla və bəy”; “Mollanın mahnısı”; “Mollanın aşpazlığı”; “Səhv yağ küpəsindədi”. Dini məzmunlu şeirlər: “Zikrlər” (IV mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Zamanova Dilşad Bilal qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1956-cı il, orta təhsilli, evdar qadın. Hazırda Bakı şəhəri, Yeni Yasamal rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: “Hacı Qaraman ocağı” (IV mətn); “Əli Çələbi” (III və V mətnlər); “Ərşdə banlayan xoruzun səsi”. Etnoqrafik mətnlər: “Bədnəzər” (VII mətn); “Toy adətləri” (VI mətn). Lətifələr: “Mollanın dən üyütməsi”. Bayatılar: 1və 414. Fal bayatıları (Vəsfi-hallar): 3. Sanamalar: 6. Dini məzmunlu şeirlər: “Zikrlər” (I-III mətnlər). Topladı: L.Vaqifqızı (Süleymanova)
Zamanova Fəridə Müstəqim qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1975-ci il, orta təhsilli, evdar qadın. Hazırda Bakı şəhəri, Yeni Yasamal rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: “Hacı Qaraman ocağı” (III mətn); “Alı Çələbi” (II mətn). Topladı: L.Vaqifqızı (Süleymanova)
Zamanova Zərifə Müstəqim qızı, Cəbrayıl rayonu, Sirik kəndi, 1982-ci il, orta təhsilli, evdar qadın. Hazırda Bakı şəhəri, Yeni Yasamal rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: “Əli Çələbi” (IV mətn). Müxtəlif məzmunlu şeirlər: Şeirlərdən parçalar: 10. Topladı: L.Vaqifqızı (Süleymanova)

Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin