AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə26/28
tarix02.12.2016
ölçüsü3,1 Mb.
#665
1   ...   20   21   22   23   24   25   26   27   28

ANDLAR102


  1. Alməmməd dayının urfu hakqı.

  2. Atamın üz qoyduğu torpax hakqı.

  3. Bacımın itgin gözdəri hakqı.

  4. Bu Əli yolu hakqı.

  5. Dədəmin yaralı qəvri hakqı.

  6. Göy hakqı.

  7. İmamnarın axan qanı hakqı.

  8. İmamzadalar hakqı.

  9. Qardaşımın qəriflihdə qalan qəvri hakqı.

  10. Qardaşımın uzax yolları hakqı.

  11. Mirəli ağanın ojağı hakqı.

  12. Ojaxlar hakqı.

  13. Seyit Lazım ağanın cəddi hakqı.

  14. Seyit Pərinin cəddi hakqı.

  15. Seyit Usuf ağanın (Yusuf ağa) cəddi hakqı.

  16. Yer hakqı.



ALQIŞLAR VД QARĞIŞLAR


  1. Axar sular həmməşə axsın.

  2. Allah baxdını aşsın.

  3. Allah canıı sağ eləsin!

  4. Allah hamıya xoş gün qismət eləsin, bizə də oon içində.

  5. Allah heş bəndəni zülüm günə salmasın.

  6. Allah xoşbaxd eləsin.

  7. Allah köməyində dursun!

  8. Allah ömrunu uzun eləsin.

  9. Allah sana da yaxşı günnər qismət eləsin, talehını, yolunu açıx eləsin.

  10. Allah sana xeyir baxd aşsın.

  11. Allah sana, Çələviyə ürəhdən ixlas bağlamısansa, Allah sana xeyir baxd aşsın.

  12. Allah səni arzularına çatdırsın.

  13. Allah səni belə görkəmli eləsin.

  14. Allah səni xoşbaxt eləsin!

  15. Allah səni min budağ eləsin!

  16. Allah sənin günuu qəşəh doğuzdusun.

  17. Allah sənin hara getsən, işıı uand eləsin!

  18. Allah sizə yaman gün gösdərməsin.

  19. Allah sizi saxlasın.

  20. Allah sizin də günunuzu ağ eləsin, bala!

  21. Allahdan üzülməsin,

Şıxdan da əyilməsin.

  1. Allahdan ürəhdən isdiyən, Çələbini, Şıxı ürəhdən isdiyəni özün, balaların saxlasın, qanadın gərsin üsdlərinə, onnara pis gün görsətməsin. Mənimkilər də içində.

  2. Atan-anan durursa, Allah ollara ömür versin!

  3. Atanı-ananı da həmişə var eləsin.

  4. Ay Allah, yazığıx, səni ürəhdən çağıranı pis dərdə salma.

  5. Biliyıı itirmə, yaxşı ol.

  6. Əli kürəyində dursun.

  7. Həmişə Allah yaxşı gündə eləsin.

  8. Həmişə xoş gündə olasan.

  9. Həmişə urzulu olasan.

  10. Həmişə yolun açıx olsun.

  11. Xoş gələcəh gəlsin üzunuza!

  12. Xoşbaxt olun!

  13. Xudavəndi-kərim Allah qardaşdarını da salamat eləsin, bajılarını da xoşbaxt eləsin.

  14. İmam baxsın hamıya, yazığıx.

  15. İmam tərəfdəsınızsa, Allah sizə, balalarınıza, nəvə-nəticələrınıza dəyməsin. İmam tərəfdə deyilsınızsa, özü bilər.

  16. Qismətim belə gəlmişdi, təki balalarım sağ olsun, sizinkilərnən belə. O qara qaşdaraa nənan qurban, o qəşəh gözdəra, aşığ oldum mən sana. Şükür İlahi pərvərdigara, birdi, bir xərtinə, mindi, minin xətrinə, 124 min peyqumbərin üzünün hürmətinə, 12 imamın üzünün hürmətinə, beş kimsələr üzünün hürmətinə, 72 şuhadanın üzünün hürmətinə, getdiyimiz, süründüyümüz Hacı Qaramanın üzünün hürmətinə, Ya Rəbbim, ya Rəsuallah, məni yada salıf buralara gələnnərə köməy olsun. Mənim balalarıma da köməy olsun Hakk Allah özü. Beş kimsələr – Əli, Allah, Məhəmməd, Fatma, Həsən, Hüseyin. 72 şuhada – Məkkədə, Mədinədə imamnar şəhid olanda o da olarnan şəhid olub.

  17. Qız versin (Allah), talehini tez versin, talehsiz olullar.

  18. Qoyun olanda deyirlər, dırnağı bərk olsun. Mal olanda deyirlər, höörü qalın olsun.

  19. Mehriban olun.

  20. Nənəm deyərdi ki, bizə, Allah səən çiynində ağ tüh pitirsin.

  21. Nənəm maa deyirdi, ay bala, hara getsən, çörəyin bişmiş olsun, suyun gəlmiş olsun! Deyirdi, səni heç görüm neyniyim, necə eliyim demiyəsən.

  22. Səni görüm ağbaxd ol.

  23. Səni görüm suyun soyuğ olsun, bişmişin də hazır gəlsin.

  24. Səni üç oğullu, bir qızdı olasan.

  25. Sinanda ağ tüh bitsin.

  26. Urzunuz bol olsun.

  27. Üzün ağ olsun,

Yediyin yağ olsun,

Mindiyin bir köhlən daylağ olsun,

Gəzdiyin yaylağ olsun!


  1. Yaxşı adamnarın həmməşə canı sağ olsun.

  2. Ziyalı olun!


* * *

  1. Aaz, səni yanasan.

  2. Atının dalınca qulun səhməsin.

  3. Ermənin tifağı dağılsın. Dağıtdı bizim tifağımızı.

  4. Əzizdərinnən qalsınnar (erməniləri nəzərdə tutur – top.).

  5. Qabırrarından qalsınlar.

  6. Olların da elə əvləri bizim əvlərimiz kimi dağılsın!

  7. Onnarı (erməniləri nəzərdə tutur – top.) görüm didərgin düşsün bizim kimi.

  8. Səni əv olma.

  9. Yükün binə tutmasın.

  10. Yükün kölgə salmasın.

  11. Yükün yığılmasın.

BAZAR SЦZLД103
Dağların dağ çiçəyi,

Kartofun ağ çiçəyi.


Şor döyül, yağdı,

Yarı sarı, yarı ağdı.


Balan yeyər,yekələr,

Arvat yeyər, kökələr.


Çil lovya, çilli lovya,

Çillicə, gülü lovya.


Şitilə gəl, şitilə

Pomidor, ajı, şirin bibar,

Şüşə kimi badımcan,

İnciyərəm almasan,

Bibar, nə bibar,

Belə bibar var?


Qatığın üzünü pıçax kəsməz,

Ağzının tamın bilən burdan yan keşməz.


Əmlih quzu otu yeyən heyvanın südü

Hardadı belə ağartı dadı?


Beşdi, ondu, mindi,

Alma vitamindi.

Üzümü üzüp gəldim,

İsdola düzüp gəldim.

Şirindi, mətdi,

Bir giləsi,

Bir isdəkan şərbətdi.
Kənt məhsulu, şah malı,

Alma, armut, şafdalı.


Üzüm döyül, kəhrabadı,

Noğuldu, qəntdi dadı.


Kim aldı, kim almadı,

Qızıləhmədidən qalmadı.

Kim aldı, kim almadı,

Meyvəsiz bazarrıx? Olmadı!


Bazarın gözüdü göyəm,

Vitaminin özüdü göyəm.


Bazarın, püsdəsi, badamı

Çəkir, ovsunnuyur adamı.


XЦRДK SЦZLД
Dadanmısan dolmuya,

O da bir gün olmuya.


Dadammısan xəngələ,

Məni salmısan əngələ.


Dadammısan kifdiyə,

Elə bilirsən gəlir müfdəyə?


Hər yeməyin təzəsi,

Aşın köhnəsi.


Düşbərə, ay düşbərə,

Ye, qalmasın səhərə.


Qovut,

Ver uşağa, ovut.


Miyo, miyo, miyəbbəni,

Pişiy apardı kifdəni.


Şor, pendir, lavaş

Gəvələ yavaş-yavaş.


OYUNLAR

CƏHRİBƏYİM
I mətn

Cəhribəyimdə oxuyurdux:

O tay, bu tay, yasdana,

Kəklih qonar bosdana.

Qorxuram, yağış yağa,

Yarım gələ isdana.



Söyləyici bu oyunun qızlar tərəfindən oynanıldığını dedi. “Neçə qız oynayardı” sualına isə məhlənin “bütün qızları”, – deyə cavab verdi – top.

II mətn

Cəhriböyüm, Cəhriböyüm (oturduğu yerdə atdanıb düşə-düşə əl çalır – top.). Bizim kəntdə deyirdilər onu. İki arvat var idi, biri Südabənin nənəsi Mirvarı, biri də Qara Balaxanım – mənim baldızım, Allah aparmış. Ölüflər indi ikisi də. Yekeydilər e, ikisi də mənnən. Biri Cəhriböhüm, Cəhriböhüm (əl çala-çala deyir – top.) deyə belə hərrənirdi, biri də Cəhriböhüm, Cəhriböhüm (yenə əl çala-çala oxuyur – top.) belə hərrənirdi. Sözdəşirdilər, dalaşırdılar, tutaşırdılar, dihləşirdilər, bilmirəm. Onu eləyə bilmərəm. Yalannan deyə bilmərəm. Düzdə, mərəhdə deyirdi e. Dədəm əvinin çoxlu dövləti oluf. Getmişih yatağa, yaz ağzıdı. Elə köçüf gəlif düşmüşüh Qarabağın düzünə. Ordan deyiflər, Siriyə artes gəlif. Gəlif görmüşüh, üzümüzdən qırax, kalxoz mərəyində deyillər, bax o Cəhriböhümü. Cəhirböhüm, Cəhriböhüm, burdan biri gəlir, ordan da biri. Gəlif ortada birrəşirdilər. Biri-birin qırırdı, nəysə deyirdi, o, onun başınnan tuturdu, o, onun başınnan tuturdu.




III mətn

Cəhribəyimi yallı kimi oynuyullar. Deyillər e, mən görməmişəm. Yaşdı adamlar deyir. Hopbana-hopbana nəysə deyiv oynuyurmuşdar uşaxlar da. Onun adıymış Cəhribəyim.


IV mətn

Cəhribəyimi, nə bilim, Qara Balaxanımnan bir də bir arvad vardı, adı yadımnan çıxıfdı, olar oynuyurdu. Hopbula-hopbula oynuyurmuşdar. Tullana-tullana oynuyurdu. Sözdəri huşumnan çıxıfdı.


V mətn

Təknə-tabax Cəhribəyim,

Palazqulax Cəhribəyim ...

Halay qurax, Cəhribəyim,

Güzgü-darax Cəhribəyim,

Gəlin quraq Cəhribəyim,

Hu, Cəhribəyim, hu, Cəhribəyim.

Qarı küsər, payın kəsər, Cəhribəyim...



Söyləyici mətni Nüzgarlı Novruz müəllimdən eşitdiyini dedi – top.
VI mətn

Nooruz bayramında qız-gəlin, hamı suyun üsdə gedirdi. Bir bədzat qızıdım. Mən də olara qoşuluf gedirdim. Suyun üsdə yekə-yekə belə qədimnən qalmış çinarrar vardı. Üş yerdən yüyürüh asılırdı. Hamısı aralı-aralı. Minirdih orda. Cəhribəyimi çağırırdı. Cəhribəyim, Məhribəyim. Arvatdar çağırırdı. İndi bu toylarda oynuyursan, belə halay bağlıyıllar gəlinin başına.

Usdubudu, ha usdubudu.

O kişi mənim dosdumudu.

Getdi bazara, gəlmədi,

Yaylıx aldı, vermədi.

Yaylığın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı öldürdülər.

Ağ balığa saldılar,

Ağ balığın üzü qara,

Mana da bir yaylığ aldılar.

Yaylığımın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı nə bilim neynədilər, yadımnan çıxıfdı qalan. Cəhribəyim, Məhribəyim, hamı heylə çağırırdılar. On qız, on gəlin beləsinə hərrənirdi. Bir-bir ortada. İndi qocalmışam mən. Birin deyirəm oynuya-oynuya. Onda zurna nəəzirdi, qaval nəəzirdi. Nağara nəəzirdi.

Yüyürühdə (yelləncəkdə – top.):

Bayram olcax cəmi doslar geyinir,

Mən də yarı qoşdum oların cərginə.

Gümüş piyalasına, əməl meyinə,

Məzə dodağına qurban olduğum.

Aaz, gəlin e, böyün bayramdı, Navrız bayramı. Gəlin e.

Bağların xəzəlisən,

Gözəllər gözəlisən.

Əlimi sənnən mən üzmərəm,

Sovdamın əzəlisən.
VII mətn

Rəhmətdih nənəm deyirdi ki, uşağıdıx. O Səmədov İdirisin babası, ana babası – Şahmar, o da imkannı, varrı adamıdı. O Maşannıdan gələn kanal var e, o Teymur Quliyev kanalı, onu düz o Maşannıdan, Mahmıtdıdan o kişi çəhdirif gətirmişdi. Nənəm deyirdi ki, Şahmar kişi suyu gətirəndə hammızı yığırdı, biz də balaca uşaxlarıdıx. Hammızda lapatqa, vedrə. Şeyir deyə-deyə gedirdih. Dalınca da deyirdi “Cəhribəyim”. Biz də xornan qışqırırdıx “Cəhribəyim”. “Cəhribəyimi”, – deyir, “oxuya-oxuya gedirdih”.



VIII mətn

Cəbrayıl rayonnun Nüzgar kəndində bir Cabbarov Nooruz məllim var. O Nooruz məllimin dediyinə görə, Cəhribəyim oyununda iştirak eliyib o. Amma yaxınnan yox. Deyir ki, kişi xaylaxları o oyunda iştirak eləməyə qoymurdular. Ancax kadınnardan ibarət olurdu. Həm də azyaşdı uşaxları orda qoymurdular iştirak eləməyə. Aralaşdırırdılar. Deyir ki, məsələn, belə sözdər vardı ki, orda, palazqulax Cəhrəbəyim, cəhrə-darax Cəhrəbəyim, tiyan-sənəh Cəhrəbəyim, təsələpapax Cəhrəbəyim. Belə sözdər vardı. Amma dediyinə görə, bu sözdər o bənddərin axırıncı misralarında olurdu. Həm də bir az hərbə-zorba kimi olurdu. Və özünün dediyinə görə, o sözdər bir az da zarafatyana deyilən sözdəriydi ki, orda balaca uşaxların ona görə iştirak eləməsi məsləhət görülmür. Kişi xaylaxlarının iştirak eləməsi ona görə məsləhət görülmür. Deyir ki, belə şeylər vardı. Belə hərbə-zorba şəkli. İndi görürsən bizim meyxanaları, o meyxanaların sonunda deyir, səni neyniyərəm, neyniyərəm. Hardasa bu Cəhribəyimin də sözdərində o formada şeylər olurdu.


ƏNZƏLİ
Ənzəli, ikiləri xan rəhbəri.

Üşdə bir yan vurallar.

Dörtdə təpik atallar.

Beşdə qulunc qırallar.

Altıda təkər keçəllər.

Yetdidə əl dəysin, ətək-pətək dəyməsin.

Səkgizdə palan qoyallar.

Dokquzda palan götürəllər.

Onda a hosana, hosana,

Keçi girdi bosdana.

Vurdum qılçası sındı,

Apardılar həkimə.

Həkim verdi vəkilə.

Vəkil dedi neyniyim ...



Söyləyici qalan mətni unutduğunu dedi – top.

Yeddidə əl dəyir, amma ətəh, qılçalar da dəyirsə, onda tullanan yanır. Yerdə dombalan qalxır, indi ətəyi dəyən dombalır.

Səkgizdə kurtqa kimi bir şey götürürsən atırsan belinə, keçirsən. Elə atırsan düşməsin. Qoyuf keçirsən üsdünnən, deyirsən səkgizdə palan qoyursan.

“Dokquzda palan götürəllər”, – deyif, kurtkanı da götürürsən.


RƏNG-RƏNG
Bir dəsdə uşax yığılır. Bir nəfər bunnarın başçısı olur. Bir nəfər də alıcı olur. Bir nəfər başçı uşaxların qabağında dayanır. Hər uşağa bir rəngin adını verir. Birinə sarı, birinə göy, qırmızı. Nə qədər uşax var, o qədər də onnara ad qoyur.

Oyun başdıyır.

Alıcı gəlip guya qapını döyür. Əliynən qapı döyən kimi eliyir, diliynən də deyir:

– Tuk, tuk!

Başçı deyir:

– Kimdi?


Alıcı:

– Mən.


Başçı:

– Nəyə gəlmisən?

– Rəngə.

– Hansı rəngə?

Rəng alıcısı ağlına gələn, ürəyi isdiyən bir rəngin adını çəkir.

Əyər dediyi o rəngin adı başçının dəsdəsində yoxdusa, başçı deyir:

– O rəng yoxdu.

Bu dəfə alıcı ayrı rəngin adı çəkir. Məsələn, deyir:

– Qırmızı.

Bu dəfə qırmızı rəng “qaçır”. Alıcı onu tutmağa çalışır. Qırmızı rəngi alıcı tuta bilsə, aparıf özü isdiyən bir yerdə saxlıyır. Tuta bilməsə də, tuta bilsə də, təzdən yenə alıcının yanına gəlir. Bu dəfə də bayaxkı sözdər təkrar olur. Alıcı növbəynən başqa rəngin dalınca gəldiyini deyir. Belə-belə oyun başçının dəsdəsindəki uşaxlar qutarana kimi davam eliyir.



TUT QOLUNDAN, DART
Neçə-neçə uşax əl-ələ tutup dayrə vurur. Bir nəfər də dayrə tutan uşaxların ortasında aşağı çöməlip, gözdərini yumur. Uşaxlar da əl-ələ tutuf onun başına fırranıllar. Fırrana-fırrana da bu sözdəri deyillər (nəğməyə yaxın avazla oxunur – top.).

Dilarənin anası,

Şəkərçörəh bişirir.

Hündürrüyü bu boyda,

Böyühlüyü bu boyda.

Qalx ayağa, qalx,

Ətrafına bax.

Kimi sevirsən,

Tut qolunnan, dart.

Bu sözdərdən sora ortada duran uşax ayağa qalxır, gözdərini açıf ətrafında dövrə vuran uşaxlardan birinin qolunnan yapışır. Bu dəfə də həmin uşax dövrə vuran uşaxların ortasında oturur. Beləcə, oyun davam eliyir. Ta ki, dövrə vuran uşaxların hamısı bir-bir ortada oturup qutarır.



QAZLAR-QAZLAR
Bir tərəfdə bir dəsdə uşax dayanır. Guya bunnar qaz dəsdəsidi. Bir uşax da bunnardan xeyli aralıda dayanır. Bu uşax da bunnardan xeyli aralıda dayanır. Bu uşax da guya qazdarın anasıdır. Ortada da bir uşax qurt (canavar) kimi dayanır ki, qazdarı yesin.

Qazdarın anası deyir:

– Qazdar-qazdar.

Qazdar (xorla):

– Nə var, nə var?!

Anası:


– Evə gəlin.

Qazdar:


– Evdə nə var?

Anası:


– Dən var, su var.

Qazdar:

– Nətəər gələh, yolda qurt var?!

Anası:


– Uça-uça.

Bu sözdən sora qazdar dəsdəynən qaça-qaça analarına tərəf gedillər. Qurt da bu heyndə qazdarın üsdünə cumup, birini tutmağa çalışır. Hansını tutsa, o, oyunnan çıxır. Beləcə oyun uşaxları qurt tutup qutarana kimi davam eliyir.


SÜMÜK-SÜMÜK
Gejə vaxdı yığılırdıx qız-gəlin. Bir sümüh tapırdıx, sora onu tulluyurdux. Gediv onu tapırdıx. Elə bil ki, iki dəsdə olurdux da. Daa kim tapırdı, o udurdu.
QUŞ UÇDU
– Quş uşdu,

– Hansı quş?

– Qaranquş.

– Neçə dəfə.

– Beş dəfə (Bu say isdənilən qədər ola bilər).

SANAMALAR
1. Üştübidi, ha üştibidi,

Bir kişi mənim dostum idi.

Getdi bazara gəlmədi,

Yaylığımı aldı, vermədi.

Yaylığımın ucu qara,

Göndərdim Peykənpara.

Peykənpardan ağ bala,

Ağ baldan saçağa,

Qızılgülnən pıçağa.

Yeri-yeri, yetim oğlan,

Dalınca ötüm, oğlan.

Vurum sandığ açılsın,

İnci-mərcan seçilsin.

İnci-mərcan fel-feli,

Gəl oxu bizim dili,

Bizim dil Rum dili.

Rumnan gələn atlar

Heyva çiçəyin saxlar.

Çeyvanın qız-gəlini...
2. Üşüdüm, ha üşüdüm,

Dağdan alma daşıdım.

Almacığımı aldılar,

Məni yola saldılar.

Mən yolumnan bezaram,

Dərin quyu qazaram.

Dərin quyu, beş keçi,

Hanı bunun erkəgi?

Erkəh qaya başında,

Ha çağırdım, gəlmədi,

Çiyit verdim, yemədi.

Çiyit qazanda qaynar,

Qənbər bucaxda oynar.

Qənbər getdi oduna,

Qarğı batdı buduna.

Qarğı deyil, qamışdı,

Baş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tat mana darı verdi.

Darını verdim quşa,

Quş mana qanat verdi.

Qanatdandım uşmağa,

Hak qapısın aşmağa.

Qapıçı qapı toxuyur,

İçində bülbül oxuyur.

Mənnən kiçih qardaşım

Allahın kəlamın oxuyur.
3. Üşüdüm ha, üşüdüm,

Bağdan alma daşıdım.

Almalarımı aldılar,

Mənə cırım çəkdilər.

Mən cırımdan bezərəm,

Dərin quyu qazaram.

Dərin quyu beş metir,

Hanı onun erkəci?

Odu qaya başında.

Hə elədim gəlmədi,

Çiyit verdim, çeynəmədi.

Çiyit qəzəndə qəynadı.

Qənbər qol götüdü,

Bucaxda oynadı.

Qənbər getdi oduna,

Qarğı dəydi buduna.

Qarğı deyil, qəmişdi,

Beş barmağım gümüşdü.

Gümüşü verdim tata,

Tatdan darı aldım.

Darını səfdim quşa,

Quşdan qanad aldım uşmağa,

Hak qapısını aşmağa.

Qəpihçi qəpih toxuyur.

Mənim o balaca qardaşım

Hakqın kəlamın oxuyur.


4. Ekidi, bekidi, bilmirəm,

Laləni dindirmirəm.

Lalə yaman forsdudu,

Çirkinnərin dosdudu.

Hop, hop,

Qızıl top.

Əl, əl, əpənəh,

Əldən düşdü kəpənəh,

Kəpənəyin hamısı,

Yumurtanın yarısı.

Hop, hop,

Qızıl top.


5. Cəhribəyim, dağ çiçəyim,

Sora deyir ki, şam ağacı şatır keçi,

Qum ağacı, qotur keçi.

Haldır dedim, huldur dedim,

Kəhrə dedim, kahrux dedim, çıxdı.

Mutulu, mutulu, dərzi mutul.

Hil atar, qaymax qatar.

Əmim oğlu Mustafa,

Üzüm əyağının altda, harası p..lu Mustafa.

Haldır dedim, huldur dedim,

Çəhmə dedim, çarıx dedim, çıx dedim.
6. Akidi, makidi quş idi,

Zindana qommuş idi.

Zindanın ağaşdarı,

Daş götürən quşdarı.

Çəpər çəhdim, yol aşdım,

Qızılgülə dolaşdım.

Bir dəsdə gül yığmışdım,

Yeəsi gəldi, mən qaşdım.




DİNİ MДZMUNLU ŞEİRLДR
ZİKRLƏR
I mətn

Bəzəhnən (söyləyicinin dediyinə görə, imamların tərifi üçün işlənən sözlərə bəzək deyirmişlər – top.), tərifiynən deyirdlər də, bəy tərifi kimidi o. İmamnarımızın tərifidi.

Deyirih ki, o Həzrət Əlinin adına deyillər e:

Om bir oğlu vardı, bir də atası,

Doludu nurunan onun əzası.

Yəni ki, pramoy demirdilər ki, Həzrət Əlinin om bir oğlu var. Birinci İmammızdı da. Onu elə heylə deəllər. Bu qurban olduğum Əleyhissalama salavat çəkiləndə heylə bəzəhnən deyərmişdər dayna. Bax onu heylə deyirdih. Deyirdilər ki, hər gejə yerə girəndə onu deyəllər, yanı da imamnarın o dünyada adını soruşallar, biz də deyə biləh. Örgənmişəm o vədədən.

Ərəb atlandı bu çilə meydanda,

Məhəmmət şehrinnən tökülən qandı.

Birinci imammız Şahi-Mərdan Əlidi,

İkinci imamı xəbər al, deyim.

Atını minəndə yel kimi əsər,

Yetirər, kafarın boynunu kəsər,

İkinci İmammız İmami-Həsən,

Üçüncü imamı xəbər al, deyim.

Kərbəlada qətl oldu Hüseynim,

Oxudum Quranı, açıldı zehnim.

Üçüncü imammız İmami-Hüseyin,

Dördüncü imamı xəbər al, deyim.

Bahar olcax, dağlar geyər abidin,

Din içində din bəsləyər abidin.

Dördüncü imammız Zeynalabidin,

Beşinci imamı xəbər al, deyim.

Gözdərin ayıldı, sözdəri mayıl,

Müşgülə düşəndə mövlanı çağır.

Beşinci imammız Məhəmməd Baqir,

Altıncı imamı, xəbər al deyim.

Dünyada qürbət etmə, yazıx,

Gəlsə üsdümüzə belə bir azacıx,

Altıncı imammız Cəfəri-Sadiq,

Yeddinci imamı xəbər al, deyim.

Allahın min bir adı var, birisi Azim.

Qəlbimdə oxuyum, dilimdə yazım,

Yeddinci imammız Museyi-Kazım,

Səkkizinci imamı xəbər al, deyim.

Namazı qıl, qoyma qəzaya,

Yəqindi mənşərdə verəllər cəza.

Səkkizinci imammız Qəribi-İmami-İrza,

Doqquzuncu imamı xəbər al, deyim.

Doqquzuncu imamımz Kövsər üsdə gəzən Saqidi,

Onlar gəzən yerrər cənnət baqidi.

Doqquzuncu imammız Məhəmməd Taqi,

Onuncu imamı xəbər al, deyim.

Məkgəyə gedəndə geyəllər ağı,

Sinəmə çəkilif düyünlə dağı.

Onuncu imammız Əliyyən Naqı,

Om birinci imamı xəbər al, deyim.

Səhər-səhər badı-səhər kəs barı,

Sözüm budur, ilahidən kəs qarı.

Om birinci imammız Həsən Əsqarı,

On ikinci imamı xəbər al, deyim.

Müsibənin dağını bürüdü duman,

Müşgülün könlünə gəlmədi guman.

Əvvəlki imammız Şahi-Mərdan Əlidi.

On ikinci imammız Mehdiyi-Sahibi- Əz Zaman,

Dadımıza yetsin hər bir zaman.

Deyir, gərəh ayağa qalxasan onun adı tutulanda.
II mətn

O vax ziyarətə gələnlər zikr eliyirdilər. Deyir, çox yatmax günahdı. Onun üçün olar sabaha qədər oturarmışdar:

Var dağların çiçəyi,

Başında var ləçəyi,

Zikirrərin göyçəyi,

La ilaha illallah.

La ilaha illallahı bir otuz dəfə, qırx dəfə deyənnən sora deyirdi:

Mən İllaha gəlmişəm,

İl illaha gəlmişəm,

Açın dərgah qapısın

=Açın cənnət qapısın,

Bir diləyə gəlmişəm.

Yanı cənnət diləyinə gəlmişəm ki, cənnətə gedəm.

O vax elə adamnar olardı ki, gəlif Çələvi babama deyərmişdər ki, ay Çələvi, qurbanın olum, mən dini ibadətdəri yerinə yetirə bilmirəm. Nağayrım? Bavam da olara bu sözdəri öyrədərdi. Yanı ki, get, səhər-axşam de. Lap əlində işin də olsa, ürəyində oxu. Elə bunnarı oxuya-oxuya soralar namazdarın da qılırdılar.


III mətn

Mənim xalam Əlinin mamasıydı da, sonsuzudu deyə xalam saxlıyırdı. Deyir, bala, Çələvi babamdan izinniymiş o. O qədər işdiyirdi104, o işin dayna, Allahı çağırdı, peyğəmbər əleyhissalamı çağırırdı, yalvarırdı. Deyir, gejə qalxdım, and içir ki, arvat da yatmırdı, dördəcən, beşəcən, zikrini eliyirdi. Deyir, bala, Əli babanın canı hakqı, gördüm, arvat xəlbir kimi göydə bax belə-belə fırranır. Deyir, başımın tükü qabarır deyirəm. Deyir, dedim, mama, nağayrırsan, mama? Deyir, orda gəldi düşdü qaravatın üsdə. And içir ki, bala, dəyirman kimi belə işdiyirdi. Deyir, ağladı, dedi, bala, mənim əvimi niyə yıxdın, bala, mənim əvimi niyə yıxdın? Deyir, dedim, ay mama, qadan alım, ayıldım, gördüm. Qorxdum ku, fırranan nədi, dayna? Gördüm kü, sənsən. Belə-belə deyir, dedi ki, gərəh onu görmüyələr. Bax and içir ki, gözümünən gördüm onu. Zikirri adam heylə olur.


IV mətn

Çələbi babam iş verirmiş. Mürütdərinə iş verirmiş, yəni dini iş deyillər ona. Yəni o iş də zikir eləməhdi, yəni dua eləməhdi, namaz qılmaxdı, ona iş deyillər. Elə bil ki, izinni olur, məsələn, deyir, filan mürüt Çələbi babadan izinni oluf, ya işdi olufdu, iş alıfdı. Söyməzlər ona, hörmət qoyallar. Muxdar (bizim qonşudu) deyir, gejə səsə oyandım, baxdım, gördüm, atam zikir eliyə-eliyə bax belə oynuyur, qalxır havıya. Deyir, qorxdum. Axır ki, çağırdım, dədə, noluf, dədə, noluf? Pərt oldu, döndü maa ki, sən niyə məni zad eliyirsən? Gərəh sən məni görmüyəydin. Bax heylə zikir eliyə-eliyə qalxıllar. Bax belə yanı havada fırranıllar.


Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin