Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
202
rının tətbiq edilməsi )həmçinin CAAT adlandırılır);
maliyyə
hesabatlarının dərc olunma tarixi (
date the financial
statements are issued) – Auditor hesabatının və yoxlanılmış -
maliyyə hesabatlarının üçüncü tərəfin istifadəsinə verildiyi
tarix;
Tərcümə üsulu ilə alınan terminlərə baxış
dilçilikdə
müxtəlifdir. R.F.Brandta görə, alınma terminlərin tərcümə
üsulundan bacardıqca qaçmaq lazımdır, çünki bəzi hallarda tər-
cümə pis və yöndəmsiz alınaraq orijinal formadan qat-qat pis
səslənir və fərqlənir [103,s.412]. E.F.Karski isə qeyd edir ki,
terminlərin tərcümə məsələsi mürəkkəb
prosesdir və termini
tərcümə edərkən təkcə tərcümə olunan dilin normalarını nəzərə
almaq kifayət deyil, donor dilin də qayda-qanunları, normaları
eyni dərəcədə əhəmiyyətlidir. Yalnız bu halda terminin əsas
məzmunu tam ifadəsini tapa bilər [115,s.39].
Fikrimizcə, terminlərin tərcümə üsulu müasir dildə vacib
məsələlərdən biridir. Qloballaşma və inteqrasiya prosesləri və
bunların nəticəsində dilə daxil olan alınma
terminlərin
çoxluğunu nəzərə alsaq, bu üsul müasir Azərbaycan dilinin
xəlqiliyinin, saflığının qorunması üçün yararlıdır. Bəzən
tərcümə düzgün olmadıqda
terminin mürəkkəb mahiyyəti
olduğundan çox bəsit formada göstərilə bilər. Bu zaman
tərcüməyə əsas yoxdur və alınma terminin olduğu kimi dilə
qəbul olması daha labüddür. D.S.Lotte əlavə edir ki, hal-
hazırda dildə işlətdiyimiz, amma ilkin və ya əvvəlki mənası ilə
maraqlanmadığımız kifayət qədər termin var.
Tərcümə o
zaman uğurlu sayılır ki, sözün mahiyyəti qorunaraq tərcümə
olunur. Kalka zamanı isə tərcümə olunan sözün formasını