Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   35   36   37   38   39   40   41   42   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
43 
Postmodern romanda reallığın qeyri-reallıqla çulğalan-
ması xüsusi bir məkan yaradır ki, oxucunu romanın bu bə-
dii məkanına salır. Bu bədii məkanda qəhrəmanlar həyatını 
və daxili aləmini dərhal hiss edir. 
Postmodern yazarlar insan və dünya arasındakı ziddiy-
yətləri simvolik obrazlardan, işarə və eyhamlardan istifadə 
edərək, əsərin hüdudlarından kənarda olan məkanın bədii 
izahını verməyə cəhd edirlər. 
Bütöv qapalı dünyanın yaradılması fonunda postmo-
dernistlərin mifoloji və ya simvolik üsullara meyl etmələri 
qanunauyğun olaraq ona gətirib çıxarır ki, dünyanın xaotik 
başlanğıcına və mənzərəsinə işarə edən postmodern ro-
manda antiutopiyaya böyük maraq müşahidə olunur. 
Pərviz Cəbrayılın «Yad dildə» antiutopiya romanında 
İçərişəhər statusuna görə seçilmiş bir məkandır. Pərviz 
Cəbrayılın «Yad dildə» əsərində də baş verən hadisələrin 
İçərişəhərdə təsviri də səbəbsiz deyil. Əsərin qəhrəmanları 
balaca məkanda İnternetə sığınırlar. Onların dünyası sığın-
dıqları bu internetdir. Təbii ki, «Yad dildə» əsəri semiotik 
obrazların istifadəsi kimi diqqəti cəlb edir. 
İlqar Fəhminin postmodernist üslubda qələmə aldığı və 
«teatral roman» adlandırdığı «Akvarium» əsərində hadisə-
lər üç məkanda baş ver. İntihar səhnəsi ilə başlanan «Ak-
varium» əsərinin çıxış nöqtəsi premyeraya qədər ki, zaman 
götürülür. «Akvarium» romanı kompozisiyası həm teatr
həm akvarium, həm də Sahibin öz ata-baba mülkünün ye-
rində özü üçün tikdirdiyi yaşayış evinə çevirdiyi məkanda 
inkişaf edir. Səhnə, tamaşa, pyes kimi reallığa əks məkan-
larda hadisələrin inkişafı diqqəti cəlb edir. Bədii məkanın 
məhdudluğu əsəri pyesə yaxınlaşdırır. «Akvarium»da 
İ. Fəhmi «akvarium»a üstün gəlmək üzrə bütün dramatiz-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin