Türkü
Sevdiyim cəmalın çünki görəməm,
Çıxmasın hayalin dil-i Ģeydadan.
Xak-i payə çüki yüzlər sürəməm,
Atayım peyamın bad-i səbadan.
Kəbud seĢmi bi-rəhm etdi – nigahın,
AĢıkları göyə çıkardı ahın.
Könül Nəhmətova
40
Sordum gərdənindən zülfi-siyahın,
Bir cavab vermədi akdan-karadan.
Sevdiyim, bəndənə düĢərsə hizmət,
Kapunda kul olmak canıma minnət.
Görə idim səndə buyi məhəbbət,
Ġstədiyim budur sən bivəfadan.
Nədima hüsnünə olmuĢdur aĢık,
Öylə bir aĢık ki, kavlində sadık,
Kərəmə nə kadar deyilsə layık,
Ar etməz əfəndim, Ģahlər gədadan.
XIX əsrdə yazılmıĢ son mühüm türk təzkirəsi Davud Fatin
Əfəndinin 1852-ci ildə tamamladığı «Xatimətül-əĢ’ar» əsərində də
məhəlliləĢmə cərəyanının təsiri görünür. Bu əsər 1855-ci ildə
keyfiyyətsiz bir kağızda nəĢr edilmiĢdir. Yarım ildən sonra əsərin
Topxaneyi-Amirədə yenidən nəĢr olunacağına dair «Cərideyi-
xəvadis»də bir elan dərc olunmuĢ, təzkirəyə Ģeirləri girmiĢ və
girəcək Ģairlərdən bu xüsusda yardım və məlumat istənmiĢdir. Və
nəhayət, 1863-1864-cü illərdə Fatin təzkirəsi Tənzimat ədəbiyyatı
banisi ġinasi tərəfindən yeni bir üslubla, yəni sadə türk dilində
nəĢr olunmuĢdur [97. 843].
XIX əsr Azərbaycan təzkirəçiliyində türk dilində ilk təzkirə
1885-ci ildə Seyid Əzim ġirvani tərəfindən tərtib olunmuĢdur. Bu
dövrün məhəlliləĢmə abu-havası Seyid Əzimin təzkirəsinə də öz
təsirini göstərmiĢdir. Belə ki, giriĢdə verilən – «əgər çi, bu
təzkirədə əĢ’ari-farsi zəbtü rəbt olunmayacaq və lakin ġirvanda
olan
ustadi-mütəqəddimin
türki
əĢ’ari
nəzəri-həqirə
yetmədiyindən təbərrükən hər birindən bir neçə beyt mərqun və
məstur qıldım» cümləsindən görünür ki, müəllif təzkirəsini yalnız
türk dilində tərtib edəcəyini qarĢısına məqsəd qoymuĢdur. Əsərdə
diqqəti çəkən ikinci bir nöqtə Sadiqinin təzkirəsindən sonra bir
çox təzkirələrdən fərqli olaraq üç böyük türk bölgəsini əhatə
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
41
etməsidir. Türk mənbələrində Seyid Əzim ġirvaninin təzkirəsi
məhz bu cəhətinə görə yüksək qiymətləndirilir ki, bu «TəzkirətüĢ-
Ģüəra» yetərli ölçüdə olmasa belə, üç böyük türk ədəbiyyatı
dairəsinin aralarındakı əlaqələri göstərməsi baxımından xüsusi bir
dəyərə sahibdir [14. 346].
Seyid Əzim ġirvani öz təzkirəsinin quruluĢunu belə bəyan
etmiĢdir: «Bu təzkireyi müxtəriədə bir müqəddimə və füsali
ərbəə
*
var. Dörd fəsil üzrə tərtib və təlif olunmuĢdur:
Fəsli-əvvəl – ġüərayi-Qafqasi – xüldniĢan;
Fəsli-sani – ġüərayi-Ġran;
Fəsli-salis – ġüərayi-Türküstan;
Fəsli-rabe – ġüərayi-məmaliki-Rum bəyanındadır.
Təzkirənin «Dibaçə»sində yazılma səbəbi, Ģeir və Ģair
haqqında müəllifin mülahizələri, əsərin ithaf olunduğu hökmdarın
– Ġran Ģahı Nəsirəddin Ģahın mədhində qəsidə, müəllifin
nəsəbnaməsi və təzkirənin tərtib edildiyi il haqqında bir məsnəvi
verilmiĢdir. «Dibaçə» bir bənd Ģeirlə baĢlayır:
Bu təzkirə kim, məcməi-Ģe’ri-Ģüaradır,
Hər səfası gülzar kimi ruhfəzadır.
Qoymaz yerə əldən onu zövq əhli görəndə,
Kim, canə fərəh çeĢmə ziya, qəlbə Ģəfadır.
Seyid Əzim təzkirədə özü haqqında lazım olan məlumatları
oxucusuna çatdırmaq məqsədi ilə yazmıĢdır:
Nəsəbim xətmi-ənbiyayə yetər,
Həsəbim Ģahi-lafətayə yetər.
Hacı Seyid Əzimdir adım,
Nəzmdə ruhi-qüds ustadım.
Ustadım Bahari-vəhykəlam –
Kim, onun nəzmidir mülki-niham.
Dörd fəsil.
Könül Nəhmətova
42
Seyyidəm, bir qulamiyəm o Ģəhrin,
Rizəxari-kəlamiyəm o Ģəhrin.
Məsqətür-rə’sdir mənə ġirvan,
Sinni pəncahə vasiləm əlan.
Az qalıbdır ki, tündbadi-süruĢ,
Qıla Ģəm’i-həyatımı xamüĢ.
Seyid Əzim bu məsnəvidə əsərinin yazılma tarixini də dəqiq
göstərir:
Bir min üç yüzdə sali-hicrətdən,
Bunu cəm eylədim qənimətdən.
ġe’rbafəm bu kargah üzrə,
Zöhrələr zahir oldu mah üzrə.
Mənə peyvəstə Ģügldür əĢ’ar,
Zülfi yar ilə çünki rəbtim var.
Gərçi hər Ģüglə pay peydadır,
Buna «tarixi-Ģügl» bipadır.
ġügldən saqit eyləsən lami,
Odu tarixi-salın əyyami.
Müəllif burada həm də əsərinin «tarixi-Ģüğl» ifadəsində
ədcəd hesabı ilə yazılma tarixini bildirmiĢdir.
Təzkirənin müqəddiməsində Ģeir və Ģairlikdən bəhs olunur,
«Qurani-Kərim»dən ayələr göstərilir və izah olunur, orta əsr
ədəbiyyatında olduğu kimi, peyğəmbərin tərifinə sözlər söylənir.
Müqəddimə Ģeirin mənasını açan bu sözlərlə baĢlayır: «Bu fənni-
Ģərifin dəqiqĢünaslarına ərz olunur ki, ürəfalər və zürəfalər Ģeiri
tükdən götürüblər. Ərəb lisanında «Ģə’r» tük deməkdir və əĢ’ardə
dəxi tükdən nazik məzmunlar mövcuddur, onu da bilməz məgər
ərbabi-xibrət və əshabi fitrət» [82. 11].
Təzkirədə Seyid Zülfüqar ġirvani, Fələki ġirvani, Xaqani
ġirvani, Mücirəddin Beyləqani, Didə, Hacı Nəcəf bəy, Raci,
Nüsrət və baĢqa Azərbaycan Ģairlərinin tərcümeyi-halı nisbətən
geniĢ verilmiĢdir. Təzkirədə Türkiyə Ģairlərindən Nabi, Fövzi
Əfəndi Rumi, Ġzzət Rumi, Vəcdi bəy Rumi, Fazil Rumi, Hüsni
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
43
Çələbi, Ruzi, Fitnət xanım Rumi, Nisari və b. Ģairlərin yaradıcı-
lığına yer ayrılmıĢdır. Bir sıra Ģairin adı çəkilmiĢ, lakin əsərl-
ərindən nümunə verilməmiĢdir. Onlar aĢağıdakılardır: Cami
Ərdəbili, Bühuri, Qivami Gəncəvi, Nizami Əruzi, Fərəzdəq, Əbü
Nüvas, PuĢkin, Əbu Übeyd Nəbati. Təzkirədə ilk dəfə olaraq
Qövsinin Ģeirlərindən nümunələr verilmiĢdir.
Ümumiyyətlə, təzkirə 271 Ģairin yaradıcılığını əhatə edir.
Bundan əlavə əlliyə qədər də «laədri»
*
beyt vardır.
Seyid Əzim ġirvani Nəsimi haqqında heç bir məlumat əldə
edə bilməmiĢ, yalnız iki yarımçıq qəzəlini öz əsərinə daxil et-
miĢdir. Füzuli haqqında yeni bir söz söyləyə bilməmiĢ, özündən
əvvəlki təzkirəçilərə istinad edərək əsərlərinin adını çəkməklə
kifayətlənmiĢdir.
Akademik Bəkir Nəbiyev Seyid Əzim ġirvaninin təzkirəsi-
nin əhəmiyyəti haqqında yazır ki, onun «təzkirəsində o vaxtadək
məĢhur olmayan ġamaxı Ģairlərindən Füruqi, Məxmur, Qənnadi,
Qəmi və Rüsvanın tərcümeyi-halına dair maraqlı məlumat veril-
miĢdir» [71. 168]. S.Ə.ġirvani təzkirəni yazarkən DövlətĢah təzki-
rəsindən və «AtəĢkədə»dən geniĢ Ģəkildə faydalanmıĢdır.
XIX əsrdə Azərbaycanda yaranan antoloji toplulardan biri
də «Təzkireyi-Ziyai»dir. «Təzkireyi-Ziyai» əsərinin müəllifinin
Ģəxsiyyəti hələ də dəqiq müəyyənləĢdirilməmiĢ, mübahisəli qal-
mıĢdır. «Cənubi Azərbaycan ədəbiyyatı antologiyasında» təzkirə-
nin müəllifi haqqında belə məlumat verilir: «Ərdəbil sərrafı Hacı
Məhəmməd Ruhimin oğlu Ziyai dövrünün çox bilikli, maarifpər-
vər alim-Ģairi olmuĢdur. O, 1850-ci ildə anadan olmuĢ, ilk təhsilini
də Ərdəbildə almıĢdır. Müasirləri arasında təvazökarlığı və yüksək
zövqü ilə seçilirdi. Atası vəfat etdikdən sonra maddi vəziyyəti
ağırlaĢdıqda 28 yaĢında Lənkərana gəlir. Burada həyatını təmin
etmək üçün müxtəlif peĢələrə əl atır. Azərbaycanca və farsca Ģeir-
lər yazır. O, eyni zamanda ġimali və Cənubi Azərbaycan Ģairləri
Müəllifi məlum olmayan
Könül Nəhmətova
44
haqqında bir təzkirə yazmaq fikrinə düĢür. Lütfəli bəy Azərin
məĢhur «Təzkireyi-AĢəĢkədə» əsərini davam etdirərək təqribən
200 il müddətində yazıb-yaradan Azərbaycan Ģairləri haqqında qı-
sa bioqrafik məlumat toplayıb onların Ģeirlərindən nümunələr
göstərərək əsərini «Təzkireyi-Ziyai» adlandırır.
Nəsrəddin Qarayev isə XIX əsrin ikinci yarısında Lənkəran-
da təĢkil edilmiĢ «Fövcül-fusəha» ədəbi məclisinin üzvü Mirzə Ġsa
Xəyali ilə Mirzə Ġsa Ziyainin eyni Ģəxs olduğunu iddia edir. O,
«Poetik məclislər» adlı kitabında Mirzə Ġsa Xəyalinin 1850-ci ildə
Ərdəbildə doğulduğunu, 1891-ci ildə isə Lənkərana köçdüyünü
yazır. Ġsa Ziyainin təzkirəsinin tədqiqinə həsr olunmuĢ məqaləsin-
də isə bu tarixi 1871-ci il kimi qeyd edir. N.Qarayevin fikrincə,
həm də əldə olan materiallar Mirzə Ġsa Məhəmmədrəhim oğlu Zi-
yai Ərdəbili ilə Mirzə Ġsa Məhəmmədrəhim oğlu Xəyali Ərdəbili-
nin eyni Ģəxs olmasını tam Ģəkildə iddia etmək üçün bəlkə də kifa-
yət deyildir.
«Təzkireyi-Ziyai» fars dilində və «AtəĢkədə» səpkisində ya-
zılmıĢdır. Belə ki, Ziyai də Lütfəli bəy Azər kimi əvvəl Ģairlərin
həyatı, sonra isə böyük bir hissədə onların əsərlərindən nümunələr
vermiĢdir. Müəllif təzkirəyə yazdığı qısa müqəddimədə göstərir
ki, «alçaq zəmanə bir hadisənin səbəbi üzündən bu həqiri Gilanzə-
minə, yəni Lənkərana atdı və bir neçə vaxt bekar qaldım». Mü-
qəddimədən görünür ki, bekar qalmağı sevməyən müəllif «yazı-
pozu» iĢi ilə məĢğul olur. O, bir nəfərdə Lütfəli bəy Azərin «AtəĢ-
kədə» təzkirəsinə rast gəlir. Kitabı pul ilə almağa çalıĢır, sahibi
satmır. Lakin çox minnətdən sonra müvəqqəti on-on iki günlüyə
ala bilir. Mirzə Ġsa on beĢ günün tamamında kitabın üzünü köçü-
rüb sahibinə qaytarır və «yadigar qalmaq üçün» Lütfəli bəy Azər-
dən sonra yaĢamıĢ, həmçinin öz müasiri olan Ģairləri «AtəĢ-
kədə»yə əlavə etməklə bu iĢi davam etdirmək qərarına gəlir. Bu
təzkirədə Seyid Əzim, Mirzə Ələsgər Növrəs, Mirzə Rəhim Fəna,
Əbülhəsən ġəhid, Fatma xanım Kəminə kimi ġirvan və Qarabağ
Ģairləri də öz əksini tapmıĢdır. Burada həmçinin baĢqa təzkirələrdə
adlarını göstərdiyimiz Rindi, ġirvani, Mirzə Niyaz ġirvani, Əsar
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
45
Qarabaği kimi Ģairlərin də Ģeirlərinə rast gəlirik.
N.Qarayev «Təzkireyi-Ziyai» əsərinin Azərbaycan ədəbiy-
yatĢünaslığındakı yerini belə qeyd edir: «XIX əsrin ikinci yarı-
sında Ərdəbil və qismən də Təbrizdə yaĢayıb-yaratmıĢ səksənə
yaxın Ģairin həyatı haqqında qısa da olsa, məlumat və əsərlərindən
nümunələr verdiyi üçün bu təzkirə xüsusi əhəmiyyətə malikdir»
[31. 83].
Akademik H.Araslı «XVII-XVIII əsr Azərbaycan ədəbiyya-
tı tarixi» və akad.F.Qasımzadə «XIX əsr Azərbaycan ədəbiyyatı
tarixi» kitablarının yazılmasında yeri gəldikcə Mirzə Ġsa Ziyainin
təzkirəsinə müraciət etmiĢlər.
XIX əsrdə Azərbaycanda yazılan təzkirələr bir çox cəhətdən
orta əsr mənbələrindən fərqlənirdi. Belə ki, bu təzkirələrin bir
çoxu məhəlli xarakter daĢıdığından, adı yaĢadığı qəzadan kənarda
tanınmayan Ģairlər də orada öz əksini tapa bilirdi. Məsələn,
Nəvvabın öz təzkirəsinə daxil etdiyi səksəndən artıq Ģairin hamısı
keçən əsrdə ġuĢa və onun ətraf kəndlərindəndir. Əlbəttə, bu
Ģairlərin çoxunu ġuĢadan kənarda tanıyan yox idi. Bu dövr
təzkirələrinin xüsusi cəhətlərindən biri də xalq Ģeiri üslubunda
yazanları da əhatə etməsidir.
Bu dövrədək tərtib olunan mənbələrdə Yaxın ġərqin
müxtəlif xalqlarının nümayəndələrinə rast gəldiksə, XIX əsrin
ikinci yarısında yazılan bir çox təzkirələrdə, demək olar ki, ancaq
Azərbaycan sənətkarları haqqında məlumat verilir [31. 79].
Məhəlli xarakterli təzkirələrin bariz nümunəsi olan «Təz-
kireyi-Nəvvab» nəinki Mir Möhsün Nəvvabın əsərləri içərisində,
həmçinin ədəbiyyat tarixçiliyimizdə də xüsusi əhəmiyyət kəsb
edir. Bu təzkirənin yazılması XIX əsr Azərbaycan, ən əsas isə ġu-
Ģa ədəbi mühiti ilə sıx bağlı olub. Bu dövrdə ġuĢa Ģəhərində iki
ədəbi məclis - «Məclisi-üns» və «Məclisi fəramuĢan» fəaliyyət
göstərirdi. Mir Möhsün Nəvvab da «Məclisi fəramuĢan»a rəhbər-
lik etmiĢdir. Klassik irsin araĢdırılması, poeziya və ədəbi
nümunələrin təhlili, baĢqa ədəbi məclis üzvləri ilə ĢeirləĢmə, bu
ĢeirləĢmələrin nəticələrinin təhlili «Təzkireyi-Nəvvab» kimi bir
Könül Nəhmətova
46
əsərin meydana gəlməsinə səbəb olur. Mir Möhsün Nəvvab
təzkirənin müqəddiməsində etiraf edir ki, bu əsəri yaxın
dostlarının təhriki ilə 1891-ci ildə yazmağa baĢlamıĢ və 1892-ci
ildə bitirdikdən sonra da üzərində iĢləmiĢdir. Bunu təzkirədə olan
qeydlər və boĢ buraxılmıĢ səhifələr də subut edir.
Təzkirənin bütün nəsr hissəsi və Ģeirlərinin böyük qismi fars
dilindədir. Əsər iki hissədən ibarətdir. Birinci hissədə Vaqif, Vi-
dadi, Kərbəlayi ġəfi Vazeh, Qasım bəy Zakir, Cəfərqulu xan Arif
Nəva, Məhəmməd bəy AĢiq, AĢıq Pəri, Abdulla bəy Asi və baĢqa-
ları daxil olmaqla otuz beĢ, ikincisində isə Natəvan, Mehdiqulu
xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qarabaği, Mirzə
Rəhim Fəna, Məmo bəy Məmai, Mirzə Həsən YüzbaĢov, Mir Ab-
bas Ağah, Mir Mehdi Xəzani və baĢqalarından ibarət əlli səkkiz
Ģair haqqında məlumat verilir. Bu Ģairlərin birinci qismi müəllifin
zamanında artıq öz dünyasını dəyiĢmiĢdi. Ġkinci qismini isə Nəv-
vab yaxından tanıyırdı, onlarla Ģəxsi və ədəbi əlaqəsi var idi. Bu
Ģairlər müasirləri idilər. Təzkirənin sonunda verilən qısa qeydlər
və adlar isə onu göstərir ki, müəllif təzkirəyə Qarabağdan kənarda
olan Ģairlər haqqında bir fəsil də daxil etmək fikrində olmuĢdur.
Nəsrəddin Qarayev təzkirədə olan mühüm bir məsələyə öz
münasibətini bidirərək yazır: «Burada diqqəti cəlb edən baĢlıca
məsələ Nəvvabın Vidadi haqqında qeydidir. O, yazır: «Mirzə Vəli
Bayram xan oğlu Baharlıdır. Baharlı isə Qarabağın ġuĢaya tabe
olan bir kəndinin adıdır. O, Baharlıda anadan olmuĢdur. Tərəkə-
mədir və Molla Pənah Vaqifin müasiri idi. Məlum olduğuna görə,
Molla Vəli Qarabağın hakimi mərhum Ġbrahim xan CavanĢirin
sarayında ona yaxın adamlardan biri idi. Təsadüfən Ġbrahimxəlil
xan bir iĢ üçün onu Ġrana, Fətəli Ģahın hüzuruna göndərir. Molla
Vəli Fətəli Ģahın hühurunda sərt danıĢır. ġah onun sözlərindən
qəzəblənir, fərman verir ki, Molla Vəlini topun ağzına bağlayıb
atəĢ açmaqla öldürsünlər. Molla Pənahla rəqib idilər, həmiĢə
onunla müĢairə etmiĢ və bir-birinə həcv etmiĢlər…». Doğrudan da
Vaqif Ġbrahim xanın sarayında baĢ vəzir olanda Baharlı kəndindən
Mirzə Vəli bir neçə elçi ilə Fətəli Ģahın sarayına göndərilmiĢ və
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
47
orada qətlə yetirilmiĢdir. Lakin Molla Pənah Vaqif Baharlı
kəndindən olan Molla Vəli ilə yox, öz həmyerlisi – qazaxlı Molla
Vəli Vidadi ilə ĢeirləĢmiĢdir. Molla Vəli Vidadinin Ģeirlərini
Baharlı Molla Vəliyə aid etməkdə səhvə yol vermiĢdir» [31. 84].
Təzkirənin maraqlı, diqqətəlayiq cəhətləri çoxdur. Məsələn,
bir çox Ģeirlərin nə münasibətlə yazılması o dövrün ədəbi prosesi-
ni izləmək, Ģairlərin həyat və yaradıcılığını ətraflı öyrənmək baxı-
mından olduqca dəyərlidir. «Təzkireyi-Nəvvab»ın diqqətəlayiq
cəhətlərindən biri də indiyədək təzkirələrin heç birində rast gəlmə-
diyimiz avtoqraf toplamaqdır. Təzkirəni yazarkən müəllif bir çox
Ģairləri yanına dəvət etmiĢ və Ģeirlərini xatirə olaraq avtoqraf kimi
həmin kitaba yazdırmıĢdı. Bu mümkün olmadıqda isə Ģairlərdən
avtoqraf vərəqləri alaraq təzkirəsinə tikmiĢdir.
Əkrəm Bağırov isə təzkirəni sənətkarlıq baxımından belə
xarakterizə edir: «Nəvvabın gözəl müĢahidə qabiliyyəti, təhlil
bacarığı imkan vermiĢdi ki, o, öz təzkirəsində hər bir Ģəxsin qısa,
lakonik ədəbi portretini, görüĢ və maraq dairəsini çox məharətlə
təsvir edib əsərinə qiymət verə bilsin» [15.5].
Azərbaycan təzkirəçiliyi tarixinə öz yeniliyi ilə daxil olan
əsərlərdən biri də Məhəmmədağa Müctəhidzadənin «Riyazül-aĢi-
qin» təzkirəsidir. 1912-ci ildə Ġstanbulda çap olunmuĢ «Riyazül-
aĢiqin» təzkirəsinin orijinal əsər və ya tərcümə olması barədə də
fikir ayrılığı mövcuddur. Məhəmmədəli Tərbiyətin «DaniĢmən-
dani-Azərbaycan» əsərində bu təzkirənin «Təzkireyi-Nəvvab»ın
türk dilinə tərcüməsi olması fikrini irəli sürməsi tədqiqatçıların
nəzərini hər iki əsərin ortaq və fərqli xüsusiyyətləri üzərinə
yönəltmiĢdir. Aljira Topalova «Riyazül-aĢiqin» təzkirəsinin
tədqiqinə həsr olunmuĢ namizədlik dissertasiyasında bu məsələni
aydınlaĢdırmağa çalıĢaraq yazır ki, hər iki təzkirəni müqayisə
etdikdə məlum oldu ki, təzkirələrdə yalnız otuz beĢ müĢtərək
Ģairin bioqrafiyası özünə yer almıĢdır. Gətirilən Ģeir nümunələri
arasında da xeyli fərqlər vardır. Nəvvabın təzkirəsində doxsan bir
Könül Nəhmətova
48
Ģair haqqında məlumat olduğu halda, Müctəhidzadə təkcə I cilddə
*
yetmiĢ səkkiz Ģairin barəsində məlumat verir. Verilən məlumat-
ların diqiqliyinə görə də Müctəhidzadə Nəvvabı xeyli qabaqlamıĢ-
dır. Məsələn, Vidadi haqqında danıĢarkən, Nəvvab onun ġuĢanın
Baharlı kəndində anadan olduğunu söyləyir. Halbuki Vidadi, Qa-
zaxda doğulmuĢ, sonralar Qarabağa köçmüĢdür. Müctəhidzadə
onun haqqında dəqiq və dolğun məlumat vermiĢ, Vaqiflə dostlu-
ğundan və həyatının baĢqa cəhətlərindən geniĢ danıĢmıĢdır. Nəv-
vab öz təzkirəsində Ģairlərin fiziki və mənəvi xüsusiyyətlərindən
danıĢdığı halda, Müctəhidzadə bu kimi cəhətlərə çox da fikir ver-
məmiĢ, əsasən onların təhsil və savad dərəcələrindən, sənətkarlıq
xüsusiyyətlərindən bəhs etmiĢdir. Hər iki əsərdə özünə yer tapan
ortaq Ģeir nümunələri çox azdır və onların sayı iki və ya üçü keç-
mir. Hətta bu nümunələrin özündə də variant müxtəlifliyinə təsa-
düf etmək mümkündür. Bütün bunlar onu göstərir ki, Müctəhidza-
də uzun illər ərzində axtarıĢlar apararaq orijinal bir əsər yaratmıĢ-
dır və ağır zəhmətin bəhrəsi olan bu əsər heç vəchlə Nəvvab təzki-
rəsinin tərcüməsi hesab oluna bilməz [89. 64].
Azərbaycan dilində yazılan «Riyazül-aĢiqin» təzkirəsi də
XIX əsr milli-məhəlli təzkirələr üçün xarakterik olan bir formada
– iki hissədə yazılmıĢdır. Birinci hissədə təzkirə yazılarkən artıq
dünyasını dəyiĢmiĢ Ģairlər haqqında, ikinci hissədə isə müəllifin
müasiri və həyatda olan ədiblər haqqında olan məlumatlar, onların
əsərlərindən nümunələr verilmiĢdir. Əsərin müqəddiməsindən mə-
lum olur ki, təzkirə Ġskəndər bəy Rüstəmbəyovun sifariĢi ilə yazıl-
mıĢdır. Əsər hicri qəməri 1325-ci ildə müəllif tərəfindən sona çat-
dırılmıĢdır. Bu barədə müəllif müqəddimədə məlumat verərək
yazmıĢdır: «Qərəz, Ģu təmənnamın surəti mirati-zəmirimdə cilvə-
gər idi. Tainki hicrətin min üç yüz iyirmi beĢində bir gün cənabi-
səckar Ġskəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və
*
Təzkirənin müqəddiməsində yazırdı. «Riyazül-aĢiqin» iki mövqeyə və bir
bağçaya məqsun olundu». Bu ifadədən anlaĢılır ki, təzkirə iki cild Ģəklində
planlaĢdırılmıĢdır.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
49
darayi-zəkavətü- mərifət idi və iqlimu daniĢü qiyasətdə vaqiəh Ġs-
kəndərü-zəmanü zülmati-Qarabağ içrə abən cəddi Ğün abi-həyat
mənbəyi-cudü ehsan idilər hüzuruna müĢəvvəf olub ayineyi-qəl-
bimdə müsəvvər olan müddəanı niĢan verib və Ģəraiti-bəndəliyi
yerinə yetirdim».
Göründüyü kimi, Müctəhidzadənin Türkiyədə təhsil alması
və əsərin Ġstanbulda nəĢri onun qrammatik prinsiplərinə təsirsiz
qalmamıĢdır.
Təzkirədə Ģairlərin sıralanması onların vəfat tarixləri üzrə
olsa da, bu qaydaya hər zaman əməl olunmamıĢdır. Bu cür düzü-
lüĢ əsas etibarilə 1255-ci ildən sonraya aiddir. Təzkirələrdə bu uy-
ğunsuzluğun səbəbi isə Ģairlərin bioqrafiyasında ölüm tarixlərinin
göstərilməsi ilə bağlı olur [89 .60].
«Riyazül-aĢiqin» təzkirəsinin ən yadda qalan cəhəti isə
Azərbaycan təzkirə ənənəçiliyində ilk dəfə olaraq Ģairlərin avtoq-
raflarının verilməsidir.
Əkrəm Bağırov bu təzkirəni Nəvvab təzkirəsi ilə müqayisə
edərək üstünlüyü növbə ilə gah Nəvvaba, gah da Müctəhidzadəyə
verərək yazır: «Lakin hər iki halda «Riyazül-aĢiqin» təzkirəsi XIX
əsr Azərbaycan ədəbi mühitini, onun inkiĢaf rəngarəngliyini öy-
rənmək baxımından ilk mənbə kimi olduqca maraqlı bir əsərdir»
[92. 5].
XIX əsr təzkirəçilərindən Qarabağinin təzkirəsində də, əsa-
sən, Qarabağda yaĢamıĢ Ģairlərdən bəhs edilmiĢdir. O, Vaqif və
Vidadinin həyatına aid bütün mənbələrdən daha artıq məlumat
vermiĢdir. Qarabaği Sarı AĢıqdan ilk dəfə danıĢan təzkirəçidir. La-
kin o, heç bir Ģairin əsərini Ģərh etməmiĢdir [10. 6].
Orta əsrlər və XIX əsr Azərbaycan təzkirələrini nəzərdən
keçirdikdən sonra belə bir nəticəyə gəlirik ki, XIX əsrdə təzkirə-
çilik orta əsr ənənəçiliyindən və Ģərq kontekstindən ayrılaraq milli
məhəlli xarakter qazanmaqla yanaĢı Ģairlərin Ģəxsiyyəti və əsərlə-
rinin sənətkarlıq xüsusiyyətləri üzərindəki görüĢlərini mümkün
qədər əhatəli çatdırması ilə müasir ədəbiyyatĢünaslıq elminə bir
addım daha yaxınlaĢmıĢdır.
Könül Nəhmətova
50
Yekun olaraq deyə bilərik ki, Azərbaycan təzkirəçiliyi tarixi
üç inkiĢaf mərhələsindən keçmiĢdir. Birinci mərhələdə (XV-XVI)
Herat təzkirəçilik məktəbinin təsiri altında formalaĢmıĢ, ikinci
mərhələdə (XVII-XVIII) fars təzkirəçilik ənənəsinə uymuĢ,
üçüncü mərhələdə (XIX-XX) milli-məhəlli xarakter kəsb etmiĢdir.
1.3. Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan»
təzkirəsinin quruluşu və təsnifatı…
XX əsrin əvvəllərində Azərbaycanda təzkirəçilik ənənəsi öz
əski əhəmiyyətini itirməkdə idisə də, bu dövrdə yenə təzkirə tipli
əsərlər görünməkdədir.
Ġbrahim Tahir Musayevin «Riyazül-aĢiqin» əsəri 1918-ci
ildə Rzaquluxan Hidayətin «Məstəül-fusəha» əsərinin fars
dilindən tərcüməsidir. Ġ.T.Musayev bu təzkirəni TaĢ Qarabağ
nahiyəsi maarif Ģöbəsi müdiri Əli Abbas Müznibin təhriki ilə
tərcümə etmiĢ olduğunu əsərin müqəddiməsində qeyd edir: «ĠĢbu
təzkirə «Riyazül-arifin» namilə müsəmma olub ƏmirüĢĢüəra Bəqi
və Hidayət təxəllüsülə məĢhur olan Ədibi-möhtərəm və ustadi-
əzəm Rzaquluxani-mərhumun asari-ədibanələrindəndir. Bu
təzkirənin fars dilində yazılan cümlə təzkirələrə təvəffüqü və
sevgili vətənimiz Azərbaycan övladının ondan istifadə edəcəkləri
məvhuz olduğundan naĢir, Qarabağ nahiyəsi maarif Ģöbəsi müdiri
Əlabbas Müznib Əfəndinin əmri-tənbihi üzrə fars dilindən türk
dilinə tərcümə etdim» [64.3]. Müəllif əsərin sadə türk dilində ya-
zılmamasının səbəbi kimi ədəbi dilimizin formalaĢmamasını gös-
tərərək yazırdı: «Əvvəla, tərcümənin sırf türk dilində yazılması
tərcümənin qiyməti – ədəbiyyəsini ixlal edəcəyi gizlədiləcək həqi-
qətlərdən deyildir. Zira ki, dilimizdə istemal olunan kəlmələrin
dörddə üç kəlməsi ərəb və ya fars kəlmələri olduğu və lisanımızın
həman dillər sayəsində zənginləĢdiyi bir halda bənim kimi qaç
bisavadın tənĢit xatirəsi üçün tərcüməyi sırf türk dilində yazmaq
əsəbi təzifdən baĢqa bir iĢə yaramaz və bisavad olanlar da oxur,
yazar, öyrənər» [64.3]. Göründüyü kimi, müəllif özü də təmiz türk
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
51
dilində əsər yazacaq bir qüdrətdə olmadığını etiraf etmiĢ və o
səbəbdən də tapdanmıĢ bir cığırla addımlamıĢdır. «Riyazül-arifin»
əsəri ədəbi mühitə heç bir təsir göstərə bilməmiĢ və əlyazması
Ģəklində qalmıĢdır.
Təzkirədə Ģairlər haqqında verilən məlumatlar çox qısadır –
cəmi 2-6 misradan ibarətdir. ġairlərin çoxu din xadimləri – sufi-
irfani sahədə qələm çalmıĢ adamlardır. Bu da təəccüblü deyildir,
çünki əsərin əsasında Rzaquluxan Hidayətin «Məcməül-fusəha»
əsəri durur və bu əsərdə baĢlıca yeri ərəb və fars dillərində əsərlər
yaratmıĢ din adamları tutur.
Azərbaycan ədəbiyyatı və mədəniyyətini öz doğma kökünə
arxalanıb, bütöv halda öyrənmək baxımından adı F.Köçərli kimi
ədəbiyyatĢünaslarla yanaĢı çəkilən Məhəmmədəli Tərbiyətin
*
M.Tərbiyət XIX əsr yüzillikdə yaĢamıĢ Azərbaycan alimlərindən Mirzə
Sadığın oğludur. Onun soykökü tarixçi və ədəbiyyatĢünas Mirzə
Mehdixana çatır. M.Tərbiyət 1875-ci ildə Təbrizdə anadan olmuĢdur.
O, ibtidai təhsilini bu Ģəhərdə almıĢdır. Nücum və riyaziyyat elmlərini
dərindən
öyrənən
Mirzə
Məhəmmədəli
Təbrizin
adlı-sanlı
həkimlərindən olan Mirzə Nəsrullaxanın və 1896-cı ildən bəri neçə il
Təbrizdə yaĢayan doktor Məhəmmədxan Kufinin yanında Avropa və
ġərqin tibb elmindən dərs alaraq, bu iki alimin tövsiyəsi ilə fransız və
ingilis dillərini təkbaĢına öyrənmiĢdir. Tərbiyət 1894-1903-cü illər
arasında müəllim fəaliyyəti ilə məĢğul olmuĢdu. Tərbiyət XIX əsrdə
Təbrizdə açılan Avropa tipli dərmanxananın yaradıcılarındandır. O,
Mirzə Məhəmmədəli Seyid Məhəmməd ġəbüstəri, Seyid Hüseynxan
Ədalət və b. ilə birlikdə 1896-cı ildə Təbrizdə yeni üsulla idarə olunan
ilk kitabxananın əsasını qoymuĢdur. Tərbiyət daha çox ədəbiyyat və
incəsənətdən bəhs edən «Gəncineyi-Fünun» jurnalını 1320 (1902) - ci
ildə Təbrizdə nəĢr etmiĢdir. 1903-cü il bu jurnal bağlanmıĢdı. Jurnal
bağlandıqdan sonra M.Tərbiyət Qafqaza səyahət etmiĢ, sonra Ġstanbula
gedərək 1903-cü ilin sonlarınadək bu Ģəhərin kitabxanalarında mütaliə
etmiĢdir. Sonra Mirzə Suriyaya, Livana gedən M.Tərbiyət
Ġskəndəriyyə,Qahirə, DəməĢq və Beyrut Ģəhərlərinin elmi birliklərində
öz üzərində çalıĢmıĢdır. Misirdən Ġstanbula və Qafqaz yolu ilə Təbrizə
qayıdan M.Tərbiyət 1905-ci ildə təbrizli bir qızla ailə qurmuĢdur.
M.Tərbiyət 1905-1912-ci illərdəki fəaliyyəti və yaradıcılığı bu illərdə
Azərbaycan və Ġranda, Ġstanbul, Tiflis, Qahirə və Berlində ictimai-ədəbi
Könül Nəhmətova
52
(1875-1940) elmi yaradıcılığı, xüsusilə, «DaniĢməndani–Azərbay-
can» təzkirəsinin klassik ədəbiyyatĢünaslığın ən yaxĢı ənənələrini
davam etdirməsinə görə «klassik elmlə əsrimizin bilikləri arasında
keçid nöqtəsi olan bir körpü kimi» qiymətləndirilmiĢdir [88.3].
Məhəmmədəli Tərbiyətin «DaniĢməndani-Azərbaycan»
əsəri Yaxın və Orta ġərq təzkirəçilik ənənəsinin davamı kimi gö-
rünsə də, bir sıra tədqiqat metodlarına görə müasir ədəbiyyatĢü-
naslığa özündən əvvəlki təzkirələrdən daha çox yaxınlaĢmıĢdır.
«DaniĢməndani-Azərbaycan» əsərinin yaranması elə bir tarixi
dövrə təsadüf edir ki, artıq bu zaman Azərbaycan ədəbiyyatĢünas-
lığında Firidun bəy Köçərli, Abdulla Sur, ġeyx Əhməd Hüseynza-
də, Yusif Vəzir Çəmənzəminli öz tarixi xidmətlərini göstərmiĢ,
Əmin Abid, Salman Mümtaz, Əlabbas Müznib, Mikayıl Rəfili,
Məmməd Arif, Cəfər Xəndan, Məmməd Cəfər, Bəkir Çobanzadə,
Əli Nazim ədəbiyyat tariximizin yarımçıq səhifələrini yazırdılar.
fəaliyyətdə olan Azərbaycanın bir çox ziyalılarının fəaliyyət və yaradıcılığı
ilə bağlı olmuĢdur. Ədibin 1908-1911-ci illərdəki yaradıcılığında
publisistika və jurnalistik fəaliyyəti də baĢlıca yer tutmuĢdur.
Ġran Milli Məclisinin 2-ci çağırıĢında M.Tərbiyət Təbrizdən
nümayəndə seçilmiĢdir. Məclis bağlandıqdan sonra Tərbiyət Təbriz-Bakı
yolu ilə Avstriya, Fransa və Ġngiltərəyə səfər etmiĢdir. 1908-ci il payızın
sonlarında Ġstanbula qayıdan ədib bu Ģəhərdə yerləĢən «Səadət»
əncüməsinin iĢlərində yazıçı Mirzə Ələkbərxan Dehxuda və baĢqaları ilə
birlikdə iĢtirak etmiĢdir. Birinci Dünya Mübaribəsinin sonunadək o,
Türkiyədə yaĢamıĢdır. Tərbiyət öz yurduna elə bir Ģəraitdə qayıtdı ki, artıq
Təbrizdə «Təcəddüd» (Yenilik) qəzeti, «Azadistan» və «Molla nəsrəddin»
jurnalı öz fəaliyyətini dayandırmıĢdı. O, 1921-1923-cü illər ərəfəsində
Cənubi Azərbaycanın maarif rəisi vəzifəsində çalıĢır. 1922-ci ildən
baĢlayaraq «Gəncineyi-Maarif» jurnalını Təbrizdə nəĢr etdirməyə baĢlayır.
1927-1930-cu illərdə isə o, Təbriz bələdiyyə idarəsinin rəisi iĢləmiĢdir. Ġran
Milli məclisinin 8-ci çağırıĢında Azərbaycandan nümayəndə seçilən
M.Tərbiyət ömrünün son illərində Tehranda yaĢamıĢdır. Ġstedadlı alim
Məclis nümayəndəsi olarkən günlərinin çoxunu Sipəhsalar və Məclis
kitabxanalarının təkmilləĢdirilməsinə, «DaniĢməndani-Azərbaycan» və
baĢqa əsərlərini yazmağa həsr etmiĢdir. Alovlu vətənpərvər, demokrat
maarifçi M.Tərbiyət 1940-cı ildə Tehranda vəfat etmiĢdir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
53
Bu dövrdə Azərbaycan ədəbiyyatĢünaslığı xeyli müvəffəqiyyətlər
qazanmıĢdır. «DaniĢməndani-Azərbaycan» əsəri də təzkirə səpki-
sində yazılmasına baxmayaraq elmiliyinə və dolğunluğuna görə
uğurlu əsərlər sırasına daxildir. 20-30-cu illərin ədəbiyyat tarixçili-
yi üçün Ģərti olaraq iki məktəbin («türkoloji» və «azərbaycanĢü-
naslıq») mövcudluğu qəbul olunur
*
. Məhəmmədəli Tərbiyəti də
ikinci nəslin nümayəndələrinin sırasına aid edirik. Tərbiyətin azər-
baycançılıq ideyası ilə silahlanması isə, əlbəttə ki, onun yaĢadığı
ictimai-tarixi Ģəraitin nəticəsi idi.
Ġsmayıl ġəms və Qafar Kəndli M.Tərbiyətin yaradıcılığını
belə qiymətləndirirlər: «M.Tərbiyətin Azərbaycan mədəniyyətinə
etdiyi böyük xidmətlərdən biri də odur ki, o, F.Köçərlinin qarĢısı-
na çıxan əsas maneəni öz yaradıcılığı ilə aradan qaldıraraq, Azər-
baycan ədəbiyyatı tarixindəki bir çox boĢluğu doldura bilmiĢdir»
[88.10].
1935-ci ildə Tehranda çap olunan «DaniĢməndani–Azər-
baycan» təzkirəsinin I cildi 414 səhifədir. Məhəmməd Naxçıva-
ninin 1941-ci ildə «ġəfəq» jurnalında nəĢr etdirdiyi «Mirzə Mə-
həmmədəli xan Təbrizi» adlı məqaləsində qeyd etdiyinə görə,
«DaniĢməndani–Azərbaycan»ın II cildinin əlyazmasını müəllifin
ailəsi saxlayır. Lakin əldə olan birinci cild bitkin bir təzkirə olsa
da, burada müəllifin müasiri olan alim və ədiblərə yer verilmədi-
yindən ehtimal edə bilərik ki, Tərbiyət onların haqqındakı bilgilə-
rini ikinci cilddə ümumiləĢdirmiĢdir. Çünki Tərbiyətin yaĢadığı
dövr elmin hər sahəsində yüksəliĢlər, tədqiqatlar dövrü kimi tarixə
daxil olduğundan görkəmli elm, sənət xadimləri ilə yadda qalan-
dır. Tərbiyətin elmi-ədəbi əlaqələri geniĢ olduğundan ġimali Azər-
baycanın və bir çox elm adamlarını yaxından tanımıĢdır. Firdov-
sinin 1000 illiyini qeyd edərkən yubiley mərasimində Tərbiyət də
var idi. Ədib keçmiĢ Sovet Ġttifaqında olarkən ölkənin mədəni
*
Nazif Qəhrəmanlı ədəbiyyatĢünaslardan M.Rəfili, M.Arif, C.Xəndan,
M.Cəfər və b.-nın türkoloji məktəbin, Ə.Abid, H.Zeynallı, B.Çobanzadə,
Ə.Nazim və b.-nı azərbaycanĢünaslıq məktəbinin nümayəndələri hesab edir.
Könül Nəhmətova
54
ocaqları ilə tanıĢ ola bilmiĢdir. O, Bakı kitabxanalarında saxlanılan
əlyazmalarını nəzərdən keçirmiĢdir. Tərbiyət Azərbaycan alimləri
ilə apardığı danıĢıqlarında «DaniĢməndani-Azərbaycan»ın
üzərində necə iĢləməsindən danıĢaraq yaradıcılıq planını Ģərh
etmiĢdir. Bakıda qocaman alimə F.Köçərli, S.Mümtaz və b-nın
əsərləri hədiyyə verilmiĢdir. O, sonralar yazdığı elmi əsərlərində
bu kitablardan istifadə etmiĢdir [88.8]. M.Tərbiyət bir çox Qafqaz
alimləri ilə də yaxından dostluq edirdi. O, Azərbaycan jurnalisti
Məhəmmədağa ġahtaxtinski ilə 1905-ci ildə Tiflisdəki görüĢünü
xatırlayaraq yazırdı: «1323 (1905) –cü ildə «ġərqi-rus» qəzetinin
redaktoru ġahtaxtinski adı ilə məĢhur olan Məmmədağa ilə mən
Tiflisdə görüĢdüm. O da əlifbanın dəyiĢdirilməsi haqqında bir
kitabça yazmıĢ, türk dilində çıxan bu qəzetdə öz əlifbasını
tanıtdırıb, qəbul etdirməyə çalıĢmıĢdır» [88.33]. Ədəbi mühitlə
yaxından tanıĢ olan ədib Azərbaycan alimlərindən danıĢarkən,
Ģübhəsiz ki, müasirlərinə laqeyd qala bilməzdi.
«DaniĢməndani–Azərbaycan» ifadəsinin mənası fars dilində
«Azərbaycan alimləri» deməkdir. Əsər fars dilində yazılmasına
baxmayaraq öz dövründə M.Tərbiyət tərəfindən göstərilən bir cə-
sarət idi. «Azərbaycan» məfhumunun son ucqar nöqtələrinə qədər
ədəbiyyatımızı öyrənmək baxımından çox dəyərli mənbələrdən
biri olan bu təzkirə 919 Ģəxsiyyət – Ģair, yazıçı, filosof, təzkirəçi,
ədəbiyyatĢünas, rəssam, həkim, münəccim, mühəndis, memar,
riyaziyyatçı, musiqiĢünas, jurnalist, tarixçi, xəttat, nəqqaĢ, səyyah,
ilahiyyatçı alimlər haqqında məlumat verən ensiklopedik əsərdir.
Bu əsər müəllifin 40 ildən artıq elmi araĢdırmalarının nəticəsidir.
«DaniĢməndani-Azərbaycan» əsərinin janr məsələsi ədəbiyyatĢü-
naslıqda mübahisəli görünür. Məmməd Əmin Rəsulzadə «Niza-
mi» əsərində onu «təzkirə», Qafar Kəndli «ensiklopediya», Nazif
Qəhrəmanlı isə «ğamus tipli lüğət» kimi səciyyələndirmiĢlər.
«DaniĢməndani-Azərbaycan» əsəri özündən əvvəlki təzkirə-
lərdən fərqli olaraq fəsillərə bölünməmiĢ, əlifba sırası ilə tərtib
olunmuĢ sadə bir quruluĢa malikdir. Təzkirə quruluĢuna daxil olan
müqəddimə ünsürünü «DaniĢməndani–Azərbaycan»da görmürük.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
55
Bu təzkirənin özündən əvvəlki təzkirələrdən fərqi ondadır
ki, tarixi aspektdən geniĢ bir mərhələni XI əsrdən baĢlayaraq
1935-ci ilə qədərki dövrdə yaĢamıĢ görkəmli Ģəxsiyyətləri çevrə-
ləyir. Təzkirənin yazılmasında yüzdən artıq ədəbiyyatdan,
mənbədən istifadə olunmuĢdur və bu mənbələr mümkün qədər
göstərilir.
Məsələn:
Müxlisi – «Məcməül–Xəvas» əsərində deyilir:
«Həsən Müxlisi Azərbaycanın Bənis qəsəbəsindəndir...»
və yaxud
«Münim Təbrizi, – aĢağıdakı beyt onundur:
«Hər kim ki, bir hünər öyrənib göstərir iĢdə hünər,
Mirvari dolu sədəfdir, çopur olsa da əllər».
(«Ovsaful-əmin», YəzdanbəxĢ Qacar Pərvin)
Tərbiyət təzkirənin yazılmasında aĢağıdakı mənbələrdən ge-
niĢ faydalanmıĢdır: DövlətĢah təzkirəsi, «Gülüstani-hünər»,
«Riyazül-üləma», «HəĢt behiĢt», «ƏĢ-Ģəqayiqün-nömaniyyə»,
«ġəzəratüz-zəhəb», «KəlimatüĢ-Ģüəra», «Töhfeyi-Sami», «Məc-
məül-xəvas», «Təzkireyi-Nəsrabadi», «Ruzi-rövĢən», «HədiqətüĢ-
Ģüəra», «Təzkireyi-DilgüĢa», «Rövzeyi-əthar», «Səadətnamə»,
«Xülasətül-əĢar», «Ərəfatül-aĢiqin», «Tarixül-mükəma», «Rövzə-
tül-cənnət», «AtəĢkədə», «Bəyazi-Saib», «Sühufi-Ġbrahim», «Ta-
rixi-güzidi», «Fəvatül-vəfəyat», «Riyazül-cənnət», «Ənsabüs-Sə-
mani», «Ənüsül-arifin», «Nəfəxatül-üns», «Təzkireyi-Yusif Əli-
xan», «Nigaristani-Dara», «Nətayicül-əfkar», «Təbəqatül-Ġsnəvi»,
«Məcməül-füsəha», «Nigaristani-suxən», «Məcalisün-nəfais»,
«Qisəsül-Xaqani», «Övsaful-əmin», «Lətafül-xəyal», «Riyazül-
aĢiqin», əlyazması cüngləri və s.
Təzkirədə göstərilən bu cür qeydləri toplayaraq ədəbiyyat
tarixini öyrənmək baxımından çox dəyərli əsər adlarını çevrələyən
biblioqrafiya tərtib etmək olar. Tərbiyət bu mənbələr içində Azər-
baycan təzkirələrinə daha çox önəm vermiĢdir, bu da onun ədəbi
irsin tədqiqi üçün milli mənbələrə böyük əhəmiyyət verdiyini
göstərirdi.
Könül Nəhmətova
56
Təzkirənin quruluĢu haqqında daha ətraflı təsəvvür
yarartmaq üçün aldığımız zəngin məlumatları aĢağıdakı kimi
səciyyələndirməyi lazım bilirik:
I. Ad, ünvan, və ləqəb.
Məqsədləri çağdaĢ Ģairləri haqqında müxtəlif baxımlardan
məlumat vermək, beləliklə də onların tanınmasına, xatırlanmasına,
unudulmamasına vasitə olmaq üzrə təzkirəçilərin ilk gördükləri
iĢin Ģairin adı-sanı, ləqəbi və Ģəxsiyyətini tanıtmaq olacağı
mübahisə mövzusu ola bilməz.
Təzkirələrin quruluĢuna Ģairin adı, ləqəbi və s. dolayısıyla
bir nəzər yetirməli olsaq, iĢin ən baĢında Ģairlərin təxəllüslərinə
görə sıralandığı və hər maddənin baĢında o Ģairə məxsus
təxəllüsün verildiyininı görürük. Az da olsa təxəllüs daĢımayan və
yaxud xüsusi adını təxəllüs olaraq qəbul edən Ģairlər də vardır ki,
təzkirələrdə onlar adlarına görə yer alırlar. Əksər təzkirələrdə
maddə baĢı olaraq göstərilən bu ünvanların Ģair haqqında məlumat
verən qisimlərə, adətən, heç bir canlı əlaqəsi olmur, daha çox
təzkirənin küllü içərisində ümumi bir bəlirləmə, bölüm və ya
maddə baĢı və bir təsnif funksiyası daĢıyır. ġairin adı, ləqəbi və s.
üzərinə göstərilən əsil təqdim və tanıtma ona aid məlumat verən
qisimdə və müstəqil bir biçimdə olur.
Lakin
bu
xüsusiyyəti «DaniĢməndani-Azərbaycan»
təzkirəsinə bütövlükdə Ģamil etmək olmaz. Çünki müəllif bəzi
maddələrin baĢında ad, təxəllüs, künyə və ayamaları verməsini
Ģairi Ģəcərəsi ilə birlikdə göz önünə gətirmək məqsədiylə etmiĢdir.
Məsələn: «Nizami əbu Məhəmməd Nizaməddin Ġlyas ibn Müəy-
yəd Gəncəvi» maddəsində Nizaminin ailəsindən bir daha söz aç-
mamıĢdır.
O cümlədən, «Xaqani Sultanülfusəha Hüssanül-Əcəm
Əfzələddin Bədilülhəqayiq Ġbrahim ibn Nəcibəddin Əli Nəccar
ġirvani».
«Xətai ġah Ġsmayıl ibn Sultan Heydər ibn ġeyx Cüneyd
ibn ġeyx Ġbrahim ibn ġeyx Əli ibn Sədrəddin Musa ibn Səfiyyədin
Ġshad» və s. Ģairlərin adını çəkmək olar.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
57
Bir qisim Ģairlərin maddə baĢı olaraq adı və təxəllüsü
verilir: Məhəmməd Hüseyn, Nəvvab Mir Möhsün, Nəbati Seyid
Əbülqasım, Məhəmməd Hüseyn Məhsun, Əhdi DərviĢ, Bağır
Ġbək, Balə Həsən və s.
Bəzi Ģairlərin ləqəblərinin mənası da maddə içərisində
özünə yer tapır. Məsələn:
«Bağır Ġbək altibarmaq adı ilə məĢhur olan Mirzə Bağır
(ibək – altıbarmaq deməkdir) Ġsfahanın Abbasabad qəsəbəsində
yaĢayan təbrizlilərindəndir».
«Balə Həsən – ... Ərəb dilində «balə» sözü böyük, igid və
səxavətli mənasında iĢlədilir».
ġairlərin yaĢadığı və ya doğulduğu məkanın adının
təxəllüs xüsusiyyəti daĢıdığı hallara təzkirədə kifayət qədər çox
təsadüf olunur:
Əbu Qalib Həkim Təbrizi, Zakir Ərdəbili, Məhsəti
Gəncəvi, Zülfüqar ġirvani, Ġrəc Təbrizi, Lütfi Təbrizi, Xəlil
Naxçıvani, Fikri Ordubadi, Fəthi ġirvani.
Bir çox Ģairlər ancaq təxəllüsü ilə tanınır.
Bəzi Ģairlərin məsləki, sənəti və s. xüsusiyyətləri təxəllüsü
yerinə keçmiĢdir.
II. Məkan (ġairin doğum, yaĢayıĢ və səyahət etdiyi yerlər)
Təzkirələrdə bildirilən və ya bildirilmək istənilən coğrafi
məkanın əsasını doğum və yaĢayıĢ yerləri təĢkil edir. Doğum və
ya yaĢayıĢ yerindən hansı olduğu bildirilmədən verilən
tanıtmaların bir Ģəkli də «Sədi Ərdəbili» «NiĢani ġirvani»,
«Mətini Təbrizi»dir ki, burada Ģairin məkanı onun ayaması kimi
iĢlədilmiĢdir.
Təzkirədə müəllif mümkün qədər Ģairin doğulduğu,
yaĢadığı, təhsil aldığı, səyahət etdiyi, yaxud vəzifəsi ilə əlaqədar
olaraq getdiyi, vəfat etdiyi, məzarının yerləĢdiyi yerlər haqqında
da məlumat verməyə çalıĢmıĢdır. Məkanı haqqında müfəssəl
məlumat aldığımız Ģəxslər bunlardır:
Nəbati Seyid Əbülqasım, Naci Oqdubadi, Mütia, Məftun,
GülĢəni, Saib Təbrizi, Mirzə Fətəli Axundov, ġah Ġsmayıl Xətai,
Könül Nəhmətova
58
Xətib Təbrizi, Sani, Sami Sam Mirzə, Sadiq Ordubadi, Sadiqi
ƏfĢar və b.
Təzkirədə bir çox Ģairlərin, alimlərin məzarının yeri də
göstərilir ki, müəllif bu qeydləri Həqiri Təbrizinin 1602-ci ildə
yazdığı «Rövzeyi-əbrar» və «Rövziyi-əthar» mənzum əsərlərinə
istinad edərək yazmıĢdır. Bəzi Ģairlərin məkanı haqqında məlumat
yalnız haralı olduğu qeyd olunmaqla bir kəlmədə keçir. Bir qisim
Ģairlər isə xırda ticarətçilərdir və ara-sıra Ģeir yazdıqları qeyd
olunur.
III. Zaman (ġairin həyatında olan mühüm hadisələrin
tarixi)
Təzkirələrdə zaman məsələsi sistemli bir biçimdə
iĢlədilməklə olduqca önəmli yer tutur. Bunun təzkirəçidən
təzkirəçiyə artdığı və ya əksildiyi görünür, amma heç bir zaman
yox olmaz.
Təzkirələrdə Ģairin həyatında baĢ verən hadisələr üzərində
dayanarkən söhbətin ən baĢında təvəllüdü durur. Burada üzərində
ən çox durulan hadisə də ölüm tarixidir. Orta əsrlər təzkirələrində
məlumat çatıĢmazlığından yaranan bu vəziyyət bir ənənə halına
keçərək, XIX və XX əsr təzkirələrinə də sirayət etmiĢdir. Bu
vəziyyətə «DaniĢməndani–Azərbaycan»da da sıx-sıx təsadüf
edirik. Müəllif tarixi hadisələrlə bağlı məlumatların doğruluğuna,
dolğunluğuna nə qədər diqqət versə də, ələ aldığı təzkirələrin,
mənbələrin kəm-kəsirini və yanlıĢlığını o da öz əsərində tamamilə
aradan qaldıra bilməmiĢdir.
IV. Ailə, soy və qohum-əqrabalıq.
Təzkirələrdə ən çox görə bildiyimiz tanıtmalardan biri də
Ģairin ailə, soy və qohum-əqrabalıq vəziyyətləriylə bağlıdır.
Təzkirələrdə ailənin təməl ünsürlərindən həmiĢə ata qeyd olunur.
Bəzən qardaĢlardan biri və ya bir neçəsi haqda da bilgi olur. Nadir
halda isə anadan da danıĢılır. Ayrıca olaraq bu tanıtma ailə
kökənindən bəzi isim və Ģəxsiyyətlərə dayana bildiyi kimi, ailənin
yaĢanan dövrdəki ən uzaq qollarına, uzaq qohum-əqrabalarına da
gedə bilir. Təzkirələrdə bir Ģairin bu üç ünsürdən hamısıyla
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
59
birlikdə tanıdıldığı vəziyyətlər çox azdır (3).
Yuxarıda sadaladığımız xüsusiyyətlər baxımından
«DaniĢməndani–Azərbaycan» təzkirəsində haqqında söhbət edən
Ģairləri ailə vəziyyətlərinə görə aĢağıdakı kimi qruplaĢdıra bilərik:
a) atasına görə tanıdılanlar: Lütfi Təbrizi, Məqsud Bənna,
Sakit, Sani, Nizaməddin Ərdəbili, Rəhim Təbrizi, Səhab, Qalib,
Faiz Molla Heydərəli, Fəna Mirzə Əbdürrəsul və s.
«Rəhim Təbrizi – Mirzə Rəhim Mirzə Saib Təbrizinin
oğludur».
«Fəzli– Azərbaycanın böyük Ģairi məĢhur Füzulinin
oğludur».
b) özündən böyük və ya daha məĢhur qardaĢlarına görə
təqdim olunanlar:
Guya Təbrizi, Kirami Təbrizi, Mahi xanım, Sadiq
Ordubadi, Fəzli Xalxali və s.
«Nami Təbrizi – Qövsinin qardaĢıdır».
«Nuri Təbrizi – Qövsinin qardaĢıdır».
c) Hər ikisinə (atasına və qardaĢına görə tanıdılanlar).
Məsələn: «Sami Sam Mirzə – birinci ġah Ġsmayılın oğlu
və ġah Təhmasibin qardaĢıdır».
ç) Qohum-əqrabalıq münasibətləri qeyd olunanlar.
Məsələn: Məsum, Heydər ġeyxurrəyis, Heyran xanım,
Həsənbər, Naseh, Mirzə Ərəb, GülĢəni, Qərib və s.
«Xədicəsultan xanım – Dağıstanlı Həsənlixanın qızı və
«RiyazüĢ-Ģüəra» əsərinin müəllifi Əliqulu xan Valehin əmisi
qızıdır».
«Həsənbər – Ata tərəfindən onun qohumluğu baharlı
tayfası böyüklərindən olan ƏliĢəkər bəyə və ana tərəfindən isə
qohumluğu CahanĢah padĢaha çatır».
Bu qruplaĢdırmanı kifayət qədər artırmaq mümkündür,
çünki təzkirədə Ģairlərin müasirləri, müəllimlərinə, dostlarına, ədə-
bi və Ģəxsi əlaqələrinə də mümkün qədər diqqət ayrılmıĢ, onların
ictimai fəaliyyətləri, təhsili, kamal dərəcələrinin iĢıqlandırılması
üçün bu ünsürlərdən istifadə olunmuĢdur.
Könül Nəhmətova
60
Ayrıca qeyd etməliyik ki, bütün təzkirələr kimi ələ
aldığımız təzkirədə də Ģairlərin fiziki və mənəvi özəlləkləri
üzərində dayanılmıĢ, qabiliyyətləri və sənətkarlıq xüsusiyyətləri
ümumi sözlərlə tənqid və təqdir olunmuĢdur.
Məsələn:
«Fəthi ġirvani – ġirvaninin orta səviyyəli Ģairlərindəndir,
o, dərviĢsifət və qələndərxasiyyət idi».
«Xari-rindsifət və yetimtəbiət bir adam olmuĢdur».
«Zəki Lətifəddin Marağayı – dünyanın incə düĢüncəli və
dərin bilikli Ģəxsiyyətlərindən olmuĢdur və s.»
«DaniĢməndani–Azərbaycan»da verilən Ģeir nümunələri
təsadüfi verilməyib, müəyyən bir məqsədə xidmət edir. Bir sıra
Ģeir parçaları Ģairin sənətkarlıq dərəcəsini nəzərə çatdırmaq üçün,
digər bir qism beytlər janrlar haqqında danıĢarkən ona nümunə
gətirilərək, bəziləri məsnəvilərin birinci beyti olduğu üçün
təzkirədə özünə yer tapmıĢdır. Müəllif özünü bir sənətkar kimi
danılmaz dəcərəcədə təsdiqləmiĢ üstad Ģairlərin əsərlərindən
nümunə verməyə ehtiyac duymamıĢdır.
Təzkirədə nümunə üçün verilən Ģeir parçaları əsasən fars
dilində olsa da, türkcə yazılmıĢ bir sıra Ģeirlərə də rast gəlirik.
Məsələn, Mahmud ġəbüstəri, Əbdülqadir Maraği, Rəmzi Baba,
Mövci ġeyxülislam Əhəri, Sabit Hacı Məhəmmədəli təbrizi,
Yəlda ağa Ġsmayıl, Dəruni, Hüsaməddin, Həqir, Həbibi, Fəzli,
Sərraf, Hacı Rza, Saleh, Saib Təbrizi, Sabit Xalxali, Zahir və b.-
nın yaradıcılığından göstərilən nümunələr türk dilindədir.
Həbibinin türkcə qəzəlindən bir bənd təzkirəyə daxil
edilmiĢdir:
Səndən özgə yarım olsa ey pərivəĢ simtən,
Görüm olsun o qəba əynimdə pirahən kəfən.
Çıxmaya sevdayi-zülfün baĢdan ey məh, yüz il,
Üstüxani-kəlləm içrə tuta əqrəblər vətən [88. 381].
Təbrizdə Sabit Xalxalinin farsca Ģeirləri ilə yanaĢı türkcə
yazılmıĢ aĢağıdakı bir bənd Ģeiri də nümunə göstərilmiĢdir:
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
61
Dağıdıb qamətinə sərv səmənbər geysu,
Kim görüb sərvdə bir böylə müənbər qeysu.
Gah zəncirim olur, gah könül mürgünə dam,
Gətirir baĢimə Sabit, nə bəlalar geysu [88. 277].
Sabit Hacı Məhəmmədəli Təbrizi haqqında isə deyilir:
«Onun fars və türk dillərində Ģeirlərdən ibarət divanı vardır. Sabit
vəfatından əvvəl bir divana bərabər olan aĢağıdakı beyti türk
dilində mənə (M.Tərbiyətə – N.K.) oxumuĢdur:
Yığıbsan baĢına bu xətti-xali, zülfü-müjganı,
Yenə peyğəmbəri-xuban, bu nə icmai-ümmətdir
[88. 278].
Bu misaldan görünür ki, M.Tərbiyət əsərini farsca yazsa
da, Ģeir nümunələrini əsas farsdilli poeziyadan seçsə də, türk
dilindəki yaradıcılığa laqeyd qalmamıĢ, əksinə, ana dilində yazılan
əsərlərə daha çox önəm vermiĢdir.
Təzkirədə Qasım bəy Zakirin yaradıcılığı haqqında isə
deyilir: «Onun Ģeirləri türk dilindədir. AĢağıdakı beyt ondandır:
TökülmüĢ hər tərəf zülfi-siyahın, müĢkbulənmiĢ,
PəriĢanlıq görüb badi-səbadan, tündəculənmiĢ.
Fransız Adolf Berje 1868-ci ildə Leypsiq Ģəhərində «Azər-
baycan Ģairlərinin Ģeirləri» kitabını yazmıĢ, əsərin 46-cı səhifəsin-
dən 113-cü səhifəsinədək Zakirin Ģeirlərindən verilmiĢdir» [88.
145].
Buradan göründüyü kimi, təzkirəçinin Adolf Berjenin Azər-
baycan Ģairlərinə həsr olunmuĢ əsərindən xəbəri olmuĢdur. Yuxa-
rıda qeyd olunan cümlə belə fikirləĢməyimizə əsas verir ki, müəl-
lif bu kitabı nəzərdən keçirmiĢdir. Bu və digər bir sıra qeydlər onu
göstərir ki, M.Tərbiyət yalnız fars mənbələrindən istifadə etməklə
kifayətlənməmiĢ, həm də Rusiya və Azərbaycan tədqiqatlarını da
araĢdırmaya cəlb etmiĢdir. M.Tərbiyət öz təzkirəsinin bəzi yerlə-
rində Rumskinin «Türk ədəbiyyatı tarixi» və F.Köçərlinin
Könül Nəhmətova
62
«Azərbaycan ədəbiyyatı tarixi materialları» əsərlərinə də istinad
etmiĢdir. M.F.Axundovun tərcümeyi-halını «KəĢkül» jurnalının
1877-ci il 43,44 və 45-ci nömrələrində, A.Bakıxanov haqqında
bilgilərini «Füyuzat» jurnalından götürmüĢdür.N.Qəhrəmanlı
Tərbiyətin bu təĢəbbüsünü onun təzkirəsinin yeniliklərindən biri
kimi qiymətləndirərək yazır ki, “əsərin daha bir məziyyəti Rusiya-
da və ġimali Azərbaycandakı tədqiqatlara reaksiya verməsi və on-
lardan az və ya çox dərəcədə istifadə etmək meylidir» [37.56].
N.Qəhrəmanlıya görə, «DaniĢməndani-Azərbaycan» təzkirəsinin
ikinci bir məziyyəti isə Lütfəli bəy Azərdən fərqli olaraq,
M.Tərbiyətin «Azərbaycan» adını kitabın sərlövhəsinə çıxarması,
ümumən Azərbaycan ədəbiyyatı tarixi gediĢini (klassik proses) və
nümayəndələrinin yaradıcılığını (XX əsrədək) ətraflı iĢıqlandıra
bilməsidir [37.56].
ġərqĢünas German Ete təzkirələrdə bioqrafik materiallara
nisbətən Ģeirlərin çox olduğunu göstərmiĢdir. Lakin Məhəmmədə-
li Tərbiyət öz əsərində təzkirələrin bu çatıĢmazlığını aradan qaldır-
mıĢ, Ģairlərin Ģəxsi həyatını və ədəbi mühitini ətraflı iĢıqlandırma-
ğa çalıĢmıĢdır. Müasir Ġran ədəbiyyatĢünası, təzkirə sənətinin gör-
kəmli tədqiqatçısı Gülçin Məani təzkirənin iki növünün daha çox
populyar olduğunu göstərir: 1) Ümumi təzkirələr; bu halda təzki-
rəçi özünədək yaĢamıĢ Ģairlər haqqında məlumat yığmaq üçün ya-
zılmıĢ əsərlərə müraciət edir, ya onların əməyinə vicdanla yanaĢır,
ya da öz adına çıxır; 2) ikinci qrup təzkirələr müəyyən dövrü əhatə
edir. Bu qrup ümumi təzkirələrin bir hissəsi olmaqla, ya hansı
Ģahınsa müasirlərini, ya da müəllifin öz müasirlərini əhatə edir.
Gülçin Məalinin bu uğurlu qruplaĢdırılması Azərbaycan təzkirələ-
rinə də tətbiq edə bilərik. M.Tərbiyətin “DaniĢməndani-Azərbay-
can” əsəri birinci qrup təzkirələrə aiddir. Yuxarıda söylədiyimiz
kimi, Tərbiyət özündən əvvəlki təzkirəçilərin əsərlərindən vicdan-
la faydalanmıĢ, istifadə etdiyi mənbələri qeyd etməklə əsərini daha
da zənginləĢdirmiĢdir.
Sovet dövrü ədəbiyyatĢünaslığında Tərbiyətin təzkirəsi layi-
qincə qiymətləndirilməmiĢ, əsərin elmi əhəmiyyəti üzə çıxarılma-
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
63
mıĢdır. «Azərbaycan ədəbiyyatı tarixi»nin ikinci cildində deyilir:
«DaniĢməndani-Azərbaycan» istər ümumi quruluĢun, istərsə də
yazıçılar haqqında verdiyi məlumatın xarakteri ilə təzkirələrdən o
qədər də fərqlənmir. Müəllif təzkirələrə məxsus məhdudiyyətlər-
dən tamam uzaqlaĢa bilməmiĢ, öz təhlillərində burjua obyektiviz-
mi təsirlərinə qapılmıĢdır. Ədəbi inkiĢafa mənfi təsir göstərən
amillərə, ədəbi cərəyan və üslublara tənqidi münasibət əsərdə çox
zəifdir»[6.484]. Burada təzkirəyə sovet «oyektivizmi» prizmasın-
dan baxıldığından bu fikirlər artıq öz əhəmiyyətini itirmiĢdir. Təd-
qiqat iĢində əsərin özündən əvvəlki təzkirələrlə ümumi və xüsusi
məziyyətləri və ədəbiyyat tarixçiliyindəki rolu öyrənilərkən belə
qənaətə gəlirik ki, «DaniĢməndani–Azərbaycan» müəllifinin
uzunmüddətli tədqiqatının nəticəsi olaraq ağır zəhmət bahasına
yazıldığı və demək olar ki, özündən əvvəlki bir çox Ġran və Azər-
baycan təzkirələrinə, müxtəlif tarixi əsərlərə istinad etdiyi üçün
bioqrafik məlumatın dolğunluğu baxımından təzkirələrin ən müə-
kəmməlidir. Orta əsrlər və XIX əsr təzkirəçiləri öz əsərlərinin
yazılmasında quruluĢ baxımından bir-iki təzkirəni örnək qəbul
etmiĢlərsə, «DaniĢməndani–Azərbaycan» müəllifi daha çox qay-
naqdan faydalanmıĢdır, həm də orijinal əsər yaratmıĢdır. Bu da
təzkirə ənənəçiliyinə gətirilmiĢ bir yenilik kimi qiymətləndirilə
bilər.
Dostları ilə paylaş: |