«Nəzmi-güzide» - Bu təzkirə haqqında Məhəmmədəli Tər-
biyət yazır: «Xacə Məhəmməd h.q. 1036 (1626) - cı ildə Ģairlərin
tərcümeyi-halı haqqında «Nəzmi-guzidi» adlı qısa bir təzkirə yaz-
mıĢdır. O, bu təzkirədə Ģeir növlərindən ancaq qəzəlləri və rübailə-
ri vermiĢdir» [2. 242].
Nazim Xacə Məhəmməd Sadiq Təbrizin söz ustalarından-
dır. O, Ġsfahanın Abbasabad məhəlləsində yaĢayan və orada oxu-
yub boya-baĢa çatan təbrizlilərdən olmuĢdur. Xacə Məhəmməd
Sadiq Məkkə ziyarətinə gedib orada guĢəniĢin olmuĢdur. O, Mək-
Könül Nəhmətova
30
kədə ibadət etməklə və ariflərlə həmsöhbət olmaqla ömrünü keçir-
miĢdir. Mirzə Tahir Nəsrabadinin qeydinə görə, onun təzkirəsin-
dən (h.q. 1081/1670) bir neçə il əvvəl vəfat etmiĢdir [88. 241].
«Fərhəngi - İbrahimi» - təzkirəsinin müəllifi Ġbrahim Mir-
zə Əbülfət Səfəvilər sülaləsindən olan Zəhirəddin Bəhram Mir-
zənin oğludur. O, həddi-buluğa çatdıqdan sonra I ġah Təhmasib
öz qızı Gövhər Sultan xanımı Əbülfətə ərə vermiĢ və Xorasanın
hökmdarlığını ona tapĢırmıĢdır. Əbülfət orada on iki il
(h.q.979/1571-ci ilədək) hökmdarlıq etmiĢdir. Ġbrahim Mirzənin
məclisləri həmiĢə elm və ədəbiyyat xadimlərinin yığıncağı olmuĢ,
Hindistana səfər edən hər söz ustası Xorasandan keçdikdə Ġbrahim
Mirzə onu bir müddət öz yanında qonaq saxlayar və ona böyük
hörmət göstərərdi.
II ġah Ġsmayıl taxta çıxdıqdan sonra ġamxal Sultan h.q.
984-cü il zilhiccə ayının 5-də, Ģənbə günü (1576, 24 fevral) onun
əmri ilə bu gənc alimi öldürmüĢdür.
M.Tərbiyət Ġbrahim Mirzədən bəhs edən mənbələr haqqında
xəbər verərək yazırdı: «Əbülfət əruz və qafiyə elmlərini yaxĢı bi-
lirdi, onun fars və türk dillərində Ģeirləri vardır. Təxəllüsü «Cahi»
olmuĢdur. Mir MünĢinin oğlu Hacı Əhməd Qumlu yazdığı altı
cildli «Xülasətül-təvarix» əsərində, eləcə də «TəzkirətüĢ-Səlatin
vəl-ü məmra» və «Gülüstani-hünər» əsərlərində Əbülfət Ġbrahim
Mirzənin tərcümeyi-halını geniĢ vermiĢ, onun üç min beytdən iba-
rət divanını tərtib edib, giriĢ yazmıĢdır. «Xülasətül-əĢ’ar» əsərinin
müəllifi (Tağı KaĢani – K.M.) də onun haqqında geniĢ məlumat
verərək Ģeirlərindən 82 beyt nağıl etmiĢdir. Digər təzkirələrdə də
bu Ģahzadə barəsində müfəssəl və ya müxtəsər məlumat vardır
[88. 162].
«DaniĢməndani – Azərbaycan» təzkirəsindən bizə məlum
olur ki, Ġbrahim Mirzənin görkəmli söz ustalarının tərcümeyi-halı
və yaradıcılığı haqqında «Fərhəngi-İbrahimi» (Ġbrahimin lüğət
kitabı) adlı sanballı bir təzkirəsi olmuĢdur. Bu əsər «Səfineyi-
XoĢgu» müəllifinin istifadə etdiyi mənbələrdən olmuĢdur [88.
163].
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
31
«DaniĢməndani–Azərbaycan»da Tövfi adlı bir Ģair və onun
təzkirəsi haqqında xəbər verilir. ġairin yaĢadığı dövr göstərilməsə
də, mətndən məlum olur ki, o, XVIII əsr Ģəxsiyyətlərindən olmuĢ-
dur. «O, rəvan dildə bir təzkirə iərtib etmiĢ, orada öz dövründəki
bir çox görkəmli Ģairlər haqqında məlumat vermiĢdir. O dövrdə
yaĢayan Ģairlərin çoxu, o cümlədən, Əczi, Səburi və Həkim Əbu
Talib onun Ģagirdlərindən olmuĢlar» [88.337]. Tövfi haqqında
məlumat «Xülasətül-əĢar”» və «ġühufi-Ġbrahim» təzkirələrinə
əsasən verilmiĢdir.
«Təzkirətül-əfkar»ın müəllifi Ağa Səid Saleh Hacı Molla
Məhəmməd Səid oğlu Xalxalinin oğludur. Hacı Molla Saleh h.q.
1175 (1761)-ci ildə Xalxalda səksən yaĢında vəfat etmiĢdir.
«Bəhrül-ülum» (1794) və «Riyazül-cənnə» (1801) Fani
Mirzə Həsən Zünuzinin əsərləridir. Mirzə Həsən h.q. 1172-ci il sə-
fər ayının 17-də (1758, 20 oktyabr) Xoy Ģəhərində doğulmuĢdur.
O, gəncliyində Təbrizdə Mövlana Məhəmməd ġəfi Tufarqanlının
yanında, sonra isə beĢ il Mövlana Əbdünnəbi ġərəfəddin Məhəm-
məd oğlu Təsucinin yanında ədəbiyyat elmini oxumuĢdur. O, h.q.
1195 (1780)-ci ildə Ətəbata getmiĢ və orada Ağa Məhəmməd
Behbahainin, Mirzə Mehdi ġəhristaninin və Ağa Seyidəlinin ya-
nında biliyini təkmilləĢdirmiĢdir. Fani h.q.1203 (1788)-ci ildə
MəĢhədə gedib iki il orada yaĢamıĢ və Xoy Ģəhərinə qayıtmıĢdır.
O, Xoyda Hüseynquluxan Dünbülinin tapĢırığı ilə «Bəhrül-ülum»
(Elmlər dənizi) və «Riyazül-cənnə» əsərlərini yazmıĢdır. Faninin
bu iki kitabı öz zamanının ensiklopediyası sayılır. «Bəhrül-ülum»
əsəri yeddi bəhrdə yazılmıĢdır. «Riyazül-cənnə» əsəri isə
müqəddimə, səkkiz rövzə və xatimədən ibarətdir. Dördüncü,
beĢinci və yeddinci fəsilləri alimlər, filosoflar, Ģairlər və vəzirlərin
tərcümeyi-halları, əsərləri, Ģeirləri və yaradıcılıqları haqqındadır
[88. 345].
Səhab təxəllüslü Seyid Məhəmməd Seyid Əhməd Hafiz
oğlunun sona çatmamıĢ bir təzkirəsi qalmıĢdır. Bu Ģəxs Ordudad-
dan olmuĢ, h.q. 1222 (1807)-ci ildə vəfat etmiĢdir. Tərbiyət onun
haqqındakı məlumatı «Nigaristani-Dara» təzkirəsindən almıĢdır
Könül Nəhmətova
32
[88. 316].
«DaniĢməndani–Azərbaycan»da az tanınmıĢ və yaxud heç
məlum olmayan təzkirələr haqqında məlumat verilsə də, XVIII əs-
rin ən məĢhur təzkirəsi – «Atəşkədə»nin üzərindən sükutla keçil-
miĢdir.
«AtəĢkədə» təzkirəsinin müəllifi Lütfəli bəy Azər (1711-
1781) Eldəgizlərdən olan məĢhur Bəydil xanın nəslindəndir. Bəy-
dili tayfası iki qismə bölünür. ġah ölkəsindən Ġrana mühacirət
edənlər Bəydili-ġamlı, Türküstan və Ġranda qalanlar isə Bəydili
adlanırlar. Azər Lütfəli bəyin atası Ġsfahanda məĢhur olan Ġma-
müddövlə Məhəmməd Mömin xanın oğlu Ağa xan da Bəydili
ġamlı hesab olunur [59. 11].
Lütfəli bəy Azərin fars dilində yazdığı “AtəĢkədə»” təzkirə-
si 19 ilə (1760-1779) yazılmıĢdır. Təzkirəyə verilən bu ad müxt-
əlif cür izah olunur. Lütfəli bəy Azər özü bu barədə yazır: «Bu ki-
taba «AtəĢkədə» adı verirəm və bundan əvvəlki təzkirəçilərin
dəftərlərini qısqanclıq oduna atdım» [57. 25].
Ruqiyyə Qənbərqızına görə, «AtəĢkədə» təzkirəsində Ģairlər
xronoloji və yaxud adlarının əlifba sırası üzrə deyil, coğrafi
prinsip, yəni bölgələr üzrə (məsələn, Gəncə Ģairləri, ġirvan
Ģairləri, Ġsfahan Ģairləri və s.) təsnif edilmiĢdir [99. 34]. Lakin
müəllif özü əsərinin quruluĢu haqqında belə yazır: «Tarix
kitablarına müraciət edib Ģairlərin anadan olma illəri və mənsub
olduqları yerləri təyin etdim. Hər hansı ölkənin və Ģəhərin Ģairi
haqqında məlumatı həmin Ģair üçün ayrılmıĢ səhifədə qələmə
aldım. ġairlərin adlarını çəkərkən, kimin sonra yaĢadığını, kimin
qələminin qüvvətli və kiminin zəif olmasını nəzərdə tutmadım və
əsəri əlifba sırası ilə yazdım [59. 69].
Lütfəli bəy «AtəĢkədə»ni iki «məcmə»yə bölmüĢdür. Birin-
ci məcmədə qədim Ģairlər haqqında məlumat verilmiĢdir. «Məc-
mə» də öz növbəsində «Ģöbə», «üç qığılcım» və «iĢıq» hissələrinə
ayrılır.
«ġöbə» – Ģeir yazmıĢ əmir və Ģahzadələr;
«Üç qığılcım» – Ġran, Turan və Hindistan;
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
33
«ĠĢıq» – müxtəlif diyarlara məxsus Ģairlər haqqında
məlumat verir.
Ġkinci «Məcmə» müəllifin müasirlərini əhatə edir. Bu fəslin
quruluĢu isə aĢağıdakı kimidir:
I Pərtöv – müəllifin müasirləri.
II Pərtöv – müəllifin özü haqqında məlumat verir.
Təzkirənin ikinci fəsli daha sonra iki «əxgər»ə ayrılır.
I »əxgər» beĢ «Ģərarə»dən ibarətdir.
I Ģərarə – XVIII əsrin II çərəyinə qədər Azərbaycanın bütün
ərazisində yaĢayan Ģairlər;
II Ģərarə – Xorasan Ģairləri;
III Ģərarə – Təbəristan (indiki Mazandaran ölkəsi), Gürcan
və sair ölkələrin Ģairi;
IV Ģərarə – 2 Ģüaya bölünür: I Ģüa – Ġraq və ərəb; II Ģüa –
Ġraqi-Əcəm Ģairləri;
V Ģararə – fars vilayəti Ģairləri haqqındadır.
II «əxgər» üç «Ģərarəyə» bölünür:
I Ģərara – Bəlx ərazisi və ona tabe sahəyə;
II Ģərarə – Hindistan Ģairlərinə;
III Ģərarə – KəĢmir Ģairlərinə həsr edilmiĢdir.
Əsərin «Füruğ» (iĢıq) adlandırılan hissəsində müxtəlif
zamanlarda yaĢamıĢ Əzəmət Səmərqəndi, AyiĢə Səmərqəndi,
Ġffəti, Lalə xanım, Mütribə, Mehri, Məhsəti, Nurcahan bəyimdən
ibarət Ģairlərdən məlumat verilir.
Əsərin əvvəlinə bir föhrüst əlavə olunmuĢdur ki, «oxuyanlar
üçün asan olsun».
Təzkirədə Yaxın ġərqdə yaĢayıb-yaratmıĢ 842 Ģair haqqında
məlumat verilmiĢdir ki, bunlardan yüzə qədəri azərbaycanlıdır.
«AtəĢkədə» fars dilində yazıldığından Azərbaycan Ģairlərinin
yalnız fars dilindəki Ģeirlərindən nümunələr gətirilmiĢdir.
Mehri Məmmədova «AtəĢkədə» təzkirəsini bir ədəbi əsər
kimi yüksək qiymətləndirərək yazır: «AtəĢkədə» quruluĢu və
məlumatlarının
dolğunluğu
cəhətdən
özündən
əvvəlki
təzkirələrdən fərqlənir. Məhz buna görə sonrakı əsrlərdə yazılmıĢ
Könül Nəhmətova
34
təzkirələrin bir çoxunda həmin formadan istifadə olunmuĢdu. Lüt-
fəli bəyin əsərinin dili aydın və oxunaqlıdır. Ədəbiyyatı tarixi had-
isələr, tarixi məlumatlarla bağlama bacarığı yüksəkdir, öz münd-
ərəcəsinə, tərtib prinsipinə görə təzkirəçiliklə ədəbiyyatĢünaslıq
arasında bir körpü təĢkil edən qiymətli mənbədir. Burada təkcə
Ģair və sənətkarlar haqqında deyil, onları yetiĢdirən ictimai mühit,
yaĢadıqları Ģəhərin coğrafi mövqeyi və iqlimi barədə, eyni
zamanda Ģairin öz dövrünün tarixi, ədəbiyyatı haqqında
əhəmiyyətli Ģərhlər verilməsi «AtəĢkədə» müəllifinin hərtərəfli
biliyə malik olmasını göstərən bir güzgüdür» [59. 71].
Nazif Qəhrəmanlı «AtəĢkədə» təzkirəsinin mənfi və müsbət
cəhətlərini açıqlayaraq yazır: «Bu təzkirədə əsas ədəbi-tarixi
faktlar nədən ibarətdir? Qətran Təbrizinin, Xaqani ġirvaninin
Azərbaycan övladları olduğunun təsdiqi, Xaqani ġirvaninin Əbül
Ülanın Ģagirdi olması, sarayda mövqe qazanması, sonra saraydan
uzaqlaĢması, yaradıcılığı, yeni üslub yaratdığı, Sürxab qəbiristan-
lığında dəfn olunması və s. Lakin Bəydili tayfasından olan Lütfəli
bəy Azərin fasdilli tendensiyası özünü göstərir, Xaqaniyə Ģəxsi
rəğbət bəsləməklə bərabər Nizamini Ġran Ģairi adlandırır, Füzuli və
Saib Təbriziyə laqeyd münasibət bəsləyir [59. 20].
Görkəmli ədəbiyyatĢünas Salman Mümtaz da Lütfəli bəy
Azərin «AtəĢkədə»sində milli təəssübkeĢliyin görünməməsini hid-
dətlə qarĢılayırdı: «Bu türk oğlu türk olan Azər kəndi «AtəĢ-
kədə»sinə nümunə üçün də olsa bir türk Ģeri yazmadığı kimi, ġah
Xətaini də bir fars Ģairi simasında meydana çıxartmıĢdır» [67.
302].
Türk alimi prof.dr.Əbdülqadir Qaraxan Lütfəli bəy Azərin
«AtəĢkədə» təzkirəsini yazarkən Əhməd Razinin «Həft iqlim»
(1593) təzkirəsindən təsirləndiyini qeyd edir [101. 37].
Ġran alimi Əhməd Gülçin Məani isə «Təzkirehai-farsi»
əsərində belə bir fikir söyləyir ki, Azər Bəydili iddia etsədə ki,
«AtəĢkədə»ki nümunələri özü Ģəxsən Ģairlərin divanlarından
seçmiĢdir. Lakin görünən budur ki, o keçmiĢ Ģairlər haqqında h.q.
XI (m.XVII) əsrin əvvəllərinədək yaĢamıĢ Ģairlər haqqında
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
35
məlumat verən «Xülasətül-əĢ’ar və zübdətül əfkar» adlı böyük
təzkirədən müxtəsər bir xülasəni bizə «AtəĢkədə» adı ilə təqdim
etmiĢdir» [59. 14]. Lakin Mehri Məmmədova Gülçin Məaninin bu
fikrinə etiraz edərək yazır ki, Lütfəli bəy Azər özündən əvvəlki
təzkirələrdən – Əliquluxan Ləzginin «Riyazül-Ģüəra», DövlətĢah
Səmərqəndinin «TəzkirətüĢ-Ģüəra», Məhəmməd Övfinin «Lüba-
bül-əlbab»ından istifadə etdiyi kimi, Tağı KaĢaninin də təzkirəsin-
dən faydalanmıĢdır [59. 73]. Mehri Məmmədova daha sonra yazır:
«Ümumiyyətlə, Lütfəli bəy «AtəĢkədə»nin əvvəlindən sonuna ki-
mi istifadə etdiyi əsərlərini, mənbə və divanların adını qeyd edir.
Bu hal «AtəĢkədə» əsərinin qiymətini daha da artırır və Lütfəli
bəyin hansı mötəbər mənbələrdən istifadə etdiyini, həmin
mənbələrə münasibətini və s. aydınlaĢdırır [59].
«AtəĢkədə» təzkirəsi özündən sonra böyük bir məktəb ya-
ratmıĢdır. Bəhmən Mirzənin «MəhəmmədĢahi» təzkirəsi, Mirzə
Məhəmməd Axundov Lənkəraninin «Təzkireyi-Ziyai». Seyid
Əzim ġirvaninin «TəzkirətüĢ-Ģüəra», Firudun bəy Köçərlinin
«Azərbaycan ədəbiyyatı tarixi» materialları əsərinin yazılmasında
«AtəĢkədə»nin təsiri aydın görünür. Əlbəttə ki, epiqonçu bir əsər
özündən sonra belə böyük bir təsir buraxa bilməzdi. Azərbaycan
ədəbiyyatĢünaslığı tarixində qazandığı bu Ģöhrətə «AtəĢkədə» təz-
kirəsi kəsb elədiyi əhəmiyyətə, təzkirəçilik ənənələrinə gətirdiyi
yeniliklərə görə nail olmuĢdur.
«AtəĢkədə»nin əhəmiyyətli yeniliyi isə burada ənənəvi
regional prinsipə məhəlliçilik prinsipinin əlavə olunmasıdır. Lütfə-
li bəy Azər öz əsərində Herat təzkirəçilik ənənəsi ilə XVII-XVIII
əsrlər fars təzkirəçilərinin təcrübəsini birləĢdirərək Azərbaycan
təzkirəçiliyinin inkiĢafını yeni bir istiqamətə yönəltmiĢdir.
Lütfəli bəy Azərdən sonra Bəhmən Mirzə də «Təzkireyi
MəhəmmədĢahi» əsərini kataloq prinsipi ilə təltif etmiĢdir. Lakin
burada XIX əsr Azərbaycan təzkirəçiliyinin səciyyəvi xüsusiyyəti
- Ģairlərin «mütəqədimlər və müasirlər»ə bölünməsi prinsipi də
nəzərə çarpır. Bəhmən Mirzə təzkirədə Ģahzadələrə və əmirlərə
ayrıca fəsil ayırmaq ənənəsindən də istifadə etmiĢdir.
Könül Nəhmətova
36
Ədəbiyyat tarixçiliyimiz üçün əhəmiyyətli təzkirələrdən biri
də «Nigaristani-Dara»dır. «Nigaristani-Dara» təzkirəsi Məftun tə-
xəllüslü Əbdürrəzzaq bəy Dünbüli tərəfindən 1825-ci ildə yazıl-
mıĢdır. Bu əsər FətəliĢah dövründəki (1797-1834) Ģairlərin tərcü-
meyi-halına və onların yaradıcılığına aiddir.
Məftunun tərcümeyi-halı və yaradıcılığı «DaniĢməndani-
Azərbaycan» təzkirəsində ətraflı öyrənilməmiĢdir. M.Tərbiyət
Məftunun bioqrafiyasını belə iĢıqlandırır: «Əbdürrəzzaq bəy
Dünbüli h.q.1176 (1762)-ci ildə Xoy Ģəhərində anadan olmuĢdur.
O, on yaĢında ikən atası onu böyük oğlu Fəzləlibəyin əvəzinə
ġiraz hökmdarının yanına girov göndərmiĢdir. Əbdürrəzzaq bəy
ġirazda on dörd il ev dustağı qalmıĢ, bu müddətdə elm və bilik
öyrənməklə vaxtını keçirmiĢdir. Əlimuradxan Kərim xan Zəndin
qardaĢı Sadıqxanın əleyhinə qoĢun çəkib doqquz ay vuruĢduqdan
sonra ġirazı almıĢ və ġirazda Azərbaycandan girov saxlanmıĢ
adamları Ġsfahana göndərmiĢdir. H.q. 1199-cu il rəbi-əl əvvəl ayı-
nın 14-ündə (1785, 25 yanvar) Əlimuradxan vəfat etdikdən sonra
Ağa Məhəmməd Ģah Ġsfahana gedib Azərbaycandan girov alınmıĢ
adamlara, o cümlədən, Məftuna Azərbaycana qayıtmaq icazəsi
vermiĢdir. Məftun h.q. 1241 (1825)-ci ildə Məkkəyə gedib qayıt-
mıĢ və h.q. 1243 (1827)-ci ildə Təbrizdə vəfat etmiĢdir [88. 204].
«DaniĢməndani-Azərbaycan» əsərindən məlum olur ki,
Məftun çox məhsuldar yaradıcılığa malik bir Ģəxsiyyət olmuĢdur.
O, fars və ərəb dillərində nəzm və nəsrdə əsərlər yaratmıĢ, ərəb
Ģairlərinin və rəvayətçilərinin yaradıcılıq incəliklərini öyrənmiĢdir.
O, çox vaxt mütaliə və tədqiqatla məĢğul olaraq ömrünü əsərlər
yazmaqla baĢa çatdırmıĢdır. Məftunun «Nigaristani-Dara» təzkirə-
sindən baĢqa bioqrafik səciyyə daĢıyan digər əsərləri də vardır ki,
onlar aĢağıdakılardır:
1.
«Hədaiqül-cinan» (BehiĢt bağları) əsərində Məftu-
nun ġirazda baĢına gəlmiĢ macəralar, o Ģəhərdə olan müasir Ģairlər
və ədəbiyyatçıların tərcümeyi-halı, eləcə də, Ağa Məhəmmədxan
hökmdar olan zamanadək Kərimxan Zəndin tərcümeyi-halı verilir.
2.
«Təcrübətül-əhrar və təsliyətül-əbrar» (Sərbəst adamlara
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
37
təcrübə və azad adamlara təsəlli) əsəri. Bu əsərdə müəllif Dünbü-
lülər sülaləsindən qısaca danıĢdıqdan sonra bir sıra alimlərin, Ģair-
lərin və görkəmli Ģəxsiyyətlərin tərcümeyi-halını, eləcə də, öz
mənzum və mənsur yaradıcılığının bir hissəsini verir. O, bu əsəri
h.q.1228 (1813)-cü ildə bitirmiĢdir.
3.
«Hədiqə» (Bağ) əsəri. Bu əsər ərəb Ģairlərinin tərcümeyi-
halına və onların bir sıra Ģeirlərinin izahına həsr edilmiĢdir.
4.
«Rövzətül-adab və cənnətül-əlbab» (Ədəbiyyat bağı və
həqiqətlər behiĢti) əsəri. Bu əsər də ərəb Ģairlərinin tərcümeyi-halı-
na və onların nadir Ģeirlərinə və yaradıcılığına aiddir. Əsər
h.q.1224 (1809)-cu ildə bitmiĢdir.
5.
«Həqayiqül-ənvar» (ĠĢıqların həqiqəti) əsəri. Bu əsər fars
dilində, ərəb, eləcə də əcəm Ģairlərinin tərcümeyi-halı və çətin ba-
Ģa düĢülən sözlərin izahı haqqındadır. Əsər h.q.1230 (1814)-cü il-
də yazılmıĢdır.
6.
«Hədaiqül-üdəba» (Ədib bağları) əsəri. Bu əsər fars dilin-
də olub 23 hədiqədən (fəsildən) ibarətdir ki, onda ərəb və əcəm
Ģairlərinin yaradıcılıqları, fikirləri və bədii sözləri, eləcə də, Ģahla-
rın siyasəti, vəzirlərin rəftarı, dini, əxlaqı və tutduqları mövqe,
bunlardan əlavə tarix və dilçilik məsələləri və sairə haqqında mə-
lumat verilir. Müəllif bu əsəri h.q.1232 (1816)-cı ildə Abbas Mir-
zə Naibüssəltənənin adına yazmıĢdır.
Əbdürrəzzaq bəy Dünbülünin «Nigaristani-Dara» təzkirə-
sində Əsir, Nüsrət Sultan Hüseynbəy TalıĢi, Sabit Xalxali, Mirzə
Əbdürrəhim Sağər, Mirzə Ələkbər Səbur, Sədrəddin Məhəmməd
Təbrizi, Səhab, Mirzə Məsum Xavəri, Ağa Hüseynqulu Heyrət,
Hüseyn Küzəkünani, Hüseynquluxan Çakər, Molla Rza ġəfa və s.
Azərbaycan Ģairləri haqqında məlumat verilmiĢdir.
«Təzkireyi-MəhəmmədĢahi» əsərinin müəllifi Bəhmən
Mirzə Naibüs-səltənə Abbas Mirzənin oğlu, FətəliĢah Qacarın
nəvəsi idi. O, 1811-ci ildə anadan olmuĢ və saraya məxsus yüksək
təhsil almıĢdır. Bəhmən Mirzə 1843-cü il may ayının 12-də Lən-
kəran paraxodu ilə Bakıya gəlir, 20-də isə Tiflisdə olur. O, 1851-ci
il oktyabrın 4-də Tiflisdən ġuĢa Ģəhərinə köçüb. Məlikbəylərovun
Könül Nəhmətova
38
evini satın alıb, ömrünün sonunadək orada yaĢayıb [74. 77].
Bəhmən Mirzənin «Təzkireyi-MəhəmmədĢahi» əsərinin ya-
zılma tarixi dəqiq məlum deyildir. Məlum olan ancaq budur ki, bu
təzkirə Məhəmməd Mirzənin Ģahlıq dövründə (1834-1848) yazıl-
mıĢdır. Əsərin AMEA-nın Əlyazmalar Ġnstitutunda saxlanılan
nüsxəsinin müqəddiməsində onun yazılma səbəbi belə izah olunur
ki, Bəhmən Mirzə bir gün Məhəmməd Ģahın hüzurundaykən söh-
bət əsnasında Ģah ona deyir ki, yaxĢı olardı ki, bir adam söz sənət-
karlarının müntəxabatını yazaydı. Bu sözdən sonra Bəhmən Mirzə
fikrini fars dilində belə izah edir: «Elə ki, mərhəmətli Ģah bu mə-
sələni dedi, bu iĢ üçün mən kəmərimi bağladım» [74. 80].
Əlifba quruluĢu sistemində yazılan bu təzkirə üç riĢtədən
ibarətdir:
1.
Mütəqədimlər haqqında;
2.
Bəzi Ģahzadələr, görkəmli tacirlər, əmirlərdən olan
Ģairlər haqqında;
3.
Bəhmən Mirzənin öz müasirləri olan Ģairlər haqqında.
Bəhmən Mirzə təzkirədə biblioqrafik məlumatlardan çox
Ģeir nümunələrinə yer vermiĢdir.
M.Məmmədova «MəhəmədĢahi» təzkirəsinin «AtəĢkə-
də»nin təsiri ilə yazıldığını iddia edirək yazır: «Lütfəli bəydən
sonra Məhəmməd Ģah təzkirə yazdırmaq istəyərkən yeni yaradıla-
caq əsərin «AtəĢkədə»dən üstün olmasını arzu etmiĢsə də, Bəh-
mən Mirzə həmin sifariĢi yerinə yetirərkən «AtəĢkədə»dən irəli
gedə bilməmiĢ və əksər məlumatları Lütfəli bəydən götürmüĢdür»
[59. 71].
Salman Mümtaz isə Bəhmən Mirzənin öz təzkirəsini tama-
milə Məftunun «Nigaristani-Dara» əsərindən iqtibas etməsi fikrini
irəli sürmüĢdür [67.33]. Bu fikirlərdən hansının daha doğru olma-
sını təsdiqləmək üçün isə hər üç təzkirə müqayisəli tədqiq olun-
malıdır. Bəhmən Mirzənin təzkirəsi «Nigaristani-Dara»dan bir qə-
dər sonra yazılmıĢdır. Ərazi və tarix baxımından hər iki təzkirənin
yaxın olması faktı Salman Mümtazın qənaətinə Ģərik olmamıza
əsas verir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
39
Məftunun və Bəhmən Mirzənin təzkirəsi tarixilik baxımın-
dan XIX əsrə aiddirsə də, tərtib prinsiplərinə görə XVIII əsr təzki-
rəçilik ənənəsinin davamı kimi görünməkdədir. Ümumiyyətlə,
XVIII əsr Azərbaycan təzkirələri Yaxın və Orta ġərq təzkirəçilik
ənənəsinin uzunmüddətli təcrübəsinin bir çox cəhətlərini ehtiva
edən elmi-ədəbi yaradıcılıq məhsuludur.
Azərbaycan təzkirələri malik olduqları milli-regional
xarakterik cizgiləri ilə orta əsr təzkirələrindən fərqlənir. Artıq
XVIII əsrdə divan ədəbiyyatı öz yerini xalq yaradıcılığı üslubuna
verməyə baĢlamıĢdı. Türk ədəbiyyatında bu ədəbi prosesə Məhəl-
liləĢmə cərəyanı adı verilmiĢdir. Nihad Sami Banarlı Mə-
həlliləĢmə cərəyanının mahiyyətini belə açıqlayır: «Bu cərəyan
aĢıq tərzi üslubunun Ģəhərlərdə inkiĢaf edən xalq dilinin və divan
tərzi üslubunun birləĢməsindən doğan bir hərəkətdir. XVIII əsrdə
Ġstanbul Ģairi Nədim ilə ən qüdrətli təmsilçisini yetiĢdirən bu üslub
XIV əsrdən bəri divan Ģairlərinin əsərlərində görünür. O dövrdən
bəri yeri gəldikcə nəsr dilində də bu sadəliklər və sadələĢmə
təmayülləri ilə birlikdə bu cərəyana hər hansı bir xarici təsirə
qapılmadan öz daxili inkiĢafından və getdikcə yerliləĢməsindən
doğan bir hərəkat demək də eyni ölçüdə doğrudur» [97. 830].
Nihad Sami Banarlı MəhəlliləĢmə cərəyanının türk
ədəbiyyatındakı rolunu çox yüksək qiymətləndirərək yazır ki, bu
cərəyan ancaq tək bir böyük Ģair (Nədim Əhməd Əfəndi)
yetiĢdirmiĢ olmasına baxmayaraq əsrin və gələcək əsrin ən gözəl
və faydalı hadisəsi sayılır [97.748]. Demək olar ki, Molla Pənah
Vaqifin Azərbaycan ədəbiyyatında gördüyü iĢi nədim Əhməd
Əfəndi türk ədəbiyyatında görmüĢdür. AĢağıdakı Ģeir ondandır:
Dostları ilə paylaş: |