1.2. Azərbaycanda təzkirəçilik ənənəsi: ilkin qaynaqlar
və tədqiqatlar
Azərbaycan ədəbiyyatĢünaslığında təzkirə elmi-ədəbi əsər
kimi qiymətləndirilmiĢdir. Bu fikrin nə dərəcədə doğru olmasını
müəyyənləĢdirmək üçün ilk növbədə ədəbi və elmi əsər anlayıĢını
açıqlamaq lazım gəlir. Ədəbi əsər deyincə, oyandırdığı estetik
duyğularla insanı xoĢlandıran, ruha və zövqə səslənən sənət əsəri
anlaĢılır. Doğrudan da, öyrətmək məqsədiylə yazılmaması və sə-
nət qayğısını daĢıması ədəbi əsərin baĢlıca xüsusiyyətlərindəndir[
107. 3].
*
Maarifə Hacıyeva, Celal Tarahçı. Azerbaycan Edebiyat Terminleri
sözlüğü. Ġstanbul, 1999.
**
Türk dili ve Edebiyat Ansiklopedisi. «Tezkire» maddesi.
Könül Nəhmətova
16
Elm isə dindən, incəsənətdən fərqli olaraq öz məlumatları-
nın həqiqiliyi və dürüstlüyünü sübut edən obyektiv, məntiqi bilik-
lər sistemidir. Elm elməqədərki təfəkkürə xas olan empirik və adi
Ģüur səviyyəsindən fərqlənir. Elmin strukturu elmə daxil olan bilik
sisteminin mürəkkəbliyi ilə xarakterizə olunur. Elmin ictimai
funksiyası insanlara təbiət, cəmiyyət haqqında biliklər vermək, on-
larda elmi dünyagörüĢü formalaĢdırmaq və hərtərəfli inkiĢaf etmiĢ
Ģəxsiyyət yetiĢdirməkdir. Məlum olduğu kimi, ədəbiyyatĢünaslıq
elmi də hələ lap qədim dövrlərdən yaranıb formalaĢmağa
baĢlamıĢdır. Avropada sənət və ədəbiyyat konsepsiyaları Qədim
Yunanıstan və Romada yaranmıĢdır (Aristotel, Platon, Horatsi və
b.). Qədim dövrlərdə ġərqdə də (Çin, Hindistan, ərəb ölkələri, Ġran
və s.) bədii üslub, forma, sənətkarlıq və poetik janr problemləri
öyrənilmiĢdir. Azərbaycanda isə ədəbiyyatĢünaslığın rüĢeymləri
hələ orta əsrlərin ilk mərhələsində Xətib Təbrizi yaradıcılığı ilə
baĢlamıĢdır. Təzkirələrdə, habelə səyahətnamə, qamus və s. əsər-
lərdə də ədəbiyyatĢünaslığın ünsürləri vardır; bunlarda yazıçıların
həyatı haqqında məlumat verilir, əsərlərindən nümunələr gətirilir,
onların yaranma tarixi, süjeti haqqında danıĢılır, hətta bəzən janr
və üslub məsələlərinə də toxunulurdu. Bütün bu keyfiyyətlər təz-
kirənin elmiliyinə dəlalət edir. Ərəb ədəbiyyatĢünaslığında ilkin
formasında elmi əsər kimi yaranan təzkirələr orta əsrlərdə Ġran təz-
kirəçilik məktəbində ədəbi xüsusiyyətlər qazanmıĢdır. Bu isə Ģair-
lər haqqında olan məlumatın azlığından irəli gələn bir cəhət idi.
Əlində elmi faktlar olmayan təzkirəçi bədiiliyə meyl etmək məc-
buriyyətində qalmıĢdır. Orta əsrlərdə yaranan türk təzkirələrinin
də nəsr dilinin ədəbi üslublarından olan münĢəat, mürəssə kimi
ahəngli yazı qaydaları ilə yazılması onları ədəbi əsər kimi qiymət-
ləndirməyə əsas verir. Bir çox təzkirələrdə divan ədəbiyyatının ün-
sürlərindən - tövhid, nət, fəxriyyədən də istifadə olunmuĢdur. Türk
alimi Agah Sırrı Levend təzkirələrin elmi-ədəbi janr olaraq xüsu-
siyyətlərini belə səciyyələndirmiĢdir: Təzkirələr bir məsləkdən
yetiĢmiĢ Ģəxslərin bioqrafiyalarını bir arada toplayan əsərlərdir.
ġəxsləri xatırlamağa yaradığı üçün bu kimi əsərlərə «təzkirə» adı
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
17
verilmiĢdir. Bunlara mövzularına görə «təzkirətüĢ-Ģüəra», «təzki-
rətül-övliya», «təzkirətül-xəttatin» deyildiyi kimi, əhatə etdiyi
Ģəxslərə görə ayrı adlar da verilir. Təzkirələrdə Ģəxslərin qısaca
bioqrafiyaları verilir, rəsmi həyatdakı vəzifələri və qazandıqları
mövqelər bildirilərək Ģeirlərindən örnəklər verilir. Bu örnəklər
qəzəl və qəsidə mətlələri, qitələr və rübailərdən seçilmiĢ kiçik par-
çalardır. Bütün bir, ya da bir neçə qəzəlin verildiyi də olur. Təzki-
rələrdə Ģairlərin doğum və ölüm tarixləriylə yaĢadıqları yerlər tam
olaraq göstərilmiĢ deyildir. Çox zaman doğum tarixləri göstəril-
mir
*
. Ölüm tarixləri də əksikdir. Bəzisində sadəcə «Sultan Səlim
dövründə fevt oldu», ya da «ömrü vəfa etmədi» kimi cümlələr
yaĢadığı tarixi əvəz etmiĢ, doğum yerləri də «Bursa kurbündən-
dir», «vilayəti-Ģərqdəndir» kimi cümlələrlə qaranlıqda buraxılmıĢ-
dır.
Təzkirələrin ən əksik yönü əsər adlarıdır. Heç bir Ģairin
əsərlərinin adları tam olaraq verilməmiĢdir. Kimisində ancaq bir-
ikisi qeyd edilmiĢ, kimisində isə yalnız «Xəmsə tətəbbu edər»,
«Sahibi kitabi-divandır» deməklə kifayətlənmiĢdir.
«MünĢiyanə»
*
qələmə alınan təzkirələrdə həqiqət üsluba
fəda edilmiĢdir. Bir çox dəyərləndirmələr basma qəlibdir. Tənqid
və təqdirdə qabartmalara yol verilmiĢdir. Çox zaman Ģairlərin hə-
qiqi ədəbi portreti əks olunmamıĢ, Ģəxsiyyəti açıqca göstərilmə-
miĢdir. Dövrün ümumi vəziyyətini kütləvi görmək, ədəbi növlərin
inkiĢafını izləmək qabiliyyəti yoxdur. Bununla belə, təzkirələrdə
Ģəxsləri təsvir edən sətirlər arasında bəzən elə cümlələrə rastlanır
ki, onları oxuyarkən, cəmiyyətin o dövrdəki vəziyyəti açıqca görü-
nür. Təzkirələrin hamısı, əlbəttə ki, eyni əhəmiyyətdə və eyni də-
yərdə deyildir [107.120].
XX əsrin əvvəllərinə qədər ġərq ədəbiyyatı tarixində bugün-
*
ġairlərin doğum tarixləri məlum olmadığına görə bir sıra təzkirələrdə
onların sıralanması ölüm tarixlərinə əsasən aparılmıĢdır. Bu tipli təzkirələrin
«vəfəyat» adı verilmiĢdir.
Ahəngli yazı qaydası
Könül Nəhmətova
18
kü mənada ədəbiyyat tarixi səciyyəli bir əsər yoxdur. Bu baxım-
dan 1221-ci ildən fars alimi Məhəmməd Övfinin «Lübab əl-əl-
bab» (Cövhərlərin seçilməsi) əsərindən baĢlayaraq XX əsrin əv-
vəllərinə qədər təzkirəçilik ədəbiyyat tarixçiliyi vəzifəsini da-
ĢımıĢdır. Təzkirə
1
- ərəbcədə II (təfsilə) vəzndə bir məsdər olub
isim kimi də iĢlənərək «gərəkli Ģəxsləri anma, xatırlama, yad etm-
ə» mənalarını daĢıyır. Qədimdə rəsmi dairələrdə Ġran ərazisində
yazı iĢləriylə məĢğul olanlara «təzkirei» və ya türkcə «təzkirəçi»
deyilirdi. XIX əsrdə də təzkirənin «Ģəxsiyyət vəsiqəsi» mənasını
daĢıdığını görürük. Mirzə Fətəli Axundovun «SərgüzəĢti Molla
Ġbrahim Xəlil Kimyagər» komediyasında «təzkirə» sözü bu
mənada iĢlənmiĢdir. Məstəli Ģah deyir: «On bir il bundan irəli
Araz qırağına gəlmiĢdim, istəyirdim ki, Naxçıvavn və ġərur
mahallarının qabağından keçib Ġrəvana gedəydim. Hər iki mahalın
xalqı mənə mane oldular ki, səni qoymanıq bu torpağa keçəsən.
Ondan ötrü ki, əlində təzkirən yoxdur. Naməlum, təzkirəsiz
adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağadır».
Təzkirə ən geniĢ iĢlənmə yerini müəyyən bir sənətdə Ģöhrət
sahibi olmuĢ Ģəxslərin, xüsusilə, Ģairlərin tərcümeyi-halından bəhs
edib Ģeirlərindən də örnəklər nəql edən əsərlərdə tapmıĢdır.
Türk alimi Əhməd Qabaklıya görə, təzkirə bir ədəbi növ
olaraq Ġran ədəbiyyatından gəlməkdədir [100. 6]. Lakin bilindiyi
kimi, təzkirənin mənĢəyi təbəqat kitablarına dayanmaqdadır.
Ərəblərin nəsəblərinə olan bağlılıqları səbəbindən yaranıb inkiĢaf
edən təbəqat kitabları bir çox mövzulara həsr olunurdu [105. 225].
R.Vellek və A.Varrenə görə, bioqrafiya çox qədim bir
növdür. Hər Ģeydən əvvəl, xronologiya və məntiq baxımından
tarix elminin bir parçasıdır [115. 52]. Bioqrafik səciyyə daĢıdığı
üçün təzkirənin mənĢəyini də bəlkə daha qədim dövrlərdən
axtarmaq lazımdır. Çünki e.ə.III əsrdə yunan alimi Aristoksenin
yazdığı «ġairlərin həyatı» əsəri bir təzkirə nümunəsidir [80].
Əli Sultanlı Yunanıstanda ədəbi və filoloji fəaliyyət
1
Sozün kökü “zikr”dir.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
19
haqqında geniĢ məlumat verərək yazırdı: «Bizanslı Aristofan
ədəbi tədqiqatı ilə bir sırada dil məsələləri ilə də məĢğul olmuĢ və
dilin mənĢəyi haqqında «analogiya» fərziyyəsini irəli sürmüĢdür.
Ona qarĢı Perqam filoloqu - Kratet «anomaliya» fərziyyəsini
yaradaraq sözlərin əmələ gəlməsində heç bir qanunauyğunluq
görməmiĢdir. Bu filoloqların bəziləri əsatirləri yığıb təsnif
etmiĢlər. «Məhəbbət əsatirləri»ni, «Ġstihalə ilə bitən əsatirlər»i
ayrı-ayrı məcmuə Ģəklində toplamıĢlar. Bu deyilənlər göstərir ki,
Ġskəndəriyyə və Perqam filoloqları kitabxanalarda əyləĢib, yunan
xalqının yaratmıĢ olduğu zəngin ədəbi irsi mühafizə etməklə,
onlara təfsir, izahat və biblioqrafiya yaratmaqda, poeziyanın
cahanĢümül nümunələrini saf-çürük edib yaymaqda böyük zəhmət
çəkmiĢlər. Lakin bu ilk filoloqların əsərləri təsviri səciyyə
daĢıyırdı. Bu cəhət onların sırf nəzəri əsərlərində də hiss olunurdu.
Onlar Ərəstunun «Poetika»sı kimi ciddi və dərin nəzəri əsər
yarada bilməmiĢlər. Öz alimlikləri ilə fəxr edən və dövlətdən külli
miqdarda yardım alan bu filoloqlar öz tədqiqatları ilə daim sarayı
razı salmaq istəmiĢlər. O biri tərəfdən, filologiya elmi yenicə
yaranırdı. Bu yeni elm möhkəm bir ənənəyə malik deyildi. Ġlk
beĢiyində sarayla qidalanan filologiya elmi hələ xalqın yaradıcılıq
qüdrətini düzgün müəyyənləĢdirə bilmirdi. Ona görə filologiya
təzkirəçilik dairəsindən kənara çıxa bilmirdi» [80]. Burada diqqəti
çəkən məsələlərdən biri də odur ki, hələ qədim Yunanıstanda
təzkirəçiliyin bünövrəsi hakim dairələr tərəfindən qoyulmuĢdu.
Azərbaycan təzkirəçiliyinə nəzər saldıqda da bu əsərlərin yuxarı
təbəqədən olan Ģəxslər, saraya yaxın olan ədiblər tərəfindən
yazıldığını görürük. Məhz buna görə də «ilk beĢiyində sarayla
qidalanan filologiya elmi XIX əsrə kimi xalqın malına çevrilə
bilməmiĢdir.
Yaxın və Orta ġərqdə ilk təzkirə nümunələrini ərəb ədəbiy-
yatında görürük. Məhəmməd ibn Səlləm əl Cümahinin (?-865)
«TəbəqətüĢ-Ģüəra» (ġairlər tabaqları
*
) əsəri Ģairlər haqqında ilk
bir budaq üstündə olan gül yarpaqları.
Könül Nəhmətova
20
antoloji toplu kimi diqqəti cəlb edir. Ġbn Güteybənin «Kitab əĢ-Ģer
vəĢĢüəra» (ġeirlər və Ģairlər kitabı) (?-967), «Kitab əl-əğani»
(Nəğmələr kitabı) əsərləri ilk nümunəvi təzkirə örnəkləri sayıla
bilər. Əl-Mərzubaninin «MöcəmüĢ-Ģüəra» (ġairlər ensiklopediya-
sı) əsərində ilk dəfə olaraq Ģairlərin adları əlifba sırasıyla düzülmüĢ-
dür ki, bu da təzkirəyə müəyyən bir elmi nizam vermiĢdir [89. 7].
XIII əsrdən etibarən isə fars ədəbiyyatında təzkirə janrının
nümunəsi görünməyə baĢlamıĢdır. Ġran ədəbiyyatında ilk və ən
mühüm sayılan təzkirə Məhəmməd Övfinin (1177-1233) «Lübab
əl-əlbab» (1221) təzkirəsidir. Bu əsər Ġslamiyyətdən sonra və
xüsusilə, Qəznəvilərlə Səlcuqlular dövründə yetiĢən Ġran alimləri
və Ģairləri haqqında mühüm məlumatlar verən qaynaqdır [107.18].
Fars dilində Ġran Ģairləri haqqında yazılan ikinci mühüm və
məĢhur təzkirə XV əsr alimlərindən olub ƏliĢir Nəvai ilə Hüseyn
Bayqara məclislərində yüksək mövqe qazanan Səmərqəndli
DövlətĢah (1431-1495) tərəfindən yazılmıĢdır. Müəllifin adı ilə
bağlı olaraq «DövlətĢah təzkirəsi» deyə xatırlanan bu əsərin əsl
adı «TəzkirətüĢ-Ģüəra»dır. Ciddi və geniĢ bir tədqiqat məhsulu
olan DövlətĢah təzkirəsi baĢlanğıcdan öz dövrünə qədər 10 ərəb
və 143 Ġran Ģairi haqqında məlumat verən qiymətli əsərdir.
Bəzi mənbələrdə
**
fars-tacik alimi kimi anılan DövlətĢah
ibn Əla əd-Dövlə BəxtiĢah Səmərqəndinin Ģəxsiyyəti və təzkirəsi
haqqında görkəmli türk alimi professor Əhməd AtəĢ qiymətli
məlumatlar verərək yazır: «O, hicri qəməri 830-840 (1427-1436) -
cı illər arasında anadan olmuĢ bir türk bəyzadəsi idi. Uzun müddət
Teymurlu Ģahzadələrin xidmətində və saraylarında qaldıqdan
sonra, ƏliĢir Nəvaiyə görə, öz istəyi ilə bunlardan ayrılmıĢ və
Xorasandakı malikanəsinə çəkilərək guĢəniĢin bir həyat
keçirmiĢdir. 50 yaĢının içində ikən Ġran ədəbiyyatının bütün
dövrlərini əhatə edən «TəzkirətüĢ-Ģüəra»sını yazmağa baĢlamıĢ və
onu hicri qəməri 892 (1487) - ci ildə tamamlamıĢdır. O, bu əsəri
**
Абдуллаев И., Хикматуллаев Х. Самаркандские ученые. Ташкент,
1969.
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
21
dövrünün hakimi Sultan Hüseyn Bayqaraya və ƏliĢir Nəvaiyə
ithaf etmiĢdir. Ölümü h.q. 896 (1490-91) - ci ildən az sonra h.q.
900 (1494-95) - ci ildədir»
*
.
«TəzkürətüĢ-Ģüəra» əsərinin ilk səhifəsi Allahın və peyğəm-
bərin tərifi ilə baĢlanır. Sonra müəllif özünün Ģeir və poeziya haq-
qında olan fikirlərini, əsərin yazılma səbəbini və təzkirədəki Ģəxs-
lərin fohristini (siyahısını) verir. DövlətĢah təzkirədə özündən əvv-
əl yaĢamıĢ ġeyx Əttarın «Təzkirətül-övliya» əsərini yada salaraq
bildirir ki, «ġeyx Əttar «Təzkirətül-övliya»da çox möcüzələr gös-
tərmiĢdir; lakin dünyada məchul qalan tarix və Ģeirlər vardır ki,
onların hamısı yazılmamıĢdır. Mən də Ġslamın əvvəlindən bu günə
qədər olan məĢhur Ģairlərdən bu təzkirədə qələmə aldım» [63.
189].
Yeri gəlmiĢkən, burada üzə çıxan bir məsələnin üzərində
durmağımız zəruridir. Göründüyü kimi, DövlətĢah özündən əvvəl
ġeyx Əttarın təzkirə yazması haqqında xəbər vermiĢdir. Agah
Sırrı Ləvənd də «ƏliĢir Nəvai» əsərində h.840=m.1436-cı ildə
Heratda BəxĢi tərəfindən «Təzkirətül-övliya» adlı əsərin uyğur
hərfləri ilə türk dilinə tərcümə olunması haqqında danıĢmıĢdır. La-
kin bu əsərin ġeyx Əttara aid olduğunu söyləmək çətindir. Çünki
Məhəmmədəli Tərbiyət də «DaniĢməndani-Azərbaycan» əsərində
ġah Qasım Ənvarın «Təzkirətül-övliya» və ya «Məqamatül-ari-
fin» (Ariflər məkanı) adlı əsərinin olmasından danıĢır [2. 62]. ġah
Qasım Ənvar (1356-1434) DövlətĢah Səmərqəndidən bir qədər
əvvəl yaĢamıĢdır. Qasım Ənvar, ġah Qasim Ənvar, Qasimi təxəl-
lüsləri ilə yazıb-yaradan Müinəddin Əli ibn Nəsir ibn Harun ibn
Əbülqasım Hüseyni Sərabi Təbrizidir. Onun zəngin lirik irsi və
«Ənisül-arifin» poeması sufi panteist poeziyanın parlaq nümunə-
lərindən sayılır. Uzun müddət Herat və Səmərqənddə yaĢadığın-
dan Orta Asiyada sufizmin və sufi poeziyasının inkiĢafına mühüm
təsir göstərmiĢ, ƏliĢir Nəvai onun Ģerləri ilə tərbiyələnmiĢdir.
*
Ahmet AteĢ. Ġstanbul Kütubhanelerinde Farsca Manzum Eserleri. Ġstanbul,
1958, s.451-452.
Könül Nəhmətova
22
Heratda yaĢadığı vaxt Qasım Ənvar qeyri-adi Ģöhrət və nüfuza
malik idi. «Yeni xanəgah» adlı xüsusi xanəgahı var idi. Orta
Asiyanın bir çox görkəmli Ģəxsləri onun müridləri cərgəsində idi.
XVI əsrin məĢhur tarixçisi Xondəmir «Həbibüssiyər» də Qasim
Ənvar haqqında yazır: «Az müddətdə Xorasanın kübar təbəqəsi və
zadəganlarının çoxu onun hidayət məqamlı astanasının müridləri
oldular. Onlar Qasım Ənvarın Məkkəyə bənzər dərgahını
özlərinin üz tutacağı, xidmət göstərəcəyi bir yer hesab edib, gecə-
gündüz arzularla xidmətinə can atmaq arzulayırdılar. «O həzrət
istər Mirzə ġahrux və istərsə də onun əzəmət sahibi övladı ilə çox
etinasız bir halda görüĢürdü». 1488-ci ildə Ə.Nəvai onun qəbri
üzərində gözəl bir məqbərə tikdirmiĢdir» [79.173]. Bu dəlillərə
əsaslanaraq Agah Sırrı Ləvəndin haqqında məlumat verdiyi əsərin
ġah Qasım Ənvara aid olmasını da ehtimal edə bilərik. Bu məsələ-
nin aydınlaĢdırılması Azərbaycan təzkirəçilik tarixini «Töhfeyi-
Sami»dən daha qədim bir dövrə aparmağa imkan verə bilər.
DövlətĢahın «TəzkirətüĢ-Ģüəra»sı xronoloji qaydada yazıl-
mıĢ və giriĢ, müqəddimə, yeddi təbəqə və xatimədən ibarətdir.
Müəllif hər təbəqəyə 20 Ģair daxil etmiĢdir. Təzkirədəki 7 təbəqə
əsərin əsasını təĢkil edir ki, burada Rudəki (XI əsr) dövründən Sə-
mərqəndinin yaĢadığı XV əsrə qədər yaĢayıb-yaratmıĢ 168 adlı-
sanlı ərəb, fars, Azərbaycan və tacik Ģairlərindən, əsərin xatimə-
sində isə təzkirəçinin müasirlərindən məlumat verilir. DövlətĢahın
verdiyi bilgilər təkcə Ģairlərlə bitmir, o burada XV əsrə qədər baĢ
vermiĢ siyasi-ictimai hadisələr və digər görkəmli Ģəxsiyyətlərdən
də söhbət açır, onlar haqqında tarixilik nöqteyi-nəzərindən qiy-
mətli olan məlumatlar verməyə çalıĢır [58. 225].
Mehri Məmmədova «TəzkirətüĢ-Ģüəra»nın ġərq ədəbiyyat-
Ģünaslığındakı yeri və özündən sonrakı təzkirələrə təsiri haqqında
yazır: «Əmir DövlətĢah ibn Əla əd-Dövlə BəxtiĢah Səmərqəndi-
nin bu gün əldə olmayan bir çox qaynaqlardan istifadə edərək
meydana gətirmiĢ olduğu bu təzkirəsi özündən sonra bütün Ġran,
Azərbaycan və türk təzkirə və ədəbiyyat tarixi yazanlar üçün əhə-
miyyətlidir. ƏliĢir Nəvainin «Məcalisün-Nəfais (XV əsr), Əmir
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
23
Əhməd Razinin «Həlt iqlim» (XVII əsr), Lütfəli bəy Azərin
«AtəĢkədə» (XVIII əsr), Bəhmən Mirzənin «Təzkireyi Məhəm-
mədĢahi» (XIX əsr), Mir Möhsün Nəvvabın təzkirəsi (XIX əsr),
Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi materialla-
rı» (XX əsr) əsərində «TəzkirətüĢ-Ģüəra»nın təsiri aydın duyul-
maqdadır» [58.188].
A.E.Krımski «Nizami və müasirləri» əsərində «TəzkirətüĢ-
Ģüəra»nı Nizamini öyrənmək üçün əsas mənbələrdən biri kimi
götürmüĢdür. O, «TəzkirətüĢ-Ģüəra»nın ədəbiyyatĢünaslığa təsiri
haqqında yazırdı: «DövlətĢah tərəfindən tərtib olunmuĢ təzkirə
sonrakı təzkirəçilərin iĢi üçün bir mənbə olmuĢdur. Onlar da öz
növbəsində çalıĢırdılar ki, bu təzkirəyə ya yeni məlumatlar əlavə
etsinlər, ya da mümkün olduqca onun nöqsanlarını düzəltsinlər.
ġairlərin bioqrafiyasını və əsərlərindən nümunələri əhatə edən
belə ədəbi qaynaqların sayı XIX əsrə kimi yüzə çatmıĢdır və bəlkə
də artıq olar» [94.29].
Nihad Sami Banarlı isə DövlətĢah təzkirəsini belə
qiymətləndirirdi: «Övfinin təzkirəsi bir talesizlik üzündən ancaq
1594-cü ildən bu yana meydana çıxdığı üçün XV əsrdən bəri Ġran
və türk təzkirələrinin baĢlıca örnəyi DövlətĢah təzkirəsi olmuĢdur»
[96. 613]. Lakin ədalət naminə qeyd etməliyik ki, əgər belə olma-
saydı, yenə də DövlətĢah təzkirəsi daha mükəmməl olması səbə-
bindən «Lübab əl-əlbab» təzkirəsinin kölgəsində qalmayacaqdı.
DövlətĢah təzkirəsi Azərbaycan ədəbiyyatĢünaslığı üçün
həm də ilk dəfə olaraq Həsənoğlu haqqında xəbər verməsi baxı-
mından qiymətlidir. DövlətĢah Səmərqəndi onun əsfərainli olması,
farsca və türkcə Ģerlər yazması, əsərlərinin Azərbaycanda və
Rumda (yəni Türkiyədə) məĢhur olması haqqında da danıĢmıĢdır
[79.140].
Azərbaycan və Türkiyə təzkirəçiliyi üzərindəki böyük təsiri
olan təzkirələrdən biri də ƏliĢir xan Nəvainin «Məcalisün-Nəfais»
əsəridir. Nəvai öz təzkirəsinin müqəddiməsində Caminin
«Baharistan» adlı əsərindəki Ģairlərdən söz açan 8 rövzəsi ilə
DövlətĢahın «TəzkirətüĢ-Ģüəra»sını andıqdan sonra bu mövzuda
Könül Nəhmətova
24
daha baĢqa kitabların da olduğunu, ancaq bunlarda qədim Ģairlərin
yer aldığını, o isə «Sultani-Sahibqıran» zamanında Ģeirin hər
janrında dəyərli Ģeirlər yazanları, bunları da o birilərə qatmaq
məqsədiylə əsərini meydana gətirdiyini söyləyir [109. 120].
ƏliĢir Nəvai öz təzkirəsini ömrünün son illərində, əsərinin
ikinci məclisinin əvvəlində göstərdiyi kimi, 1490-1491-ci illərdə
yazmasına baxmayaraq, 1498-ci ildə onun üzərində yenidən
iĢləmiĢ, əsəri təkmilləĢdirmiĢ və beləliklə, «Məcalisün-nəfais»in
iki variantı yaranmıĢdır [70].
«Məcalisün-nəfais» quruluĢuna görə özündən əvvəlki təzki-
rələrdən fərqlənir. Cənnət Nağıyeva əsəri DövlətĢahın təzkirəsi ilə
müqayisə edərək göstərir ki, «TəzkirətüĢ-Ģüəra»da Ģairlər göy qur-
Ģağına oxĢadılaraq yeddi qrupa bölünmüĢ, onlar haqqında məlu-
mat verərkən əlifba sırasına riayət edilməmiĢdir. «Məcalisün-nə-
fais» də həmin üslubda tərtib olunmuĢdur. Lakin bu təzkirə
birincidən fərqli olaraq 8 məclisdə dörd yüz əllidən artıq (iki
dəfədən çox) Ģairi əhatə edir. DövlətĢah ümumən məĢhur ġərq
Ģairlərindən danıĢırsa, Nəvai bütün Orta Asiya Ģairləri haqqında
məlumat verir ki, bu da daha dəqiqlik və çox zəhmət tələb edir
[70.63].
DövlətĢah və Nəvai təzkirəsinin qazandığı Ģöhrət XVI
əsrdən baĢlayaraq bu klassik örnəklərin təsiri altında Azərbaycan
və Anadolu təzkirələrinin yazılması ilə nəticələnmiĢdir.
Azərbaycan təzkirəçiliyi tarixində ilk əsər Sami Sam Mirzə-
nin 1550-ci ildə yazdığı «Töhfeyi-Sami» hesab olunur. ġah Ġsma-
yılın oğlu Sam Mirzə (1517-1576) atasının ədəbi məclislərində iĢ-
tirak edən Ģairlərlə tanıĢ olmuĢ və qardaĢı ġah Təhmasibin (1524-
1576) sarayında yaĢayan Ģairlərlə yaxınlıq edərək dövrünün bütün
görkəmli sənətkarlarını tanımıĢdır. Bu dövrün elm və sənət adam-
larından mükəmməl təhsil alan Sam Mirzə özü də Ģair olmuĢ, Ģer-
lərində Sami təxəllüsünü iĢlətmiĢdir. Lakin onun ən mühüm əsəri
fars dilində yazdığı «Töhfeyi-Sami» təzkirəsidir. Bu əsər XVI
əsrin birinci yarısındakı mədəni və ədəbi həyatı, 664 sayda
Azərbaycan, fars Ģairləri və baĢqa sənətkarlar haqqında məlumat
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
25
əldə etmək üçün faydalı qaynaqlardandır.
Əbdürrəhman Caminin «Baharistan»ı və ƏliĢir Nəvainin
«Məcalisün-Nəfais» təzkirələri səpgisində yazılan və onların
davamı kimi diqqəti çəkən «Töhfeyi-Sami» bir müqəddimə və
yeddi fəsildən ibarətdir. I fəsil - ġah Ġsmayıl Xətai və onun
nəslindən, müasiri olan hökmdarlardan, II fəsil - alimlərdən, III
fəsil - ġah Ġsmayıl sarayına yaxın olan vəzifəli Ģairlərdən, IV fəsil
- əsl Ģairlərdən; V fəsil - türk dilində yazan Ģairlərdən; VI və VII
fəsillər - el Ģairlərindən bəhs edir [56. 32].
ġah Ġsmayıl Xətai yaradıcılığının tədqiqatçısı Əzizağa
Məmmədov Sam Mirzənin atasından və qardaĢından fərqli olaraq
fars mədəniyyətinin təsiri altında qaldığını, türkcə yazan Ģairlərə
həqarətlə baxdığını, onlara öz həqiqi qiymətini verə bilmədiyini
yazır [66. 33]. Sam Mirzə öz təzkirəsində göstərdiyi nümunələri
də, əsasən, farsca Ģeirlərdən almıĢdır. Lakin Həbibi, Füzuli,
Susəni, Tüfeyli, Yusif bəy kimi müasirlərinin ana dilində
yazdıqları Ģeirlərindən örnəklər vermiĢdir.
Tarixi-xronoloji cəhətdən ikinci təzkirə Əhdi Bağdadinin
«GülĢənüĢ-Ģüəra»sıdır. Yazıldığı mühitə görə bir sıra cəhətləri ilə
Sam Mirzənin «Töhfeyi-Sami» və Sadıq bəy Sadiqinin
«Məcməül-xəvas» təzkirələrindən fərqlənir. «GülĢənüĢ-Ģüəra»
Anadolu təzkirəçiliyinin təsiri altında yazılmıĢdır. Lakin onun
Azərbaycan ərazisində yazılan təzkirələrlə birləĢdirən ortaq
cəhətlər də mövcuddur. Bu oxĢarlıq isə Azərbaycan və Anadolu
təzkirəçiliyinə Nəvai yaradıcılığının təsiri ilə bağlıdır. «GülĢənüĢ-
Ģüəra» təzkirəsi Azərbaycan ədəbiyyatı tarixçiliyində iki mühüm
cəhəti - Azərbaycan dilində yazılmıĢ ilk təzkirə olması və Bağdad
ədəbi mühiti haqqında məlumat verməsi ilə də maraqlıdır.
Əhməd Əhdi Bağdadi dövrünün nüfuzlu ədəbi Ģəxsiyyəti
kimi Bağdadda boya-baĢa çatmıĢ Azərbaycan Ģairidir. «GülĢənüĢ-
Ģüəra» təzkirəsində atası ġəmsi Bağdadi, qardaĢları və yaxın
qohumları haqqında verdiyi kiçik məlumatlar Əhdinin nüfuzlu
ziyalı ailəsindən çıxdığını göstərir [27. 198].
«GülĢənüĢ-Ģüəra» təzkirəsinin yazıldığı tarix, müəllifin
Könül Nəhmətova
26
qeydinə əsasən, əlyazmalarında hicri qəməri 971 (1563) - ci ildir.
Əlifba sırası ilə tərtib olunmuĢ təzkirə dörd rövzədən və adlar
göstəricisindən ibarətdir [63. 16]. Təzkirə 1552-1563-cü illər
arasında yaĢamıĢ Osmanlı və Azərbaycan türkcəsində yazıb
yaradan 375 Ģairin həyat və yaradıcılığını əhatə edir [27. 199].
Əhdi təzkirəsində Ģairlər əsasən təxəllüsləri ilə yad edilir.
Təxəllüslər həm də müəllif haqqında yazının sərlövhəsidir. Çox
nadir hallarda mətnin içərisində Ģair adlarına rast gəlinir.
Təzkirədə Ģairlərin Ģəxsiyyəti, məzhəbi və bir sənətkar kimi
yetiĢib püxtələĢməsində mühüm amillərin roluna xüsusi yer
verilmiĢdir [27. 202].
Əhdi Bağdadi Sam Mirzə və Sadıq bəy Sadiqidən fərqli ola-
raq öz təzkirəsinin kataloq prinsipi əsasında tərtib etmiĢdir. Əhdi
Bağdadidən əvvəl Anadolu təzkirəçilərindən Pir Məhməd AĢiq
Çələbi (1520-1571) «MəĢahirüĢ-Ģüəra» (ġairlərin məĢhurları)
(1568) və Qəstəmonulu Lətifi (?-1582) «TəzkirətüĢ-Ģüəra və
təbsirai-nüzəma» (1540) əsərində bu prinsipdən istifadə
etmiĢdilər. Tərtib prinsiplərində yenilik yaratmaq istəyən Əhdi öz
təzkirəsini «rövzə»lərə, yəni «bağça»lara bölmüĢdür.
«GülĢənüĢ-Ģüəra» təzkirəsində XVI əsr Bağdad mühitində
yazıb-yaratmıĢ Azərbaycanlı Ģairlər içərisində ġəmsi, ġahi, Fəzli,
Ruhi, Nəvai, Zehni, Zayli, Elmi, Mirqədri, Həsiri, Zəmiri,
Xürrəmi, Nəsiri ġirvani, Ali və bir çox Ģairlərə yer ayrılmıĢ,
Ģeirlərindən nümunələr verilmiĢ, az da olsa, həmin Ģairlərin
yaradıcılıq yolu iĢıqlandırılmıĢdır. Əhdi Bağdadi təzkirəsində
sadalanan Ģairlər içərisində adı böyük məhəbbətlə çəkilən, yüksək
qiymət alan Məhəmməd Füzulidir [63.18].
Orta əsr təzkirələri içərisində Füzuli haqqında ilk əhatəli
məlumatı Əhdi təzkirəsindən alırıq. Məhz buna görədir ki,
Füzulinin Qərb və ġərq tədqiqatçıları ilk əhəmiyyətli mənbə kimi
Əhdi Bağdadi təzkirəsinə müraciət etmiĢlər.
Füzuli yaradıcılığının türk tədqiqatçısı prof. dr. Əbdülqadir
Qaraxan «GülĢənüĢ-Ģüəra»nın Ģairə münasibəti haqqında yazır:
«HəmĢəhərlisini ən yaxĢı anlayanlardan biri olmaq məziyyət və
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
27
səlahiyyətinə «GülĢənüĢ-Ģüəra»sı ilə Bağdadlı Əhdi sahib görü-
nür» [101. 36].
Füzuli və «GülĢənüĢ-Ģüəra» tədqiqatçısı Vəcihə Feyzulla-
yeva təzkirənin bu bəhsini çox yüksək qiymətləndirərək onun ədə-
biyyat tariximiz üçün əhəmiyyətini belə qeyd edir: «Onun təkcə
Füzuli sənətinə verdiyi qiymət XV-XVI əsrlər estetik fikrinin tə-
kamül xəttini izləmək üçün kifayət qədər material ola bilər» [27.
201].
ƏdəbiyyatĢünas Nazif Qəhrəmanlının da «GülĢənüĢ-Ģüəra»
təzkirəsinin «Füzuli» bəhsinə münasibəti maraqlıdır. O yazır:
«Əhdi Bağdadi özünün 1563-cü ildə qələmə aldığı «GülĢənüĢ-
Ģüəra» adlı təzkirəsində Füzulinin aqibəti haqqında məlumat ver-
məsəydi, Ģairin ölüm tarixini (1556) və onun məhz taun xəstəliyin-
dən öldüyünü dəqiqləĢdirmək çətin olacaqdı» [37. 18].
Nazif Qəhrəmanlı «GülĢənüĢ-Ģüəra»nın Azərbaycan təzki-
rəçiliyindəki yerini isə belə müəyyənləĢdirir: «Əhdi Bağdadinin
haqqında söhbət gedən ədəbi təzkirəsinin məziyyəti nədən iba-
rətdir? Bu məziyyət birinci növbədə onunla müəyyən olunur ki,
müəllif öz təzkirəsində türk təzkirəçilik ənənəsi yaratmağa meyl
göstərir. SoydaĢı Sam Mirzədən fərqli olaraq «GülĢənüĢ-Ģüəra»
müəllifi türk (Azərbaycan) dilində yazılmıĢ ədəbi əsərlərdən nü-
munə verməklə, artıq milli təzkirəçilik ənənəsinin baĢlanğıcını qo-
yur» [37. 18].
Göründüyü kimi, «GülĢənüĢ-Ģüəra» təzkirəsi dil faktoruna
və verdiyi məlumatlara görə, orta əsrlər nəsr nümunəsi olmaq ba-
xımından da Azərbaycan ədəbiyyatĢünaslığı üçün əvəzsiz məxəz-
lərdən biridir.
Azərbaycan təzkirəçilik tarixində üçüncü əsər Sadiq bəy Sa-
diqinin «Məcməül-xəvas» təzkirəsidir. «Məcməül-xəvas» təzkirə-
si müstəqil Azərbaycan Səfəvi dövlətinin hakimiyyəti zamanı ya-
zıldığı üçün türk dilində tərtib olunmuĢdur. Məlum olduğu kimi,
bu dövrdə Azərbaycan-türk ədəbi dilinin prinsipləri müəyyənləĢ-
dirilərkən cığatay Ģivəsinə üz tutulur. Bir sıra üslubi və qrammatik
qayda-qanunlar həmin dildən əxz edilirdi. «Məcməül-xəvas» təz-
Könül Nəhmətova
28
kirəsinin bir çox tədqiqatçıları, o cümlədən, Məhəmmədəli Tər-
biyət də onun cığatay Ģivəsində yazılması qənaətinə gəlmiĢlər.
1533-1610-cu illərdə yaĢamıĢ Sadiq bəy ƏfĢar, Sadiqi Kitabdar
adları ilə tanınmıĢ ədib öz müasiri olan təzkirəçilərlə də tanıĢ
olmuĢ, onlarla təcrübə mübadiləsi etmiĢdir.
Təzkirənin yazılıĢ tarixi dəqiq məlum deyildir. Müxtəlif
mənbələrdə ayrı-ayrı rəqəmlərlə göstərilir. Lakin bir məsələ ay-
dındır ki, təzkirə ġah Abbasın hakimiyyəti illərində tamamlanmıĢ-
dır [70.43].
M.Tərbiyət təzkirədə ġah Ġsmayıl Səfəvi dövründən ġah
Abbas dövrünə qədər yaĢamıĢ 480 söz ustasının tərcümeyi-halının
verildiyini qeyd etmiĢdir [88. 281].
Sadiqi təzkirəsinin müqəddiməsində Caminin «Baharistan»,
Nəvainin «Məcalisün-nəfais», DövlətĢahın «TəzkirətüĢ-Ģüəra»,
Sam Mirzənin «Töhfeyi-Sami» əsərlərini xatırladıqdan sonra «bu
silsilə Ģer-halka-i intizamı bir-biridün üzülməsün diyü» təzkirəsini
meydana gətirdiyini söyləmiĢdir. Sadiqi Nəvainin «Məcalisün-
nəfais» əsərinin tərtib prinsiplərini izləyərək təzkirəsini 8 «Məc-
mə-i xas»a ayırmıĢdır. Əsər regional prinsip əsasında yazılmıĢ, yə-
ni o dövr Ġran adlanan ərazidə yaĢayan Ģairlərin yaradıcılığına həsr
edilmiĢdir. Təzkirə aĢağıdakı fəsillərdən ibarətdir:
I məcmə - müəllifin müasiri olan hökmdarlar;
II məcmə - müəllifin müasiri olan Ģahzadələr;
III məcmə - Türkiyə səltənət baĢçıları;
IV məcmə - Ġran səltənət baĢçıları;
V məcmə - Türkiyə-Ġran səltənət böyüklərinin övladları;
VI məcmə - seyid olan Ģairlər;
VII məcmə - üç dildə (türk, fars, ərəb) Ģeir yazmıĢ türk
sənətkarları;
VIII məcmə - Sadiqinin müasiri olan və Ġran ərazisində ya-
Ģayıb yaradan Ģairlər.
«Məcməül-xəvas» təzkirəsində Məhəmməd bəy Əmani,
ġahqulu Mirzə, Məhəmməd bəy ġəmsi, Mövlana ġərif Təbrizi,
Fikri Ordubadi, Muradxan Fikari, Qazi Zəncani və Məsihi kimi
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
29
onlarla azərbaycanlı Ģairdən söz açılmıĢdır və bunların ilk tədqiqat
üçün böyük əhəmiyyəti vardır. Yusif bəy ÇavuĢlu, Mirzə Hatəm
bəy Ordubadi, Mir Məsum xan, Həsən Məxləs, Mövlana Kəlbəli
və baĢqa azərbaycanlı Ģairlər haqqında da ilk məlumatı Sadiqi
vermiĢdir [62.48].
Azərbaycanlı Ģairlərdən Füzulinin istər həyat və Ģəxsiyyəti,
istərsə milliyyəti baxımından verdiyi məlumatlara görə «Məc-
məül-xəvas» ən dəyərli qaynaqlardan biri kimi qiymətləndirilir
[101. 37].
Nazif Qəhrəmanlı isə Sadiqinin təzkirəsini onun milli bağlı-
lığının təzahürü olduğu üçün dəyərləndirərək yazır: «Sadiq bəy
ƏfĢar öz təzkirəsində Ģairləri türk və tacik Ģairlərinə bölür ki, bu
artıq onun doğma vətən, soy və dil ənənəsinə bağlılığını sübut et-
məkdədir» [37. 19].
Aljira Topalova Azərbaycan təzkirələrinin inkiĢaf tarixinə
nəzər saldıqda belə nəticəyə gəlir ki, Füzulidən sonra Azərbaycan
poeziyası Saib Təbrizi, Qövsi Təbrizi pillələri ilə get-gedə nisbi
tənəzzülə uğradığı kimi, Sadiqidən sonra da Azərbaycan
təzkirəçiliyi Lütfəli bəy Azər Beqdeli pilləsi ilə enməklə ta XIX
əsrin son rübünə qədər bir durgunluq dövrü keçirməkdədir» [89.
31]. Doğrudur, Azərbaycan təzkirəçiliyinin tədqiqi tarixinə nəzər
saldıqda Sadiq bəy Sadiqidən sonra bu xronoloji zəncirin XVIII
əsrə qədər qırıldığını görürük. XVII-XVIII əsr təzkirələri
haqqında hələlik isə məlumatı yalnız Məhəmmədəli Tərbiyətin
«DaniĢməndani-Azərbaycan» təzkirəsindən ala bilirik.
Dostları ilə paylaş: |