Azərbaycan miLLİ elmlər akademiyasi


Al-götür anı kim azad eyləyim, Mən özümçün ol gunə zad eyləyim. Ləşker-i İslam həzimet buldı çün, Qeyser-i Rumiyə doy



Yüklə 6,47 Mb.
səhifə24/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   20   21   22   23   24   25   26   27   ...   232
Al-götür anı kim azad eyləyim,

Mən özümçün ol gunə zad eyləyim.

Ləşker-i İslam həzimet buldı çün,

Qeyser-i Rumiyə doy oldı dügün.

Kim kızıl-altunmidir, yoksa gümiş,

Ya nükrəmidir, dəmürmi, nə imiş.

Gər ağaclar yaprağınca ola həm,

Dəxi qumü qayır sanı, ey kərəm.

(“Hədisi-ərbəin” tərcüməsi)

Türk mənşəli sözlərin qoşa işlənməsi Dədə Qorqud dastan­larının və xalq danışıq üslubunda qələmə alınmış Dastani-Əhməd Hərami”, Yusif Məddahın “Vərqa və Gülşah”, Suli Fəqihin “Yusif və Züleyxa” məs­nə­vi­lərinin dili üçün də səciy­yəvidir. Bu məsələyə diqqət yetirən təd­qiqatçılar bu xüsusiy­yəti tayfa dilləri ilə əlaqələndirirlər (1,28; 2,70).

Kalssik tərcümə mətnlərində biri türk mənşəli, digəri isə ərəb və fars dillərindən alınma sinonimlərin də qoşa işləndiyi hallara da tez-tez rast gəlirik. Məsələn:

Söylədi kim, Məkkədür yerim əyan

Həm Bəni Haşimidən bəllü-bəyan.

Kiçisi qoydı əlin od üstin,

Parmağın yandurdı ol dəm dəstinə.

Çün ola məhşər güni sorğu- hesab,

Kimə rəhmət verilə, kim əzab.

(“Hədisi-ərbəin” tərcüməsi)

Orta əsrlər Azərbaycan-türk tərcümə əsərlərində antonim­lərin də qoşa işlənməsi halları diqqəti çəkir. Bu cür sözlərin çoxu türk mən­şə­lidir. Məsələn:

Vermiş idim Həq yoluna azü çox,

Leyk bu igitden özgə dəxi yox.

Lütfi ilən ol Xudayi-dadgər




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin